Məhkəmə qərarları › İş №1(039)-47/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-47/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-47/2024 16.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Yevlax rayonu, Qaraməmmədli qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, cavabdeh kimi xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-414/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(039)-743/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5720 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2010-cu ildə Validə, 2012-ci ildə Rafiq və 2016-cı ildə isə Aişə adlı üç uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Zərərçəkmiş şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Zərərçəkmiş şəxs ilə sonra xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, Zərərçəkmiş şəxs onu bir ər kimi sayıb hörmət etmirdi. Zərərçəkmiş şəxs 2019-cu ildə birgə yaşadıqları Yevlax rayonu Qaramməmmədli kəndində olan evdən çıxaraq ata evinə qayıtmışdır. Əfsanə ilə ailəli olduğu müddətdə özünə məxsus pay torpağını sataraq T-28 markalı traktor alaraq fərdi qaydada fermerlərə gündəlik xidmət göstərərək qazanc əldə edirdi. Lakin 2016-cı ildə maddi ehtiyacı üçün həmin traktoru satmış və fərdi qaydada fəhləliklə məşğul olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə iddia qaldırmış və Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-414/2021 saylı qətnaməsinə əsasən ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Yevlax rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixli təqdimatda qeyd edilən cəmi 5720,00 manat aliment borcunu ödəməmişdir. Zərərçəkmiş şəxs ayrıldıqdan sonra hazıradək Yevlax rayonunda fərdi qaydada fəhləliklə məşğul olmaqla aylıq 300-350 manat qazancı var. Zərərçəkmiş şəxs uşaqları onunla görüşdürmədiyinə görə alimenti ödəmir. Pandemiya dövründə, yəni 2020-ci ildə Məşğulluq Mərkəzində işsiz şəxs kimi qeydiyyata alındığına görə 190 manat sosial müavinət alırdı. Pandemiyadan sonra, yəni 2021-ci ildən Yevlax rayon ərazisində gündəlik işi və gəliri olduğu üçün iş axtaran şəxs kimi Məşğulluq Mərkəzinə müraciət etməmişdir. Hazırda Zərərçəkmiş şəxs olan aliment borcunu tam ödəmişdir. Hazırda törətdiyi əmələ görə səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə olan borcunu tam ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb, məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2010-cu ildə Validə, 2012-ci ildə Rafiq və 2016-cı ildə isə Aişə adlı üç uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edərək heç bir səbəb olmadan onu döyürdü və söyürdü. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2019-cu ildə Təqsirləndirilən şəxs ilə ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu yaşadığı kənddə suçu, torpaq şumlayan və ot yığmaqla fəhlə kimi işləməklə hər günə 30 manat qazancı olurdu. Eyni zamanda Yevlax rayon Qaraməmmədli kəndində ailə üzvləri ilə birlikdə özünə məxsus 0,75 ha pay torpaq sahəsində yonca və ya taxıl əkib becərməklə qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə atasının maddi yardımı ilə uşaqlarını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Yevlax Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(039)-414/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati xətam törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixli təqdimatda qeyd edilən cəmi 5720 manat aliment borcu yaranmışdır. Hazırda Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01-02); Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)-414/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016cı il təvəllüdlü X7 adlı uşaqların 18 yaşına çatana kimi saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay cəmi 200 manat məbləğində alimentin tutulması qət edilmişdir. (iş vər.12-14); Yevlax rayon icra şöbəsinin icra məmurunun xx.xx.2021-ci il tarixli icraata başlama haqqında qərarına əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)- 414/2021 saylı icra sənədi üzrə icraata başlanmış, icra sənədində göstərilmiş tələbin dərhal icraya yönəldilməsi üçün borcluya xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. (iş vər.15); Yevlax Rayon Məhkəməsinin borclunun məcburi gətirilməsi barədə 8(039)- 106/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-414/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar Yevlax rayonu, Qoyunbinəsi kəndində doğulmuş və Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. (iş vər.30); Yevlax Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(039)-743/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. (iş vər.36); Yevlax Rayon Məhkəməsinin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 8(039)-159/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. (iş vər.42); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (iş vər.100); Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş 02 il 08 ay 28 müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir ( iş vər.101-108); Qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər.141-143); Cinayət işinin materialları üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmiş və ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə olan borcunu tam ödəməsini, məhkəmə tərəfindən hökm çıxarılanadək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı cinayət təqibinə xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdiyindən ona qarşı cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar