Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-5/2024 11.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mədətov Samir Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçiləri -Müdafiəçi2 və Müdafiəçi1 Zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, 31 avqust 1989-cu ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, Azərpambıq MMC-nin Ucar filialında əmtəəşünas vəzifəsində işləyən, Ucar şəhəri, Koroğlu küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci ildə, saat 21-25 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi VAZ-21065 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcustan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində 80 km/ saat sürətlə hərəkət etdirərkən həmin yolun Yevlax rayonu, Aşağı Qarxun kəndi ərazisindən keçən 280-cı kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan avtolmobilin sağ yan hissəsi ilə əlində velosiped yolu sağdan sola doğru keçən piyada X7 vurmuş və nəticədə piyada Rəşad Hüseynovun açıq kəllə beyin travması, baş beyinə qansızma ilə ağırlaşan sol gicgah sümüyünün basılmış sınığı, sol gicgah, sol baldırın əzilmiş-cırılmış yaraları, sol baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli sınığı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Törətdiyi yol-nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşınını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, hadisə haqqında Azərbaycan Respublikasının Müvafiq İcra Hakimiyyətinin orqanına xəbər verməli olduğu halda bunları etməyərək, hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. VAZ 21065 minik ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil 2014-cu ildən ona məxsusdur. O, işlədiyi şirkət tərəfindən Goranboy rayonuna ezam olunmuş və xx.xx.2022-ci il tarixdən hər gün Goranboy rayonuna gedib gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Goranboy rayonundan Ucar rayonuna doğru yola düşmüş və Bakı-Qazax yolunun Yevlax rayonu Aşağı Qarxun kəndindən keçən hissəsində yolun ortasında aşmış vəziyyətdə velosiped görmüşdür. Velosipedi sağından manevr edib keçib gedərkən velosipedin yanında heç kimi görməmiş və yoluna davam edib evinə getmişdir. Həmin gecə saat 02 radələrində polis əməkdaşları ona zəng edərək velosipedi gördüyü yerdə 1 nəfər adını bilmədiyi şəxsi avtomobil vurduğunu, nəticədə həmin şəxsin ölüyünü bildirmişlər. Onun həmin qəzadan xəbəri olmamış və avtomobili ilə heç bir qəza törətməmişdir. Baş vermiş hadisə ilə bağlı özünü təqsirli bilməsə də zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməklə dəymiş ziyanı ödəmişdir. Məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, oğlu Rəşad Hüseynov xx.xx.2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus velospedlə yaşadığı Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən evlərindən onlara heç nə demədən getmişdir. Həmin gün saat 22-30 radələrində evdə olarkən eşitmişdir ki, oğlu Rəşad Hüseynovu kəndləri yaxınlığından keçən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunda avtomobil vurmuş və xəsarət aldığına görə Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar. O, həmin xəstəxanaya getmişdir. Orada Rəşadı görməmiş və sonradan ona Rəşadın öldüyünü bildirmişlər. Oğlunun meyiti Yevlax şəhəri MTE-nin meyitxanasında tibbi müayinədən keçdikdən sonra xx.xx.2022-ci il tarixdə onlara təhvil verilmiş və aparıb Yevlax rayonu Aşağı Qarxun kənd qəbrstanlığında dəfn etmişlər. Oğlunun yas mərasiminin 3-7 arası kəndlərində yaşayan molla Mahir vasitəsi ilə oğlunu avtomobillə vuran Təqsirləndirilən şəxs qohumları onun qardaşı Şahid6la görüşmüş və yasın bütün xərclərini çəkəcəklərini bildirərək onların şikayətçi olmamalarını xahiş etmişlər. Lakin Təqsirləndirilən şəxs qohumları onların şikayətçi olduğunu bilib heç nə etmədən getmişlər. Məhkəmə iclasında ərizə təqdim edərək, oğlu X6 vəfat etməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı sürücü Təqsirləndirilən şəxs İlə barışmışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və iddia tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və iddia təlebinin olmayacağını bildirmişdir. 22 avqust 2023-cü il tarixdə məhkəmə iclasında ifadə vermiş ekspert X9 bildirmişdir ki, 2014-cü ildən fiziki-kimyəvi ekspertizalar şöbəsinin böyük eksperti, 2016-cı ildən isə lak və boya materiallarının tədqiqi üsrə ekspert vəzifəsində çalışır. Tədqiqata təqdim edilmiş, DAF FT XF 95.480” markalı, **-AC-*** avtomobil və 27- ZA-097 dövlət qeydiyyat nişanlı yarımqoşqu; “Kamaz-5511” markalı **-BO-***, “Ford Transit” markalı, **- ZB-***, “Vaz - 21065” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin müxtəlif hissələrində lak-boya örtüyünün hissəcikləri qatların sayına, təbiətinə və rənginə görə fərqli olub, hal hazırkı vəziyyətdə yəni müxtəlif hissələri üzərində təmir işləri aparılmışdır, lakin sonuncu dəfə rənglənmənin vaxtını müəyyən etmək mümkün deyildir. 21065” markalı, **-BF-*** və “Ford Transit” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərindən götürülmüş lif nümunələri olan süngərlərin üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəydə göstərilmişdir. DAF FT XF 95.480” markalı, **-AC-*** avtomobil və **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu; “Kamaz-5511” markalı **-BO-***, “Vaz- 21065” markalı, **- BF-*** və “Ford Transit” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərindən götürülmüş lif nümunələri olan süngərlərin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X8 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Həmçinin tədqiqata təqdim edilmiş, X8 məxsus olan geyim əşyalarından -01 ədəd şalvar, 01 ədəd köynək və 01 cüt ayaqqabıdan aşkar edilmiş ağ rəngli lak və boya örtüyü mikrohissəcikləri vardır. Həmin boya mikrohissəcikləri “Vaz - 21065” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak boya örtüyündən götürülmüş boya nümunələri ilə ağ rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. X8 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində DAF FT XF 95.480” markalı, **-AC-*** avtomobil və **- ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu; “Kamaz-5511” markalı **-BO-***, “Ford Transit” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə məxsus lak- boya örtüyünün mikrohissəcikləri və sürtünmə izləri yoxdur, 1 ədəd velosipedin üzərində tədqiqata təqdim edilmiş DAF FT XF 95.480” markalı, **-AC-*** avtomobil və **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu; “Kamaz-5511” markalı **-BO-***, “Ford Transit” markalı, **-ZB-***, “Vaz - 21065” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə məxsus lak-boya örtüyünün mikrohissəcikləri və sürtünmə izləri olmamışdır. 22 avqust 2023-cü il tarixdə məhkəmə iclasında ifadə vermiş ekspert X13 bildirmişdir ki, təqdim olunmuş köynəyin, şalvarın üzərində olan zədələr hər hansı bərk (küt) predmetlə kontakda olması, ilişməsi, sürtünməsi nəticəsində yaranması mümkündür. Həmin zədələr avtomobilin vurması nəticəsində yarana bilər. Həmçinin təqdim edilmiş “Ford Transit” markalı, **-LU-*** dövlət nömrə nişanlı avtomobil qabaq sol qanadında olan zədə hər hansı bərk predmetlə kontakda olması, dəyməsi nəticəsində yaranması mümkündür və həmin avtomobilin müxtəlif yerində təmir işlərin aparılması aşkar edilmişdir. Təqdim edilmiş “DAF FT XF 95.480” markalı, **-AC-*** avtomobil və **- ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu üzərində olan zədələr hər hansı bərk predmetlə kontakda olması, dəyməsi nəticəsində yaranması mümkündür və həmin avtomobilin müxtəlif yerində təmir işlərin aparılması aşkar edilmişdir. Təqdim edilmiş “Kamaz-5511” markalı, **-BO-*** №-li avtomobilin və **-ZB-*** №- li qoşqu üzərində hər hansı bir zədə aşkar edilməmiş və üzərində təmir işlərin aparılması əlamətləri aşkar edilməmişdir. Təqdim olunmuş, VAZ-21065 markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində yəni, arxa sağ qapıda, arxa sağ qapının pəncərəsinin haşiyəsində olan zədələr nəqliyyat vasitəsinin bərk olmayan predmetlə təmasda olması, o, cümlədən piyadanın (insanın) vurulması nəticəsində yaranması mümkündür. Rəşad Hüseynovun bədəni üzərində olan xəsarətlər Vaz-21065 markalı ** BF *** qeydiyyat nömrə nişanlı avtomobilin üzərində olan zədələrlə uyğunluq təşkil etmişdir. 18 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, qeyd edilən hadisə Yevlax rayonu Aşağı Qarxun kəndinin ərazisində yerləşən postun yaxınlığında baş vermişdir. Hadisə baş verdikdən sonra onlar hadisə yerinə getmişlər və müəyyən araşdırmaları apararaq avtomobillərin gediş ardıcıllıqlarını nəzərdən keçirmişlər. Araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin ərazidən keçən Nissan X-Trail markal mobildə video qeydiyyatçı olmuşdur və onlar həmin video yazılara baxdıqda velosipetçinin yolun kənarında hərəkətdə olduğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin ərazidən keçən Tır və Ford markalı avtomobillərin sürücülərini polis idarəsinə dəvət etmişlər, onlar da öz ifadələrində həmin yolda hərəkətdə olarkən yolun 2-ci zolağında meyid olduğuinu görüb avtomobillərini yolun kənarına çəkərək saxladıqlarını bildirmişlər. Bundan sonra onlar digər vaz markalı avtomobilin sürücüsü Tağı Hüseynovu polis idarəsinə dəvət edərək ifadəsini almışlar. Sonradan onlara məlum olmuşdur ki, hadisə Tağı Hüseynov tərəfindən törədilmişdir. 19 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Yevlax rayonu Aşağı Qarxun kəndindən olduğu üçün orada mollalıq edir. X1 özünü, ata-anasını və qohumlarını tanıyır. Onlar normal, sakit və kasıb ailə olmuşlar. xx.xx.2022-ci il tarixdə səhər saatlarında məlum olmuşdur ki, Aşağı Qarxun kənd sakini olan 2005-ci il təvəllüdlü X7 Bakı-Qazax yolunda kəndin başında avtomobil vurub və rəhmətə gedib. O, Rəşadın dəfnini və yas mərasimlərini molla qismində aparmışdır. Yas mərasimi günlərində, yəni 3-7 arası ərəfələrində ona Ucar rayonun axundu zəng vuraraq, onların rayonundan olan şəxs hadisəni törtdiyini, sürücünün qohumlarına onun nömrəsini verəcəyini, onlarla danışıb görəşərək barışıq üçün onlara köməklik etməsini bildirmişdir. O, da etiraz etməmiş, nömrəni həmin şəxslərə verməsini söyləmişdir. Bundan sonra Ucar rayonundan hadisəni törədən şəxsin qohumları zəng edərək ona hüzür sahibinin qohularını çağırmasını və yasdan kənar yerdə görüşmək istədiklərini bildirmişlər. Zəngin səhəri gün həmin şəxslər ona zəng etmişlər, artıq Rəşadın yas mərasiminin 7-si bitmişdir. X19 kəndində qəbiristanlıqda görüşmüşər. Həmin şəxslərdən biri ona, sürücünün dayısı olduğunu, Ucarlı olduğunu, hadisəni törədən sürücünün qorxduğu üçün onlardan da hadisəni gizlətdiyini, ölən uşağın 7-si günü onlara hadisəni törətməsi barədə etiraf etdiyini və onlar da bu şəbədən barışıq əldə etmək üçün gəldiklərini bildirmişlər. O, da R.Hüseynovun dayısını və bir neçə qohumlarını yanına çağırmış vən həmin adamlarla onları görüşdürmüşdür. O, sürücünün dayısının Rəşadın ailəsinə yas və dəfn xərclərini çəkcəklərini dediyini eşitmişdir. Ölən uşağın dayısı Sərvər uşağın anasının şikayət etdiyini bildirmişdir. Onlar da onu da razı salacaqlarını deyib çıxıb getmişlər. Daha sonra onlardan xəbər çıxmamışdır. İş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, Ford Transit yük markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Şəki şəhərindən Bakı səhərinə yük aparmaq üçün Şəki-Xaldan-Yevlax yolu ilə yola düşmüşdür. Həmin gecə saat 21:25 radələrində Yevlax rayonu Aşağı Qarxun kəndindən keçən hissəsində yerləşən körpüdə dönmə edərək Bakı-Qazax yoluna dönmüş və yol ayrıcında sağ sürətlənmə zolağında təxminən 10 metr hərəkət edib Gəncə şəhəri istiqamətindən gələn nömrəsini xatırlamadığı qoşqulu Kamaz markalı avtomobilə yol verib ondan sonra sol zolağa doğru hərəkət etməyə başalamışdır. Bakı-Qazax yoluna çıxandan sonra Kamaz markalı yük avtomobili sol zolaqla ötüb keçmək istəmişdir. O, keçməyə başlayanda yolun ortasında velosiped ondan sonra uzanmış vəziyyətdə insan olduğunu görmüş və sağ zolağa keçib hadisə yerindən 30-40 metr aralıda saxlamışdır. Nömrəsinin əvvəli 27 olan TİR markalı avtomobil də ondan qarşıda saxlamışdır. Hər ikisi avtomobildən düşüb yerdə uzanan insan doğru qaçanda TİR-ın sürücüsü ona polisə məlumat verməsini bildirmişdir. Yerdə uzanan insanın yanına çatanda həmin şəxsin başından yerə qan axdığını görmüşdür. Ürəyi zəif olduğu üçün baxa bilməyib geri qayıtmışdır. Avtomobilinə əyləşib biraz özünə gəlib yoluna davam etmişdir. Bakı şəhərinə çatandan sonra səhər saatlarında polis əməkdaşları zəng edib Yevlax rayoonunda yerləşən YPX postuna dəvət etmişlər. İş üzrə Şahid4 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid4 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam vaxtı Nisan Xtraıl minik markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı- Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı istiqamətində hərəkət etdirərkən həmin vaxt ondan arxada tanışı Şahid7 idarə etdiyi Khazar ST minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmuşdur. Yevlax rayonu Aşağı Qarxun kəndi ərazisində yolun sağ kənarı ilə bir oğlan uşağının velospedlə əks istiqamətədə hərəkətdə olduğunu görmüşdür. Hətda həmin velospedçi onun avtomobilndə olan videoçəklişə düşmüşüdür. O və Kamran idarə etdiyi avtomobillə həmin velosipedçinin kənarından keçib Bakı şəhərinə getmişlər. Sonradan həmin şəxsin hansı avtomobillə, necə vurulduğunun şahidi olmamışdır. Hadisə barədə heç nə bilməmişdir. İş üzrə Şahid3 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq dövründə vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21-30 radələrində Daf FT XF 95.480 yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobili ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqusu ilə birlikdə Bakı-Qazax- Gürcüstan sərhəddi yolu ilə Bakı istiqamətində hərəkət etdirərkən Yevlax rayonu. Aşağı Qarxun kəndi ərazisində avtomobilin uzaqvuran işıqlarını yandıran zaman özündən qabaqda yolun işlək hissəsində bir velosped və insan meyiti görmüşdür. Avtomobili sağa çəkib qabaqda saxlamış, ondan arxada Ford Transit markalı avtomobil dayanmış və avtomobildən yerə düşərək meyitə tərəf qaçaraq əllərini qaldırmışdır ki, üzərinə çıxan olmasın. Onun yanına çatanda yerdə təxminən 16- 17 yaşında oğlan uşağı olduğunu, başından qan gəldiyini görmüş və hadisənin yeni olduğunu hiss etmişdir. Ondan sonra başqa avtomobillərdə orada dayanmışdır. O, hadisə yerində qalmış və hadisə yerinə YPX-nin əməkdaşları gəlmişdir. Sonra avtomobilinə oturub oradan getmişdir. Həmin şəxsin hansı avtomobillə və hansı şəraitdə vurulduğunu görməmişdir. Sonra Yevlax rayon polis Şöbəsinə çağrılmış, avtomobilinə baxış keçirilmiş, daha sonra isə 05 oktyabr 2022ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək polis şöbəsində şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid2 Böyükağa oğlu ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21-30 radələrində özünə məxsus Kamaz-5511 yük markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili ** ZB *** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı istiqamətində hərəkətdə olarkən Yevlax rayonu, Aşağı Qarxun kəndi ərazisində qarşıda yolun işlək hissəsində beton arakəsməyə tərəf bir velosped və uzanmış vəziyyətdə bir şəxs görmüşdür. Avtomobili sağa çəkib dayanmadan sürüb getmişdir. Həmin vaxt yolda bir TİR və sonradan Ford markalı avtomobillərin dayandığını görmüşdür. Həmin şəxsin hansı avtomobillə vurulduğunu görməmişdir. Yevlax RPŞ-nə çağrılmış, avtomobilinə baxış keçirilmiş və hadisə barədə heç nə bilmədiyini söyləmişdir. 16 aprel 2024-cü il tarixdə “zoom” internet proqramı vasitəsilə məhkəmə iclasına qoşulmuş ekspertlər X13 və X9 əvvəlki məhkəmə iclaslarında verdikləri ifadəyə uyğun ifadə verdilər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər polis əməkdaşları tərəfindən törədilməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən, şübhəli şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ekspertiza rəyləri alınmadığına görə xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən məhkəmətibbi ekspertizasının 27 saylı, xx.xx.2022-ci il tarixli rəyindən məlum olmuşdur ki, X6 meyitinin müayinəsi zamanı onda açıq kəllə beyin travması, baş beyinə qansızma ilə ağırlaşan sol gicgah sümüyünün basılmış sınığı, sol gicgah, sol baldırın əzilmiş-cırılmış yaraları, sol baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli sınığı müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərərvurmaya xas əlamətlərə malikdirlər. xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. X6 bilavasitə ölümünə səbəb baş beyinə qansızma ilə ağırlaşan açıq kəllə-beyin travması olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 10-12 saat əvvəl baş verdiyi göstərir. Mərhumun meyitindən götürülmüş duru qan nümünəsinin kimyəvi tədqiqatı nəticəsində etil spirti, narkotik vasitə və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən kompleks məhkəmə trassoloji, lifli, lak-boya, mikrohissəcik eksprertizasının xx.xx.2022-ci il tarixli, 6\5698, 6\5694, 3\1376 №li rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş ölmüş X8 məxsus köynəyin, şalvarın üzərində olan zədələr, izlər hər hansı bərk (küt) predmetlə kontaktda olması, ilişməsi, sürtünməsi nəticəsində yaranması mümkündür. Həmin zədələr avtomobilin vurması nəticəsində yarana bilər. Təqdim edilmiş VAZ-21065 minik markalı, ** BF *** dövlət deydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində (arxa sağ qapıda, arxa sağ qapı pəncərəsinin haşiyyəsində (kantında) olan zədələr nəqliyyat vasitəsinin bərk olmayan predmetlə təmasda olması, o cümlədən piyadanın (insanın) vurması nəticəsində yaranması mümkündür. -X3 bədəni üzərində olan xəsarətlər VAZ-21065 markalı, ** BF *** dövlət deydiyyat nişanlı avtomobilin üzərində arxa sağ qapıda, arxa sağ qapı pəncərəsinin haşiyyəsində (kantında) olan zədələrlə uyğunluq təşkil edir. -Təqdim edilmiş X8 məxsus olduğu qeyd edilən geyim əşyalarından -01 ədəd şalvar, 01 ədəd köynək və 01 cüt ayaqqabıdan aşkar edilmiş ağ rəngli lak və boya örtüyü mikrohissəcikləri vardır. Həmin boya hissəcikləri VAZ-21065 minik markalı ** BF *** dövlət deydiyyat nişanlı avtomobilin lak boya örtüyündən götürülmüş boya nümunələri ilə ağ rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən məhkəmə yol nəqliyyat hadisələri eksprertizasının xx.xx.2022-ci il tarixli, 8\2843 №li rəyindən görünür ki, VAZ-21065 minik markalı, ** BF *** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən «Ucar Rayon Mərkəzi Xəstəxanası» X21 verdiyi xx.xx.2022-ci il tarixli, PHŞ\6.77-2-2022-1153 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinik şöbəsinin ruhi-əsəb kabnetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli, 3-13-16-3\2-1366\2023 saylı məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2014-cü il tarixdə xx.xx.2024-cü il tarixədək müddətə etibarlı olan AE seryalı, 210064 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixdə Yevlax rayon ərazisində yerləşən DİN BDYPİ-nin YPXA-nın 722 saylı stasionar postuna quraşdırılmış kamera görüntüsünə baxış protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 280-cı km-də baş vermiş YNH-dən əvvəl, yəni saat 21:22:42-də Nisan Xtraıl minik markalı ** LN *** dövlət qeydiyyat nişanlı, saat 21:22:48-də Khazar SD markalı, ** PF *** dövlət qeydiyat nişanlı,saat 21:23:36-da VAZ- 21065 markalı, ** BF *** dövlət qeydiyat nişanlı, saat 21:23:55-də DAF FT XF 95.480 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, saat 21:24:15-də Kamaz-5511 yük markalı, ** BO *** dövlət deydiyyat nişanlı və saat 21:24:04-də Ford Transıt markalı, ** LU *** dövlət qeydiyat nişanlı avtomobilər ardıcıl olaraq keçdikləri müəyyən edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Nisan Xtraıl minik markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış video registratorun video görüntüsünə baxış keçirilərkən piyada X6 yolun sağ kənarı ilə Qazax istiqamətinə velosipedlə düzünə hərəkət etməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddəsi ilə düzgün tövsif olunmuş və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə olunmuş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağı - xx.xx.2021-ci il təvəllüdlü X14 vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, 21:22:42-ci saniyədə hadisənin baş verdiyi ərazidən keçən Nisan Xtraıl minik markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə quraşdırılmış videomüşahidə kamerasından göründüyü kimi, həmin saniyyədə Yevlax rayonu Aşağı Qarxun kəndi ərazisində yolun sağ kənarı ilə X11 velospedlə əks istiqamətədə hərəkətdə olmuşdur. Yevlax rayon ərazisində yerləşən DİN BDYPİ-nin YPXA-nın 722 saylı stasionar postuna quraşdırılmış kamera görüntülərindən görünür ki, həmin ərazidən ilk öncə saat 21:22:48-də Khazar SD markalı, ** PF *** dövlət qeydiyat nişanlıavtomobil onun ardınca isə saat 21:23:36-da VAZ-21065 markalı ** BF *** dövlət qeydiyat nişanlı avtomobil hərəkət edirlər və sonuncu hərəkətdə olan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində həmin ərazidən keçərkən yolun ortasında aşmış vəziyyətdə velosiped gördüyünü, velosipedin sağından manevr edib keçib getdiyini və velosipedin yanında heç kimi görmədiyini bildirmişdir. Bundan sonra saat 21:23:55 saniyyədə həmin ərazidən keçən DAF FT XF 95.480 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, saat 21:24:15 saniyyədə Kamaz-5511 yük markalı, ** BO *** dövlət deydiyyat nişanlı və saat 21:24:04 saniyyədə Ford Transıt markalı, ** LU *** dövlət qeydiyat nişanlı avtomobilərin sürücüləri bildirmişlər ki, onlar hərəkətdə olarkən yolun ortasında aşmış vəziyyətdə velosiped və yanında yerdə uzanan insan olmuşdur, həmin insanın başından yerə qan axdığını görmüşlər və Ford Transit yük markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dərhal polisə məlumat vermişdir. Həmçinin məhkəmə istintaqı dövründə hadisə baş verən zaman kəsiyində həmin yola birləşən alternativ yol ilə heç bir avtomobilin hərəkət etmədiyi müşahidə olunmuşdur. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs məxsus VAZ-21065 markalı ** BF *** dövlət qeydiyat nişanlı avtomobilin hərəkətdə olması, hadisənin baş verdiyi yerdə X6 vəfat etməsi vaxt və zaman baxımından eyni anı təşkil edir. Bundan başqa məhkəmə-tibbi ekspertizasının 27 saylı, xx.xx.2022-ci il tarixli və kompleks məhkəmə trassoloji, lifli, lak-boya, mikrohissəcik eksprertizasının xx.xx.2022-ci il tarixli, 6\5698, 6\5694, 3\1376 №li rəylərindən əldə olunan sübutlara əsasən hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiq olunur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə və 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmənin bir günü hesablanmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4cü maddələrinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1- ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 593 (beş yüz doxsan üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış VAZ-21065 markalı, ** BF *** qeydiyyat nişanlı minik avtomobilinin Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınmalıdır. İşə olan 06 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2- ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci madddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.4-cü -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə saxlandığı iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay 28 (iyrmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 593 (beş yüz doxsan üç) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış VAZ-21065 markalı, ** BF *** qeydiyyat nişanlı minik avtomobilinin Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınsın. İşə olan 06 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-5/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-5/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver