Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-53/2021 31.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx xxxxxx 2020ci il tarixdə saat 10 radələrində Yevlax rayonunun Havarlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs onun yaşadığı evə qonaq gəlmiş Mustafa Nəsurullayevə küçədə avtomobili bərk sürməsinə görə irad tutmasını bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən Havarlı kəndinin mərkəzindəki yolayrıcındakı küçədə digər şəxslərin gözü qarşısında ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib Zərərçəkmiş şəxs ilə mübahisə edərək öz şəxsiyyətini onun şəxsiyyətindən üstün tutmaqla əli ilə sonuncunun alın nahiyəsinə bir dəfə vurmuş, sonra isə sağ əli ilə Zərərçəkmiş şəxs sağ yanağını sıxaraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirib şəxslərin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək söyləmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 10:00-da yaşadığı, Yevlax rayonu Havarlı kəndində yerləşən evdə olan zaman dostu Mustafa onlara qonaq gəlmişdir. Söhbət əsnasında Mustafa bildirmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs ona avtomobili sürdüyünü deyərək irad tutub onu təhqir etmişdir. Bundan əsəbiləşərək Mustafanın avtomobilinə oturub Anarın yanına sürməyi tələb etmişdir. Həmkəndlisi Abidin evinə yaxınlaşdıqda Anarın velosipedlə getdiyini görmüşlər. Ona yaxınlaşıb avtomobili saxlayıb avtomobildən enmişlər. Bu zaman həmkəndliləri Vüqar və Abidin onlara tərəf gəldiklərini də görmüşlər. Anara yaxınlaşaraq niyə Mustafanı təhqir etdiyini soruşmuşdur. Cavabında Anar onu da təhqir etmişdir. Əsəblərini cilovlaya biilmədiyindən onun yaxasından tutub yerə yıxaraq əli ilə alt və üst çənəsini aralamaqla xəsarət yetirmişdir. Orada olan Mustafa, qonşuları Vüqar və Abid onları aralamışlar. Bundan sonra onlar oradan çıxıb fetmişlər. Anarla artıq barışdıqlarını, əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə kənd yolu ilə velosipedlə gedərkən Mustafa adlı şəxs avtomobili ilə surətlə onun yanından keçib getmişdir. Bir müddət gedəndən sonra həmin avtomobilin həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayandığını görmüş və orada olan Mustafaya yaxınlaşaraq kəndin ortasında avtomobili surətlə sürdüyünə görə irad tutmuşdur. Oradan təxminən 500 metr uzaqlaşdıqdan sonra həmin avtomobilin yanında saxladığını görmüşdür. Sükanın arxasından Anar düşərək ona yaxınlaşmışdır. Bu zaman həmkəndliləri Vüqar və Abid də onlara yaxınlaşmışdır. Anar ondan soruşmuşdur ki, niyə sən Mustafaya irad tutmusan. Bu zaman Anar onun yaxasından tutub yerə yıxmışdır. Yıxılan zaman başı yerə dəymiş və xəsarət almışdır. Daha sonra Anar onun ağzını aralayaraq ağzına xəsarət yetirmişdir. Orada olan Mustafa, Abid və Vüqar onları aralamışlar. Bundan sonra oradan uzaqlaşmış, daha sonra isə polisə müraciət etmişdir. Anarla artıq barışmışdır, cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 718 saylı rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarət - sağ yanağın selikli qişasının əzilmiş yarası,sağ alın qabarının sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ yanağın selikli qişasının əzilmiş yarası səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sağ alın qabarının sıyrığı sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (səh. 15-16). Beləliklə, məhkəmə iclasında tədqiq edilən qeyd olunan sübutlarla, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd edilən hərəkətlərin, bununla da Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam təsdiq olunur. Bu səbəbdən ona qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili X1 istintaq müddəti üçün 120 manat və Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 84 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 % dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Cəzasını iş yeri üzrə çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 120 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X1 və məhkəmə dövrü üçün 84 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev Düzdür Məhkəmənin hakimi Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-53/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-53/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver