Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-5/2023 17.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və qanuni nümayəndəsi X5, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və qanuni nümayəndəsi X2 Təqsirləndirilən şəxslər Z.Zakirovun və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3, qanuni nümayəndəsi Yevlax İHBnın Qəyyumluq və himayəçilik orqanının üzvü X3 və müdafiəçisi Müdafiəçi2, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi X6 iştirakları ilə xx.xx.2005-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax şəhər 7 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, V.Yusifzadə küçəsi 59A-da qeydiyyatda olmaqla Yevax şəhəri, C.Kərimov küçəsi, ev 118-də yaşayan, barəsində “valideyn nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax şəhər 4 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 130-da qeydiyyatda olmaqla yaşayan, barəsində “valideyn nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 xx.xx.2006-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax şəhər 4 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdi, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 127-də qeydiyyatda olmaqla yaşayan barəsində “valideyn nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıdığı yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olub xx.xx.2022-ci il tarixdə saat 16 radələrində, Yevlax şəhəri H.Əliyev prospektində Zərərçəkmiş şəxs1 və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək, üzərində olan istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs1 bir dəfə qəsdən vuraraq ona sol bazunun yuxarı 1/3-nin arxa səthinin yarası xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmiş, daha sonra Təqsirləndirilən şəxs3 yumruqla Rahul Əsədovun sol gözünə və ağız nahiyəsinə, Təqsirləndirilən şəxs2 isə yumruqla Rahul Əsədovun sağ gözünə vuraraq sonuncuya sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 təkrarən əvvəlcədən tanıdığı yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən Yevlax şəhəri “Dədə-Qorqud” parkının mərkəzi hissəsində X13, Zərərçəkmiş şəxs5 və yetkinlik yaşına çatmayan X4 yaxınlaşıb silah qismində istifadə etdiyi üzərində olan istintaqla müəyyən edilməyən bıçaqla X4 qəsdən bir dəfə vuraraq sonuncuya sağ əlin ovuc səthinin tikilmiş yarası xəsarəti ilə müşayiət edilən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmiş, Təqsirləndirilən şəxs2 isə silah qismində istifadə etdiyi üzərində olan beşbarmaq adlanan alətlə Zərərçəkmiş şəxs5 bir dəfə qəsdən vuraraq sonuncuya sağ qaşın üzərinin cərrahi tikişi yarası , sağ göz qapağının ödemi, qançırı, sağ gözün ağlı qişasına yayılmış qansızma ilə müşayət edilən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs1 yumruqla bir dəfə X9 vuraraq sonuncuya sol alın qabarının şişkinliyi və qançırı xəsarətləri ilə nəticələnən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İlqar opğlu və Təqsirləndirilən şəxs3 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişlər. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi X5 iştirakı ilə ona Azərbaycan Respublikası CM-nin 221.2.1-cü və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində dostları Əsəd və Raufla birlikdə Yevlax şəhərində “Optimal” mağazasının qarşısında görüşmüş və “Dədə Qorqud” parkı istiqamətində hərəkət etməyə başlamışlar saat 16 radələrində o, Əsəd və Rauf ilə birlikdə Heydər Əliyev prospektində hərəkətdə olan zaman Zərərçəkmiş şəxs1 Beynəlxalq Bankın Yevlax filialının qarşısında tək dayandığını görmüş, ona yaxınlaşıb salamlaşmış o, Orxana demişdir ki, sən Günaya İnstagram sosial şəbəkəsində mesaj yazmısan, “onu niyə narahat edirsən” Orxan ona bildirmişdir ki, yazmışam yaxşı etmisəm. Həmin vaxtı Günayla sevgili olduğunu Orxana demiş, Orxan Günaya mesaj yazsa da Günayın ona cavab yazmadığını bu vaxt Orxanın dostu, tanımadığı, adının sonradan Rahul olduğunu bildiyi şəxs onların yanına yaxınlaşmış, bundan sonra onlar Beynəlxalq bankın arxasına keçmişlər, orada o, Orxana yenə öz narazılığını bildirmiş, lakin Orxan buna əhəmiyyət verməmiş, Orxan ona qarşı nalayiq ifadə işlətmiş və o, bu səbəbdən də Orxanın sifət nahiyəsinə yumruqla zərbə endirmiş, lakin Orxan müdafiə olunduğuna görə yumruq ona dəyməmiş o, çox əsəbi olduğu üçün belinin sağ tərəfində olan bıçağı çıxarıb bir dəfə Orxanın sol qolundan zərbə endirmiş, Orxanın isə ona heç bir bədən xəsarəti yetirə bilmədiyini, Orxanın dostu Rahul arxadan ona yumruq atdığını və həmin yumruq onun sol qulağına dəymiş həmin vaxt orada olan dostları Rauf və Əsəd arxadan yaxınlaşaraq Rahulu ondan kənarlaşdırmış və hər ikisi Rahulun sifət nahiyəsinə yumruqla bir neçə zərbə endirmiş, daha sonra iki-üç nəfər orta yaşlı kişilər yaxınlaşmış onları ayırmış, bundan sonra onlar Dədə Qorqud parkına gəzməyə getdiklərini və həmin gün gecə Orxana xəsarət yetirdiyi bıçağı Yevlax rayon ərazisindən keçən Kür çayına atdığını bildirmişdir. Bundan başqa o, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində tanışları Fəxri Əsəd və Rauf ilə birlikdə Yevlax şəhərində yerləşən D.Qorqud adlanan istirahət parkında olarkən həmin vaxt sonradan adlarını bildiyi Nihad, Elnur və Rəşad adlı şəxslərində parkda olduqlarını görmüş, həmin vaxt Rauf parka olan şahmat stoluna söykənmiş, bu zaman stol sirkələnmiş və Elnur adlı şəxs Raufa öz iradını bildirərək” qaqa bir az narimalni olun” sözü demiş Rauf ona sən niyə belə danışırsan demiş və bu zaman onlar sözlə mübahisə etmişlər. Bundan sonra Elnur ilə Rauf adlı şəxs kənara çəkilmiş həmin vaxt onalr bir birlərinə əl qol hərəkətləri etmiş, Elnur adlı şəxsin başı mübahisə zamanı ağaça dəymiş və onun başı qanadığını orada olan idaman gödəkçəsində olan Rəşad adlı şəxs Elnuru geriyə çəkmiş və onlarda Raufu ayıraraq geriyə çəkmək istəmişlər, bu zaman polis gəldi deyə qışqırıq səsigəldiyini və onlar oradan qaçaraq uzaqlaşdıqlarını o, özü Zərərçəkmiş şəxs5, Rəşad Qəhrəmanlının və Zərərçəkmiş şəxs3 vurmadığını, həmin vaxt Rauf ilə Elnur arasında mübahisə olduğunu və onların birlikdə dalaşdıqlarını bildirmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi X2 iştirakı ilə ona Azərbaycan Respublikası CM-nin 221.2.1-cü və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixində günorta saat təxminən 15 radələrində uşaqlıq dostu olan Zakir və Əsəd ilə birlikdə Yevlax şəhəri H.Əliyev prospektində məscidin qarşısından oradan Yevlax şəhəri Dədə Qorqud parkı istiqamətinə gedərkən Beynəlxalq bankın Yevlax filialının qarşısından keçən zaman 4-5 gün əvvəl tanış olduğu Orxan adlı şəxsin həmin vaxt orada olan tanımadığı bir qıza söz atdığını görmüş onlar Zakir, Əsəd və o, birlikdə Orxana yaxınlaşmış və nə üçün qızı narahat etdiyini soruşmüşlar, bu zaman Orxan həmin qızdan tiktok hesabını aldığını bildirmiş və həmin qızla sevgili olmaq istədiyini demişdir. Zakir Orxana həmin qızın onun xalası qızı olduğunu və bir daha narahat etməməsini demiş, orada olan adını sonradan bildiyi Rahul adlı şəxs həmin vaxt onlara yaxınlaşıb salamlaşmış, bundan sonra X8 bankın arxasına keçmiş, Rahul, Əsəd və o, da onların arxasınca getmiş bankın arxasında Zakirə dalaşmamasını bildirmiş onlar bankın arxasında olan zaman tanımadığı iki nəfər şəxsin də onlara yaxınlaşdığını və onlara mübahisə etməməklərini demiş, Zakir dönə-dönə həmin qızın xalası qızı olduğunu bildirsə də, Orxan həmin qızın tik-tok hesabını aldığını və onunla tanış olacağını bildirmiş, o, bu zaman Orxana bir daha həmin sözü işlətməməsini, yoxsa Zakirin onu vuracağını bildirmiş, bu zaman Zakir iki dəfə yumruqla Orxana zərbə endirmiş Zakirin yumruq zərbəsi Orxanın hansı nahiyəsinə endirdiyini görməmiş, Orxan da Zakirin üz nahiyəsinə yumruqla zərbə endirmiş həmin vaxt oraya yaxınlaşmış tanımadığı iki nəfər şəxs Zakir ilə Orxanı aralamış, bu zaman Rahul arxadan bir dəfə yumruqla Zakirin boyun nahiyəsinə zərbə endirmiş, bunu görərək Əsəd və o, iki-üç dəfə yumruqla Rahulun üz nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə zərbə endirmiş, Rahul ona yumruq atsa da, o, özünü geri çəkmiş və yumruq ona dəyməmiş, həmin vaxtı tanımadığı bir nəfər yaşlı bir kişi yaxınlaşmış onları ayırmış və bundan sonra o, öz yaşadığı evə getdiyini bildirmişdir. Bundan əlavə o, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o, saat 21 radələrində tanışları Fəxri, Zakir və Əsəd ilə birlikdə Yevlax şəhərində yerləşən D.Qorqud adlanan istirahət parkında olarkən həmin vaxt sonradan adlarını bildiyi Nihadın, Elnurun və Rəşad adlı şəxslərin də parkda olduqlarını görmüş, həmin vaxt o, parkda olan şahmat stoluna söykənmiş bu zaman stol sirkələnmiş Elnur adlı şəxs ona öz iradını bildirmiş “qaqa bir az narimalni olaun” demiş. O, Elnur adlı şəxsə sən niyə belə danışırsan demiş və bu zaman Elnur adlı şəxs onunla sözlə mübahisə etməyə başlamış, Elnur ona bildirib ki, gəl çəkilək kənarda söhbət edək və bundan sonra o, Elnur ilə kənara çəkilmiş, həmin vaxt onlar bir birləri ilə əl qol hərəkətləri etmişlər, Elnur adlı şəxsin başı həmin vaxt parkda olan ağaça dəydiyini və onun başı qanadığını orada olan idaman gödəkçəsində olan Rəşad adlı şəxs tanışı Elnuru geriyə çəkdiyini və onu Əsəd, Fəxri və Zakir ayıraraq geriyə çəkmək istədiklərini, həmin vaxt polis gəldi dediklərini və onlar oradan qaçaraq uzaqlaşdıqlarını bildirmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi X3 iştirakı ilə ona Azərbaycan Respublikası CM-nin 221.2.1-cü və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saat təxminən 15 radələrində uşaqlıq dostu olan Zakir və Raufla birlikdə Yevlax şəhəri H.Əliyev prospektində Dədə Qorqud parkı istiqamətində hərəkətdə olarkən 4-5 gün əvvəl tanış olduğu Orxan adlı şəxsin həmin vaxt orada olan tanımadığı bir qıza söz atdığını görmüşdür. O, Zakir və Raufla birlikdə Orxana yaxınlaşmış və nə üçün qızı narahat etdiyini soruşduqda aralarında mübahisə yaranmışdır. O, Zakirə dalaşmamasını bildirsə də Zakir iki dəfə yumruqla Orxana zərbə endirmişdir. Bu zaman Orxan da Zakirin üz nahiyəsinə yumruqla zərbə endirmiş, həmin vaxt tanımadığı iki nəfər şəxs Zakir və Orxanı ayırmışdır. Bundan sonra Rahul arxadan bir dəfə yumruqla Zakirin boyun nahiyəsinə zərbə endirmişdir. Daha sonra isə o, və dostu Raufla birlikdə iki-üç dəfə yumruqla Rahulun üz nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə zərbə endirmişdir. Həmin vaxtı tanımadığı bir nəfər orta yaşlı kişi yaxınlaşıb onları ayırmış və o, öz yaşadığı evə getmişdir. Bundan əlavə o, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində tanışları Fəxri və Raufla birlikdə Yevlax şəhərində yerləşən D.Qorqud adlanan istirahət parkında olarkən həmin vaxt sonradan adlarını bildiyi Nihad, Elnur və Rəşad adlı şəxslərində parkda olduqlarını görmüşdür. Rauf parka olan şahmat stoluna söykəndiyindən stol sirkələnmişdir. Elnur adlı şəxs Raufa öz iradını bildirdikdə onlar əvvəlcə sözlə sonra isə kənara çəkilərək bir birlərinə əl-qol hərəkətləri etməklə mübahisə etmişlər. Mübahisə zamanı Elnur başını kənara çəkərkən onun başı ağaça dəymiş və onun başından qan axmışdır. Bu zaman həmin yerə polis gəlmiş və onlar qaçaraq uzaqlaşmışlar. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs5, Rəşad Qəhrəmanlını və Zərərçəkmiş şəxs3 vurmamışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X6 iştirakı ilə ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə günorta saat 14 radələrində atası Vüsal onu Yevlax şəhərində yaşayan qohumlardan birinin evinə gətirmişdir. Həmin günü saat 16 radələrində Yevlax şəhəri H.Əliyev prospekti ilə piyada hərəkətdə olan zaman sinif yoldaşı Zərərçəkmiş şəxs1 tanımadığı üç nəfər şəxslərlə birlikdə Beynəlxalq bankın qarşısında dayanıb söhbət etdiklərini görmüş və onlara yaxınlaşdıqda orada olan şəxslərdən birinin Orxanın sifət nahiyəsinə yumruqla zərbə vurduğunu görmüşdür. O, Orxangili ayırmaq istədikdə Əsəd və Rauf adlı şəxslər onun sifət nahiyəsinə yumruqla zərbə endirmişlər və təxminən üç-dörd nəfər şəxs birlikdə onları döyməyə başlamışlar. Həmin vaxt Zakir adlı şəxs əlində olan bıçaqla Orxana bir neçə dəfə zərbə endirmiş və həmin bıçaq zərbələrdən biri Orxana dəymişdir. Həmin şəxslər Orxanın və onun ünvanına nalaiq söyüşlər söyərək yüksək səslə qışqırmışlar, bu zaman oraya orta yaşlı tanımadığı bir kişi gələrək onları ayırmışlar. Mübahisə zamanı Rauf onun sağ gözünə, Əsəd isə sol gözünə və ağzına yumuruq zərbəsi vurmuşdur. O, həmin şəxslərə qarşı heç bir güç tətbiq etməmişdir. Məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini və hazırda onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1, ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Beynəlxalq Bankın qarşısında dayanıb Rahulu gözləyərkən üç nəfər şəxs ona yaxınlaşıb nə üçün burada gözlədiyini soruşmuş vəYevlax şəhərində vəziyyətə özlərinin nəzarət etdiyini, onların icazəsi olmasa heç kim heç bir hərəkət edə bilməyəcəyini, onlara qarşı kim çıxsa cəzalandıracağını bildirmişlər. Həmin vaxtı sinif yoldaşı Rahul da oraya gəlmiş və onlar mübahisə etmişlər. Mübahisə zamanı Zakir bir neçə dəfə yumruqla onun üz nahiyəsinə zərbə endirmiş, daha sonra arxadan Əsəd və Rauf onun əllərini tutmuşlar. Zakir belindən bıçaq çıxarmış və həmin bıçaqla onun kürəyinin sol tərəfinə zərbələr endirmişdir. Bu zaman Rahul onu həmin şəxslərin əlindən qurtarmaq üçün araya girmiş və Əsədlə Rauf dostu Rahulu yumruqla bir neçə dəfə vurmuşlar. Zakir ona bıçaqla xəsarət yetirdikdən sonra oraya tanımadığı orta yaşlı bir nəfər şəxs gəlmiş və onları ayırmışdır. Məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini və hazırda onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxslər X14, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını, ibtidai istintaq dövründə vermiş olduqları ifadələrini təsdiq etdiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Yevlax şəhərində yerləşən D.Qorqud parkında saat 20 radələrində gəzişərkən Elnur və digər onun yanında olan şəxslərin söhbət etdiklərini görmüşdür. Həmin vaxt Elnur şahmat stoluna söykənmişdir və tanışı Rauf arxa-arxaya gələrkən şahmat stoluna dəymişdir. Bu zaman Elnur Raufa iradını bildirdikdə Raufla Elnur arasında əvvəlcə sözlə mübahisə sonradan isə əlbəya dava dalaşa çevrilmişdir. Həmin vaxt qarşlıqlı dava dalaş yaranmış və o, həmin şəxsləri ayırmaq üçün araya girmişdir. Dava-dalaş zamanı Elnur qaşından xəsarət almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Yevlax r/a zona mərkəzinin xx.xx.2022-ci il tarixli 96 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sağ qaşın üzərinin cərrahi tikişi yarası, sağ göz qapağının ödemi, qançırı, sağ gözün ağlı qişasına yayılmış qansızma küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Yevlax r/a zona mərkəzinin xx.xx.2022-ci il tarixli 97 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibb müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər – sağ əlin ovuc səthinin tkilmiş yarası iti üclu alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2022-ci ilə uyğun gəlir Qeyd olunan xəsarət səhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Yevlax r/a zona mərkəzinin xx.xx.2022-ci il tarixli 99 nömrəli rəyindən görünür ki, qərarla X7 məhkəmə-tibb müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər – əmələ gəlmə müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2022-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarət səhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, habelə şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məclləsinin 221.2.1 və 221.3-cü maddələri ilə düzgün tövsüf olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi qaydasını və prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmaması yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hazırda yetkinlik yaşına çatmamasını, təqsirini etiraf edərək əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin yetkinlik yaşına çatmamış şəxs kimi onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxslər olduqlarını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etmələrini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmalarını, əməllərindən səmimi peşman olmalarını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, yaşayış yerindən müsbət xarakterizə olunmalarını onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlində onların cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həm ibtidai araşdırma dövründə, həmdə məhkəmə istintaqının gedişatında özlərini təqsirli bilərək dolğun və ətraflı ifadələr verməklə cinayət prosesinin gedişatına yardımçı olmaları onların şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkmələrini, zərərçəkmiş şəxslərin biri ilə barışıq əldə etmələrini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmalarını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, şəxsiyyətlərini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin cəza çəkmədən islah olunması mümkündür və onlara təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələr ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onların məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunmaları mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmalarını sübut etmək məqsədi ilə üzərlərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barələrində seçilmiş valideyn nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 və Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldıqları iki gün müddət Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasından çıxılmaqla üzərlərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Hökmün icrasına nəzarət Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 11 saat, Təqsirləndirilən şəxs2 göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 156 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməlidir (CPM-193.2). Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 30 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar CM-nin 66.2ci maddəsinə əsasən qismən toplanılsın və üzərində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində valideyn nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar CM-nin 66.2ci maddəsinə əsasən qismən toplanılsın və üzərində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində valideyn nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzalar CM-nin 66.2ci maddəsinə əsasən qismən toplanılsın və üzərində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 barəsində valideyn nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 11 saat, Təqsirləndirilən şəxs2 göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 156 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-5/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-5/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver