Məhkəmə qərarları › İş №1(039)-51/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-51/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-51/2021 21.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, onların müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 1998-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 2000-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Susuzluq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında faktiki olaraq yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 v ə 177.2.3-cü maddələri ilə, xx xxxx 1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında “xxxx” şirkətinə məxsus “Yuxarı Qarabağ” su kanalının Yevlax rayonunun Aran qəsəbəsinin ərazisindən keçən “Korçay” adlanan sahəsində tikinti aparılan obyektdə olan saxlanc yeri hesab edilən vaqon tipli anbarın plastik pəncərəsini istintaqla müəyyən edilməyən dəmir alətlə açaraq oradan qanunsuz olaraq içəri daxil olub orada saxlanılan bir ədəd işlənmiş vəziyyətdə 2,000 manat dəyərində “Plazma FU Bağ-100 T” markalı qaynaq aparatını, 210 manat dəyərində 14 qutu 3-lük elektrodu, 150 manat dəyərində 10 qutu 4-lük elektrodu, 90 manat dəyərində 2 ədəd yarımqaynaq aparatının qaynaq məftillərini, 520 manat dəyərində 2 ədəd işlənmiş vəziyyətdə olan 12 tonluq qaldırıcı kəməri, 600 manat dəyərində 1 ədəd “Metobo” markalı perforatoru, 170 manat dəyərində 1 ədəd “Bosch” markalı perforatoru, 150 manat dəyərində 2 ədəd qızdırıcı reduktoru, 40 manat dəyərində 2 ədəd yarımqaynaq aparatının “Torç” tutacağını, 70 manat dəyərində 1 ədəd işlənmiş vəziyyətdə olan 230 markalı laqundanı, 50 manat dəyərində 1 ədəd işlənmiş vəziyyətdə olan 125 markalı laqundanı, 40 manat dəyərində 1 ədəd 100 metrlik uzadıcı kabel barabanı, 40 manat dəyərində 1 ədəd 18 ekran projektoru, 120 manat dəyərində işlənmiş vəziyyətdə olan 1 dəst “Porce” markalı açar dəstini, 30 manat dəyərində işlənmiş vəziyyətdə olan bir ədəd çilingər açarını, 40 manat dəyərində işlənmiş vəziyyətdə olan 1 ədəd “Jale” markalı 2 tonluq qaldırıcını, 4 manat dəyərində 2 ədəd laqunda daşlarını, 35 manat dəyərində 1 ədəd işlənmiş vəziyyətdə olan kiçik ölçülü “tüb” formalı qaz balonunu, 20 manat dəyərində işlənmiş vəziyyətdə olan 12 metrlik göy rəngli sellofan çadırı, 15 manat dəyərində işlənmiş vəziyyətdə olan 8 metrlik göy rəngli sellofan çadırı, 70 manat dəyərində 2 ədəd işlənmiş vəziyyətdə olan 3 tonluq böyük sırğalı qaldırıcı kəmərləri və 30 manat dəyərində işlənmiş vəziyyətdə olan 1 ədəd 3 tonluq kiçik sırğalı qaldırıcı kəməri qəsdən gizli olaraq talayaraq zərər çəkmiş şəxs “xxxx” şirkətinə cəmi 4,489 (dörd min dörd yüz səksən doqquz) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında “xxxx” şirkətinə məxsus “Yuxarı Qarabağ” su kanalının Yevlax rayonunun Aran qəsəbəsinin ərazisindən keçən “Korçay” adlanan sahəsində tikinti aparılan obyektdə olan saxlanc yeri hesab edilən vaqon tipli anbarın plastik pəncərəsini istintaqla müəyyən edilməyən dəmir alətlə açaraq oradan qanunsuz olaraq içəri daxil olub orada saxlanılan bir ədəd işlənmiş vəziyyətdə 2,000 manat dəyərində “Plazma FU Bağ-100 T” markalı qaynaq aparatını, 210 manat dəyərində 14 qutu 3-lük elektrodu, 150 manat dəyərində 10 qutu 4-lük elektrodu, 90 manat dəyərində 2 ədəd yarımqaynaq aparatının qaynaq məftillərini, 520 manat dəyərində 2 ədəd işlənmiş vəziyyətdə olan 12 tonluq qaldırıcı kəməri, 600 manat dəyərində 1 ədəd “Metobo” markalı perforatoru, 170 manat dəyərində 1 ədəd “Bosch” markalı perforatoru, 150 manat dəyərində 2 ədəd qızdırıcı reduktoru, 40 manat dəyərində 2 ədəd yarımqaynaq aparatının “Torç” tutacağını, 70 manat dəyərində 1 ədəd işlənmiş vəziyyətdə olan 230 markalı laqundanı, 50 manat dəyərində 1 ədəd işlənmiş vəziyyətdə olan 125 markalı laqundanı, 40 manat dəyərində 1 ədəd 100 metrlik uzadıcı kabel barabanı, 40 manat dəyərində 1 ədəd 18 ekran projektoru, 120 manat dəyərində işlənmiş vəziyyətdə olan 1 dəst “Porce” markalı açar dəstini, 30 manat dəyərində işlənmiş vəziyyətdə olan bir ədəd çilingər açarını, 40 manat dəyərində işlənmiş vəziyyətdə olan 1 ədəd “Jale” markalı 2 tonluq qaldırıcını, 4 manat dəyərində 2 ədəd laqunda daşlarını, 35 manat dəyərində 1 ədəd işlənmiş vəziyyətdə olan kiçik ölçülü “tüb” formalı qaz balonunu, 20 manat dəyərində işlənmiş vəziyyətdə olan 12 metrlik göy rəngli sellofan çadırı, 15 manat dəyərində işlənmiş vəziyyətdə olan 8 metrlik göy rəngli sellofan çadırı, 70 manat dəyərində 2 ədəd işlənmiş vəziyyətdə olan 3 tonluq böyük sırğalı qaldırıcı kəmərləri və 30 manat dəyərində işlənmiş vəziyyətdə olan 1 ədəd 3 tonluq kiçik sırğalı qaldırıcı kəməri qəsdən gizli olaraq talayaraq zərər çəkmiş şəxs “xxxx” şirkətinə cəmi 4,489 (dörd min dörd yüz səksən doqquz) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında “xxxx” şirkətinə məxsus “Yuxarı Qarabağ” su kanalının Yevlax rayonunun Aran qəsəbəsinin ərazisindən keçən “Korçay” adlanan sahəsində tikinti aparılan obyektdə olan saxlanc yeri hesab edilən vaqon tipli anbarın plastik pəncərəsini istintaqla müəyyən edilməyən dəmir alətlə açaraq oradan qanunsuz olaraq içəri daxil olub orada saxlanılan bir ədəd işlənmiş vəziyyətdə 2,000 manat dəyərində “Plazma FU Bağ-100 T” markalı qaynaq aparatını, 210 manat dəyərində 14 qutu 3-lük elektrodu, 150 manat dəyərində 10 qutu 4-lük elektrodu, 90 manat dəyərində 2 ədəd yarımqaynaq aparatının qaynaq məftillərini, 520 manat dəyərində 2 ədəd işlənmiş vəziyyətdə olan 12 tonluq qaldırıcı kəməri, 600 manat dəyərində 1 ədəd “Metobo” markalı perforatoru, 170 manat dəyərində 1 ədəd “Bosch” markalı perforatoru, 150 manat dəyərində 2 ədəd qızdırıcı reduktoru, 40 manat dəyərində 2 ədəd yarımqaynaq aparatının “Torç” tutacağını, 70 manat dəyərində 1 ədəd işlənmiş vəziyyətdə olan 230 markalı laqundanı, 50 manat dəyərində 1 ədəd işlənmiş vəziyyətdə olan 125 markalı laqundanı, 40 manat dəyərində 1 ədəd 100 metrlik uzadıcı kabel barabanı, 40 manat dəyərində 1 ədəd 18 ekran projektoru, 120 manat dəyərində işlənmiş vəziyyətdə olan 1 dəst “Porce” markalı açar dəstini, 30 manat dəyərində işlənmiş vəziyyətdə olan bir ədəd çilingər açarını, 40 manat dəyərində işlənmiş vəziyyətdə olan 1 ədəd “Jale” markalı 2 tonluq qaldırıcını, 4 manat dəyərində 2 ədəd laqunda daşlarını, 35 manat dəyərində 1 ədəd işlənmiş vəziyyətdə olan kiçik ölçülü “tüb” formalı qaz balonunu, 20 manat dəyərində işlənmiş vəziyyətdə olan 12 metrlik göy rəngli sellofan çadırı, 15 manat dəyərində işlənmiş vəziyyətdə olan 8 metrlik göy rəngli sellofan çadırı, 70 manat dəyərində 2 ədəd işlənmiş vəziyyətdə olan 3 tonluq böyük sırğalı qaldırıcı kəmərləri və 30 manat dəyərində işlənmiş vəziyyətdə olan 1 ədəd 3 tonluq kiçik sırğalı qaldırıcı kəməri qəsdən gizli olaraq talayaraq zərər çəkmiş şəxs “xxxx” şirkətinə cəmi 4,489 (dörd min dörd yüz səksən doqquz) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, yaşadığı “Yuxarı Qarabağ” kanalının üst hissəsində yerləşən ərazidə “Yuxarı Qarabağ” su kanalının Yevlax rayonunun Aran qəsəbəsinin ərazisindən keçən “Korçay” adlanan sahəsində tikinti işləri gedir. Ara-sıra həmin əraziyə keçib orada nə işlərin getməsi ilə maraqlanmışdır. Müşahidə etmişdir ki, iş günü bitəndən sonra işçilər işlətdikləri bütün avadanlığı bir vaqona yığıb oradan çıxıb gedirlər. Maddi imkanı aşağı olduğundan həmin avadanlığı oğurlayıb satmaq qərarına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 23:00-da isə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 zəng edib telefonla danışaraq onları yaşadığı “Yuxarı Qarabağ” su kanalının Yevlax rayonu Aran qəsəbəsinin ərazisindən keçən “Korçay” adlanan əraziyə çağırmış və bir qədər sonra onlarla orada görüşmüşdür. Birlikdə söhbət edərkən onlara təklif etmişdir ki, “Yuxarı Qarabağ” su kanalının Yevlax rayonunun Aran qəsəbəsinin ərazisindən keçən “Korçay” adlanan yerdə aparılan tikinti sahəsində olan avadanlıqları oğurlayıb pul əldə etsinlər. Hər ikisi onunla razılaşmışlar. Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 21011 markalı avtomobillə şirkətin binasının qarşısındakı vaqonun yanına getmişlər. Vaqonun pəncərəsini dəmir parçası ilə açaraq vaqonun içərisinə daxil olmuş, oradan qaynaq aparatı, qutularda olan elektrodları, kəmərləri, kiçik ölçülü qaz balonunu, projektoru və digər əşyaları Vahidlə Elşada vermiş və sonra vaqondan çıxaraq həmin əşyaları Vahidin avtomobilinin yanına aparıb avtomobilin salonuna və yük yerinə yığaraq Mingəçevir şəhərinə getmişlər. Mingəçevir şəhərində belə qərara gəlmişlər ki, əşyalar Vahidin avtomobilində qalsın və səhər görüşüb müştəri tapıb həmin avadanlıqları satsınlar. Növbəti gün görüşdükdə Vahid bildirmişdir ki, oğurladıqları laqundanı tanışı Pünhan adlı şəxsə 100 manata satmışdır. Həmin puldan 10 manata avtomobilə yanacaq vurmuşlar, qalan pulu isə hərəsinə 30 manat olmaqla bölmüşlər. Növbəti gün yenidən zəngləşib görüşmüş və Vahid bildirmişdir ki, oğurladıqları perforatoru da tanışı Pünhana 100 manata satmışdır. Həmin pulu da eyni qaydada bölüşdürmüşlər. Oğurladıqları digər əşyalar Vahidin avtomobilində qalsa da onları satmağa müştəri tapa bilməmişlər. xx xxxxxx 2020ci il tarixdə onu polis əməkdaşları polis şöbəsinə dəvət etmişlər. Ondan qeyd edilən oğurluğu etdiyini soruşmuşlar o, da həmin oğurluğu dostları Elşad və Vahidlə birlikdə törətdiyini etiraf etmiş, oğurladıqları əşyaların isə Vahidin avtomobilində saxladığını bildirmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Eşad Məmmədov məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 23:00-da, tanışı Təqsirləndirilən şəxs1lə olan zaman digər tanışları Təqsirləndirilən şəxs2 Vahidə zəng edərək onları evlərinin yanına çağırmışdır. Vahidlə birlikdə, sonuncunun idarə etdiyi VAZ 21011 markalı avtomobillə Vüsalın yaşadığı “Yuxarı Qarabağ” su kanalının Yevlax rayonunun Aran qəsəbəsinin ərazisindən keçən “Korçay” adlanan sahəsində yerləşən evin yanına gedib orada Vüsalla görüşmüşlər. Söhbət əsanasında Vüsal bildirmişdir ki, evlərinin yanında “xxxx” şirkəti su anbarı tikir və binanın yanındakı vaqonda avadanlıqlar var. Təklif etmişdir ki, həmin avadanlıqları oğurlayıb sataraq pul əldə etsinlər. Maddi ehtiyacı olduğu üçün Vüsalın təklifi ilə razılaşmışdır. Eyni zamanda Vahid də həmin təkliflə razılaşmışdır. Birlikdə şirkətin binasının qarşısındakı vaqonun yanına getmişlər. Vüsal vaqonun pəncərəsini dəmir parçası ilə açaraq vaqonun içərisinə daxil olmuş, oradan qaynaq aparatı, qutularda olan elektrodları, kəmərləri, kiçik ölçülü qaz balonun, projektoru, iki ədəd çadırları və digər əşyaları çıxardaraq onlara vermiş, onlarda həmin əşyaları bir qədər kənara aparıb yığmışlar. Sonra Vüsal vaqondan çıxmış və birlikdə həmin əşyaları aparıb Vahidin avtomobilinin salonuna və yük yerinə yığaraq Mingəçevir şəhərinə getmişlər. Belə qərara gəlmişlər ki, avadanlıqlar Vahidin avtomobilində qalsın. Növbəti gün telefonla danışıb görüşmüşlər. Vahid bildirmişdir ki, oğurladıqları laqundanı tanışı Pünhan adlı şəxsə 100 manata satmışdır. Bu puldan 10 manata avtomobilə yanacaq vurmuşlar, qalan pulu isə aralarında hər birinə 30 manat olaraq bölmüşlər. Digər əşyaları da satmaq üçün müştəri axtarmaq üçün ayrılmışlar. Növbəti gün yenidən zəngləşib görüşdükdə Vahid bildirmişdir ki, perforatoru da tanışı Pünhana 100 manata satmışdır. Bu pulu da eyni qaydada bölmüşlər. Qalan əşyalar Vahidin avtomobilində qalsa da, onları satmağa müştəri tapmamışlar. xx xxxxxx 2020-ci il tarixdə onu polis əməkdaşları polis şöbəsinə dəvət etmişlər. Ondan qeyd edilən oğurluğu etdiyini soruşduqda bunu etiraf etmiş və hadisəni tam olaraq danışmışdır. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 23:00-da tanışı Təqsirləndirilən şəxs3la Mingəçevir şəhərində olarkən tanışı Təqsirləndirilən şəxs2 onun telefonuna zəng edərək ona siqaret alıb Elşadla birlikdə onun yaşadığı “Yuxarı Qarabağ” su kanalının Yevlax rayonu Aran qəsəbəsinin ərazisindən keçən “Korçay” adlanan əraziyə dəvət etmişdir. Elşadla birlikdə, özünün idarə etdiyi VAZ 21011 markalı avtomobillə Vüsalın yaşadığı evin yaxınlığına getmişlər. Vüsalla görüşüb söhbət edərkən Vüsal təklif etmişdir ki, oğurluq edib pul əldə etsinlər. Vüsal bildirmişdir ki, evlərinin yanında “xxxx” şirkətinin su anbarı tikir və binanın yanındakı vaqonda tikinti avadanlıqları var. Razılığa gəlmişlər ki, həmin avadanlıqları oğurlayıb satsınlar. Birlikdə şirkətin binasının qarşısındakı vaqonun yanına getmişlər. Vüsal vaqonun pəncərəsini dəmir parçası ilə açaraq vaqonun içərisinə daxil olmuş, oradan qaynaq aparatı, qutularda olan elektrodları, kəmərləri, kiçik ölçülü qaz balonun, projektoru, iki ədəd çadırları və digər əşyaları çıxardaraq onlara vermiş, onlarda həmin əşyaları bir qədər kənara aparıb yığmışlar. Sonra Vüsal vaqondan çıxmış və birlikdə həmin əşyaları aparıb onun avtomobilinin salonuna və yük yerinə yığaraq Mingəçevir şəhərinə getmişlər. belə qərara gəlmişlər ki, əşyalar onun avtomobilində qalsın, səhəri günü isə görüşüb həmin əşyalara müştəri axtarsınlar. Elə də etmişlər. Səhəri gün tezdən tanışı Pünhanla görüşmüş və ona bildirmişdir ki, özünə məxsus laqunda və perforator var və onları satmaq istəyir. Pünhan 100 manata laqundanı ondan almışdır və bildirmişdir ki, pul düzəldib perforatoru da alacaqdır. Bundan sonra telefonla danışıb Vüsal və Elşadla görüşmüşlər. hər ikisinə bildirmişdir ki, laqundanı tanışı Pünhana 100 manata satmışdır. Pulun 10 manatına avtomobilə yanacaq almışlar, qalan puldan hərəyə 30 manat pul götürmüşlər. Növbəti gün yenidən tanışı Pünhanla görüşmüş Pünhan ona 100 manat verərək perforatoru da ondan almışdır. Yenə də telefonla danışıb Vüsal və Elşadla görüşmüş və eyni qaydada pulu bölüşdürmüşlər. Qalan əşyalar onun avtomobilində qalsa da onları sata bilməmişlər. xx xxxxxx 2020-ci il tarixdə onu polis əməkdaşları polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt bunu Pünhan bilmiş və ona satdığı əşyaların oğurluq olduğundan şübhələnərək laqunda və perforatoru ona qaytarmışdır. O, polis şöbəsində hadisəni olduğu kimi etiraf etmiş, oğurladıqları əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşman olduğunu və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, “xxxx” MMC-nin Yevlax rayonunda aparılan tikinti üzrə servis rəhbəri vəzifəsində işləyir. X4 kanalının Yevlax rayonu Aran qəsəbəsindən keçən hissəsində, Kor çay adlanan ərazidə su nasosu tikintisi ilə məşğuldur. xx xxxxxx 2020-ci il tarixdə, iş vaxtının bitdiyi saat 19:00-da şirkətin əməkdaşları istifadə etdiyi alətləri və istifadə olunmamış avadanlıqları orada olan vaqona yığıb qapısını bağlayaraq evlərinə getmişlər. xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00-da şirkətə gəldikdə aşkar olunmuşdur ki, məlum olmayan şəxslər vaqonun pəncərəsini açaraq vaqona daxil olub oradan bir ədəd 3,500 manat dəyərində Plazma FU Bağ-100 T aparatını, 384 manat dəyərində 24 qutu “Askaynak” markalı elektrodu, 14 qutu 3-lük, 10 qutu isə 4-lük elektrodu, 100 manat dəyərində 2 ədəd yarımqaynaq aparatının qaynaq məftillərini, 550 manat dəyərində 2 ədəd 12 tonluq qaldırıcı kəməri, 1,000 manat dəyərində 1 ədəd perforatoru, 250 manat dəyərində 1 ədəd “Bosch” markalı perforatoru, 220 manat dəyərində 2 ədəd qızdırıcı reduktoru, 60 manat dəyərində 2 ədəd yarımqaynaq aparatının “Torç” tutacağını, 120 manat dəyərində 1 ədəd Laqunda-230, 90 manat dəyərində 1 ədəd Laqunda-125, 70 manat dəyərində 1 ədəd Uzadıcı kabel barabanı, 45 manat dəyərində 1 ədəd projektoru, 200 manat dəyərində 1 dəst “Porce” markalı açar dəstini, 54 manat dəyərində bir ədəd çilingər açarını, 50 manat dəyərində 1 ədəd “Jale” markalı 2 tonluq qaldırıcını, 4 manat dəyərində 2 ədəd laqunda daşını, 50 manat dəyərində 1 ədəd kiçik ölçülü tübü, 35 manat dəyərində 12 metrlik göy rəngli sellofan çadırı, 26 manat dəyərində 8 metrlik göy rəngli sellofan çadırı, 100 manat dəyərində 2 ədəd 3 tonluq (böyük sırğalı) qaldırıcı kəməri və 40 manat dəyərində 1 ədəd 3 tonluq kiçik sırğalı qaldırıcı kəməri oğurlamışlar. Əməkdaşlarla həmin avadanlıqların kimlər tərəfindən oğurlandığını soraqlasalar da, tapa bilməmişlər və ona görə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Sonradan avadanlıqları oğurlayan şəxslər müəyyən edilmiş və oğurlanmış avadanlıqlar geri qaytarılmışdır. Bu barədə ərizə təqdim edərək qarşı tərəfdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid2 bildirmişdir ki, “Hovers Group” LLC şirkəti Yuxarı Qarabağ kanalının Yevlax rayonu Aran qəsəbəsindən keçən hisəsində, Kor çay adalan ərazidə su nasosu tikintsi aparır. Orada gözətçi vəzifəsində işləyir. Su Nasosunun tikintisin aparılmasında “Kasbad Hidro” şirkəti də köməklik edir. Onun mühafizə etdiyi yerin yaxınlığında şirkətin vaqonu olmuşdur. Gündəlik olaraq istifadə etdikləri və istifadə olunmamış avadanlıqları işlərini qurtarandan sonra vaqona yığıb saxlayırdılar. xx xxxxxx 2020-ci il tarixdə də, saat 19:00da şirkətin əməkdaşlar istifadə etdiyi alətləri və istifadə olunmamış avadanlıqları vaqona yığıb qapısını bağlayaraq evlərinə getmişlər, o isə gözətçi olaraq ərazidə qalmışdır. xx.xx.2020-ci il tarixdə, saat təxminən 07 radələrində şirkətin əməkdaşları vaqona daxil olduqda vaqonun pəncərəsinin açıq olduğunu və oradan işçilərin istifadə etdikləri avadanlıqların oğurlandığını aşkar etmişlər. Gecə həmin əraziyə nəzarət etsə də, vaqonun həmin pəncərəsi yuxarı tərəfdə olduğu üçün vaqondan kimin oğurluq etdiyini görməmişdir. Həmin hadisə ilə bağlı şirkətin rəhbərliyi DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Yevlax RPŞ-nin əməkdaşları araşdırma aparmış və oğurluq edən şəxsləri saxlamışdır. Şirkətdən oğurlanan avadanlıqlar aşkar edərək şirkətə təhvil verilmişdir. Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və onun ailəsini bir qonşu kimi, Təqsirləndirilən şəxs3 isə onun dostu kimi tanıyır. Özü usta kimi fəaliyyət göstərir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Vahidlə görüşdükdə Vahid bildirmişdir ki, özünə məxsus laqunda və perforator var, pul lazım olduğundan həmin alətləri satır. Vahid hər iki aləti gətirib ona göstərmişdir. Təkidlə ondan soruşsa da, Vahid bildirmişdir ki, alətlər ona məxsusdur və Vahidin ailəsini də tanıdığından ona etibar etmişdir. Usta olduğundan həmin alətlərə ehtiyacı olur və bu səbəbdən Vahidə bildirmişdir ki, hər birinə 100 manat verə bilər. Vahid razı olduqdan sonra ona bildirmişdir ki, üstündə 100 manat pul var, bu pulu verib laqundanı götürəcək və növbəti gün qalan 100 manatı verib perforatoru götürəcəkdir. Belə də razılaşıb 100 manat pulu Vahidə verib laqundanı götürmüşdür. Növbəti gün isə yenə Vahidlə görüşüb ona 100 manat verib perforatoru götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, Vahidi polis şöbəsinə çağırmışlar. Anlamışdır ki, bu alətlər oğurluqdur. Ona görə Vahidlə görüşüb ona iradını bildirərək alətləri ona geri qaytarmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 9/620 saylı rəyində qeyd olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və inşaat materiallarının satışı mağazalarda mövcud olan qiymətlərə əsasən, tədqiq edilən 22 adda tədqiqat obyektlərinin, 2021-ci ilin fevral ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: Bir ədəd işlənmiş vəziyyətdə olan “Plazma FU BAĞ-100T” markalı aparat 2,000 manat, 14 qutu “Askaynak” markalı, işlənməmiş 3-lük elektrod 210 manat, 10 qutu işlənməmiş 4-lük elektrod 150 manat, 2 ədəd işlənməmiş yarımqaynaq aparatının qaynaq məftilləri 90 manat, 2 ədəd işlənməmiş vəziyyətdə olan 12 tonluq qaldırıcı kəmər 520 manat, 1 ədəd iri ölçüdə işlənmiş vəziyyətdə olan “Metobo” markalı perforator 600 manat, 1 ədəd işlənmiş vəziyyətdə olan kiçik ölçüdə “Bosch” markalı perforator 170 manat, 2 ədəd işlənməmiş vəziyyətdə olan qızdırıcı reduktor 150 manat, 2 ədəd işlənməmiş vəziyyətdə olan yarımqaynaq aparatına “Тоrç” tutacağı 40 manat, bir ədəd işlənmiş vəziyyətdə olan “Laqunda 230” 70 manat, bir ədəd işlənmiş vəziyyətdə olan “Laqunda 125” 50 manat, bir ədəd işlənmiş vəziyyətdə olan 100 metilik uzadıcı kabel barabanı 40 manat, bir ədəd işlənməmiş olan18 ekranlı Projektor 40 manat, bir ədəd işlənmiş vəziyyətdə olan “Porce” markalı açar dəsti 120 manat, bir ədəd işlənmiş vəziyyətdə olan böyüyüb-kiçilən çilingər açarı 30 manat, bir ədəd işlənmiş vəziyyətdə olan “Jale” maralı 2 tonluq qaldırıcı 35 manat, 2 ədəd işlənməmiş olan laqunda daşı 04 manat, bir ədəd kiçik ölçülü işlənmiş vəziyyətdə olan tüb 35 manat,12 metrlik işlənmiş vəziyyətdə olan göy rəngli sellofan çadır 20 manat, 8 metilik işlənmiş vəziyyətdə olan göy rəngli sellofan çadır 15 manat, 2 ədəd işlənmiş vəziyyətdə olan 3 tonluq böyük sirğalı qaldırıcı kəmər 70 manat, bir ədəd işlənmiş vəziyyətdə olan 3 tonluq kiçik sirğalı qaldırıcı kəmər 30,00 manat (səhv 160-165). Zərər çəkmiş “xxxx” şirkətinə oğurlanmış “Plazma FU BAĞ-100T” markalı aparat 24 qutu “elektrod, 2 ədəd 12 tonluq qaldırıcı kəmər, 1 ədəd perforator “Metalo”, 1 ədəd “Bosch” markalı perforator 2 ədəd qızdırıcı reduktor 2 ədəd yarımqaynaq aparatı “Тоrç” tutacağı, 1 ədəd “Laqunda 230”, 1 ədəd “Laqunda 125”, 1 ədəd uzadıcı kabel baraban, 1 ədəd Projektor, 1 ədəd qırmızı qutuda “Porce” markalı açar dəsti, 1 ədəd manat, çilingər açarı, 1 ədəd “Jale” maralı 2 tonluq qaldırıcı, 2 qutu laqunda daşı, 1 ədəd kiçik ölçülü tüb ,1 ədəd 12 metrlik göy rəngli sellofan çadır, 1 ədəd 8 metilik göy rəngli sellofan çadır , 2 ədəd işlənmiş vəziyyətdə olan 3 tonluq böyük sirğalı qaldırıcı kəmər təhvil verilmişdir. Beləliklə, təqsirləndirilən şəxslərin özlərinin qarşılıqlı etirafedici ifadələri ilə, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, yəni qabaqcadan əlbir olan bir qrup şəxslə binaya daxil olmaqla zərər çəkmiş şəxsə məxsus ümumilikdə 4,489 manat məbləğində əmlakını talamaları tam olaraq sübuta yetirilmiş və bu səbəbdən onların hər birinə ayrı-ayrılıqda müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın ödənilməsini, ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3 maddəsinə müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın ödənilməsini, ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3 maddəsinə müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın ödənilməsini, ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək həbsdə olduğu 2 gün müddət, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəza çəkdikləri dövrdə üzərilərinə qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətləri qoyulmalıdır. Məhkəmə xərcləri və maddi sübutla əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. Maddi sübutların zərər çəkmişə şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İstintaq dövrü üçün 348 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili X1, 360 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili X2, 360 manat, habelə məhkəmə dövrü üçün 306 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 4 (dörd) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş ay) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan saat 07:00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 4 (dörd) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş ay) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə saat 22:00-dan saat 07:00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 4 (dörd) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş ay) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan saat 07:00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗxx xxxx 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə İstintaq dövrü üçün 348 (üç yüz qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili X1, 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili X2, 360 (üç yüz altmış) manat, habelə məhkəmə dövrü üçün 306 (üç yüz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar