Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-51/2022 16.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1999-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Yevlax şəhəri, Neftkəməri küçəsi nömrəsiz evdə qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,443 qram miqdarında narkotik vasitə heroini tanışı X1 18 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Yevlax şəhərində “Köhnə körpü” adlanan ərazidə 25 manata alaraq əldə edib əynindəki gödəkçənin sağ yan cibində bir ədəd qızılı-ağ rəngli kağız bükümdə saxlamış, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 19 noyabr 2021-ci il tarixdə saat 10:20 radələrində, Yevlax şəhəri Neftkəməri küçəsində saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 10:50 dəqiqədən saat 11:20 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, video çəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Həmin narkotik vasitəni çox vaxt tanışı X1 pul müqabilində alır. Sonuncu dəfə 18 noyabr 2021-ci il tarixdə, günorta saatlarında yaşadığı ərazidə Kür çayının üstündə yerləşən “Köhnə Körpü” adlanan körpünün yaxınlığında Səlimlə görüşmüşdür. Səlimdən onda narkotik vasitə olan heroinin olub-olmadığını soruşmuşdur. Səlim bildirmişdir ki, təxmini 1 qram narkotik vasitə olan heroini var və onu 25 manata sata bilər. Səlimin təklifi ilə razılaşmış və ona 25 manat verərək ondan bir bükümdə olan heroini almışdır. Həmin gün o heroindən təxminən yarı hissəsini istifadə etmiş qalan hissəsini isə həmin bükümdə növbəti gün istifadə etmək üçün əynində olan gödəkcənin sağ yan cibinə qoymuşdur. Növbəti gün, səhər saatlarında yaşadığı Yevlax şəhəri, Neftkəməri küçəsində evə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Bu zaman cibində olan kağız bükülünü təqdim etmişdir. Suallara cavab olaraq etiraf etmişdir ki, bükülünün içində olan heroindir, bir gün öncə Səlim Kərimovdan 25 manat müqabilində almışdır və özü istifadə etmək üçün cibində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsi CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 noyabr 2021-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və bunun əsasında onun özü, Yevlax rayon polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Şamil Xəlilovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, Neftkəməri küçəsində səhər təxminən saat 11:00-da saxlanılmış və Yevlax Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Polis şöbəsinin inzibati binasına getmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qırmızı gödəkcənin sağ yan cibindən bir ədəd bükülü aşkar edilmişdir. Bükülüyə baxdıqda içində toz şəkilində kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni tanışı Səlim Kərimovdan bir gün öncə 25 manat müqabilində almış, bir hissəsindən istifadə etmiş, digər hissəsini isə sonra istifadə etmək üçün üstündə saxlamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki qırmızı gödəkcənin sağ yan cibindən içində toz şəkilində kütlənin olduğu bir ədəd bükülü aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X3 19 noyabr 2021-ci il tarixli 17/811 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd... heroinə oxşar kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,443 qram olan maddə kustar üsulla hazırlanmışnarkotik vasitə - heroindir. (səh.44) Məhkəmə Ekspertizası Mərkəzinin X3 27 yanvar 2022-ci il tarixli 17/99 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Vət. X2 üstündən aşkar edilmiş bir ədəd... heroinə oxşar kütlə.” Sözləri və imzalar yazılmış zərfin içəisindəki 01 (bir) ədəd qızıl-ağ rəngli kağız bükümdə olan heroin ilə üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd... heroinə oxşar kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. (səh.132, 133) Məhkəmə-narkoloji ekspertizasının 07 fevral 2022-ci il tarixli 157 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.143) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 5 azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X4 saxlanılan 0,343 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 60 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdən 21 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlu yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X4 saxlanılan 0,343 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 69 (altmış doqquz ) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 60 (altmı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-51/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-51/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver