Məhkəmə qərarları › İş №1(039)-53/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-53/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-53/2020 22.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəıliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin İ-ci İnstansiya Məhkəməsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Goranboy rayonu Sovetkəndi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum edilməmiş, ünvan 1 mənzil 11 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxx 1988-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il, 07 (yeddi) ay, 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci ilin yanvar ayının 04-də saat 18:00 radələrində, tanışı, Yevlax rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(039)-83/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 1 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkən, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı Yevlax şəhəri, Nizami prospekti, 39/6 ünvanında yerləşən mənzilində, 280 manat dəyərində “Samsung Galaxy” markalı A20S modelli bir ədəd mobil telefon müqabilində, özünün istifadəsi üçün qanunsuz olaraq alıb əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - 0,306 qram miqdarında heroin, o, yəni heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs1 2020-ci ilin yanvar ayının 08-də saat 15:20 radələrində, Yevlax şəhəri Nizami prospektində, Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən, qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilib, üzərində saat 15:35 radələrində, müdafiəçi-vəkil iştirakı ilə, video çəkiliş tətbiqi ilə keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbiri baxışaxtarış zamanı əynindəki şalvarının sağ yan cibində bir ədəd gümüşü - ağ rəngli kağız bükümdə aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda, şəraitdə, öz istifadəsi və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin – cəmi 0,526 qram heroinin şəxsi istehlak miqdarından artıq miqdarını – 0,306 qramını 2020-ci ilin yanvar ayının 04-də saat 18:00 radələrində, özünün yaşadığı Yevlax şəhəri Nizami prospekti 39/6 ünvanında yerləşən mənzilində 280 manat dəyərində “Samsung Galaxy” markalı A20S modelli bir ədəd mobil telefonun müqabilində, tanışı, heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs1 qanunsuz satmışdır, özündə qalan, şəxsi istehlak miqdarından artıq miqdarı – 0,22 qramı isə, o, yəni Yevlax rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(039)-83/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 1 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkən, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs2 2020-ci ilin yanvar ayının 13-də saat 15:30 radələrində Yevlax şəhəri Nizami prospektində, Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən, qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs qismində saxlanılıb, Yevlax rayon polis şöbəsinə gətirilib, üzərində saat 16:00 radələrində, müdafiəçi-vəkil iştirakı ilə, videoçəkiliş tətbiqi ilə keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbiri baxış-axtarış zamanı əynindəki şalvarının sağ yan cibində bir ədəd şüşə ampulada aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür.. Təqsirləndirilən şəxs1 iclas zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, təxminən bir il olar narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, ara sıra həmin narkotik vasitədən istifadə etmişdir. Təqsirləndirilən şəxs2la 2019-cu ilin dekabr ayında tanış olmuşdur. Həmin zaman Vüqarı narkotik satıcısı kimi tanımışdır. Həmin zaman Vüqara bildirmişdir ki, heroindən istifadə edir və ona heroin lazımdır. Bır müddət sonra Vüqar ona bildirmişdir ki, onda heroin var və həmin heroini ona sata bilər. xx xxxxxx 2019-cu il tarixdə Vüqarın yaşadığı ünvana gələrək onu bir ədəd “HP” markalı notebook vermiş, bunun əvəzində isə Vüqar ona 0,5 qram heroin vermişdir. Bu barədə istifadəsində olduğu mobil telefonla Vüqarın istifadəsində ola mobil telefona sms yazışması da olmudur. Bu heroini özü istifadə etmişdir. Bir neçə gün sonra isə “Toshiba” markalı notebook-unu götürüb Vüqarın yaşadığı evə getmiş, həmin notebook-u Vüqara vermiş və əvəzində 0,5 qram heroin almışdır ondan. Sonuncu dəfə isə Vüqardan xx xxxxxx 2020-ci il tarixdə bir qramdan az miqdarda heroin almışdır. Belə ki, Vüqar ona bildirmişdir ki, ona 100-150 manat dəyərinə, işlək vəziyyətdə mobil telefon versə bunun müqabilində 2-3 qram heroin verə bilər. Bundan sonra Vüqara bildirmişdir ki, mobil telefonu var və heroinlə əvəz etmək istəyir. Həmin “Samsung Galaxy” markalı A20S model mobil telefonu xx xxxxxx 2019-cu il tarixdə Goranboy şəhərində yerləşən “Sky express” adlı mağazadan kreditlə almışdır. Həmin telefon təzə və işlək vəziyyətdə olmuşdur. Lakin telefonu kreditlə aldığını Vüqardan gizlətmişdir. Vüqar həmin mobil telefona baxmaq istədiyini bildirdi və o, telefonu Vüqara göstərmək məqsədilə Yevlax şəhərinə gəlmiş, Vüqarla onun yaşadığı evin blokunda görüşmüş və telefonu ona göstərmişdir. Vüqar telefonu bəyənmiş və bildirmişdir ki, telefonu yoxlayacaq əgər kredit deyilsə telefonun müqabilində ona əlavə olaraq bir qram heroin verəcək. Bundan sonra Vüqar ona falqanın içində bir qramda az miqdarda heroin vermişdir. Həmin heroinin bir hissəsini özü istifadə etmişdir. Telefona görə krediti ödəmək üçün maddi imkanı olmadığından belə qənaətə gəlmişdir ki, telefonu Vüqarda geri alıb aldığı dükana qaytarsın. Bu məqsədlə öz istifadəsində olan mobil telefonla Vüqarın istifadəsində olan mobil telefona bir neçə dəfə zəng etmiş, cavab vermədiyindən ona sms göndərib telefonunun qaytarmasını tələb etmişdir. Vüqar isə cavabında ona sms göndərərək verdiyi heroini qaytarmağı tələb etdi. Bununla razılaşdığını ona bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 12:00da, istifadə etdikdən sonra qalmış heroini falqada cibinə qoyaraq evdən çıxmış və sərnişin daşımaqla məşğul olan tanışı X6 zəng edərək ondan Yevlax şəhərinə getməli olduğunu bildirmişdir. Bu zaman dostları Mircəlal, Namiq və Xıdır da onunla getmək istədiklərini bildirmişdilər. Turalın idarə etdiyi VAZ-21154 markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərinə, Vüqarın yaşadığı Nizami prospektinə gəlmilər. Yolda dostlarına bildirmişdir ki, telefon var, onu Vüqardan götürməlidir. Nizami prospektində dostlarında avtomobildə gözləmələrini xahiş etmiş, özü isə binanın qarşısında olan Vüqarın yanına getmişdir. Vüqara bildirmişdir ki, heroini geri gətirmişdir və tələb etmişdir ki, Vüqar telefonu qaytarsın. Lakin, Vüqar bildirmişdir ki, ona telefonu qaytarmayacaq və onunla mübahisə etməyə başlamışdır. Vüqara bildirmişdir ki, bura mübahisənin yeri deyil, gəlsin Cırdağan kəndi istiqamətində olan yola və orada söhbətlərini rahat davam etsinlər. Vüqar bildirdi ki, bir müddət sonra oraya gələcək. Geri qayıdıb avtomobilə oturaraq Turaldan həmin yerə sürməyi xahiş etmiş, dostlarına isə bildirmişdir ki, Vüqar telefonu oraya gətirəcək. Həmin yerə gedib orada Vüqarı gözləsələr də, Vüqar ora gəlməmişdir. Lakin bir müddət sonra polis əməkdaşları oraya gəlib onları saxlamış və polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə gəlmişlər. Şöbədə ona bildirmişlər ki, üzərində narkotik vasitə olması barədə məlumatları var, bu səbəbdən üzərinə baxış keçirəcəklər. Ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Bu zaman Vüqara qaytarmaq istədiyi heroin ondan aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarına bildirmişdir ki, üzərindən çıxan narkotik vasitə olan heroindir, Vüqar adlı şəxsdən telefon müqabilində almış, geri qaytarmaq istəsə də, Vüqar bundan imtina etmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, 2009-cu ildən narkotik vasitə olan heroindən istifadə edir. Goranboy rayon sakini olan Təqsirləndirilən şəxs1 təxminən 2019-cu ilin sentyabroktyabr aylarında tanımışdır. Ruslanla tanış olduqdan sonra onunla bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlamışdır. 2020-ci ilin yanvar ayının əvvəlində Ruslan istifadə etdiyi mobil telefondan onun istifadə etdiyi mobil telefona zəng edərək “Samsung” markalı bir ədəd mobil telefonunun olduğunu, telefonu satmaq istədiyini bildirmişdir. Ruslana bildirmişdir ki, telefona baxmalıdır. Bir neçə gün sonra Ruslan onun yaşadığı ünvana gəlmiş və satmaq istədiyi mobil telefonu ona göstərmişdir. Telefona baxmış, yaxşı telefon oluğunu, işlək vəziyyətdə olduğunu görmüşdür. Ruslan bildirmişdir ki, telefonun özünə məxsusdur və kreditdə deyil. Ruslana söyləmişdir ki, telefona görə ona 150 manat pul verə bilər. Ruslan onunla razılaşmış və həmin gün o, Ruslana 100 manat pul vermişdir. Ruslana söyləmişdir ki, telefonu yoxlayacaq, kredit olmadığı halda qalan 50 manat pulu da verəcəkdir. Ruslan onunla razılaşmış və getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin telefon Ruslan tərəfindən kreditə alınmışdır. Bu səbəbdən də qalan 50 manat pulu Ruslana verməmişdir. xx xxxxxx 2020-ci ıl tarixdə Ruslan onun yaşadığı ünvana gəlmiş, qalan 50 manat pulu ondan istəməyə başlamışdır. Ruslana etirazını bildirmiş və telefon kreditə alındığından qalan pulu verməyəcəyini söyləmişdir. Bundan sonra Ruslan çıxıb getmişdir. Belə ki, heç zaman Ruslana və yaxud digər şəxsə narkotik vasitə satmamışdır. Ruslan ona böhtan atır. Ona sonradan məlum olmuşdur ki, Ruslan onunla söhbət edib getdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində narkotik vasitə aşkar edilmişdir. Ruslan belə anlayır ki, onun üzərində narkotik vasitə olması barədə polis əməkdaşlarına məlumatı o verib və bu qayda ilə ondan qisas almaq niyyətindədir. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 15:00-da Yevlax şəhərində yerləşən “Gilan” Dəri Zavodu ilə üzbə-üz yerləşən Təzə Bazarın qarşısından keçərkən yolun kənarında, yerdə yuxarı hissəsi sınmış bir ədəd şüşə ampula onun diqqətini cəlb etmişdir. Həmin şüşə ampulanı götürüb içinə baxmış və ampulanın içində olmuş pambığın alt hissəsində az miqdarda narkotik vasitə - heroin olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin heroini sonradan istifadə etmək məqsədi ilə götürmüş və ampulanı götürüb əynindəki şalvarının sağ yan cibinə qoyub yaşadığı evə getmişdir. Həmin gün axşam saatlarında o, yaşadığı evdə şüşə ampulanın içində olan heroinin yarısından istifadə etmişdir. Şüşə ampluanın içində qalan hissəsini isə sonradan istifadə etmək üçün əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında yaşadığı ünvanda olarkən polis sahə rəisi ona bildirmişdir ki, yol polisinin əməkdaşı Samir, idarə etdiyi “Mercedes” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bağlı onu Yevlax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə çağırır. Piyada Yevlax şəhəri Nizami prospektində yerləşən Dövlət Yol Polisi Bölməsinin binasının qarşısına getmiş və binanın qarşısına çatdıqda Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsində ona vəkil təqdim edilmiş və izah olunmuşdur ki, video çəkilişlə üzərinə baxış keçiriləcəkdir. Buna etiraz etməmişdir. Baxış zamanı şalvarının sağ yan cibindəki bir ədəd şüşə ampulada olmuş narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1a narkotik vasitə satma hissəsində ona bəraət verilməsini, narkotik vasitə saxlamaq hissəsində isə ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid X12 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində işləyir.Goranboy şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin əməliyyat aparatına əməliyyat məlumatı daxil olmuş, bununla bağlı həmin gün polis əməkdaşları Şahid və X9 Nəcəfəliyevi Yevlax şəhəri Nizami prospektində saxlayıb Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. X2 Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparacağını, kamera vasitəsi ilə video çəkiliş aparmaq zərurəti olduğunu bildirmişdir. İstifadəsində olan “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Aparılmış şəxsi axtarışda Ruslanın vəkili Müdafiəçi2, polis əməkdaşları Şahid və Teymur Baxşəliyev iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli bükülü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, bükülünün içində olan maddə narkotik vasitə olan heroindir, bu heroini xx xxxxxx 2020-ci il tarixdə Vüqar adlı şəxsdən istifadəsində olmuş 150 manat dəyərində “Samsung” markalı mobil telefonun əvəzində almışdır. Heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürləmiş və götürmüşdür. Bundan başqa, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ruslana narkotik vasitə - heroin satmış şəxsin Yevlax şəhər sakini Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş və xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 15:30-da polis əməkdaşları Şahid və X14 Əhmədovu Yevlax şəhəri Nizami prospektində yerləşən “Çinar” kafesinin qarşısında saxlayıb Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə gətirmişlər. Müstəntiq ona Vüqarın üzərində şəxsi axtarış aparacağını, kamera vasitəsi ilə video çəkiliş aparmaq zərurətinin olduğunu bildirmişdir. “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Bu zaman onun vəkili Müdafiəçi1, polis əməkdaşları Şahid və Teymur Baxşəliyev iştirak etmişdi. Şəxsi axtarış zamanı Vüqar əynində olmuş şalvarın cibindən bir ədəd mobil telefon və yuxarı hissəsi sınıq bir ədəd şüşə ampula çıxarıb təqdim etmişdir. Vüqar narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş bir ədəd içində narkotik maddə olan heroinə bənzər kütlə olan şüşə ampulanın özünə məxsus olduğunu, narkotik məhlulunu həmin şüşə qabda hazırladığını, mobil telefonu bir nəfər tanışından 100 manata aldığını bildirmişdir. Vüqarın üzərindən aşkar edilmiş içərisində heroinə bənzər kütlənin olduğu şüşə ampula bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Mahkəmə iclası zamanı ifadəsi elan olunmuş şahid X3 istintaq zamanı şahid Sirac Fərəcovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid X13 bildirmişdir ki, Goranboy rayonunda yaşayır, özünə məxsus VAZ 21154 markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomonillə sərnişin daşımaqla məşğuldur. Goranboy şəhər sakini olan Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır, belə ki, onun atası müəllimi olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Ruslan onun istifadəsində olan mobil telefona zəng edərək onu Yevlax şəhərinə aparmağı xahiş etmişdir. Buna etiraz etməmiş və Ruslanın olduğu yerə gedərək onu və onun Mircəlal, Xıdır və Ramin adlı dostlarını götürərək Yevlax şəhərinə gətirmişdir. Yolda Ruslan bildirmişdir ki, bir nəfərdən telefon götürməlidir, ona görə Yevlax şəhərinə gedir. Yevlax şəhərində Nizami prospektində yerləşən bir binanın qarşısına sürmüş avtomobilini. Orada Ruslan avtomobildən enərək tez qayıdacağını bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra Ruslan əsəbi halda qaydaraq avtomobilə əyləşmiş və Cırdağan kəndi istiqamətində sürməyi xahiş etmişdir. Hiss olunurdu ki, o kiminləsə mübahisə etmişdir. Ruslanın dediyi yerə çatmağa az qalmış onları polis əməkdaşları saxlamışlar. Polis əməkdaşları bildirmişlər ki, Ruslan polis şöbəsinə getməlidir. Ruslan polis əməkdaşları ilə getmiş o isə, onların arxası ilə avtomobili polis şöbəsinə sürmüşdür. Orada gözləyən zaman məlum olmuşdur ki, Ruslanın üzərində narkotik vasitə aşkar olunub. Ruslan onlara bildirmişdir ki, həmin narkotik vasitəni Vüqar adlı şəxsdən almış və onun müqabilində Vüqara telefon vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə baxış keçirilməsi əks olunduğu video yazıya baxış keçirilmiş və həmin yazıda Təqsirləndirilən şəxs1 və şahidlərin bildirdikləri hallar təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 72 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş narkotik maddə...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,301 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş heroinə bənzər kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd baş hissəsi kəsilmiş şüşə ampulada, təmiz çəkisi – 0,214 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olun muş heroinlər tərkiblərinə görə eynidilər. (cild 2, səh. 86-87) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 1890 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş 1 ədəd Hindistanda istehsal edilmiş, qara rəngli, “Samsung Galaxy” markalı, A20S mobil telefonunun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzər alınmaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 280 manat müəyyən olunur. Ambulator məcburi tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli, 136 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (cild 2 səh.197) Ambulator məcburi tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli 160 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (cild 2, səh. 213) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olan telefon nömrələri arasında telefon bağlantısı və sms yazışmaya dair mobil operatorlar tərəfindən təqdim edilmiş siyahıdan görünür ki, onlar arasında 2019-cu ilin noyabr ayından başlayaraq mütəmadi telefon danışıqları olmuş, hətta Təqsirləndirilən şəxs1 sms göndərərək notebook əvəzində qram yarım istəmiş, Təqsirləndirilən şəxs2 isə buna etiraz etmişdir. Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, boşanmadan sonra xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 ataları Təqsirləndirilən şəxs1 yanında saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il, 07 (yeddi) ay, 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubda qeyd edilir ki, 01 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 cəzasından 06 ay 05 gün çəkmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və video görüntü ilə tam təsdiqini tapmış, bu səbəbdən ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə məhkum edilməsini, məhkəmə qətnaməsi əsasında himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 üzərinə azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar müəyyən məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və video görüntü ilə tam təsdiqini tapmışdı. Lakin, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını bildirərək özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməmişdir. Məhkəmə, mövcud sübutları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 həmin mövqeyi özünü müdafiə xarakteri daşıyır və məqsədi məsuliyyətdən yayınmaqdır. Halbuki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirli olması Təqsirləndirilən şəxs1 ifadəsi, şahidlərin ifadələri, mütəmadi Təqsirləndirilən şəxs1 aralarında telefon danışıqlarının mövcudluğu ilə, sms yazışmaları ilə, eləcə də ekspertiza rəyləri və video görüntü ilə tam təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin həm 234.1, həm 234.2 maddələri ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyaları hədində ayrı ayrılıqda cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır və ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən həmin cəzalar qismən toplanılmalı, eyni zamanda Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1 və 67-ci maddələrinə uyğun olaraq 2 gün azadlığın məhdudlaşdırılması cəzasının 1 gün azadlığın məhrum etmə cəzası ilə əvəz edilməklə təyin edilmiş cəzaya qismən toplamaqla cəza təyin edilməlidir. Cinayət Məcəlləsi: Maddə 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Maddə 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Maddə 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Yevlax Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan çəkisi 0, 251 və 0,164 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Maddi sübut “Samsung Galaxy” markalı, A20S mobil telefonu Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə 119.10 (bir yüz on doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməlidir. Müdafiəçi2 dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə istintaq zamanı 40 saat və məhkəmə zamanı 15 saat, Müdafiəçi1 dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə istintaq zamanı 60 saat və məhkəmə zamanı 15 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-cu il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Goranboy rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Goranboy rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2 maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin . Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 1(039)-83/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı ) gün azadlığın məhdudlaşdırıması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 21 (iyirmi bir) günü Cinayət Məcəlləsinin 68.1.1-1 və 67 maddələrinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzasının 1 gün azadlığın məhrum etmə cəzası ilə əvəz edilməklə 06 (altı) ay 25 (iyirmi beş) gün ona təyin edilmiş cəzaya qismən toplamaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Cəzaçəkmə müddətinin əvvəli faktiki saxlanıldığı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2 maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 münasibətdə Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstündən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan çəkisi 0, 251 və 0,164 qram olan, narkotik vasitə-heroin, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan “Samsung Galaxy” markalı, A20S mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə 119.10 (bir yüz on doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 240 (iki yüz qırx) manat və məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 360 (üç yüz altmış) manat və məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X5 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar