Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-47/2025 27.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi işləyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Y.Misirov küçəsi ev 38-da qeydiyyada olan yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd (bir) ədəd sellofan bükümdə xeyli miqdarda çəkisi 6,24 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 07 noyabr 2024-cü il tarixdə saat 20:07 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhərində yerləşən S.Vurğun adına parkda Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq həmin günü saat 20:07-dən 20:18-dək olan müddətdə S.Vurğun adına parkda video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan əldə edib əynində olan gödəkçənin sağ yan cibində saxladığı 1 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda çəkisi 6,24 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməklə ziddiyyətli ifadələr verərək bildirmişdir ki, hərdən narkotik vasitə olan marixuanadan istifadə edir. Özü də 44 günlük Qarabağ müharibəsi iştirakçısı olmuş, bir neçə medalları vardır. O, 07 noyabr 2024-cü il tarixdə Yevlax şəhərində yerləşən S.Vurğun adına parkda saxlanılarkən üzərində ittiham aktında göstərilən xeyli miqdarda çəkisi 6,24 qram olan narkotik vasitə qurudulmuş marixuana olmamışdır. Onun üzərində olan marixuananın çəkisi qeyd olunandan dəfələrlə az olmuşdur. Həmin çəkisini dəqiq bilmədiyi az miqdarda olan marixuananı tutulmamışdan iki üç ay öncə adını bilmədiyi döyüş yoldaşından almışdır. Həmin çəkisini dəqiq bilmədiyi az miqdarda olan marixuananı kimdən və haradan almasını polis əməkdaşlarına bildirmədiyinə görə adlarını bilmədiyi 5 nəfər polis əməkdaşı onu döyərək 6,24 qram olan narkotik vasitə qurudulmuş marixuananı onun üzərinə qoymuşlar. Özü hazırda Toxumçuluqda mühafizəçi işlədiyindən və işini itirməkdən ehtiyyat etdiyindən qorxaraq polislərin dedikləri ilə razılaşmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsini dəyişərək ona heç kim tərəfindən təsir olmadığını, döyülmədiyini bildirərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləmiş və göstərmişdir ki, Mobil telefonla danışanda başı ağrıdığına görə mobil telefondan istifadə etmir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında piyada yaşadığı küçənin baş tərəfində yerləşən Yevlax Mərkəzi bazarının arxa tərəfində olan «Şəhid» bulağından su gətirməyə getmiş, orada su doldurarkən yerdən bir ədəd seloffana bükülmüş bükülü görmüş, bükülünü açıb içərisinə baxarkən içərisində yaşıl rəngli ot ovuntusuna oxşar kütlə yəni marixuana olduğunu görmüş və gələcəkdə özü istifadə etmək üçün cibinə qoymuş və evə getmişdir. Həmin günü təxminən saat 20 radələrində təkcə Yevlax şəhərində yerləşən S.Vurğun adına parka getmiş, orada gəzişərkən yanına bir neçə nəfər mülki geyimdə şəxs yaxınlaşmış, onlar özlərini təqdim etmiş, həmin şəxslərin Yevlax RPŞ-nin polis əməkdaşları olduğunu bilmişdir. Onun üstündə narkotik vasitə olduğundan həyacanlanmış, ona görə onun üstünə orada razılığına əsasən videoçəkilişlə baxış keçirməyə başlamışlar, polis əməkdaşları ona üstündə olan əşyaları təqdim etməsini demişdir. O, da əynindəki gödəkcəsinin sağ cibində saxladığı 1 ədəd sellofan bükümdə narkotik vasitə olan marixuananı, siqareti və alışqanı təqdim etmişdir. Sorğu-sual zamanı o, sellofan bükümdəkinin narkotik vasitə olduğunu, həmin gün səhər saatlarında tapdığını və gələcəkdə istifadə etmək üçün cibində gəzdirdiyini bildirmişdir. Bundan sonra narkotik vasitə götürülüb tərəzidə çəkilmiş və sonra zərfə qoyularaq götürülmüş, sonra birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində bu barədə protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Polis şöbəsində baş təhqiqatçı Səddam Əsgərov tərəfindən üstündən aşkar olunmuş narkotik vasitənin götürülməsi zamanı çəkilmiş diskə və maddi sübut olan narkotik vasitəyə onun iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı o, həmin narkotik vasitənin ona məxsus olduğunu həmin gün səhər tapdığını və gəlcəkdə özü istifadə etməsi üçün üstündə gəzdirdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Bundan sonra dövlət hesabına təyin olunmuş müdafiəçi Hüseyn Abbasovun işirakı ilə onun üstünə video çəkilişlə baxış keçirilmiş, onun üstündən heç nə aşkar olunmamış, o, müdafiəçinin yanında üstündən narkotik vasitə aşkar olduğunu və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 07 noyabr 2024-cü il tarixdə polis şöbəsində olmuş, Təqsirləndirilən şəxsun Yevlax şəhərində yerləşən S.Vurğun adına parkda olduğunu, üstündə narkotik vasitə olması barədə məlumat daxil olmuş və həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra şöbənin CAB-nin əməliyyat müvəkkilləri Tofiq Cəfərov və Şahid2 ilə birlikdə Yevlax şəhərində yerləşən S.Vurğun adına parka getmişlər. Yolçunun təkcə parkda piyada gəzdiyini görmüşlər. Yolçuya yaxınlaşıb özlərini təqdim etmiş, Yolçu özünü şübhəli apardığına görə onun üzərinə videoçəkilişlə baxış keçirəcəklərini demişlər. Yolçuda bununla razılaşaraq parkda video çəkilişlə həmin gün saat 20:07 radələrindən saat 20:18 radələrinədək Yolçunun üstünə baxış keçirmişlər. Baxış zamanı Yolçu əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar etmişlər. Həmin kütlə elektron tərəzidə çəkmişlər, sonra kütlələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra polis şöbəsinə getmişlər. Polis şöbəsində rotokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Sonra toplanmış material maddi sübutla birlikdə şöbənin TB-nin baş təhqiqatçısı Səddam Əsgərova verilmişdir. X4 üzərinə baxış keçirdiklərkən maddi sübutun götürülməsi zamanı çəkilmiş diskə və maddi sübuta baxış keçirilmiş, 6,24 qram narkotik vasitə olan qurudulmuş marixuananın Yolçunun əynindəki gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Bu barədə protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Yolçu özüdə həmin narkotik vasitənin ona məxsus olduğunu və həmin gün səhər tapdığını özü istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı Səddam müəllim tərəfindən Yolçunun hüquqlarının qorunması üçün müdafiəçi Hüseyn müəllimi dəvət etmiş, müldafiəçinin iştirakı ilə Yolçunun üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Yolçunun üstündən heç nə aşkar olunmamış, o, müdafiəçinin yanında üstündən narkotik vasitə marixuana aşkar olduğunu təsdiq etmiş və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bildirərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəsi olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir (müvafiq DVD disk əlavə olunub).(iş vər.09-10); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə və iştirakçılar yazılmış zərfdən 1 (bir) ədəd 1 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur (müvafiq DVD disk əlavə olunub).(iş vər. 12-14); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:07-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.26-27); Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir (müvafiq DVD disk əlavə olunub).(iş vər. 28-36); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/859 nömrəli rəyindən görünür ki, şübhəli şəsx “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş... kütlə...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisində digər 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-6.24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 6,24 qram tədqiqata sərf edildi- 0,02 qram, qalıq-6,22 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 manatdır (iş vər.42-44); № İ-5687 saylı xx.xx.2020-ci il tarixli və № İ-78316 saylı xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətilərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “müvafiq olaraq “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakşısı” medalları ilə təltif edilmişdir (iş vər.53); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, saat 12:55-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.74-75); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıbdır (iş vər.81); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 50 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (iş vər.91); Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 6,22 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananın “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 6,22 qram miqdarında narkotik vasitə narkotik vasitə olan qurudulmuş marixuananın saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.93-99); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdən 09 noyabr 2024-cü il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Yevlax rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut -6,22 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 4 (dörd) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-47/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-47/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver