Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-50/2021 19.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəefmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmayan, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi sıra 4 ev, 32A ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin iyun ayında Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləyən yaxın qohumunun vasitəsi ilə oğlu Şahid2 həmin Nazirliyin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəsinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu vəzifəsinə işə düzəldəcəyini vəd edərək 29 iyun 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı Yevlax şəhəri 32-ci məhəllə bina 6 mənzil 12-də sonuncunun 2500 manat pulunu aldadıb alaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs həmin məbləğ pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2020-ci ilin iyun ayının əvvəlində əvvəllər tanımadığı Şahid3 onun yanına gələrək aqlay ustası olduğunu demiş və restoranda onu işə götürməyi xahiş etmişdir. O, Habilə vuracağı aqlayın hər bir kvadrat metrinə görə beş manat pul verəcəyini demişdir. Habil onunla razılaşmışdır. Həmin vaxtdan sonra Habil restoranın ön hasarına aqlay vurmağa başlamışdır. O, da restoranda işləmiş və digər işləri görmüşdür. Habil hər gün restorana gəlib işləmişdir. 2020-ci ilin iyun ayında o, Habilə restoranın içərisinin təmizlənməli olduğunu, özü ilə bir nəfər fəhlə gətirməsini demişdir. Bundan sonra Habil oğlu İlkini də restorana gətirmişdir. İlkin restoranda təxminən üç-dörd gün müddətində işləmişdir. Habil ona İlkini hərbi hissələrdən birində “maxe” vəzifəsinə işə düzəltmək istədiyini, lakin işlədiyi üçün İlkinin sənəd işləri ilə məşğul ola bilmədiyini demişdir. Onun pula ehtiyacı olduğu üçün o, Habilə yalan olaraq İlkini “maxe” vəzifəsinə işə düzəldə biləcəyini demişdir. İlkin hərbi xidmətdə olduğunu, hərbi xidmətini başa vurub gəldiyini, Aran qəsəbəsində yerləşən N saylı hərbi hissədə “maxe” işləmək istədiyini demişdir. Habil və İlkinin ona inanmaları üçün o, yaxın qohumlarından birinin müdafiə nazirinin müavini Nəcməddin Sadıkovun müavinlərindən biri ilə yaxın münasibətinin olduğunu, İlkinin işini həmin qohumunun vasitəsi ilə birbaşa nazirlikdən asanlıqda düzəldə biləcəyini demişdir. Habil İlkinin işi ilə bağlı hansı miqdarda pul istədiyini soruşmuşdur. O, Habilə qohumu ilə danışdıqdan sonra işin qiyməti barədə məlumat verəcəyini demişdir. O, telefonunu cibindən çıxarıb guya qohumuna zəng etməyi barədə görüntü yaratmışdır. O, mobil telefonunu qulağına tutub kənara çəkilmiş və başqa şəxslə danışırmış kimi davranmışdır. Bir neçə dəqiqə sonra o, Habilə qohumu ilə danışdığını, qohumunun İlkinin işi ilə bağlı 2500 manat pul istədiyini demişdir. Habil 2500 manat pulunun olmadığını, arvadı Gülnarə ilə məsləhətləşəcəyini demişdir. Bir neçə gün sonra Gülnarə onun telefonuna zəng edərək İlkinin işi barədə soruşmuşdur. O, Gülnarəyə İlkini qohumunun vasitəsi ilə Aran qəsəbəsində yerləşən hərbi hissədə “maxe” vəzifəsinə işə düzəldəcəyini, 2500 manat pulu təcili olaraq verməsini, pulu və İlkinin sənədlərini Bakı şəhərinə aparacağını demişdir. Gülnarə 2500 manat pul verməyə razı olmuşdur. 2020-ci ilin iyun ayının sonlarında o, Yevlax şəhəri 32-ci məhəllədə yerləşən Gülnarənin yaşadığı mənzilə getmişdir. Həmin vaxt Gülnarə ona 2500 manat pul, İlkinin şəxsiyyət vəsiqəsini və hərbi biletini, özünün və Habilin şəxsiyyət vəsiqələrinin surətini vermişdir. O, Gülnarəyə İlkinin sənəd işlərinin təxminən 15 gün ərzində həll olunacağını, bundan sonra İlkinin kursa çağırılacağını, kursu bitirdikdən sonra isə onun “maxe” vəzifəsi üzrə işə başlayacağını demişdir. O, 2500 manat pulu və sənədləri götürüb gecə saatlarında yol avtomobili ilə Bakı şəhərinə yola düşmüşdür. Səhər saatlarında o, Bakı şəhərinə çatmış və yaşadığı evə gedərək ailə üzvləri ilə görüşmüşdür. O, Habilə zəng edib yalan olaraq İlkinin işlərini həll edəcəyini, 2500 manat pulu və sənədləri qohumuna verəcəyini demişdir. Lakin o, heç kimlə görüşməmiş, 2500 manat pulu və İlkinin sənədlərini heç kimə verməmişdir. Həmin gün o, Aran qəsəbəsinə qayıtmışdır. O, Habilə yalan olaraq 2500 manat pulu və İlkinin sənədlərini qohumuna verdiyini, İlkinin kursa çağırılacağını, kursu bitirdikdən sonra İlkinin “maxe” vəzifəsi üzrə işə başlayacağını demişdir. Lakin o, İlkinin işə düzəlməsi ilə bağlı heç bir iş görməmişdir. O, Gülnarənin verdiyi 2500 manat pulu yeməyinə və gündəlik tələbatına xərcləmişdir. Bir neçə gün sonra o, İlkinin şəxsiyyət vəsiqəsini və hərbi biletini Habilə vermişdir. Bir müddət sonra Gülnarə və Habil İlkinin işini ondan soruşmuşlar. O, İlkinin sənədlərinin toplandığını, 2020-ci ilin oktyabr ayında İlkinin kursa çağırılacağını demişdir. 2020-ci ilin sentyabr ayının əvvəlində o, restoranda işi yekunlaşdırıb Bakı şəhərinə getmişdir. Gülnarə və Habil telefon vasitəsi ilə onunla əlaqə saxlayıb İlkini daha işə düzəltmək istəmədiklərini demiş, 2500 manat pulu qaytarmağını tələb etmişlər. Həmin vaxt onun pulu olmadığı üçün Gülnarənin 2500 manat pulunu qaytara bilməmişdir. Əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Habil qızı ifadəsində bildirmişdir ki, Onun əri Şahid3 2020-ci ilin iyun ayında Yevlax rayonu Aran qəsəbəsində inşa edilmiş şadlıq sarayının tikintisində fəhlə işləmişdir. Bir neçə gün sonra onun oğlu İlkin də atası Habillə birlikdə işə getmişdir. 2020-ci ilin iyun ayının sonlarında Habil ona işlədiyi tikintiyə Təqsirləndirilən şəxs nəzarət etdiyini, X2 rayonunda yerləşən N saylı hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsinə işə düzəltməyə söz verdiyini, bunun üçün Ziyadxanın 2500 manat pul istədiyini demişdir. İlkin heç bir yerdə işləmədiyi üçün o, sonuncunun hərbi hissəyə işə düzəlməsinə razı olmuşdur. 28 iyun 2020-ci il tarixdə o, mobil telefon vasitəsi ilə Ziyadxanla danışmışdır. Ziyadxan ona adını bildirmədiyi yeznəsinin müdafiə nazirinin müavini Nəcməddin Sadıqovun müavini olduğunu, həmin qohumunun vasitəsi ilə İlkini N saylı hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu vəzifəsinə işə düzəldəcəyini, artıq İlkinin adına anket açıldığını, 2500 manat pulu təcili götürüb Bakı şəhərinə getməli olduğunu, pulu qohumuna verməli olduğunu, təxminən bir həftə sonra İlkinin sənədlərinin toplanacağını, 2020-ci ilin iyul ayında İlkinin kursa aparılacağını, üç ay kurs keçəcəyini, bundan sonra İlkinin hərbi hissədə işə başlayacağını demişdir. O, Ziyadxana 2500 manat pulu hazırlayacağını və sonra gəlib pulu götürməsini demişdir. O, anası Şahid1 2500 manat borc pul almışdır. 29 iyun 2020-ci il tarixdə saat 21 radələrində Ziyadxan onun yaşadığı mənzilə gəlmişdir. O, əri Habil və oğlu İlkinin yanında Ziyadxana 2500 manat pul vermişdir. O, Ziyadxana, həmçinin, İlkinin hərbi biletini və şəxsiyyət vəsiqəsini, onun və Habilin şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Ziyadxan 2500 manat pulu və sənədləri götürüb getmişdir. 30 iyun 2020-ci il tarixdə səhər saatlarında Ziyadxan Habilə zəng edərək ondan aldığı 2500 manat pulu İlkinin işini düzəldəcək qohumuna verdiyini, işin qaydasında olduğunu demişdir. Təxminən dörd gün sonra Ziyadxan İlkinin şəxsiyyət vəsiqəsini və hərbi biletini Yevlax rayonu Aran qəsəbəsində Habilə vermiş, Habil isə sənədləri evə gətirmişdir. Habil ona Ziyadxanın İlkinin sənədlərini və 2500 manat pulu qohumuna verdiyini bildirdiyini demişdir. 2020-ci ilin iyul ayının ortalarında Tovuz rayonunda müharibə başlayarkən Ziyadxan Habilə zəng edərək qohumunun müharibədə iştirak etdiyini, bu səbəbdən İlkinin işinin həmin ilin oktyabr ayına qaldığını, həmin vaxta qədər gözləmələrini demişdir. 2020-ci ilin sentyabr ayında o və ailə üzvləri Ziyadxan tərəfindən aldadıldıqlarını bilmişlər. O və Habil mobil telefonla Ziyadxana zəng edərək 2500 manat pulu qaytarmasını tələb etmişlər. Ziyadxan əvvəlcə ona və Habilə bir neçə gün də gözləmələrini, İlkinin işinin alınacağını demişdir. Sonralar isə Ziyadxan ona və Habilə müəyyən müddət gözləmələrini demişdir. Bununla da, Ziyadxan hər dəfə onları gözləməyə vadar edib vaxtı uzatmışdır. Ziyadxan İlkini hərbi hissəyə işə düzəltməmiş və onun 2500 manat pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2020-ci ilin may ayında o, Yevlax rayonu Aran qəsəbəsində işləyərkən, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs həmin qəsəbənin ərazisində şadlıq sarayı tikmişdir. O, Ziyadxana aqlay ustası olduğunu demiş və tikintidə ona iş olub-olmadığını soruşmuşdur. Ziyadxan şadlıq sarayının qohumuna məxsus olduğunu, qohumunun tikintini sonuncuya həvalə etdiyini demişdir. Ziyadxan şadlıq sarayında tək işlədiyini, istədiyi halda onun da şadlıq sarayında işləyə biləcəyini, təxminən 10-15 gündən bir olaraq ona işlədiyinin müqabilində pul verəcəyini demişdir. Ziyadxan şadlıq sarayının çöl hasarının aqlayını vurmağı ona həvalə etmiş, vurduğu aqlayın hər bir kvadratına görə ona 5 manat pul verəcəyini demişdir. O, işləməyə razı olmuş və həmin vaxtdan başlayaraq hər gün Aran qəsəbəsinə gedərək həmin şadlıq sarayının aqlay işlərini görmüşdür. 2020-ci ilin iyun ayının ortalarında Ziyadxan ona kömək üçün bir nəfər şəxs gətirməyini demişdir. Bundan sonra o, oğlu İlkini də işə aparmışdır. İlkin şadlıq sarayına aqlay vurmaqda ona kömək etmişdir. Həmin ilin iyun ayının sonlarında Ziyadxan İlkini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işinə düzəldə biləcəyini demişdir. Ziyadxan yeznəsinin müdafiə nazirinin müavini Nəcməddin Sadıkovun sürücüsü işlədiyini, həmin qohumunun vasitəsi ilə İlkini hərbi sahədə işə asanlıqla düzəldə biləcəyini demişdir. İlkin hərbi xidmətini başa vurub qayıtdığını, “maxe” vəzifəsində işləmək istədiyini demişdir. Ziyadxan yeznəsi ilə danışacağını demişdir. Bundan sonra Ziyadxan ona 2500 manat pul tapmağı və İlkinin sənədlərini hazırlamağı demişdir. O, yaşadığı evə getdikdən sonra Ziyadxanın İlkini “maxe” işinə düzəldə biləcəyinə söz verdiyini və 2500 manat pul istədiyini Gülnarəyə demişdir. 28 iyun 2020-ci il tarixdə Gülnarə mobil telefon vasitəsi ilə Ziyadxanla danışmışdır. Ziyadxan Gülnarəyə də Müdafiə Nazirliyində işləyən qohumunun vasitəsi ilə İlkini Yevlax rayonu Aran qəsəbəsində yerləşən hərbi hissədə “maxe” vəzifəsinə işə düzəldə biləcəyini demiş və 2500 manat pul istəmişdir. Ziyadxan 2500 manat pulu bir-iki gün müddətində hazırlayıb vermələrini, pulu onlardan götürüb Bakı şəhərinə aparacağını və qohumuna verəcəyini demişdir. Həmin müddət ərzində pulu verməyəcəkləri halda İlkinin nəinki “maxe” vəzifəsinə, eləcə də gələcəkdə digər dövlət qulluğuna qəbul oluna bilməyəcəyini demişdir. Ziyadxan artıq İlkinin adına anket açıldığını, təxminən bir həftə sonra İlkinin sənədlərinin toplanacağını, 2020-ci ilin iyul ayında İlkinin kursa aparılacağını, üç ay kurs keçəcəyini, bundan sonra İlkinin hərbi hissədə işə başlayacağını demişdir. Gülnarə anası Şahid1 2500 manat borc pul almışdır. 29 iyun 2020-ci il tarixdə saat 21 radələrində Ziyadxan onun yaşadığı mənzilə gəlmişdir. Gülnarə onun və İlkinin yanında Ziyadxana 2500 manat pul vermişdir. Gülnarə Ziyadxana, həmçinin, İlkinin hərbi biletini və şəxsiyyət vəsiqəsini, onun və özünün şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Ziyadxan 2500 manat pulu və sənədləri götürüb getmişdir. 30 iyun 2020-ci il tarixdə saat 18 radələrində Ziyadxan restorana onun yanına gəlmişdir. Ziyadxan İlkinin işini düzəltdiyini, 2500 manat pulu və sənədləri yeznəsinə verdiyini demişdir. O, şadlıq sarayında işləməkdə davam etmişdir. Ziyadxan da şadlıq sarayının içərisində işləmişdir. Bir neçə gün sonra o, Ziyadxandan İlkinin sənədlərini istəmişdir. Ziyadxan yeznəsinin İlkinin sənədlərini taksi avtomobili vasitəsi ilə göndərəcəyini, sənədləri götürüb ona verəcəyini demişdir. Təxminən üç-dörd gün sonra Ziyadxan İlkinin şəxsiyyət vəsiqəsini və hərbi biletini ona vermişdir. 2020-ci ilin iyul ayının əvvəlindən sonra o, şadlıq sarayına işə getməmişdir. Həmin vaxtdan sonra o, Ziyadxanı görməmişdir. O, mobil telefon vasitəsi ilə Ziyadxanla əlaqə saxlamışdır. 2020-ci ilin iyul ayının ortalarında Ziyadxan ona yeznəsinin Tovuz müharibəsində iştirak etdiyini, müharibədən sonra İlkinin işə düzəlməsi məsələnin həll olunacağını demişdir. 2020-ci ilin sentyabr ayında o və ailə üzvləri Ziyadxan tərəfindən aldadıldıqlarını bilmişlər. O və Gülnarə telefonla Ziyadxana zəng edərək 2500 manat pulu qaytarmasını tələb etmişlər. Ziyadxan əvvəlcə ona və Gülnarəyə bir neçə gün də gözləmələrini, İlkinin işinin alınacağını demişdir. Sonralar isə Ziyadxan ona müəyyən müddət gözləməyi demişdir. Bununla da, Ziyadxan hər dəfə onu gözləməyə vadar edib vaxtı uzatmışdır. Ziyadxan nə İlkini hərbi hissəyə işə düzəltməmiş, nə də 2500 manat pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. 29 iyun 2020-ci il tarixdə Gülnarə onun yaşadığı evə gələrək 2500 manat borc pul istəmiş və təxminən bir ay sonra onun pulunu qaytaracağını demişdir. O, təqaüdü ilə yığdığı 2500 manat pulunu qızı Gülnarəyə borc şəkilində vermişdir. 2020-ci ilin sentyabr ayının əvvəlində Gülnarə ona Bakı şəhər sakini Ziyadxan adlı bir nəfər şəxsin İlkini Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissədə “maxe” vəzifəsinə işə düzəltməyə söz verdiyini, ondan borc şəklində aldığı 2500 manat pulu Ziyadxana verdiyini, lakin, Ziyadxanın Gülnarəni aldatdığını, İlkini işə düzəltmədiyini, işin vaxtını uzatdığını demişdir. Gülnarə bankdan kredit pul götürüb ona borclu olduğu 2500 manat pulu qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “qətimkan tədbirinin seçilməsi haqqında” 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 107-108); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 18.12.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (iş vər.49); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs ifadəsi, şahid ifadəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 126 (bir yüz iyirmi altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-50/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-50/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver