Məhkəmə qərarları › İş №1(039)-51/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-51/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-51/2023 30.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi -vəkili Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, müdafiəçi-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1968-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Yevlax rayon Suvarma sistemləri idarəsində mexanik vəzifəsində işləyən, məhkumluğu olmayan, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olan və yaşayan barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, xx.xx.2022ci il tarixdə saat 07:30 dəqiqədə Zərərçəkmiş şəxs onun qızı Gülcan Rəsulovanın adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini əsas gətirib Zərərçəkmiş şəxs qisas almaq məqsədilə sonuncunu Yevlax rayonunun Xanabad kəndi ərazisindəki örüş-otlaq sahəsində olmasını əvvəlcədən bilib özünə məxsus “VAZ 2107” markalı, “**-CB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Yevlax rayonunun Xanabad kəndi ərazisindəki otlaq sahəsində xırdabuynuzlu heyvanlarını otaran Xanabad kənd sakini Zərərçəkmiş şəxs yanına gedərək avtomobildən düşüb Zərərçəkmiş şəxs nə üçün onun qızı Gülcan Rəsulovanın adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini deyərək Zərərçəkmiş şəxslə mübahisə edib sonuncunun həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək məqsədilə əlindəki istintaqa məlum olmayan ağacla bir neçə dəfə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq sonuncuya həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran sol almacıq sümüyünün çatı, sol gözaltı nahiyəsinin qançırı, sol gözün ağlı qişasının yayılmış qansızması, sol çiyin qurşağının qançırı, başın təpə-ənsə nahiyəsinin, sol əlin arxa səthinin sıyrığı, sol tərəf sifətin şişkinliyi və qançırı, boynun sol yan səthinin sıyrığı, sağ və sol qabırğaüstü nahiyəsinin qançırları xəsarətlərini yetirərək yerə yıxıb Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə onun iradəsi əleyhinə zidd olaraq əllərini arxadan bir-birinə təsərrüfat ipi ilə bağlayaraq sonuncunu məcburi formada zorla idarə etdiyi VAZ 2107” markalı, “**-CB-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağına otuzdurmaqla Zərərçəkmiş şəxs faktiki olaraq azadlığını məhdudlaşdırdıqdan sonra sonuncunun əynində olan şalvarını çıxardaraq özü avtomobilin sükanı arxasına əyləşib avtomobili idarə edib təxminən 15 dəqiqə ərzində Zərərçəkmiş şəxs qanunsuz olaraq azadlıqdan məhrum edib psixi iztirablar verməklə avtomobili Xanabad kəndinin ərazisindəki örüş-otlaq sahəsindən 3 km məsafədə yerləşən həmin kəndin mərkəzində yerləşən ictimai yer hesab edilən çayxananın qarşısına gətirib orada özü avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxs qolları bağlı halda orada olan insanların gözü qarşısında avtomobildən düşürdüb öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla təpiklə vurub zor tətbiq etməklə sonuncuya kömək edəcək orada olan çoxsaylı şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlədərək onlara qarşı zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə qəsdən xuliqanlıq edərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmaqla qəsdən zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.1968-ci il tarixdə Yevlax rayonunun Xanabad kəndində anadan olmuşdur. Zərərçəkmiş şəxs həmkəndlisi olaraq tanımış, onlarla arasında hər hansı qohumluq, düşmənçilik və əvvəllər ədavət olmamışdır. Zərərçəkmiş şəxs onun qızı Gülcan Rəsulovanı sevmiş, lakin qızı Gülcan X1 ilə evlənmişdir. xx.xx.2022-ci il tarixdə yeznəsi X5 DİN-nin 102 xidmətinə zəng edərək qızı Gülcan Rəsulovanın adına “instagram” sosial şəbəkəsində hesab açıldığını, Sənani və Gülcan Rəsulovanın həmin hesabda təhqir edilmələri barədə şikayət etmişdir. Polisdə aparılan araşdırma zamanı Gülcan Rəsulova sözügedən səhifənin Zərərçəkmiş şəxs tərəfindən açıldığını, onun barəsində rüsvayedici məlumatların Nağı tərəfindən paylaşıldığını bildirmişdir. Araşdırma gedən zaman Yevlax rayon polis şöbəsindən onlara həmin səhifələrin kim tərəfindən açıldığının sübut olunduğu, Zərərçəkmiş şəxs və onun bacısı Şahid5 şübhələnildiyi, əllərində səs yazısının olması barədə məlumat verilmiş, lakin araşdırmanın yekununda Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanılması faktı öz təsdiqini tapmaması səbəbilə rədd edilmişdir. Təxminən bir müddət öncə Zərərçəkmiş şəxs atası Rahim Nağıyev vəfat etdiyi üçün Nağının qohumu qismində Şahid3 və o, xx.xx.2022-ci il tarixdə polis şöbəsinə dəvət edilmiş, təhqiqat bölməsinin rəhbəri Cavad adlı şəxs onları qəbul edərək bu problemli məsələni barışıq yolu ilə həll edilməsini onlara bildirmişdir. O, həmin polis əməkdaşı və Hüseynlə razılaşaraq Nağının Yevlax rayon İcra Hakimiyyəti Başçısının Xanabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində onun ailəsindən üzr istəyəcəyi təqdirdə barışacağını bildirmiş, Hüseyn də bu barədə onlarla razılaşaraq Nağı ilə danışacağını demişdir. Lakin sonradan Hüseyn ona zəng edərək Nağının üzr istəməyəcəyini ona bildirdikdə, o, polis şöbəsinə Zərərçəkmiş şəxs üzr istəmədiyi barədə bir daha müraciət etmiş, lakin müraciəti heç bir nəticə verməmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında təsərrüfatında olan bir baş iribuynuzlu heyvan və onun balası otlaqdan qayıtmadığı üçün o, həmin axşam heyvanları axtarsa da tapa bilməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində həmin heyvanları axtarmaq üçün özünə məxsus “VAZ 2107” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı maşını ilə otlaq sahəsinə getmiş, həmin vaxt su anbarının kənarında təklikdə qoyun sürüsü otaran Zərərçəkmiş şəxslə rastlaşmış, avtomobilindən düşərək ona yaxınlaşmış, kənd icra nümayəndəliyində üzr istəməli olduğunu, hansı səbəbdən üzr istəmədiyini Zərərçəkmiş şəxs soruşduqda, sonuncu “yaxşı eləmişəm, pul vermişəm hələ səndən üzr də istəməliyəm” kimi cavab vermişdir. Bu sözlərdən sonra onunla Zərərçəkmiş şəxs arasında mübahisə başlamış, o, Nağının üzərinə gedən zaman sonuncu əlindəki torbadan bıçaq çıxararaq onun üzərinə gəlsədə o, əlindəki ağacla Zərərçəkmiş şəxs əlinə vuraraq bıçağı yerə salmış, həmin vaxt əsəbi olduğundan həmin ağacla Nağının baş və bədən nahiyələrinə bir neçə dəfə vurmuş, bu zaman zərərçəkmiş yerə yıxılmış, o, Zərərçəkmiş şəxs müxtəlif bədən nahiyələrinə bir neçə dəfə təpik və yumruq vurub ona müqavimət göstərməsin deyə həmin ərazidən tapdığı təsərrüfat ipi ilə onun əllərini arxasına keçirərək bağlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs qorxusundan şalvarını batırmış, bu səbəbdən onun şalvarını çıxardaraq Nağını maşına mindirmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona müqavimət göstərməyə çalışsa da, yenidən onun baş və bədən nahiyələrinə yumruqla vuraraq Zərərçəkmiş şəxs özünə məxsus avtomobilinin qabağ sağ oturacağına oturdub oradan 3 km məsafədə yerləşən Yevlax rayon Xanabad kəndinin mərkəzində yerləşən çayxananın qarşısına təxminən 15 dəqiqə ərzində gətirmiş, avtomobili yolun asfalt nahiyəsində saxlayıb Zərərçəkmiş şəxs sərt şəkildə maşından düşürüb çayxana istiqamətində itələmiş bir neçə dəfə təpiklə vurub söyüşlər söyərək sonradan evinə getmişdir. Bundan sonra Yevlax rayon polis şöbəsinin əməkdaşı Cavad müəllim ona zəng edərək hadisə barədə soruşduqda, o, hadisə barədə Cavad müəllimə danışmış, O, Zərərçəkmiş şəxs tək döymüş, Müslüm Müslmüov hadisə zamanı orda olmamışdır. O, ipi yerdən tapıb Zərərçəkmiş şəxs təkbaşına bağlamışdır. Zərərçəkmiş şəxs maşından düşürdükdən sonra “Heç kim bu şərəfsizə yaxınlaşıb kömək etməsin” deyə ifadə işlətmiş, habelə əsəbi olduğundan Zərərçəkmiş şəxs kömək edəcək kənd sakinlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Yekunda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 145.2.5 və 221.1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək, xuliqanlıq cinayətini deyil xırda xuliqanlıq inzibati xətasını törətdiyini bildirmiş, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Yevlax rayonunun Xanabad kənd sakinləri vətəndaş Təqsirləndirilən şəxs və onun övladı N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X4 həmkəndlisi olaraq tanımış, onlarla aralarında hər hansı qohumluq və düşmənçilik olmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yeznəsi, yəni X5 DİN-nin 102 xidmətinə zəng edərək onun arvadı X3 adına “instagram” sosial şəbəkəsində hesab açdığını, onu və Gülcan Rəsulovanı həmin hesabda təhqir etdiyi barədə şikayət etmiş, X17 rayon polis şöbəsinə verdiyi izahatında həmin səhifənin onun tərəfindən açıldığını, barəsində rüsvayedici məlumatları guya onun tərəfindən paylaşıldığını bildirmişdir. Araşdırmanın yekununda onun barəsində cinayət işinin başlanılması faktın öz təsdiqini tapmaması səbəbilə rədd edilmişdir. Xanabad kəndində əhali arasında mövcud olan qaydaya görə kənddə yaşayan bir qrup şəxsin heyvanları növbəli şəkildə kəndin kənarında yerləşən otlaq sahələrində otarılmağa aparılır. O, həmin qaydaya uyğun olaraq işlədiyi üçün adətən həftə sonları və ya məktəbdə işdə olmadığı müddətdə növbənin ona düşməsini təşkil edərək heyvanların otarılması işi ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə həmkəndlisi vətəndaş Namiq Süleymanov onun mobil telefonuna zəng edərək pul müqabilində heyvanların otarılması ilə məşğul olan çoban Rövşənin növbəti gün nobata gedə bilməyəcəyini xəbər vermiş, o da bu səbəbdən növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə heyvanların otarılması ilə özünün məşğul olacağını Namiqə bildirmiş və həmin tarixdə səhər təxminən 06:00-da o, heyvanları kəndin kənarında yerləşən otlaq sahələrinə aparmış, saat təxminən 07:30-da həmkəndlisi vətəndaş Təqsirləndirilən şəxs məxsus olan minik avtomobilinin ümumi hərəkət zolağından çıxaraq heyvanları otardığı əraziyə gəldiyini görüb, onunla bağlı gəldiklərini düşünərək özünə məxsus ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə bacısı Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək Müslümgilin onun heyvanları otardığı yerə gəldiyini bildirmişdir. Həmin vaxt Müslüm Müslümovun maşından düşdüyünü və əlində olan ağacla ona doğru qaçdığını görüb telefonda danışdığı bacısı Şahid5 “Mənə hücum çəkirlər, köməyə adam göndərin” deyərək oradan qaçaraq uzaqlaşmağa çalışmışdır, lakin Təqsirləndirilən şəxs avtomobillə onun qarşısını kəsərək qaçmağına mane olmuş, Müslüm Müslümov isə həmin vaxt qaçaraq ona çatıb baş nahiyəsinə heç bir söz demədən bir dəfə əlindəki ağacla zərbə vurmuşdur. Müslüm Müslümov hərəkətlərinə davam edərək kürək nahiyəsinə ağac zərbələri vurmuş, atası Təqsirləndirilən şəxs isə onun qarın nahiyəsinə dəfələrlə təpik zərbəsi vurduqda, o zərbələrin təsirindən yerə yıxılmışdır. Müslüm Müslümov və Təqsirləndirilən şəxs onun yerdə yıxılmış vəziyyətdə olmağına baxmayaraq ona qarşı zorakı hərəkətlərinə davam edib bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa davam etmişlər. Təqsirləndirilən şəxs onun əlində açıq vəziyyətdə olan özünə məxsus “Redmi note 10S” markalı telefonu zorla alaraq cibinə qoymuş, bundan sonra, Müslüm Müslümov onun boyun və boğaz nahiyəsindən tutaraq boğmağa başlamışdır. Həmin hərəkətin təsirindən o nəfəs almaqda çətinlik çəkmiş, gözlərinin qaralmağa başladığını hiss etmişdir. Həmçinin zərbələrin təsirindən onun burun nahiyəsindən qan axmağa başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs oğlu Müslüm Müslümov maşında olan ipləri gətirməyi tapşırdıqda, Müslüm Müslümov maşından həmin ipləri gətirmiş və hər ikisi birlikdə onun əllərini arxadan bir-birinə doğru sabitləyib iplə bağlamışlar. Təqsirləndirilən şəxs əlləri bağlı vəziyyətdə yerdə uzanıqlı olan zaman ayağını onun başına qoyaraq aşağı doğru sıxmış, bu zaman Müslüm Müslümov onun üz və baş nahiyələrinə yumruq və təpik zərbələri vurmağa davam etmişdir. Bundan sonra Müslüm Müslümov və Təqsirləndirilən şəxs onun ayaqları və qollarından tutaraq maşına aparmış, onu ön oturacaqda oturtduqdan sonra Təqsirləndirilən şəxs onun əynində olan sport geyim şalvarını çıxarmışdır. X8 maşının sürücü oturacağında, atası Təqsirləndirilən şəxs isə onun arxa tərəfində əyləşmişdir. Maşın hərəkətə başlayaraq bilmədiyi istiqamətdə getmiş, onu maşında otuzduran zaman Təqsirləndirilən şəxs onun boyun nahiyəsindən tutaraq başını yuxarı vəziyyətdə saxlayıb bir neçə dəfə boyun və boğaz nahiyələrinə vurmuşdur. X9 telefonu çıxararaq onu videoya çəkməsini demişdir. Müslüm Müslümov bir əli ilə telefonla onu çəkməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs onu vuraraq qızının barəsində olan rüsvayedici şəkilləri paylaşdığını boynuna almağını demişdir. O isə bu hərəkəti etmədiyini dedikdə, yenidən onun boyun və boğaz nahiyələrinə vurmağa davam etmişdir. Eyni hərəkətlər bir neçə dəfə təkrar olunduqdan sonra o, hər dəfə Gülcan barəsində heç bir rüsvayedici hərəkətlər etmədiyini bildirdikdə Təqsirləndirilən şəxs oğlu Müslüm Müslümov maşını saxlayıb onu kanala atacağını deyərək hədələmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mobil telefonu Müslüm Müslümovun əlindən almış, Müslüm Müslümov isə avtomobilin qabaq şitinin əşya saxlanılması üçün nəzərdə tutulan hissəsindən, yəni saxlanc yerindən sarı rəngli olmasını xatırladığı bıçağı çıxararaq onun qarnının sağ hissəsini cızmışdır. O, həmin hərəkətdən qorxaraq özünü geriyə doğru çəkmiş, Təqsirləndirilən şəxs Müslüm Müslümovun əlindən aldığı mobil telefonla avtomobilin arxa hissəsində oturaraq videoya çəkməyə davam etmişdir. Təqsirləndirilən şəxs ona onlardan şikayət etməyəcəyi halda buraxacağını, yoxsa onu kanala atıb atasının yanına göndərəcəyini deyərək hədələmişdir. Kəndin girəcəyinə yaxın bir əraziyə doğru hərəkətdə olan zaman xatırladığı qədərilə Təqsirləndirilən şəxs oğlu Müslüm Müslümov maşını saxlamasını, onu özünün tək aparıb kəndin mərkəzinə qoyacağını, işində problem yaranmasını istəmədiyini demiş, həmin vaxt zərbələrin təsirindən və ona qarşı edilən hərəkətlərə görə qismən huşsuz vəziyyətdə olduğundan Müslüm Müslümovun maşından düşüb-düşmədiyini tam olaraq bilməmişdir. Bundan sonra maşın kəndin giriş hissəsində, Yevlax-Şəki yolunun sağ tərəfində yerləşən çay evinin qarşısında dayanmış, tam olaraq əmin olmasa da, səslərdən güman etdiyi qədərilə Təqsirləndirilən şəxs yanında oğlu Müslüm Müslümov da olmuş, onlardan hansının onu maşından düşürdüyünü tam əminliklə bilməmişdir. Yerə düşürdükdən sonra onu maşından düşürən şəxs yolun asfalt hissəsindən qumluq hissəsinə doğru maili yol kənrarından aşağı istiqamətdə qarın nahiyəsinə bir dəfə təpik zərbəsi vurmuş və o, yerdə bir neçə dəfə fırlanaraq yolun torpaq hissəsində əlləri arxada bağlı və şalvarı əynindən çıxarılmış vəziyyətdə qalmışdır. Təqsirləndirilən şəxs orada dayanmış şəxslərə üzünü tutub “Heç kim bu şərəfsizə yaxınlaşıb kömək etməsin” demişdir. Həmin vaxt o, əli arxadan bağlı vəziyyətdə və əynində yalnız alt paltarı olmaqla uzanıqlı vəziyyətdə olmuş, bundan sonra, maşın səsindən Təqsirləndirilən şəxs oradan uzaqlaşdığını bilmiş, çay evində işləyən Şahid2 ona yaxınlaşaraq kim olduğunu və hansı kənddə yaşadığını soruşmuşdur. O, Muxtar X6 olduğunu dedikdə Şahid2 onu tanıyaraq çay evinə doğru getmiş, əlində bıçaqla onun yanına qayıdıb əllərini açmışdır. Təxminən 5 dəqiqə sonra Şahid2 oradan kənd sakini vətəndaş Ruslan Əskərovun özünə aid 3 təkərli motosikletlə keçdiyini görüb saxlatmış və onu evinə aparmasını bildirdikdə, Ruslan Əskərov onu motosikletə mindirərək evinə aparmışdır. Orada baş vermiş hadisə barədə məlumat tutan qonşuları və qohumları onu qarşılamış, onların köməkliyi ilə o, evə daxil olmuş, baş vermiş hadisələrlə bağlı onda ürəkbulanma olduğundan qusmuşdur. Onun vəziyyətinin pis olmasını görən X22, bacısı Şahid5 və qonşuluqlarında yaşayan Cavanşir Qarayevin qızının Bakı şəhərində yaşayan ad və soyadını bilmədiyi həyat yoldaşına məxsus minik avtomobili ilə onu Yevlax rayon Polis şöbəsinə aparmış, orada şöbənin təhqiqat bölməsində işləyən kapitan rütbəli Rüstəm adlı əməkdaş onları qəbul edib əlində olan mobil telefonla onun fotoşəkillərini çəkmişdir. Sonra isə onlar Yevlax rayon Mərkəzi Xəstəxanasına getmiş, orada həkim müayinələrindən keçmiş, müayinə olunan zaman onun sifətinin sol almacıq nahiyəsində sınıq olması bildirilmiş və o həmin xəstəxanada 5 gün müddətində stasionar müalicədə olmuşdur. Baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs və ailə üzvləri tərəfindən ailəsi təhdid olunmuş, belə ki, onlar bacısına təcavüz edəcəklərini, onu və bacısını öldürəcəklərini, həmçinin yaşadıqları evi yandırcağrını deyərək onları qorxu içində saxlamışlar. X10 və xalasının əri Fərrux Xanməmmədov vasitəsilə xəbər yollayaraq şikayətini geri götürməyəcəyi halda onu və ailə üzvlərini öldürəcəklərini demişdirlər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur, belə ki, Zərərçəkmiş şəxs onun əmisi nəvəsidir. Onunla münasibətləri normal olmuşdur, aralarında hər hansı şəxsi-qərəzlik və düşmənçilik olmamışdır. Yevlax rayonunun Xanabad kənd sakinləri vətəndaş Təqsirləndirilən şəxs və övladı N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Müslüm Müslümovu həmkəndlisi olaraq tanımış, onlarla aralarında hər hansı qohumluq, düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yeznəsi, yəni X5 DİN-nin 102 xidmətinə zəng edərək Zərərçəkmiş şəxs arvadı X3 adına “instagram” sosial şəbəkəsində hesab açdığını, onu və Gülcan Rəsulovanı həmin hesabda təhqir etdiyi barədə şikayət etmiş, X17 rayon polis şöbəsinə verdiyi izahatında həmin səhifənin onun tərəfindən açıldığını, onun barəsində rüsvayedici məlumatları guya onun tərəfindən paylaşıldığını bildirmişdir. Araşdırmanın yekununda onun barəsində cinayət işinin başlanılması faktın öz təsdiqini tapmaması səbəbilə rədd edilmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs atası Rahim Nağıyev təxminən bir il bundan öncə vəfat etdiyi üçün təxminən xx.xx.2022-ci il tarixdə böyük qohumu qismində Yevlax rayon polis şöbəsinə dəvət edilmiş, şöbənin adını və soyadını xatırlamadığı əməkdaşı onu və Təqsirləndirilən şəxs qəbul edərək bu problemli məsələni razılıq yolu ilə barışaraq həll etməklərini onlara demişdir. O da həmin polis əməkdaşı və Təqsirləndirilən şəxs ilə razılaşaraq Zərərçəkmiş şəxs günahının olmadığı təqdirdə ailələr arasında problemin böyüməməsi üçün Yevlax rayon İcra Hakimiyyəti Başçısının Xanabad kənd ərazi dairəsi üzrə nümayəndəliyində Təqsirləndirilən şəxs üzr istəyəcəyi barədə danışacağını bildirmişdir. Bundan sonra o, Yevlax rayonunun Xanabad kəndində Zərərçəkmiş şəxs evinə gəlmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs günahı olmadığı təqdirdə ailələr arasında problemin böyüməməsi məqsədi ilə üzr istəməsini məsləhət görmüş, lakin Zərərçəkmiş şəxs onunla razılaşmamışdır, belə ki, Zərərçəkmiş şəxs etmədiyi qanunsuz hərəkət barəsində üzr istəməyəcəyini bildirmişdir. Daha sonra təxminən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Zərərçəkmiş şəxs üzr istəməsi barədə soruşduqda, o, Zərərçəkmiş şəxs razı olmadığını, üzr istəməyəcəyini bildirdikdə, Təqsirləndirilən şəxs ona bildiyini edəcəyini deyib telefonu söndürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində Yevlax rayonunun Xanabad kəndində yerləşən ailəsi ilə birlikdə yaşadığı evdə olarkən müddətin uzun olması səbəbilə hazırda xatırlamadığı kənd sakini ona zəng edərək Zərərçəkmiş şəxs döyülərək əlləri bağlı şalvarı çıxardılmış şəkildə Xanabad kəndində yerləşən çayxananın qabağına atıldığını və kənd sakinlərinin köməyi ilə evə gətirildiyini demiş, o da dərhal Zərərçəkmiş şəxs evinə gəlmişdir, Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə, paltarında qan ləkəsinin olduğunu, üzündə isə ağır xəsarətlərin olduğunu görüb dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, həmçinin “103” xidmətinə zəng edərək Zərərçəkmiş şəxs ağır vəziyyətdə olduğunu bildirmişdir. Təxminən 5 dəqiqə sonra Yevlax rayon polis şöbəsindən ona zəng gəlmiş, o, zəng etmiş polis əməkdaşına hadisəni müfəssəl danışmış, polis əməkdaşı Zərərçəkmiş şəxs avtomobilə qoyaraq Yevlax rayon polis şöbəsinə gətirməyini bildirdikdə, o, bu barədə Zərərçəkmiş şəxs anasına və bacısına demişdir. Bundan sonra Ayşən Nağıyeva, Şahid5 və Zərərçəkmiş şəxs X10 Zərərçəkmiş şəxs avtomobilə qoyub ilkin olaraq Yevlax rayon polis şöbəsinə, sonra isə Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə baş verdikdən təxminən 10-15 gün sonra Zərərçəkmiş şəxs onu yaşadıqları evə çağıraraq Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etdiklərini dedikdə, o Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadığı evə gəlib şikayətin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs və X20 Müslümov tərəfindən təhdid olunduqlarını, qızı Şahid5 zor tətbiq edəcəklərini, yaşadıqları evi yandıracaqları barədə təhdid edildiklərini, bu barədə 102 xidmətinə məlumat verdiklərini bildirmişlər. Lakin onun Təqsirləndirilən şəxs onları ölümlə hədələməsi barədə, şikayətlərini geri götürmədikləri təqdirdə Zərərçəkmiş şəxs və ailə üzvlərini öldürəcəkəri ilə hədələməsi barədə məlumatı yoxdur. Bundan sonra Yevlax rayon polis şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs evinə gəlmiş, onlardan təhdid olunmaqları barədə izahat alınmış və Şahid5 həmin polis əməkdaşlarına qorxduğunu, təhlükəsizlikiyinin təmin edilməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, Şahid5 və Ayşən Nağıyevanı təhdid etməsi barədə məlumatı yalnız onlardan eşitmiş, belə ki, onlar bu barədə 102 xidmətinə məlumat verərkən onademişlər. Lakin Təqsirləndirilən şəxs, Müslüm Müslümov və ailə üzvləri bilavasitə onun yanında Zərərçəkmiş şəxs, Şahid5 və Ayşən Nağıyevanl təhdid etməmişdir və onlara qarşı Gülağa Müslümmov, Müslüm Müslümov və ailə üzvləri bu təhdidlərlə bağlı real qeyri-qanuni hərəkətlər etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Yevlax rayonunun Xanabad kənd sakinləri vətəndaş Təqsirləndirilən şəxs və onun övladı N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X4 həmkəndlisi olaraq tanımışddır. Onlarla aramızda hər hansı qohumluq və düşmənçilik olmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yeznəsi, yəni X5 DİN-nin 102 xidmətinə zəng edərək onun arvadı X3 adına “instagram” sosial şəbəkəsində hesab açdığını, onu və Gülcan Rəsulovanı həmin hesabda təhqir etdiyi barədə şikayət etmiş, X17 rayon polis şöbəsinə verdiyi izahatında həmin səhifənin onun tərəfindən açıldığını, onun barəsində rüsvayedici məlumatları guya onun tərəfindən paylaşıldığını bildirmişdir. Araşdırmanın yekununda onun barəsində cinayət işinin başlanılması faktın öz təsdiqini tapmaması səbəbilə rədd edilmişdir. xx.xx.2022-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs səhər saat 06:00 radələrində kənd əhalisi arasında müəyyən edilmiş ümumi qaydaya görə həmin gün Şirvan kanalının yaşadıqları kəndin ərazisindən keçən hissəsinin digər tərəfində su anbarının kənarında qoyunları otarmaq üçün nobata getmiş, bundan sonra o, 07:20 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu vasitəsi ilə qardaşı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş, vəziyyətinin necə olduğunu, ümumi hal-əhvalını soruşub danışdıqdan sonra telefonu söndürmüşdür. Təxminən 5-10 dəqiqə sonra qardaşı Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək ona Müslümgilin olduğu yerə gəldiyini, hücum çəkdiklərini, köməyə adam göndərməyini demiş, o da bu zaman telefonu söndürmədən X22ya qardaşı Zərərçəkmiş şəxs zəng etdiyini və ona dediklərini X22ya bildirmişdir. X22 evdən çıxaraq Şirvan kanlının yaşadıqları kəndin ərazisindən keçən hissəsinə doğru qaçmış, o da paltarlarını geyinib anasının arxasınca həmin istiqamətdə qaçmışdır. Əvvəlcə o, telefonu söndürmüş, lakin yenidən bir daha qardaşının istifadəsində olan telefona zəng etmiş, bu zaman qardaşı Zərərçəkmiş şəxs telefonu açaraq ona Müslüm Müslümovun və Təqsirləndirilən şəxs hücum etdiyini, təcili olaraq köməyə adam çağırmağını dedikdə, o, qardaşı Zərərçəkmiş şəxs adam çağıracağını deyib bir az da dözməsini bildirmişdir. X22 ilə o, Şirvan kanalının bəndlərinin üzərinə çıxaraq kənd əhalisinin qoyunları otardığı su anbarı istiqamətə baxmış, lakin nə qoyun sürüsünü nə də ki, qardaşı Zərərçəkmiş şəxs görmüşdür. Bu zaman o, telefonu söndürmədiyi üçün telefona qulaq asan zaman çığırtı, bağırtı səsləri, habelə ordakı şəxslərdən birinin “Müslüm ipi gətir” dediyini eşitmişdir. Daha da təlaşa düşərək X22ya səslənərək Nağını öldürdüklərini demiş, telefonda səslərə qulaq asan zaman səslərin qarışdığını, heç bir şeyin aydın başa düşülmədiyini görüb telefonu söndürüb yenidən yığmaq istəyərkən, qardaşı Zərərçəkmiş şəxs telefonuna zəng çatmamışdır. O, X22 və həmin vaxt həyacanlı olduğu üçün hazırda xatırlamadığı həmkəndliləri ilə birlikdə qardaşı Zərərçəkmiş şəxs axtarmağa gedərkən xatırlamadığı həmkəndlilərindən zəng gəlmiş, həmin şəxs ona qardaşı Zərərçəkmiş şəxs evdə olduğunu bildirmişdir. Onlar da dərhal evə qayıtmış, bu zaman o, evin qarşısında toplaşan camaatı görüb qardaşının öldüyünü düşündüyü üçün həyacandan huşunu itirmişdir. Özünə gələn zaman qardaşı Zərərçəkmiş şəxs yaralı və döyülmüş vəziyyətdə evin həyətində görmüş, Zərərçəkmiş şəxs xatırlamadığı şəxsin avtomobili ilə ilkin olaraq Yevlax rayon polis şöbəsinə, daha sonra isə Yevlax rayon Mərkəzi xəstəxanasına aparmışlar. Şahid4 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, səhhətimlə əlaqədar keçiriləcək məhkəmə iclasına gələ bilməyəcəyini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, Yevlax rayonunun Xanabad kənd sakinləri vətəndaş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və X4 həmkəndlisi olaraq tanımış, onlarla aralarında hər hansı qohumluq, düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 07:30 radələrində iki baş iri buynuzlu heyvanlarını Yevlax rayonunun Xanabad kəndində yerləşən biçilmiş taxıl sahəsinə otlamaq üçün ötürüb çay içmək üçün həmin kənddə yolun kənarında olan çayxanaya gələrək digər kənd sakinləri ilə çayxananın qarşısında söhbət etmiş, bu zaman çayxananın qarşısından keçən yolun asfalt hissəsində avtomobilin dayanması səsini eşitib avtomobilə baxan zaman Təqsirləndirilən şəxs VAZ 2107 markalı ağ rəngli avotomobildən düşüb həmin avtomobilin qabaq sağ qapısını açaraq orada oturan Zərərçəkmiş şəxs avotomobildən sərt şəkildə düşürdüb yolun torpaq hissəsindən çayxana istiqamətində çökəyə doğru bir dəfə təpik vuraraq itələdiyini görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şərəfsiz deyə səslənib Zərərçəkmiş şəxs kömək edəcək şəxs barəsində var-yox söyüşü söymüş və avtomobilinə oturub getmişdir. Bu zaman Zərərçəkmiş şəxs əlləri arxadan bağlı və əynində şalvarı olmamışdır, lakin alt paltarı olmuşdur. Çayxanada ofsiant işləyən Şahid2 Zərərçəkmiş şəxs yanına gedərək əllərini açmış, bu zaman qardaşı oğlu Şahid1 özünə məxsus motosikleti ilə oradan keçərkən kənd sakinləri Zərərçəkmiş şəxs evinə aparmasını dedikdə, Şahid1 da Zərərçəkmiş şəxs motosikletinə mindirib evinə aparmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs maşınla çayxananın qarşısına gətirəndə tək olmuşdur, o, X13 Müslümovun və Zərərçəkmiş şəxs yanında görməmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X11, X14, Şahid1, Şahid2 və Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək anoloji məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (İ cild iş vər.01); Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 462 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sol almacıq sümüyünün çatı, sol gözaltı nahiyəsinin qançırı, sol gözün ağlı qişasının yayılmış qansızması, sol çiyin qurşağının qançırı, başın təpə-ənsə nahiyəsinin, sol əlin arxa səthinin sıyrığı, sol tərəf sifətin şişkinliyi və qançırı, boynun sol yan səthinin sıyrığı, sağ və sol qabırğaüstü nahiyəsinin qançırları” küt alətinalətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş, bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddir. Sağ qalça çuxurunda olan sıyrığın deşici-kəsici alətin (ola bilsin bıçağın) ucunun təsirindən törənməsi istinsa edilmir. (İ cild iş vər.29); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(İİ cild iş vər.73); Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib üz yüz saat ictimai işlər cəzasına məhkum edilmişdir. (İİ cild iş vər.77-80); Yevlax Rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş məlumatdan görünür ki, Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib üz yüz saat ictimai işlər cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmışdır. (İİ cild iş vər.81); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İİ cild iş vər. 114-115); Cinatyət işinin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmkəndilisi Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması faktı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə bütün təxirəsalınmaz və zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsini nəzərə alaraq, həmin cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun “X21”-nin 189.20-ci bəndinə əsasən istintaqın davam etdirilməsi üçün aidiyyati üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğu vasitəsi ilə Yevlax rayon polis şöbəsinə göndərilməsi qərara alınmışdır.(İİ cild iş vər. 118-120); Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraatına qəbul ediməsi və ibtidai istintaq aparılması qərara alınmışdır.(İİ cild iş vər. 125); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə cinayət işi üzrə əməl həmin məcəllənin 127.1 və 145.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. (İİ cild iş vər.152-153); Təqsirləndirilən şəsxin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydükdən sonra Yevlax rayonu Xanabad kəndinin qarşısında idarə etdiyi VAZ 2107 markalı **-BG-*** nömrəli avtomobilin ön oturacağından düşürdüyünü bildirmişdir. (İİ cild iş vər.202-206); Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7976 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, qərarın təsviri hissəsində göstərilən 01 ədəd 64 GB yaddaş tutumlu, “Redmi Note 10S” markalı telefonun satışı üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intersivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 270 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elna olunmuş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 127.1, 145.2.5 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməli və ona həmin maddələrlə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (İİ cild iş vər.240-241); Yevlax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 3(039)-68/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində Yevlax rayon Xanabad kəndi ərazisində Yevlax rayon Xanabad kənd sakini Zərərçəkmiş şəxs Rahib oğluna qarşı zor tətbiq edən zaman sonuncuya məxsus “Redmi Note 10S” markalı telefonu məhv etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın iki misli miqdarında, yəni 540 (beş yüz qırx) manat məbləğində cərimə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-61/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 3(039)-68/2023 nömrəli qərarı təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş və Təqsirləndirilən şəxs təqsirli bilindiyi İXM-in 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarında, yəni 270 (iki yüz yetmiş) manat məbləğində inzibati cərimə edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində hazırda Təqsirləndirilən şəxsla barışaraq öna dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təstiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Hal-hazırda aralarında olan mübahisə ilə bağlı razılığa gəlmişlər və problemi həlli etmiş və barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Yazılanları öz imzası ilə təstiq edir və qeyd olunan halları nəzərə alıb ona köməklik edilməsini xahiş edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təstiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Hal-hazırda aralarında olan mübahisə ilə bağlı razılığa gəlmişlər və problemi həlli etmiş və barışmışlar. Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi yoxdur. Yazılanları öz imzası ilə təstiq edir və qeyd olunan halları nəzərə alıb ona koməklik edilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). CM-in 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlıq əməli subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Sözügedən Qərardadda qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Konstitusiya Məhkəməsi öz Qərardadında vurğulamışdır ki, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən edilmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarında vurğulanmışdır ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-in xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. 4-cü bəndinə əsasən CM-in 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi xuliqanlıq əməlini etiraf etməməsi, yəni kəndin mərkəzində yerləşən ictimai yer hesab edilən çayxananın qarşısına gətirib orada özü avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxs qolları bağlı halda orada olan insanların gözü qarşısında avtomobildən düşürdüb öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla təpiklə vurub zor tətbiq etməklə sonuncuya kömək edəcək orada olan çoxsaylı şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlədərək onlara qarşı zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 145.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı isə aşağıdakıları qeyd edir: CM-in 145.2.5-ci maddəsində zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunsuz azadlıqdan məhrum etmə adam oğurluğu ilə bağlı oxşar cinayət olsa da, bəzi əlamətlərinə görə ondan fərqlənir. CM-in 145-ci maddəsinin dispozisiyasındakı “adam oğurluğu ilə bağlı olmayan” ifadəsi həmin cinayət tərkibləri arasındakı fərqin sərhədini müəyyən etməyə imkan verir. CM-in 145-ci maddəsində nəzərdə tutulan cinayətin əsas obyektini hər kəsin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunan azadlıq hüququ təşkil edir. Əlavə obyekt qismində şəxsin həyat və sağlamlığının təhlükəsizliyi ilə bağlı ictimai münasibətlər çıxış edir. Qanunsuz azadlıqdan məhrum etmə cinayəti obyektiv cəhətdən insanı sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək, Azərbaycan Respublikasının ərazisindən kənara getmək azadlığından qanunsuz olaraq məhrum etmədə ifadə olunur. Şəxsin azadlıq hüququnun məhdudlaşdırılması qanuna müvafiq surətdə tutulma, həbsəalma və digər cinayət-prosessual məcburiyyət tədbirləri və ya azadlıqdan məhrum etmə kimi qiymətləndirilir. Qanunsuz azadlıqdan məhrum etmənin üsulları müxtəlif ola bilər: fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə, aldatma, etibardan sui-istifadə etmə və s. Fiziki zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsin iradəsini qırmaq üçün həm onun özünə, həm də yaxın qohumlarına tətbiq oluna bilər. Qanunsuz azadlıqdan məhrum etmə cinayəti üzrə zərərçəkmiş şəxs bir halda olduğu evdə, mənzildə, bağ evində, nəqliyyat vasitəsində və s. öz arzusuna zidd olaraq saxlanılır, digər halda isə məcburi qaydada arzu etmədiyi yerə salınır. Yəni, adam oğurluğu cinayətindən fərqli olaraq qanunsuz azadlıqdan məhrum etmə zərərçəkmiş şəxsin zorla bir yerdən götürülərək başqa yerə aparılıb saxlanılması ilə əlaqədar olmur. Qanunvericiliyin tələbindən göründüyü kimi, şəxsin CM-in 145-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün o, digər şəxsi olduğu yerdə öz arzusuna zidd olaraq saxlamalı və ya həmin şəxsi məcburi qaydada arzu etmədiyi yerə salmalıdır. Yəni, zərərçəkmiş şəxsin zorla bir yerdən götürülərək başqa yerə aparılıb saxlanılması adam qanunsuz azadlıqdan məhrum etmə ilə əlaqədar olmur. Təqsirləndirilən şəxs irəli sürülmüş qanunsuz azadlıqdan məhrum etmə ilə bağlı ittihamdan göründüyü kimi, o, Zərərçəkmiş şəxslə mübahisə edib sonuncunun həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək məqsədilə Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə onun iradəsi əleyhinə zidd olaraq əllərini arxadan bir-birinə təsərrüfat ipi ilə bağlayaraq sonuncunu məcburi formada zorla idarə etdiyi “VAZ 2107” markalı, “**-CB-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağına otuzdurmaqla Zərərçəkmiş şəxs faktiki olaraq azadlığını məhdudlaşdırdıqdan sonra sonuncunun əynində olan şalvarını çıxardaraq özü avtomobilin sükanı arxasına əyləşib avtomobili idarə edib təxminən 15 dəqiqə ərzində Zərərçəkmiş şəxs qanunsuz olaraq azadlıqdan məhrum edib psixi iztirablar verməklə avtomobili Xanabad kəndinin ərazisindəki örüş-otlaq sahəsindən 3 km məsafədə yerləşən həmin kəndin mərkəzində yerləşən ictimai yer hesab edilən çayxananın qarşısına gətirib orada özü avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxs qolları bağlı halda orada olan insanların gözü qarşısında avtomobildən düşürdüb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Yəni, Təqsirləndirilən şəxs irəli sürülmüş qanunsuz azadlıqdan məhrum etmə ilə bağlı ittihamdan göründüyü kimi o, Zərərçəkmiş şəxs olduğu yerdə öz arzusuna zidd olaraq saxlamamış, həmçinin sonuncunu məcburi qaydada arzu etmədiyi yerə salmamışdır. Yəni, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi zorla bir yerdən götürərək başqa yerə aparması onun əməlində qanunsuz azadlıqdan məhrum etmə cinayətinin tərkibinin olmasını istisna edir. Məhkəmə qeyd edir ki: - cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edən, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edən CPM-in təqsirlizlik prezumpsiyası prinsipinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21-ci maddəsi); - hakimlərcinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər (CPM-in 25-ci maddəsi); - məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir (CPM-in 349-cu maddəsi). Nəzərə alınmalıdır ki, CPM-lə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.1-ci maddələrinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur; CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakimqanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs əməlində qanunsuz azadlıqdan məhrum etmə cinayətinin tərkibinin olmaması nəticəsinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum etməsi hər hansı sübutla öz təsdiqini tapmır. Əldə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla isə əksinə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum etməməsi sübut olunur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum etməsini təsdiq edən mötəbər sübutlar əldə edilmədən ona qarşı CMin 145.2.5-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, ehtimal və mülahizələrə əsasən belə bir ittiham əsasında Təqsirləndirilən şəxs CM-in 145.2.5-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması yolverilməzdir. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayət-prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. CPM-in: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 145.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi xuliqanlıq əməli isə CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edildiyindən o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli tam etiraf etməsini və əməlindən səmimi peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzası Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 145.2.5-ci maddəsi ilə bəraət verilməli, o, CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlibilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar