Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-49/2025 14.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 17 radələrində Yevlax rayon Aran qəsəbəsi ərazisində Bakı-Qazax magistral avtomobil yolunun kənarında yerləşən balıq məhsullarının satışı üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi olan tikilidə satıcı qismində dayanarkən Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs, qardaşı X2 ilə birlikdə özlərinə məxsus avtomobillə orada dayanaraq Təqsirləndirilən şəxs satılıq olan balıqların qiymətini soruşmuş, Təqsirləndirilən şəxs balıqların satış qiymətini dedikdən sonra Zərərçəkmiş şəxs balıqların satış qiymətinin baha olduğunu və daha ucuz qiymətə “çay” balığı ala biləcəyini dedikdən sonra X5 Alıyevi mübahisəyə çəkərək sonuncu ilə heç bir əsaslı səbəb olmadan mübahisə etməyə başlamış, mübahisə zamanı Təqsirləndirilən şəxs ictimai yer hesab edilən Bakı-Qazax magistral avtomobil yolunun kənarında orada olan digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs üzərinə qəfildən hücum çəkib öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə istirahət və yaşayış qaydalarına etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqça hörmətsizlik ifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs burun nahiyəsindən qəsdən əli ilə bir dəfə yumruq zərbəsi vuraraq Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vuran burun tənəffüsünün pozulması ilə burun sümüklərinin yerini dəyişmiş sınığı, burun belinin, sağ gözətrafı nahiyənin dərialtı hematoması fonunda qançırı xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vuran bədən xəsarətləri yetirmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, Yevlax rayon Aran qəsəbəsində Bakı- Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində yolun kənarında Nazim adlı şəxsin obyektində satıcı kimi işləyərək balıq satışı ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində iki nəfər tanımadığı şəxs avtomobilini yolun kənarında saxlayaraq ondan Sudak balığın olub-olmamasını soruşmuşlar. O, isə bu zaman Sudak balığının olmadığını, lakin başqa balıqların olduğunu bildirmiş və həmin şəxsləri obyektə dəvət etmişdir. Həmin şəxslərin hər ikisi düşüb obyektə daxil olmuşlar. O, hovuzdan həmin şəxslərə 3 ədəd sazan balığı çıxardaraq göstərmişdir.O, həmin 3 ədəd balığı müştərilərə göstərən zaman həmin balıqların 3-ə 23 manat pul verməli olduqlarını bildirmiş, həmin şəxslərdən biri isə ona həmin balığın kilosunu 5 manata aldığını bildirmişdir. Bu zaman o, həmin şəxsə onun 5 manata alacağı balığın göl balığı olduğunu və onun satdığı balığın isə təbii çay balığı olduğunu bildirmişdir. Həmin şəxs onun həm göl, həm də çay balığı yediyini, ona nəsə öyrətməli olmadığını, onun hər şeyi bildiyini dediyini bildirmişdir. O, isə onun satdığı balığa göl balığı deyərək onun malını pisləməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı həmin şəxsin burun nahiyyəsinə bir dəfə yumruqla vurmuşdur. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışlar. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Özü Ağdərə istiqamətində gedən antiterror əməliyyatlarının iştirakçısıdır. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində qardaşı Şahid1 ilə Goranboy rayonu istiqamətindən gəlib Mingəçevir şəhəri istiqamətinə gedən zaman Yevlax rayonu Aran qəsəbəsi ərazisində yolun kənarında balıq satıldığını görüb həmin balıq satılan yerdə dayanmışdır. O, balıq satan şəxsdən Sudak balığının olub-olmamasını soruşmuşdur. Həmin şəxs isə sudak balığının olmadığını, başqa balıqlarının olduğunu bildirmişdir. O, avtomobildən düşərək onun balıq satdığı yerə gəlmiş və balıqlara baxan zaman orada olan balıqların xoşuna gəlmədiyi üçün həmin şəxsdən balıqları tutmamasını xahiş etmişdir. Həmin şəxs isə bir neçə balığı akvariumdan tutub çıxartmış və həmin balıqlara baxmağını təklif etmişdir. O, onun çıxardığı balıqlara baxan zaman qiyməti soruşmuş, bu zaman balıq satan şəxs 3 ədəd sazan balığına 20 manat pul verəcəyini bildirmişdir. Qiymət onu qane etmədiyi üçün o, həmin şəxsə bu cür balıqların bir kiloqramını 5 manata aldığını, qiymətin baha olduğunu bildirmişdir. Onun bu cavabından sonra balıq satan şəxs onunla mübahisə etməyə başlamış və onun burun nahiyəsinə qəflətən qəsdən bir dəfə yumruqla vurmuşdur. Balıq satan şəxsin onun vurması nəticəsində onun burnu qanamış və xəsarət almışdır. Bundan sonra orada olan kənar şəxslər onları aralışdırmışlar. Hazırda Təqsirləndirilən şəxs Aqişin oğlu ilə barışmış və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon Aran qəsəbəsində yolun kənarında özünəməxsus balıq dükanında Təqsirləndirilən şəxs satıcı kimi işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində yol ilə keçən avtomobillərdən biri yolun kənarında saxlamış və iki nəfər avtomobildən düşərək dükana tərəf gəlmişlər. Onlar avtomobildən düşüb balıq dükanına gələn zaman Təqsirləndirilən şəxs onlara 3 ədəd Sazan balığını hovuzdan tutaraq baxmaları üçün təqdim etmiş, bu zaman həmin müştərilərdən biri həmin balığın qiymətini soruşmuş, işçisi Təqsirləndirilən şəxs ona həmin 3 ədəd balığa 23 manat pul verəcəyini demiş və bu zaman həmin şəxs bu cür balıqların kiloqramını 5 manata aldığını demişdir. Həmin müştəri Təqsirləndirilən şəxs onlara təqdim etdiyi balıqların hərəsinin yarım kiloqram olmasını bildirən zaman, o, həmin müştəriyə insaflı olmasını, həmin balıqların hər birinin 1 kiloqramdan artıq olmasını demişdir. O, müştəriyə bu cür dedikdən sonra müştəri onun balığının göl balığı olduğunu, tam gəldiyini bildirmişdir. Bu vaxt işçisi Təqsirləndirilən şəxs ilə həmin müştəri arasında mübahisə başlamış və o (şahid) başını yana çevirdikdən sonra Ümidin həmin şəxsi vurduğunu bilmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 662 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə burun sümüklərinin yerini dəyişmiş sınığı, burun belinin, sağ gözətrafı nahiyənin dərialtı hematoması fonunda qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən tənəffüsün pozulması ilə müşaiət olunun burun sümüyünün yerini dəyişmiş sınığı səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Qançır sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5455 saylı Çıxarış Epikrizinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə Ağdərə istiqamətində gedən antiteror əməliyyatı zamanı yaralanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş 1085 saylı arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə Ağdərə istiqamətində gedən antiteror əməliyyatı nəticəsində xəsarət almışdır. Ona partlayış travması (xx.xx.2023) nəticəsində sağ sağrı nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, qəlpənin xaric edilməsi (xx.xx.2023), yaranın ikincili cərrahi işlənməsi (xx.xx.2023) cərrahi əməliyyatından, soltərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət diaqnozu təyin edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xidməti xasiyyətnamədən görünür ki, Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs 651№-li hərbi hissənin 2-ci tabor döyüş dəstək taqımı 3-cü avtomatik qumbaraatan manqasının qumbaraatan vəzifəsində xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, antiterror əməliyyatlarında iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Yevlax rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İş üzrə maddi sübut olan üzləşdirmə istintaq hərəkətlərinin köçürüldüyü 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə (xx.xx.2025-xx.xx.2025-ci il tarixədək olan (04 saat) hər iclasa görə hər saat üçün 6 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixədək olan (02 saat) iclasa görə hər saat üçün 11 manat hesablanmaqla) 46 (qırx altı) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 04 (dörd) gün azadlığın məhdudlaşdırıması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Yevlax rayonu Aran qəsəbəsində yerləşən evi tərk etməmək, Yevlax rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan üzləşdirmə istintaq hərəkətlərinin köçürüldüyü 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə dövrü üçün göstərilən 6 (altı) saat hüquqi yardıma görə (xx.xx.2025xx.xx.2025-ci il tarixədək olan (04 saat) hər iclasa görə hər saat üçün 6 manat, xx.xx.2025xx.xx.2025-ci il tarixədək olan (02 saat) iclasa görə hər saat üçün 11 manat hesablanmaqla) 46 (qırx altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-49/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-49/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver