Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-52/2020 21.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 64 ünvanda qeydiyyatda olan və Mingəçevir şəhəri Günəşli qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrindəYevlax rayonu Havarlı kəndində yerləşən otlaq sahəsində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs qəsdən yumruq - təpiklə dəfələrlə vuraraq, ona “sağ tərəf alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası, alt çənənin sol qanadının sınığı, sağ baldırın orta 1/3-nin yan səthinin dərialtı hematoması və sıyrığı” ilə nəticələnən bədən xəsarətləri yetirib qəsdən Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16:30 radələrində yaşadığı evdə olan zaman səs-küy, söyüş-dalaşma səslərini eşidib evdən nə hadisəsi olduğunu öyrənmək üçün çöləçıxmış, çöləçıxdıqda Eyvazın qardaşı Orxanı söyüb-təhqir etdiyini görmüş, o, söyüş-dalaşma səslərini eşidən zaman atası da onunla birlikdə evdə olmuş və həmin səsləri eşidib atası da çöləçıxmış, atası Eyvazla məsələni aydınlaşdırmaq üçün Eyvazın yanına getmiş, Eyvaz atası Aşırı da söyüb təhqir etməyə başlamış, atası da Eyvaza cavab qaytarmış, o, həmin vaxt aralıda dayanmışdır. Eyvazla atasının əlbəyaxa olduğunu, söyüşdüyünü görüb onların yanına gedib onları bir-birindən aralamış, həmin vaxt Eyvazı bir dəfə yumruqla vurmuşdur. Əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, məhkəmədən barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16:00 radələrində Yevlax rayonu Havarlı kənd ərazisində yerləşən pay torpaq sahəsində olan zaman həmkəndlisi Aşırın kiçik oğlu sonradan adını bildiyi Orxanın orada qoyun otardığını görmüş, Orxana yaxınlaşıb ona iradını bildirmiş, Orxan onunla mübahisə edərək heyvanları otlaq sahəsindəəcəb edib otardığını, həmin torpaq sahənin onlara məxsus olduğunu demiş, o da Orxana onlarışikayət edəcəyini bildirmişdir. Bir az sonra o oradan uzaqlaşıb öz iribuynuzlu heyvanlarını gətirməyə getmiş, heyvanlarını gətirib sahəyəötürən zaman Aşır ucadan nalayiq söyüşlər söyərək ona yaxınlaşmış, Aşır onun yanına çatan kimi cibindən bıçaq çıxararaq bıçağı onun qarın nahiyyəsinə sıxaraq onu vuracağını demişdir. Aşırın böyük oğlu Əfqan onun atası Aşırla mübahisə etdiklərini görüb onların yanma gəlmiş, ona nalayiq söyüşlər söymüşdür. Əfqan onunla Aşırın arasında girdikdən sonra yumruqla onun sifət nahiyyəsindən, təpiklə isə ayaqlarından vuraraq xəsarət yetirmiş, o, aralaşıb arxın başında ağzının qanını yumuş, daha sonra isə DİN-nin 102 Məlumat Mərkəzinə müraciət etmiş və Yevlax rayon polis şöbəsinə ərizə yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 21 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət- “sağ tərəf alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası, alt çənənin sol qanadının sınığı, sağ baldırın orta 1/3-nin yan səthinin dərialtı hematoması və sıyrığı, küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən alt çənənin sol qanadının sınığı səhhətin uzun müddət pozulmasına səbəb olduğuna görə dərəcəsi sağlamlığa az ağır, alt dodağın selikli qişasının cərrəhi tikişə ehtiyacı olan əzilmiş yarası və sağ baldırın sol yan səthinin dərialtı hematoması səhhətin qısa müddət pozulmasına səbəb olduğuna görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər.13-14); “qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər.74); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (iş vər.42); Zərərçəkmiş şəxs məhkəmə ünvanladığı teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışdığından, zərərçəkmişşəxsin ona qarşı heç bir şikayəti olmadığından barəsindəki işüzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi və işüçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmişşəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı vəTəqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və işüzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat miqdarında haqq ödənilməlidir. İşüzrə mülki iddia yoxdur. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 ibtidai istintaqda göstərdiyi 16 (on altı) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, 36 (otuz altı) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-52/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-52/2020
21.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver