Məhkəmə qərarları › İş №1(039)-5/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-5/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-5/2025 14.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Qanuni nümayəndə2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmuş və məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilmiş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun keçmiş Yevlax rayon şöbəsinin Penisya təyinatı sektorunun məsləhətçisi və müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən israf edərək talamış, vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin müdirinin 26 avqust 2003-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin Pensiya və müavinətlərin təyinatı sektorunun məsləhətçisi vəzifəsində, xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin xx.xx.2005-ci il tarixli 635-K nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin Pensiya və müavinətlərin təyinatı sektorunun müdiri vəzifəsinə təyin edilməklə, sektorun məsləhətçisi vəzifəsində işləyərkən həmin dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondunun sədrinin 28 yanvar 2004-cü il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinin nümunəvi strukturu və onların işçilərinin əmək funksiyaları”na əsasən məsləhətçi kimi vəzifə təlimatına əsasən, təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinin və baxılmasının təmin edilməsi, pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında iştirak etməklə zəruri tədbirlərin yerinə yetirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi, xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi, təhkim olunduğu sahə üzrə pensiyaçıların sayı və pensiya məbləği barədə məlumatların tərtib edilməsi, müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işinin aparılması, vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi, sektor müdiri kimi vəzifə təlimatına əsasən, pensiyaya dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun işinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün sektorun məsləhətçiləri tərəfindən ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiyaçıların işlərinin və digər sənədlərinin hazırlanması və saxlanılmasına nəzarətin yerinə yetirilməsi, sektorun məsləhətçiləri tərəfindən vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin təmin edilməsi, pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında bilavasitə iştirak etməklə bu sahədə nəzarətin həyata keçirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektoruna təqdim olunmasının təmin edilməsi, pensiya işləri və şəxsi hesabların üzləşdirilməsində bilavasitə iştirak etməklə bu prosesə nəzarətin həyata keçirilməsi, pensiya təyin edən komissiyanın işində iştirak edilməsi, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında kütləvi informasiya vasitələrindən istifadə edərək pensiya sahəsində qanunvericiliyə dair izahat işinin aparılması, vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də həmin şəxslərin çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə qanuna zidd olaraq əmək pensiyası almasına nail olmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla ona etibar edilmiş əmlakı qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaq məqsədilə 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, və 14-cü maddələrinə və 07 fevral 2006-cı il tarixli “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-8-ci maddələrinə əsasən üç uşağı olan qadınlar 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası almaq hüququna malik olmalarına baxmayaraq, çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası hüququ yaranmadığı halda sənədlərdə yaşla bağlı dəyişiklik etməklə pensiya almaları üçün 2003-2009-cu il tarixlərdə özünə müraciət etmiş ayrı-ayrı şəxslərin adlarından rəsmi sənəd olan pensiya almaq hüququ verən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə Yevlax şəhəri, H.Əliyev prospekti, 78 ünvanında yerləşən Fondun Yevlax rayon şöbəsinin inzibati binasında müraciət forması olan ərizə yazıb öz imzası və müraciət edən şəxsin, eləcə də Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının qərarını tərtib edib öz imzası ilə təsdiq edərək müxtəlif dövrlərdə cinayətdən xəbərsiz həmin şöbənin müdiri vəzifəsində işləmiş X3, Şahid15 və Şahid16 imzaları və şöbənin üzərində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsi yazıları olan möhürü ilə təsdiq edilməsinə və ayrı-ayrı şəxslərə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, və 14-cü maddəsinin və 07 fevral 2006-cı il tarixli “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə zidd olaraq pensiya təyin edilməsinə nail olub həmin şəxslərə müxtəlif məbləğdə pul vəsatinin köçürülməsinə o cümlədən, xx.xx.2003-cü il tarixdə müraciət etmiş 01 avqust 1961-ci il təvəllüdlü, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olmaqla yaşayan Cabbarova (Ağayeva) Vəsilə Əli qızının 42 yaşı olduğu halda sonuncunun əvəzindən şəxsən özü Şahid10 guya 01 avqust 1952-ci il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2003-cü il tarixdə 275 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 071913 saylı “Pensiya işi”nə guya Vəsilə Cabbarovanın çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2003-cü il tarixdən müddətsiz 41.83 manat pensiya təyin edilməsi barədə pensiya təyin edən komissiyasının xx.xx.2004cü il tarixli 275 saylı qərarını tərtib edib Şahid10 xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2008-ci ildə 1.171,7 manat məbləğdə, 2009-cu ildə 1.208,28 manat məbləğdə, 2010-cu ildə 1.297,88 manat məbləğdə, 2011-ci ildə 1.599,6 manat məbləğdə, 2012-ci ildə 1.913,76 manat məbləğdə, 2013-cü ildə 1.983,6 manat məbləğdə, 2014-cü ildə 2.125,32 manat məbləğdə, 2015-ci ildə 2.138,28 manat məbləğdə, 2016-cı ildə 2.285,84 manat məbləğdə, 2017-ci ildə 2.416,8 manat məbləğdə, 2018-ci ildə 2.554,56 manat məbləğdə, 2019-cu ildə 2.631,24 manat məbləğdə, 2020-ci ildə 3.067,93 manat məbləğdə, 2021-ci ildə 2.278,48 manat məbləğdə olmaqla ümumilikdə 28.673,27 manat (iyirmi səkkiz min altı yüz yetmiş üç manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid10 adına "xxxx" ASC tərəfindən verilmiş pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2005-ci il tarixdə müraciət etmiş 12 dekabr 1965-ci il təvəllüdlü, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şahid2 42 yaşı olduğu halda sonuncunun əvəzindən şəxsən özü Şahid2 guya 12 dekabr 1947-ci il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2005-ci il tarixdə 13 nömrəli ərizə yazıb həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 071819 saylı “Pensiya işi”nə guya Şahid2 çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2004-cü il tarixdən müddətsiz 31,08 manat pensiya təyin edilməsi barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2005-ci il tarixli 13 saylı qərarını tərtib edib Şahid2 xx.xx.2004-cü il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2011-ci ildə 1.215,76 manat məbləğdə, 2012-ci ildə 1.723,32 manat məbləğdə, 2013-cü ildə 1.791 manat məbləğdə, 2014-cü ildə 1.928,04 manat məbləğdə, 2015-ci ildə 1.938,24 manat məbləğdə, 2016-cı ildə 2.077,76 manat məbləğdə, 2017-ci ildə 2.182,92 manat məbləğdə, 2018-ci ildə 2.307,36 manat məbləğdə, 2019-cu ildə 2.382,45 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 22.423,49 manat (iyirmi iki min dörd yüz iyirmi üç manat qırx doqquz qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid2 adına "xxxx" ASC tərəfindən verilmiş 676867********2562 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə,təkrarən, xx.xx.2007-ci il tarixdə müraciət etmiş 30 iyun 1967-ci il təvəllüdlü, Yevlax rayonu, Nərimankənd kəndində yaşayan bacısı Şahid9 40 yaşı olduğu halda sonuncunun əvəzindən şəxsən özü Şahid9 guya 30 mart 1956-cı il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2007-ci il tarixdə 608 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074162 saylı “Pensiya işi”nə guya Şahid9 çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2007-ci il tarixdən müddətsiz 86.79 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 608 saylı qərarını tərtib edib Şahid9 xx.xx.2007ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2007-ci ildə 786,23 manat məbləğdə, 2008-ci ildə 1.295,16 manat məbləğdə, 2009-cu ildə 1.522,32 manat məbləğdə, 2010-cu ildə 1.623,04 manat məbləğdə, 2011-ci ildə 1.674,96 manat məbləğdə, 2012-ci ildə 1.726,68 manat məbləğdə, 2013-cü ildə 1.794,48 manat məbləğdə, 2014-cü ildə 1.931,64 manat məbləğdə, 2015-ci ildə 1.941,84 manat məbləğdə, 2016-cı ildə 2.081,48 manat məbləğdə, 2017-ci ildə 2.187,12 manat məbləğdə, 2018-ci ildə 2.311,8 manat məbləğdə, 2019-cu ildə 2.385,87 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 28.139,26 manat (iyirmi səkkiz min bir yüz otuz doqquz manat iyirmi altı qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid9 adına "xxxx" ASC tərəfindən verilmiş 676867********7675 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə,təkrarən, xx.xx.2007-ci il tarixdə müraciət etmiş 12 sentyabr 1959cu il təvəllüdlü, Yevlax rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayan Qasımova (Hüseynova) Ziyafət Baxış qızının 48 yaşı olduğu halda sonuncunun əvəzindən şəxsən özü Ziyafət Qasımovanın guya 12 fevral 1950-ci il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2007-ci il tarixdə 628 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074147 saylı “Pensiya işi”nə guya Ziyafət Qasımovanın çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2007-ci il tarixdən müddətsiz 71.102 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 628 saylı qərarını tərtib edib Ziyafət Qasımovaya xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2007-ci ildə 754,18 manat məbləğdə, 2008-ci ildə 1.075,44 manat məbləğdə, 2009-cu ildə 1.256,88 manat məbləğdə, 2010-cu ildə 1.380,22 manat məbləğdə, 2011-ci ildə 1.570,38 manat məbləğdə, 2012-ci ildə 1.794,6 manat məbləğdə, 2013-cü ildə 1.863,12 manat məbləğdə, 2014-cü ildə 2.001,96 manat məbləğdə, 2015-ci ildə 2.013,24 manat məbləğdə, 2016-cı ildə 2.155,76 manat məbləğdə, 2017-ci ildə 2.270,64 manat məbləğdə, 2018-ci ildə 2.400,12 manat məbləğdə, 2019-cu ildə 2.472,12 manat məbləğdə, 2020-ci ildə 2.882,52 manat məbləğdə, 2021-ci ildə 2.140,72 manat məbləğdə olmaqla ümumilikdə 28.031,9 manat (iyirmi səkkiz min otuz bir manat doxsan qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Ziyafət Qasımovanın adına "xxxx" ASC tərəfindən verilmiş 676867********6757 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2007-ci il tarixdə müraciət etmiş 26 yanvar 1959-cu il təvəllüdlü, Yevlax rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla yaşayan Həsənova (Nadirova) Almas Muxtar qızının 48 yaşı olduğu halda sonuncuya Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03259930 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixini 26 iyul 1956-cı il tarixə dəyişərək əvəzindən şəxsən özü Şahid5 guya 26 iyul 1956-cı il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2007-ci il tarixli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074219 saylı “Pensiya işi”nə guya Şahid5 çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2007-ci il tarixdən müddətsiz 73.49 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 873 saylı qərarını tərtib edib Şahid5 xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2007-ci ildə 220,47 manat məbləğdə, 2008-ci ildə 1.108,92 manat məbləğdə, 2009-cu ildə 1.297,32 manat məbləğdə, 2010-cu ildə 1.343,32 manat məbləğdə, 2011-ci ildə 1.586,28 manat məbləğdə, 2012-ci ildə 1.782 manat məbləğdə, 2013-cü ildə 1.850,4 manat məbləğdə, 2014-cü ildə 1.988,88 manat məbləğdə, 2015-ci ildə 1.999,92 manat məbləğdə, 2016-cı ildə 2.141,96 manat məbləğdə, 2017-ci ildə 2.255,16 manat məbləğdə, 2018-ci ildə 2.383,68 manat məbləğdə, 2019-cu ildə 2.455,2 manat məbləğdə, 2020-ci ildə 2.862,72 manat məbləğdə, 2021-ci ildə 2.126,08 manat məbləğdə olmaqla ümumilikdə 27.402,31 manat (iyirmi yeddi min dörd yüz iki manat otuz bir qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid5 adına "xxxx" ASC tərəfindən verilmiş 676867********6107 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2007-ci il tarixdə müraciət etmiş 10 aprel 1969-cu il təvəllüdlü, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan X5 38 yaşı olduğu halda sonuncuya Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03376364 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixini 10 aprel 1957-ci il tarixə dəyişərək əvəzindən şəxsən özü Səbirə Mustafayevanın guya 10 aprel 1957-ci il təvəllüdlü və 4 uşaqlı ana olması məzmunlu xx.xx.2007-ci il tarixdə 942 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074237 saylı “Pensiya işi”nə guya Səbirə Mustafayevanın çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2007-ci il tarixdən müddətsiz 83.51 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 942 saylı qərarını tərtib edib Səbirə Mustafayevaya xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2007-ci ildə 334,04 manat məbləğdə, 2008-ci ildə 1.249,32 manat məbləğdə, 2009-cu ildə 1.466,88 manat məbləğdə, 2010-cu ildə 1.515,4 manat məbləğdə, 2011-ci ildə 1.669,38 manat məbləğdə, 2012-ci ildə 1.765,2 manat məbləğdə, 2013-cü ildə 1.833,36 manat məbləğdə, 2014-cü ildə 1.971,48 manat məbləğdə, 2015-ci ildə 1.982,28 manat məbləğdə, 2016-cı ildə 2.123,6 manat məbləğdə, 2017-ci ildə 2.234,52 manat məbləğdə, 2018-ci ildə 2.361,84 manat məbləğdə, 2019-cu ildə 2.432,64 manat məbləğdə, 2020-ci ildə 2.836,55 manat məbləğdə, 2021-ci ildə 2.106,57 manat məbləğdə olmaqla ümumilikdə 27.883,06 manat (iyirmi yeddi min səkkiz yüz səksən üç manat altı qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Səbirə Mustafayevanın adına "xxxx" ASC tərəfindən verilmiş 676867********2331 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2007-ci il tarixdə müraciət etmiş 29 yanvar 1967-ci il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid7 40 yaşı olduğu halda sonuncunun əvəzindən şəxsən özü Şahid7 guya 29 iyul 1950-ci il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2007-ci il tarixdə 999 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074264 saylı “Pensiya işi”nə guya Şahid7 çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2007-ci il tarixdən müddətsiz 74.02 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 999 saylı qərarını tərtib edib Şahid7 xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2008-ci ildə 1.190,38 manat məbləğdə, 2009cu ildə 1.306,32 manat məbləğdə, 2010-cu ildə 1.352,44 manat məbləğdə, 2011-ci ildə 1.587,18 manat məbləğdə, 2012-ci ildə 1.773,6 manat məbləğdə, 2013-cü ildə 1.841,88 manat məbləğdə, 2014-cü ildə 1.980,12 manat məbləğdə, 2015-ci ildə 1.991,04 manat məbləğdə, 2016-cı ildə 2.132,72 manat məbləğdə, 2017-ci ildə 2.244,72 manat məbləğdə, 2018-ci ildə 2.372,64 manat məbləğdə, 2019-cu ildə 2.443,8 manat məbləğdə, 2020-ci ildə 2.849,52 manat məbləğdə, 2021-ci ildə 2.116,24 manat məbləğdə olmaqla ümumilikdə 27.182,6 manat (iyirmi yeddi min bir yüz səksən iki manat altmış qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid7 adına "xxxx" ASC tərəfindən verilmiş 676867********3780 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2007-ci il tarixdə müraciət etmiş 19 fevral 1963-cü il təvəllüdlü, ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid3 44 yaşı olduğu halda sonuncuya məxsus Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03229115 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixini 19 mart 1956-cı il tarixə dəyişərək əvəzindən şəxsən özü Şahid3 guya 19 mart 1956-cı il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2007-ci il tarixdə 1025 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074272 saylı “Pensiya işi”nə guya Şahid3 çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2007-ci il tarixdən müddətsiz 73.28 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 1025 saylı qərarını tərtib edib Şahid3 xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2008-ci ildə 1.179,32 manat məbləğdə, 2009-cu ildə 1.293,84 manat məbləğdə, 2010-cu ildə 1.339,72 manat məbləğdə, 2011-ci ildə 1.544,58 manat məbləğdə, 2012-ci ildə 1.696,2 manat məbləğdə, 2013-cü ildə 1.763,64 manat məbləğdə, 2014-cü ildə 1.900,08 manat məbləğdə, 2015-ci ildə 1.909,92 manat məbləğdə, 2016-cı ildə 2.048,36 manat məbləğdə, 2017-ci ildə 2.149,92 manat məbləğdə, 2018-ci ildə 2.272,44 manat məbləğdə, 2019-cu ildə 2.355,45 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 26.330,11 manat (iyirmi altı min üç yüz otuz manat on bir qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid3 adına "xxxx" ASC tərəfindən verilmiş 676867********3376 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2007-ci il tarixdə müraciət etmiş 20 iyul 1967-ci il təvəllüdlü, ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid6 40 yaşı olduğu halda sonuncuya məxsus Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03074702 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixini 20 iyul 1950-ci il tarixə dəyişərək əvəzindən şəxsən özü Şahid6 guya 20 iyul 1950-ci il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2007-ci il tarixdə 1028 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074274 saylı “Pensiya işi”nə guya Şahid6 çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2007-ci il tarixdən müddətsiz 84.33 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 1028 saylı qərarını tərtib edib Şahid6 xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2008-ci ildə 1.429,38 manat məbləğdə, 2009-cu ildə 1.480,68 manat məbləğdə, 2010-cu ildə 1.529,44 manat məbləğdə, 2011-ci ildə 1.643,04 manat məbləğdə, 2012-ci ildə 1.692,24 manat məbləğdə, 2013-cü ildə 1.759,68 manat məbləğdə, 2014-cü ildə 1.896 manat məbləğdə, 2015-ci ildə 1.905,72 manat məbləğdə, 2016-cı ildə 2.043,92 manat məbləğdə, 2017-ci ildə 2.144,88 manat məbləğdə, 2018-ci ildə 2.267,16 manat məbləğdə, 2019-cu ildə 2.351,4 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 27.020,18 manat (iyirmi yeddi min iyirmi manat on səkkiz qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid6 adına "xxxx" ASC tərəfindən verilmiş 676867********9821 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2007-ci il tarixdə müraciət etmiş 13 may 1967-ci il təvəllüdlü, ünvan 7 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid12 40 yaşı olduğu halda sonuncuya məxsus Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03230536 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixini 13 noyabr 1956-cı il tarixə dəyişərək əvəzindən şəxsən özü Şahid12 guya 13 noyabr 1956-cı il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2007-ci il tarixdə 1071 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074304 saylı “Pensiya işi”nə guya Şahid12 çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2007-ci il tarixdən müddətsiz 76.64 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 1071 saylı qərarını tərtib edib Şahid12 xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2008-ci ildə 1.340,2 manat məbləğdə, 2009-cu ildə 1.350,72 manat məbləğdə, 2010-cu ildə 1.397,44 manat məbləğdə, 2011-ci ildə 1.575,06 manat məbləğdə, 2012-ci ildə 1.696,2 manat məbləğdə, 2013-cü ildə 1.763,64 manat məbləğdə, 2014-cü ildə 1.900,08 manat məbləğdə, 2015-ci ildə 1.909,92 manat məbləğdə, 2016-cı ildə 2.048,36 manat məbləğdə, 2017-ci ildə 2.150,29 manat məbləğdə, 2018-ci ildə 2.272,44 manat məbləğdə, 2019-cu ildə 2.355,45 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 26.636,44 manat (iyirmi altı min altı yüz otuz altı manat qırx dörd qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid12 adına "xxxx" ASC tərəfindən verilmiş 676867********5298 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2007-ci il tarixdə müraciət etmiş 06 dekabr 1966-cı il təvəllüdlü, Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayan Şahid11 41 yaşı olduğu halda sonuncuya məxsus Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03072064 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixini 06 dekabr 1956-cı il tarixə dəyişərək əvəzindən şəxsən özü Şahid11 guya 06 dekabr 1956-cı il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2007-ci il tarixdə 1117 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074321 saylı “Pensiya işi”nə guya Şahid11 çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2007-ci il tarixdən müddətsiz 75.61 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 1117 saylı qərarını tərtib edib Şahid11 xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2008-ci ildə 1.190,28 manat məbləğdə, 2009-cu ildə 1.333,32 manat məbləğdə, 2010-cu ildə 1.379,8 manat məbləğdə, 2011-ci ildə 1.542,48 manat məbləğdə, 2012-ci ildə 1.645,92 manat məbləğdə, 2013-cü ildə 1.712,76 manat məbləğdə, 2014-cü ildə 1.848 manat məbləğdə, 2015-ci ildə 1.857,12 manat məbləğdə, 2016-cı ildə 1.993,4 manat məbləğdə, 2017-ci ildə 2.088,12 manat məbləğdə, 2018-ci ildə 2.505,68 manat məbləğdə, 2019-cu ildə 3.195,84 manat məbləğdə, 2020-ci ildə 3.726,36 manat məbləğdə, 2021-ci ildə 2.767,44 manat məbləğdə olmaqla ümumilikdə 28.786,52 manat (iyirmi səkkiz min yeddi yüz səksən altı manat əlli iki qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid11 adına "xxxx" ASC tərəfindən verilmiş 416974********3725 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2007-ci il tarixdə müraciət etmiş 22 mart 1967-ci il təvəllüdlü, Ağdaş rayonunda anadan olmuş, işləməyən, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4ın 40 yaşı olduğu halda sonuncuya məxsus Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03257264 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixini 22 noyabr 1950-ci il tarixə dəyişərək əvəzindən şəxsən özü Şahid4 guya 22 noyabr 1950-ci il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2007-ci il tarixdə 1122 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074332 saylı “Pensiya işi”nə guya Şahid4 çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2007-ci il tarixdən müddətsiz 76.98 manat pensiya təyin edilməsi barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 1122 saylı qərarını tərtib edib Şahid4 xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2008-ci ildə 1.259,69 manat məbləğdə, 2009cu ildə 1.356,48 manat məbləğdə, 2010-cu ildə 1.403,32 manat məbləğdə, 2011-ci ildə 1.624,74 manat məbləğdə, 2012-ci ildə 1.796,64 manat məbləğdə, 2013-cü ildə 1.865,16 manat məbləğdə, 2014-cü ildə 2.002,43 manat məbləğdə, 2015-ci ildə 2.015,28 manat məbləğdə, 2016-cı ildə 2.157,92 manat məbləğdə, 2017-ci ildə 2.272,73 manat məbləğdə, 2018-ci ildə 2.402,64 manat məbləğdə, 2019-cu ildə 2.474,76 manat məbləğdə, 2020-ci ildə 2.885,52 manat məbləğdə, 2021-ci ildə 2.142,96 manat məbləğdə olmaqla ümumilikdə 27.660,27 manat (iyirmi yeddi min altı yüz altmış manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid4 adına "xxxx" ASC tərəfindən verilmiş 676867********3074 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2008-ci il tarixdə müraciət etmiş 09 sentyabr 1965-ci il təvəllüdlü, ünvan 8 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid8 43 yaşı olduğu halda sonunucuya məxsus Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03377777 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixini 09 iyun 1957-ci il tarixə dəyişərək sonuncunun əvəzindən şəxsən özü Şahid8 guya 09 iyun 1957-ci il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2008-ci il tarixdə 1173 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 042837 saylı “Pensiya işi”nə guya Şahid8 çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2008-ci il tarixdən müddətsiz 79.60 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2008-ci il tarixli 1173 saylı qərarını tərtib edib Şahid8 xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2008-ci ildə 595,77 manat məbləğdə, 2009-cu ildə 1.184,16 manat məbləğdə, 2010-cu ildə 1.228,48 manat məbləğdə, 2011-ci ildə 1.453,74 manat məbləğdə, 2012-ci ildə 1.626,96 manat məbləğdə, 2013-cü ildə 1.693,68 manat məbləğdə, 2014-cü ildə 1.828,44 manat məbləğdə, 2015-ci ildə 1.837,2 manat məbləğdə, 2016-cı ildə 1.972,64 manat məbləğdə, 2017-ci ildə 2.064,84 manat məbləğdə, 2018-ci ildə 2.182,56 manat məbləğdə, 2019-cu ildə 2.286,06 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 24.831,17 manat (iyirmi dörd min səkkiz yüz otuz bir manat on yeddi qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid8 adına "xxxx" ASC tərəfindən verilmiş 676867********9618 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2009-cu il tarixdə müraciət etmiş 07 sentyabr 1969-cu il təvəllüdlü, Yevlax rayonu, Aşağı Qarxun kəndində yaşayan X2 40 yaşı olduğu halda sonunucuya məxsus Yevlax RPŞ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE 03437808 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixini 18 iyun 1959-cu il tarixə dəyişərək sonuncunun əvəzindən şəxsən özü Gülnarə Hüseynovanın guya 18 iyun 1959-cu il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2009-cu il tarixdə 933 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074649 saylı “Pensiya işi”nə guya Gülnarə Hüseynovanın çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2009-cu il tarixdən müddətsiz 75 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2009-cu il tarixli 933 saylı qərarını tərtib edib Gülnarə Hüseynovaya xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2009-cu ildə 483,86 manat məbləğdə, 2010-cu ildə 940 manat məbləğdə, 2011-ci ildə 1.095,66 manat məbləğdə, 2012-ci ildə 1.183,32 manat məbləğdə, 2013-cü ildə 1.245,12 manat məbləğdə, 2014-cü ildə 1.369,08 manat məbləğdə, 2015-ci ildə 1.371,48 manat məbləğdə, 2016-cı ildə 1.488,32 manat məbləğdə, 2017-ci ildə 1520,4 manat məbləğdə, 2018-ci ildə 1.607,04 manat məbləğdə, 2019-cu ildə 1.995,88 manat məbləğdə, 2020-ci ildə 2798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 19.176,8 manat (on doqquz min bir yüz yetmiş altı manat səksən qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Gülnarə Hüseynovanın adına "xxxx" ASC tərəfindən verilmiş 676867********7603 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə, təkrarən, xx.xx.2009-cu il tarixdə müraciət etmiş 10 mart 1961-ci il təvəllüdlü, Yevlax rayonu, Varvara kəndində qeydiyyatda olmaqla yaşayan Şahid13 48 yaşı olduğu halda sonuncuya məxsus Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03376641 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixini 08 dekabr 1958-ci il tarixə dəyişərək sonuncunun əvəzindən şəxsən özü Şahid13 guya 08 dekabr 1958-ci il təvəllüdlü və 3 uşaqlı ana olması məzmunlu xx.xx.2009-cu il tarixdə 1203 nömrəli ərizə yazıb sonuncunun əvəzindən imza edərək həmin ərizəni Fondun Yevlax rayon şöbəsində qeydiyyata aldırdıqdan sonra rəsmi sənəd olan 074690 saylı “Pensiya işi”nə guya Şahid13 çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək sonuncuya xx.xx.2009-cu il tarixdən müddətsiz 75 manat pensiya təyin edilməsi və ayrılması barədə Fondun Yevlax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2009-cu il tarixli 1203 saylı qərarını tərtib edib Şahid13 xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qanuna zidd şəkildə pensiya verilməsinə nail olaraq, ona 2010-cu ildə 998,08 manat məbləğdə, 2011-ci ildə 1.197,54 manat məbləğdə, 2012-ci ildə 1.403,16 manat məbləğdə, 2013-cü ildə 1.467,36 manat məbləğdə, 2014-cü ildə 1.596,6 manat məbləğdə, 2015-ci ildə 1.602,12 manat məbləğdə, 2016-cı ildə 1.728,2 manat məbləğdə, 2017-ci ildə 1.790,04 manat məbləğdə, 2018-ci ildə 1.892,04 manat məbləğdə, 2019-cu ildə 2.061,6 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 20.613,38 manat (iyirmi min altı yüz on üç manat otuz səkkiz qəpik) məbləğində pul vəsaitinin nağd şəkildə ödənilməsinə və Şahid13 adına "xxxx" ASC tərəfindən verilmiş 676867********6216 nömrəli pensiya kartı üzrə hesaba köçürülməsinə və köçürülmüş pulların həmin şəxslərin özləri və ailə üzvləri tərəfindən həmin kartdan istifadə edilməklə Yevlax şəhərində yerləşən müxtəlif bankomatlardan 2003-2021-ci illərdə nağdlaşdırılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub həmin hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla təkrarən israf edərək talamış, vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ayrılmış vəsaitlərin pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin müdirinin 26 avqust 2003-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin Pensiya və müavinətlərin təyinatı sektorunun məsləhətçisi vəzifəsində, xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin xx.xx.2005-ci il tarixli 635-K nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin Pensiya və müavinətlərin təyinatı sektorunun müdiri vəzifəsində işləmişdir. Həmin vəzifədə 2014-cü ilin mart ayınadək işləmiş və tutduğu vəzifədən azad edilmişdir. Hazırda işləmir. Fondun Yevlax rayon şöbəsinin inzibati binası Yevlax şəhəri, H.Əliyev prospekti, 78 ünvanında yerləşmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin 2018-ci ilədək əsas vəzifələri dövlətin sosial sığorta siyasətinin həyata keçirilməsində iştirak etməklə rayon ərazisində bütün fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsləri uçota almaq, həmçinin sığortaolunanlardan məcburi dövlət sosial sığorta haqlarının toplanmasını təşkil etmək, əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, sosial ödənişləri bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirməkdən və sairdən ibarət olmuşdur. Pensiya və müavinətlərin təyinatı sektorunun məsləhətçisi (müfəttiş) kimi vəzifə təlimatına əsasən təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yeniden hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinin və baxılmasının təmin edilməsi, pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında iştirak etmeklə zəruri tədbirlərin yerinə yetirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi, xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi, təhkim olunduğu sahə üzrə pensiyaçıların sayı və pensiya məbləği barədə məlumatların tərtib edilmesi, müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işinin aparılması, vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlər görülməsi və s. vəzifələri yerinə yetirməkdən ibarət olmuşdur. Pensiya və müavinətlərin təyinatı sektorunun müdiri kimi vəzifə təlimatına əsasən pensiyaya dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun işinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün sektorun məsləhətçiləri tərəfindən ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiyaçıların işlərinin və digər sənədlərinin hazırlanması və saxlanılmasına nəzarətin yerinə yetirilməsi, sektorun məsləhətçiləri tərəfindən vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin təmin edilməsi, pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında bilavasitə iştirak etməklə bu sahədə nəzarətin həyata keçirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektoruna təqdim olunmasının təmin edilməsi, pensiya işləri və şəxsi hesabların üzləşdirilməsində bilavasitə iştirak etməklə bu prosesə nəzarətin həyata keçirilməsi, pensiya təyin edən komissiyanın işində iştirak edilməsi, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında kütləvi informasiya vasitələrindən istifadə edərək pensiya sahəsində qanunvericiliyə dair izahat işinin aparılması, vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və s. vəzifələri icra etməkdən ibarət olmuşdur. Bir qrup Yevlax rayon sakininə 2003-2009-cu illərdə müxtəlif tarixlərdə çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə əmək pensiyası hüququ olmadığı halda həmin şəxslərin pensiya təyin olunması üçün pensiya işlərində olan şəxsiyyət vəsiqələrinin surətində və ərizə-müraciətlərdə doğum tarixi dəyişdirilərək, yəni yaşları çoxaldılaraq onlara qanunsuz pensiya hüququ yaradılmış və pensiya təyin edilmişdir. Həmin şəxslər 2021-ci ilin sentyabr ayına qədər qanunsuz pensiya almışlar. Həmin Yevlax rayon sakinlərindən X7 təvəllüdü xx.xx.1963-cü il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1956-cı il göstərilmişdir.Şahid6 təvəllüdü xx.xx.1967-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1950-ci il göstərilmişdir. Şahid2 təvəllüdü xx.xx.1965-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1950-ci il göstərilmişdir. Şahid11 Əyub qızının təvəllüdü xx.xx.1966-cı il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1956-cı il göstərilmişdir. Şahid12 təvəllüdü xx.xx.1967-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1956-cı il göstərilmişdir. Şahid13 təvəllüdü xx.xx.1961-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2009-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1958ci il göstərilmişdir. Şahid5 təvəllüdü xx.xx.1959-cu il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1956-cı il göstərilmişdir. X5 təvəllüdü xx.xx.1969-cu il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1957-cı il göstərilmişdir. X14 təvəllüdü xx.xx.1967-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1956-cı il göstərilmişdir. X2 təvəllüdü xx.xx.1969-cu il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2009-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1959-cu il göstərilmişdir. Şahid4 təvəllüdü xx.xx.1967-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1950-ci il göstərilmişdir. Şahid8 təvəllüdü xx.xx.1965-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2008-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1957-ci il göstərilmişdir. X10 təvəllüdü xx.xx.1959-cu il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1950-ci il göstərilmişdir. X6 təvəllüdü xx.xx.1967-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1950-ci il göstərilmişdir. Şahid10 təvəllüdü xx.xx.1961-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2003-cü il tarixli ərizəsində təvəllüdü xx.xx.1952-ci il göstərilmişdir. Qeyd etmişdir ki, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, və 14-cü maddələrinə və 07 fevral 2006-cı il tarixli “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən üç uşağı olan qadınlar 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Qeyd olunan şəxslərdən bacısı Şahid9 başqa heç birini xatırlamır. Həmin şəxslərə yaşa görə pensiya təyin olunarkən hesablama işləri onun tərəfindən aparılmışdır. Həmin dövrdə vətəndaşlar tərəfindən təqdim olunan şəxsiyyət vəsiqələrinin düzgünlüyünü yoxlamaq imkanı olmamışdır. Çünki həmin dövrdə bununla bağlı müvafiq informasiya portalından istifadə etmək imkanı olmamışdır. İşin prosedurası üzrə həmin dövrdə vətəndaşların əmək pensiyası üzrə müraciətləri ilkin olaraq şöbəyə daxil olduqdan sonra dəftərxanada qeydiyyata alınaraq baxılması üçün şöbənin rəhbəri tərəfindən pensiya sektorunda işləyən məsləhətçilərin üstünə yazılmışdır. Vətəndaşlara yaşa görə pensiya təyin olunması üçün tələb olunan bütün sənədlərin, yəni şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin, ərizənin, ailə tərkibi haqqında arayışın, staj haqqından arayışın, iş haqqında arayışın və uşaqların doğum haqqında şəhadətnamənin sürətləri tərəfindən yoxlanıldıqdan sonra həmin sənədlər tərəfindən icra edilirdi. Daha sonra o, hazır vəziyyətdə olan sənədlərin düzgünlüyünü yoxlayaraq təsdiq edib şöbənin rəhbərinə təqdim etmişdir. Şöbə rəhbəri isə qərara imza edərək möhürlə təsdiq etmişdir. 2003-cü ildə DSMF-nun Yevlax rayon şöbəsinin müdiri Aybəniz Həşimova, bundan sonra Şahid15, sonuncu işlədiyi müdir isə Şahid16 olmuşdur. Onun hesablama apardığı pensiya işləri hər bir rəhbərin dövrünə düşür. O, saxta yolla pensiya almış şəxslərin çoxunu görməmiş və onların şəxsiyyət vəsiqələrinin əslləri ilə üzləşdirmə aparmamışdır. Ümumiyyətlə, bu cür saxta pensiya işləri ilə bağlı vasitəçilər olduğunu xatırlayır və ola bilsin ki, vəsiqələrdə olan saxtakarlığı onlar etmişlər, lakin bu barədə dəqiq heç nə deyə bilmir. Həmin vasitəçiləri xatırlamır. Onun ərizələrdə həmin şəxslərin əvəzindən imzaları icra etməyi yadına gəlmir, ola bilsin ki, həmin şəxslərin əvəzindən də imzalamışdır. Həmçinin ərizələrdəki imzaları vətəndaşın özü də imzalamışdır. Qeyd olunan şəxslərin pensiya işlərində olan şəxsiyyət vəsiqələrinin surətlərində olan təvəllüd tarixlərinin adi gözlə saxtalaşdırıldığı görünür və pensiya düzəltməsi üçün bu cür saxtakarlığı etmişdir. Qeyd olunan şəxslərə pensiya təyin edilməsi şöbədə Pensiya və müavinətlərin təyinatı sektorunun işi olmuşdur. O, həmin şəxslərin pensiya hesablamalarını apardıqdan və sənədləri tərtib etdikdən sonra şəbə müdirlərinə təqdim etmiş və onlar sənədlərin düzgünlüyünə inanaraq imza və möhürlə təsdiq etmişdirlər. Pensiya işlərində olan komissiyanın qərarı və həmin şəxslərə aid olan ərizələr onun tərəfindən tərtib olunmuşdur, həmin sənədlərdə olan xətt nümunələri ona məxsusdur, hesablamalar onun tərəfindən icra olunmuşdur. Pensiya işlərində olan komissiyanın qərarında “Pensiya və müavinətlərin təyinatı sektorunun müdiri” qrafasında olan imza və “hesablamanı apardı” qrafasının qarşısında olan imza, həmçinin ərizələrdə həmin şəxslərə aid olan imzalar da ona məxsusdur, tərəfindən icra edilmişdir. Həmin işlərin icraçısı və məsul şəxsi özü olmuşdur. O, pensiya işlərinin hesablanmasına görə pul, maddi nemət və yaxud hər hansı bir imtiyaz əldə etməmişdir. Şahmar, Maarif, Sara və “Roş” ləqəbli Raqif adlı şəxslərdən yalnız “Roş” ləqəbli Raqifi tanıyır. Belə ki, o, həyat yoldaşı olmuşdur və 2021-ci ilin sentyabr ayında rəhmətə getmişdir. Şahid2 tanımır. Ola bilər ki, həmin vaxt o, əri Raqifə sənədlər təqdim etmiş və Raqif Sayada pensiya düzəltməsini xahiş etmiş və ona köməklik edərək pensiya təyin etmişdir. Bacısı Şahid9 Soltan qızı 30 iyun 1967-ci il təvəllüdlüdür, Yevlax rayonu, Nərimankənd kəndində yaşamışdır. Ona 2007-ci ildə tərəfindən pensiya təyin olunan zaman 40 yaşı olmuşdur və pensiya yaşına çatmırdı. O, zəruri sənədləri (şəxsiyyət vəsiqəsini, əmək kitabçasını, ailə tərkibi haqqında arayışı, uşaqlarına məxsus doğum şəhadətnamələrini) bacısından aldıqdan sonra doğum tarixini saxtalaşdırmışdır. Bacısının imkanı zəif olduğuna görə ona pensiya təyin edilməsi haqqında qərarın qəbul edilməsini təmin etmişdir. Ərizədə olan imzanı da bacısının əvəzindən özü icra etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, onun işlədiyi dövürdə ondan başqa məsul digər vəzifəli şəxslərdə olsa da yalnız onu cinayət məculiyyətinə cəlb etmişlər. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, əməlindən peşmandır və zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyandan 20000 manat ödəmiş ilə barışıq əldə etmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna vurulmuş ziyan qismən ödənilmişdir. Zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Qanuni nümayəndə2 həmçinin göstərdi ki, təqsirləndirilən şəxsdək şikayətçidilər və təqsirləndirilən şəxsə cəza verilərkən mülki iddianın da təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1984-cü ildən hal-hazıradək Yevlax şəhər 3 saylı tam orta məktəbində fizika müəlliməsi vəzifəsində işləyir. 2007-ci ildə əri X38 vəfat etdikdən sonra o, üç övladı xx.xx.1992-ci il təvəllüdlü X42, xx.xx.1987-ci il təvəllüdlü X16 və xx.xx.1988-ci il təvəllüdlü X25 tək başına böyütmüşdür. Həmçinin 2007-ci ildə Bakı şəhərində yerləşən Uni klinikada əməliyyat olunmuşdur. Səhhəti ilə əlaqədar olaraq, həmçinin oğlu Adil Aslanov 2-ci qrup əlili olduğuna görə qardaşı X17 ona müraciət edərək pensiyaya çıxmaqla bağlı ona kömək göstərəcəyini bildirmişdir. Qardaşı Müseyib onun şəxsiyyət vəsiqəsini və xəstəliyi ilə bağlı tibbi sənədləri götürüb tanımadığı şəxsə aparmışdır. Qardaşının ona pensiya təyin edilməsi ilə bağlı kiminlə danışıq apardığını bilmir. Qardaşı Müseyib 2009-cu ildə vəfat etmişdir. İlkin olaraq təxminən 140 manat pensiya almışdır. Son dövrlərdə 260 manat pensiya almışdır. 2021-ci ilin sentyabr ayında ona pensiyanın verilişi dayandırılmışdır. DSMF-nun Yevlax şöbəsində adından tərtib olunmuş pensiya almaq üçün xx.xx.2007-ci il tarixli ərizədə və şəxsiyyət vəsiqəsinin surətində olan əlyazmalar ona məxsus deyil, həmin ərizədən xəbəri yoxdur, həmin ərizəni o, imzalamamışdır. Onun həqiqi təvəllüdü 19 fevral 1963-cü ildir. Həmin ərizədə və şəxsiyyət vəsiqəsinin surətində göstərilən təvəllüdün onun təvəllüdünə uyğun olmaması ilə bağlı heç nə bilmir. Həmin ərizənin və şəxsiyyət vəsiqəsinin surətinin kim tərəfindən, harada və nə vaxt hazırlanması barədə məlumatı yoxdur. Təvəllüdü xx.xx.1956-cı il deyil. O, fikirləşmişdir ki, oğlu Adil Aslanov 2-ci qrup əlil olduğuna və xəstəliyinə görə ona pensiya təyin olunmuşdur. Hər hansı şəxsə pensiya təyin olunması üçün pul və ya digər maddi nemət verməmiş, qardaşı Müseyib Həsənovun ona pensiya təyin olunması üçün hər hansı şəxsə pul və digər maddi nemət verməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2007-ci ildə Malbinəsi kəndində həkim işləyən Şahmar adlı şəxs kənddə olan şəxslərə xəstəliklə bağlı pensiya düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Şahmar həkim ona da xəstəliklə bağlı pensiya düzəldə biləcəyini bildirmiş və ona məxsus şəxsiyyət vəsiqəsini götürmüşdür. 2007-ci ilin yanvar ayında Şahmar həkim yaşadığı Qoyunbinəsi kəndinə gəlib ona pensiya kartını vermişdir. Şahmar adlı həkim 6-7 il bundan əvvəl vəfat etmişdir. İlkin olaraq 80 manat pensiya almışdır. Son dövrlərdə isə 259 manat pensiya almışdır. 2021-ci ilin sentyabr ayında ona pensiyanın verilişi dayandırılmışdır. DSMF-nun Yevlax rayon şöbəsinə adından tərtib olunmuş pensiya almaq üçün xx.xx.2007-ci il tarixli ərizədə olan əlyazmalar ona məxsus deyil, həmin ərizədən xəbəri olmamışdır, həmin ərizəni o, imzalamamışdır. Onun həqiqi təvəllüdü 22 mart 1967-ci ildir. Həmin ərizədə və şəxsiyyət vəsiqəsinin surətində göstərilən təvəllüdlərin onun təvəllüdünə uyğun olmaması ilə bağlı heç nə bilmir. Həmin ərizənin və şəxsiyyət vəsiqəsinin surətinin kim tərəfindən, harada və nə vaxt hazırlanması barədə məlumatı yoxdur. Onun təvəllüdü xx.xx.1950-ci il deyil. O, fikirləşmişdir ki, ona verilən pensiya xəstəliyinə görə təyin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, maddi imkanı zəif olduğuna görə 2020-ci ildə rəhmətə getmiş atası Adıgözəl Məcnunov ona aid şəxsiyyət vəsiqəsini götürərək ona pensiya düzəldəcəyini bildirmişdir. Bundan sonra heçnədən xəbəri olmamışdır. 2007-ci ildən xx.xx.2021-ci ilədək pensiya almışdır. Son dövrlərdə 259 manat pensiya almışdır. DSMF-nun Yevlax rayon şöbəsində adından tərtib olunmuş pensiya almaq üçün xx.xx.2007-ci il tarixli ərizədə olan əlyazmalar ona məxsus deyil, həmin ərizədən xəbəri yoxdur, lakin imza ona məxsusdur. Onun həqiqi təvəllüdü 29 yanvar 1967-ci ildir. Həmin ərizədə göstərilən təvəllüdün onun təvəllüdünə uyğun olmaması ilə bağlı heç nə bilmir. Həmin ərizənin kim tərəfindən, harada və nə vaxt hazırlanması barədə məlumatı yoxdur. Pensiyanı hansı əsasa görə almağından xəbərsiz olmuşdur və pensiya təyin olunanda uşağı olmamışdır. Pensiya təyin edilməsi üçün heç kimə pul verməmişdir. Bununla atası məşğul olmuşdur və onun kiməsə pul veribverməməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2008-ci ildə Yevlax rayon xəstəxanasında Şahmar adlı şəxsin pensiya düzəldə biləcəyini öyrənmişdir. Ona müraciət etmiş və pensiya düzəltməsini xahiş etmişdir. Şahmar ona xəstəliklə bağlı pensiya düzəldəcəyini bildirmişdir. Onun tələb etdiyi şəxsiyyət vəsiqəsinin surətini və digər zəruri sənədləri Şahmara vermişdir. 2008-ci ilin iyun ayında ona pensiya düzəlmiş və həmin vaxtdan xx.xx.2021-ci il tarixə kimi pensiya almışdır. DSMF-nun Yevlax şöbəsinə adından tərtib olunmuş pensiya almaq üçün xx.xx.2008-ci il tarixli ərizədə olan əlyazmalar ona məxsus deyil, həmin ərizədən xəbəri yoxdur, lakin imza ona məxsusdur. Onun həqiqi təvəllüdü 09 sentyabr 1965-ci ildir. Həmin ərizədə və şəxsiyyət vəsiqəsinin surətində göstərilən təvəllüdlərin onun təvəllüdünə uyğun olmaması ilə bağlı heç nə bilmir. Həmin ərizənin və şəxsiyyət vəsiqəsinin surətinin kim tərəfindən, harada və nə vaxt hazırlanması barədə məlumatı yoxdur. O zənn etmişdir ki, ona verilmiş pensiya xəstəliyinə görə təyin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, bacısı X19 uzun müddət DSMF-nin Yevlax rayon şöbəsində inspektor və müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 2007-ci ildə maddi imkanı zəif olduğuna görə bacısı ona 3 uşağı olduğu üçün pensiya düzəldə biləcəyini bildirmişdir. O da imkanı olmadığına görə pensiya almaq qərarına gəlmişdir. Bundan sonra bacısı Almaza şəxsiyyət vəsiqəsinin surətini, övladlarının doğum haqqında şəhadətnamələrinin surətini və digər zəruri sənədləri təqdim etmişdir. 2007-ci ilin mart ayında ona pensiya təyin olunmuşdur. İlkin olaraq 90 manata yaxın pensiya almış, lakin, son vaxtlarda 259 manat pensiya almışdır. 2021 -ci ilin sentyabr ayında ona pensiyanın verilişi dayandırılmışdır. DSMF-nun Yevlax şöbəsində adından tərtib olunmuş pensiya almaq üçün xx.xx.2007-ci il tarixli ərizədəki əlyazmalar ona məxsus deyil, həmin ərizədən xəbəri yoxdur, həmin ərizəni o, imzalamamışdır. Həqiqi təvəllüdü 30 iyun 1967-ci ildir. Həmin ərizədə göstərilən təvəllüdün onun təvəllüdünə uyğun olmaması ilə bağlı heç nə bilmir. Həmin ərizənin kim tərəfindən, harada və nə vaxt hazırlanması barədə məlumatı yoxdur. O, fikirləşmişdir ki, 2007-ci il tarixdə ona verilən pensiya 3 uşağı olduğuna görə təyin olunmuşdur. Pensiya təyin olunması üçün bacısı Almaza pul verməmişdir. Bacısı olduğuna görə pensiya işini Almaz həll etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2007-ci ildən 2021-ci ilin sentyabr ayınadək yaşa görə pensiya almışdır. 2021-ci ilin sentyabr ayında pensiyası kəsilmişdir. İlk əvvəllər 140 manat pensiya almışdır. Artım olduqdan sonra 360 manat pensiya almışdır. 2007-ci ildə DSMF-nin Yevlax rayon şöbəsinə müraciət etmiş və oranın adını bilmədiyi əməkdaşı onu qəbul etmişdir. Ona ailə vəziyyətinin ağır olduğunu bildirmişdir. Onun da yazığı gələrək köməklik edəcəyini demişdir. Daha sonra şəxsiyyət vəsiqəsini və digər zəruri sənədləri DSMF-nin Yevlax rayon şöbəsinə təqdim etmişdir.Doğum tarixi xx.xx.1966-cı ildir. Həmin şəxsiyyət vəsiqəsi saxtadır. O, şəxsiyyət vəsiqəsində heç bir saxtakarlıq etməmişdir. Bu saxta şəxsiyyət vəsiqəsinin kim tərəfindən harada hazırlanmasından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2005-ci ildən 2021-ci ilin avqust ayınadək yaşa görə pensiya almışdır. 2021-ci ilin avqust ayında pensiyası kəsilmişdir. 2005-ci ildən başlayaraq 140 manat daha sonra artım olduqdan sonra 235 manat pensiya almışdır. İndiyədək DSMF-nin Yevlax rayon şöbəsinə müraciət etməmişdir. Pensiyanı ona 2005-ci ildə X30 düzəltdirmişdir. Amma ona pensiyanı hansı yollarla və kimlərin köməyi ilə düzətməsindən məlumatı yoxdur. X30 2011-ci ildə rəhmətə getmişdir. Pensiyanın düzəlməsi qarşılığında heç kimə hər hansı maddi nemət verməmişdir. Doğum tarixi xx.xx.1970-ci ildir. Həmin şəxsiyyət vəsiqəsi saxtadır. O, şəxsiyyət vəsiqəsində heç bir saxtakarlıq etməmişdir. Saxta şəxsiyyət vəsiqəsinin kim tərəfindən hazırlanmasından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2011-ci ildən 2020-ci ilədək xəstəliklə əlaqədar pensiya almışdır. 2020-ci ilin iyul ayında pensiyası kəsilmişdir. İlkin olaraq 90 manat pensiya almış daha sonra isə artmışdır. Pensiyası kəsilən günədək 260 manat pensiya almışdır. İndiyədək DSMF-nin Yevlax rayon şöbəsinə müraciət etməmişdir. Pensiyanı ona baldızı Ceyran düzətdirmişdir. Amma ona pensiyanı hansı yollarla və kimlərin köməyi ilə düzətməsindən məlumatı yoxdur. Ceyran 2021-ci ilin dekabr ayında rəhmətə getmişdir. Pensiyanın düzəlməsi qarşılığında heç kimə hər hansı maddi nemət verməmişdir. Doğum tarixi xx.xx.1961-ci ildir. O, şəxsiyyət vəsiqəsində heç bir saxtakarlıq etməmişdir. Saxta şəxsiyyət vəsiqəsinin kim tərəfindən hazırlanmasından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2004-cü ilin dekabr ayından 2008-ci ilin yanvar ayınadək DSMF-nin Yevlax şəhər şöbəsinin müdiri vəzifəsində işləmişdir. Həmin şöbənin pensiya təyinatı sektorunun müdiri X20 və məsləhətçilər isə Natavan adlı, Əmiralı adlı, Sevda Yusubova və digər adlarını xatırlamadığı şəxslər olmuşdur. Yevlax rayon sakinlərindən X7 təvəllüdü xx.xx.1963-cü il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1956-cı il göstərilmişdir. Şahid6 təvəllüdü xx.xx.1967-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1950-ci il göstərilmişdir. Şahid11 Əyub qızının təvəllüdü xx.xx.1966-cı il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1956ci il göstərilmişdir. Şahid12 təvəllüdü xx.xx.1967-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1956-ci il göstərilmişdir. Şahid5 təvəllüdü xx.xx.1959-cu il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1956-cı il göstərilmişdir. X5 təvəllüdü xx.xx.1969-cu il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1957-cı il göstərilmişdir. X14 təvəllüdü xx.xx.1967-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1956-cı il göstərilmişdir. Şahid4 təvəllüdü xx.xx.1967-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1950-ci il göstərilmişdir. X10 təvəllüdü xx.xx.1959-cu il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1950-ci il göstərilmişdir. X6 təvəllüdü xx.xx.1967-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1950-ci il göstərilmişdir. Yuxarda adları qeyd olunan şəxslərə pensiya təyin olunarkən işçi sayının azlığından hesablama işi üzrə məsul şəxs pensiya təyinatı sektorunun müdiri X20 olmuşdur. Həmin adları qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələrinin surətində və ərizələrində göstərilən doğum tarixlərindəki ziddiyyətlə bağlı heç bir məlumatı və rolu olmamışdır. O, həmin şəxsləri tanımır. Pensiya təyin olunması ilə bağlı yuxarda adları qeyd olunan şəxslərdən heç bir məbləğdə pul və ya maddi nemət tələb etməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2, Şahid5, Şahid6, Şahid10, X11, Şahid16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, xx.xx.2021-ci il tərixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin İcra və əmək intizamına nəzarət sektorunun müdiri işləyir. İşlədiyi sektorun əsas vəzifəfələrindən biri nazirliyin və tabe qurumlarının əməkdaşlarının əmək və icra intizamına riayət etməsinə nəzarət etməkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən müntəzəm olaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin müvafiq alt sistemləri, o cümlədən “Təhlil” altsistemi üzrə müvafiq məlumatların üzləşdirilməsi ilə, eyni zamanda Nazirliyin müvafiq şöbələri və tabeliyindəki qurumlardan daxil olan məlumatlar əsasında monitorinq və təhlillər aparılır. 2021-ci ilin avqust-sentyabr ayları ərzində Nazirliyin Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin Pensiya altsistemi (PAS) üzrə pensiya işlərində olan məlumatların (pensiya alanların kateqoriyası, təvəllüdü və pensiya hüququnun yaranma tarixi) xx.xx.2018-ci il tarixədək Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları tərəfindən istifadədə olmuş pensiya təyinatı və ödənişi üzrə müvafiq proqramda (FOX PRO) olan məlumatlarla üzləşdirilməsi zamanı bir sıra vətəndaşların doğum tarixlərində və müvafiq pensiya işləri üzrə təyinat tarixlərində uyğunsuzluqlar aşkar edilmişdir. Bununla əlaqədar araşdırma nəticəsində ilkin olaraq emal olunmuş 2140 pensiya işindən 182 pensiya işində uyğunsuzluqlar aşkar edilmişdir. Uyğunsuzluqların araşdırılması üçün müfaviq pensiya işləri Fonddan təhvil alınaraq Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsində araşdırılmış və Saatlı, Yevlax, Şəki, Bərdə, Ağcabədi, Daşkəsən rayonları üzrə 105 halda pensiyaçıların hüquqları olmadan pensiya təyin olunması halları aşkar edilmişdir. Belə ki, “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemində (İAMAS) vətəndaşların şəxsiyyətini təsdiq edən müvafiq məlumatlarla (doğum tarixləri barədə qeydlər) pensiya işlərində olan və vətəndaşların təvəllüdünü əks etdirən məlumatlar-yəni şəxsiyyət vəsiqələrinin surəti və pensiya təyin olunması üçün müvafiq ərizə-müraciətlər arasında uyğunsuzluqların yarandığı, doğum tarixləri barədə qeydlərdə, bəzi hallarda isə şəxsiyyət vəsiqəsinin nömrələrində və doğum tarixləri barədə qeydlərdə dəyişikliklər edildiyi müəyyən olunmuşdur. Dəyişiklik deyildikdə həmin şəxslərin pensiya işlərində olan şəxsiyyət vəsiqələrinin surətində və pensiya təyin olunması üçün ərizəmüraciətlərdə doğum tarixinin dəyişdirilərək yaşlarının çoxaldılması, bununla da vaxtından əvvəl onlara çoxuşaqlı ana kateqoriyası üzrə yaşa görə qanunsuz olaraq pensiya hüquqlarının yaradılması müəyyən edilmişdir. Ehtimal olunur ki, həmin şəxslərin pensiya işində olan şəxsiyyət vəsiqələrinin surəti saxtalaşdırılmışdır. Həmin şəxslərə ümumilikdə 2.533.817,62 manat məbləğində artıq ödəniş edilmişdir. Həmin şəxslərə pensiya verilməsi Nazirlik tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, hal-hazıra kimi heç bir yerdə işləmir. 2004-cü ildə həyat yoldaşı Nüsrət Abbasov ona məxsus şəxsiyyət vəsiqəsini götürüb pensiya düzəltdirəcəyini bildirmişdir. O, pensiyanı Yevlax poçtunda işləyən "Roş" ləqəbli Raqif vasitəsilə düzəltdirmişdir. 2004-cü ildə ona pensiya təyin olunmuş və həmin tarixdən xx.xx.2021-ci il tarixə kimi pensiya almışdır. Bundan başqa heçnədən xəbəri olmamışdır. Son dövrlərdə isə 259 manat pensiya almışdır. DSMF-nun Yevlax rayon şöbəsinə onun adından tərtib olunmuş pensiya almaq üçün xx.xx.2005-ci il tarixli ərizədə olan əlyazmalar ona məxsus deyil, həmin ərizədən xəbəri yoxdur. Lakin təqdim edilən ərizədəki imza ona məxsusdur. Onun həqiqi təvəllüdü 12 dekabr 1965-ci ildir. Həmin ərizədə və şəxsiyyət vəsiqəsinin surətində göstərilən təvəllüdlərin onun təvəllüdünə uyğun olmaması ilə bağlı heç nə bilmir. Həmin ərizənin və şəxsiyyət vəsiqəsinin surətinin kim tərəfindən, harada və nə vaxt hazırlanması barədə məlumatı yoxdur. Ona hansı əsasa görə pensiya təyin edilməsindən xəbəri olmamışdır.Pensiya təyin olunması üçün heç kimə pul verməmiş, lakin, yoldaşı Nüsrətin Raqifə pul verib-verməməsindən xəbəri yoxdur. X56 12 il öncə vəfat etmişdir. Bildiyinə görə Raqif də vəfat etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, 2007-ci ildə Malbinəsi kəndindən olan tanışı Şahmar adlı şəxs kənddə olan şəxslərə pensiya düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Şahmar həkim ona da xəstəliklə bağlı pensiya düzəldə biləcəyini bildirmiş və ona məxsus şəxsiyyət vəsiqəsini götürmüşdür. 2007-ci ilin iyul ayında Şahmar yaşadığı Kolanı kəndinə gəlib ona pensiya kartını vermişdir. Şahmar 6-7 il bundan əvvəl vəfat etmişdir. Sonuncu dəfə 2021-ci ildə 259 manat pensiya almışdır. 2021-ci ilin sentyabr ayında ona pensiyanın verilişi dayandırılmışdır. DSMF-nun Yevlax şöbəsinə adından tərtib olunmuş pensiya almaq üçün xx.xx.2007-ci il tarixli ərizədəki əlyazmalar ona məxsus deyil, həmin ərizədən xəbəri yoxdur, həmin ərizəni imzalamamışdır. Onun həqiqi təvəllüdü 26 yanvar 1959-cu ildir. Həmin ərizədə və şəxsiyyət vəsiqəsinin surətində göstərilən təvəllüdlərin onun təvəllüdünə uyğun olmaması ilə bağlı heç nə bilmir. Həmin ərizənin və şəxsiyyət vəsiqəsinin surətinin kim tərəfindən, harada və nə vaxt hazırlanması barədə məlumatı yoxdur. Təvəllüdü xx.xx.1956-cı il deyildir. O, elə zənn etmişdir ki, ona yaşına görə pensiya təyin olunmuşdur. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, 2007-ci ildə atası X26 ona məxsus şəxsiyyət vəsiqəsini götürərək onun üçün pensiya düzəltdirəcəyini bildirmişdir. xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək pensiya almışdır. Ona pensiyanın təyin edilməsini atasının kimin vasitəsilə və hansı qaydada etməyindən xəbərsiz olmuşdur. Atası Eyub isə 2014-cü ildə dünyasını dəyişmişdir. DSMFnun Yevlax rayon şöbəsindən təqdim edilən ərizədəki əlyazmalar ona məxsus deyil, həmin ərizədən xəbəri yoxdur, həmin ərizəni o, imzalamamışdır. Onun həqiqi təvəllüdü 20 iyul 1967-ci ildir. Həmin ərizədə və şəxsiyyət vəsiqəsinin surətində göstərilən təvəllüdlərin onun təvəllüdünə uyğun olmaması ilə bağlı heç nə bilmir. Həmin ərizənin və şəxsiyyət vəsiqəsinin surətinin kim tərəfindən, harada və nə vaxt hazırlanması barədə məlumatı yoxdur. Təvəllüdü xx.xx.1950-ci il deyil. Ona hansı əsasa görə pensiya verilməsi barədə məlumatı olmamışdır. Pensiya təyin edilməsi üçün o və atası Eyub Yaqubov kiməsə pul və ya digər maddi nemət verməmişdir və atasının ona pensiya təyin olunması üçün hər hansı şəxsə pul və digər maddi nemət verməsi barədə məlumatı yoxdur. Şahid10 Nəbi qızı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, 2007-ci il tarixdən 2021-ci il tarixədək xəstəliklə bağlı pensiya almışdır. Əvvəllər təxminən 150 manat məbləğində daha sonra pensiyaların artımı ilə əlaqədar 285 manat məbləğində pensiya almışdır. Hazırda pensiya almır. İndiyədək DSMF-nin Yevlax rayon şöbəsinə müraciət etməmişdir. 2007-ci il tarixdə əri X21 tanışı X34 ilə danışdıqdan sonra Sevda Yusubova şəxsiyyət vəsiqəsini götürərək ona xəstəliklə əlaqədar pensiya düzəldəcəyini demişdir. Bir müddət sonra Sevda Yusubova ona pensiya təyin olunduğunu bildirərək ona bank kartı vermişdir. Sevda Yusubovanın pensiyanı ona hansı yollarla düzəltməsi barədə məlumatı yoxdur. Sevda Yusubova 2020-ci il tarixdə vəfat etmişdir. Onun doğum tarixi xx.xx.1961-ci ildir. Həmin şəxsiyyət vəsiqəsinin sürətinin kimi tərəfindən hazırlanmasından xəbəri yoxdur. O, öz şəxsiyyət vəsiqəsini Sevda Yusubovaya vermiş və ona pensiyanı o, düzəltdirmişdir. O, şəxsiyyət vəsiqəsində heç bir saxtakarlıq etməmişdir. Şahid X8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, 2002-ci il tarixdən 2005-ci il tarixədək DSMF-nin Yevlax şəhər şöbəsinin müdiri vəzifəsində işləmişdir. Həmin şöbənin pensiya təyinatı sektorunun müdiri vəzifəsində X20 və məsləhətçilər isə mərhum X34, X22, Natavan və adını xatırlamadığı digər şəxslər olmuşdur. Yevlax rayon sakinlərindən Şahid10 təvəllüdü xx.xx.1961-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2003-cü il tarixli ərizəsində təvəllüdü xx.xx.1952-ci il göstərilmişdir. Şahid2 təvəllüdü xx.xx.1965-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2004-cü il tarixli ərizəsində təvəllüdü xx.xx.1950-ci il göstərilmişdir. Adları qeyd olunan şəxslərə pensiya təyin olunarkən işçi sayının azlığından hesablama işi məsul şəxs kimi pensiya təyinatı sektorunun müdiri X20 tərəfindən aparılmışdır. Həmin adları qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələrinin surətində və ərizələrində göstərilən doğum tarixlərindəki ziddiyyətlə bağlı heç bir məlumatı və rolu olmamışdır. Həmin şəxsləri tanımır və uzun müddət keçdiyinə görə xatırlamır. Pensiya təyin olunması ilə bağlı yuxarda adları qeyd olunan şəxslərdən heç bir məbləğdə pul və ya maddi nemət tələb etməmişdir. Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək DSMF-nin Yevlax şəhər şöbəsinin müdiri vəzifəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında DSMF-nin Yevlax şəhər şöbəsinin müdiri vəzifəsində işləmişdir. Həmin şöbənin pensiya təyinatı sektorunun müdiri, həmçinin xatırlamadığı müddət ərzində məsləhətçi vəzifəsində X20 və digər məsləhətçilər isə mərhum X34, X12, X22 olmuşdur. X12 hazırda da pensiya təyinatı sektorunda işləyir. Yevlax rayon sakinlərindən Şahid8 təvəllüdü xx.xx.1965-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2008-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1957-ci il göstərilmişdir. X2 təvəllüdü xx.xx.1969-cu il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2009-ci il tarixli ərizəsində təvəllüdü xx.xx.1959-cu il göstərilmişdir. Şahid13 təvəllüdü xx.xx.1961-ci il olduğu halda ona pensiya təyin edilməsi üçün pensiya işində şəxsiyyət vəsiqəsinin surətində və Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlanmış xx.xx.2009-cu il tarixli ərizəsində təvəllüdü xx.xx.1958-ci il göstərilmişdir. Yuxarda adları qeyd olunan şəxslərə pensiya təyin olunarkən işçi sayının azlığından işlərin tezliyini təmin etmək məqsədi ilə hesablama işi pensiya təyinatı sektorunun müdiri X20 tərəfindən aparılmışdır. O, ümumilikdə işlədiyi müddət ərzində heç bir saxtakarlığa yol verməmişdir. Həmin adları qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələrinin surətində və ərizələrində göstərilən doğum tarixlərindəki ziddiyyətlə bağlı heç bir məlumatı və rolu olmamışdır. Həmin şəxsləri tanımır və uzun müddət keçdiyinə görə xatırlamır. Pensiya təyin olunması ilə bağlı yuxarıda adları qeyd olunan şəxslərdən heç bir məbləğdə pul və ya maddi nemət tələb etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Qanunvericiliyin pozulması ilə bağlı aşkar edilmiş nöqsanlar üzrə materialların təqdim edilməsi barədə Azərbaycan Respublikasının Hesablama Palatasının 29 noyabr 2022-ci il tarixli, AHO/4-2-2022-1202 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üçün iş Planına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi ilə bağlı kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilmişdir. Aparılmış audit çərçivəsində əmək pensiyasının ödənişi davam etdirilən pensiya işləri üzrə olmaqla seçmə qaydada 4 respublika tabeli şəhər (Mingəçevir, Lənkəran, Yevlax və Şəki) və 20 rayon (Cəlilabad, Tərtər, Saatlı, Sabirabad, Goranboy, Gəncə Nizami, Gəncə Kəpəz, Kəlbəcər, Füzuli, Bərdə, Qazax, Biləsuvar, İmişli, Masallı, Quba, Şamaxı, Qusar, Zaqatala, Qobustan və Zərdab) üzrə baza məlumatları əks etdirildiyi sənədlərdə düzəlişlər olunduğu aşkar edilmişdir. Bu düzəlişlərlə müraciətin qeydə alındığı tarixdə yaş həddi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun (2006-cı ilin 01 yanvar tarixindən sonra isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin) müvafiq tələbinə uyğunlaşdırılmamış və yaşa görə pensiya təyin edilmişdir. Nəticədə ümumilikdə 884.000 manat məbləğində pensiya artıq ödənilmiş, həmin vəsaitin 775,9 min manatı 2021-ci ilin 01 yanvar tarixinədək, 72,0 min manatı 2021-ci ildə və 36,0 min manatı isə 2022-ci ilin 01 yanvar tarixindən 31 iyul tarixinədək həyata keçirilmişdir; “Arasdırmanın nəticəsi üzrə materialların təqdim edilməsi haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq risk qrupları üzrə müəyyən olunmuş bir qrup vətəndaşa təyin edilən yaşa görə əmək pensiyaları barədə təhlillər aparılmış və həmin təhlillərin nəticələri aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı 105 halda "Giriş-çıxış və qeydiyyat" X1 axtarış sistemində (İAMAS) vətəndaşların şəxsiyyətini təsdiq edən müvafiq məlumatlarla pensiya işlərində olan və vətəndaşların təvəllüdünü əks etdirən məlumatlar arasında uyğunsuzluqların yarandığı müəyyən olunmuşdur. Belə ki, həmin vətəndaşların doğum tarixləri dəyişdirilməklə, düzgünlüyü təhrif olunmuş şəxsiyyət vəsiqələri əsasında Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müxtəlif rayon şöbələri (hazırda Filial) tərəfindən müvafiq kateqoriya üzrə yaşa görə əmək pensiyası hüququ olmadığı halda həmin şəxslərə hüquq yaradılmaqla pensiya təyinatlarının aparılmasına və ümumilikdə 2.533.817,62 manat məbləğində artıq vəsaitin ödənilməsinə nail olunmuş, nəticədə külli miqdarda vəsaitin əsassız xərclənməsinə yol verilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş cədvəldən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi tərəfindən Şahid4 faktiki təvəllüdü xx.xx.1967-ci ildir. 074332 saylı pensiya işində təvəllüdü xx.xx.1950-ci ildir. xx.xx.2007-xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 27.660,27 manat pensiya təyin olunmuşdur. Bundan başqa Şahid8 faktiki təvəllüdü xx.xx.1965-ci ildir. 042837 saylı pensiya işində təvəllüdü xx.xx.1957-ci ildir. xx.xx.2008-xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 24.831,17 manat pensiya təyin olunmuşdur. Bundan başqa X2 faktiki təvəllüdü xx.xx.1969-cu ildir. 074649 saylı pensiya işində təvəllüdü xx.xx.1959-cu ildir. xx.xx.2009-xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 19.176,80 manat pensiya təyin olunmuşdur. Bundan başqa X10 faktiki təvəllüdü xx.xx.1959-cu ildir. 074147 saylı pensiya işində təvəllüdü xx.xx.1950-ci ildir. xx.xx.2007-xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 28.031,90 manat pensiya təyin olunmuşdur. Bundan başqa Şahid9 faktiki təvəllüdü xx.xx.1967-ci ildir. 074162 saylı pensiya işində təvəllüdü xx.xx.1956-cı ildir. xx.xx.2007xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 28.139,26 manat pensiya təyin olunmuşdur. Bundan başqa X5 faktiki təvəllüdü xx.xx.1969-cu ildir. 074237 saylı pensiya işində təvəllüdü xx.xx.1957-ci ildir. xx.xx.2007-xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 27.883,06 manat pensiya təyin olunmuşdur. Bundan başqa X13 faktiki təvəllüdü xx.xx.1959-cu ildir. 074219 saylı pensiya işində təvəllüdü xx.xx.1956-cı ildir. xx.xx.2007xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 27.402,31 manat pensiya təyin olunmuşdur. Bundan başqa Şahid7 faktiki təvəllüdü xx.xx.1967-ci ildir. 074264 saylı pensiya işində təvəllüdü xx.xx.1950-ci ildir. xx.xx.2007-xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 27.185,60 manat pensiya təyin olunmuşdur. Bundan başqa Şahid13 faktiki təvəllüdü xx.xx.1961-ci ildir. 074690 saylı pensiya işində təvəllüdü xx.xx.1958-ci ildir. xx.xx.2009xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 20.613,38 manat pensiya təyin olunmuşdur. Bundan başqa Şahid10 faktiki təvəllüdü xx.xx.1961-ci ildir. 071913 saylı pensiya işində təvəllüdü xx.xx.1952-ci ildir. xx.xx.2003-xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 28.673,27 manat pensiya təyin olunmuşdur. Bundan başqa Şahid12 faktiki təvəllüdü xx.xx.1967-ci ildir. 074304 saylı pensiya işində təvəllüdü xx.xx.1956-cı ildir. xx.xx.2007xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 26.236,44 manat pensiya təyin olunmuşdur. Bundan başqa Şahid11 faktiki təvəllüdü xx.xx.1966-cı ildir. 074321 saylı pensiya işində təvəllüdü xx.xx.1956-cı ildir. xx.xx.2007-xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 28.786,52 manat pensiya təyin olunmuşdur. Bundan başqa Şahid3 faktiki təvəllüdü xx.xx.1963-cü ildir. 074272 saylı pensiya işində təvəllüdü xx.xx.1956-cı ildir. xx.xx.2007xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 26.330,11 manat pensiya təyin olunmuşdur. Bundan başqa Şahid6 faktiki təvəllüdü xx.xx.1967-ci ildir. 074274 saylı pensiya işində təvəllüdü xx.xx.1950-ci ildir. xx.xx.2007-xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 27.020,18 manat pensiya təyin olunmuşdur. Bundan başqa Şahid2 Eyub qızının faktiki təvəllüdü xx.xx.1965-ci ildir. 071819 saylı pensiya işində təvəllüdü xx.xx.1947-ci ildir. xx.xx.2004-xx.xx.2021-ci il tarixdə olan müddət ərzində 22.423,49 manat pensiya təyin olunmuşdur. Bütün hesablamaları aparan əməkdaş X15r; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Cabbarova (Ağayeva) Vəsilə Əli qızının 071913 saylı “Pensiya işi”ndə olan xx.xx.2004-cü il tarixli 275 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2003-cü il tarixdən müddətsiz 41,83 manat pensiya təyin edilmişdir. xx.xx.2003-cü il tarixli 275 nömrəli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 01 avqust 1952-ci il və 3 uşaqlı ana olması qeyd olunmuşdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Şahid2 071819 saylı “Pensiya işi”ndə olan xx.xx.2005-ci il tarixli 13 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2004-cü il tarixdən müddətsiz 31,08 manat pensiya təyin edilmişdir. xx.xx.2005-ci il tarixli 13 nömrəli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 12 dekabr 1947-ci il kimi qeyd olunmuşdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Şahid9 074162 saylı “Pensiya işi”ndə olan xx.xx.2007-ci il tarixli 608 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2007-ci il tarixdən müddətsiz 86,79 manat pensiya təyin edilmişdir. xx.xx.2007-ci il tarixli 608 nömrəli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 30 mart 1956-cı il kimi qeyd olunmuşdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Qasımova (Hüseynova) Ziyafət Baxış qızının 074147 saylı “Pensiya işi”ndə olan xx.xx.2007-ci il tarixli 628 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2007-ci il tarixdən müddətsiz 71,10 manat pensiya təyin edilmişdir. xx.xx.2007-ci il tarixli 628 nömrəli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 12 fevral 1950-ci il kimi qeyd olunmuşdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Həsənova (Nadirova) Almas Muxtar qızının 074219 saylı “Pensiya işi”ndə olan xx.xx.2007-ci il tarixli 873 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2007-ci il tarixdən müddətsiz 73,49 manat pensiya təyin edilmişdir. xx.xx.2007-ci il tarixli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 26 iyul 1956-cı il və 3 uşaqlı ana olması kimi qeyd olunmuşdur. Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03259930 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixi 26 iyul 1956-cı il tarixə düzəliş edilərək dəyişdirilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş X5 074237 saylı “Pensiya işi”ndə olan xx.xx.2007-ci il tarixli 942 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2007-ci il tarixdən müddətsiz 83,51 manat pensiya təyin edilmişdir. xx.xx.2007-ci il tarixli 942 saylı ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 10 aprel 1957cı il və 3 uşaqlı ana olması kimi qeyd olunmuşdur. Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03376364 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixi 10 aprel 1957-ci il tarixə düzəliş edilərək dəyişdirilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Şahid4 074332 saylı “Pensiya işi”ndə olan xx.xx.2007-ci il tarixli 1122 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2007-ci il tarixdən müddətsiz 76,98 manat pensiya təyin edilmişdir. xx.xx.2007-ci il tarixli 1122 saylı ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 22 noyabr 1950-ci il kimi qeyd olunmuşdur. Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03257264 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixi 22 noyabr 1950-ci il tarixə düzəliş edilərək dəyişdirilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Şahid13 074690 saylı “Pensiya işi”ndə olan xx.xx.2009-cu il tarixli 1203 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2009-cu il tarixdən müddətsiz 75 manat pensiya təyin edilmişdir. xx.xx.2009-cu il tarixli 1203 saylı ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 08 dekabr 1958-ci il kimi qeyd olunmuşdur. Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03376641 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixi 08 dekabr 1958-ci il tarixə düzəliş edilərək dəyişdirilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Şahid8 042837 saylı “Pensiya işi”ndə olan xx.xx.2008-ci il tarixli 473 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2008-ci il tarixdən müddətsiz 79,60 manat pensiya təyin edilmişdir. xx.xx.2008-ci il tarixli 1173 nömrəli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 09 iyun 1957-ci il və 3 uşaqlı ana olması kimi qeyd olunmuşdur. Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03377777 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixi 09 iyun 1957-ci il tarixə düzəliş edilərək dəyişdirilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Şahid3 074272 saylı “Pensiya işi”ndə olan xx.xx.2007-ci il tarixli 1025 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2007-ci il tarixdən müddətsiz 73,28 manat pensiya təyin edilmişdir. xx.xx.2007-ci il tarixli 1025 nömrəli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 19 mart 1956-cı il və 3 uşaqlı ana olması kimi qeyd olunmuşdur. Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03229115 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixi 19 mart 1956-cı il tarixə düzəliş edilərək dəyişdirilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Şahid7 074264 saylı “Pensiya işi”ndə olan xx.xx.2007-ci il tarixli 999 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2007-ci il tarixdən müddətsiz 74,02 manat pensiya təyin edilmişdir. xx.xx.2007-ci il tarixli 999 nömrəli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 29 iyul 1950-ci il kimi qeyd olunmuşdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Şahid11 074321 saylı “Pensiya işi”ndə olan xx.xx.2007-ci il tarixli 1117 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2007-ci il tarixdən müddətsiz 75,61 manat pensiya təyin edilmişdir. xx.xx.2007-ci il tarixli 1117 nömrəli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 06 dekabr 1956-cı il və 3 uşaqlı ana olması kimi qeyd olunmuşdur. Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03072064 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixi 06 dekabr 1956-cı il tarixə düzəliş edilərək dəyişdirilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Şahid12 074304 saylı “Pensiya işi”ndə olan xx.xx.2007-ci il tarixli 1071 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2007-ci il tarixdən müddətsiz 76,64 manat pensiya təyin edilmişdir. xx.xx.2007-ci il tarixdə 1071 nömrəli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 13 noyabr 1956-cı il və 3 uşaqlı ana olması kimi qeyd olunmuşdur. Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03230536 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixi 13 noyabr 1956-cı il tarixə düzəliş edilərək dəyişdirilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş Şahid6 074274 saylı “Pensiya işi”ndə olan xx.xx.2007-ci il tarixli 1028 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2007-ci il tarixdən müddətsiz 84,33 manat pensiya təyin edilmişdir. xx.xx.2007-ci il tarixdə 1028 nömrəli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 20 iyul 1950-ci il kimi qeyd olunmuşdur. Yevlax RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03074702 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixi 20 iyul 1950-ci il tarixə düzəliş edilərək dəyişdirilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021ci il tarixli **********9 nömrəli məktubuna əlavə edilmiş X2 074649 saylı “Pensiya işi”ndə olan xx.xx.2009-cu il tarixli 933 saylı qərardan görünür ki, sonuncuya yaşa görə xx.xx.2009-cu il tarixdən müddətsiz 75 manat pensiya təyin edilmişdir. xx.xx.2009-cu il tarixdə 933 nömrəli ərizənin surətindən görünür ki, sonuncunun doğulduğu tarix 18 iyun 1959-cu il kimi qeyd olunmuşdur. Yevlax RPŞ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE 03437808 saylı şəxsiyyət vəsiqəsinin surətində olan doğum tarixi 18 iyun 1959-cu il tarixə düzəliş edilərək dəyişdirilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022ci il tarixli **********9 nömrəli məktubundan və ona əlavə edilmiş cədvəldən görünür ki, 1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X11, xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Şahid15, xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Şahid16 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin müdiri vəzifəsində işləmişdirlər; “Baxış keçirilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstənqiqi, İİ dərəcəli hüquqşünas X35 tərəfindən ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubla içərisində plastik kartla əməliyyatlar aparmış şəxslərin fotoşəkilləri və digər məlumatlar 08 ədəd diskə baxış keçirilmişdir. Disklər açılan zaman 1 ədəd «Korrupsiya _ Cinayet İsi N- 212026367» adlı qovluq müəyyən olunmuşdur. Həmin qovluq açıldıqda isə içərisində 2 ədəd – X31, X32 adlı qovluqlar olduğu müəyyən olunmuşdur. Həmin qovluqlara baxış zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə bankomatdan pul çıxaran anda kişi və qadın cinsinə məxsus şəxslərin fotoşəkillərinin olması müəyyən edilmişdir. Bundan sonra Korrupsiya _ Cinayet İsi N ********* - İİ Hisse adlı qovluq müəyyən olunmuşdur. Həmin qovluq açıldıqda isə içərisində 4 ədəd – X48, X49, X37, X33 adlı qovluqlar olduğu müəyyən olunmuşdur. Həmin qovluqlara baxış zamanı 2020-2021-ci illər ərzində olan müddətdə bankomatdan pul çıxaran anda kişi və qadın cinsinə məxsus şəxslərin fotoşəkillərinin olması müəyyən edilmişdir. Bundan sonra “cinayet ishi – 212026367” adlı qovluq müəyyən olunmuşdur. Həmin qovluq açıldıqda isə içərisində iş üçün əhəmiyyə kəsb edən məlumat müəyyən edilməmişdir. Bundan sonra ********* Nömrəli Cinayət işi adlı qovluq müəyyən olunmuşdur. Həmin qovluq açıldıqda isə içərisində 1 ədəd – Şahid6 qizi adlı qovluq olduğu müəyyən olunmuşdur. Həmin qovluğa baxış zamanı 2016-2021-ci illər ərzində olan müddətdə bankomatdan pul çıxaran anda kişi və qadın cinsinə məxsus şəxslərin fotoşəkillərinin olması müəyyən edilmişdir. Bundan sonra “212026367 – 2-ci hisse - xx.xx.2022” adlı qovluq müəyyən olunmuşdur. Həmin qovluq açıldıqda isə içərisində 2 ədəd – aslanova mehluqe surxay qizi, qasimova sayad nebi qizi adlı qovluqlar olduğu müəyyən olunmuşdur. Həmin qovluqlara baxış zamanı 2021-ci il ərzində bankomatdan pul çıxaran anda kişi və qadın cinsinə məxsus şəxslərin fotoşəkillərinin olması müəyyən edilmişdir. Bundan sonra 4992-2 adlı qovluq müəyyən olunmuşdur. Həmin qovluq açıldıqda isə içərisində 3 ədəd – Ahmadova Sarmaya, Maclunova, Orucova Rasmiyya adlı qovluqlar olduğu müəyyən olunmuşdur. Həmin qovluqlara baxış zamanı 2016-2021-ci illər ərzində olan müddətdə bankomatdan pul çıxaran anda kişi və qadın cinsinə məxsus şəxslərin fotoşəkillərinin olması müəyyən edilmişdir. Bundan sonra “4992” adlı qovluq müəyyən olunmuşdur. Həmin qovluq açıldıqda isə içərisində iş üçün əhəmiyyə kəsb edən məlumat müəyyən edilməmişdir. Plastik kart vasitəsi ilə müvafiq vaxtlarda bankomatlardan pul çıxarmış şəxslərdən xarici görünüşcə Təqsirləndirilən şəxs Soltan qızına oxşar şəxs müəyyən edilməmişdir. Bundan sonra « 4-cu disk » adlı qovluq açıldıqda içərisində kart məlumatları olduğu müəyyən olunmuşdur. Həmin faylların hər birinə ayrı-ayrılıqda baxış keçirildikdə Şahid2 676867********2562 nömrəli pensiya kartı, Şahid9 676867********7675 nömrəli pensiya kartı, Qasımova (Hüseynova) Ziyafət Baxış qızına 676867********6757 nömrəli pensiya kartı, Həsənova (Nadirova) Almas Muxtar qızına 676867********6107 nömrəli pensiya kartı, X9 676867********2331 nömrəli pensiya kartı, Şahid7 676867********3780 nömrəli pensiya kartı, Şahid3 676867********3376 nömrəli pensiya kartı, Şahid6 676867********9821 nömrəli pensiya kartı, Şahid12 676867********5298 nömrəli pensiya kartı, Şahid11 416974********3725 nömrəli pensiya kartı, Şahid4 676867********3074 nömrəli pensiya kartı, Şahid8 676867********9618 nömrəli pensiya kartı, X4 676867********7603 nömrəli pensiya kartı, Şahid13 676867********6216 nömrəli pensiya kartı verildiyi müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa bir məlumat müəyyən edilməmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 iyun 2023-cü il tarixli 3-17-1/2- 138355/2023 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin 07 dekabr 2005-ci il tarixli 635/k saylı əmrinin surətindən görünür ki, Pensiya və müavinətlərin təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləyən Qasımova (Alışova) Almaz Sultan qızı 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi ilə xx.xx.2005-ci il tarixdən həmin sektorun müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin 25 dekabr 2014-cü il tarixli 1950/k saylı əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir; Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin 28 yanvar 2004cü il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinin nümunəvi strukturu və onların işçilərinin əmək funksiyaları”ndan çıxarışdan görünür ki, Pensiya və müavinətlərin təyinatı sektorunun məsləhətçinin vəzifə təlimatına əsasən qulluq funksiyaları - təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinin və baxılmasının təmin edilməsi, pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında iştirak etməklə zəruri tədbirlərin yerinə yetirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi, xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi, təhkim olunduğu sahə üzrə pensiyaçıların sayı ve pensiya məbləği barədə məlumatların tərtib edilməsi, müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işinin aparılması, vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və s. ibarət olmuşdur; Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin 28 yanvar 2004cü il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinin nümunəvi strukturu və onların işçilərinin əmək funksiyaları”na əsasən Pensiya və müavinətlərin təyinatı sektorunun müdirinin vəzifə təlimatından görünür ki, qulluq funksiyaları - pensiyaya dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun işinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün sektorun məsləhətçiləri tərəfindən ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiyaçıların işlərinin və digər sənədlərinin hazırlanması və saxlanılmasına nəzarətin yerinə yetirilməsi, sektorun məsləhətçiləri tərəfindən vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin təmin edilməsi, pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında bilavasitə iştirak etməklə bu sahədə nəzarətin həyata keçirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektoruna təqdim olunmasının təmin edilməsi, pensiya işləri və şəxsi hesabların üzləşdirilməsində bilavasitə iştirak etməklə bu prosesə nəzarətin həyata keçirilməsi, pensiya təyin edən komissiyanın işində iştirak edilməsi, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında kütləvi informasiya vasitələrindən istifadə edərək pensiya sahəsində qanunvericiliyə dair izahat işinin aparılması, vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və s. ibarət olmuşdur; Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsindən daxil olmuş 13 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4, 29.179.2.3, 29.179.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir; Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(039)-165/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 172.2.4, 29,179.2.3 və 29,179.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 46.2-ci maddəsi tətbiq edilərək 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə edilməsi hökm edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 iyun 2023-cü il tarixli 3-17-1/2- 143968/2023 nömrəli məktubuna əlavə edilmiş cədvəldən görünür ki, Cabbarova (Ağayeva) Vəsilə Əli qızına 2008-ci ildə 1.171,7 manat məbləğdə, 2009-cu ildə 1.208,28 manat məbləğdə, 2010-cu ildə 1.297,88 manat məbləğdə, 2011-ci ildə 1.599,6 manat məbləğdə, 2012-ci ildə 1.913,76 manat məbləğdə, 2013-cü ildə 1.983,6 manat məbləğdə, 2014-cü ildə 2.125,32 manat məbləğdə, 2015-ci ildə 2.138,28 manat məbləğdə, 2016-cı ildə 2.285,84 manat məbləğdə, 2017-ci ildə 2.416,8 manat məbləğdə, 2018-ci ildə 2.554,56 manat məbləğdə, 2019-cu ildə 2.631,24 manat məbləğdə, 2020-ci ildə 3.067,93 manat məbləğdə, 2021-ci ildə 2.278,48 manat məbləğdə olmaqla ümumilikdə 28.673,27 manat (iyirmi səkkiz min altı yüz yetmiş üç manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti, Şahid2 2011-ci ildə 1.215,76 manat məbləğdə, 2012-ci ildə 1.723,32 manat məbləğdə, 2013-cü ildə 1.791 manat məbləğdə, 2014-cü ildə 1.928,04 manat məbləğdə, 2015-ci ildə 1.938,24 manat məbləğdə, 2016-cı ildə 2.077,76 manat məbləğdə, 2017-ci ildə 2.182,92 manat məbləğdə, 2018-ci ildə 2.307,36 manat məbləğdə, 2019-cu ildə 2.382,45 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 22.423,49 manat (iyirmi iki min dörd yüz iyirmi üç manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti, Şahid9 2007-ci ildə 786,23 manat məbləğdə, 2008-ci ildə 1.295,16 manat məbləğdə, 2009-cu ildə 1.522,32 manat məbləğdə, 2010-cu ildə 1.623,04 manat məbləğdə, 2011-ci ildə 1.674,96 manat məbləğdə, 2012-ci ildə 1.726,68 manat məbləğdə, 2013-cü ildə 1.794,48 manat məbləğdə, 2014-cü ildə 1.931,64 manat məbləğdə, 2015-ci ildə 1.941,84 manat məbləğdə, 2016-cı ildə 2.081,48 manat məbləğdə, 2017-ci ildə 2.187,12 manat məbləğdə, 2018-ci ildə 2.311,8 manat məbləğdə, 2019-cu ildə 2.385,87 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 28.139,26 manat (iyirmi səkkiz min bir yüz otuz doqquz manat iyirmi altı qəpik) məbləğində pul vəsaiti, Qasımova (Hüseynova) Ziyafət Baxış qızına 2007-ci ildə 754,18 manat məbləğdə, 2008-ci ildə 1.075,44 manat məbləğdə, 2009-cu ildə 1.256,88 manat məbləğdə, 2010-cu ildə 1.380,22 manat məbləğdə, 2011-ci ildə 1.570,38 manat məbləğdə, 2012-ci ildə 1.794,6 manat məbləğdə, 2013-cü ildə 1.863,12 manat məbləğdə, 2014-cü ildə 2.001,96 manat məbləğdə, 2015-ci ildə 2.013,24 manat məbləğdə, 2016-cı ildə 2.155,76 manat məbləğdə, 2017-ci ildə 2.270,64 manat məbləğdə, 2018-ci ildə 2.400,12 manat məbləğdə, 2019-cu ildə 2.472,12 manat məbləğdə, 2020-ci ildə 2.882,52 manat məbləğdə, 2021-ci ildə 2.140,72 manat məbləğdə olmaqla ümumilikdə 28.031,9 manat (iyirmi səkkiz min otuz bir manat doxsan qəpik) məbləğində pul vəsaiti, Həsənova (Nadirova) Almas Muxtar qızına 2007-ci ildə 220,47 manat məbləğdə, 2008-ci ildə 1.108,92 manat məbləğdə, 2009-cu ildə 1.297,32 manat məbləğdə, 2010-cu ildə 1.343,32 manat məbləğdə, 2011-ci ildə 1.586,28 manat məbləğdə, 2012-ci ildə 1.782 manat məbləğdə, 2013-cü ildə 1.850,4 manat məbləğdə, 2014-cü ildə 1.988,88 manat məbləğdə, 2015-ci ildə 1.999,92 manat məbləğdə, 2016-cı ildə 2.141,96 manat məbləğdə, 2017-ci ildə 2.255,16 manat məbləğdə, 2018-ci ildə 2.383,68 manat məbləğdə, 2019-cu ildə 2.455,2 manat məbləğdə, 2020-ci ildə 2.862,72 manat məbləğdə, 2021-ci ildə 2.126,08 manat məbləğdə olmaqla ümumilikdə 27.402,31 manat (iyirmi yeddi min dörd yüz iki manat otuz bir qəpik) məbləğində pul vəsaiti, X9 2007-ci ildə 334,04 manat məbləğdə, 2008-ci ildə 1.249,32 manat məbləğdə, 2009-cu ildə 1.466,88 manat məbləğdə, 2010-cu ildə 1.515,4 manat məbləğdə, 2011-ci ildə 1.669,38 manat məbləğdə, 2012-ci ildə 1.765,2 manat məbləğdə, 2013-cü ildə 1.833,36 manat məbləğdə, 2014-cü ildə 1.971,48 manat məbləğdə, 2015-ci ildə 1.982,28 manat məbləğdə, 2016-cı ildə 2.123,6 manat məbləğdə, 2017-ci ildə 2.234,52 manat məbləğdə, 2018-ci ildə 2.361,84 manat məbləğdə, 2019-cu ildə 2.432,64 manat məbləğdə, 2020-ci ildə 2.836,55 manat məbləğdə, 2021-ci ildə 2.106,57 manat məbləğdə olmaqla ümumilikdə 27.883,06 manat (iyirmi yeddi min səkkiz yüz səksən üç manat altı qəpik) məbləğində pul vəsaiti, Şahid7 2008-ci ildə 1.190,38 manat məbləğdə, 2009-cu ildə 1.306,32 manat məbləğdə, 2010-cu ildə 1.352,44 manat məbləğdə, 2011-ci ildə 1.587,18 manat məbləğdə, 2012-ci ildə 1.773,6 manat məbləğdə, 2013-cü ildə 1.841,88 manat məbləğdə, 2014-cü ildə 1.980,12 manat məbləğdə, 2015-ci ildə 1.991,04 manat məbləğdə, 2016-cı ildə 2.132,72 manat məbləğdə, 2017-ci ildə 2.244,72 manat məbləğdə, 2018-ci ildə 2.372,64 manat məbləğdə, 2019-cu ildə 2.443,8 manat məbləğdə, 2020-ci ildə 2.849,52 manat məbləğdə, 2021-ci ildə 2.116,24 manat məbləğdə olmaqla ümumilikdə 27.182,6 manat (iyirmi yeddi min bir yüz səksən iki manat altmış qəpik) məbləğində pul vəsaiti, Şahid3 2008-ci ildə 1.179,32 manat məbləğdə, 2009cu ildə 1.293,84 manat məbləğdə, 2010-cu ildə 1.339,72 manat məbləğdə, 2011-ci ildə 1.544,58 manat məbləğdə, 2012-ci ildə 1.696,2 manat məbləğdə, 2013-cü ildə 1.763,64 manat məbləğdə, 2014-cü ildə 1.900,08 manat məbləğdə, 2015-ci ildə 1.909,92 manat məbləğdə, 2016-cı ildə 2.048,36 manat məbləğdə, 2017-ci ildə 2.149,92 manat məbləğdə, 2018-ci ildə 2.272,44 manat məbləğdə, 2019-cu ildə 2.355,45 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 26.330,11 manat (iyirmi altı min üç yüz otuz manat on bir qəpik) məbləğində pul vəsaiti, Şahid6 2008-ci ildə 1.429,38 manat məbləğdə, 2009-cu ildə 1.480,68 manat məbləğdə, 2010-cu ildə 1.529,44 manat məbləğdə, 2011-ci ildə 1.643,04 manat məbləğdə, 2012-ci ildə 1.692,24 manat məbləğdə, 2013-cü ildə 1.759,68 manat məbləğdə, 2014-cü ildə 1.896 manat məbləğdə, 2015-ci ildə 1.905,72 manat məbləğdə, 2016-cı ildə 2.043,92 manat məbləğdə, 2017-ci ildə 2.144,88 manat məbləğdə, 2018-ci ildə 2.267,16 manat məbləğdə, 2019-cu ildə 2.351,4 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 27.020,18 manat (iyirmi yeddi min iyirmi manat on səkkiz qəpik) məbləğində pul vəsaiti, Şahid12 2008-ci ildə 1.340,2 manat məbləğdə, 2009-cu ildə 1.350,72 manat məbləğdə, 2010-cu ildə 1.397,44 manat məbləğdə, 2011-ci ildə 1.575,06 manat məbləğdə, 2012-ci ildə 1.696,2 manat məbləğdə, 2013-cü ildə 1.763,64 manat məbləğdə, 2014-cü ildə 1.900,08 manat məbləğdə, 2015-ci ildə 1.909,92 manat məbləğdə, 2016-cı ildə 2.048,36 manat məbləğdə, 2017-ci ildə 2.150,29 manat məbləğdə, 2018-ci ildə 2.272,44 manat məbləğdə, 2019-cu ildə 2.355,45 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 26.636,44 manat (iyirmi altı min altı yüz otuz altı manat qırx dörd qəpik) məbləğində pul vəsaiti, Şahid11 2008-ci ildə 1.190,28 manat məbləğdə, 2009cu ildə 1.333,32 manat məbləğdə, 2010-cu ildə 1.379,8 manat məbləğdə, 2011-ci ildə 1.542,48 manat məbləğdə, 2012-ci ildə 1.645,92 manat məbləğdə, 2013-cü ildə 1.712,76 manat məbləğdə, 2014-cü ildə 1.848 manat məbləğdə, 2015-ci ildə 1.857,12 manat məbləğdə, 2016-cı ildə 1.993,4 manat məbləğdə, 2017-ci ildə 2.088,12 manat məbləğdə, 2018-ci ildə 2.505,68 manat məbləğdə, 2019-cu ildə 3.195,84 manat məbləğdə, 2020-ci ildə 3.726,36 manat məbləğdə, 2021-ci ildə 2.767,44 manat məbləğdə olmaqla ümumilikdə 28.786,52 manat (iyirmi səkkiz min yeddi yüz səksən altı manat əlli iki qəpik) məbləğində pul vəsaiti, Şahid4 2008-ci ildə 1.259,69 manat məbləğdə, 2009-cu ildə 1.356,48 manat məbləğdə, 2010-cu ildə 1.403,32 manat məbləğdə, 2011-ci ildə 1.624,74 manat məbləğdə, 2012-ci ildə 1.796,64 manat məbləğdə, 2013-cü ildə 1.865,16 manat məbləğdə, 2014-cü ildə 2.002,43 manat məbləğdə, 2015-ci ildə 2.015,28 manat məbləğdə, 2016-cı ildə 2.157,92 manat məbləğdə, 2017-ci ildə 2.272,73 manat məbləğdə, 2018-ci ildə 2.402,64 manat məbləğdə, 2019-cu ildə 2.474,76 manat məbləğdə, 2020-ci ildə 2.885,52 manat məbləğdə, 2021-ci ildə 2.142,96 manat məbləğdə olmaqla ümumilikdə 27.660,27 manat (iyirmi yeddi min altı yüz altmış manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti, Şahid8 2008-ci ildə 595,77 manat məbləğdə, 2009-cu ildə 1.184,16 manat məbləğdə, 2010-cu ildə 1.228,48 manat məbləğdə, 2011-ci ildə 1.453,74 manat məbləğdə, 2012-ci ildə 1.626,96 manat məbləğdə, 2013-cü ildə 1.693,68 manat məbləğdə, 2014-cü ildə 1.828,44 manat məbləğdə, 2015-ci ildə 1.837,2 manat məbləğdə, 2016-cı ildə 1.972,64 manat məbləğdə, 2017-ci ildə 2.064,84 manat məbləğdə, 2018-ci ildə 2.182,56 manat məbləğdə, 2019-cu ildə 2.286,06 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 24.831,17 manat (iyirmi dörd min səkkiz yüz otuz bir manat on yeddi qəpik) məbləğində pul vəsaiti, X4 2009-cu ildə 483,86 manat məbləğdə, 2010-cu ildə 940 manat məbləğdə, 2011-ci ildə 1.095,66 manat məbləğdə, 2012-ci ildə 1.183,32 manat məbləğdə, 2013-cü ildə 1.245,12 manat məbləğdə, 2014-cü ildə 1.369,08 manat məbləğdə, 2015-ci ildə 1.371,48 manat məbləğdə, 2016-cı ildə 1.488,32 manat məbləğdə, 2017-ci ildə 1520,4 manat məbləğdə, 2018-ci ildə 1.607,04 manat məbləğdə, 2019-cu ildə 1.995,88 manat məbləğdə, 2020-ci ildə 2798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 19.176,8 manat (on doqquz min bir yüz yetmiş altı manat səksən qəpik) məbləğində pul vəsaiti, Şahid13 2010-cu ildə 998,08 manat məbləğdə, 2011-ci ildə 1.197,54 manat məbləğdə, 2012-ci ildə 1.403,16 manat məbləğdə, 2013-cü ildə 1.467,36 manat məbləğdə, 2014-cü ildə 1.596,6 manat məbləğdə, 2015-ci ildə 1.602,12 manat məbləğdə, 2016-cı ildə 1.728,2 manat məbləğdə, 2017-ci ildə 1.790,04 manat məbləğdə, 2018-ci ildə 1.892,04 manat məbləğdə, 2019-cu ildə 2.061,6 manat məbləğdə, 2020-ci ildə 2.798,4 manat məbləğdə, 2021-ci ildə 2.078,24 manat məbləğdə olmaqla ümumilikdə 20.613,38 manat (iyirmi min altı yüz on üç manat otuz səkkiz qəpik) məbləğində pul vəsaiti ödənilmişdir; Yevlax şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; “Qətimkan tədbirinin seçilməsi haqqında 23 iyun 2023-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 01 avqust 2023-cü il tarixli, 3-17-1/2-173355/2023 nömrəli mülki iddiasından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 390.790,76 (üç yüz doxsan min yeddi yüz doxsan manat yetmiş altı qəpik) manat məbləğində maddi zərərin tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi xahiş edilmişdir; Yevlax rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 7819/6 nömrəli məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-165/2019 saylı, xx.xx.2019cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 29,179.2.3 və 29,179.2.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək 01 (bir) il müddətinə dövlət və yeri özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs həmin 4000 (dörd) min manat cəriməni xx.xx.2021-ci il tarixdə dövlət büdcəsinə ödəyib qurtarmış, eyni zamanda barəsində təyin edilmiş 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzası da icra olunub qurtarmışdır. Yevlax Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 1(039)-5/2025 nömrəli qərardadından və ona müvafiq düzəliş qərardadından görünür ki, xx.xx.1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmuş və məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilmiş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun keçmiş Yevlax rayon şöbəsinin Penisya təyinatı sektorunun məsləhətçisi və müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs (***-***-**-**) barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Yevlax Rayon Polis Şöbəsinin 08 may 2025-ci il tarixli, 253-13-117/2-8888/25 nömrəli məktubdan görünür ki, Yevlax RPŞ-nin əməkdaşlarının xx.xx.2025-ci il tarixdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 1(039)-5/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi müvafiq sosial ödənişlərdən görünür ki, artıq ödənilən 390790,76 manatdan 18436,56 manat ödənilmiş, yəni bərpa edilmiş, hazırda ödənilməyən məbləğ 372254,20 manat təşkil edir. Azərbaycan Beynəlxalq Bankının ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafdiə Fondunun hesabına 20000 (iyirmi min) manat ödəniş olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan əməllərin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Lakin Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4, 313-cü maddələri ilə yanaşı həmin Məcəllənin 308.1-ci maddəsi ilədə ittiham sürülsə də, ittiham aktından və məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, onun əməli qulluq mövqeyindən istifadə etməklə hissəsində Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam olaraq əhatə olunur. Bu səbəbdən ona qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilməlidir. CM-nin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 313-cü maddəsinə münasibətdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunmuş, lakin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, ona CM-nin 313-cü maddəsi ilə istinad olunan cinayət əməlləri xx.xx.2003-cü il tarixdən etibarən xx.xx.2021-ci il tarixədək törədilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yazılı ərizə təqdim edərək AR CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində həmin maddə ilə başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qanunvericiliyin tələblərini, o cümlədən, təqsirləndirilən şəxsin təqsirli bilindiyi AR CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində həmin maddə ilə başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməli, lakin həmin maddə ilə AR CM-nin 75.1.1-ci maddəsinə əsasən ciinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində AR CM-nin 313-cü maddəsi ilə başlanmış cinayət təqibinə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrinə əsasən, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar olmaqla və xeyli miqdarda ziyan vurmaqla talama dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, habelə yuxarıda şərh olunan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. CPM-in: 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsi və əməlindən peşman olmasını; qadın olmasını; Zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı qismən ödəməsini; yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərinin xarakterinə və dəymiş ziyana münasibətdə ödənilməməsini nəzərə alaraq, ona CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...” Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza qismində maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası 179.2.2, 179.2.3 və 179.2.4-ci maddələri ilə təqsirli bilinərək barəsində müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı (08 may-14 may 2025-ci il) 7 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla (14 gün), ona təyin edilmiş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və qəti olaraq ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) mülki iddiası qismən təmin edilməlidir. Belə ki, mülki iddiada Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 390.790,76 (üç yüz doxsan min yeddi yüz doxsan manat yetmiş altı qəpik) manat məbləğində maddi zərərin tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi xahiş edildiyi qeyd edilsə də, hazırda artıq ödənilən 390790,76 manatdan 18436,56 manat ödənilmiş və daha sonra 20000 manat da ödəniş edilmişdir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 186.1-cı maddəsinə əsasən isə cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 261.0, 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində həmin maddə ilə başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı (08 may-14 may 2025-ci il) 7 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla (14 gün), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsnun üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 352.354,2 manat (üç yüz əlli iki min üç yüz əlli dörd manat, iyirmi qəpik) manat maddi ziyan tutularaq zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna verilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Yevlax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar