Məhkəmə qərarları › İş №1(039)-47/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-47/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-47/2023 18.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 26 avqust 1995-ci il tarixdə Yevlax rayonu, Kövər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu, Kövər kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,725 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 15 oktyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Nəbati küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 17:00-dan saat 17:15-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,725 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, təxminən 2022-ci ilin əvvəllərindən psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. 15 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında Yevlax şəhər avtovağzalında olarkən yerdən bir ədəd sellofan bükümdə bükülü görüb götürmüşdür. Bükülünü açıb içinə baxdıqda içində patı deyilən psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. İstifadəçisi olduğu üçün həmin metamfetamini gələcəkdə istifadə etmək üçün cibinə qoyub evə getmişdir. Həmin gün saat təxminən 16:00-da Yevlax şəhəri, Nəbati küçəsində olarkən ona bir neçə mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Üzərində psixotrop maddə olduğu üçün onlarla həyəcanla danışmışdır. Polis əməkdaşlarını bundan şübhələnib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinin inzibati binasında özünün razılığı ilə müdafiəçinin iştirakı, video çəkilişlə üstünə baxış keçirilmiş və baxış zamanı əynində olan şalvarın sağ yan cibində saxladığı, həmin gün tapdığı metamfetamin aşkar edilib götürülmüşdür. Suala cavab olaraq etiraf etmişdir ki, həmin kütlənin metamfetamindir, günorta saatlarında Yevlax şəhər avtovağzalından tapmış və öz istifadəsi üçün cibində saxlamışdır. Psixotrop maddə olan metamfetamin qəbul etmiş, lakin heç kimdən pul müqabilində metamfetamin almamış və heç kimə metamfetamin satmamışdır. Əməlindən peşman olduğunu, tövbə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 oktyabr 2022-ci il tarixdə işdə olduğu zaman, Yevlax rayonu, Kövər kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Yevlax RPŞ rəhbərliyinə raportla müraciət etmiş və müvafiq əmr əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvü Şahid2la birlikdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən etmiş və saat təxminən 16:00-da Yevlax şəhəri, Nəbati küçəsinə getmişlər. Bu zaman Təqsirləndirilən şəxs orada olduğu müəyyən edilmişdir. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Yevlax RPŞ inzibati binasına getmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülüdə olan psixotrop maddə olan metamfetamə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə metamfetamindir, günorta saatlarında Yevlax şəhər avtovağzalında olan zaman oradan tapmışdır. Şahid2 oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs saxlanılmasında və onun üzərinə baxış keçirilməsində iştirak etdiyini bildirmiş, sonuncunun üzərindən içində psixotrop maddə metamfetamin olan bükülünün aşkar edildiyini təsdiq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman üzərindən sellofan bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X2 16 oktyabr 2022-ci il tarixli 17/788 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan..” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0.725 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə matamfetamindir. (səh 41) Məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli 1904 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.134) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, Vətən Müharibəsi zamanı könüllü olaraq hərbi xidmətə getməsini və döyüşlərdə iştirak etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həbsdə olduğu müddət qanunvericiliyin tələblərinə uyğun hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X3 saxlanılan, qalıq 0,622 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 138.20 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 12 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdən 18 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 ay 3 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,622 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 138 (bir yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 12 (on iki) manat və dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar