Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-51/2020 10.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, İlxıçı kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs oğluna qarşı irəli sürülmüş ittihamda qeyd edilir ki, o, 2017-ci il matın 14-də saat 22:00 radələrində, Yevlax rayonu Aran qəsəbəsində, küçədə, digərlərinin yanında, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla, davranış qaydalarına, ətrafdakılara etinasızlıq hörmətsizlik etməklə, ictimai qaydanı kobud surətdə pozmaqla, nalayiq söyüşlərlə söyüb təhqir etdiyi Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, onu yumruqla qəsdən vurmaqla ona səhhətin qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül bədən xəsarəti yetirməklə, ictimai qaydanın 15-20 dəqiqəyədək müddət ərzində pozulmasına səbəb olan hərəkətlərə qəsdən qərəzli şəkildə yol verməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək söyləmişdir ki, ara-sıra avtomobil alqı-satqısı ilə məşğul olur. Bununla əlaqədar Zərərçəkmiş şəxs tanımışdır, onunla əvvəl avtomobil alıb satmışdır. 2017-ci ilin mart ayının əvvəllərində Mingəçevir şəhərində Qaliblə qarşılaşmış və ona avtomobil almaq istədiyini bildirmişdir. Qalib isə avtomobil olarsa ona məlumat verəcəyini bildirmişdir. Sonradan öyrənmişdir ki, Qalibin satdığı avtomobillərdə problemlər olur. 2017-ci ilin mart ayında xatırlamadığı bir gündə Qalib ona zəng edərək satmaq üçün saz vəziyyətdə “Mercedes” markalı avtomobil olduğunu bildirmişdir. Buna cavab olaraq ona bildirmişdir ki, avtomobil almaq istəmir və tələb etmişdir ki, bir daha ona zəng etməsin. Bu səbəbdən elə telefonla danışarkən aralarında mübahisə olmuşdur. Qalib onun ünvanına söydüyündən ondan tələb etmişdir ki, görüşsünlər. Həmin gün axşam, təxminən saat 18:00-da Qalibə zəng edərək Aran qəsəbəsinə gəldiyini və görüşmək istədiyini demişdir. Belə razılaşmışlar ki, Mingəçevir yolunda, marketin qarşısında görüşsünlər. Həmin zaman bibisi oğlu Eldar da onunla həmin yerə getmişdir. Həmin yerə çatanda Qalibin orada olduğunu görmüş və avtomobili saxlayıb düşərək avtomobilin arxasında olan Qalibə yaxınlaşmışdır. Eldar isə avtomobildə qalmışdır. Qalibə yaxınlaşan zaman Qalib onu təhqir edərək üz nahiyəsindən bir dəfə vurmuşdur. Buna cavab olaraq o, da Qalibi vurmuş və Qalib yerə yıxılmışdır. Bu zaman orada olan şəxslər, eləcə də bibisi oğlu Eldar avtomobildən enərək onlara yaxınlaşıb onları aralamışlar. Bundan sonra oradan çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Qalib polisə müraciət edərək üç nəfərin onu döydüyünü bildirmişdir. Halbuki, orada ondan başqa kimsə Qaliblə dava etməmişdir. Hətta Eldar da onları aralayıb sakirtləşdirməyə çalışmışdır. Bu müddət ərzində istintaqdan yayınmamış, müstəntiqin hər çağırışına vaxtında getmişdir. Zərər çəkmiş şəxslə barışmışdır. Əmlindən peşman olduğunu bildirməklə, müddət keçdiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı bildirmişdir ki, əvvəl avtomobil alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs tanımışdır. 2017-ci ilin may ayının əvvəllərində Mingəçevir şəhərində Elxanla görüşdükdə Elxan ondan xahiş etmişdir ki, münasib qiymətə avtomobil olsa ona məlumat versin. 2017-ci ilin martın 14-də, saat təxminən 18:00-da, Aran qəsəbəsində olanda Elxana zəng edərək saz vəziyyətdə “Mercedes” markalı avtomobil satıldığını bildirmiş, lakin Elxan ona kobud surətdə cavab verərək bir daha onu rahatsız etməməyi tələb etmiş və danışığı kəsmişdir. Bundan sonra bir daha ona zəng edərək hansı səbəbdən onunla belə danışdığını soruşmuş, bu səbəbdən aralarında mübahisə baş vermiş, Elxan onu, o da, öz növbəsində Elxanı təhqir etmişdir. Həmin gün, təxminən saat 22:00-da, Elxan ona zəng edərək bildirmişdir ki, Aran qəsəbəsində, Mingəçevir istiqamətində olan yolda onu gözləyir, onunla işi var. Həmin yerə getmiş və Elxan da bir müddət sonra oraya gəlmişdir. Bu zaman Elxanın yanında əvvəllər tanımadığı bir qohumu da olmuşdur. Elxan ona yaxınlaşaraq onu üz nahiyəsindən vurmuş və zərbənin təsirindən o, yerə yıxılmışdır. Bu zaman orada olan və səsə yığışan adamlar, o cümlədən Elxanın qohumu onları aralamışlar. Bundan sonra Elxan qohumu ilə oradan çıxıb getmişdir. Evə qayıtdıqda hadisəni evdə danışmış və arvadı əsəbi olduğundan polisə belə məlumat vermişdir ki, onu 3 nəfər döyüb. Artıq Elxanla barışmış, ona qarşı hər hansı bir tələbi və iddiası yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. xx xxxx 2017-ci il tarixdə Elxanla çayxanada olarkən sonuncuya zəng gəlmişdir. Elxan zəng edən şəxslə kobud danışmış və mübahisə etmişdir. Bir müddət sonra Elxan demişdir ki, bir şəxslə işi var. Elxanla birlikdə avtomobilə oturaraq Aran qəsəbəsinə getmiş, Elxan avtomobili Mingəçevir şəhərinə gedən yerdə marketin qarşısında saxlayıb avtomobildən düşüb, avtomobilin arxasına keçərək bir şəxslə danışmağa başlamışdır. Bu zaman o özü avtomobildə arxası Elxangilə oturmuşdur. Bir müddət sonra ətrafda olan şəxslərin Elxangil istiqamətə qaçdığını görmüş və dərhal avtomobildən enərək həmin istiqamətə qaçmışdır. Onlara yaxınlaşdıqda Elxanın əvvəllər tanımadığı, sonradan adını bildiyi Qalib adlı şəxslə dava etdiyini görmüşdür. Onları aralamış və Elxanı kənara çəkərək avtomobilə tərəf aparmışdır. Daha sonra isə avtomobillə orada çıxıb getmişlər. O özü, Qaliblə dava etməmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxx 2017-ci il tarixli 117 saylı rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs sol tərəf gicgah nahiyəsinin dərialtı hematoması aşkar edilmişdir. Əmələ gəlmə müddəti xx xxxx 2017-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş, və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 maddəsində nəzərdə tutulmuş əməli törətməkdə, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsində təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Lakin, təsdiq olunur ki, həmin əməl Təqsirləndirilən şəxs tərəfindən xx xxxx 2017-ci il tarixdə törədilmişdir. Yevlax rayon RPŞ İB-nin baş müstəntiqi Qasım Əliyevin cinayət işinin icraata götürülməsi barədə xx xxxxx 2017-ci il tarixli qərarı ilə fakt üzrə Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə cinayət işi başlanılmışdır. xx xxxx 2017-ci il tarixli qərarla zərər çəkmiş şəxsin Türkiyə Respublikasına getməsi səbəbi ilə cinayət işi üzrə icraat dayandırılmış, xx xxxx 2020-ci il tarixli qərarla cinayət işinin icraatı təzələnmiş və xx xxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təəqsirləndirilən şəxsin istintaqdan yayınması müəyyən edilməmişdir. Cinayət Məcəlləsi: Maddə 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Maddə 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddə 75.3. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət Prosessual Məcəllə: Maddə 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Maddə 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayət törədildiyi vaxtdan iki ildən artıq müddət keçdiyindən və o, ərizə təqdim etməklə bu əsasla cinayət təqibinə xitam verilməsinə razılıq verdiyindən məhkəmə hesab edir ki, müddətin keçməsi ilə ona münasibətdə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344 və 381- 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, müddətin keçməsi ilə bağlı xitam verilsin. Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-51/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-51/2020
10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver