Məhkəmə qərarları › İş №1(039)-52/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-52/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-52/2025 15.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 12 dekabr 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 7-də qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən təkraran etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə aralarındakı tanışlıq münasibətlərindən irəli gələn etibardan sui-istifadə etmə və aldatma yolu ilə qəsdən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək sonuncunun oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarından birində işə düzəldəcəyinə köməklik edəcəyinə dair yalandan vəd verib həmin işin həll olunması müqabilində özündən uydurduğu guya vəzifədə olan tanışlarına vermək adı ilə aldadaraq vahid niyyətlə 2024-cü ilin yanvar ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə və saatda Qəbələ şəhəri H.Əliyev prospektində yerləşən adsız çay evində Zərərçəkmiş şəxs2 5000 manat pulunu sonuncudan birbaşa olaraq nağd götürməklə və xx.xx.2024-cü il tarixdə saat 16:46-də Zərərçəkmiş şəxs2 Qəbələ şəhəri ərazisindən mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs öz adına olan "xxxx" KOMMERSİYA BANKİ ASC-yə məxsus 5243-7544-4539-5101 saylı kart hesabına köçürdüyü 4000 manat pulu dələduzluq yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz olaraq ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 cəmi 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə aralarındakı tanışlıq münasibətlərindən irəli gələn qəsdən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 daxili işlər orqanlarında xidmət göstərdiyi işindən azad olunmamasına pul müqabilində köməklik edəcəyinə dair yalandan vəd verib həmin işin həll olunması müqabilində özündən uydurduğu guya vəzifədə olan tanışlarına vermək adı ilə aldatmaqla Zərərçəkmiş şəxs1 2024-cü ilin fevral ayının 13-də saat 17:40-da Yevlax şəhərində yerləşən “Neptun Supermarket”in içərisində quraşdırılmış “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə onun anası X2 adına olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********187141 saylı bank kart hesabına köçürdüyü 7000 manat xeyli miqdarda pulu qanunsuz və əvəzsiz olaraq ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə qəsdən etibardan sui istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə əvvəlki məhkəmə iclaslarında özünü təqsirli bilməsə də, sonradan törətdiyi cinayət əməlində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mirrəhimi tanıyır. 2024-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ona telefonla zəng edərək onu işdə olan nöqsanlarına görə işdən azad ediləcəyini bildirmişdir. Bu zaman Mirrəhimə yuxarı vəzifədə çalışan tanışlarının olduğunu və ona işdən azad olmaması üçün köməkli edəcəyini və bunun müqabilində 7000 manat pul ödəməli olduğunu demişdir. Mirrəhim ona 7000 manat pulu necə ödəməsini bildirdikdə, Mirrəhimə anası Şahid3 məxsus olan kapitalbank ASC-yə aid 4169-7388-4318-7141 saylı kart nömrəsini göndərmiş və həmin karta 7000 mamat pulu ödəməsini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Mirrəhim anası Dürdanəyə aid kart hesabına 7000 manat pulu göndərmişdir. Bundan sonra 7000 manat pulu həmin kart hesabından çıxardaraq Mirrəhimə narahat olmamasını və onun işini həll edəcəyini bildirmişdir. Sonra pula ehtiyacı olduğu üçün xərcləmiş və bir müddət sonra Mirrəhim onun mobil nömrəsinə zəng edərək işdən azad olunduğunu, ona heç bir köməklik olunmadığını bildirmiş və ona göndərdiyi 7000 manat pulu geri qaytarmağını istəmişdir. O, isə Mirrəhimə pulunun olmadığı bildirmiş və Mirrəhimin kart hesabına cəmi 1000 manat pul göndərmiş, yerdə qalan 6000 manat pulu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Lakin Mirrəhim ona yerdə qalan 6000 manat pulun hamısınını ödəməsini xahiş etmişdir. Mirrəhimin yerdə qalan 6000 manat pulu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs2 isə 2023-cü ilin sentyabr ayının əvvəllərindən etibarən tanıyır. Belə ki, atası İlqar parkinson xəstəsidir. Qəbələ rayonunda hava şəraiti yaxşı olduğu üçün, yəni dağ havasının atası İlqara yaxşı təsir göstərdiyi üçün 2023-cü ilin sentyabr ayından etibarən Qəbələ şəhəri, M.Müşfiq küçəsiində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdə anası və atası ilə birlikdə kirayə yaşamağa başlamışdır. Həmin evin aylıq ödənişi 350 manat olmuş və aylıq ödənişlərin hamısını tam şəkildə Zərərçəkmiş şəxs2 ödəmişdir. 2024-cü ilin yanvar ayının 30-dan təxminən 3-4 gün əvvəl atası xəstə olduğu üçün və pula ehtiyacı olduğu üçün Ağdaş şəhərində olarkən Zərərçəkmiş şəxs2 zəng edərək ondan 4000 manat faizə pul istəmiş və Qaflan ona 4000 manat pulu 10 faizlə vermişdir. Qaflanla razlaşmış və Qaflan həmin günü istifadəsində olan Unibank ASC-yə məxsus olan 5243-7544-4539-5101 saylı kart hesabına 4000 manat pul göndərmişdir. 4000 manat pulu atası İlqarın müalicəsinə xərcləmişdir. 4000 manat puldan hissə-hissə 3000 manatını Qaflana ödəyini və yerdə qalan 1000 manat pulu və 4000 manat pulun faizini ödəyə bilmədiyi üçün Qaflanın ondan şikayət etmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını, zərəçəkmiş şəxslərlə barışıq əldə edərək onlara vurmuş olduğu ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən X3 elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs MirZərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə DİO-da xidmətə başlamış və xx.xx.2024-cü il tarixdə DİO-da xidmətdən xaric olunmuşdur. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ona özünü Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Xidmətdə etdiyi nöqsanları Təqsirləndirilən şəxs danışmış və həmin vaxt Təqsirləndirilən şəxs ona narahat olmamasını, yuxarı vəzifədə tanışı olduğunu, onun işini həll edəcəyini və işdən azad olmaması müqabilində 7000 manat pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs inanmış və Təqsirləndirilən şəxs ona göndərdiyi Kapital Bank ASC-yə aid 4169-7388-4318-7141 nömrəli kart kart hesabına 7000 manat məbləğində pul göndərmişdir. Həmin pulu xx.xx.2024-cü il tarixdə Yevlax şəhərində yerləşən Neptun supermarket daxilində olan terminal vasitəsilə göndərmişdir. Bundan sonra həmin pulun göndərilməsi ilə bağlı terminal tərəfindən çap olunmuş qəbzin şəklini Təqsirləndirilən şəxs göndərmişdir. Sonradan heç bir köməklik olunmadığını görmüş və aldadıldığını başa düşərək, Təqsirləndirilən şəxs göndərdiyi 7000 manat pulu geri istəmişdir. Hal-hazırda Orxan ona qaytarmalı olduğu puldan 4000 manatı qaytarmamışdır. Hazırda ona dəymiş olan ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının əvvəllərindən başlayaraq onun Qəbələ şəhəri, M.Müşfiq küçəsində yerləşən evində kirayə yaşamışdır. Təqsirləndirilən şəxs həmin evdə atası və anası ilə birlikdə yaşamışdır. Orxanın anası Dürdanə oğlu Orxanın əlindən hər bir iş gəldiyini və yüksək vəzifədə işləyən qayınatası, tanışları olduğunu və hər kəsi işə düzəltdiyini bildirmişdir. Həmin ərəfələrdə oğlu Şahid1 üçün iş axtardığına görə Təqsirləndirilən şəxs ilə bu barədə danışmışdır. Bu zaman, Orxan ona FHN-nin struktur qurumlarından birində onun oğlu Aslanı qayınatasının, eləcə də vəzifədə olan tanışlarının vaitəsilə işə düzəldəcəyini və bu işin müqabilində isə ondan 9000 manat pul alacağını bildirmişdir. 2024-cü ilin yanvar ayının ortalarında Qəbələ şəhəri, Heydər Əliyev prospektində yerləşən çay evində Orxana əlbəəl 5000 manat pul vermişdir. Həmin vaxt oğlu Aslanın şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və sürücülük vəsiqəsinin surətlərini də Orxana vermişdir. Orxan isə pulu alan zaman ona yüksək vəzifədə olan tanışı ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. 30 yanvar 2024-cü il tarixdə Orxan ona zəng edərək oğlu Aslanın işinin hazır olduğunu və əlavə 4000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt o, Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən evində Təqsirləndirilən şəxs ona verdiyi 5243-7544-4359-5101 saylı kart hesabına onlayn qaydada 4000 manat pulu mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. O, Orxana oğlunu işə düzəltmək məqsədilə ümumilikdə 9000 (doqquz min) manat pul vermişdir. Oğlunun işə düzəlmədiyini görüb Orxandan bu barədə soruşanda, Orxan hər dəfə yeni bir bəhanə gətirmişdir. Bundan sonra Orxanla və onun ailəsi ilə heç bir əlaqə yarada bilməmişdir. Orxan onun nömrəsini bloklamışdır. Təqsirləndirilən şəxs onun 9000 manat pulundan cəmi 5000 manatını qaytarmışdır. Hazırda ona dəymiş olan ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Mirrəhimin Orxan tərəfindən aldadılaraq 7000 manat pulunun ələ keçirildiyini bildikdən sonra Orxanın mobil nömrəsini taparaq onunla əlaqə saxlamış və ondan oğlu Mirrəhimi aldadaraq ələ keçirdiyi 7000 manat pulu geri qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ilə danışıqlarını əks etdirən səs yazısı olduğunu bildirmişdir. Belə ki, o, həmin səs yazılarını, oğlu Mirrəhim və Orxan arasında olan dialoqu və oğlu Mirrəhimin Orxanın kart hesabına göndərdiyi 7000 manat pulu Neptun Supermarketin qarşısında yerləşən terminal vasitəsilə ödəmək haqında qəbzləri bir ədəd diskə köçürmüş və istintaq bölməsinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 şahid Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Orxan 2024-cü ilin yanvar ayında Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs2 oğlu Şahid1 FHN-nin struktur qurumlarından birində işə düzəltmək üçün iki dəfə olmaqla, 5000 (beş min) manat və 4000 (dörd min) manat olmaqla ümumilikdə 9000 (doqquz min) manat pul almışdır. O, oğlu Orxanın həqiqətən iş düzəltməyi bacardığına inanmışdır. O, Orxanın Zərərçəkmiş şəxs2 vurmuş olduğu ümumilikdə 9000 manat ziyanın 5000 manat hissəsini 10 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. Lakin yerdə qalan 4000 (dörd min) manat ziyanı isə hissə-hissə oğlunun əvəzinə Zərərçəkmiş şəxs2 geri qaytaracağına söz vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, HK-1/1195 saylı material üzrə fakta görə Qəbələ rayon Polis Şöbəsinin İB-də Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü tarixli cinayət işi üzrə şübhəli şəxsin tutulması və axtarışı haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarışı elan edilmiş və axtarışın keçirilməsi Qəbələ rayon Polis Şöbəsinə həvalə edilmişdir. xx.xx.2024-cü tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ RPŞ-nin və Ağdaş RPŞ-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri ərazisində tutularaq Qəbələ RPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Qəbələ RPŞ-nin İB-nin müstəntiqi İlkin Göyçəli tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Yevlax rayon polis şöbəsinin İB-də istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Yevlax rayon polis şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Yevlax RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqının davam etdirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Yevlax RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqının davam etdirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin CM-in digər maddəsinə tövsif olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2024-cü il tarixli Ağdaş şəhər İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2025-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan başqa-başqa vaxtlarda və ən sonda xx.xx.2025-ci il tarixdə tam şəkildə ödənilmişdir və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri Ağdaş şəhəri, H.Hacıyev küçəsi, 7 nömrəli fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il və 10 dekabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il və 10 dekabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdr. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il və 10 dekabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 08 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyrimi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Ağdaş şəhəri, H.Hacıyev küçəsində yerləşən 7 nömrəli evini tərk etməmək, Ağdaş rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar