Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-50/2023 19.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan 1 ədəd sellofan paketdə 415 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətində yerləşən yardımçı tikilidə olan dolabda saxlamış, DİN-nin BNMİ-nin X8 Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 10 oktyabr 2022-ci il tarixdə saat 17:45 dəqiqədən saat 18:03 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətində yerləşən həmin yardımçı tikiliyə videoçəkilişlə keçirilmiş baxış zamanı dolabın içərisində bir ədəd sellofan paketdə Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan əldə edib saxladığı həmin 415 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 1,761 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 12 noyabr 2022-ci il tarixdə saat 23:00 radələrində, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində həmin narkotik vasitə olan 1,761 qram heroini bir ədəd sellofan bükümdə tanışı Şahid3 15 manata satmış, Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 12 noyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində xx.xx.2022-ci il tarixdə saat 00:05-dən 00:25-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində Şahid3 əynində olan şalvarının sağ yan cibindəki «RAMİDA» markalı siqaret qutusunun içərisində olan 1 (bir) ədəd şəffaf sellofan bükülüdə Təqsirləndirilən şəxs pul müqabilində aldığı cəmi 1,761 qram miqdarında narkotik vasitə – heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək bildirmişdir ki, o, bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 2017-ci ildə Yevlax Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum olunmuş, xx.xx.2022-ci il tarixdə Amnistiya qərarına əsasən azadlığa çıxmışdır. Son vaxtlar o yenidən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. 2022-ci il sentyabr aynın əvvəllərində Yevlax şəhəri ərazisindən keçən Kür çaynın sahilində yabanı halında bitən çətənə bitkilərinin yarpaqlarından yığaraq qurudub özü istifadə etmək üçün yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə dolabın içərisində saxlamış, 10 oktyabr 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində yaşadığı evin həyətində olan zaman həyət darvazasının döyüldüyünü eşidərək darvazanı açmış, həmin vaxt bir neçə nəfər mülki geyimdə olan şəxslər ona özlərini təqdim edərək polis əməkddaşları olduqlarını və barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək yaşadığı evinə baxış keçirmələrini bildirmişlər, o, da yaşadığı evinə baxış keçirilməsinə etirazının olmamasını bildirərək bu barədə ərizə yazmış, bundan sonra polis əməkdaşları ona yaşadığı evində narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşanın varsa təqdim etməsini bildirmişlər. Həmin vaxt bir nəfər də vidieo çəkiliş aparmışdır. Bundan sonra o, yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə dolabın içərisində gizlətdiyi sellofan torbadakı qurudulmuş marixuananı çıxardaraq təqdim etmiş, polis əməkdaşları sellofan torbanın içərisindəki kütləyə baxaraq narkotik vasitə qurudulmuş marixuanaya bənzədiyini demişlər. Polis əməkdaşları həmin qurudulmuş marixuananı sellofan torba ilə birlikdə elektron tərəzidə çəkmişlər, çəkisi 430 qram olmuşdur. Polis əməkdaşları həmin qurudulmuş marixuananı sellofan torba ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdıraraq möhürlə möhürləmişdir. O da zərfin üzərinə imza etmişdir. Polis əməkdaşları qurudulmuş marixuananı zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndəriləcəyini bildirmiş, təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün digər iştirakçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Şahid3 2000-ci ildə həbsxanada tanımış, həmin vaxtdan da münasibətləri yaranmış, Ruslan onun evinə gəlib getmiş və münasibətləri yaxşı olmuşdur. Heç vaxt Ruslana narkotik vasitə satmamış, sonuncu yalan danışır. Belə ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında evdə olan zaman kimsə çöldən onu çağırmış, o, darvazanın qarşısına çıxan zaman onu çağıranın Ruslan olduğunu görmuş, Ruslanı evə dəvət etmiş, Ruslanla yaşadığı evin həyətində yerləşən tikilidə oturub çay içmişlər, həmin vaxt polis əməkdaşları ora gələrək onları polis şöbəsinə aparmışlar. O, Ruslana narkotik vasitə satmamış, nə də ki, narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. İttihamda da qeyd olunduğu kimi həmin narkotik vasitələri qurudulmuş marixuana və heroini heç vaxt satmaq niyyəti olmayıb, o, onları özü istifadə etmək üçün evində saxlamışdır. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmayıb, özü istifadə üçün narkotik vasitə əldə etsə də, heç vaxt satış niyyəti olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini, həmin əməlindən səmimi peşiman olmasını nəzərə alaraq, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, uzun illərdir ki, narkotik vasitə-heroin istifadə edir. O, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində narkotik vasitə olan heroin almaq üçün əvvəllər tanıdığı Rza adlı şəxsin yaşadığı Yevlax şəhəri Ü.Hacıbəyov küçəsinə getmişdir. O, xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində Rza adlı şəxslə görüşmüş və Rzadan 15 manat qarşılığında 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülüdə olan 1,5 (bir tam onda beş) qramdan çox narkotik vasitə olan heroin almışdır. O, Rzadan narkotik vasitə olan heroin aldıqdan sonra içərisində heroin olan həmin şəffaf sellofan bükümü üzərində olan “RAMİDA” markalı siqaret qutusunun içərisinə qoymuş və həmin siqaret qutusunu şalvarının sağ yan cibinə qoymuşdur. O, narkotik vasitə olan heroini götürdükdən sonra Ü.Hacıbəyov küçəsi ilə yaşadığı evə getmək üçün piyada hərəkət etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində üzərində olan həmin narkotik vasitə heroinlə hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişdirlər. O, polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Yevlax RPŞ-də onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Yevlax RPŞ-nə dəvət edilmişdir. Vəkili Müdafiəçi iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki şalvarın sağ yan cibində olan “RAMİDA” markalı siqaret qutusunun içərisinə olan 1(bir) ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində olan narkotik vasitə-heroin aşkar edilmişdir və həmin narkotik vasitə olan heroin sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,9 qram miqdarında olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 X8 şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 10 oktyabr 2022-ci il tarixdə ünvan 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövrüyyəsində və yaşadığı evində saxlanması barədə məlumat daxil olmuş, o bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra BNMİ-nin X8 Şöbəsinin operator, polis baş serjantı Şahid2 və BNMİ-nin X8 Şöbəsinin təhqiqatçısı polis mayoru X6 ilə birlikdə təxminən saat 17:30 radələrində ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döymüşlər, Rza qapını açmış, Rzaya özlərini təqdim etdikdən sonra ona video çəkiliş vasitəsilə evinə baxış keçirilməsinin vacibliyi bildirilmiş, Rza da evinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə etirazı olmadığını bildirirək bu barədə ərizə yazmış, bundan sonra onlar baxışa başlamış, baxış zamanı Rza yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə olan dolabın içərisindən 1 ədəd sellofan torbanı çıxardıb təqdim edərək həmin sellofan torbada qurudulmuş marixuana olduğunu, həmin marixuananı Yevlax şəhəri ərazisində keçən Kür çaynın sahilində yabanı halında bitən çətənə bitkilərindən yığaraq qurudub özü içstifadə etmək üçün saxladığını bildirmişdir. X9 sellofan torbanı açmış, o, sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu görmüşdür. Rafiq Əhmədov həmin kütləni sellofan torba ilə birlikdə elektiron tərəzidə çəkmiş, çəkisi 430 qram olmuşdur. X9 həmin kütləni sellofan torba ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmış, Rza və iştirakçılar zərfin üzərinə imza çəkmişlər. Rafiq Əhəmdov zərfə bir neçə ədəd “zərflər üçün 7(2) №-li möhürlə möhürləmiş və ekspertizaya təqdim etmək üçün götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs BNMİ-nin X8 Şöbəsinə gətirmişlər, polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar, lakin Təqsirləndirilən şəxs üzərindən heç bir narkotik vasitə və ya cinayət xarakterli əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 X8 şöbəsinin operator polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.31); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki saxlanc otağından olunmuş kütlə vasitəsi bənzər kütlə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 40-42); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1184 nömrəli rəyindən görünür ki, şübəli şəsx “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki saxlama otağından aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə» yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd göy rəngli sellofan paketdə təmiz çəkisi 415 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 415 qram tədqiqata sərf edildi-0,02 qram, qalıq- 414.98 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manatdır. (iş vər.49-51); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, saat 12:30-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 74-75); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Ammistiya” qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir.(iş vər.78-79); Maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 414,98 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər. 81); Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü müddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq üzərində qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması hökmü etmişdir.(iş vər.84-89); Materialın cinayət işinə birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Yevlax Rayon Polis X4 müstəntiqi polis kapitanı Mirazlı Əhmədzadənin raportu əsasında toplanmış HK-1/2741 nömrəli material Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi olan ********* saylı cinayət işinə birləşdirilib bir icraatda istintaqı aparılması qərara alınmışdır. (iş vər.84-89); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.93); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokolunun surətindən görünür ki, Şahid3 təqdim etdiyi bir şəffaf rəngli bükülünün içərisində nə olduğunu soruşduqda o həmin bükümün içərisində narkotik maddə olan heroin olduğunu, xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində yaşayan qabaqcadan tandığı Rza adlı şəxsdən 15 manat pul verib aldığını, əvvəllər də Rza adlı şəxsdən həm narkotik maddə olan heroin aldığını, həm də onunla birlikdə istifadə etdiyini bildirmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün işərsində olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 94-102); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/835 nömrəli rəyinin surətindən görünür ki, üzərində “Vət Şahid3 əynindəki şalvaraın sağ yan cibindən aşkar edilmiş....” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-1,761 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə herioindir. Heroinin təmiz çəkisi-1,761 qram tədqiqata sərf edildi- 0,050 qram, qalıq- 1,711 qram. (iş vər.104- 105); xx.xx.2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Rzadan sonuncunun yaşadığı küçədə bir büküm narkotik vasitə olan heroini 15 manata aldığını bildirmişdir. (iş vər. 143-144); Cinayət iş üzrə əməlin cinayət məcəlləsinin digər maddəsinə tövsif olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikaı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin məcəllənin 213.1 və 234.2-ci maddələrinə tövsif edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikaı Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci il maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilməsi qərara alınmışdır. (iş vər. 146-147); Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Azərbaycan Respublikaı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikaı Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilməsi qərara almışdır. (iş vər. 149-150); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (iş vər. 172-177); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1934 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin sui-istifadə nəticəsidə yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür ( iş vər.198); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla istintaq müddətinin sonundək yəni, xx.xx.2023-cü il tarixindək həbs qismində qətimkan tədbiri seçilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. İş üzrə maddi sübut Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan, 1,711 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi hökm etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum X7 təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilməsi qarara alınmışdır. Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, “8 noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum X7 cəzadan azad edilməsi qərara alınmışdır. Sözügedən hökmdə təqsirləndirilən şəxs Şahid3 narkotik vasitəni Təqsirləndirilən şəxsdan aldığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni Şahid3 satmadığını bildirməsi özünü müdafiə xarakteri daşımaqla məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə Şahid3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Rzadan sonuncunun yaşadığı küçədə bir büküm narkotik vasitə olan heroini 15 manata aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana olan narkotik vasitənin qalığı məhv edilməli, digər maddi sübut olan heroinin isə Yevlax rayon Məhkəməsinin 1(039)- 49/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalı, (müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar tamamilə toplanmaqla üzərində qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 414,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Digər maddi sübut olan 1,711 qram heroinin isə Yevlax rayon Məhkəməsinin 1(039)-49/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə məhv edilməsi və “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 13 saat 30 dəqiqə (on üç saat otuz dəqiqə) hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 81 (səksən bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-50/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-50/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver