Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-48/2020 03.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Şəki Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi X4 Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Yevlax rayonu, Qaroğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Qaroğlan kəndində qeydiyyatda olan və yaşayan -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində həmkəndlisi Zərərçəkmiş şəxs onun həyat yoldaşı barəsində əsassız olaraq həqiqətə uyğun olmayan məlumat yayması səbəbindən aralarında xx xxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində, Zərərçəkmiş şəxs yaşadığı Yevlax rayonu, Qaroğlan kəndində yerləşən evinin həyətində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs qəsdən, yumruq və təpiklə dəfələrlə vuraraq, ona “sol tərəfdə haymor cibinin yuxarı divarından orbitaya nüfuz edən sınıq, hər iki gözaltı nahiyyənin, sol gözün ağlı qişasına yayılmış qansızma ilə müşaiyət edilən”, bu Məcəllənin 126-cı maddəsində nəzərdə nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən az ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. xx xxxxxx 2019-cu il tarixdə o, əməliyyat olunduğu üçün Yevlax rayon mərkəzi xəstəxanasında olmuşdur. Xəstəxanada olan zaman həyat yoldaşı Xatirə Cəfərova ona zəng edərək evə gəlməsini demişdir. O, da səhər xəstəxanadan çıxıb evə getmiş və Xatirədən nə olduğunu soruşmuşdur. Xatirə ona qonşusu Turalın onu çağırdığını, onu Səbuhi adlı oğlanla birlikdə gördüyünü, onunla cinsi əlaqədə olmaq təklifi etdiyini, əgər onunla razı olmasa şantaj edəcəyini demişdir. X9 dediklərinin yalan olduğunu bildirmişdir. O, da Səbuhinin yaşadığı evi tapıb xx xxxxxx 2019-cu il tarixdə onlara getmişdir. Səbuhiylə söhbət etdikdə Səbuhi ona ümumiyyətlə onun həyat yoldaşını görmədiyini və onunla heç bir əlaqəsinin olmadığını bildirmişdir. Atası Şahid2 yayılan şaiyələrə inandığı üçün xx xxxxxx 2019-cu il tarixdə onu ailəsi ilə birlikdə evdən çıxartmışdır. O, təxminən xx xxxxxx 2019-cu il tarixdə Siyavuşu kənd ərazisində görmüş, Siyavuşdan olan hadisələr barədə xəbəri olub-olmamasını soruşmuşdur. Siyavuş da xəbəri olmadığını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə isə kənd ərazisində qaynı Danil Siyavuşu görmüş, Siyavuş Danilə bacısı Xatirənin pozğun olduğunu demişdir. O, da Siyavuş ilə məsələni aydınlaşdırmaq məqsədilə ona zəng etmiş, görüşmək istədiyini bildirmişdir. Siyavuş razılaşmış, qaynı Danil ilə birlikdə Siyavuşgilin küçəsinə getmişlər. Təxminən saat 21 radələrində Siyavuşla görüşmüşlər. Söhbət zamanı o, Siyavuşa həyat yoldaşının pozğun olması barədə hansı səbəbə görə Danilə söz atması barədə sual vermişdir. Siyavuş onun sözünə qarşı söz tapa bilməmiş, Siyavuşun sözlərindən əsəbiləşmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o Siyavuşu yumruqla vurmuşdur. Siyavuş yerə yıxılmış və yerdə olan zaman Siyavuşa təpik vurmuşdur. Həmin vaxt Danil kənarda dayanmışdır. Siyavuş yerdə olan zaman atası Şahmar avtomobil ilə oraya gəlmiş, ona və Danilə kənddən çıxıb getmələrini demişdir. Mübahisədən sonra o və Danil çıxıb oradan getmişlər. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə poçt vasitəsilə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ blməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə Yevlax rayonu, Qaroğlan kəndində yerləşən həyətyanı sahəsinə gedən zaman, həmkəndlisi Tural Səfərov da onun yanında olmuşdur. Küçəylə gedən zaman onlar küçələrinə girən avtomobil görmüşlər. Tural ona küçəyə girən avtomobili tanımadığını, avtomobilin sahibinin kim olduğunun dəqiqləşdirmək istədiyini bildirmişdir. Onlar küçədə biraz gözlədikdən sonra həmin küçədə yaşayan həmkəndliləri Asimin evinin həyətinə yaxın bir yerdən bir nəfərin keçdiyini görmüşlər. Tural həmin avtomobilin sahibi və Asimin evinin yaxınlığından keçən adını sonradan bildikləri Səbuhi adlı şəxsə yaxınlaşdıqda, Səbuhi qaçıb oradan getmişdir. xx xxxxxx 2019-cu il tarixdə Asim onu çağıraraq məsələyə aydınlıq gətirilməsini istəmişdir. O, da Asimlə söhbət etmək üçün onunla getmiş və söhbəti ona danışdıqdan sonra evə qayıtmışdır. Həmin vaxt Asimlə onun arasında heç bir mübahisə baş verməmişdir. xx xxxxxx 2019-cu il tarixdə Asim yenidən onun mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini demişdir. O, Asimlə razılaşmış və Asim ona həyətlərində gözləməsini bildirmişdir. Biraz sonra təxminən saat 21 radələrində Asim və həmkəndliləri Asimin yeznəsi Danilin həyətlərinə gəldiyini görmüşdür. Asim yaxınlaşdıqdan sonra yenidən həyat yoldaşı barədə onu sorğu sual etməyə başlamışdır. Nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Asim onun sifətinə yumruqla vurmuşdur. O, Asimin zərbəsi nəticəsində yerə yıxılmış, yerdə Asim onu təpikləməyə başlamış, daha sonra Asim və Danil küçəyə avtomobil işıqlarının düşdüyünü görüb qaçıb getmişlər. Biraz sonra həmkəndlisi Asimin atası Şahmar oraya gəlmiş və onu öz avtomobili ilə xətəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə o, Quba şəhərində toyda olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə isə yaşadığı Yevlax rayonu, Qaroğlan kəndinə gəlmək üçün avtobusla Xaldan qəsəbəsinə gəlmiş, oğlu Ravil Alışov onu Xaldan qəsəbəsindən götürərək evə gətirmişdir. Evə gələndə oğlu Ravil ona digər oğlu olan Asimin həyat yoldaşı Xatirənin yaşadığı evə Asim evdə olmayan vaxt bir nəfərin girməsini eşitdiyini bildirmişdir. O, Ravildən bunu haradan eşitdiyini soruşmuşdur. Ravil ona Tural və Siyavuşun evə gələn adamın avtomobilin nömrəsini götürdüklərini və həmin naməlum şəxsin evə gəldiyini gördüklərini demişdir. Ravil ona həmin avtomobilin nömrəsini dedikdən sonra o da nömrəni Asimə demişdir. Asim axtarıb həmin nömrə ilə olan avtomobilin sahibinin Xanabad kəndində yaşadığını öyrənmişdir. Asim avtomobilin sahibinin Səbuhi adlı şəxs olduğunu və həmin şəxsin Xaitrənin keçmiş sevgilisi olduğunu öyrəndikdə, yoldaşı Xatirəyə zəng edərək evə gələn adamın kim olduğunu öyrəndiyini deyən zaman Xatirə evdən qaçıb getmiş, təxminən 3-4 saatdan sonra isə geri qayıtmışdır. xx xxxxxx 2019-cu il tarixdə o, Asimlə birlikdə Səbuhinin yaşadığı Xanabad kəndinə getmişdir. Səbuhinin atası və 3-4 dostu ilə söhbət etmiş, söhbət zamanı Səbuhinin atası Səbuhidə günahın olmadığını Xatirənin özünün Səbuhiyə dəfələrlə zəng etdiyini və həmin evə çağırdığını bildirmişdir. Bundan sonra onlar evə qayıtmışlar. Evdə olan zaman Asimə Xatirəni evlərinə qoymasını tövsiyə etmişdir. Asim həmin gecə evdə qalaraq sabahısı gün yəni xx xxxxxx 2019-cu il tarixdə uşaqları və yoldaşı Xatirəni Mingəçevir şəhərinə bibisigilə aparmışdır. 2-3 gün sonra isə Asim özü də uşaqlarının və yoldaşının yanına getmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, qardaşıgildə olan zaman ona zəng edərək Asim və Danilin həmkəndliləri Siyavuşu döyərək öldürdüklərini bildirmişlər. Bu xəbəri eşitdikdən sonra qardaşıgildən çıxıb kəndin içinə doğru gedən zaman yolda Danil və Asimi görmüşdür. Oğlu Asim avtomobilimin işıqlarını uzaqdan görən kimi qaçıb getmiş, Danil isə yerində dayanmışdır. Avtomobildən düşüb Danilə niyə Siyavuşu döydükləri barədə sual vermiş, bu zaman Danil ona hədə-qorxu gələrək onu söyüb-təhqir etmişdir. Danil ona Siyavuşdan sonra növbənin onda olduğunu bildirmiş və o, Danilin üstünə gedəndə Danil oradan çıxıb getmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 923 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-“sol tərəfdə haymor cibinin yuxarı divarından orbitaya nüfuz edən sınıq, hər iki gözaltı nahiyənin, sol gözün ağlı qişasına yayılmış qansızma” küt alət təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa AZ AĞİR zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Aşağı Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü Ayşən və 2018-ci il təvəllüdlü Aygün adlı iki azyaşlı uşağı var. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini,zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir (CPM-193.2). İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 23 (iyirmi üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 138 (bir yüz otuz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-48/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-48/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver