Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-52/2023 10.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakları ilə xx.xx.1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 234.1, 326.2-ci maddələrində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə, 3100 manat cərimə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 06 il 06 aya və 2400 manat cərimə cəzasına endirilmiş, xx.xx.2021-ci ildə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş, lakin 2400 manat cərimə cəzası ödənilməmiş, Bərdə şəhəri, Fizuli küçəsi, ev 75-də qeydiyyatda olan, barəsində bu iş üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə 15 oktyabr 2021-ci il tarixdə Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi ev 10, mənzil 1-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus Yevlax şəhəri 32-ci məhəllədə yerləşən ünvansız evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq oradan bir metrinin qiyməti 5 manat olan müxtəlif ölçülərdə ümumilikdə 150 metr ölçüdə 50 mm diametrli metal boruları, bir metrinin qiyməti 2 manat olan müxtəlif uzunluqlarda olan ümumilikdə 200 metr ölçüdə 20 mm diametrli dəmir armaturları və 500 manat dəyərində 1 metrkub ölçüdə 5-lik şam ağacından olan müxtəlif uzunluqlarda olan taxtaları qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1650 (min altı yüz əlli) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə 09 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Yevlax rayonu İravanlı qəsəbəsində yerləşən yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan yardımçı tikilidən hər birinin ayrı-ayrılıqda qiymətləri 80 manat olan iki ədəd 40 litir su tutumuna malik aliminum materialdan hazırlanmış su qablarını, hər birinin ayrı-ayrılıqda qiymətləri 50 manat olan üç ədəd 20 litir su tutumuna malik aliminium materialdan hazırlanmış qazanları, bir metrinin qiyməti 15 manat olan 30 metr uzunluğunda 9 ədəd 100 mm diametirli metal boruları, bir metrinin qiyməti 3 manat olan müxtəlif ölçülərdə 14 metr uzunluqda 32 mm diametrli dəmir armaturları, hər birinin ayrı-ayrılıqda qiymətləri 150 manat olan iki ədəd “Aqidel” markalı su nasoslarını, hər birinin ayrı-ayrılıqda qiymətləri 120 manat olan iki ədəd “MARQUİS MKP62” markalı su nasoslarını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1342 (min üç yüz qırx iki) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə 10 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 oğlunun yaşadığı Yevlax rayonu İrəvanlı qəsəbəsində yerləşən evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan yardımçı tikilidən qiyməti 250 manat olan bir ədəd 15 litrlik su tutumuna malik samovarı, qiyməti 150 manat olan bir ədəd 10 litr su tutumuna malik samovarı, bir metrinin qiyməti 2 manat olan 100 metr uzunluqda 3 jilalı mis materialdan hazırlanmış elektrik naqilini qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 600 (altı yüz) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə 18 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus Yevlax rayonu Kövər kəndində yerləşən evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan yardımçı tikilidən qiyməti 450 manat olan bir ədəd "Bosch” markalı qaynaq aparatını, qiyməti 50 manat olan bir ədəd "Bosch” markal laqondanı, qiyməti 50 manat olan bir ədəd mis materialdan hazırlanmış qazanı, bir metrinin qiyməti 3 manat olan 10 metr uzunluqda 3 jilalı mis materialdan hazırlanmış elektrik naqilini və qiyməti 30 manat olan “Tornado” markalı elektirikli nasosunu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 610 (altı yüz on) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç yerdə işləmədiyinə görə maddi cəhətdən çətinlikləri olmuşdur. Ona görə də qonşuluqda yerləşən Mahizər Salahovaya məxsus həyət evində heç kəsin yaşamadığını bildiyindən həmin həyətdən oğurluq etmək qərarına gəlmişdir. 15 oktyabr 2021-ci il tarixdə yaşadığı evdən çıxaraq piyada Mahizərə məxsus həyətin arxa tərəfinə gəlmiş və daş hasardan aşaraq həyətə daxil olmuş və orada hər birinin uzunluğu təxminən 3-4 metr olan çoxlu sayda metal boruları, hər birinin uzunluğu təxminən 3-4 metr olan çoxlu sayda dəmir armaturları və xeyli sayda taxta materiallarını oğurlayaraq həyətdə giriş qapısının qarşısına yığmışdır. Ertəsi gün, yəni 16 oktyabr 2021ci il tarixdə səhər saatlarında markasını, nömrəsini və sürücüsünü xatırlamadığı yük avtomobili ilə 20 manat pulun müqabilində həmin oğurladığı tikinti materiallarının hamısını Yevlax şəhər avtovağzalının yaxınlığında metal qəbulu ilə məşğul olan İlham adlı şəxsin sexinə aparıb 200 manata satmış və əldə etdiyi pulun hamısını öz şəxsi məsrəflərinə xərcləmişdir. Bundan sonra bir daha oğurluq edərək pul əldə etmək üçün 09 dekabr 2021ci il tarixdə yaşadığı evdən çıxaraq piyada getməyə başlamışdır. Bu zaman Yevlax rayonu İrəvanlı qəsəbəsinin qarşısından keçən zaman dəmir yolundan sonra kəndin kənarında olan evlərdən birinin işıqlarının yanmadığını görüb həmin evin qarşısına gəlmiş və sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsə məxsus evə yaxınlaşanda orada heç kəsin yaşamadığını görmüş və qapının üzərindən aşaraq həyətə düşmüşdür. Daha sonra yerdən dəmir parçası taparaq evin kilidi qırıb qapını açmış və tikilinin içərisindən iki ədəd aliminium materialdan olan su qablarını, üç ədəd aliminium materialdan olan qazanları, 9 ədəd təxminən 3 metr uzunluqda metal boruları, üç ədəd təxminən 3 metr uzunluqda 32-lik dəmir almaturları, iki ədəd kiçik ölçülü, iki ədəd böyük ölçülü su nasoslarını çıxarmış, sonra isə həmin əşyaları daşıyaraq Bərdə-Yevlax avtomobil yolunun kənarında olan kolların arasına yığmışdır. Bundan sonra geri qayıdaraq yenidən həmin evin həyətinə daxil olub qonşuluqda olan evin həyətinə yaxınlaşmış, sonradan adının Zərərçəkmiş şəxs2 oğlu olduğunu bildiyi şəxsin həyətində yardımçı tikilinin olduğunu görmüşdür. Həmin tikilinin qapısını açaraq tikiliyə daxil olmuş, orada bir ədəd böyük ölçülü, bir ədəd kiçik ölçülü samovarları, top şəklində olan elektrik naqilini götürərək yenidən yaşayış olmayan həyətə keçmişdir. Sonra isə oğurladığı əşyaları Bərdə-Yevlax avtomobil yolunun kənarına, digər əşyaları yığdığı yerə aparıb orada gizlətmişdir. Ertəsi gün, yəni 10 dekabr 2021-ci il tarixdə evdən çıxaraq piyada oğurladığı əşyaları gizlətdiyi yerə gəlmiş və yol ilə keçən markasını və sürücüsünü xatırlamadığı kiçik ölçülü yük avtomobilini saxladaraq onu Yevlax şəhərinə aparmasını xahiş etmişdir. Sürücü məsafə yaxın olduğuna görə 10 manat pulun müqabilində onu və əşyaları aparmağa razılıq vermiş, oğurladığı əşyaların hamısını avtomobilin yük yerinə yığmış, sonra həmin əşyaları İlham adlı şəxsin sexinə aparmışdır. İlham həmin əşyaları tərəzidə çəkib ona 50 manat pul vermişdir. Bundan sonra bir daha oğurluq edərək pul əldə etmək üçün 18 dekabr 2021-ci il tarixdə yaşadığı evdən çıxmış və Yevlax rayonu Kövər kəndində sonradan adının Zərərçəkmiş şəxs4 olduğunu bildiyi şəxsin həyətinə hasardan aşaraq daxil olmuş və həyətdə olan yardımçı tikiliyə yaxınlaşıb qapını açmış və tikiliyə daxil olmuşdur. Həmin tikilinin içərisində bir ədəd qaynaq aparatını, bir ədəd laqondanı, bir ədəd mis qazanı, təxminən 10 metr uzunluqda elektrik naqilini və bir ədəd elektirikli nasosu götürərək ilkin olaraq hissə-hissə həyətə daxil olduğu yerə aparmış, sonra həmin əşyaları hasarın üzərinə yığmışdır. Hasardan aşandan sonra oğurladığı əşyaları küçəyə yığmışdır. Sonra yol ilə keçən markasını, nömrəsini və sürücüsünü xatırlamadığı taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilini saxladıb oğurladığı əşyaları avtomobilin yük yerinə yığmış, sürücü onu 10 manat pulun müqabilində yaşadığı evin qarşısına gətirmiş, oğurladığı əşyaların hamısını həyətində gizlətmişdir. Həyətlərdən etdiyi oğurluq hadisələrindən başqa digər yerlərdən oğurluq etməmiş, oğurluq edərkən yanında başqa şəxs olmamış, ona başqa şəxs kömək etməmiş, oğurluğu tək etmişdir. Oğurladığı əşyaları markasını, nömrəsini və sürücüsünü xatırlamadığı yük və minik avtomobilləri ilə daşıyaraq metal qəbulu məntəqəsində İlham adlı şəxsə satmışdır. Zərərçəkmiş şəxs4 evinin həyətindəki yardımçı tikilidən oğurladığı bir ədəd qaynaq aparatı, bir ədəd laqonda, bir ədəd mis qazan və təxminən 10 metr uzunluqda elektrik naqilini yaşadığım evin həyətində gizlətmiş, həmin əşyaları istintaqda təqdim etmişdir. Həmçinin o, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş 2400 manat cərimə cəzasını ödəməmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, bir daha bu cür hallara yol verməyəcəyini və oğurladığı əşyaların bir qismini könüllü olaraq qaytarmasını nəzərə alaraq barəsində qanunla nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Yevlax rayonu İrəvanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bundan başqa həmin qəsəbənin ərazisində anasına məxsus hazırda yaşayış olmayan həyətyanı sahəsi olan ev olmuş, evi anası ona bağışlamışdır. Sonuncu dəfə 09 dekabr 2021-ci il tarixdə həmin evə gedərək yoxlamış, bütün əşyalar yerində olmuşdur. Bundan sonra ertəsi gün, yəni 10 dekabr 2021-ci il tarixdə həmin həyətə baxmaq üçün gedərkən həyətdə olan yardımçı tikilinin qapısında olan qıfılın qırılmış vəziyyətdə, qapının isə açıq olduğunu görmüşdür. Yardımçı tikiliyə daxil olaraq orada olan əşyalara göz gəzdirmiş, həmin tikilinin içərisində olan iki ədəd 40 litir su tutumuna malik aliminum materialdan hazırlanmış su qabları, üç ədəd 20 litir su tutumuna malik aliminium materialdan hazırlanmış qazanlar, 30 metr uzunluğunda 9 ədəd 100 mm diametirli metal borular, 14 metr uzunluqda 32 mm diametrli dəmir armaturlar, iki ədəd “Aqidel” markalı su nasosları, iki ədəd “MARQUİS MKP62” markalı su nasoslarının yerində olmadığını görmüş, həmin əşyaların oğurlandığını başa düşdüyünə görə həmin gün Yevlax rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Oğurlanmış əşyaların hamısı ona məxsus olmuş, oğurlanmış boruların bir metrəsini 15 manata almış, armaturun metrəsini 3 manata almış, “Aqidel” markalı su nasosunun birini 150 manata, MARQUİS MKP62” markalı su nasosunun birini 120 manata almış, həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 1342 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə yə ərizə təqdim edərək, ona dəymiş ziyanın ödənilmədiyini ona görə də şikayətçi olduğunu bildirdi və təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır, bundan başqa onun Yevlax şəhəri 32-ci məhəllə adlanan ərazidə hər tərəfdən daş hasarla əhatəyə alınmış 6 sot torpaq sahəsi vardır. Həmin həyətdə ev inşa etdirdiyinə görə tikinti üçün lazım olan materialları alaraq həyətə yığmış, demək olar ki, hər gün həmin həyətyanı sahəyə gedərək tikinti materiallarının yerində olub-olmadığını yoxlamış, sonuncu dəfə 15 oktyabr 2021-ci il tarixdə həyətinə gedərək materialları yoxlamış və bütün materiallar yerində olmuşdur. Bundan sonra ertəsi gün həmin həyətə baxmaq üçün gedərkən həyətdə olan tikinti materiallarının bir qisminin olmadığını görmüşdür. Belə ki, həyətdə olan 150 metr uzunluqda 50 mm diametrli metal borular, 200 metr uzunluqda 20 mm diametrli dəmir almaturlar və 1 metr/kub ölçüdə 5-ik şam ağacından olan taxtalar olmamış, ilkin olaraq həmin tikinti materiallarının qonşuluqda yaşayan şəxslər tərəfindən aparıldığını düşündüyünə görə bu barədə aidiyyəti orqanlara şikayət etməmək, materialları aparan şəxsi özü tapmaq qərarına gəlmiş, bir müddət yaxında və ətrafda yaşayan şəxslərdən ona məxsus materialları aparan şəxsi görübgörməmələri barədə maraqlanmış, heç bir məlumat ala bilmədiyinə görə 19 dekabr 2021ci il tarixdə həyətindən olan oğurluq barədə Azərbaycan Respublikasının DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə məlumat vermiş, sonra isə həmin gün Yevlax rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Ona məxsus həyətdən oğurlanmış materialların hamısını 2021-ci ilin əvvəllərində almış, 50 mm diametrli metal boruların hər bir metrəsini 5 manat olmaqla cəmi 750 manata, 20 mm diametrli dəmir almaturların hər bir metrəsini 2 manat olmaqla cəmi 400 manata, 1 metr/kub ölçüdə 5-ik şam ağacından olan taxtaları isə 500 manata almış, həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 1650 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini ona görə də şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 oğluna Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutlmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs2 oğlu ibtidai istintaq dövründə ifadəsində göstərmişdir ki, 2005-ci ildən başlayaraq ailə üzvləri ilə birlikdə Yevlax rayonu İrəvanlı qəsəbəsində yaşamağa başlamış, yaşadığı evin həyətində, evin arxa tərəfində yardımçı tikili, yəni əl damı inşa etdirmişdir. Evdə gündəlik işlənməyən, lazımsız əşyaları həmin əl damına yığıb saxlamışdır. 10 dekabr 2022-ci il tarixdə, saat təxminən 10 radələrində yaşadığı evdə olan zaman həyat yoldaşı ona əl damının qapısının açıq olduğunu, yəqin ora kiminsə daxil olduğunu demişdir. O, dərhal evdən çıxaraq əl damına gedib orada olan əşyaları yoxlamış, həmin tikilinin içərisində olan bir ədəd 15 litrlik su tutumuna malik samovar, bir ədəd 10 litr su tutumuna malik samovar, 100 metr uzunluqda 3 jilalı mis materialdan hazırlanmış elektrik naqilinin olmadığını görmüş, həmin əşyaların oğurlandığını başa düşdüyünə görə ilkin olaraq Azərbaycan Respublikasının DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə məlumat vermiş, sonra isə həmin gün Yevlax rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Ona məxsus həyətdən oğurlanmış 15 litr su tutumna malik samovarı 250 manata, 10 litr su tutumuna malik samovarı 150 manata almış, 100 metr uzunluqda 3 jilalı mis materialdan hazırlanmış elektrik naqilinin bir metrini 2 manata almış, həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 600 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsr oğlu xx.xx.2013-cü il tarixdə Bərdə Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək 2400 (iki min dörd yüz) manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə Bərdə Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.4, 66.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 234.1, 326.2, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına və 3100 (üç min bir yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına və 2400 (iki min dörd yüz) manat cərimə cəzası saxlanıblıb. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyətinin 60 saylı Evlər İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı bir narahatçılıq barədə məlumat daxil olmamışdır. Şirvan şəhər Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Salyan rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin olunmuş 05 il azadlıqdan məhrumetmə cəzasının müddəti 04 il 06 aya endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza 234.1-ci maddəsi ilə təyin olunmuş 01 il 08 ay və CM-nin 326.2-ci maddəsi ilə təyin olunmuş 08 ay müddətə azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza ilə Bərdə rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin olunmuş 2400 manat cərimə cəzası tamamilə birləşdirilməklə üzərində qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası və 2400 manat cərimə cəzası saxlanılmışdır. Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-xx-xx- 230040813 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsininin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikasını CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş 2400 (iki min dörd yüz) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrumetmə və cərimə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. iş üzrə sübut kimi tanınmış 01 ədəd “bosch” markalı qaynaq aparatı, 01 ədəd “bosch” markalı laqonda, 01 ədəd mis materialdan hazırlanmış qazan, 10 metr uzunluqda üç jilalı mis materialdan hazırlanmış elektrik naqilinin Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 05 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2- 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 05 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 05 saat hüquqi yardıma görə Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 2400 (iki min dörd yüz) manat cərimə cəzası hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə tam birləşdirilsin və üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2400 (iki min dörd yüz) manat saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 2400 (iki min dörd yüz) manat cərimə cəzası Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə «həbs» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “bosch” markalı qaynaq aparatı, 01 ədəd “bosch” markalı laqonda, 01 ədəd mis materialdan hazırlanmış qazan, 10 metr uzunluqda üç jilalı mis materialdan hazırlanmış elektrik naqilinin Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilən 05 saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-52/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-52/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver