Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-52/2022 28.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Yevlax rayonu, Mironabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Bünyadabad kəndində qeydiyyatda olan, Yevlax rayonu, Çobankərə kəndində yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 25.01.2022-ci il tarixdə saat 21:00 radələrində öz yaşadıqları Yevlax rayonu, Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evinin qonaq otağında aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı qəsdən gəlini Zərərçəkmiş şəxs sağ əlinin 4-cü barmağını burmaqla sonuncuya “sağ əlin 4-cü barmağının şişkinliyi, dırnaq falanqasının yarımçıxığı” sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş beləliklə, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, oğlu Şahid2 ilə gəlini Zərərçəkmiş şəxs 6 ildir ki evlidir. Onların birgə nikahlarından iki azyaşlı uşaqları olmuşdur. Zərərçəkmiş şəxs, digər oğlu Şahid3, Şahid3 arvadı X3, iki azyaşlı nəvəsi və əri Şahid1la birlikdə yaşayır. Gəlini Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmamışdır. Zərərçəkmiş şəxs əri Şahid2 yaxşı baxmır, onun paltarlarını yumur, sözündən çıxır və ev işlərini görmür. Buna görə də aralarında mübahisələr baş vermişdir. 25 yanvar 2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı evdə olan zaman gəlini Türkanəylə aralarında azyaşlı münaqişə baş vermişdir. Münaqişə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq küçə söyüşləri söydüyü üçün sillə ilə Türkanəni vurmaq istəmişdir. Türkanə sağ əlini sifətinin qarşısında tutduğundan onun sağ əlini tutaraq sıxmış, lakin Türkanəni vura bilməmişdir. Hazırda gəlini Türkanə ilə barışmışdır. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, altı ildir ki həmkəndlisi Şahid2 ilə evlidir. Birgə nikahlarından iki azyaşlı uşaqları var. Əri Rüfət “Qarabağ Kanalının” yaxınlığında fəhlə işlədiyindən 3-4 gündən bir evə gəlir. Qayınanası Təqsirləndirilən şəxs və qayını Şahid3la münasibətlərinin yaxşı olmamışdır. Təqsirləndirilən şəxs və Şahid3 heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq onunla münaqişə etmişdir. Altı ildir ki həmkəndlisi Şahid2 ilə evlidir və onların birgə nikahlarından 2 azyaşlı övladları var. Əri Rüfət, iki azyaşlı övladı, qayınanası Kamilə, qayınatası Əfqan, qayını Şahid3 və Fuadın arvadı Gülşən Əliyeva ilə birlikdə yaşayır. X6 kanalının yaxınlığında fəhlə işlədiyindən 3-4 gündən bir evə gəlir. Qayınanası Təqsirləndirilən şəxs və qaynı Şahid3 heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq onunla münaqişə etmişlər. 25 yanvar 2022-ci il tarixdə saat 21:00 radələrində evlərində olan zaman qayınanası Təqsirləndirilən şəxs atası Mürsəlin azyaşlı övladlarına uşaq bezi almasını bəhanə gətirərək onunla münaqişə edərək onu döymüşdür. Belə ki, Kamilə əli ilə onun sifət və boyun nahiyəsindən bir neçə dəfə zərbə vurmuşdur. Aralarında baş verən münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, əməli törtəmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, qardaşının arvadı Zərərçəkmiş şəxs ilə bir evdə yaşayırlar. Zərərçəkmiş şəxs anası Kamilə ilə münasibətlərinin yaxşı olmamışdırş 25 yanvar 2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı evdə olan zaman Türkanə ilə anası Kamilə arasında münaqişə baş vermişdir. Münaqişə zamanı Türkanə anası Kamiləyə nalayiq ifadələr işlətdiyi üçün anası Kamiln Türkanəni vurmaq istəmişdir. Ancaq Türkanə sağ əlini üzünün qarşısında tutduğundan anası Kamilə Türkanənin sağ əlindən tutaraq əlini burmuşdur. Türkanə anası Kamilənin ünvanına nalayiq ifadələr işlətdiyi üçün Türkanəyə sözlə iradlarını bildirərək acıqlanmışdır. Ancaq Türkanəni vurmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının 09 fevral 2022-ci il tarixli 01/79 saylı rəyə əlavə rəydən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ əlin İV barmağının şişkinliyi, dırnaq falanqasının yarımçıxığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinədən 6-8 gün əvvələ uyğun gəlir, 25.01.2022-ci il tarixdə yetirilməsi istisna edilmir, səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Qeyd olunan xəsarətin kənar şəxs tərəfindən burulma və ya qatlanma zamanı törənməsi mümkündür. Yuxarıda qeyd olunan xəsarətdən başqa onun bədənində digər xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə rəsmi qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eləcə də Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək gəlini Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3- cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə CM-nin 73-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-52/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-52/2022
28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver