Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-53/2024 09.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1963-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2bs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Belə ki, Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə saat 14 radələrində qəsdən özgənin əmlakını gizli yolla talama məqsədi ilə Yevlax şəhəri H.Əliyev prospektində yerləşən 3147 saylı “Al Market”in qarşısında küçədə yerə qoyulmuş həmin 3147 saylı “Al Market”ə məxsus olmaqla həmin mağzaya quraşdırılması üçün nəzərdə tutulmuş 01 ədəd “Carrier 42QHG018D” markalı, “A++ Class” enerji sərfiyyat sinifli, 53 kvadrat metr ı̇ ş sahəsi üçün nəzərdə tutulmuş, uzaqdan idarə etmə sistemli , “18000 BTU” soyutma qabiliyyəti, ağ rəngli kondisionerin 1000 (bir min) manat dəyərində olan daxili ön hissə avadanlığını – split hissəsini orada heç kəsin olmamasından istifadə edərək gizli yolla talayaraq 3147 saylı “Al Market” mağazasına cəmi 1000 (bir min) manat məbləğində maddi ziyan vuraraq qəsdən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “AL Market” mağazasının qarşısından keçərkən həmin mağazanın qarşısında kondisionerin split hissəsinin olduğunu görmüş, bu zaman o ətrafa baxmış və mağaza işçilərindən heç kimin olmadığını görmüşdür. Həmin kondisionerin split hissəsini oğurlamaq qərarına gəlmiş və əlinə götürərək apara biləcəyi üçün kondisionerin ön hissəsini, yəni split hissəsini götürmüş və oradan uzaqlaşmışdır. O, kondisionerin ön hissəsini oğurladıqdan sonra matoru olmadığı üçün kondisioner kimi sata bilməyəcəyini bildiyindən həmin kondisionerin ön hissəsinin içərisini sökmüş və radiatorunu çıxardaraq əzik-əzik etmişdir. O, kondisionerin splitini satarkən köhnə kimi görünməsi üçün və oğurluq olması bilinməsin deyə belə etmişdir. O, kondisionerin splitini tanıdığı metal qəbulu məntəqəsi işlədən Şahid 16 manat pul qarşılığında satmışdır. Kondisionerin splitinin digər qalan hissələrini heçnəyə yaramadığı üçün kisəyə (meşoğa) yığaraq zibil qabına atmışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini zərərçəkmiş şəxslə barışdığını, və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasına ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin olmadığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə metal qəbulu məntəqəsində olan zaman Təqsirləndirilən şəxs əlində kondisanerin radiatorunu gətirərək satmaq istədiyini demişdir. O, Təqsirləndirilən şəxs həmin radiatoru haradan aldığını soruşduqda Kamil Əhmədov özünə məxsus olduğunu və hazırda pula ehtiyacı olduğu üçün satdığını demişdir. O, həmin kondisaner radiatorunu 16 manata Kamildən almışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 sentyabr 2023-cü il tarixdə qəbul edilmiş “şübhəli şəxsin tutulması haqqında” qərar əsasında şübhəli şəxs qismində saxlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 sentyabr 2023-cü il tarixdə qəbul edilmiş “qətimkan tədbiri seçmək haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin 21 iyun 2024-cü il tarixli məktubna əsasən Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə saxlanılaraq 2 saylı İstintaq Təcridaxanasına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 9/8759 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən Carrier 42QHG018D markalı, A++ Class enerji sərfiyyatı sinifi, 53 kvadrat metr iş sahəsi, uzaqdan idarəetməli, 18000 BTU soyutma qabiliyəti, ağ rəngli kondisionerin split hissəsinin (ön hissəsi yəni otağın içərisində quraşdırılmış hissəsi) istifadə də olmaması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 550,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2001-ci il tarixdə Ukrayna Respublikası Xarkov şəhərinin Lenin rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Ukrayna Respublikası CM-nin 309-cu maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1; 69.3-cü maddələri ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi istintaq olunmuş, lakin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2- ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxsnın etdiyi əmələ görə peşman olması, zərərçəkmiş şəxslə barışması, və ona dəymiş ziyanı ödəməsi, Azərbaycan Respublikası CM-nin 59-cu maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxsnın Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 06 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci və 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və iş üzrə maddi sübut hesab edilən kondisanerin split hissəsinə aid olan radiator Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İşə olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 21 iyun 2024-cü il tarixdən 09 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı 18 (on səkkiz) gün müddətləri cəmi 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 69.3-cü maddələrinə əsasən 01 (bir) gün həbsdə qaldığı müddət 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla 01 (bir) ay 10 (on) gün ona təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsnın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsnın yaşadığı yer üzrə Yevlax şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxsnın üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsdin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və iş üzrə maddi sübut hesab edilən kondisionerin split hissəsinə aid olan radiator Zərərçəkmiş şəxs qaytarılsın Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). HAKİM Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-53/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-53/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver