Məhkəmə qərarları › İş №1(039)-54/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-54/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-54/2021 13.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi qızının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxxx 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonunun Qaramanlı kəndində Zərərçəkmiş şəxs övladı Şahid1 Gürcüstan Respublikasında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə tələbə kimi qəbul etdirəcəyini və orada qiyabi formada təhsil alacağı dörd il müddətində həmin ali təhsil müəssisəsinə hər il müxtəlif məbləğlərdə olmaqla illik təhsil haqqı pulunu ondan alaraq özünün ödəyəcəyini vəd verərək aldatmaqla, vahid niyyətlə xx xxxxxx 2015-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri ərazisində Kür çayının yaxınlığında Zərərçəkmiş şəxs 4600 manat pul alaraq həmin pulun 700 manatını Şahid1 həmin ali təhsil müəssisəsinə qəbul olunması üçün təhsil xərclərinə, 300 manatını isə sənədlərin gürcü-rus-azərbaycan dillərinə tərcümə edilməsi və yol xərclərinə sərf etdikdən sonra həmin pulun qalan 3600 manatını, həmçinin, illik təhsil haqqını ödəyəcəyi adı ilə aldadaraq 2016-cı ilin iyun ayında istintaqla müəyyən edilməyən gündə və saatda Ağdaş rayonu, Orta Ləki kəndində Zərərçəkmiş şəxs 500 manat pulunu, eyni məqsədlə 2017-ci ilin oktyabr ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında 750 manat pulunu, eyni məqsədlə sonuncu dəfə 2019-cu ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu Malbinəsi kəndi ərazisində 300 manat pulunu, cəmi vahid niyyətlə Zərərçəkmiş şəxs 5150 manat pulunu qəsdən ələ keçirərək öz şəxsi məqsədlərinə xərcləyib vədinə əməl etməməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Ağdaş rayonu, Orta Ləki kəndində doğulmuş və ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs təxminən 7-8 il əvvəl xalası Şərafətin kürəkəni Şahid2 vasitəslə tanımışdır. 2013-cü il tarixdə onun oğlu Oruc Gürcüstanda yerləşən xxxx MMCnin hüquq fakultəsinə daxil olmuş və dörd il müddətində əyani formada təhsil almışdır. 2015-ci ilin oktyabr ayında Zahid və Əhliman onun yaşadığı evə qonaq gəlmişlər. Əhliman ona oğlu Rüfəti Orucun təhsil aldığı Universitiyə qəbul etdirmək istədiyini demiş və bu işdə ondan kömək istəmişdir. O, X8 yerləşən xxxx MMC-yə tələbə kimi qəbul etdirə biləcəyini demiş və Əhlimana Rüfətin sənədlərini toplamağını, Rüfətin sənədlərini aparıb Universitiyə təqdim edəcəyini demişdir. X6 qəbul olunması üçün nə qədər xərcinin çıxacağını soruşmuşdur. Həmin vaxt o, Universitiyə tələbə kimi qəbul olunmaq üçün ödənişin məbləğinin 700 manat olduğunu bilmişdir. Lakin, onun pula ehtiyacı olduğu üçün Əhlimandan oğlu Rüfətin Universitiyə qəbul edilməsi üçün daha artıq pul istəməyi, pulun bir hissəsini Universitiyə ödəyib Rüfəti oraya qəbul etdirməyi, qalan hissəsini isə götürüb pula olan ehtiyacını qarşılamağı qərara almışdır. X3 qəbul olunması üçün 4500 manat pul tələb olunduğunu demişdir. O, Rüfətin sənədlərinin gürcü və rus dillərinə tərcümə olunacağını, həmçinin, sənədlərin surətinin notariusda təsdiq olunacağını, həmin sənədləri və pulu Universitiyə təqdim etdikdən sonra Rüfətin tələbə kimi qəbul olunacağını demişdir. X6 qəbul olunması üçün ona 4500 manat pul verməyə razı olmuşdur. O, X4 dörd il müddətində qiyabi formada təhsil alacağını, Universitini bitirdikdən sonra isə diplom veriləcəyini, Universitiyə hər il 2300 manat məbləğdə təhsil haqqı ödəyəcəyini demişdir. Bundan sonra Əhliman və Zahid getmişlər. xx xxxxxx 2015-ci il tarixdə Əhliman mobil telefonla ona zəng edərək 4500 manat pulun və Rüfətin sənədlərinin hazır olduğunu, səhəri gün Yevlax şəhərinə gəlməyini, pulu və sənədləri ona verəcəyini demişdir. xx xxxxxx 2015-ci il tarixdə səhər saatlarında o, yaşadığı kənddən çıxaraq Yevlax şəhərinə gəlmişdir. O, Zahid, Əhliman və Rüfət Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində yerləşən kafeyə getmişlər. Həmin vaxt Əhliman ona 4500 manat pul, Rüfətin şəxsiyyət vəsiqəsini, hərbi biletini, orta məktəb attestatını, ərazi nümayəndəliyindən aldığı arayış və xasiyyətnaməni vermişdir. O, Əhlimana həmin gün Gürcüstana gedəcəyini, Rüfətin sənədlərini tərcümə və notarial qaydada təsdiq etdirəcəyini, həmin sənədləri və 4500 manat pulu xxxxyə təqdim edəcəyini demişdir. Əhliman yol xərci, həmçinin, sənədlərin tərcümə və notarial qaydada təsdiq edilməsi üçün əlavə olaraq ona 100 manat pul vermişdir. O, həmin gün Şıxlı sərhəd məntəqəsindən keçib Gürcüstan Respublikasına daxil olmuş və paytaxt Tbilisi şəhərinə getmişdir. O, həmin şəhərdə Rüfətin sənədlərini tərcümə etdirmiş və sənədlərin surətini notarial qaydada təsdiq etdirmişdir. O, həmin işə 200 manat pul sərf etmişdir. Bundan sonra o, Tbilisi şəhərində yerləşən xxxx MMC-yə getmişdir. O, Rüfətin sənədlərini Universitinin xəzinə bölməsinə təqdim etmişdir. Həmçinin, o, Əhlimandan aldığı puldan 700 manatını kassaya ödəmişdir. O, bir gecə Tbilisi şəhərində qalmış və səhəri gün yenidən Universitiyə getmişdir. Həmin vaxt Universitinin adını bilmədiyi işçisi Rüfətin sənədlərinin əslini ona vermişdir. Həmçinin o, Rüfətin Universitiyə qəbul olunması barədə arayış almışdır. O, Rüfətin sənədlərini və Universitiyə qəbul olunması barədə arayışı götürüb yaşadığı evə qayıtmışdır. O, Əhlimandan aldığı 4600 manat pulun 700 manatını Universitiyə ödəmiş, 200 manatını sənədlərin tərcümə və təsdiqinə, 100 manatını isə yol xərcinə sərf etmişdir. Bununla da, ona 3600 manat pul qalmışdır. Lakin o, bu barədə Əhlimana və ya Zahidə bir söz deməmişdir. O, Əhliman və X9 qəbul olunduğunu, bunun üçün Universitiyə 4500 manat pul ödədiyini demişdir. O, Universitidən aldığı arayışı və Rüfətin sənədlərinin əslini Əhlimana vermişdir. O, 3600 manat pulu xəstəliyi ilə əlaqədar olaraq müalicəsinə və digər zəruri tələbatlarına xərcləmişdir. 2016-cı ilin may ayında o, telefonla Əhlimana zəng edərək Rüfətin təhsil aldığı Universitiyə həmin ilin təhsil haqqı olan 2300 manat pulu ödəməli olduğunu demişdir. Əhliman ona 2300 manat pulunun olmadığını demişdir. O, Əhlimana Rüfətin təhsil haqqına görə Universitiyə müəyyən məbləğdə pul ödəməyin lazım olduğunu, 2016cı il üçün Rüfətin adına ödəmə düşməsinin vacib olduğunu demişdir. Əhliman təhsil haqqına görə 400 manat pul verə biləcəyini demişdir. O, Əhlimana 400 manat pulu gətirib ona verməsini, həmin pulu aparıb Rüfətin adından Universitiyə ödəyəcəyini demişdir. Bir neçə gün sonra Əhliman Zahidlə birlikdə Orta Ləki kəndinə gəlmişlər. Əhliman ona Rüfətin təhsil haqqına görə 400 manat və yol xərci üçün 100 manat pul vermişdir. 2016-cı ilin may ayında o, adının komputer sisteminə düşməsi üçün sərhəd nəzarət məntəqəsindən keçib Gürcüstan Respublikasına daxil olmuşdur. Lakin o, Rüfətin təhsil aldığı xxxxyə getməmiş və 400 manat pulu Rüfətin təhsil haqqına ödəməmişdir. Bir gün sonra o, yaşadığı evə qayıtmışdır. O, mobil telefonla Əhlimana zəng edib yalan olaraq 400 manat pulu Rüfətin təhsil haqqına ödədiyini demişdir. O, həmin pulu da xəstəliyi ilə əlaqədar olaraq müalicə puluna sərf etmişdir. 2017-ci ilin oktyabr ayında o, Əhlimana zəng edərək 2017-ci il üçün Rüfətin təhsil haqqını ödəməyin lazım olduğunu, ona 2300 manat pul verməsini, pulu aparıb Rüfətin adından Universitiyə ödəyəcəyini demişdir. Əhliman 2300 manat pulunun olmadığını, əvəzində 700 manat pul verəcəyini demişdir. O, Yevlax şəhərində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında H.Əliyev prospektində Əhliman və Zahidlə görüşmüşdür. Əhliman Zahidin yanında Rüfətin təhsil haqqında görə ona 700 manat, yol xərci üçün isə 50 manat pul vermişdir. 2017-ci ilin oktyabr ayının sonlarında o, Rüfətlə birlikdə sərhəd nəzarət məntəqəsindən keçib Tbilisi şəhərinə, xxxxyə getmişdir. O, Rüfətə Universitinin həyətində gözləməsini, 700 manat pulu kassaya ödəyib çıxacağını demişdir. Bundan sonra o, tək olaraq Universitiyə daxil olmuş, lakin, 700 manat pulu ödəməmişdir. O, Universitidən Rüfətin tələbə biletini götürmüş və sonra Rüfətə pulu ödədiyini, getmələrini demişdir. O, tələbə biletini Rüfətə vermişdir. Yol və yemək xərclərini Rüfət ödəmişdir. Bundan sonra o, Rüfətlə birlikdə yaşadığı evə qayıtmışdır. O, həmin 750 manat pulu da tələbatına xərcləmişdir. 2018-ci ilin sentyabr ayında o, telefonla Əhlimana zəng edərək həmin il üçün Rüfətin təhsil haqqını verməsini demişdir. Əhliman pulunun olmadığını, əvəzindən Zahidin ona 500 manat pul verəcəyini demişdir. Lakin, Zahid ona 500 manat pul verməmiş, o, 2018-ci il tarixdə Gürcüstan Respublikasına getməmişdir. 2019-cu ilin avqust ayının əvvəlində o, mobil telefonla Əhlimana zəng edərək həmin il üçün Rüfətin təhsil haqqına görə Universitiyə pul ödənilməli olduğunu demişdir. Əhliman təhsil haqqına görə 250 manat pul verəcəyini demişdir. Bundan sonra o, Yevlax rayonu Malbinəsi kəndinə gedən yola gəlib orada Əhliman və Zahidlə görüşmüşdür. Əhliman Rüfətin təhsil haqqına görə ona 250 manat və yol xərci üçün 50 manat pul vermişdir. Lakin, o, Gürcüstan Respublikasına getməmiş və 250 manat pulu Universitiyə ödəməmişdir. Bir neçə gün sonra o, telefonla zəng edib yalan olaraq Əhlimana 250 manat pulu Universitiyə ödədiyini, Rüfətin artıq Universitini bitirdiyini, bir neçə ay sonra Rüfətin diplomunun hazır olacağını demişdir. 2019-cu ilin avqust ayının sonlarında Əhliman ona zəng edərək Rüfətin diplomunu Universitidən götürməyin lazım olduğunu, Rüfətin bələdiyyə seçkilərində namizədliyini verəcəyini demişdir. Həmin ilin sentyabr ayının əvvəlində o, Rüfətlə birlikdə Zahidin idarə etdiyi “VAZ-2106” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xxxxyə getmişdir. Onlar Universitidə müəllim işləmiş Aidə adlı şəxslə görüşmüş, Rüfətin diplomunu istəmişlər. Aidə Rüfətin diplomunun bir neçə ay sonra hazır olacağını demişdir. Aidə Rüfətin təhsil haqqının ödənilmədiyini, Universitiyə cəmi 6800 manat pulun ödənilməli olduğunu, bundan sonra diplomun hazır olacağını demişdir. Bundan sonra onlar yaşadığı evə qayıtmışdır. Əhliman onunla görüşüb verdiyi pulları nə səbəbə Universitiyə ödəmədiyini soruşmuşdur. O, yalan olaraq verdiyi pulun hamısını Universitiyə ödədiyini demişdir. Əhliman ona yalan danışdığını, Rüfətin təhsil haqqına görə Universitiyə heç bir ödəniş etmədiyini demişdir. 2020-ci ilin əvvəlində Əhliman ona zəng edərək Rüfətin təhsil haqqına görə 2019-cu ilin noyabr ayında Universitiyə 6800 manat pul ödədiyini, həmin pulun 1800 manatını istəmədiyini, qalan 5000 manat pulu qaytarmasını demişdir. Onun 5000 manat pulu olmadığı üçün Əhlimanın pulunu qaytara bilməmişdir. Bu səbəbdən Əhliman onun barəsində Yevlax rayon polis şöbəsinə şikayət etmişdir. Əhliman oğlu Rüfətin Universitiyə qəbul olunması və dörd il müddətində oxuması ilə bağlı ümumilikdə ona 6150 manat pul vermişdir. O, həmin pulun 700 manatını Rüfətin Universitiyə daxil olması üçün rəsmi ödəniş kimi ödəmiş, 200 manatını sənədlərin tərcüməsi və təsdiqinə, 100 manatını isə Rüfətin işi ilə bağlı Gürcüstan Respublikasına gedərkən yol xərcinə sərf etmişdir. Qalan vaxt o, Gürcüstana Əhlimanı aldatmaq məqsədi ilə bir neçə dəfə getmiş və öz işləri ilə məşğul olmuşdur. Bununla da o, Əhlimanın 6150 manat pulunun 5150 manatını özünə götürmüşdür. Məhkəmədən törətdiyi əmələ görə peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməyimi və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Yevlax rayonu, Qaramanlı kəndində anadan olmuş və ailəsi ilə birlikdə həmin kənddə yaşayır. 2000-ci il tarixdən Yevlax rayonu, Qaramanlı Bələdiyyəsində mühasib işləyir. Ağdaş rayonu Orta Ləki kəndində yaşamış Təqsirləndirilən şəxs 2015-ci ilin ortalarında həmkəndlisi Şahid2 vasitəsilə tanımışdır. 2015-ci ilin avqust ayında yaşadığı kəndə bir məclisdə iştirak etmişdir. Həmin vaxt Zahid və Saleh də həmin məclisdə iştirak etmişlər. Söhbət əsnasında Zahid qohumu Salehin bir çox gəncləri Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən İqtisadiyyat Universitetinə qəbul etdirdiyini, həmin universiteti bitirmiş şəxslərin universitetin diplomu ilə iqtisadi sahədə istənilən işdə işləyə bildiyini demişdir. Zahid ona istədiyi halda Salehin onun oğlu Rüfəti də həmin Universitetə qəbul etdirə biləcəyini demişdir. Həmin vaxt Zahid onu Salehlə tanış etmişdir. Saleh Zahidin dediklərini təsdiq etmiş və həmin işin çox asan olduğunu demişdir. O, Salehə oğlu Rüfətin 1993-cü il təvəllüdlü olduğunu, hərbi xidmətini başa vurub qayıtdığını, işsiz olduğunu və universitetə qəbul olmaq istədiyini demişdir. X11 qəbul etdirməsi üçün ondan 4500 manat və yol xərci üçün 100 manat pul istəmişdir. O, Salehə 4600 manat pul verməyə razı olmuşdur. Saleh ona Rüfət üçün yaşayış yerindən arayış və xasiyyətnamə almağı, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və digər sənədlərinin surətini çıxarmasını, 4600 manat pulu hazırlamasını demişdir. Bundan sonra o, Rüfətin barəsində arayış və xasiyyətnamə almış, sənədlərinin surətini çıxarmışdır. 2015-ci ilin oktyabr ayında o, Yevlax şəhərində yerləşən “Kapital Bank”dan 4500 manat kredit pul götürmüşdür. Həmin ilin noyabr ayının əvvəlində o, Yevlax şəhəri, Kür çayının kənarında yerləşən kafedə Salehlə görüşmüşdür. O, Rüfət və Zahidin yanında Salehə 4600 manat pul və sənədləri vermişdir. O, Salehə Rüfətlə birlikdə getməsini, Rüfətin həm Universiteti görməsini, həm də müəllimlərlə tanış olmasını demişdir. Saleh ona Gürcüstan Respublikasına tək getmək istədiyini, Rüfətin getməsinə ehtiyac olmadığını demişdir. X10 qəbul olunması üçün 4500 manat pul ödəyəcəyini, Rüfətin qiyabi formada təhsil alacağını, Rüfəti ikinci kursa yazdıracağını, təhsil müddətinin beş il olduğunu, lakin, Rüfətin ikinci kursdan təhsilə başlayacağı üçün dörd il müddətində təhsil alacağını demişdir. Saleh Universitetə hər il müəyyən məbləğdə təhsil haqqı ödəməli olduğunu, pulu hər dəfə Salehə verəcəyini, Salehin pulu aparıb Universitetə ödəyəcəyini demişdir. Həmin gün onlar Salehi Yevlax şəhərindən Gürcüstan Respublikasına yola salmışlar. Səhəri gün axşam saatlarında Saleh ona zəng edərək Gürcüstan Respublikasına gedib qayıtdığını, 4500 manat pulu Universitetə keçirdiyini, Rüfətin sənədlərini Universitetə verdiyini demişdir. 2016-cı ilin iyun ayında Saleh ona zəng edərək Rüfətin təhsil haqqına görə Universitetə 400 manat pul keçirməli olduğunu demiş və ondan həmin məbləğdə pul istəmişdir. O, Zahidlə birlikdə Ağdaş rayonu, Orta Ləki kəndinə gedərək Salehlə görüşmüşdür. O, Zahidin yanında Salehə Rüfətin Universiteti üçün 400 manat və yol xərci üçün 100 manat pul vermişdir. Saleh Rüfətin oxuduğu Universitetə gedib 400 manat pulu təhsil haqqına ödəyəcəyi bildirmişdir. Sonrakı günlərin birində Saleh ona zəng edərək Gürcüstan Respublikasına getdiyini və Rüfətin Universitetinə 400 manat pul ödədiyini demişdir. 2017-ci il tarixdə Saleh ona zəng edərək Rüfətin Universitetin 3-cü kursunda oxuduğunu, təhsil haqqı üçün 700 manat pul verməli olduğunu demişdir. O, 700 manat pul hazırlamışdır. Xatırlamadığı gün Saleh ona zəng edərək Yevlax şəhərində Azpetrol yanacaq doldurma məntəqəsində olduğunu, pulu gətirib sonuncuya verməyini demişdir. O, Zahidlə birlikdə həmin yerə gedərək Salehlə görüşmüşdür. O, Salehə Universitetə ödəməsi üçün 700 manat və yol xərci üçün 50 manat pul vermişdir. Saleh pulu aparıb Universitetə ödəyəcəyini demişdir. Bir neçə gün sonra Saleh ona zəng edərək Gürcüstana getdiyini, 700 manat pulu Rüfətin təhsil aldığı Universitetə ödədiyini bildirmişdir. 2017-ci ilin oktyabr ayında Saleh ona zəng edərək Rüfətlə birlikdə Gürcüstan Respublikasına girib çıxmağı, Rüfətin sərhədi keçməsinin komputerə düşməsini demişdir. Bundan sonra Saleh Rüfətlə birlikdə bir gün müddətində Gürcüstan Respublikasına keçib yenidən Azərbaycana qayıtmışlar. Həmin vaxt X11 aparmamışdır. 2019-cu ilin avqust ayında Saleh ona zəng edərək Rüfətin Universitetinə ödəmək üçün 250 manat və yol xərci üçün 50 manat pul verməsini demişdir. Bundan sonra o, Yevlax rayonu, Malbinəsi kəndinə gedən 9-cu kilometr yolunda yerləşən kafedə Salehlə görüşmüşdür. Həmin vaxt Zahid də onun yanında olmuşdur. O, Zahidin yanında Salehə 300 manat pul vermişdir. Saleh ona Rüfətin artıq 5-ci, sonuncu kursda oxuduğunu, həmin ilin oktyabr ayında Rüfətin diplomunu Universitetdən götürəcəyini demişdir. Bununla da, o, Salehə cəmi 6150 manat pul vermişdir. 2019-cu ilin oktyabr ayında Gürcüstan Respublikasında Rüfətlə eyni Universitetdə təhsil almış həmkəndlisi Azər ona Rüfətin Universitetdən çıxarılacağını demişdir. Azər ona 2015-ci il tarixdə Rüfətin təhsil haqqına görə Universitetə cəmi 700 manat pul ödənildiyini, həmin vaxtdan sonra hər hansı bir ödəniş edilmədiyini demişdir. O, zəng edərək bu barədə dərhal Zahidə məlumat vermişdir. Zahid Salehə zəng edərək görüşmələrini demişdir. Onlar Yevlax şəhərində Salehlə görüşmüş və nə səbəbə Universitetə pul ödəmədiyini soruşmuşlar. Saleh yalan olaraq Universitetə pul ödədiyini demişdir. Zahid Salehə təcili olaraq Gürcüstan Respublikasına getmələrini demişdir. Onlar Universitetin bir nəfər müəllimi ilə telefon vasitəsi ilə danışmışlar. Universitetin müəllimi onlara 2015-ci il tarixdən başlayaraq həmin vaxta qədər olan müddət ərzində Rüfətin təhsil haqqının ödənilmədiyini, təhsil haqqının cəmi 6800 manat olduğunu, həmin pulun təcili olaraq ödənilməli olduğunu, əks halda Rüfətin Universitetdən qovulacağını demişdir. Bundan sonra o, əvvəlcə 3400 manat pul düzəldib Rüfətə vermişdir. 2019-cu ilin oktyabr ayının əvvəlində Rüfət 3400 manat pulu götürüb Zahidlə birlikdə Gürcüstan Respublikasına getmiş və həmin gün qayıtmışlar. Zahid və Rüfət ona Salehin 2015-ci il tarixdə Universitetə cəmi 700 manat pul ödədiyini, həmin vaxtdan sonra isə Salehin Universitetə ümumiyyətlə pul ödəmədiyini, bu barədə Universitetin bir nəfər müəlliminin dediyini, onun verdiyi 3400 manat pulu təhsil haqqı olaraq Universitetə ödədiklərini demişlər. O, yenə də 3400 manat pul düzəldib Rüfətə vermişdir. 2019-cu ilin noyabr ayının əvvəlində Rüfət Zahidlə birlikdə yenidən Gürcüstan Respublikasına getmiş və həmin gün qayıtmışlar. Zahid ona 3400 manat pulu da Universitetə təhsil haqqı olaraq ödədiyini, Rüfətin Universitetə daha borcunun qalmadığını, bir neçə ay sonra Rüfətin diplomunun hazır olacağını demişdir. 2020-ci ilin mart ayının əvvəlində Rüfət tək olaraq Gürcüstan Respublikasına getmiş və səhəri gün yaşadığı evə qayıtmışdır. Həmin vaxt Rüfət oxuduğu Universitet tərəfindən verilmiş diplomu özü ilə gətirmişdir. Həmin diplom gürcü dilində olmuşdur. Zahid Salehə onun pulunu qaytarmasını demiş, lakin Saleh onun pulunu qaytarmamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə o, Salehin barəsində Yevlax rayon polis şöbəsinə şikayət etmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Yevlax rayonu, Qaramanlı kəndində yaşayır. Ağdaş rayonu, Orta Ləki kəndində yaşayan Təqsirləndirilən şəxs onun arvadı Nərgizin xalası oğludur. Onun Salehlə yaxşı münasibəti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs isə onun həmkəndlisidir. 2015-ci ilin avqust ayında Saleh onun yaşadığı kəndə gəlmişdir. O, Əhlimanı Zahidlə tanış etmişdir. Söhbət əsnasında Saleh oğlu Orucun Gürcüstan Respublikasında yerləşən İqtisadiyyat Universitetində təhsil aldığını demişdir. Bundan sonra X2 həmin Universitetə qəbul olunmasına kömək etməsini xahiş etmişdir. Əhliman Rüfətin hərbi xidmətini başa vurub qayıtdığını və işsiz olduğunu demişdir. X11 tələbə kimi qəbul etdirə biləcəyini demiş və bunun üçün Əhlimandan 4500 manat pul istəmişdir. X7 qəbul olunması üçün 4500 manat pul verməyə razı olmuşdur. Saleh Əhlimana 4500 manat pulu hazırlamasını və Rüfətin sənədlərini toplamasını demişdir. 2015-ci ilin noyabr ayının əvvəlində Əhliman ona 4500 manat pulu Salehə onun iştirakı ilə vermək istədiyini demişdir. O, heç bir etiraz etməmişdir. Bundan sonra o, Əhliman və Rüfətlə birlikdə Yevlax şəhəri ərazisində Kür çayının yaxınlığında yerləşən kafedə Salehlə görüşmüşlər. Həmin vaxt Əhliman yol xərci ilə birlikdə Salehə 4600 manat pul və Rüfətin sənədlərini vermişdir. X10 qəbul olunması üçün 4500 manat pul ödəyəcəyini, Rüfətin qiyabi formada təhsil alacağını, təhsil müddətinin dörd il olduğunu, hər il Universitetə müəyyən məbləğdə təhsil haqqı ödəyəcəyini, Rüfətin Universiteti bitirdikdən sonra diplom alacağını və işləyə biləcəyini demişdir. Həmin gün onlar Salehi Yevlax şəhərindən Gürcüstan Respublikasına yola salmışlar. Bir neçə gün sonra Əhliman ona Salehin Gürcüstana gedib qayıtdığını və Rüfətin Universitetə qəbul olunduğunu demişdir. 2016-cı ilin iyun ayında Əhliman ona təhsil haqqına görə Salehin 500 manat pul istədiyini demiş, birlikdə Ağdaş rayonuna gedib həmin pulu Salehə verməyi xahiş etmişdir. Bundan sonra o, Əhlimanla birlikdə Ağdaş rayonu, Orta Ləki kəndinə gedib Salehlə görüşmüşdür. Həmin vaxt Əhliman onun yanında Salehə 500 manat pul vermişdir. Saleh Gürcüstan Respublikasına gedəcəyini və pulu təhsil haqqına görə Universitetə ödəyəcəyini demişdir. Bundan sonra onlar Yevlax rayonuna qayıtmışlar. 2017-ci ilin oktyabr ayında Əhliman ona Rüfətin təhsil haqqına görə Salehə 750 manat pul verəcəyini demiş və birlikdə Yevlax şəhərinə gəlib pulu onun iştirakı ilə verməyi xahiş etmişdir. O, Əhlimanla birlikdə Yevlax şəhərinə gəlmiş, H.Əliyev prospektində Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında Salehlə görüşmüşlər. Əhliman onun yanında Salehə 750 manat pul vermişdir. Saleh Rüfətin təhsil aldığı Universitetə gedəcəyini və pulu təhsil haqqına görə ödəyəcəyini demişdir. 2019-cu ilin avqust ayında Yevlax rayonu Malbinəsi kəndində Əhliman onun yanında Salehə 300 manat pul vermişdir. Saleh həmin pulu da Rüfətin təhsil haqqına görə Universitetə ödəyəcəyini demişdir. 2019-cu ilin oktyabr ayında Əhliman Saleh tərəfindən aldadıldığını, Rüfətin Universitetinə ilk dəfə cəmi 700 manat pul ödədiyini, qalan pulları isə özünə götürdüyünü demişdir. O, telefonla Salehə zəng edib bu barədə soruşmuşdur. Saleh ona Əhlimanın yalan dediyini, pulun hamısını Universitetə ödədiyini bildirmişdir. Onlar Rüfətin təhsil aldığı Universitetin bir nəfər müəllimi ilə mobil telefon vasitəsi ilə danışmışlar. Müəllim 2015-ci il tarixdən başlayaraq həmin vaxta qədər olan müddət ərzində Rüfətin təhsil haqqının ödənilmədiyini, təhsil haqqının cəmi 6800 manat olduğunu, həmin pulun təcili olaraq ödənilməli olduğunu, əks halda Rüfətin Universitetdən qovulacağını demişdir. Bir neçə gün sonra Əhliman ona 3000 manat pul düzəltdiyini demiş və həmin pulu Rüfətlə birlikdə aparıb Universitetə keçirmələrini xahiş etmişdir. 2019-cu ilin sentyabr ayının əvvəlində o, idarə etdiyi “VAZ-2106” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rüfət və Salehlə birlikdə Gürcüstan Respublikasının Tbilisi şəhərinə getmişlər. O, Rüfət və Salehlə birlikdə Universitetdə müəllim işləmiş Aidə adlı şəxslə görüşmüşdür. Aidə onlara 2015-ci il tarixdən həmin vaxta qədər Rüfətin təhsil haqqının Universitetə ödənilmədiyini demişdir. Rüfət Aidəyə təhsil haqqını ödəməsi üçün atası Əhlimanın Salehə 2015-ci il tarixdə 4500 manat və sonrakı illərdə müxtəlif məbləğlərdə pul verdiyini, Salehin həmin pulları Universitetə ödədiyini demişdir. Aidə Salehin 2015-ci il tarixdə Universitetə 700 manat pul ödədiyini, həmin puldan başqa Salehin və ya başqa bir şəxsin Rüfətin təhsil haqqına görə Universitetə heç bir ödəniş etmədiyini demişdir. Bundan sonra Rüfət Aidəyə 3000 manat pul vermişdir. Aidə təhsil haqqına görə əlavə olaraq 3800 manat da ödəməyi, bundan sonra diplom veriləcəyini demişdir. 2019-cu ilin noyabr ayında Əhliman 3800 manat pul düzəltdiyini demiş və həmin pulu Rüfətlə birlikdə aparıb Universitetə ödəməyi xahiş etmişdir. O, Rüfətlə birlikdə yenidən Gürcüstana getmişdir. Rüfət 3800 manat pulu Aidəyə vermişdir. Aidə bir neçə ay sonra Rüfətin diplomunun hazır olacağını, bu barədə məlumat verəcəyini, demişdir. 2020-ci ilin əvvəlində Əhliman ona Rüfətin diplomunun hazır olduğunu, birlikdə gedib diplomu götürmələrini demişdir. Onun işi olduğundan diplomu götürmək üçün Rüfətlə birlikdə getməmişdir. Əhliman Salehdən pulunu qaytarmağı tələb etmiş, lakin, Saleh Əhlimanın pulunu qaytarmamışdır. Bu səbəbdən Əhliman Salehin barəsində Yevlax rayon polis şöbəsinə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin xx xxxxxx 2021-ci il tarixli 020-140-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2015-ci il tarixdə, xx xxxxxx 2016-cı il tarixdə, xx xxx 2016-cı il tarixdə, xx xxx 2016-cı il tarixdə, xx xxxxxx 2017-ci il tarixdə, xx xxxxx 2017-ci il tarixdə, xx xxx 2017-ci il tarixdə, xx xxxx 2017-ci il tarixdə, xx xxxx 2017-ci il tarixdə, xx xxxxxxx 2017-ci il tarixdə, xx xxxxxxx 2017-ci il tarixdə, xx xxxxxx 2017-ci il tarixdə, xx xxxxxx 2019-cu il tarixdə, xx xxxx 2019-cu il tarixdə, xx xxxxxxxx 2019-cu il tarixdə saat Şıxlı sərhəd nəzarət məntəqəsindən Gürcüstan Respublikasına çıxış və giriş etmişdir. Şahid2 xx xxxxxxxx 2019-cu il tarixdə, xx xxxxxxxx 2019-cu il tarixdə, xx xxxxxxx 2019-cu il tarixdə, xx xxxxxx 2019-cu il tarixdə Şıxlı sərhəd nəzarət məntəqəsindən Gürcüstan Respublikasına çıxış və giriş etmişdir. Şahid1 xx xxxxxxx 2017-ci il tarixdə Şıxlı sərhəd nəzarət məntəqəsindən Gürcüstan Respublikasına çıxış və giriş etmişdir. Şahid1 xx xxxxx 2019-cu il tarixdə, xx xxxx 2019-cu il tarixdə, xx xxxxxxxx 2019-cu il tarixdə, xx xxxxxxxx 2019-cu il tarixdə, xx xxxxxxx 2019-cu il tarixdə, xx xxxxxx 2019-cu il tarixdə, Şahid1 xx xxxxxx 2019-cu il tarixdə, xx xxxx 2020-ci il tarixdə Şıxlı sərhəd nəzarət məntəqəsindən Gürcüstan Respublikasına çıxış və giriş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Ağdaş rayonu, Orta Ləki kəndində yaşayır və təsərrüfatbaşına kitabda qeydiyyatdadır. Cinayət işində olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş olan ziyan tam şəkildə ödənildiyinə görə onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs 5150 manat pulunu qəsdən ələ keçirərək öz şəxsi məqsədlərinə xərcləyib vədinə əməl etməməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən onun zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini və əvvəllər məhkum olunmamasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş 5150 (beş min bir yüz əlli) manat maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Ağdaş rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Cinayət nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş 5150 (beş min bir yüz əlli) manat maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar