Məhkəmə qərarları › İş №1(039)-48/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-48/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-48/2022 16.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Yevlax şəhəri, Yaşıllaşdırma İdarəsində fəhlə işləyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisi nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə, xx xxxxxx 1992-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasını çəkən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 16 oktyabr 2021-ci il tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonu, Malbinəsi kəndində yerləşən kənd qəbirstanlığından Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərinin, oğlunun, qardaşı oğlunun və nənəsinin qəbir abidələrinin yerləşdiyi ətrafı dəmir çərçivələrlə hasarlanmış saxlanc yeri hesab edilən yerdən Zərərçəkmiş şəxs1 hasar kimi istifadə edilən dəmir çərçivələrin üstünə bəzək və qəbir abidələrinin olduğu yerə kənar şəxslərin daxil olmasından qorumaq məqsədilə düzəltdirdiyi, ümumilikdə 3,000 manat dəyərində 97 ədəd alüminium metal barmaqlıqları söküb götürməklə qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 19 oktyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonunun Malbinəsi kəndində yerləşən kənd qəbirstanlığından Zərərçəkmiş şəxs2 vəfat etmiş valideynlərinin qəbir abidələrinin yerləşdiyi, ətrafı dəmir çərçivələrlə hasarlanmış saxlanc yeri hesab edilən yerdən Zərərçəkmiş şəxs2 hasar kimi istifadə edilən dəmir çərçivələrin üstünə bəzək və qəbir abidələrinin olduğu yerə kənar şəxslərin daxil olmasından qorumaq məqsədilə düzəltdirdiyi ümumilikdə 1,000 manat dəyərində 78 ədəd alüminium metal barmaqlıqları götürməklə qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 16 oktyabr 2021-ci il tarixdə, saat 18:10 radələrində Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonunun Malbinəsi kəndində yerləşən kənd qəbirstanlığından Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərinin, oğlunun, qardaşı oğlunun və nənəsinin qəbir abidələrinin yerləşdiyi ətrafı dəmir çərçivələrlə hasarlanmış saxlanc yeri hesab edilən yerdən Zərərçəkmiş şəxs1 hasar kimi istifadə edilən dəmir çərçivələrin üstünə bəzək və qəbir abidələrinin olduğu yerə kənar şəxslərin daxil olmasından qorumaq məqsədilə düzəltdirdiyi ümumilikdə 3,000 manat dəyərində 97 ədəd aliminium metal barmaqlıqları söküb götürməklə qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 19 oktyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonunun Malbinəsi kəndində yerləşən kənd qəbirstanlığından Zərərçəkmiş şəxs2 vəfat etmiş valideynlərinin qəbir abidələrinin yerləşdiyi, ətrafı dəmir çərçivələrlə hasarlanmış saxlanc yeri hesab edilən yerdən Zərərçəkmiş şəxs2 hasar kimi istifadə edilən dəmir çərçivələrin üstünə bəzək və qəbir abidələrinin olduğu yerə kənar şəxslərin daxil olmasından qorumaq məqsədilə düzəltdirdiyi ümumilikdə 1,000 manat dəyərində 78 ədəd alüminium metal barmaqlıqları götürməklə qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün Xalıqa təklif etmişdir ki, qəbirstanlıqda olan barmaqlıqların üstündə olan alüminium bəzəkləri çıxarıb sataraq pul əldə etsinlər. Xalıq da bu təkliflə razılaşmışdır. Təxminən 16 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Xalıqla birlikdə, özünün idarə etdiyi tünd-göy rəngli, VAZ 21011 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu, Malbinəsi kəndində yerləşən kənd qəbirstanlığına gedərək tanımadığı qəbir abidələrinin yerləşdiyi, barmaqlıqlarla hasara alınmış əraziyə daxil olub barmaqlıqların üst hissəsində olan, təxminən 40-50 arasında olan alüminiumdan düzəldilmiş bəzəkləri söküb aparıb özünün idarə etdiyi avtomobilin yük yerinə yığmışdır. Bu zaman Xalıq həmin əraziyə gələn yol hissəsində dayanmışdır ki, kənar şəxs gəlsə bu barədə ona məlumat versin. Həmin alüminium hissələrini növbəti gün bazara apararaq, tanımadığı şəxsə 50 manata satmışdır. Həmin puldan 25 manat Xalıqa vermiş, qalanını isə öz ehtiyacları üçün xərcləmişdir. Daha sonra 19 oktyabr 2021-ci il tarixdə, yenə də axşam saatlarında Xalıqla razılaşaraq yenidən özünün idarə etdiyi avtomobillə Yevlax rayonu, Malbinəsi kənd qəbirstanlığına getmişlər. Qəbirstanlıqda əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 valideynlərinin qəbir abidələrinin yerləşdiyi, dəmir barmaqlıqlarla hasarlanmış sahəyə daxil olaraq eyni qayda ilə barmaqlıqların üst hissəsində bəzək olaraq quraşdırılmış alüminium metal hissələrini sökmüşdür. Bu zaman yenə də Xalıq kənarda dayanaraq ətrafa nəzarət etmişdir. Alüminium hissələri sökdükdən sonra Xalıqla birlikdə onları idarə etdiyi avtomobilin yük yerinə yığmışlar. Alüminium parçalarının sayı təxminən 70-80 ədəd olmuşdur. Kənddən çıxan zaman tanımadığı bir neçə kənd camaatı onları saxlamış, daha sonra isə əraziyə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları gələn zaman Xalıq oradan uzaqlaşmış, o, isə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini, himayəsində bir azyaşlı övladının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, Təqsirləndirilən şəxs1lə uzun müddətdir ki, tanışdır. Baxşalı ona təklif etmişdir ki, qəbirstanlıqda yerləşən abidələrin ətrafında olan hasarların ütündə olan alüminium parçalardan ibarət bəzəkləri çıxarıb satıb pul əldə edib ehtiyacları üçün xərcləsinlər. Bu təkliflə razılaşmış və 16 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında Baxşalı ilə birlikdə, sonuncunun idarə etdiyi VAZ-21011 markalı avtomobillə Yevlax rayonu, Malbinəsi kəndində yerləşən kənd qəbirstanlığına getmişlər. Orada Baxşalı ona kənarda dayanıb ətrafa nəzarət etməyi, gələn olduqda ona xəbər verməyi tapşırmış, özü isə tanımadığı abidələrin yerləşdiyi hasarlanmış əraziyə daxil olaraq barmaqlılqarın üst hissəsində bəzək kimi olan alüminium hissələri sökməyə başlamışdır. Baxşalı alüminium hissələrini sökdükdən sonra onları birlikdə avtomobilimin baqajına yığmış və orada uzaqlaşmışlar. Alüminuim hissələrinin sayı təxminən 40-50 ədəd arası olmuşdur. Növbəti gün, Baxşalı ilə birlikdə Yevlax şəhər bazarına gedərək oğurladıqları hissələri tanımadıqları dəmir yığan şəxsə 50 manata satmışlar. Baxşalı həmin puldan ona 25 manat vermiş, qalanını isə özünə saxlamışdır. 19 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında Baxşalının təklifi ilə yenə də onun idarə etdiyi avtomobillə Yevlax rayonu, Malbinəsi kənd qəbiristanlığına getmişlər. Yeə də, eyni qayda ilə o, kənarda dayanaraq ətrafa nəzarət etmiş, Baxşalı isə onun tanımadığı qəbir abidələrinin yerləşdiyi, hasara alınmış əraziyə daxil olub, dəmir barmaqlıqların üst hissəsində olan alüminium bəzəkləri sökməyə başlamışdır. Təxminən 70-80 ədəd olan həmin hissələri söküb birlikdə Baxşalının idarə etdiyi avtomonilin yük yerinə yığmışlar. Bu zaman bir neçə kənd sakini onları saxlayıb sorğu sual etməyə başlamışlar. Daha sonra isə əraziyə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlarının gəldiyini görən zaman oradan uzaqlaşıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Baxşalı polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə aparılmışdır. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 əvvəlki məhkəmə iclası zamanı bildirmişdir ki, valideynləri və digər qohumları Yevlax rayonu, Malbinəsi kəndində yerləşən kənd qəbirstanlığında dəfn edilmişdir. Qohumlarının qəbir abidələrinin yerləşdiyi ərazini öz vəsaiti hesabına, 3,000 manat ödəməklə dəmir barmaqlıqlardan hasara aldırmışdır. Mütəmadi olaraq həmin qəbirstanlığa gedib orada qohumlarının qəbirlərini ziyarət edir. 19 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında ona kənd sakinləri bildirmişdir ki, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən kənd qəbiristanlığında oğurluq olmuş v həmin şəxs saxlanılmışdır. Bunu eşitdikdə dərhal Malbinəsi kənd qəbirstanlığına getmişdir. Orada qohumlarının qəbirlərinin yerləşdiyi əraziyə baxdıqda aşkar etmişdir ki, hasar kimi çəkdirdiyi barmaqlıqların üst hissəsində olan 78 ədəd alüminium bəzəkləri sökülmüşdür. Sonaradan ona məlum olmuşdur ki, həmin oğurluğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər etmişlər. Ona dəymiş ziyan artıq ödənilmişdir. Həmin şəxslərə qarşı heç bir tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2 istintaq zamanı bildirmişdir ki, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən kənd qəbirstanlığında qohumlarının qəbirləri olmuş, həmin qəbirlərin ətrafında qəbir abidələri vardır, qəbirlər çərçivəyə alınmışdır. Arabir həmin qəbiristanlığa gedib orada valideynlərinin qəbirlərinə baş çəkmiş, 19 oktyabr 2021-ci il tarixdə saat təxminən 19:25 radələrində Yevlax rayonu, Malbinəsi kəndində yerləşən kənd qəbiristanlığında işləyən, adını xatırlamadığı bir nəfər şəxs mobil nömrəsinə zəng edərək Malbinəsi kənd qəbirstanlığından oğurluq olduğunu, oğurluq etmiş şəxsin yaxalandığını bildirmişdir. Malbinəsi kənd qəbiristanlığına getmiş, orada valideynlərinin qəbirlərinin yerləşdiyi, çərçivəyə alınmış yerdən 78 ədəd alüminium barmaqlıqların söküldüyünü görmüşdür. Valideynlərinin qəbirlərinin yerləşdiyi, çərçivəyə alınmış yerdən oğurlanan aliminium barmaqlıqların qiyməti 1,000 manat dəyərində olmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, heç bir iddiasının olmadığını bildirmişdir Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, Yevlax RPŞ İTB sahə rəisi vəzifəsində işləyir. 19 oktyabr 2021-ci il tarixdə, axşam saat təxminən 18:45-də, polis nəfəri Şahid2lə birlikdə Yevlax rayonu, Malbinəsi kəndində xidməti ərazilərində xidmətdə olmuşlar. Kənd qəbirstanlığının yaınndan keçən zaman bir neçə şəxsin VAZ 21011 markalı avtomobilin ətrafında yığışdığını görüb oraya yaxınlaşmışlar. Avtomobildə olan şəxsə özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədləri tələb etmişlər. Həmin şəxs özünü şübhəli apardığından avtomobilə baxış keçirmək qərarına gəlmiş və ondan avtomobilin yük yerini aşmağı tələb etmişlər. Avtomobilin yük yerində qəbirstanlığda olab dəmir barmaqlıqların üst hissəsində bəzək kimi quraşdırılmış alüminium parçalarının olduğunu aşkar etmişlər. Həmin şəxsin oğurluq etdiyindən şübhələnib onu avtomobili ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Şöbədə həmin şəxsin Yevlax şəhər sakini Təqsirləndirilən şəxs1 olduğu və Yevlax rayonu, Malbinəsi kənd qəbiristanlığından oğurluq etdiyi müəyyən edilmişdir. Məhkəmə-ekspertiza mərkəzinin 21 dekabr 2021-ci il tarixli 6/5483-9/8873 saylı rəyində qeyd olunur ki, aparılmış fiziki-kimyəvi tədqiqatı nəticəsində, tədqiq edilən 7 ədəd metal barmaqlıqların hər biri alüminium əsaslı ərintidən hazırlanmışdır. Təqdim edilmiş 7 ədəd metal barmaqlıqların hər biri kustar üsulla (sex üsulu) hazırlanmağa xarakterikdir. Aparılmış fiziki-kimyəvi təqdiqatın nəticəsinə görə təqdim edilmiş 7 ədəd ümumi çəkisi 6,340 kq olan, hər biri aliminium əsaslı ərintidən hazırlanmış metal barmaqlıqların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymətləri – 35 (7 əd. X 5 man) manatdır. (səh 123,124). Yevlax Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli hökmünün surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin 02 mart 2022-ci il tarixli, 148/2 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(039)-105/2021 saylı hökmü ilə təyin edilmiş cəzadan 06 ay 08 gün çəkilməmiş olaraq qalmışdır. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1., 177.2.2. və 177.2.3 maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs olaraq, hasarlanmış saxlanc yerinə daxil olmaqla, təkrarən oğurluq etmələri özlərinin etirafı, zərər çəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və onlara cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı övladının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirmək yolu ilə birləşdirməklə üzərində qəti cəza müəyyən edilməlidir. Həbsdə saxlanıldıqları iki gün onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Hər birinin üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Ekspertiza tədqiqatının dəyərin 100 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilməlidir. Maddi sübut kimi tanınmış 71 ədəd alüminium dəmir barmaqlıların zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Dövlət hesabına göstərilmiş hüquqi yardıma görə məhkəmə dövrü üçün müvafiq olaraq 78 manat və 66 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilməlidir. (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 2(iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 19 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 4 (dörd) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 20 oktyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 4 (dörd) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi) altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın 16.03.2022-ci il tarixə çəkilməmiş qalan 05 (beş) ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə qəti olaraq üzərində 3 (üç) il 2 (iki) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Ekspertiza tədqiqatının dəyəri - 100 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗ41 NABZ 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesabına keçirilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün müvafiq olaraq 78 (yetmiş səkkiz) manat və 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar