Məhkəmə qərarları › İş №1(039)-50/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-50/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-50/2025 03.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində Yevlax rayon Məhkəməsinin qərar ilə xx.xx.2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Hacıselli kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində həmkəndlisi və tanışı Zərərçəkmiş şəxs mobil telefonla zəng edərək sonuncudan əvvəllər götürdüyü borc pulun bir hissəsini qaytarmaq istədiyi dedikdən sonra Zərərçəkmiş şəxs ona Xaldan kəndi ərazisində olan adsız kafedə əyləşib yemək yediyini deyərək onu da həmin kafeyə birlikdə yemək yeməyə dəvət etmiş, o, həmin kafeyə gedərək Zərərçəkmiş şəxsla görüşüb ona olan borcundan 300 manatını qaytararaq Zərərçəkmiş şəxsla birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra sonuncu ilə birlikdə oradan çıxaraq həmin günü təxminən saat 23:00 radələrində Yevlax rayonunun Hacıselli kəndində ailəsi ilə birlikdə yaşadığı evə gəlmiş, onun evinin həyətində çay içərkən Zərərçəkmiş şəxs ünvansız nalayiq söyüşlər söyməsinə görə o, ailə üzvlərinin həmin söyüşləri eşidə biləcəyini Zərərçəkmiş şəxs deyərək iradını bildirməsi səbəbindən sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla vuraraq onun sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməsindən sonra o, Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyətində evin dəmir darvazasının həyətə doğru olan hissəsinə qoyulmuş dəmir parçasını götürərək həmin dəmir parçası ilə Zərərçəkmiş şəxs baş və qol nahiyyələrinə zərbələr endirərək sonuncuya sağlamlığıa az ağır zərər vuran sağ və sol said sümüklərinin sınığı, başın çox saylı çapılmış yarası ilə müşayiət olunan bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Natiqlə aralarında ədavətləri olmamış və münasibəti yaxşı olmuşdur. 06 yanvar 2025-ci il tarixdə saat 23 radələrində Natiqlə telefon əlaqəsi saxlayaraq ona olan borcunu qaytarmaq istədiyini demiş və sonuncunun Xaldan kəndində kafedə yemək yediyini eşidib onun dəvəti ilə Yevlax rayonu, Xaldan kəndinə gedərək adsız kafedə Natiqlə yemək yeyib spirtli içki içmişlər. Bundan sonra birlikdə yaşadıqları kəndə qayıtmışlar. O, yaşadığı evin qarşısında küçədə Natiqə evə gedib çay içib sonra getməsini demiş və Natiq də razı olmuşdur. Onlar birlikdə onun evinin həyətinə getmiş, Natiq isə həyətdə qalmışdır. Evlərinə çıxıb iki stəkan çay gətirmiş və birlikdə çayı içmişlər. Sonra Natiqin evin həyətində ünvansız söyüş söyməsinə görə ona iradını bildirərək ailə üzvlərinin eşidə biləcəyini demiş və həmin vaxtı onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Natiq onu təhqir etmişdir. Natiqi sakitləşdirmək istəsə də Natiq ona məhəl verməmiş və onu yumruqla vurmuşdur. Natiq ona yenidən söyüş söydüyü üçün ailə üzvülərinin eşidəcəyini deyərək darvazanın arxasına qoyduğu dəmir parçası ilə Natiqin bədən nahiyyəsinə vurmuşdur. Həmin vaxt evdən həyat yoldaşı və oğlu gəlib onları ayırmışlar, Dava qurtardıqdan sonra oraya qonşusu həmdə qohumu olan Vəli gəlmiş və Vəli Natiqi yerdən qaldırıb aparmışdır. Sonradan bilmişdir ki, Natiq xəsarət aldığına görə onu Mingəçevir ŞMX-na aparmışlar. Hadisədən sonra onu polis əməkdaşlarının axtardığını bilmiş və kəndin arasındakı küçədə olarkən onu polis əməkdaşları saxlamışlar. Natiqi vurduğu dəmir parçasının evdə olduğunu demiş və həmin aləti də polis əməkdaşlarına təqdim etmək istədiyini deyərək evdən həmin dəmir metal parçasını götürüb polis əməkdaşlarına təqdim etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qanuni cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, aralarında ədavətləri olmamış və münasibəti yaxşı olmuşdur. 06 yanvar 2025-ci il tarixdə saat 23 radələrində Eşqinlə Yevlax rayonu, Xaldan kəndində kafedən yeyib spirtli içki içdikdən sonra yaşadıqları kəndə qayıtmışlar. O, Eşqingilin evin qarşısında küçədə gəldikləri taksidən düşmüş və oradan evə piyada gedəcəyini demişdir. Eşqin ona evə gedib çay içib sonra getməsini bildirmiş və o, buna razı olmuşdur. Onlar birlikdə Eşqingilin evinin həyətinə getmiş, o, həyətdə qalmış Eşqin evlərinə çıxıb iki stəkan çay gətirib, çayın birini ona, digərin isə özü içmişdir. Söhbət zamanı Eşqin verdiyi pul borcunun qaytarma məsələsinə görə onunla mübahisə etmişlər. Mübahisə zamanı onlar əlbəyaxa olmuş biri-birlərini əlləri ilə vurmuşlar və o, yerə yıxılmışdır. Eşqin sərxoş olduğuna görə darvazanın arxasına qoyduğu dəmir parçasın götürərək onun baş nahiyyəsinə vurduqda o, qolların qabağa vermiş və həmin vaxt Eşqin onun qollarına və başına xəsarət yetirmişdir. Həmin vaxt Eşqinin evdən həyat yoldaşı və oğlu çıxaraq Eşqini ondan aralamışdır. Sonra oraya Eşgqingilin qonşusu həmdə qohumu olan Vəli gəlmiş, Vəli onu yerdən qaldırıb evlərinə aparmışdır. Yolda Vəli onun oğluna zəng etmiş, az sonra oğlu oraya gəlmiş onun xəsarət aldığını görüb onu Mingəçevir ŞMX-na aparmışdır. Orada həkimlər yardım etmiş o, nisbətən özünü yaxşı hiss etdiyinə görə evə qayıtmışdır. Eşqinlə barışmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Natiq həyat yoldaşı Eşqinin dostu olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində evdə olan zaman ondan başqa evdə oğlu Asif olmuşdur. Həmin vaxt həyat yoldaşı Eşqin evə gəlmiş və ondan iki stəkan çay istəmişdir. Həmin vaxt həyətdə Natiqin olduğunu görmüşdür. Az sonra həyətdə dava səsləri eşitmişdir. Tez həyətə qaçmış, arxasınca oğlu Asifdə həyətə gəlmiş onlar birlikdə Eşqini Natiqdən aralamışlar və Eşqinin əlindən dəmir parçasın almışlar. Dava qurtardıqdan sonra oraya qonşuları Vəli gəlmiş, Vəli Natiqi yerdən qaldırıb aparmışdır. Onların arasında dava nə üstə baş verdiyini bilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Eşqin oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə həmkəndlidirlər və onların hər ikisi də qohumudur. Eşqinlə qonşuluqda yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində evdə olmuşdur. Evin seyvanında olarkən Eşqingilin həyətində 3-4 nəfərin hərəkətdə olduğunu görmüş və nə baş verdiyini öyrənmək üçün həyətdəki hasardan aşaraq onların yanına getmişdir. Onlara çatanda Eşqinin oğlu ilə həyat yoldaşının tutub geriyə itələdikdə, yerdə bir nəfərin olduğunu görmüşdür. O, yerdə olan şəxsin Natiq olduğunu, Eşqinin onunla dava edib onu vurub yerə yıxdığını orada öyrənmişdir. O, Natiqi yerdən qaldırıb evlərinə aparmış, yolda Natiqin oğluna zəng etmiş, az sonra Natiqin oğlu oraya gəlmiş və Natiqi xəsarət aldığını görüb onu Mingəçevir ŞMX-na aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata götürülmüşdür. xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında protokoldan protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(039)-1/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimklan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yevlax şəhər İHB-nın Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2025-ci il tarixli, 12 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət sağ və sol said sümüklərinin sınığı, başın çox saylı çapılmış yaraları silindrik səthə malik bərk küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. xx.xx.2025-ci il tarixli əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd dəmir parçası iş üçün əhəməiyyət kəsb etdiyinə görə, maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işi üzrə maddi sübut olan ifadənin yerində yoxlamaya dair 1 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramın məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, üzrə maddi sübut kimi tanınmış, Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd dəmir parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə ifadənin yerində yoxlanılmasına dair 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə mülki iddia verilməmiş və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Yevlax r ayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd dəmir parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə ifadənin yerində yoxlanılmasına dair 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 07 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar