Məhkəmə qərarları › İş №1(039)-50/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-50/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-50/2024 30.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və müəyyən edilməmiş qaydada götürülməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Q.B.Zakir küçəsi 52-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış və qəsdən qanunsuz olaraq satış məqsədi ilə odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib saxlamaqla daşıyaraq gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq ayrıayrılıqda 3 ədəd kağız bükümlərdə 0,212 qram, 0,254 qram və 0,276 qram olmaqla cəmi təmiz çəkisi 0,742 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 28 sentyabr 2023-cü il tarixdə saat 16:20-də Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri Q.B.Zakir küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin gün saat 17:10-dan 17:50-dək olan müddət ərzində Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində onun üzərində olan həmin 3 ədəd kağız bükümlərdə 0,212 qram, 0,254 qram və 0,276 qram olmaqla cəmi təmiz çəkisi 0,742 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi ilə odlu silah hesab edilən 1 (bir) ədəd «561664» N°-li zavod üsulü ilə hazırlanmış, 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı yivli odlu avtomatik döyüş silahını, 30 (otuz) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibirli döyüş sursatı hesab edilən patronları və 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış «Kalaşnikov» konstruksiyalı silahların komplekt hissəsi olan 1 (bir) ədəd sandıqçanı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlayaraq gəzdirməklə daşımış, 10 noyabr 2023-cü il tarixdə saat 16:30-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri köhnə xəstəxananın yaxınlığında qanunsuz olaraq odlu silah, onu komplekt hissəsi və döyüş sursatı daşımaqla gəzdirməkdə şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 17:30- dan 18:10-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax RPŞ-də keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əlində olan torbanın içərisində həmin qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı odlu silah hesab edilən 1 (bir) ədəd «561664» JNb-li zavod üsulü ilə hazırlanmış, 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı yivli odlu avtomatik döyüş silahı, 30 (otuz) ədəd zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 5,45x39 mm kalibirli patronlar və 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olan 1 (bir) ədəd sandıqca aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə istintaq dövründə verdiyi ifadədən fərqli olaraq Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər də narkotik vasitələrdən istifadə etmişdir və 4 dəfə ayrı-ayrı dövrlərdə həbs olunmuşdur. Özünü təqsirli bilməməsinin səbəbi isə polis əməkdaşlarının onu saxlayıb təziq göstərərək üzərinə narkotik vasitə yerləşdirmələri və daha sonra guya şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar etmələri olmuşdur. O, narkotik vasitənin ona məxsus olmadığını polis əməkdaşlarına bildirdikdə isə polis əməkdaşları ona zor tətbiq edərək qara rəngli sellofan torbada kalaşnikov avtomat silahını gətirib həmin silahın da ona məxsus olduğunu bildirmişlər. Nə üzərindən aşkar olunmuş narkotik vasitə nə də ki, kalaşnikov avtomat silahı ona aid olmamışdır və həmin vasitələri polis əməksdaşları zorla onun üzərinə qoyaraq ona məxsus olduğunu bildirmişlər. Odur ki, məhkəmədən barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstəmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vastələrdən istifadə etməsi və üzərində saxlaması barədə 28 sentyabr 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin gün saat 16:20 radələrində baş əməliyyat müvəkkili Şahid2lə birlikdə Yevlax şəhəri Q.B.Zakir küçəsində Atifin piyada getdiyini görərək ona yaxınlaşlar. Daha sonra Atifi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X2ə təhvil vermişlər. Üzərində aparılmış axtarış zamanı Atif əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükülnü, sol yan cibindən isə bir ədəd mobil telefonu çıxardıb təqdim etmişdir. Atif təqdim etdiyi bir ədəd bükülünün içərisində 3 ədəd gümüşü rəngdə siqaret kağızna bükülmüş bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhərində Elburus adlı şəxsdən 40 manata aldığını və özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. X2 həmin 3 ədəd bükülünü açmış, bükülülərdə narkotik vasitə olan heroinə oxşar kütlələr olduğunu görmüşəl. X2 heroinə bənzər kütlələri kağız bükümlərlə birlikdə elektron tərəzidə çəkmiş, çəkisinin 1,08 qram olduğu məlum olmuşdur. Əlavə olaraq 10 noyabr 2023-cü il tarixdə CAB-m baş əməliyyat müvəkkili Şahid3 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq Kalaşnikov avtomatı saxlaması barədə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, məlumatı raportla Yevlax rayon polis şöbəsinir rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Atifin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. 2023-cü il noyabrın 10-da saat 16:3C radələrində əməliyyat müvəkkili Şahid3la birlikdə Yevlax şəhərində köhnə xəstəxananın yaxınlığında Atifin əlində ağ rəngli kisə piyada getdiyini görmüşlər və ona yaxınlaşaraq Atifi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində Atifə hüquq və vəzifələri izah edildikdərn sonra xidməti iş otağında Şamil Xəlilov onun və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmış, şəxsi axtarış zamanı Atif əlində olan 1 ədəd sintetik kisəni təqdim edərək, sintetik kisənin içərisində 1 ədəd avtomat silahı, 1 ədəd sandıqca və 30 ədəd patron olduğunu və üzərində başqa əşyanın olmadığını bildirmişdir, i' Atifin üzərini yoxladıq, Atifin üzərindən başqa predmet aşkar edilməmişdir. Atif təqdim etdiyi bir ədəd avtomat silahını, bir ədəd sandıqcanı və 30 ədəd patronları Kür çaynın sahilindər tapdığını və gələcəkdə satmaq məqsədi ilə saxladığını bildirmişdir. X5 həmin 1 ədəd avtomat silahını, 1 ədəd sandıqçanı və 30 ədəd patronları qablaşdıraraq möhürləyib götürülmüşdür. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstəmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində əməliyyat müvəkkili Şahid1lə birlikdə Yevlax şəhərində köhnə xəstəxananın yaxınlığında Atifin əlində ağ rəngli kisə piyada getdiyini görmüşlər və ona yaxınlaşmışlar. Bundan sonra Teymurla birlikdə Atifi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X5a təhvil vermişlər. X7 Atifə hüquq və vəzifələrini izah etdikdən sonra xidməti iş otağında Şamil Xəlilov onun, Şahid1 və müdafiəçinin iştirakı ilə Atifin üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Atif əlində olan 1 ədəd sintetik kisəni təqdim edərək sintetik kisənin içərisində 1 ədəd avtomat silahı, 1 ədəd sandıqca və 30 ədəd patron olduğunu və üzərində başqa əşyanın olmadığını bildirmişdir. Atif təqdim etdiyi bir ədəd avtomat silahını, bir ədəd sandıqçanı və 30 ədəd patronları Kür çaynın sahilindən tapdığını və gələcəkdə satmaq məqsədi ilə saxladığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstəmişdir ki, 2023-cü il sentyabrın 28-də saat 16:20 radələrində əməliyyat müvəkkili Şahid1lə birlikdə Yevlax şəhəri Q.B.Zərdabi küçəsi ilə Atifin piyada getdiyini görmüşlər və ona yaxınlaşaraq Atifi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X2ə təhvil vermişlər. Təhqiqatçı X8 hüquq və vəzifələrini izah etdikdən sonra xidməti iş otağında onun, Şahid1 və müdafiəçinin iştirakı ilə Atifin üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Atif əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükülnü, sol yan cibindən isə bir ədəd mobil telefonu çıxardıb təqdim etmişdir. Atif təqdim etdiyi bir ədəd bükülünün içərisində 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin heroin xx.xx.2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhərində Elburus adlı şəxsdən 40 manata aldığını və özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Təhqiqatçı Şahin Fətullayev həmin 3 ədəd bükülünü açmış, bükülülərdə narkotik vasitə olan heroinə oxşar kütlələr olduğunu görmüşdür. X2 heroinə bənzər kütlələri kağız bükümlərlə birlikdə elektron tərəzidə çəkmiş, çəkisinin 1,08 qram olduğu məlum olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti əsasında məhkəməyə dəvət olunmuş şahid X4 ifadəsində göstəmişdir ki, Atif Mahdudovu əvvəllər də Yevlax rayon sakini kimi tanımışdır. Polis əməkdaşlarının Atifi həbs etdikləri yerdə, yəni Heydər Əliyev prospektində onun dükanı yerləşir. Həmin gün o dükanda olmamış və işçi həmin dükanda olmuşdur. Atifin həbs olunması ilə bağlı işçi ona heç bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdə saat 16.20-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2023cü il tarixdə saat 16.30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölgəsinin 30 sentyabr 2023-cü il tarixli 17/729 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş b i r b ü k ü m i ç ə r i s i n d ə 3 ədəd bükümdə olan heroinə bənzər kütlə.” sözləri, adlarvə imzalar yazılmış zərfin içərisindəki gümüşü ağ rəngli kağıza bükülmüş ümümi çəkisi 0.742 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd: Heroinin təmiz çəkisi – 0,742 qr., tədqiqata sərf edildi - 0,150 qr., qalıq – 0,592 qr. Məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölgəsinin 11 noyabr 2023-cü il tarixli 17/781 nömrəli rəyində göstərilir ki, Tədqiqata təqdim edilmiş silah “561664” №-li zavod üsulu ilə hazırlanmış, 5,45 mr kalibirli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı yivli odlu avtomatik döyüş silahıdır və konustruktiv dəyişikliklərə məruz qalmamışdır. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silahın istifadəyə, atəşə yararlı olub-olmaması müəyyən edilsin." sualını cavablandırmaq mümkün olmadı. -Tədqiqata təqdim edilmiş 30 (otuz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, tədqiqata təqdim edilmiş silahda və həmin kalibrə malik “Kalaşnikov" konstruksiyalı “AK-74” ( “AK-74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdırlar istifadəyə (atəşə) yararlıdırlar və hər hansı konustruktiv dəyişikliklərə məruz qalmamışlar. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqca tədqiqata təqdim edilmiş silahın “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır və konustruktiv dəyişikliklərə məruz qalmamışdır. Məhkəmə narkoloji ekspertizasının 21 yanvar 2024-cü il tarixli 79 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələiyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli 3-16-16/2-3/1949 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd avtomat silahı saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubdan görünür ki, 1 ədəd 5.45 kalibirli, 561664 JNo-li AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin «Güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməməmişdir. "xxxx" MMC-dən daxil olmuş müştəri zənglərinin detallaşdırılması haqqında məlumat cədvəlindən məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən sonuncu anten dairəsinə dair məlumat 10 noyabr 2023-cü il tarixdə saat 15.27.08-ə Yevlax şəhəri Heydər Əliyev prospekti 54B-yə aitdirş İzahlı qaimədə əlaqə saxlanılmış digər nömrələrin əhatə dairəsində dair məlumatların təqdim edilməsi texniki cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir,yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə, həmin Məcəllənin 234.1-ci maddəsiisə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrinvə qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla vəya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi,habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir(9-cu bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs törətdiyi əməllərə görəcəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindəncinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən vəağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasəncəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyətini yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah niyyəti ilə törətməsi və əvvəllər qəsdən cinayət törətməyə görə məhkumedilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla ona qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Yevlax Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, qalıq çəkisi cəmi 0,592 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd 561664 №-li 5,45 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı yivli odlu, avtomatik döyüş silahı, 24 (iyirmi dörd) ədəd 5,45x39 mm kalbrli yivli döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar və 1 ədəd “Kalaşnikov” konstruksiyalı, silahların komplekt hisəsi olan 30 ədəd 5,45 mm kalbrli patron tutumuna malik sandıqca xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 2 (iki) ədəd kompakt disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 166.54 (bir yüz altmış altı manat əlli dörd qəpik) manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 04 (dörd) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 166.54 (bir yüz altmış altı manat əlli dörd qəpik) manat tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Yevlax Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, qalıq çəkisi cəmi 0,592 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin,, 01 ədəd 561664 №-li 5,45 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı yivli odlu, avtomatik döyüş silahı, 24 (iyirmi dörd) ədəd 5,45x39 mm kalbrli yivli döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar və 1 ədəd “Kalaşnikov” konstruksiyalı, silahların komplekt hisəsi olan 30 ədəd 5,45 mm kalbrli patron tutumuna malik sandıqca müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 2 (iki) ədəd kompakt disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar