Məhkəmə qərarları › İş №1(039)-53/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-53/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-53/2022 16.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Şahid1 və müdafiəçisi Müdafiəçi1 Zərərçəkmiş şəxs iştirakları ilə, 04 noyabr 2001-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 06 noyabr 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Neft kəməri küçəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 xx xxxx 2005-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, işləməyən, əvvəllər məhkum olunmuş, barəsində 06 noyabr 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 32-də qeydiyyatda olanvə yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını qəsdən gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən vahid niyyətlə özgənin əmlakını gizli talama məqsədilə 30 noyabr 2021-ci il tarixdə saat 22 radələrində yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətini əhatə edən dəmir çəpərin üzərindən aşıb keçməklə evin həyətinə keçib evin taxtadan olan qapısını əlləri ilə fiziki güc tətbiq edərək itələyib açmaqla evə qanunsuz daxil olaraq evin yataq otağında olan divara qurlaşdırmış bir ədəd 550 manat dəyərində olan 108 ekran olan “VESTEL” markalı televizoru, bir ədəd 20 manat dəyərində olan “Max” markalı krosnu aparatını, bir ədəd 270 manat dəyərində olan “QALAXİ” markalı elektrikli tozsoranı, bir ədəd 55 manata dəyərində olan ağ rəngli “GEPAS” markalı elektrikli ətçəkən maşını, bir ədəd 160 manat dəyərində olan meyvə şirəsi çəkən “ELİTE” markalı elektriklə işləyən maşını, bir ədəd 40 manat dəyərində olan qaz(ceyran) peçini, yataq otağında olan sandığın içərisindən bir dəsti 50 manat olmaqla üç dəst ümumilikdə 150 manat dəyərində olan qoşa yataq üçün üzlük, yorğan və yastıq üzlükləri, bir dəsti 25 manat olmaqla beş dəst ümumilikdə 125 manat dəyərində tək adamlıq yataq üçün üzlük, yastıq, yorğan üzlükləri, bir ədəd 60 manat dəyərində masa üzlüyü (süfrə), bir ədədi 30 manat olmaqla iki ədəd ümumilikdə 60 manat dəyərində olan bədən üçün dəsmallar, 20 ədəd ümumilikdə 30 manat dəyərində olan çay dəsmalları, yataq otağındakı dolabın içərisindən bir ədədi 20 manat olmaqla üç ədəd ümumilikdə 60 manat dəyərində olan göy rəngli şüşə meyvə qabları (madonna qablar), bir ədədi 10 manat olmaqla dörd ədəd 40 manat dəyərində olan şüşə ləpə qabları, bir ədədi 5 manat olmaqla iki ədəd ümumilikdə 10 manat dəyərində olan şüşə qablar, bir dəst 15 manat dəyərində olan duz qabı, bir ədədi 4 manat olmaqla altı ədəd ümumilikdə 24 manat dəyərində olan kasa qablar, bir dəsti 3 manat olmaqla altı dəst ümumilikdə 18 manat dəyərində şüşə çay stəkanları, bir dəsti 5 manat olmaqla altı dəst ümumilikdə 30 manat dəyərində olan nəlbəkilər, bir dəst 20 manat dəyərində olan armudu stəkan-nəlbəki dəsti, bir dəst 30 manat dəyərində olan xrsutal stəkan-nəlbəki dəsti, bir dəsti 20 manat dəyərində olmaqla iki dəsti 40 manat dəyərində olan çaşqa dəsti, bir dəst 120 manat dəyərində olan çaşqa dəsti, bir dəsti 5 manat dəyərində olmaqla iki dəst ümumilikdə 10 manat dəyərində olan bakal stəkanlar, bir dəst 12 manat dəyərində olan stəkan dəsti, bir dəst 23 manat dəyərində olan stəkan dəsti, bir ədəd 25 manat dəyərində olan şüşə qənd qabı, bir dəst 30 manat dəyərində olan bıçaq dəsti, bir ədədi 8 manat olmaqla iki ədəd ümumilikdə 16 manat dəyərində şirniyyat qoymaq üçün nəzərdə tutulmuş şüşə qab, bir dəst 15 manat dəyərində mürəbə qabı, bir ədəd 15 manat dəyərində olan 10 litrlik aliminum çaydan, mətbəx otağından ümumilikdə 500 manat dəyərində olan mətbəx otağının tavanının lanbirinləri, mətbəx otağından bir ədəd 50 manat dəyərində olan su krantı, “Nova” markalı soyuducunun ümumilikdə 150 manat dəyərində olan matoru və buzluğu, evi elektrik ilə təmin edən 60 manat dəyərində olan 100 metr uzunluğunda şunuru, evin həyətindən bir ədəd 30 manat dəyərində olan “Max” markalı krosnu antenası, evin həyətindəki yarımçıq tikilinin içərisindən bir ədəd 60 manat dəyərində olan dəmir qapını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2923 (iki min doqquz yüz iyirmi üç) manat məbləğində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil omaqla qəsdən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını qəsdən gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən vahid niyyətlə özgənin əmlakını gizli talama məqsədi ilə 30 noyabr 2021-ci il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətini əhatə edən dəmir çəpərin üzərindən aşıb keçməklə evin həyətinə keçib evin taxtadan olan qapısını əlləri ilə fiziki güc tətbiq edərək itələyib açmaqla evə qanunsuz daxil olaraq evin yataq otağında olan divara qurlaşdırmış bir ədəd 550 manat dəyərində olan 108 ekran olan “VESTEL” markalı televizoru, bir ədəd 20 manat dəyərində olan “Max” markalı krosnu aparatını, bir ədəd 270 manat dəyərində olan “QALAXİ” markalı elektrikli tozsoranı, bir ədəd 55 manata dəyərində olan ağ rəngli “GEPAS” markalı elektrikli ətçəkən maşını, bir ədəd 160 manat dəyərində olan meyvə şirəsi çəkən “ELİTE” markalı elektriklə işləyən maşını, bir ədəd 40 manat dəyərində olan qaz (ceyran) peçini, yataq otağında olan sandığın içərisindən bir dəsti 50 manat olmaqla üç dəst ümumilikdə 150 manat dəyərində olan qoşa yataq üçün üzlük, yorğan və yastıq üzlükləri, bir dəsti 25 manat olmaqla beş dəst ümumilikdə 125 manat dəyərində tək adamlıq yataq üçün üzlük, yastıq, yorğan üzlükləri, bir ədəd 60 manat dəyərində masa üzlüyü (süfrə), bir ədədi 30 manat olmaqla iki ədəd ümumilikdə 60 manat dəyərində olan bədən üçün dəsmallar, 20 ədəd ümumilikdə 30 manat dəyərində olan çay dəsmalları, yataq otağındakı dolabın içərisindən bir ədədi 20 manat olmaqla üç ədəd ümumilikdə 60 manat dəyərində olan göy rəngli şüşə meyvə qabları (madonna qablar), bir ədədi 10 manat olmaqla dörd ədəd 40 manat dəyərində olan şüşə ləpə qabları, bir ədədi 5 manat olmaqla iki ədəd ümumilikdə 10 manat dəyərində olan şüşə qablar, bir dəst 15 manat dəyərində olan duz qabı, bir ədədi 4 manat olmaqla altı ədəd ümumilikdə 24 manat dəyərində olan kasa qablar, bir dəsti 3 manat olmaqla altı dəst ümumilikdə 18 manat dəyərində şüşə çay stəkanları, bir dəsti 5 manat olmaqla altı dəst ümumilikdə 30 manat dəyərində olan nəlbəkilər, bir dəst 20 manat dəyərində olan armudu stəkan-nəlbəki dəsti, bir dəst 30 manat dəyərində olan xrsutal stəkan-nəlbəki dəsti, bir dəsti 20 manat dəyərində olmaqla iki dəsti 40 manat dəyərində olan çaşqa dəsti, bir dəst 120 manat dəyərində olan çaşqa dəsti, bir dəsti 5 manat dəyərində olmaqla iki dəst ümumilikdə 10 manat dəyərində olan bakal stəkanlar, bir dəst 12 manat dəyərində olan stəkan dəsti, bir dəst 23 manat dəyərində olan stəkan dəsti, bir ədəd 25 manat dəyərində olan şüşə qənd qabı, bir dəst 30 manat dəyərində olan bıçaq dəsti, bir ədədi 8 manat olmaqla iki ədəd ümumilikdə 16 manat dəyərində şirniyyat qoymaq üçün nəzərdə tutulmuş şüşə qab, bir dəst 15 manat dəyərində mürəbə qabı, bir ədəd 15 manat dəyərində olan 10 litrlik aliminum çaydan, mətbəx otağından ümumilikdə 500 manat dəyərində olan mətbəx otağının tavanının lanbirinləri, mətbəx otağından bir ədəd 50 manat dəyərində olan su krantı, “Nova” markalı soyuducunun ümumilikdə 150 manat dəyərində olan matoru və buzluğu, evi elektrik ilə təmin edən 60 manat dəyərində olan 100 metr uzunluğunda şunuru, evin həyətindən bir ədəd 30 manat dəyərində olan “Max” markalı krosnu ağntenası, evin həyətindəki yarımçıq tikilinin içərisindən bir ədəd 60 manat dəyərində olan dəmir qapını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2923 (iki min doqquz yüz iyirmi üç) manat məbləğində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil omaqla qəsdən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 30 oktyabr 2021-ci il tarixdə axşam saat 20 radələrində Yevlax şəhəri, Neft Kəməri küçəsində dostu Təqsirləndirilən şəxs2la birlikdə olan zaman Sahib ona Yevlax şəhəri, Neft kəməri küçəsində yerləşən Aysel adlı qadına məxsus evin boş olduğunu və həmin evdən oğurluq edərək pul əldə edə biləcəklərini demişdir. O, Sahiblə razılaşmışdır. Onlar evin həyətini əhatə edən çəpərin üzərindən keçərək evin həyətinə daxil olmuşlar. Bundan sonra o, əlləri ilə fiziki güc tətbiq edərək qapını itələyib açmış və onlar evə daxil olmuşlar. Evin qapısı birbaşa mətbəx otağına açılmışdır. Onlar mətbəx otağından yataq otağına keçmiş və evin içərisini axtarmağa başlamış və dolabda çoxlu sayda qab-qacağın olduğunu görmüş və həmin qab-qacağı dolabdan çıxardaraq evin həyətinə yığmışlar. Həmin vaxt o, sandığın ağzını açaraq içərisində olan yataq dəstlərini (yorğan üzü, yastıq üzü, prastina), dəsmalları çıxartmış və onu da qab-qacağın yanına qoymuşdur. Bundan sonra onlar mətbəx otağında yerdə təzə halda olan lanbirinləri də götürmüş və onları da evin həyətinə qoymuşlar. Bundan sonra Sahib evin həyətindəki taxta stolun altından tapmış olduğu parça sumkanı ona vermiş və o, qab-qacağı sumkanın içərisinə yığmışdır. Bundan sonra o, yataq dəstləri ilə birlikdə evin içərisindən taparaq əlində gətirmiş olduğu göy rəngli sellofana yataq dəstlərini, dəsmalları yığmışdır. Bundan sonra Sahib qab-qacağı, o isə lanbirinləri və yataq dəstlərini götürmüş və girmiş olduqları yerdən də qayıdaraq küçəyə çıxmışdır. Onlar həmin əşyaları yaxınlıqda olan təzə tikilən boş həyətə aparmışlar. O, orada Sahibi gözləmiş və Sahib qab-qacağı apararaq yaşadığı evə qoymuşdur. Bundan sonra Sahib onun yanına qayıtmış və onlar yenidən evə girmişlər. Onlar evdəki yataq otağında olan divara quraşdırılmış televizoru, qaz peçin (ceyran peç), tozsoran maşını, ətçəkən maşını, şirəçəkən maşını və krosna apartını götürmüşlər. Bundan sonra evin mətbəx otağında olan soyuducunun matorunu və buzluğunu sökmüş və həmin vaxt mətbəxdə yerdə olan “sing” materialından olan su krantını götürmüşlər. Onlar daha sonra evi elektrik enerjisi ilə təmin edən şunurları sökmüşlər. Bunların hamısını sökdükcə evin həyətinə yığmışlar. Bundan sonra o, evin həyətindəki dəmir durbaya qurlaşdırılmış krosnanın ləyənini sökmüş və daha sonra evin həyətindəki evə bitişik yarımçıq tikilinin içərisində olan dəmir qapını (reşotka qapı) görmüş və həmin qapını tikilidən çölə çıxartmışdır. Bundan sonra onlar həmin götürdükləri armaturdan hazırlanmış dəmir qapı uzun olduğu üçün oğurlamış olduqları digər əşyaları həmin dəmir qapının üzərinə yığmış və Sahib ilə birlikdə hərəsi bir tərəfindən götürərək evə daxil olduqları yerdən qayıdaraq çıxmışlar. Bundan sonra həmin əşyaları tikintisi başa çatmayan və içərisində yaşayış olmayan evin həyətinə aparmışlar. Sonra onlar ətçəkən maşını, şirəçəkən maşını və tozsoran maşını sökərək içərisində olan misi götürmüşlər. Bu zaman o, krosna aparatını və krosnanun ləyənini özünə götürmüş və tez apararaq yeznəsi Süraca vermiş və geri qayıtmışdır. Bundan sonra onlar həmin əşyaları satmağa qərar vermiş və həmin əşyaları oğurlamış olduqları dəmir qapının üzərinə yığaraq satmağa aparmışlar. Onlar yaşadıqları küçəyə yaxın küçədə yerləşən Əhlimanın və Akifin metal qəbulu məntəqəsinə getmişlər. Yaşadıqları küçədə yerləşən zibillikdə evdən sökmüş olduqları şunuru yandırmış və içərisinin misini götürmüşlər. Həmçinin ətçəkən maşını, şirəçəkən maşını və tozsoran maşının qalıqlarını oradakı zibil qablarına atmışlar. Onlar həmin günü axşam saatlarında lanbirinləri və su krantını ümumilikdə 10 manata Əhlimana satmış və daha sonra Əhliman ilə qonşuluqda olan Akifin metal qəbulu məntəqəsinə getmiş və dəmir qapını, soyuducunun matorunu, buzluğunu və sökmüş olduqları əşyaların mislərini ümumilikdə 29 manat orada olan Kənan adlı şəxsə satmışlar. Həmin vaxt Əhliman və Akifin metal qəbulu məntəqələri açıq olmuşdur. Onlar həmin əşyaları satdıqdan sonra pulu iki yerə bölmüşlər. O, Sahib ilə birlikdə Yevlax şəhəri, Neft kəməri küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus evə daxil olan zaman və evdən oğurladıqları əşyaları evdən çıxardan zaman və küçə ilə aparakən onları heç kim görməmişdir. Sahib ilə 31 oktyabr 2021-ci il tarixdə günorta saatlarında oğurlamış olduğuqları qab-qacağın üzərindən bir ədəd stəkan dəstini və bir ədəd nəlbəki dəstini götürərək 5 manata Sahibin bibisi Şəmsiyə satmışdır. Bundan başqa o, həmin qabqacaqdan bir neçəsini, yəni qənd qabını, meyvə qabını götürərək Yevlax bazarında tanımadığı şəxsə 10 manata satmışdır. Zərərçəkmiş şəxs məxsus Yevlax şəhər Neft kəməri küçəsində yerləşən evdən televizor, qaz peçi-ceyran peç, çaydan oğurlamamışdır. O, Sahib ilə birlikdə oğurlamış olduğu əşyaları satmış olduqları Akifin və Əhlimanın həmin əşyaların oğurluq olması barədə hər hansı bir məlumatları olmamış və onlar bu barədə onlara hər hansı bir məlumat verməmişlər. Hazırda əməlindən səmimi olaraq peşmandlr. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın bir qismini ödəməsini qalan hissəsini isə yaxın vaxtda ödəyəcəyini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanunu nümayəndəsi Şahid1 iştirakı ilə ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 30 oktyabr 2021-ci il tarixdə axşam saat 20 radələrində Yevlax şəhəri Neft Kəməri, küçəsində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə olan zaman o, Əliyə Yevlax şəhəri, Neft kəməri küçəsində yerləşən Aysel adlı qadına məxsus evin boş olduğunu və həmin evdən oğurluq edərək pul əldə edə biləcəklərini demişdir. Əlinin maddi vəziyyəti pis olduğuna görə oğurluq etmək üçün onunla razılaşmışdır. O, Əli birlikdə evin həyətini əhatə edən çəpərin üzərindən keçərək evin həyətinə daxil olmuşdur. Bundan sonra Əli əlləri ilə fiziki güc tətbiq edərək qapını itələyib açmış və onlar evə daxil olmuşdur. Evin qapısı birbaşa mətbəx otağına açılmışdır. Onlar mətbəx otağından yataq otağına keçmiş və evin içərisini axtarmağa başlamış və dolabda çoxlu sayda qab-qacağın olduğunu görmüş və həmin qab-qacağı dolabdan çıxardaraq evin həyətinə yığmışlar. Həmin vaxt Əli sandığın ağzını açaraq içərisində olan yataq dəstlərini (yorğan üzü, yastıq üzü, prastina) çıxartmış və onu da qab-qacağın yanına qoymuşdur. Bundan sonra onlar mətbəx otağında yerdə təzə halda olan lanbirinləri də götürmüş və onları da evin həyətinə qoymuşdur. Bundan sonra o, evin həyətindəki taxta solun altından tapmış olduğu parça sumkanı Əliyə vermiş və Əli qab-qacağı sumkanın içərisinə yığmışdır. Bundan sonra Əli yataq dəstləri ilə birlikdə evdən əlində gətirmiş olduğu göy rəngli sellofana yataq dəstlərini yığmış, o qab-qacağı Əli isə lanbirinləri və yataq dəstlərini götürmüş və girmiş olduqları yerdən də qayıdaraq küçəyə çıxmışlar. Əli təzə tikilən boş həyətdə onu gözləmiş və o, qab-qacağı apararaq yaşadığı evdəki yaşayış olmayan otağa qoymuşdur. Bundan sonra o, Əlinin yanına qayıtmış və bundan sonra onlar yenidən evə girmişlər. Evdəki yataq otağında olan divara quraşdırılmış televizoru, qaz peçin (ceyran peç), tozsoran maşını, ətçəkən maşını, şirəçəkən maşını və krosna apartını götürmüşlər. Bundan sonra evin mətbəx otağında olan soyuducunun matorunu və buzluğunu sökmüş və həmin vaxt mətbəxdə yerdə olan “sink” materialından olan su krantını götürmüşdür. Onlar daha sonra evi elektrik enerjisi ilə təmin edən şunurları sökmüşdür. Onlar bunların hamısını sökdükcə evin həyətinə yığmışlar. Bundan sonra Əli evin həyətindəki dəmir durbaya qurlaşdırılmış krosnanun ləyənini sökmüş və daha sonra evin həyətindəki evə bitişik yarımçıq tikilinin içərisində olan dəmir qapını (reşotka qapı) görmüş və ona “orada dəmir qapı olduğunu və onu da götürməklərini” demişdir. O, qapının ağır olacağını deyərək götürmək istəməmiş, lakin Əli qapını tikilidən çölə çıxartmış və ağır olmadığını demişdir. Bundan sonra onlar həmin götürdükləri armaturdan hazırlanmış dəmir qapı uzun olduğu üçün oğurlamış olduqları digər əşyaları həmin dəmir qapının üzərinə yığmış və hərəsi bir tərəfindən götürərək evə daxil olduqları yerdən qayıdaraq çıxmışdır. Bundan sonra onlar həmin əşyaları tikintisi başa çatmayan və içərisində yaşayış olmayan evin həyətinə aparmışdır. Sonra onlar çaydan, ətçəkən maşını, şirəçəkən maşını və tozsoran maşını sökərək içərisində olan misi götürmüşlər. Bu zaman Əli krosna aparatını və krosnunun ləyənini özünə götürmüş və təxminən 5-10 dəqiqə içərisində krosna aparatını və ləyənini aparaq evə qoymuş və onun yanına qayıtmışdır. Bundan sonra onlar həmin əşyaları satamağa qərar vermiş və həmin əşyaları oğurlamış olduqları dəmir qapının üzərinə yığaraq satmağa aparmışdır. Onlar yaşadıqları küçəyə yaxın küçədə yerləşən Əhlimanın və Akifin metal qəbulu məntəqəsinə getmişlər. Yaşadıqları küçənin qarşısında yerləşən zibillikdə evdən sökmüş olduqları şunuru yandırmış və içərisinin misini götürmüşlər. Həmçinin ətçəkən maşını, şirəçəkən maşını və tozsoran maşının qalıqlarını oradakı zibil qablarına atmışlar. Onlar həmin günü axşam saatlarında lanbirinləri və su krantını Əhlimana satmış və daha sonra Əhliman ilə qonşuluqda olan Akifin metal qəbulu məntəqəsinə getmiş və dəmir qapını, soyuducunun matorunu, buzluğunu, və sökmüş olduqları əşyaların mislərini Kənan adlı şəxsə satmışlar. Onlar həmin əşyaları satdıqdan sonra pulu iki yerə bölmüşlər. O, Yevlax şəhəri, Neft kəməri küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edən zaman Təqsirləndirilən şəxs1 ilə əlbir olmuşdur. Lakin bu barədə heç kimin məlumatı olmamışdır. Əli ilə o, 31 oktyabr 2021-ci il tarixdə günorta saatlarında oğurlamış olduqları qab-qacağın üzərindən bir ədəd stəkan dəstini və bir ədəd nəlbəki dəstini götürərək 5 manata onunla qonşuluqda yaşayan bibisi Şəmsiyə satmışlar. Bundan başqa həmin qab-qacaqdan bir neçəsini Əli götürərək aparmışdır. Lakin Əlinin həmin əşyaları kimə verməsi ilə bağlı onun heç bir məlumatı yoxdur. Əli ilə birlikdə oğurlamış olduqları əşyaları satmış olduqları Akifin və Əhlimanın həmin əşyaların oğurluq olması barədə hər hansı bir məlumatları olmamış və onlar bu barədə onlara hər hansı bir məlumat verməmişlər. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişlər. Məhkəmədə son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, yetkinlik yaşına çatmamasını, ziyanın bir qismini ödəməsini qalan hissəsini isə yaxın vaxtda ödəyəcəyini nəzərə alaraq, ona qanunla nəzərdə tutulan yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, Tərtər rayonu, Mübariz İbrahimov küçəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində iki az yaşlı uşağı ilə birlikdə yaşayır. 2020-ci ilin iyul ayında o, əri Bayramdan boşanmış, iki az yaşlı qızları məhkəmə tərəfindən onun himayəsinə verilmişdir. Bakı şəhərində işə qəbul olunandan sonra ona məxsus olan ünvan 1 ünvanında yerləşən evi boş qalmışdır. Həmin ev bir yataq otağı və bir də mətbəx otağı olmaqla iki otaqdan ibarətdir. Ayda bir dəfə Yevlax şəhərinə gələrək həm övladlarına, həm də ona məxsus olan evə baş çəkmişdir. Növbəti dəfə Yevlax şəhərinə 04.08.2021-ci il tarixdə gəlmiş və həmin vaxt evində olan bütün əşyalar yerində olmuşdur. Sonuncu dəfə 01 noyabr 2021-ci il tarixdə evə gəlmiş və evin həyətinə daxil olan zaman evin qapısının açıq vəziyyətdə olduğunu və otaqdakı bütün əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Ev əşyalarına nəzər salan zaman, evin yataq otağında olan divara qurlaşdırmış olduğu 2019-cu ildə 1000 manata aldığı bir ədəd qara rəngli 108 ekran olan “VESTEL” markalı televizor (işlədilmiş və işlək vəziyyətdə), həmin televizora qurlaşdırılmış 2019-cu ildə 50 manata almış olduğu bir ədəd “Max” markalı krosna aparatı (işlədilmiş və işlək vəziyyətdə), 2018-ci ildə 270 manata aldığı qırmızı rəngli “QALAXİ” markalı elektrikli tozsoran (işlədilmiş və işlək vəziyyətdə), 2018-ci ildə 55 manata aldığı ağ rəngli “GEPAS” markalı ətçəkən maşın (işlədilmiş və işlək vəziyyətdə), 2018-ci ildə 160 manata aldığı “ELİTE” markalı meyvə şirəsi çəkən elektriklə işləyən maşın (işlədilmiş və işlək vəziyyətdə), bir ədəd 40 manat dəyərində olan qaç peçi-ceyran peç (işlədilmiş və işlək vəziyyətdə), yataq otağında olan, lakin ağzı örtülü olsada qıfıl ilə bağlanmamış sandığın içərisindən təzə halda olan və işlətmədiyi 2020-ci ildə bir dəstini 50 manata aldığı üç dəst 150 manat dəyərində qoşa yataq üçün prastina, yorğan və yastıq üzlükləri (bir dəstin içərisində iki ədəd yastıq üzü, bir ədəd prastina və bir ədəd yorğan üzlüyü), 2020-ci ildə bir dəstini 25 manata aldığım beş dəst 125 manat dəyərində tək adamlıq yataq üçün prastina, yastıq, yorğan üzlükləri (bir dəstin içərisində bir ədəd prastina, bir ədəd yorğan və bir ədəd yastıq üzlüyü), 2020-ci ildə 60 manata aldığım 8 nəfərlik stol üçün olan bir ədəd masa üzlüyü (süfrə), 2020-ci ildə bir ədədini 30 manata almış olduğu iki ədəd 60 manat dəyərində olan bədən üçün olan dəsmallar, 2020-ci ildə ümumilikdə 30 manata almış olduğu 20 ədəd çay dəsmalları, bundan başqa yataq otağındakı dolabın içərisində olan təzə halda olan və işlətmədiyi 2012-ci ildə almış olduğu üç ədəd ümumilikdə 50 manat dəyərində olan göy rəngli şüşə meyvə qabları (madonna qablar), dörd ədəd ümumilikdə 50 manat dəyərində olan şüşə ləpə qabları, iki ədəd ümumilikdə 10 manat dəyərində olan şüşə qablar, bir dəst 7 manat dəyərində olan duz qabı (dəstin içərisində 6 ədəd), altı ədəd ümumilikdə 24 manat dəyərində olan kasa qablar, bir dəsti 3 manat olmaqla altı dəst 18 manat dəyərində şüşə çay stəkanları (bir dəstin içərisində 6 ədəd stəkan olan), bir dəsti 5 manata olmaqla altı dəst 30 manat dəyərində olan nəlbəkilər (bir dəstin içərisində 6 ədəd nəlbəki olan), bir dəst 20 manat dəyərində olan armudu stəkan-nəlbəki dəsti (içərisində 6 ədəd stəkan və 6 ədəd nəlbəki olan), bir dəst 30 manat dəyərində olan xrsutal stəkannəlbəki dəsti (içərisində 6 ədəd xrustal stəkan və 6 ədəd xrustal nəlbəki olan), bir dəsti 20 manat olmaqla iki dəsti 40 manat dəyərində olan çaşqa dəsti (bir dəstin içərisində 6 ədəd çaşka və 6 ədəd nəlbəki), bir dəst 120 manat dəyərində olan çaşqa dəsti (içərisində 6 ədəd çaşka və 6 ədəd nəlbəki olan), bir dəsti 5 manat olmaqla iki dəst 10 manat dəyərində olan bakal stəkanlar (bir dəstin içərisində 6 ədəd), bir dəst 12 manat dəyərində stəkan dəsti (içərisində 6 ədəd bakal stəkan olan), bir dəst 23 manat dəyərində stəkan dəsti (içərisində 6 ədəd bakal stəkan olan), bir ədəd 25 manat dəyərində olan şüşə qənd qabı, bir dəst 55 manat dəyərində olan bıçaq dəsti (içərisində 6 ədəd bıçaq olan), bir ədədi 4 manat olmaqla iki ədəd 8 manat dəyərində şirniyyat qoymaq üçün nəzərdə tutulmuş şüşə qab, bir dəst 15 manat dəyərində mürəbə qabı (içərisində 6 ədəd şüşə mürəbbə qabı olan), bir ədəd 15 manat dəyərində olan 10 letrlik aliminum çaydan, bundan başqa 2021-ci ilin fevral ayında 500 manata alaraq mətbəx otağının tavanına vurmuş olduğu lanbirinlər, mətbəx otağındakı 50 manat dəyərində olan 2021-ci ilin fevral ayında almış olduğu, lakin markasını bilmədiyi su krantı, mətbəx otağında olan 2013-cü ildə almış olduğum “Nova” markalı soyuducunun ümumilikdə 150 manat dəyərində olan matoru və buzluğu, evi elektrik ilə təmin edən 100 metr uzunluğunda içərisi misdən olan 60 manat dəyərində şunur, evin həyətində olan bir ədəd 2019-cu ildə 50 manat almış olduğu “Max” markalı krosna ləyəni, evin həyətindəki yarımçıq tikilinin içərisində olan bir ədəd 60 manat dəyərində dəmir qapı oğurlanmışdır. Bu barədə biləndən sonra həmin gün Yevlax rayon Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Yuxarıda göstərilənlərdən başqa onun evindən hər hansı bir əşya və yaxud da əmlak oğurlanmamışdır. Onun evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3422 (üç min dörd yüz iyirmi iki) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini, və hazırda onlardan şikayətçi olduğunu nəzərə alaraq, təqsirləndirilən şəxslər barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun oğludur. Oğlunun oğurluq etməsini polis şöbəsinə dəvət olunan zaman bilmişdir. Oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus evdən oğurlayaraq yaşadıqları evə gətirib qoymuş olduğu qab-qacaqdan xəbəri olmamışdır. Belə ki, Sahib həmin qab-qacağı təmirsiz olan yaşamadıqları otağa qoymuş və həmin otağa giriş birbaşa eyvandandır. 04 noyanbr 2021-ci il tarixdə polis əməkdaşları onların razılığı ilə evə baxış keçirən zaman həmin yaşayış olmayan otaqdan Zərərçəkmiş şəxs məxsus qab-qacaq aşkar olunaraq götürmüşlər. Həmin vaxta kimi orada oğurluq əşya, yəni qabqacaq olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Şahid5 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Yevlax şəhəri, Xətai küçəsində metal qəbul məntəqəsi işlədir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlar onun yaşadığı küçəyə yaxınlıqda yerləşən küçədə yaşayırlar. Əli və Sahib 30 oktyabr 2021-ci il tarixdə axşam saatlarında onun metal qəbulu məntəqəsinə gələrək, satdıq lanbirinləri olduğunu bildirmişlər. Onlar həmin lanbirini əllərində gətirmişlər. Onlardan lanbirini haradan aldıqlarını soruşduqda zibillikdən yığmış olduqlarını bildirmişlər. Həmin lanbirinlər istifadəyə yayarsız, yəni qırıq vəziyyətdə olduqları üçün onlara inanmış və həmin lanbirini tərəzidə çəkərək bir kiloqramı 50 qəpikdən olmaqla almışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 lanbirindən başqa hər hansı bir əşya almamışdır. Həmin lanbirinləri səyyar qaydada metal və kauçok (kapron) alan tanımadığı şəxslərə satmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, dayısı X5 şəhəri, Xətai küçəsində metal qəbul məntəqəsi var. 30 oktyabr 2021-ci il tarixdə dayısı X5 şəhəri, Xətai küçəsində yerləşən metal qəbul məntəqəsində olmuşdur. Belə ki, həmin vaxt dayısı Akif başqa yerdə olduğu üçün ondan metal qəbulu məntəqəsində olmağını xahiş etdiyinə görə orada olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlar onun yaşadığı küçənin yaxınlığında yerləşən küçədə yaşayırlar. Əli və Sahib 30 oktyabr 2021-ci il tarixdə axşam saatlarında dayısının metal qəbulu məntəqəsinə gəlmiş və ona mis və bir neçə metal əşya satmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona satmış olduğu misin və bir neçə metal əşyanın oğurluq olması barədə onun məlumatı olmamışdır. Əli və Sahib ona həmin əşyaların özlərinə məxsus olmasını bildirmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 03 dekabr 2021-ci il tarixli 9/8179 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd 108 ekran olan “VESTEL” markalı televizor (2019-cu ildə alınmış, işlədilmiş və işlək vəziyyətdə) 500 manat bir ədəd “Max” markalı krosna aparatı (2019-cu ildə alınmış, işlədilmiş və işlək vəziyyətdə) 200 manat üç ədəd göy rəngli şüşə meyvə qabları (2012-ci ildə alınmış, təzə halda olan və işlədilməmiş madonna qablar) 60 manat dörd ədəd şüşə ləpə qablar (2012-ci ildə alınmış, təzə halda olan və işlədilməmiş) 40 manat altı ədəd duz qabı (2012-ci ildə alınmış, təzə halda olan və işlədilməmiş, bir dəstin içərisində 6 ədəd duz qabı olan) 15 manat altı ədəd kasa qablar (2012-ci ildə alınmış, təzə halda olan və işlədilməmiş) 24 manat armudu stəkan-nəlbəki dəsti (2012-ci ildə alınmış, təzə halda olan və işlədilməmiş içərisində 6 ədəd stəkan və 6 ədəd nəlbəki olan) 20 manat bıçaq dəsti (2012-ci ildə alınmış, təzə halda olan və işlədilməmiş, içərisində 6 ədəd bıçaq olan) 30 manat 2 ədəd şirniyyat qoymaq üçün nəzərdə tutulmuş şüşə qab (2012-ci ildə alınmış, təzə halda olan və işlədilməmiş) 16 manat mürəbbə qabı (2012-ci ildə alınmış, təzə halda olan və işlədilməmiş içərisində 6 ədəd şüşə mürəbbə qabı olan) 15 manat “Max” markalı krosna ləyəni (2019-cu ildə alınmış) 30 manat Analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların 2021-ci ilin oktyabr-noyabr aylarına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 820 (səkkiz yüz iyirmi) manat müəyyən olunur. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüsü, çəkisi və.s) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 04 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22.30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 06 noyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 04 noyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 06 noyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2016-cı il təvəllüdlü Həsən, 2018-ci il təvəllüdlü Hüseyn və 2020-ci il təvəllüdlü Rübabə adlı üç azyaşlı uşağ var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi qaydasını və prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmaması yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli talama məqsədi ilə 30 noyabr 2021-ci il tarixdə saat 22 radələrində yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətini əhatə edən dəmir çəpərin üzərindən aşıb keçməklə evin həyətinə keçib evin taxtadan olan qapısını əlləri ilə fiziki güc tətbiq edərək itələyib açmaqla evə qanunsuz daxil olaraq evin yataq otağında olan divara qurlaşdırmış bir ədəd 550 manat dəyərində olan 108 ekran olan “VESTEL” markalı televizoru, bir ədəd 20 manat dəyərində olan “Max” markalı krosnu aparatını, bir ədəd 270 manat dəyərində olan “QALAXİ” markalı elektrikli tozsoranı, bir ədəd 55 manata dəyərində olan ağ rəngli “GEPAS” markalı elektrikli ətçəkən maşını, bir ədəd 160 manat dəyərində olan meyvə şirəsi çəkən “ELİTE” markalı elektriklə işləyən maşını, bir ədəd 40 manat dəyərində olan qaz(ceyran) peçini, yataq otağında olan sandığın içərisindən bir dəsti 50 manat olmaqla üç dəst ümumilikdə 150 manat dəyərində olan qoşa yataq üçün üzlük, yorğan və yastıq üzlükləri, bir dəsti 25 manat olmaqla beş dəst ümumilikdə 125 manat dəyərində tək adamlıq yataq üçün üzlük, yastıq, yorğan üzlükləri, bir ədəd 60 manat dəyərində masa üzlüyü (süfrə), bir ədədi 30 manat olmaqla iki ədəd ümumilikdə 60 manat dəyərində olan bədən üçün dəsmallar, 20 ədəd ümumilikdə 30 manat dəyərində olan çay dəsmalları, yataq otağındakı dolabın içərisindən bir ədədi 20 manat olmaqla üç ədəd ümumilikdə 60 manat dəyərində olan göy rəngli şüşə meyvə qabları(madonna qablar), bir ədədi 10 manat olmaqla dörd ədəd 40 manat dəyərində olan şüşə ləpə qabları, bir ədədi 5 manat olmaqla iki ədəd ümumilikdə 10 manat dəyərində olan şüşə qablar, bir dəst 15 manat dəyərində olan duz qabı, bir ədədi 4 manat olmaqla altı ədəd ümumilikdə 24 manat dəyərində olan kasa qablar, bir dəsti 3 manat olmaqla altı dəst ümumilikdə 18 manat dəyərində şüşə çay stəkanları, bir dəsti 5 manat olmaqla altı dəst ümumilikdə 30 manat dəyərində olan nəlbəkilər, bir dəst 20 manat dəyərində olan armudu stəkan-nəlbəki dəsti, bir dəst 30 manat dəyərində olan xrsutal stəkan-nəlbəki dəsti, bir dəsti 20 manat dəyərində olmaqla iki dəsti 40 manat dəyərində olan çaşqa dəsti, bir dəst 120 manat dəyərində olan çaşqa dəsti, bir dəsti 5 manat dəyərində olmaqla iki dəst ümumilikdə 10 manat dəyərində olan bakal stəkanlar, bir dəst 12 manat dəyərində olan stəkan dəsti, bir dəst 23 manat dəyərində olan stəkan dəsti, bir ədəd 25 manat dəyərində olan şüşə qənd qabı, bir dəst 30 manat dəyərində olan bıçaq dəsti, bir ədədi 8 manat olmaqla iki ədəd ümumilikdə 16 manat dəyərində şirniyyat qoymaq üçün nəzərdə tutulmuş şüşə qab, bir dəst 15 manat dəyərində mürəbə qabı, bir ədəd 15 manat dəyərində olan 10 letrlik aliminum çaydan, mətbəx otağından ümumilikdə 500 manat dəyərində olan mətbəx otağının tavanının lanbirinləri, mətbəx otağından bir ədəd 50 manat dəyərində olan su krantı, “Nova” markalı soyuducunun ümumilikdə 150 manat dəyərində olan matoru və buzluğu, evi elektrik ilə təmin edən 60 manat dəyərində olan 100 metr uzunluğunda şunuru, evin həyətindən bir ədəd 30 manat dəyərində olan “Max” markalı krosnu ağntenası, evin həyətindəki yarımçıq tikilinin içərisindən bir ədəd 60 manat dəyərində olan dəmir qapını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2923 (iki min doqquz yüz iyirmi üç) manat məbləğində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil omaqla qəsdən oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən əməli törətməkdə təqsirli olmaları öz etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşmançılıq çəkməsi və himayəsində üç azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.2-ci maddəsinə əsasən cinayəti törədərkən yetkinlik yaşına çatmamasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 az ağır cinayət törətmələrini, onların cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 16 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 04 noyabr 2021-ci il tarixdən 06 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan içərisində 6 ədəd armudu stəkan və nəlbəki olan bir ədəd stəkan dəsti, içərisində 6 ədəd fincan və nəlbəki olan bir ədəd fincan dəsti, içərisində 6 ədəd xrustal stəkan olan bir ədəd stəkan dəsti, hər birinin içərisində ayrı-ayrılıqda 6 ədəd şüşə bakal olan 2 ədəd şüşə bakal dəsti, hər birinin içərisində 6 ədəd nəlbəki olan 2 ədəd nəlbəki dəsti, içərisində 6 ədəd göy rəngli bakal olan 1 ədəd bakal dəsti, 3 ədəd şüşə ləpə qabı, içərisində 2 ədəd bıçaq olan bir ədəd bıçaq dəsti, 3 ədəd duz qabı, 5 ədəd mürəbbə qabı, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd bogema meyvə qabı, 1 ədəd kasa, 2 ədəd şüşə qabı, bir ədəd “SuperMax” markalı krosna aparatı və bir ədəd krosna antenası, bir ədəd stəkan-nəlbəki dəsti hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs X2 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 04 noyabr 2021-ci il tarixdən 06 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 16 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan içərisində 6 ədəd armudu stəkan və nəlbəki olan bir ədəd stəkan dəsti, içərisində 6 ədəd fincan və nəlbəki olan bir ədəd fincan dəsti, içərisində 6 ədəd xrustal stəkan olan bir ədəd stəkan dəsti, hər birinin içərisində ayrı-ayrılıqda 6 ədəd şüşə bakal olan 2 ədəd şüşə bakal dəsti, hər birinin içərisində 6 ədəd nəlbəki olan 2 ədəd nəlbəki dəsti, içərisində 6 ədəd göy rəngli bakal olan 1 ədəd bakal dəsti, 3 ədəd şüşə ləpə qabı, içərisində 2 ədəd bıçaq olan bir ədəd bıçaq dəsti, 3 ədəd duz qabı, 5 ədəd mürəbbə qabı, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd bogema meyvə qabı, 1 ədəd kasa, 2 ədəd şüşə qabı, bir ədəd “SuperMax” markalı krosna aparatı və bir ədəd krosna antenası, bir ədəd stəkan-nəlbəki dəsti hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs X2 qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar