Məhkəmə qərarları › İş №1(039)-54/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-54/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-54/2022 15.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkilləri Nümayəndə iştirakları ilə xx xxxxxxx 2006-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax şəhər 1 saylı orta məktəbin 9-cu sinif şafirdi, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 05 fevral 2022-ci il tarixdə «nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nizami prospekti, ev 26, mənzil 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Belə ki, xx.xx.2006-cı ildə anadan olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə saat 17 radələrində çoxmənzilli bina və ictimai yer hesab edilən Yevlax şəhəri, Nizami prospekti, 10 nömrəli binanın qarşısında anası Qanuni nümayəndə ilə Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs1 arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Saminə Məmməlovanın nəvəsinin nə üçün onun bacısı ilə dostluq etməsini bəhanə edərək əslində isə əsaslı səbəb olmadan öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən xuliqanlıq hərəkətləri etməklə vahid niyyətlə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ünvanına uca səslə və qonşuluqda yaşayan şəxslərin dincliyini pozan nalayiq söyüşlər söyməklə təpiklə bir dəfə qəsdən Zərərçəkmiş şəxs2 əlinə vuraraq həmin vaxtı sonuncuya məxsus olmaqla əlində olan 550 manat dəyərində «Samsunq J7» markalı telefonu yerə salmaqla sındırıb zədələmiş, bundan sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək oraya toplaşmış çoxsaylı insanların gözü qarşısında yaxınlıqdan keçən X3 əlində olan istintaqla müəyyən edilməyən taxta saplı dəmir beli dartıb əlinə alaraq həmin beldən qəsdən silah qismində istifadə edərək əvvəlcə Zərərçəkmiş şəxs2 sol qol nahiyəsindən bir dəfə qəsdən vurub ona sol saidin aşağı 1\3-nin ön sətinin qançırı xəsarəti ilə müşayət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olmunmayan bədən xəsarəti yetirmiş, daha sonra Təqsirləndirilən şəxs həmin bel ilə Zərərçəkmiş şəxs1 sol əlindən bir dəfə qəsdən vurub ona sağlamlığına az ağır zərər vuran İV barmağının dırnaq falanqasının əsasının yerini dəyişmiş sınığı xəsarəti və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol əlin İV barmağının dırnaq falanqasının çıxığı, sol əlin arxa səthinin şişkinliyi, hər iki əlin İV barmağının dırnaq falanqasının arxa səthinin qançırı xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vuran xəsarət yetirmiş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zor tətbiq olunması, Zaminə Məmmədovanın 550 manat dəyərində mobil telefonunun zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax şəhər 1 saylı orta məktəbin 9 b sinfində oxuyur. Zərərçəkmiş şəxs2 və onun oğlu Zərərçəkmiş şəxs1 tanıyır. Onlarla münasibətləri yaxşı olmuş və aralarında heç bir ədavətləri olmamışdır. 25 oktyabr 2021-ci il tarixdə azyaşlı bacılarına tərbiyələri pozulmaması üçün qonşuluqda yaşayan Saminə müəllimənin nəvəsi ilə oynamamağı tapşırmışdır. 01 noyabr 2021-ci il tarixdə saat 15 radələrində tək Yevlax şəhəri, Nizami prospekti ilə piyada hazırlığa gedirkən yolda Saminə müəllimə ilə qarşılaşmışdır. Saminə müəllimə ona nəvəsinin barəsində xoşagəlməz sözlər dediyini irad tutaraq təhqir etmişdir. O, əsəbləşərək evə qayıtmış və bu barədə anası Yeganəyə demişdir. Sonra anasına birlikdə Saminə müəlliməgilə gedib onu təhqir etməsinin səbəbin soruşmasını xahiş etmişdir. Anası onunla birlikdə Saminə müəllimənin yaşadığı binadakı mənzilin qarşısına getmişdir. Saminə müəllimə ilə binanın qarşısında qarşılaşmışlar. Anası Saminə müəlliməyə bu uşağı niyə təhqir etmisən demişdir. Saminə müəllimə anasına oğlun nəvəmə pozğun demişdir deyə cavab vermişdir. O, bacılarının onun nəvəsi ilə oynamağı qadağan etməsini desə də, onun nəvəsinə pozğun demədiyini demişdir. Anası Yeganə ilə Saminə müəllimə qarşı-qarşıya söhbət edərkən, Saminə müəllimənin arxa tərəfindən oğlu Zaur evdən çıxaraq onu təhqir edərək əliylə onun sifətinə sillə atsada xəsarət almamışdır. Bundan sonra Saminə müəllimə ilə Zaur onun üstünə yerimiş, Zaur ona tərəf yumruq atarkən o, Zaura tərəf yumruq və təpik atmışdır. Yumruğu və təpiyi Zaura və Saminə müəlliməyə dəymişdir. Bundan sonra səki ilə keçən Yusifin əlindən beli alaraq onları vurub xəsarət yetirmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxslərdən üzr istəyir. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərdən üzr istədiyini və yetkinlik yaşına çatmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 01.11.2021-ci il tarixdə saat 17 radələrində evdə divanda oturub musiqiyə qulaq asarkən, anası Saminə işdən evə gəlmişdir. Bu vaxt anasını kimsə çağırmış, anası mənzillərinin qarşısına çıxmışdır. Az sonra yaşadıqları binanın qarşısında səs-küy gəldiyini eşidib binanın qarşısına çıxmışdır. Görmüşdür ki, anası Saminəni Taleh təhqir edir və anası yerə yıxılı vəziyyətdədir. O, Talehgilə iradını bildirərək anasını yerdən qaldırmışdır. İrəli durub Talehlə dalaşmaq istəyərkən, anası onun qarşısını kəsmişdir. Taleh onun qorxusundan binanın qarşısındakı səkiyə çıxmış oradan əlinə bel götürək onların üstünə gəlmişdir. Həmin vaxt tanıdığı Rüstəm və Yusifin səki ilə keçdiyini görmüşdür. Taleh bel ilə anasını vurarkən anası sol qolun qabağa vermiş, belin sap hissəsi anasının qoluna, dəmir hissəsi isə onun sol əlinə dəyərək xəsarət yetirmişdir. Sonra Taleh əlində bel onları təhqir edərək çıxıb getmişdir. Sonradan bilmişdir ki, Teleh əlindəki beli səki ilə keçən Yusifin əlindən alaraq onları vurub xəsarət yetirmişdir. O, evdən çıxmamışdan qabaq Taleh təpiklə anasını vurarkən anasının əlində olan 550 manat dəyərində olan «Samsunq J7» markalı mobil telefon sınmışdır. Həmin vaxt Taleh onu və anasını vurub xəsarət yetirsədə o, nə Talehi nə də onun anasını vurmamışdır. Həmin hadisəni qonşuluqda yaşayan xalası Yasəmən, evin qarşısından keçən Rüstəm və Yusif görmüşdür. Məhkəmədən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə barışmadığını və ondan şikayətçi olduğunu nəzərə alaraq, onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Yevlax şəhər 1 saylı musiqi məktəbində müəllimə işləyir. 01.11.2021-ci il tarixdə 16 radələrində Yevlax şəhəri, Nizami pospekti ilə evə gedərkən yolda Talehlə qarşılaşmışdır. Taleh ona salam vermiş, o, Talehə iradını bildirərək onun nəvəsinə nəyə görə pozğun deməyinin səbəbin soruşmuşdur. Taleh onu təhqir edərək çıxıb getmişdir. O, evə getmiş və evdə oğlu Zaurun divanda oturub musiqiyə qulaq asdığını görmüşdür. Saat 17 radələrində evdə evdə olarkən Talehin anası Yeganə onu binanın qarşısına çağırmışdır. O, binanın qarşısına çıxmış və görmüşdür ki, Yeganə oraya oğlu Talehlə birlikdə gəlmişdir. Yeganə ona Talehə nəyə görə irad tutduğunu demişdir. O, da Talehin nəvəsinə pozğun uşaq olmasını və onunla bacılarının oynamamasını dediyinə görə irad tutduğunu bildirmişdir. Bu vaxt Taleh və anası onu təhqir etmiş, Taleh təpiklə onun qarın nahiyəsinə vurarkən təpik əlinə dəymiş və əlində olan 2019-cu ildə 550 manata aldığı «Samsunq J7» markalı telefon yerə düşərək sınmışdır. Həmin vax isə özü yerə yıxılmışdır. Dava səsinə oğlu Zaur evdən çıxmış və Zaur onun yıxılmış vəziyyətdə olduğunu görüb Talehgilə iradını bildirərək onu yerdən qaldırmışdır. Zaur irəli durub Talehlə dalaşmaq istəyərkən, onun qarşısını kəsmişdir. Taleh Zaurun qorxusundan binanın qarşısındakı səkiyə çıxmış oradan əlinə bel götürək onların üstünə gəlmişdir. Həmin vaxt tanıdığı Rüstəm və Yusif səki ilə keçdiyini görmüşdür. Taleh bel ilə onun baş nahiyəsinə vurarkən o, sol qolun qabağa vermiş, belin sap hissəsi onun qoluna dəymiş, dəmir hissəsi isə onun arxasında olan oğlu Zaurun solə əlinə dəyərək xəsarət yetirmişdir. Sonra o, oğlu ilə evə girmiş və Taleh əlində bel onları təhqir edərək çıxıb getmişdir. Sonradan bilmişdir ki, Teleh əlindəki beli səki ilə keçən Yusifin əlindən alaraq onları vurub xəsarət yetirmişdir. Həmin vaxt Taleh onu və oğlunu vurub xəsarət yetirsədə, oğlu Zaur nə Talehi nə də onun anasını vurmamışdır. Məhkəmədən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə barışmadığını və ondan şikayətçi olduğunu nəzərə alaraq, onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun bacısı, Zərərçəkmiş şəxs1 isə bacısı oğludur. Qonşu binada yaşayan Yeganənin azyaşlı qızı Nərmin dəfələrlə onun qapısına gəlib anası, qardaşı və babasının Saminə müəllimənin nəvəsi Pakizə ilə oynamağa icazə vermirlər. Onlar deyilər ki, Pakizə pozğun qızdır, səndə onunla oynama. Bu sözləri azyaşlı qızı məktəbdə xalası Saminəyə demişdir. Saminə həmin sözdən bərk əsəbləşmişdir. 01 noyabr 2021-ci il tarixdə təximinən saat 17.10 radələrində evlərində olmuşdur. Evdə olan zaman çöldə səs-küy eşitmişdir. Yaşadığı binanın pəncərəsin prospektə tərəf baxanda görmüşdür ki, tanıdığı Yeganə və oğlu Taleh bacısı Saminəni həyətindədirlər. Bacısı Saminə qarşıda oğlu Zaur isə Saminənin arxasındadır. Taleh əlində olan bel ilə Saminəgili vurur. Həmin vaxt ağrısa da binanın qarşısına qaçmışdır ki, onları ayırsın. Binanın qarşısına çıxanda görmüşdür ki, bacısıgil evə evə daxil olub, Taleh əlində bel qabaqda, Yeganə arxada Saminəgilin mənzilinin qarşısından çıxaraq Saminəgilin ünvanına söyə-söyə evlərinə tərəf gedirlər. Dava zamanı Taleh təpiklə bacısı Saminəni təpiklə vurarkən təpik Saminənin əlinə dəymiş və Saminənin əlində olan telefonda sınmışdır. Sonradan mən bilmişdir ki, Taleh beli həmin vaxt küçə ilə keçən Yusif adlı şəxin əlindən alaraq Zaur və Saminəni vurmuşdur. Talehin bacısı ilə Zauru vurarkən gözü ilə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Saminə, oğlu Zauru, Yeganəni və oğlu Talehi tanıyır. 01 noyabr 2021-ci il tarixdə təxminən saat saat 17 radələri olardı tanışı X4 ilə birlikdə yaşadığı binadan çıxıb Yusif gilin yaşadığı M.Ş.Vazeh küçəsinə gedirdilər ki, Yusif nağara alətində, o, da sazda təlim keçsinlər. Həmin vaxt Yusifin əlində bel olmuşdur. Yusifdən bun nə beldi soruşmuşdur. Yusif bildirmişdir ki, yataqxanada olan mənzili təmir edirlər. Oraya torpaq daşımaq üçün bu beli götürmüşdür və işini qurtardığı üçün evə aparır. Yevlax şəhəri, Nizami prospekti ilə dönüb üzü polis şöbəsi istiqamətində gedərkən, sağ tərəfdə olan iki mərtəbəli binanın qarşısında, yəni Saminə müəlliməgilin mənzilinin qarşı tərəfində səs-küy olduğunu eşitmişdir. Görmüşdür ki, orada xeyli şəxslər var. Onlar həmin binanın qarışısına çatdıqda Saminə müəlliməgilin mənzilinin qarşısında çadır olduğundan orada dava edənin kim olduğunu görməmişldir. Bu vaxt çadırın arxasından tanıdığı Taleh çıxaraq Yusifin əlindəki beli dartıb almışdır. O və X6 əlindən beli alacağını gözləmirdilər. Taleh Yusifin əlindən beli elə aldı ki, Yusif yerə yıxıldı. Taleh Saminə müəllimgilin həyətinə düşdü və o, Yusifi yerdən qaldırmışdır. Onda bilmişdir ki, Taleh Saminə müəlliməgil ilə dava edir. O, talehə Talehə geri qayıtmasını demiş, lakin Taleh qayıtmamışdır. O, həyacandan onların yanma getməyib Yusifgilə yoluna davam etmişdir. Bel isə orada qaldı, Talehin isə beli hara qoymasından xəbəri olmamışdır. Sonradan Zaura qarşılaşmış və Zaur ona Talehin həmin vaxt onunla dava etdiyini, əlində olan bel ilə əlinə vurub və ona xəsarət yetirdiyini demişdir. 2-3 gün keçmiş görmüşüdür ki, Zaurun əli gipisdədir. Həmin dava zamanı orada olsa da, Zauru Talehin vurduğunu görməmişdir. Çünki mən həmin vaxt yerə yıxılan Yusifi yerdən qaldırmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının 04 noyabr 2021-ci il tarixli 721 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər-sol əlin arxa səthinin şişkinliyi, İV barmağının dırnaq falanqasının çıxığı, əsasının yerini dəyişmiş sınığı və hər iki əlin İV barmağının dırnaq falanqasının arxa səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 01.11.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən falanqanın yerini dəyişmiş sınığı səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Qançır və şişkinlik sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının 04 noyabr 2021-ci il tarixli 720 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər-sol saidin 1\3-nin ön səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 01.11.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 05 fevral 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHBnın Yevlax şəhər 5 saylı Mənail İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın Yevlax şəhər 5 saylı Mənail İstismar sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Beləliklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi qaydasını və prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmaması yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hazırda yetkinlik yaşına çatmamasını, təqsirini etiraf edərək əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin yetkinlik yaşına çatmamış şəxs kimi onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməyi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı sınaq müddəti verməklə şərti hesab etməyi məqsədəmüvafiq bilir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Samsunq J7» markalı telefonun saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, həmin cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Samsunq J7» markalı telefonun saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci yoxdur. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar