Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-5/2022 16.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 02 avqust 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, ünvan 9-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx xxxxx 1978-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 05 avqust 2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, ünvan 7-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə-metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,593 qram psixotrop maddə-metamfetamini Təqsirləndirilən şəxs2 30.07.2021-ci il tarixdə saat 20 radələrində Yevlax şəhəri, Vidadi küçəsində 10 manata alaraq üzərində saxlamış, 31.07.2021-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs1 psixotrop maddələri qanunsuz saxlamaqda şübhəli bilindiyinə görə Yevlax şəhəri, Q.Quliyev küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 20:40-dan 21:00-dək müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Təqsirləndirilən şəxs2 10 manata alaraq üzərində saxladığı 0,593 qram psixotrop maddə-metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə-metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Tramadol 225” maddəsini satış məqsədilə əldə edib, saxlamış, qəsdən psixotrop maddə olan metamfetamini satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq 02 bükümdə olmaqla hər birinin çəkisi ayrı-ayrılıqda 0,026 qram və 0,024 qram olmaqla, ümumi təmiz çəkisi 0,050 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 0,655 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan üzərinə “Tramadol 225 mq” yazılan 1 ədəd konvalyutda ümumi sayı 2 ədəd göy-ağ rəngli kapsulu istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib yaşadığı evdə saxlamış, həmin 0,655 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindən 0,593 qram psixotrop maddə-metamfetamini 10 manat pul müqabilində 30 iyul 2021-ci ildə saat 20 radələrində yaşadığı Yevlax şəhəri, Vidadi küçəsində Təqsirləndirilən şəxs1 satmışdır. 31.07.2021-ci saat 20:00 radələrində Təqsirləndirilən şəxs1 psixotrop maddələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri, Q.Quliyev küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 20:40-dan 21:00-dək müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Saleh İbrahimlidən 10 manat pul müqabilində alaraq əldə edib saxladığı 0,593 qram psixotrop maddə-metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. 03 avqust 2021-ci ildə Yevlax rayon məhkəməsinin 03.08.2021-ci il tarixli 5(039)- 87/2021-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanda keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs2 qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı hər birinin çəkisi ayrı-ayrılıqda 0,026 qram və 0, 024 qram olmaqla, ümumi təmiz çəkisi 0,050 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 satdığı psixotrop maddə olan metamfetaminlə eyni tərkibli olan ümumi təmiz çəkisi 0,062 qram olan psixotrop maddə olan metamfetamin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan üzərinə “Tramadol 225 mq” yazılan 1 ədəd konvalyutda ümumi sayı 2 ədəd göy-ağ rəngli kapsulu aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri birlikdə Yevlax şəhərində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Az bir müddət idi ki psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 31 iyul 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Yevlax şəhəri, Q.Quliyev küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək, onu polis şöbəsinə dəvət etmilər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Yevlax RPŞ-də vəkili Zaur Bərxudarovun iştirakı və videoçəkilişlə onun üzəriə şəxsi axtarış keçirilmişdir. Şəxsti axtarış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülü ilə birlikdə çəkisi 0,74 qram olan psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş metamfetamin onun özünə məxsus olmuşdur. Narkotik vasitə istifadəçisidir və həmin heroini istifadə etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəmetamfetamini 30 iyul 2021-ci il tarixdə axşam saat 20 radələrində əvvəllər tanıdığı Yevlax şəhərində yaşayan Saleh adlı şəxsdən 10 manata almışdır. Belə ki, o, 30 iyul 2021-ci il tarixdə Yevlax şəhər “Uşaq Xəstəxanası” ilə üzbəüz küçədə mağar sökən zaman Salehin küçədən keçdiyini görmüşdür. Bu zaman Salehə yaxınlaşaraq ona metafetamin satmasını demişdir. Salehin metamfetamin satıdığını bilmişdir. Bu zaman Saleh ona 10 manata bir büküm metamfetamin verə biləcəyini demişdir. Salehə 10 manat verdikdən sonra Saleh ona metamfetamini yaşadığı evin həyətinin divarının çöl tərəfində siqaret qutusunun içində yerə qoyacağını deyərək getmişdir. Təxminən 25-30 dəqiqə sonra Salehin evinin həyətinin hasarının yanına baxa-baxa getdikdə yerdə göy rəngli “prima” markalı siqaret qutusunun olduğunu və həmin qutunu götürüb içərisinə baxdıqda içərisində siqaret kağızına bükülmüş büküm olduğunu görmüşdür. Bükümü açaraq içinə baxmış və metamfetamin olduğunu gördükdən sonra şalvarının sol yan cibinə qoyaraq evə getmişdir. Həmin günün metamfetamindən istifadə etməmişdir. 31 iyul 2021-ci il tarixdə Q.Quliyev küçəsi ilə yaşadığı ev istiqamətində gedən zaman polis əməkdaşları ona yaxınlaşmış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək polis şöbəsinə dəvət etmişlər. 31 iyul 2021-ci il tarixdə Yevlax RPŞ-də üzərinə keçirilən axtarış zamanı Salehdən almış olduğu heroin üzərindən aşkar edilərək götürülmüşdür. 31 iyul 2021-ci il tarixdə polis şöbəsində onun üzərinə keçirilən şəxsi axtarış zaman üzərindən aşkar edilərək götürülmüş psixortop maddə-metamfetamin ona məxsusdur. O, üzərindən aşkar edilərək götürülmüş həmin psixortop maddə-metamfetamini 30 iyul 2021-ci il tarixdə saat 20 radələrində Yevlax rayonunda yaşayan Salehdən almışdır. O, Salehi Yevlax şəhərində yaşayan şəxs kimi tanıyır və yaşadığı evin yerləşdiyi yeri bilir. Üzərindən aşkar edilərək götürülmüş həmin psixotrop maddə-metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. 30 iyul 2021-ci il tarixdə saat 20 radələrində Salehdən almış olduğum psixotrop maddəmetamfetamindən heç kimə satmamış və verməmişdir. Törətdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini və əvvəllər məhkum olunmamasını və nəzərə alaraq, ona həbslə əlaqədar olamayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 Qdrət oğlu ona elan edilmiş CM-nin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 7-də ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 20 ildir ki, narkotik vasitə olan heroin və son zamanlarda psixotrop maddə olan metamfetamindən istifadə edir. 03 avqust 2021-ci il tarixdə 20 radələrində yaşadığı Yevlax şəhəri, Vidadi küçəsi, 25 nömrəli evdə olarkən adının səsləndiyini eşidərək evdən çölə çıxmışdır. Evdən çölə çıxdıqda darvazanın qarşısında polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları ona məhkəmə qərarı əsasında yaşadığı evə baxış keçirəcəklərini və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, evin həyətindən əlini salaraq evin yan divarının alt hissəsində olan (zirzəmi ilə evin sütunu arasında) içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bir ədəd göy rəngli qutunu təqdim etmişdir. Bundan sonra həmin qutunun içərinsində ağ-qırmızı rəngli 02 ədəd bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 0.08 qram və digər bir ədəd ağ-qırmızı rəngli içərisində psixotrop maddə metamfetamin olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0.03 qram olmuşdur. Bundan sonra evdə keçirliən axtarış zamanı yataq otağından 02 ədəd tramadol həbləri, çətənə bitkisinin toxumları, narkotik vasitə qəbul etmək məqsədi ilə istifadə etdiyi 03 ədəd tibbi şpris və 01 ədəd şüşə flakon götürülərək zərflərə qoyulmuş və qablaşdırılmışdır. Evindən aşkar edilərək götürülmüş 02 bükümdə olan narkotik vasitə heroinlər, 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin, çətənə bitkisinin toxumları, 02 ədəd tramadol həbləri, şüşə flakon və tibbi şprislər ona məxsus olmuşdur. Yaşadığı evdən aşkar edilmiş 02 bükümdə olan narkotik vasitə-heroini, 01 bükümdə olan psixotrop maddəmetamfetamini 27 iyul 2021-ci il tarixdə axşam saat 19 radələrində yaşadığı Vidadi küçəsində yerdən tapmışdır. Həmin narkotik vasitə və psixotrop maddələrdən bir hissəsini istifadə etmişdir. Tramadol adlı dərmanı uzun müddət əvvəl əməliyyat olan zaman almış və hazırda özünü müalicə etmək məqsədi ilə istifadə etmişdir. Metamfetamindən 30 iyul 2021-ci il tarixdə axşam saat 20 radələrində Yevlax şəhərində yaşayan Zöhrab adlı şəxsə 10 manata satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1ylə 30 iyul 2021-ci il tarixdə Əjdər Yevlax şəhər “Uşaq Xəstəxanası” ilə üzbəüz küçədə mağar sökən zaman onu görərək yanına gəlmiş və ondan metafetamin istəmişdir. Əjdərə 10 manata bir büküm metamfetamin verə biləcəyini demişdir. Zöhrab ona 10 manat verdikdən sonra Zöhraba metamfetamini yaşadığı evin həyətinin divarının çöl tərəfində siqaret qutusunun içində yerə qoyacağını deyərək getmişdir. Törətdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Məhkəmədə son sözündə əməlindən səmimi olaraq peşman olmasını və himayəsində iki yetkinlik yaşına çatmamayan uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis leytenantı Şahid4 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin CABnin əməliyyat müvvəkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. 03 avqust 2021-ci il tarixdə Yevlax RPŞ-nin İsrtintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Vüsal Musazadə ona Təqsirləndirilən şəxs2 yaşadığı Vidadi küçəsi, ev 25 ünvanında narkotik vasitələr, psixotrop maddələr və ya digər cinayət xarakterli predmetlərin saxlanılmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün Təqsirləndirilən şəxs2 evində Yevlax rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 5(039)-87/2021 nömrəli qərarı əsasında axtarış tədbirlərinin həyata keçirilməsinə icazə aldığını və bu səbəbdən Təqsirləndirilən şəxs2 evində axtraış keçirilməsi zəruri olduğunu bildirmişdir. O, Yevlax rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X9, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru, polis mayoru Şahid3 ilə birlikdə Yevlax rayon polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanına getmişdir. Vüsal Müsazadə Təqsirləndirilən şəxs2 evin giriş darvazasının qarşısndan uca səslə çağırmışdır. Təqsirləndirilən şəxs2 adının çağırıldığını eşitdiyi üçün evdən çölə, yəni evin həyətinin giriş darvazasının qarşısına çıxmışdır. Bu zaman müstəntiq X19 İbrahimova narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və narkotik vasitələri və psixotrop maddələri yaşadığı ünvan 2 ünvanında saxlamqda şübhələnildiyini, evində axtarış keçirilməsi üçün Yevlax rayon Məhkəməsi tərəfindən qərar qəbul edildiyini, evinə axtarış keçirilməli olduğunu izah etmişdir. Axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərarı elan olunmuş və müstəntiq Vüsal Müsazadə Təqsirləndirilən şəxs2 evinə axtarış keçirilməsinə etirazının olub-olmadığı soruşduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müstəntiq Vüsal Müsazadə tərəfindən Təqsirləndirilən şəxs2 axtarışda iştirak edəcək şəxslər barədə məlumat verilmiş, “Panasonic” markalı videokamera vasitəsilə çəkiliş aparılacağı bildirilmiş və hüquq və vəzifələri elan olunmuş və ondan yaşadığı ünvanın dəqiq adersi soruşulmuşdur. Təqsirləndirilən şəxs2 hazırkı yaşadığı evin ünvan 4 ünvanında yerləşdiyini, doğulduğu andan həmin evdə yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 evində aparılan axtarış və götürmə saat 19:35-də başlamışdır. Onlar bundan sonra evin həyətinə daxil olmuş və müstəntiq X20 İbrahimova narkotik vasitələrin və güclü təsir edən psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə şübhəli bilindiyindən və evində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr saxlamasında şübhələnildiyi bildirilmiş və ona evində narkotik vasitə, psixotrop maddə və ya bunun kimi güclü təsir edici maddələrin olub olmadığı soruşulmuş və olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 evin yan divarının alt hissəsində olan ( zirzəmi ilə evin sütunu arasında) göy rəngli plasmas qutunu təqdim edərək içərisində narkotik vasitə-heroin olduğunu bildirmişdir. Bundan sonra Salehin və digər iştirakçıların iştirakı ilə qutuya baxış keçirilən zaman içərisində 03 (üç) ədəd ağ-qırmızı rəngli kağız bükülü olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bükülülərin içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs2 bükümlərindən ikisinin içərisində “kakos” yəni heroin olduğunu, digər bir bükümdə olan ağ rəngli kristallardan olan maddənin limon duzu olduğunu və onu heroinə qataraq istifadə etdiyini bildirmişdir. Həmin bükümləri açaraq içərisinə baxdıqda 02 (iki) ədəd ağ-qırmızı rəngli bükümün içərisində narkotik vasitə-herionə bənzər tünd boz rəngli maddənin, digər 01 (bir) ədəd ağ-qırmızı rəngli bükümə baxdıqda içərisində ağ rəngli psixotrop maddə hesab edilən metanfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan sonra 01 (bir) ədəd ağ-qırızı rəngli kağıza bükülmüş içərisində ağ rəngli kristallar formasında olan maddə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,03 qram olması, 02 (iki) ədəd siqaret kağızına bükülmüş içərisində tünd boz rəngli narkotik vasitə olan heroinə bənzər maddələr olan bükümlər bükülü olduğu kağızlarla birlikdə elektron tərəzidə çəkilmiş və ümumilikdə bükümlərlə birlikdə çəkilərinin 0,08 qram olması müəyyən edilmişdir. Həmin bükümlər 01 (bir) ədəd zərfin içərisinə qoyulmuş, ağzı yapışdırılmış, Yevlax RPŞ-nin 85 №-li möhürü ilə möhürlənmişdir. O, Təqsirləndirilən şəxs2 və digər iştirakçılar zərfin üzərinə imza çəkmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümləri hardan əldə etməsi soruşulduqda Saleh yaşadığı küçədən tapdığını bildirmişdir. Onlar bundan sonra axtarışı davam etdirmək məqsədi ilə evə daxil olmuş və Təqsirləndirilən şəxs2 yataq otağındakı stolun üstündə çoxlu sayda “falqalar”, 03 (üç) ədəd tibbi şpris və 01 (bir) ədəd şüşə flakon, üzərinə tramadol-50 yazısı yazılmış 01(bir) ədəd blisterdə olan göy-ağ rəngli kapsul formalı 02 (iki) ədəd həblər, 01 (bir) ədəd açıq qəhvəyi və 02 (iki) ədəd tünd qəhvəyi rəngli həblər, 01 (bir) ədəd kibrit qutusunda çətənə bitkisinin toxumlarına bənzər bitki toxumları aşkar edilmışdir. Bu zaman Təqsirləndirilən şəxs2 bunları nə məqsədlə istifadə etdiyi soruşulduqda o, şüşə flakonun içərisində heroin bişiridiyini, tibbi şprislərdən istifadə etməklə narkotik vasitə qəbul etdiyini, tramadolu əməliyyat olan zaman əldə etdiyini və müəalicə məqsədi ilə istifadə etdiyini, kibrit qutusunda olan toxumların çətənə bitkisi toxumları olduğunu bildirmişdir. Kibrit qutusunda olan toxumlar 01 ədəd qızılı-ağ rəngli kağıza tökülərək elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin 0,58 qram olması müəyyən edilmişdir. Sonradan həmin toxumlar büküm ilə birlikdə kibrit qutusuna qoyulmuş və həmin kibrit qutusu, həmçinin 01(bir) ədəd blisterdə olan göy-ağ rəngli kapsul formalı 02 (iki) ədəd həblər, 01(bir) ədəd açıq qəhvəyi və 02 (iki) ədəd tünd qəhvəyi rəngli həblər bir ədəd zərfin içərisinə yerləşdirilmiş, ağzı yapışdırılmış, Yevlax RPŞ-nin 85 №-li möhürü ilə möhürlənmişdir. O, Təqsirləndirilən şəxs2 və digər iştirakçılar zərfin üzərinə imza çəkmişdir. Bundan sonra həmin yerdən aşkar edilmiş 03 (üç) ədəd tibbi şpris və 01 (bir) ədəd şüşə flakon bir ədəd zərfdə qablaşdırılmış, ağzı yapışdırılmış, Yevlax RPŞ-nin 85 №-li möhürü ilə möhürlənmiş, o, Təqsirləndirilən şəxs2 və digər iştirakçılar zərfin üzərinə imza çəkmişdir. Digər otaqlara baxış keçirlən zaman hər hansı bir şübhəli əşya və predment, həmçinin narkotik vasitəheroin və psixotrop maddə-metamfetamin aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 evində aparılan axtarışa hər hansı bir etirazının olub olmaması soruşulduqda hər hansı bir etirazının olmadığını, evindən aşkar edilərək götürülmüş narkotik vasitəyə, psixotrop maddəyə, güclü təsir edən həblərə bənzər maddələrin və istifadə olunmuş tibbi şprislərin ona məxsus olduğunu bildirmişdir. Bununlada axtarış başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və müstəntiq Vüsal Musazadə tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan müstəntiq Vüsal Musazadə tərəfindən Yevlax RPŞ-nin inzibati binasında Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, müdafiəçisi X7, hal şahidləri 1983-cü il təvəllüdlü də ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 və 1965-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X7 iştirakı ilə Azərbaycan Respublikas CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda könüllü təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla daşınması qadağan edilən digər əşya olmadığını bildirmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid5 Təqsirləndirilən şəxs2 üzərini yoxlamış və onun üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla gəzdirilməsi qadağan edilən digər əşya, predmet aşkar edilməmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax şəhərində yaşayan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor və təzyiq tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Şahid3 ifadəsində göstərdi ki, X5 Təqsirləndirilən şəxs1 oğlunun üzərində şəxsi axtarış və götürmə aparacağını, kamera vasitəsi ilə video çəkiliş aparmağıı demişdir. O, istifadəsində olan “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. Səddam Əsgərov xidməti iş otağında Şahid1, Şahid2 Rəfael oğlunun və vəkil Zaur Bərxudarovun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Səddam Əsgərov Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Səddam Əsgərov tərəfindən Təqsirləndirilən şəxs1 üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 oğlu əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd “prima” markalı siqaret qutusu, 1 ədəd gümüşü siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Bundan başqa Şahid2 Rəfael oğlu tərəfindən Təqsirləndirilən şəxs1 üzəri yoxlanılmış və onun üzərindən başqa əşya və predment aşkar edilməmişdir. Bundan sonra Səddam Əsgərov Təqsirləndirilən şəxs1 həmin bükülünün içərisində nə olmasını soruşduqda o, həmin bükümdəki maddənin “şüşə”, “patı” adlanan psixotrop maddə-metanfetamin olduğunu, həmin maddəni 30.07.2021-ci il tarixdə axşam saatlarında Yevlax sakini Saleh adlı şəxsdən 10 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını, 31.07.2021-ci il tarixdə yaşadığı Yevlax şəhəri, Q.Quliyev küçəsində evinə gedərkən həmin vaxt “şüşə” adlanan psixotrop maddə olan metanfetaminin üzərində olduğunu, özünü şübhəli apardığı üçün Yevlax RPŞ-nin əməkdaşları onu saxlayaraq Yevlax RPŞ-nə gətridiklərini bildirmişdir. Səddam Əsgərov həmin 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü açıb içərisinə baxdıqda həmin bükülünün içərisinə baxdıqda ağ rəngli psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə “VENDS” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş və həmin kütlənin çəkisinin 0,74 qram olması müəyyən edilmişdir. Həmin müddət ərzində Səddam Əsgərov və daha sonra vəkil Zaur Bərxudarov tərəfindən Təqsirləndirilən şəxs1 həmin psixotrop maddəni hardan əldə etməsi soruşulmuş və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni 30.07.2021-ci il tarixdə Yevlax sakini Saleh adlı şəxsdən 10 manata aldğını, özünün narkotik vasitə istifadəçisi olduğunu və özü istifadə etmək məqsədi ilə üzərində saxlamış olduğunu, satmaq məqsədi olmadığnı bildirmişdir. Səddam Əsgərov həmin psixotrop maddə olan kütləni bükülü olduğu kağız bükümlə birlikdə bir ədəd zərfə qoydu, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Səddam Əsgərov zərfdə qablaşdırdığı maddənin psixotrop maddə-metanfetamin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs1, onun vəkili X6, Şahid1 və Şahid2 Rəfael oğlu həmin zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 oğlunun üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Bundan sonra 03 avqust 2021-ci il tarixdə Yevlax RPŞ-nin İsrtintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Vüsal Musazadə ona Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanında narkotik vasitələr, psixotrop maddələr və ya digər cinayət xarakterli predmetlərin saxlanılmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün Təqsirləndirilən şəxs2 evində Yevlax rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 5(039)-87/2021 nömrəli qərarı əsasında axtarış tədbirlərinin həyata keçirilməsinə icazə aldığını və bu səbəbdən Təqsirləndirilən şəxs2 evində axtraış keçirilməsi zəruri olduğunu və çəkiliş aparmağını bildirmişdir. Həmin gün o, Yevlax rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X9, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ilə birlikdə Yevlax rayon polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 7 ünvanına getmişdir. Vüsal Müsazadə Təqsirləndirilən şəxs2 evin giriş darvazasının qarşısndan uca səslə çağırmışdır. Təqsirləndirilən şəxs2 adının çağırıldığını eşitdiyi üçün evdən çölə, yəni evin həyətinin giriş darvazasının qarşısına çıxmışdır. Bu zaman müstəntiq X19 İbrahimova narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və narkotik vasitələri və psixotrop maddələri yaşadığı ünvan 7 ünvanında saxlamqda şübhələnildiyini, evində axtarış keçirilməsi üçün Yevlax Rayon Məhkəməsi tərəfindən qərar qəbul edildiyini, evinə axtarış keçirilməli olduğunu izah etmişdir. Axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərarı elan olunmuş və müstəntiq Vüsal Müsazadə Təqsirləndirilən şəxs2 evinə axtarış keçirilməsinə etirazının olub-olmadığı soruşduqda o, heç bir etirazının olmadığını bildirmişdir. O, istifadəsində olan “Panasonic” markalı videokamera vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. Təqsirləndirilən şəxs2 evində aparılan axtarış və götürmə saat 19:35-də başlamışdır. Onlar bundan sonra evin həyətinə daxil olmuş və müstəntiq X20 İbrahimova narkotik vasitələrin və güclü təsir edən psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə şübhəli bilindiyindən və evində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr saxlamasında şübhələnildiyi bildirilmiş və ona evində narkotik vasitə, psixotrop maddə və ya bunun kimi güclü təsir edici maddələrin olub olmadığı soruşulmuş və olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 evin yan divarının alt hissəsində olan ( zirzəmi ilə evin sütunu arasında) göy rəngli plasmas qutunu təqdim edərək içərisində narkotik vasitə-heroin olduğunu bildirmişdir. Bundan sonra Salehin və digər iştirakçıların iştirakı ilə qutuya baxış keçirilən zaman içərisində 03 (üç) ədəd ağqırmızı rəngli kağız bükülü olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bükülülərin içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs2 bükümlərindən ikisinin içərisində “kakos” yəni heroin olduğunu, digər bir bükümdə olan ağ rəngli kristallardan olan maddənin limon duzu olduğunu və onu heroinə qataraq istifadə etdiyini bildirmişdir. Həmin bükümləri açaraq içərisinə baxdıqda 02 (iki) ədəd ağ-qırmızı rəngli bükümün içərisində narkotik vasitə-herionə bənzər tünd boz rəngli maddənin, digər 01 (bir) ədəd ağ-qırmızı rəngli bükümə baxdıqda içərisində ağ rəngli psixotrop maddə hesab edilən metanfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan sonra 01 (bir) ədəd ağ-qırmızı rəngli kağıza bükülmüş içərisində ağ rəngli kristallar formasında olan maddə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,03 qram olması, 02 (iki) ədəd siqaret kağızına bükülmüş içərisində tünd boz rəngli narkotik vasitə olan heroinə bənzər maddələr olan bükümlər bükülü olduğu kağızlarla birlikdə elektron tərəzidə çəkilmiş və ümumilikdə bükümlərlə birlikdə çəkilərinin 0,08 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümləri hardan əldə etməsi soruşulduqda Saleh yaşadığı küçədən tapdığını bildirmişdir. Bundan sonra axtarışı davam etdirmək məqsədi ilə evə daxil olmuş və Təqsirləndirilən şəxs2 yataq otağındakı stolun üstündə çoxlu sayda “falqalar”, 03 (üç) ədəd tibbi şpris və 01 (bir) ədəd şüşə flakon, üzərinə tramadol-50 yazısı yazılmış 01(bir) ədəd blisterdə olan göy-ağ rəngli kapsul formalı 02 (iki) ədəd həblər, 01 (bir) ədəd açıq qəhvəyi və 02 (iki) ədəd tünd qəhvəyi rəngli həblər, 01 (bir) ədəd kibrit qutusunda çətənə bitkisinin toxumlarına bənzər bitki toxumları aşkar edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 bunları nə məqsədlə istifadə etdiyi soruşulduqda o, şüşə flakonun içərisində heroin bişiridiyini, tibbi şprislərdən istifadə etməklə narkotik vasitə qəbul etdiyini, tramadolu əməliyyat olan zaman əldə etdiyini və müəalicə məqsədi ilə istifadə etdiyini, kibrit qutusunda olan toxumların çətənə bitkisi toxumları olduğunu bildirmişdir. Kibrit qutusunda olan toxumlar 01 ədəd qızılı-ağ rəngli kağıza tökülərək elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin 0,58 qram olması müəyyən edilmişdir. Sonradan həmin toxumlar büküm ilə birlikdə kibrit qutusuna qoyulmuş və həmin kibrit qutusu, həmçinin 01(bir) ədəd blisterdə olan göy-ağ rəngli kapsul formalı 02 (iki) ədəd həblər, 01(bir) ədəd açıq qəhvəyi və 02 (iki) ədəd tünd qəhvəyi rəngli həblər bir ədəd zərfin içərisinə yerləşdirilmiş, ağzı yapışdırılmış, Yevlax RPŞ-nin 85 №-li möhürü ilə möhürlənmişdir. Bundan sonra həmin yerdən aşkar edilmiş 03 (üç) ədəd tibbi şpris və 01 (bir) ədəd şüşə flakon bir ədəd zərfdə qablaşdırılmlış, ağzı yapışdırılmış, Yevlax RPŞ-nin 85 №-li möhürü ilə möhürlənmişdir. O, Təqsirləndirilən şəxs2 və digər iştirakçılar zərfin üzərinə imza çəkmişdir. Digər otaqlara baxış keçirlən zaman hər hansı bir şübhəli əşya və predment, həmçinin narkotik vasitə-heroin və psixotrop maddə-metamfetamin aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 evində aparılan axtarışa hər hansı bir etirazının olub olmaması soruşulduqda hər hansı bir etirazının olmadığını, evindən aşkar edilərək götürülmüş narkotik vasitəyə, psixotrop maddəyə, güclü təsir edən həblərə bənzər maddələrin və istifadə olunmuş tibbi şprislərin ona məxsus olduğunu bildirmişdir. Bununla da axtarış başa çatmışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax şəhərində yaşayan şəxs kimi tanımışdır. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı Şahid2 Rəfael oğlu Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə metamfetamini əynindəki şalvarın sol yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri, Vidadi küçəsi, 25 nömrəli evdə axtarış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri, Vidadi küçəsi, 25 nömrəli evin həyətindən əlini salaraq evin yan divarının alt hissəsində olan (zirzəmi ilə evin sütunu arasında) içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bir ədəd göy rəngli qutunu təqdim etmişdir. Bundan sonra axtarışı davam etdirmək məqsədi ilə evə baxış keçirilmiş və Təqsirləndirilən şəxs2 yataq otağındakı stolun üstündə çoxlu sayda “falqalar”, 03 (üç) ədəd tibbi şpris və 01 (bir) ədəd şüşə flakon, üzərinə tramadol-50 yazısı yazılmış 01(bir) ədəd blisterdə olan göy-ağ rəngli kapsul formalı 02 (iki) ədəd həblər, 01 (bir) ədəd açıq qəhvəyi və 02 (iki) ədəd tünd qəhvəyi rəngli həblər, 01 (bir) ədəd kibrit qutusunda çətənə bitkisinin toxumlarına bənzər bitki toxumları aşkar edilmişdir. Bundan sonra evdə keçirliən axtarış zamanı onun yataq otağından 02 ədəd tramadol həbləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 01 avqust 2021-ci il tarixli 17/565 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üstündə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,593 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi–0,593 qram, tədqiqata sərf edildi–0,050 qram, qalıq-0,543 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 04 avqust 2021-ci il tarixli 17/575 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı ünvanından aşkar edilərək götürülmüş 02 bükümdə və 01 bükümdə” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki; 02 (iki) ədəd qırmızı-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,26 qram, ümumi təmiz çəkisi-0,050 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlərdir. 01 (bir) ədəd qırmızı-ağ rəngli kağız büküm, təmiz çəkisi 0,062 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metanfetamindir. Heroinlərin ümumi təmiz çəkisi-0,050 qram, tədqiqata sərf edildi-0,020 qram, (hər ob- 0,010qram), qalıq-0,030 qram. Metamfetaminin təmiz çəkisi-0,062 qram, tədqiqata sərf edildi-0,020 qram, qalıq- 0,042 qram. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 yaşadığı ünvandakı yataq otağından aşkar edilmiş toxumlara bənzər 02 ədəd tramadol, 03 ədəd tabletka’’ sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki; 01 (bir) ədəd kibrit qutusunun içərisində qızılı-ağ rəngli kağıza bükülmüş 35 (otuz beş) ədəd, ümumi təmiz çəkisi-0,41 qram olan bitki toxumları, əkii becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi toxumlarıdır. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil. 01 (bir) ədəd üzərində “Tramadol 50 mq” yazısı olan blisterdə 02 (iki) ədəd göy-rəngli kapsul formalı həblərin və 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə 01 (bir) ədəd açıq qəhvəyi və 02 (iki) ədəd tünd qəhvəyi rəngli həblərin tərkibini müvafiq laboratoriya cihazı olmadığından təyin etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş, üzərində “İmza: Təqsirləndirilən şəxs2. İmza: Murad Hüseynza imza; Şahid4” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: 01 (bir) ədəd başlığı qırıq şüşə ampulanın içərisindəki pambıq parçalarının üzərindən və ampulanın içərisindən aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri-heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. 02 (iki) ədəd 1 ml-lik və 01 (bir) ədəd 5ml-lik şprislərdən aşkar edilmiş cüzi miqdarda olan maye qalıqları-heroin məhlulunun qalıqlarıdır. Həmin heroin məhlulu qalıqları cüzi miqdarda olduğuna görə tərkibindəki heroinin quru maddəsinin təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd qırmızı rəngli kağız bükümlərdə olan hehroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd şüşə flakonun içərisində olan pambıq parçalarının üzərindən və ampulanın içərisindən aşkar edilmiş heroin hissəcikləri 02 (iki) ədəd 1 ml-lik, 01 (bir) ədəd 5ml-lik şprislərdən aşkar edilmiş heroin məhlulunun qalıqları cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 02 (iki) ədəd qırmızı-ağ rəngli kağız bükümlərdə olan heroinlərin müqayisəli tədqiatını apatmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 03 sentyabr 2021-ci il tarixli 17/644 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üstündə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetamin ilə üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilərək götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qırmızı-ağ rəngli kağız bükümdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. Metamfetaminin təmiz çəkisi-0,543 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,493 qram. Metamfetaminin təmiz çəkisi–0,042 qram, tədqiqata sərf edildi–0,02 qram, qalıq-0,022 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə bioloji ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 6/3730 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №85 dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs2 yaşadığı” yazı və imzalar olan zərfdə üzərində “Tramadol 225 mq” yazılan 1 ədəd konvalyutda ümumi sayı 2 ədəd göy-ağ rəngli kapsul güclü təsir edən maddə olub, 2 ədəd kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi 0,1 qramdır (həbin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,05 qramdır). Həmin zərfdə olan 1 ədəd açıq qəhvəyi rəngli kapsula və iki ədəd tünd qəhvəyi rəngli həb, narkotik vasitə psixotrop maddələrə, zəhərli və güclü təsir edən maddələrə aid deyildir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Tramadol 50 mq kaspulasının sayı-2 ədəd, tədqiqata sərf edildi-1 ədəd, qalıq-1 ədəd. Açıq qəhvəyi rəngli kapsul 1 ədəd, tədqiqata sərf edildi- 1/2 ədəd, qalıq-1/2 ədəd. Tünd qəhvəyi rəngli həb 2 ədəd, tədqiqata sərf edildi-1 ədəd, qalıq-1 ədəd. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 1149 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 1151 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji kabinetinin 05 avqust 2021-ci il tarixli 1476 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 18.10.2008-ci il tarixdən Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib Qəbələ rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli hökmü ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanununun tətbiqi ilə əlaqədar cəzası 03 (üç) ilə endirilib. 06 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 5 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 avqust 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 20:12-də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 4(039)-112/2021 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur, ona görə də onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2 və 240.1-ci maddəsi ilə düzgün olaraq ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, onların barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini səmimi etiraf edib peşman olmalarını və yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 9 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,535 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,030 qram miqdarında narkotik vasitə heroin, 0,022 qram miqdarında psixotrop maddə metamfetamin, 0,493 qram miqdarında psixotrop maddə metamfetamin və 1 ədəd güclü təsir edən maddə tramadol hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 3 ədəd kompakt disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 337 (üç yüz otuz yeddi) manat 65 (altmış beş) qəpik təşkil edir, həmin məbləğdən 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs1, 265 (iki yüz altmış beş) manat 71 (yetmiş bir) qəpik Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 9 nömrəli evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,030 qram miqdarında narkotik vasitə heroin, 0,022 qram miqdarında psixotrop maddə metamfetamin, 0,493 qram miqdarında psixotrop maddə metamfetamin və 1 ədəd güclü təsir edən maddə tramadol hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 3 ədəd kompakt disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərindən 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs1, 265 (iki yüz altmış beş) manat 71 (yetmiş bir) qəpik Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 17 (on yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs X2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-5/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-5/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver