Məhkəmə qərarları › İş №1(039)-53/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-53/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-53/2025 05.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X2, Müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.02025-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 02 oktyabr 2024-cü il tarixdə gecə saat 23:00 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən pivot əkin sahəsinə gedərək həmin sahədə quraşdırılmış Zərərçəkmiş şəxs2 MMC-nin balansında olan hər biri 63 (altmış üç) metr uzunluqda olmaqla 9 (doqquz) ədəd span birləşmələrindən ibarət, ümumi uzunluğu 567 (beş yüz altmış yeddi) metr olan yağış yağdırma üsulu ilə tam avtomatlaşdırılmış pivot suvarma sistemi qurğusunun üzərindəki hər bir metrinin qiyməti 30 manat təşkil edən 11 damarlı 4x4 kv/mm ölçüdə, 189 metr uzunluqda mis materialdan olan kabeli kəsib qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 MMC-yə cəmi 5670 (beş min altı yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 dekabr 2024-cü il tarixdə gecə saat 01:00 radələrində Yevlax şəhəri, A.Sadıqov küçəsinə gedərək həmin küçədə dirəklərin üzərinə quraşdırılmış Zərərçəkmiş şəxs1 MMC-nin X11 filialının Yevlax şöbəsinin balansında olan 210 metr ölçüdə hər 01 (bir) metrinin qiyməti 9 (doqquz) manat 50 (əlli) qəpik təşkil edən TPP-30x2 tipli rabitə kabelini kəsib qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 MMC-yə cəmi 1995 (bir min doqquz yüz beş) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən oğurluq etmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC mülki iddia verərək, cinayət işi üzrə hökm çıxarılarkən Təqsirləndirilən şəxs 2526.63 (iki min beş yüz iyirmi altı manat altmış üç qəpik) manat məbləğində ziyanın və 45.27 (qırx beş manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs1 MMC-nin hesabına ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC mülki iddia verərək, cinayət işi üzrə hökm çıxarılarkən Təqsirləndirilən şəxs 5670 (beş min altı yüz yetmiş) manat məbləğində ziyanın və 76.7 (yetmiş altı manat yetmiş qəpik) manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs2 MMC-nin hesabına ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3- 2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, verdi ifadəsində göstərmişdir ki, maddi imkanı olmadığından və ehtiyyacı olduğundan hazırkı oğurluq hadisəsini törətmişdir. Özü dəmir yığıb satmaqla məşğul olur. Hər iki oğurluq hadisəsini özü tək etmişdir. Kabelləri kəsdikdən sonra kisələrə yığmış, yoldan keçən maşınla gətirmiş və tanımadığı şəxsə satmışdır. Hazırda əməlindən səmimi peşmandır. Maddi imkanı olmadağından vurduğu ziyanı ödəyə bilməmişdir. Hazırda da mülki iddianı təmin etmək iqtidarında deyildir. Himayəsində azyaşlı uşaqları vardır. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 MMC-nin X11 filialının Yevlax rayon Azad Sadıqov küçəsində yerləşən xətt kabelinin oğurlanması barədə müəsisəyə məlumat daxil olmuşdur. Bu barədə məlumat aldıqdan sonra müəsisənin məsul şəxsləri tərəfindən hadisə yerinə baxış keçirilərək yerində akt tərtib olunmuşdur. Daha sonra idarənin rəhbərliyinə bu barədə məlumat verilmiş, rəhbərlik bu barədə polisə məlumat verilməsini istəmiş və onlarda bu barədə Yevlax RPŞ-nə rəsmi məktubla müraciət etmişlər. Oğurlanmış Zərərçəkmiş şəxs1 MMC-nin Mərkəzi regional filialının Yevlax şöbəsinə məxsus olan 210 metr ölçüdə TPP-30x2 tipli rabitə kabelinin dəyəri hər 1 metri üçün 9 manat 50 qəpik təşkil edir. Aztelekom” MMC-nin Mərkəzi regional filialının Yevlax şöbəsinə məxsus olan 210 metr kabelin oğurlanması nəticəsində Zərərçəkmiş şəxs1 MMC-yə 1995 manat, çəkiləcək xərclərlə birlikdə isə ümumilikdə hadisə nəticəsində Zərərçəkmiş şəxs1 MMC-yə 2526,33 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, mülki iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, eyni zaman mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X6 verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-nin hüquqşunası vəzifəsində çalışır. Zərərçəkmiş şəxs2 MMC 2022-ci ildən Yevlax-Goranboy rayonu ərazisində təsərrufatla məşğul olan cəmiyyətdir. 2023-cü ildə təsərrufatın daha yaxşı olması məqsədi ilə “Pivot” suvarma sisteminin var (süni yağış yağdırma sisteminin) və onların sayı 6 ədəd olmuşdur. Onların üçü Yevlax rayonu, üçü isə Goranboy ərazisində yerləşir. xx.xx.2024-cü ilin tarixdə təsərrüfatda suvarma sistemlərinin vəziyyətini yoxlayan zaman Zərərçəkmiş şəxs2 MMC-nin Dastan-2 təsərrufatının “Pivot” suvarma sisteminin (süni yağış yağdırma sisteminin) elektrik kabellərinin Yevlax rayonuna düşən hissəsinin oğurlanması aşkar olunmuşdur. Bu barədə məlumat aldıqdan sonra onlar hadisə yerinə baxış keçirilərək yerində akt tərtib olunmuş və müəyyən olunmuşdur ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə 20000 manat maddi ziyan dəymişdir. Daha sonra idarənin rəhbərliyinə bu barədə məlumat verilmiş və rəhbərlik bu barədə polisə məlumat verilməyini istəmiş, və bu barədə Yevlax RPŞ-nə və DİN-nin 102 xidmətinə məktubla müraciət etmişlər. Həmin oğurlanmış “Pivot” suvarma sistemi hər biri 63 metr uzunluqda olmaqla 9 ədəd span birləşmədən ümumi uzunluğu isə 567 metr olan yağış yağdırma üsulu ilə tam avomatlaşdırılnış suvarma sitemini təşkil edir. Həmin 9 ədəd span birləşməsinin 3 ədədi oğurlanmışdır.X6 ifadəsini davam etdirərək bildirmişdir ki, oğurlanmış 3 ədəd span birləşmənin suvarma siteminin qurğusunun üzərindəki kabelin uzunluğu 189 metrdir. Həmin oğurlanmış 3 ədəd span birləşmənin suvarma siteminin qurğusunun üzərindəki uzunluğu 189 metr kabel mis materialdan olmaqla 11 damarlı 4x4 kvadrat/mm ölçüdədir. Həmin kabelin smeta dəyəri hər 1 metri üçün 30 manat təşkil edir.Bundan başqa, o "xxxx" MMC-nin qiymətləndirilmə rəyi ilə tanış oldu və həmin rəydə qeyd olunmuş Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 3 ədəd span birləşmənin suvarma siteminin qurğusunun üzərindəki uzunluğu 189 metr kabel mis materialdan olmaqla 11 damarlı 4x4 kvadrat/mm ölçülü kabelin oğurlanması nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 11 damarlı 4x4 kvadrat/mm ölçülü kabelin 5670 manat məbləğində qiymətləndirilməsi ilə razıdır.Hadisə nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə 5670 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC ərizə ilə məhkəməyə müracət edərək, işə həmin cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını və hökm çıxarılan zaman Təqsirləndirilən şəxs 5670 (beş min altı yüz yetmiş) manat məbləğində ziyanın və 76.7 (yetmiş altı manat yetmiş qəpik) manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs2 MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi vəzifəsində işləyir. Əvvəllər təqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanımamışdır. Təxminən 6-7 ay əvvəl Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş kabel oğurluqları ilə bağlı şübhəli şəxs qismində Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər və Təqsirləndirilən şəxs həmin oğurluqları törətdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 MMC-nin X11 filialının XQİS-nin müdürü vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 MMC-nin X11 filialının Yevlax rayon Azad Sadıqov küçəsində yerləşən xətt kabelinin oğurlanması barədə müəsisəyə məlumat daxil olmuş, bu barədə məlumat aldıqdan sonra idarənin işçiləri ilə birlikdə hadisə yerinə baxış keçirərək yerində akt tərtib etmişlər və sonra sənədləri Yevlax rayon Polis Şöbəsinə vermişlər. Həmin vaxt oğurluq hadisəsinin kim tərəfindən törədilməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ildən Zərərçəkmiş şəxs2 MMC-nin mühəndis-elektrik vəzifəsində çalışır. Zərərçəkmiş şəxs2 MMC 2022-ci ildən Yevlax- Goranboy rayonu ərazisində təsərrufatla məşğul olan cəmiyyətdir. 2023-cü ildə təsərrufatın daha yaxşı olması məqsədi ilə “Pivot” suvarma sistemi quraşdırılmış (süni yağış yağdırma sisteminin) və onların sayı 6 ədəd olmuşdur. Onların 3-cü Yevlax, 3 isə Goranboy ərazisində yerləşir. xx.xx.2024-cü ilin tarixdə təsərrüfatda suvarma sistemlərinin vəziyyəti ərazidə olan Zərərçəkmiş şəxs2 MMC-nin mühafizəçiləri tərəfindən yoxlanan zaman Zərərçəkmiş şəxs2 MMC-nin Dastan-2 təsərrufatının “Pivot” suvarma sisteminin (süni yağış yağdırma sisteminin) elektrik kabellərinin Yevlax rayonuna düşən hissəsinin oğurlanmasın aşkar edilmişdir. Həmin oğurlanmış “Pivot” suvarma sistemi hər biri 63 metr uzunluqda olmaqla 9 ədəd span birləşmədən ümumi uzunluğu isə 567 metr olan yağış yağdırma üsulu ilə tam avomatlaşdırılnış suvarma sitemini təşkil edir. Qeyd etdiyi, 9 ədəd span birləşməsinin 3 ədədi oğurlanmışdır. Oğurlanmış 3 ədəd span birləşmənin suvarma siteminin qurğusunun üzərindəki kabelin uzunluğu 189 metrdir. Həmin oğurlanmış 3 ədəd span birləşmənin suvarma siteminin qurğusunun üzərindəki uzunluğu 189 metr kabel mis materialdan olmaqla 11 damarlı 4x4 kvadrat/mm ölçüdədir. Həmin kabelin smeta dəyəri hər 1 metri üçün 30 manat təşkil edir. O, Zərərçəkmiş şəxs2 MMC-nin mühəndis-elektrik vəzifəsində işlədiyi üçün bu məlumatlarla yaxından tanışdır. Bu səbəblərdən dolayı həmin məlumatları dəqiq bilir. Həmçinin oğurlanan kabellər yenisi ilə əvəz edilmiş və həmin təmir bərpa işlərinə o rəhbərlik etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 MMC-nin X11 filialının Yevlax rayon Azad Sadıqov küçəsində yerləşən xətt kabelinin oğurlanması aşkar edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 MMC-nin Yevlax rayonu ərazisində yerləşdirilmiş təsərrüfatda suvarma sisteminə məxsus pivotdan tam üç pivotdan yarı hissədə kabellərinin oğurlanması aşkar edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 1772.3-cü maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. "xxxx" MMC-nin 10 saylı xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2024-cü il oktyabr ayı üçün köhnəlmə faizi nəzərə alınmaqla 11 (on bir) damarlı, 4x4 kvadrat/mm ölçüdə, mis metalından hazırlanmış pivot suvarma sisteminin qurğusuna aid kabelin 1 (bir) metrinin qiyməti 30 (otuz) manat olmaqlan 189 metr kabelin qiyməti 5670 (beş min altıyüz yetmiş) manat və 2024-cü il dekabr ayı üçün köhnəlmə faizi nəzərə alınmaqla TPP 30*2 KKQ tipli rabitə kabelinin 1 (bir) metrinin qiyməti 9.50 (doqquz manat əlli qəpik) manat olmaqla 1995 (bir min doqquz yüz doxsan beş) manat dəyərində qiymətləndirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahatları, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət türətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilməmlidir. İş üzrə maddi sübut olan şübhəli şəxsin dindirilməsi və ifadənin yerində yoxlanılması istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İşə üzrə ekspertiza xərci yoxdur. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-nin 179-188-ci, eləcə də 346.17, 353.2.9, 353.4.10, 353.5.3, 353.4 və 354-cü maddələrinin tələblərinə riayət edərək iş üzrə verilmiş mülki iddiaları məhkəmə hazırki hökmündə həll edir. AR Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçılar Zərərçəkmiş şəxs1 MMCnin və Zərərçəkmiş şəxs2 MMC-nin verdikləri mülki iddialar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində zərərçəkmiş şəxslər, eyni zamanda mülki iddiaçılar Zərərçəkmiş şəxs1 MMC-yə və Zərərçəkmiş şəxs2 MMC-yə maddi ziyan vurduğu tam sübut olunur. Buna görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC tərəfindən verilmiş mülki iddia qismən (verilmiş ittiham daxilində), zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş mülki iddia isə tam təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə dövrü üçün göstərilən 6 (altı) saat hüquqi yardıma görə (xx.xx.2025xx.xx.2025-ci il tarixədək iki saat üçün 12 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixədək dörd saat üçün 44 manat hesablanmaqla) cəmi 56 (əlli altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan şübhəli şəxsin dindirilməsi və ifadənin yerində yoxlanılması istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs 1995 (bir min doqquz yüz doxsan beş) manat pul və 39.95 (otuz doqquz manat doxsan beş qəpik) manat dövlət rüsumu alınıb zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin hesabına ödənilsin. Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs 5670 (beş min altı yüz yetmiş) manat pul və 76.70 (yetmiş altı manat yetmiş qəpik) manat dövlət rüsumu alınıb zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin hesabına ödənilsin. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 məhkəmədə göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmə dövrü üçün göstərilən 6 (altı) saat hüquqi yardıma görə (xx.xx.2025xx.xx.2025-ci il tarixədək iki saat üçün 12 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixədək dörd saat üçün 44 manat hesablanmaqla) cəmi 56 (əlli altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar