Məhkəmə qərarları › İş №1(039)-50/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-50/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-50/2020 02.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrəİdarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsindəşübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Yevlax şəhəri, Vidadi küçəsində saxlanılıb, üzərində həmin gün saat 19:35 radələrindəmüdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmişşəxsi-axtarış nəticəsindəəynindəki şalvarın sağ yan cibindən, bir ədəd gümüşüağ rəngli kağız bükülüdəistintaqa məlum olmayan mənbədən, vaxtda vəşəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığışəxsi istehlak miqdarından artıq miqdarda - 0,329 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin vəşahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrəözünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan marixunadan və heroindən istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində o, yaşadığı evin yerləşdiyi Yevlax şəhəri Sabir küçəsində olmuşdur. Həmin vaxt o, yolun kənarındakı su arxının yanında dairəvi formada bükülmüş siqaret kağızı görmüşdür. O, həmin bükülünü götürüb açmış və içərisində qara rəngli toz şəkilli maddənin olduğunu görmüşdür. Həmin maddəni yoxlamış, onun narkotik vasitə - heroin olduğunu bilmiş, heroini axşam saatlarında istifadə etmək qərarına gəlmiş və heroini əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. O, həmin küçədə bir neçə saat gəzmişdir. Saat 19 radələrində Yevlax rayon polis şöbəsinin əməkdaşları onu saxlayaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, üzərinə baxış keçirəcəklərini demişlər. Bundan sonra polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinə aparıb təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı vəkil Müdafiəçi ona müdafiəçi təyin etmişdir. Yevlax rayon polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı və video çəkilişlə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı o, əynindəki şalvarının sağ yan cibində bir bükümdə olmuş heroini təqdim etmişdir. Təhqiqatçı həmin heroini bükümü ilə birlikdə elektron tərəzidəçəkmiş, heroini ağ rəngli zərfə qoymuş, möhürləmiş, o və müdafiəçisi həmin zərfin üzərini imzalamışlar. Təhqiqatçı onun üzərindən aşkar edilmiş heroini ekspertizaya göndərəcəyini demiş və həmin heroini zərfdə götürmüşdür. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişYevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi vəüzərində saxlaması barədə xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq 1975-ci ilin aprel ayının 30-da Yevlax şəhərində doğulduğunu, ünvan 1-da qeydiyyatda olduğunu və yaşadığını, əvvəllər məhkum olunduğunu müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Ruslanın barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Saat 19 radələrində o, polis əməkdaşıŞahin Baxşalıyevlə birlikdə Yevlax şəhəri Sabir küçəsinə getmişlər. Həmin vaxt onlar Ruslanın Vidadi küçəsində olduğunu müəyyən etmişlər. Bundan sonra o, Şahinlə birlikdə Vidadi küçəsinə getmiş və Ruslanın həmin küçədə olduğunu görmüşlər. O, Ruslana Yevlax rayon polis şöbəsinin polis əməkdaşları olduqlarını, qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, üzərinə baxış keçirilməsi üçün onun tərəfindən qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. X8 rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Səddam Əsgərova təhvil vermişlər. Xidməti iş otağında Səddam Əsgərov onun, Şahin Baxşalıyevin və müdafiəçinin iştirakı ilə Ruslanın üzərindəşəxsi axtarış aparmışdır. Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X4 video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Ruslan əynindəki şalvarın sağ yan cibindən gümüşü rəngli bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ruslan gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, narkotik vasitələrdən mütəmadi olaraq istifadə etdiyini, üzərindən aşkar edilmiş heroini xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Yevlax şəhəri Sabir küçəsində tapıb əldə etdiyini və özü istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində işləyən X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi vəüzərində saxlaması barədə xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş və bununla bağlı şöbənin cinayət axtarış bölməsininəməliyyat müvəkkili X2 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün saat 19 radələrində polis əməkdaşları Babək Hüseynov və X5 Məmmədovu saxlayaraq polis şöbəsinə gətirmişlər, sonuncunun üzərində müdafiəçinin iştirakı və video çəkiliş ilə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən gümüşü rəngli bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymuşdur. Bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu və heroini xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Yevlax şəhəri Sabir küçəsində tapıb əldə etdiyini və özü istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-daşübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 18-19); şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəşəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisindəki narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 24-31); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 20/232a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş gümüşü kağız bükümdə, təmiz çəkisi 0,329 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (tədqiqata istifadə olundu 0,006 qram, qalıq 0,323 qram) (iş vər. 39-40); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 72-73); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “vət Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş...” sözləri yazılmış, zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,323 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,323 qram, tədqiqata sərf edildi - 0,050 qram, 0,273 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. (iş vər. 104-105); maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,273 qram olan heroin maddi sübut kimi tanınmış və saxlanılmasıüçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər. 106-107); məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 161 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. (iş vər. 127); Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 118); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinib 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 10 il 08 aya endirilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir.( iş vər. 96-97); Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2009cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinib, əmlakı müsadirə olunmadan CM-nin 181.2.5-ci maddəsi ilə 10 (on) il müddətinə, CM-nin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs əmlakı müsadirə olunmadan 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.(iş vər. 129-137); Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 7(075)-205/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkum edildiyi Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli hökmündən residivə dair müddəalar xaric edilərək, Təqsirləndirilən şəxs məhkum edildiyi Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli hökmünə əsasən CM-nin 181.2.5-ci maddəsinə ilə təyin edilmiş 10 (on) il maddətinə azadlıqdan məhrumetmə cəzası 9 (doqquz) il 8 (səkkiz) ay həddinə, CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il həddinə endirilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla onun üzərində qəti olaraq 10 (on) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi vəəldə edilməsinin qanuniliyi şübhə doğurmayan və işüzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işüçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuş şəxs tərəfindən y enidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görəüçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi (CM- 61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həmdə hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyinin əzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar,habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcıxx xxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6),cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), işüzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İşüzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İşüzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan 0,273 qram çəkidə narkotik vasitə- heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda göstərdiyi 25 (iyirmi beş) saat, məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 222 (iki yüz iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim GünayCavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar