Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-55/2020 13.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxslərin Müdafiəçi, Zərərçəkmiş şəxs ƏƏSMN-nin yanında DSMF-nun nümayəndəsi X42 iştirakları ilə, xx xxxx 1962-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, N.Nərimanov küçəsi, ev 65-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 xx xxxx 1967-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 470-də qeydiyyatda olan, Yevlax şəhəri, N.Nərimanov küçəsi, ev 65-də yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının x xxxxxx 2006-cı il tarixli Qanununun 37-ci maddəsinin 8.1-ci bəndinin, eləcə də, Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 xx xxxxxx 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 4.4.3-cü bəndinin tələblərinə əsasən, əmək pensiyaçısının vəfat etməsi barədə şəhər və rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlardan alınan məlumat əsasında əmək pensiyaçısının vəfat etməsi müəyyən edilərək təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi dayandırılmalı olduğu halda atası X3 xx xxxx 2016-cı il tarixdə vəfat etməsi barədə rəsmi dövlət orqanları olan Yevlax rayon qeydiyyat şöbəsinə və Azərbaycan Respublikası Əmək və X22 Nazirliyi yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə qəsdən məlumat verməyib Zamanxan Vəliyevə xx xxxx 2004cü il tarixdə təyin edilmiş əmək pensiyasının ödənişlərinin həyata keçirilməsi üçün, əvvəlki plastik kartın müddətinin bitməsi ilə əlaqədar xx xxxx 2014-cü il tarixdə, təqdim edilmiş və sonuncunun ölümündən sonra özündə saxladığı **********347181 nömrəli əmək pensiyası plastik kartının hesabına, yəni ölmüş şəxsin adına əmək pensiyası təyinatlı pul vəsaitinin köçürülməsinə nail olaraq, həmin kartın hesabından ümumilikdə 2.418 (iki min dörd yüz on səkkiz) manat məbləğində pul vəsaitini “xxxxxxxxxxxx” ASC-nin Yevlax şəhəri ərazisində yerləşən bankomatlarından xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə nağdlaşdırmaqla çıxarıb götürərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məxsus cəmi 2.418 (iki min dörd yüz on səkkiz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmiş, eyni niyyətlə, cinayət əməllərini davam etdirərək mərhum Zamanxan Vəliyevin adına olan həmin kartdan pensiya qismində köçürüləcək pul vəsaitini çıxarmaqla ələ keçirmək məqsədilə kartın istifadə müddətinin 2017-ci ilin iyun ayında bitməsi ilə əlaqədar onun yeni plastik kartla əvəzlənilməsində köməklik göstərilməsi məqsədilə Zamanxan Vəliyevin ölməsi barədə xəbərsiz olan, barəsində cinayət təqibinə xitam verilmiş, Şahid7 2017-ci ilin iyun ayında Təqsirləndirilən şəxs2 vasitəsilə müraciəti əsasında Şahid7 tərəfindən saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış guya Zamanxan Vəliyev tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından plastik kartı almaq hüququnun cinayətdən xəbərsiz olan Şahid8 verilməsi barədə Kürdəmir rayon Notariat kontorunun xüsusi notariusu X15 tərəfindən təsdiq edilməsi görüntüsü yaradan xx xxxx 2017-ci il tarixli, 7E- 03-3256 reyestr nömrəli etibarnamədən istifadə edən Şahid8 vasitəsilə mərhum Zamanxan Vəliyevin adına olan **********434454 nömrəli plastik pensiya kartının “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından götürmək istəmiş, lakin filialdan götürülmüş kart ona verilmədən barəsində cinayət təqibinə xitam verilmiş Şahid7 tərəfindən faktiki istifadə edildiyi üçün 2017-ci ilin iyun ayından kartın istifadə müddətinə uyğun olaraq, yəni 2020-ci ilin iyul ayınadək aylıq 225,61 manat olmaqla 36 ay üzrə, cəmi 8.121,96 (səkkiz min bir yüz iyirmi bir manat doxsan altı qəpik) manat pul vəsaitini qeyd edilən plastik kart vasitəsilə hesabdan çıxarmağa nail olmayıb bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məxsus cəmi 10.539,96 manat (on min beş yüz otuz doqquz manat doxsan altı qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının x xxxxxx 2006-cı il tarixli Qanununun 37-ci maddəsinin 8.1-ci bəndinin, eləcə də, Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 xx xxxxxx 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 4.4.3-cü bəndinin tələblərinə əsasən, əmək pensiyaçısının vəfat etməsi barədə şəhər və rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlardan alınan məlumat əsasında əmək pensiyaçısının vəfat etməsi müəyyən edilərək təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi dayandırılmalı olduğu halda anası X16 xx xxxxxxxx 2016-cı il tarixdə vəfat etməsi barədə rəsmi dövlət orqanları olan Yevlax rayon qeydiyyat şöbəsinə və Azərbaycan Respublikası Əmək və X22 Nazirliyi Yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məlumat verməyib sonuncuya xx xxxx 2004-cü il tarixdə təyin edilmiş əmək pensiyasının ödənişlərinin həyata keçirilməsi üçün, əvvəlki plastik kartın müddətinin bitməsi ilə əlaqədar xx xxxx 2014-cü il tarixdə, təqdim edilmiş **********517681 nömrəli əmək pensiyası plastik kartının hesabına, yəni ölmüş şəxsin adına əmək pensiyası təyinatlı pul vəsaitinin köçürülməsinə nail olaraq, həmin kartın hesabından ümumilikdə 1.502 (bir min beş yüz iki) manat pul vəsaitini “xxxxxxxxxxxx” ASC-nin Yevlax şəhəri ərazisində yerləşən bankomatlarından xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə nağdlaşdırmaqla çıxarıb götürərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölməklə, eyni niyyətlə, cinayət əməllərini davam etdirərək mərhum Maral Vəliyevanın adına olan həmin kartdan pensiya qismində köçürüləcək pul vəsaitini çıxarmaqla ələ keçirmək məqsədilə kartın istifadə müddətinin 2017-ci ilin iyun ayında bitməsi ilə əlaqədar onun yeni plastik kartla əvəzlənilməsində köməklik göstərilməsi məqsədilə sonuncunun ölməsi barədə xəbərsiz olan, barəsində cinayət təqibinə xitam verilmiş, Şahid7 2017-ci ilin iyun ayında Təqsirləndirilən şəxs2 vasitəsilə müraciəti əsasında Şahid7 tərəfindən saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış guya Maral Vəliyeva tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından plastik kartı alma hüququnun cinayətdən xəbərsiz olan Şahid8 verilməsi barədə Şirvan şəhər Notariat kontorunun notariusu X13 tərəfindən təsdiq edilməsi görüntüsü yaradan xx xxxx 2017-ci il tarixli, 7E-03-4802 reyestr nömrəli etibarnamədən istifadə edən Şahid8 vasitəsilə mərhum Maral Vəliyevanın adına olan **********604763 nömrəli pensiya plastik kartının “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından götürülməsinə nail olub həmin kartdan istifadə edərək Azərbaycan Respublikası Əmək və X22 Nazirliyi Yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məxsus cəmi 845 (səkkiz yüz qırx beş) manat pul vəsaitini “xxxxxxxxxxxx” ASC-nin Yevlax şəhəri ərazisində yerləşən bankomatlarından xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə nağdlaşdırmaqla çıxarıb götürərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məxsus cəmi 2.347 (iki min üç yüz qırx yeddi) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmiş, **********604763 nömrəli plastik kartın saxta etibarnamə əsasında bankın Yevlax filialından götürülməsi “xxxxxxxxxxxx” ASC tərəfindən aşkar olunduğundan 2017-ci ilin dekabr ayında həmin kart bloklaşdırıldığı üçün həmin kartdan bankomatda istifadə etməklə kartın istifadə müddətinə uyğun olaraq, yəni 2020-ci ilin iyul ayınadək aylıq 169,08 manat olmaqla 31 ay üzrə, cəmi 5.241,48 manat (beş min iki yüz qırx bir manat qırx səkkiz qəpik) pul vəsaitini hesabdan çıxarmağa nail olmayıb bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məxsus cəmi 7.588,48manat (yeddi min beş yüz səksən səkkiz manat qırx səkkiz qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının x xxxxxx 2006-cı il tarixli Qanununun 37-ci maddəsinin 8.1-ci bəndinin, eləcə də, Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 xx xxxxxx 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 4.4.3-cü bəndinin tələblərinə əsasən, əmək pensiyaçısının vəfat etməsi barədə şəhər və rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlardan alınan məlumat əsasında əmək pensiyaçısının vəfat etməsi müəyyən edilərək təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi dayandırılmalı olduğu halda qaynatası X3 xx xxxx 2016-cı il tarixdə vəfat etməsi barədə rəsmi dövlət orqanları olan Yevlax rayon qeydiyyat şöbəsinə və Azərbaycan Respublikası Əmək və X22 Nazirliyi yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə qəsdən məlumat verməyib Zamanxan Vəliyevə xx xxxx 2004cü il tarixdə təyin edilmiş əmək pensiyasının ödənişlərinin həyata keçirilməsi üçün, əvvəlki plastik kartın müddətinin bitməsi ilə əlaqədar xx xxxx 2014-cü il tarixdə, təqdim edilmiş və sonuncunun ölümündən sonra Təqsirləndirilən şəxs1 özündə saxladığı **********347181 nömrəli əmək pensiyası plastik kartının hesabına, yəni ölmüş şəxsin adına əmək pensiyası təyinatlı pul vəsaitinin köçürülməsinə nail olaraq, sonuncu vasitəsilə həmin kartın hesabından ümumilikdə 2.418 (iki min dörd yüz on səkkiz) manat məbləğində pul vəsaitini “xxxxxxxxxxxx” ASC-nin Yevlax şəhəri ərazisində yerləşən bankomatlarından xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə nağdlaşdırmaqla çıxarıb götürərək Təqsirləndirilən şəxs1la aralarında bölməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məxsus cəmi 2.418 (iki min dörd yüz on səkkiz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmiş, eyni niyyətlə, cinayət əməllərini davam etdirərək mərhum Zamanxan Vəliyevin adına olan həmin kartdan pensiya qismində köçürüləcək pul vəsaitini çıxarmaqla ələ keçirmək məqsədilə kartın istifadə müddətinin 2017-ci ilin iyun ayında bitməsi ilə əlaqədar onun yeni plastik kartla əvəzlənilməsində köməklik göstərilməsi məqsədilə Zamanxan Vəliyevin ölməsi barədə xəbərsiz olan, barəsində cinayət təqibinə xitam verilmiş, Şahid7 2017-ci ilin iyun ayında şəxsən müraciəti əsasında Şahid7 tərəfindən saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış guya Zamanxan Vəliyev tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından plastik kartı almaq hüququnun cinayətdən xəbərsiz olan Şahid8 verilməsi barədə Kürdəmir rayon Notariat kontorunun xüsusi notariusu X15 tərəfindən təsdiq edilməsi görüntüsü yaradan xx xxxx 2017-ci il tarixli, 7E- 03-3256 reyestr nömrəli etibarnamədən istifadə edən Şahid8 vasitəsilə mərhum Zamanxan Vəliyevin adına olan **********434454 nömrəli plastik pensiya kartını “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından götürmək istəmiş, lakin filialdan götürülmüş kart ona verilmədən barəsində cinayət təqibinə xitam verilmiş Şahid7 tərəfindən faktiki istifadə edildiyi üçün 2017-ci ilin iyun ayından kartın istifadə müddətinə uyğun olaraq, yəni 2020-ci ilin iyul ayınadək aylıq 225,61 manat olmaqla 36 ay üzrə, cəmi 8.121,96 (səkkiz min bir yüz iyirmi bir manat doxsan altı qəpik) manat pul vəsaitini qeyd edilən plastik kart vasitəsilə hesabdan çıxarmağa nail olmayıb bilavasitə əri Təqsirləndirilən şəxs1la birlikdə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məxsus cəmi 10.539,96 manat (on min beş yüz otuz doqquz manat doxsan altı qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının x xxxxxx 2006-cı il tarixli Qanununun 37-ci maddəsinin 8.1-ci bəndinin, eləcə də, Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 xx xxxxxx 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 4.4.3-cü bəndinin tələblərinə əsasən, əmək pensiyaçısının vəfat etməsi barədə şəhər və rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlardan alınan məlumat əsasında əmək pensiyaçısının vəfat etməsi müəyyən edilərək təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi dayandırılmalı olduğu halda qaynanası X16 xx xxxxxxxx 2016-cı il tarixdə vəfat etməsi barədə rəsmi dövlət orqanları olan Yevlax rayon qeydiyyat şöbəsinə və Azərbaycan Respublikası Əmək və X22 Nazirliyi Yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məlumat verməyib sonuncuya xx xxxx 2004-cü il tarixdə təyin edilmiş əmək pensiyasının ödənişlərinin həyata keçirilməsi üçün, əvvəlki plastik kartın müddətinin bitməsi ilə əlaqədar xx xxxx 2014-cü il tarixdə, təqdim edilmiş və sonuncunun ölümündən sonra Təqsirləndirilən şəxs1 özündə saxladığı **********517681 nömrəli əmək pensiyası plastik kartının hesabına, yəni ölmüş şəxsin adına əmək pensiyası təyinatlı pul vəsaitinin köçürülməsinə nail olaraq, sonuncu vasitəsilə həmin kartın hesabından ümumilikdə 1.502 (bir min beş yüz iki) manat pul vəsaitini “xxxxxxxxxxxx” ASC-nin Yevlax şəhəri ərazisində yerləşən bankomatlarından xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə nağdlaşdırmaqla çıxarıb götürərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la aralarında bölməklə, eyni niyyətlə, cinayət əməllərini davam etdirərək mərhum Maral Vəliyevanın adına olan həmin kartdan pensiya qismində köçürüləcək pul vəsaitini çıxarmaqla ələ keçirmək məqsədilə kartın istifadə müddətinin 2017-ci ilin iyun ayında bitməsi ilə əlaqədar onun yeni plastik kartla əvəzlənilməsində köməklik göstərilməsi məqsədilə sonuncunun ölməsi barədə xəbərsiz olan, barəsində cinayət təqibinə xitam verilmiş, Şahid7 2017-ci ilin iyun ayında şəxsən müraciəti əsasında Şahid7 tərəfindən saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış guya Maral Vəliyeva tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından plastik kartı alma hüququnun cinayətdən xəbərsiz olan Şahid8 verilməsi barədə Şirvan şəhər Notariat kontorunun notariusu X13 tərəfindən təsdiq edilməsi görüntüsü yaradan xx xxxx 2017-ci il tarixli, 7E-03-4802 reyestr nömrəli etibarnamədən istifadə edən Şahid8 vasitəsilə mərhum Maral Vəliyevanın adına olan **********604763 nömrəli pensiya plastik kartının “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından götürülməsinə nail olub həmin kartdan istifadə edərək Azərbaycan Respublikası Əmək və X22 Nazirliyi Yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məxsus cəmi 845 (səkkiz yüz qırx beş) manat pul vəsaitini “xxxxxxxxxxxx” ASC-nin Yevlax şəhəri ərazisində yerləşən bankomatlarından xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 vasitəsilə nağdlaşdırmaqla çıxarıb götürərək sonuncu ilə aralarında bölməklə, Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məxsus cəmi 2.347 (iki min üç yüz qırx yeddi) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmiş, **********604763 nömrəli plastik kartın saxta etibarnamə əsasında bankın Yevlax filialından götürülməsi “xxxxxxxxxxxx” ASC tərəfindən aşkar olunduğundan 2017-ci ilin dekabr ayında həmin kart bloklaşdırıldığı üçün həmin kartdan bankomatda istifadə etməklə kartın istifadə müddətinə uyğun olaraq, yəni 2020-ci ilin iyul ayınadək aylıq 169,08 manat olmaqla 31 ay üzrə, cəmi 5.241,48 manat (beş min iki yüz qırx bir manat qırx səkkiz qəpik) pul vəsaitini hesabdan çıxarmağa nail olmayıb bilavasitə əri Təqsirləndirilən şəxs1la birlikdə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyi yanında Dövlət X33 Yevlax şəhər şöbəsinə məxsus cəmi 7.588,48manat (yeddi min beş yüz səksən səkkiz manat qırx səkkiz qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki,2005-ci ildən ictimai əsaslarla Yevlax şəhər İcra Hakimiyyəti başçısının 1 saylı sahə X39 üzrə nümayəndəliyinin 63 saylı ərazi üzrə küçə müvəkkili işləyir və vəzifəsi ona təhkim edilmiş Yevlax şəhərinin Nəriman Nərimanov və Şixəli Qurbanov küçələrinin abadlığına nəzarət etmək, yaşayış yeri, ailə tərkibi və ölüm faktını təsdiq edən arayışların verilməsi və sairdən ibarət olmuşdur. Belə ki, o, küçə müvəkkili kimi mərhumun ailə üzvlərinin müraciəti əsasında Yevlax şəhər X28 təqdim etmək üçün ölüm haqqında arayışlar vermişdir. Mərhum X11 atasıdır. Z.Vəliyev 1933-cü ildə Yevlax şəhərində anadan olmuş, təxminən 1997-ci ildən əmək pensiyasına cıxmış, xx xxxx 2016-ci il tarixdə isə vəfat etmişdir. Mərhum Yevlax rayonu, “Mal binəsi” kənd qəbirstanlığında dəfn olunmuşdur. 1986-cı ildən pensiyada olan anası X31 isə xx xxxxxxxx 2016-cı il tarixdə vəfat etmiş və o, da Z.Vəliyevlə eyni qəbirstanlıqda dəfn edilmişdir. Onların hər ikisi ahıl insan olduqlarına görə hər ikisinin pensiya plastik kartı onda olmuş və o, həmin kartlardan mütəmadi olaraq hər ay “xxxxxxxxxxxx” ASC-nin Yevlax şəhəri ərazisində yerləşən bankomatlarından pensiya qismində mədaxil olunmuş pul vəsaitlərini məxaric edərək valideynlərinə vermişdir. Lakin valideynləri vəfat etdikdən sonra onların adına olan və istifadə müddəti bitməmiş pensiya plastik kartları faktiki olaraq onun istifadəsində qalmışdır. Həmin vaxt maddi vəziyyəti ağır olduğu üçün o, valideynlərinin ölüm faktı barədə heç bir rəsmi orqana məlumat vermədən davamlı olaraq pensiya plastik kartlarına mədaxil olan pul vəsaitlərini məxaric etmişdir. 2017-ci ilin iyun ayında plastik kartların istifadə müddəti bitdiyindən yeni pensiya plastik kartını götürmək üçün valideynlərinin şəxsiyyət vəsiqələri ilə birlikdə “xxxxxxxxxxxx” ASC-nin Yevlax rayon filialına müraciət etmişdir. Lakin orada kartların yalnız kart sahiblərinin özlərinə və ya etibarnamə ilə təmin edilmiş nümayəndələrinə verildiyini bildirmişlər. O, bu barədə arvadı Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncu onun razılığı ilə saxta etibarnamə düzəldilməsi ilə məşğul olan tanışı Yevlax rayon sakini Şahid7 müraciət edərək Maral və Zamanxan Vəliyevlərin şəxsiyyət vəsiqələrini, eləcə də vaxtı bitmiş pensiya plastik kartlarını İzzətə verib, yeni pensiya plastik kartlarının əldə edilməsinə köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Şahid7 hər karta görə onlardan 30 manat pul alacağını bildirmiş və onların razılığını aldıqdan sonra 2017-ci ilin iyul ayının 24-25 tarixində Maral Vəliyevanın adına olan **********604763 nömrəli yeni pensiya plastik kartını Təqsirləndirilən şəxs2 təhvil vermiş, Zamanxan Vəliyevin adına olan pensiya kartını isə əldə edə bilmədiyini demişdir. Bundan sonra, o, mütəmadi olaraq X36 adına olan plastik pensiya kartından pul məxaric etməyə başlamış, 2017-ci ilin oktyabr-noyabr aylarında isə saxta etibarnamələr əsasında alınmış pensiya plastik kartlar barədə “xxxxxxxxxxxx” ASCdə yoxlamalar başladığını eşidib, arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə valideynlərinin ölümünü rəsmiləşdirmək qərar gəlmişlər. Bu məqsədlə arvadı Təqsirləndirilən şəxs2 Zamanxan Vəliyevin ölməmişdən öncə yaşadığı Yevlax şəhəri, Elbrus Məmmədov küçəsinin küçə müvəkkili olan Kirman Məmmədova xx xxxxxx 2017-ci il tarixdə müraciət edərək ondan atasının guya xx xxxx 2017-ci il tarixdə ölməsi barədə arayış almışdır. xx xxxxxx 2017-ci il tarixdə həmin arayışı Yevlax rayon mərkəzi xəstəxanasının ailə sağlamlıq mərkəzinin həkimi Şəfaqət İmanova təqdim edərək ondan 000378 saylı “Ölüm haqqında tibbi şəhadətnamə” almış, sonra isə həmin gün həmin sənədi Yevlax rayon qeydiyyat şöbəsinə təqdim etməklə X3 ölümü barədə AZ-İ № 905293 ölüm haqqında şəhadətnamə almışdır. Bundan sonra, gələcəkdə X40in pensiya plastik kartından sonuncunun ölümündən sonra pul məxaric etməsi aşkar edilməməsi üçün qabaqlayıcı tədbir kimi arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə AZ-İ № 905293 ölüm haqqında şəhadətnaməni və atasının plastik təqaüd kartını DSMF-nin Yevlax rayon şöbəsinə aparıb təqdim edən zaman DSMF-nin xatırlamadığı əməkdaşı bildirmişdir ki, “Zamanxan Vəliyevin adına yeni təqaüd kartından xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək ümumilikdə təxminən 1100 manat məbləğində qanunsuz olaraq pul məxaric olunub və həmin pul qanunsuz məxaric olunduğu üçün mütləq şəkildə DSMF-nin hesabına qaytarmalıdır”. O, bu barədə məlumat aldıqdan sonra, İzzətlə görüşüb ondan izahat istəmiş, sonuncu isə bildirmişdir ki, Z.Vəliyevin adına olan kartı borc əvəzi olaraq Yevlax rayon sakini Elgün Əzizova vermişdir. Bundan sonra, o, Elgünlə görüşüb atasının pensiya plastik kartını ondan tələb etmiş və həmin kartın sahibinin vəfat etməsi barədə məlumat verib, kartından pul məxaric edilməsinin qanunsuz olduğunu bildirmişdir. Bununla belə, Elgün onun sözlərinə əhəmiyyət vermədən kartdan daha bir aylıq pensiya pulunu məxaric etdikdən sonra qaytaracağını demişdir. Sonradan öyrəndiyinə görə Elgün Əzizov Z.Vəliyevin vəfat etməsi barədə məlumatı olduğu halda sonuncunun adına olan pensiya plastik kartından 2017-ci ilin iyul ayından 2017-ci ilin noyabr ayınadək olan müddət ərzində istifadə edərək həmin karta mədaxil olunmuş pul vəsaitlərini məxaric etmişdir. X36 ölüm haqqında şəhadətnaməsini alıb, həmin sənədi DSMF-nin Yevlax rayon şöbəsində təqdim etmək üçün arvadı Təqsirləndirilən şəxs2 Kirman Məmmədovun adından arayış tərtib etmiş, o isə istifadəsində olan möhürlə həmin arayışı təsdiq edərək, həmin arayışı Yevlax rayon mərkəzi xəstəxanasının ailə sağlamlıq mərkəzinin həkimi Şahid6 təqdim edərək “Ölüm haqqında tibbi şəhadətnamə” almaq istəmiş, lakin sonuncu arayışın saxta olduğunu müəyyən edərək tibbi şəhadətnamə verməkdən imtina etmiş, bu səbəbdən onlar Şahid7 müraciət etməklə 30 manat pulun müqabilində Maral Vəliyevananın ölümü barədə Yevlax rayon mərkəzi xəstəxanasının ailə sağlamlıq mərkəzinin mərhum həkimi İmran Hüseynovun adından tərtib edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə” almış və həmin sənədi Yevlax rayon qeydiyyat şöbəsinə təqdim etməklə anası X16 ölümü barədə AZ-İ № 938315 nömrəli ölüm haqqında şəhadətnamə almışdır. Hər iki valideyninin dəfn mərasimində dini ayinləri Rauf Xasıyev icra etmişdir. X40 barəsində arayış və şəhadətnamə alan zaman Kirman Məmmədova və Şəfaqət İmanovaya heç nə verməmişdir. Atası və anasının vəfatından sonra onların pensiya plastik kartlarından məxaric etdiyi müxtəlif məbləğlərdə olan pul vəsaitlərini arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə maddi ehtiyaclarına xərcləmişlər. O və arvadı Təqsirləndirilən şəxs2 törətdikləri əməlin, yəni faktiki vəfat etmiş şəxslərin adına olan pensiya plastik kartlarında pul məxaric edilməsinin ifşa edilməsinin qarşısını almaq üçün xatırlamadığı şəxslərə müraciət edərək valideynləri Maral və Zamanxan Vəliyevlərin məzarüstü şəklini dəyişərək onların ölüm tarixlərində ölüm haqqında şəhadətnamədə qeyd olunan tarixləri yazdırmışlar. Onun X3 adından Şahid8 adına verilmiş xx xxxx 2017-ci il tarixli, 7E-03-3256 nömrəli, eləcə də X16 adından Şahid8 adına verilmiş xx xxxx 2017-ci il tarixli, 7E-03-4802 nömrəli etibarnamələr barədə məlumatı olmamışdır. Lakin Şahid7 sonradan ona deməsinə görə həm atasının, həm də anasının plastik kartını hazırladığı saxta etibarnamələr əsasında Şahid8 adlı tanışı “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından götürmüşdür. Bu barədə onun əvvəllər məlumatı olmamış, İzzət bu barədə sonradan ona məlumat vermişdir. Arvadı Təqsirləndirilən şəxs2 valideynlərinin faktiki ölmələri barədə İzzətə məlumat verməmişdir. Mehriban Maral və Zamanxan Vəliyevlərin xəstə olduqları üçün özləri banka müraciət edə bilmədiklərini deyib onların adlarına olan kartların əldə edilməsində köməklik göstərilməsini İzzətdən xahiş etmişdir. Cinayət işi başlanandək nə o, nə Təqsirləndirilən şəxs2 törətdikləri əməl barədə heç kimə məlumat verməmişlər. Bundan başqa, “xxxxxxxxxxxx” ASC tərəfindən təqdim olunan bankın Yevlax rayonu ərazisində yerləşən bankomatlarında quraşdırılmış fotoaparatlar vasitəsilə çəkilmiş fotogörüntülər Təqsirləndirilən şəxs1 təqdim olunan zaman sonuncu X1 pul məxaric edənlərin özü və Elgün Əzizov olduğunu, Maral Vəliyevanın kartından pul məxaric edənin isə ancaq özü olduğunu bildirmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamıilə ödəməsini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, mərhum X11 onun qaynatası olmuşdur. Z.Vəliyev 1933-cü ildə Yevlax şəhərində anadan olmuş, təxminən 1997-ci ildən əmək pensiyasına cıxmış, xx xxxx 2016-cı il tarixdə isə vəfat etmiş və Yevlax rayonu “Mal binəsi” kənd qəbirstanlığında dəfn olunmuşdur.1986-cı ildən pensiyada olan qaynanası X31 isə xx xxxxxxxx 2016-cı il tarixdə vəfat etmiş və o da Z.Vəliyevlə eyni qəbirstanlıqda dəfn edilmişdir. Onların hər ikisi ahıl insan olduqlarına görə hər ikisinin pensiya plastik kartı əri Təqsirləndirilən şəxs1 olmuş və sonuncu həmin kartlardan mütəmadi olaraq hər ay “xxxxxxxxxxxx” ASC-nin Yevlax şəhəri ərazisində yerləşən bankomatlarından pensiya qismində mədaxil olunmuş pul vəsaitlərini məxaric edərək valideynlərinə vermişdir. Lakin valideynləri vəfat etdikdən sonra onların adına olan və istifadə müddəti bitməmiş pensiya plastik kartları faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadəsində qalmışdır. Həmin vaxt maddi vəziyyətləri ağır olduğu üçün nə o, nə əri Təqsirləndirilən şəxs1 Maral və Zamanxan Vəliyevlərin ölüm faktı barədə heç bir rəsmi orqana məlumat vermədən davamlı olaraq pensiya plastik kartlarına mədaxil olunan pul vəsaitlərini məxaric etmişlər. 2017-ci ilin iyun ayında plastik kartların istifadə müddəti bitdiyindən yeni pensiya plastik kartını götürmək üçün Təqsirləndirilən şəxs1 mərhum valideynlərinin şəxsiyyət vəsiqələri ilə birlikdə “xxxxxxxxxxxx” ASC-nin Yevlax rayon filialına müraciət etmişdir. Lakin orada kartların yalnız kart sahiblərinin özlərinə və ya etibarnamə ilə təmin edilmiş nümayəndələrinə verildiyini bildirmişlər. Əri bu barədə ona məlumat verdikdən sonra ərinin razılığı ilə saxta etibarnamə düzəldilməsi ilə məşğul olan tanışı Yevlax rayon sakini Şahid7 müraciət edərək Maral və Zamanxan Vəliyevlərin şəxsiyyət vəsiqələrini, eləcə də vaxtı bitmiş pensiya plastik kartlarını İzzətə verib, yeni pensiya plastik kartlarının əldə edilməsinə köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Şahid7 hər karta görə 30 manat pul alacağını bildirmiş və razılığını aldıqdan sonra 2017-ci ilin iyul ayının 24-25 tarixində Maral Vəliyevanın adına olan **********604763 nömrəli yeni pensiya plastik kartını ona təhvil vermiş, lakin Zamanxan Vəliyevin adına olan pensiya kartını əldə edə bilmədiyini demişdir. O, Maral Vəliyevanın adına olan pensiya plastik kartını Şahid7 aldıqdan sonra əri Təqsirləndirilən şəxs1 vermiş, sonuncu isə mütəmadi olaraq anasının adına olan plastik pensiya kartından pul məxaric etməyə başlamışdır. 2017-ci ilin oktyabr-noyabr aylarında isə saxta etibarnamələr əsasında alınmış pensiya plastik kartlar barədə “xxxxxxxxxxxx” ASC-də yoxlamalar başladığını eşidib, əri Təqsirləndirilən şəxs1la birlikdə Maral və Zamanxan Vəliyevlərin ölümünü rəsmiləşdirmək qərarına gəlmişlər. Bu məqsədlə o, Zamanxan Vəliyevin ölməmişdən öncə yaşadığı Yevlax şəhəri, Elbrus Məmmədov küçəsinin küçə müvəkkili olan Kirman Məmmədova x xxxxxx 2017-ci il tarixdə müraciət edərək Zamanxan Vəliyevin guya xx xxxx 2017-ci il tarixdə ölməsi barədə arayış almış, x xxxxxx 2017-ci il tarixdə həmin arayışı Yevlax rayon mərkəzi xəstəxanasının ailə sağlamlıq mərkəzinin həkimi Şəfaqət İmanova təqdim edərək 000378 saylı “Ölüm haqqında tibbi şəhadətnamə” almış, sonra isə həmin gün həmin sənədi Yevlax rayon qeydiyyat şöbəsinə təqdim etməklə X3 ölümü barədə AZ-İ № 905293 ölüm haqqında şəhadətnamə almışdır. Bundan sonra, gələcəkdə Zamanxan Vəliyevin pensiya plastik kartından sonuncunun ölümündən sonra pul məxaric etməsi aşkar edilməməsi üçün qabaqlayıcı tədbir kimi əri ilə birlikdə AZ-İ № 905293 ölüm haqqında şəhadətnaməni və atasının plastik təqaüd kartını DSMF-nin Yevlax rayon şöbəsinə aparıb təqdim edən zaman DSMF-nin xatırlamadığı əməkdaşı bildirmişdir ki, “Zamanxan Vəliyevin adına yeni təqaüd kartından xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək ümumilikdə təxminən 1100 manat məbləğində qanunsuz olaraq pul məxaric olunub və həmin pul qanunsuz məxaric olunduğu üçün mütləq şəkildə DSMF-nin hesabına qaytarmalıdır”. Bundan sonra, əri Təqsirləndirilən şəxs1 İzzətlə görüşüb izahat istəmiş, sonuncu isə Z.Vəliyevin adına olan kartı borc əvəzi olaraq Yevlax rayon sakini Elgün Əzizova verdiyini demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 Elgünlə görüşüb atasının pensiya plastik kartını tələb etmiş və həmin kartın sahibinin vəfat etməsi barədə məlumat verib, kartından pul məxaric edilməsinin qanunsuz olduğunu bildirmişdir. Bununla belə, Elgün onun sözlərinə əhəmiyyət vermədən kartdan daha bir aylıq pensiya pulunu məxaric etdikdən sonra qaytaracağını demişdir. Sonradan öyrəndiyinə görə Elgün Əzizov Z.Vəliyevin vəfat etməsi barədə məlumatı olduğu halda sonuncunun adına olan pensiya plastik kartından 2017-ci ilin iyul ayından 2017-ci ilin noyabr ayınadək olan müddət ərzində istifadə edərək həmin karta mədaxil olunmuş pul vəsaitlərini məxaric etmişdir. Maral Vəliyevanın ölüm haqqında şəhadətnaməsini alıb, həmin sənədi DSMF-nin Yevlax rayon şöbəsində təqdim etmək üçün o, Kirman Məmmədovun adından arayış tərtib etmiş, əri Təqsirləndirilən şəxs1 isə küçə müvəkkili kimi istifadəsində olan möhürlə həmin arayışı təsdiq edərək, həmin arayışı Yevlax rayon mərkəzi xəstəxanasının ailə sağlamlıq mərkəzinin həkimi Şahid6 təqdim edərək “Ölüm haqqında tibbi şəhadətnamə” almaq istəmiş, lakin sonuncu arayışın saxta olduğunu müəyyən edərək tibbi şəhadətnamə verməkdən imtina etmiş, bu səbəbdən o, Şahid7 müraciət etməklə 30 manat pulun müqabilində Maral Vəliyevanın ölümü barədə Yevlax rayon mərkəzi xəstəxanasının ailə sağlamlıq mərkəzinin mərhum həkimi İmran Hüseynovun adından tərtib edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə” almış və həmin sənədi əri Təqsirləndirilən şəxs1 Yevlax rayon qeydiyyat şöbəsinə təqdim etməklə anası X16 ölümü barədə AZ-İ № 938315 nömrəli ölüm haqqında şəhadətnamə almışdır. Maral və Zamanxan Vəliyevlərin dəfn mərasimində dini ayinləri Rauf Xasıyev icra etmişdir. Zamanxan Vəliyev barəsində arayış və şəhadətnamə alan zaman Kirman Məmmədova və Şəfaqət İmanovaya heç nə verməmişdir. Maral və Zamanxan Vəliyevlərin vəfatından sonra onların pensiya plastik kartlarından məxaric etdiyi müxtəlif məbləğlərdə olan pul vəsaitlərini əri Təqsirləndirilən şəxs1la birlikdə maddi ehtiyaclarına xərcləmişlər. O və əri Təqsirləndirilən şəxs1 törətdikləri əməlin, yəni faktiki vəfat etmiş şəxslərin adına olan pensiya plastik kartlarında pul məxaric edilməsinin ifşa edilməsinin qarşısını almaq üçün əri Təqsirləndirilən şəxs1 xatırlamadığı şəxslərə müraciət edərək valideynləri Maral və Zamanxan Vəliyevlərin məzarüstü şəklini dəyişərək onların ölüm tarixlərində ölüm haqqında şəhadətnamədə qeyd olunan tarixləri yazdırmışdır. Onun X3 adından Şahid8 adına verilmiş xx xxxx 2017-ci il tarixli, 7E-03-3256 nömrəli, eləcə də X16 adından Şahid8 adına verilmiş xx xxxx 2017-ci il tarixli, 7E-03-4802 nömrəli etibarnamələr barədə məlumatı olmamışdır. Lakin Şahid7 sonradan deməsinə görə həm Zamanxan, həm də Maralın plastik kartını hazırladığı saxta etibarnamələr əsasında Şahid8 adlı tanışı “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından götürmüşdür. Bu barədə onun əvvəllər məlumatı olmamış, İzzət bu barədə sonradan məlumat vermişdir. Əri Hüseynin valideynlərinin faktiki ölmələri barədə İzzətə məlumat verməmişdir. O, Maral və Zamanxan Vəliyevlərin xəstə olduqları üçün özlərinin banka müraciət edə bilmədiklərini deyib onların adlarına olan kartların əldə edilməsində köməklik göstərilməsini İzzətdən xahiş etmişdir. Cinayət işi başlananadək nə o, nə Təqsirləndirilən şəxs1 törətdikləri əməl barədə heç kimə məlumat verməmişlər. “xxxxxxxxxxxx” ASC tərəfindən təqdim olunan bankın Yevlax rayonu ərazisində yerləşən bankomatlarında quraşdırılmış fotoaparatlar vasitəsilə çəkilmiş fotogörüntülər Təqsirləndirilən şəxs2 təqdim olunan zaman sonuncu X1 pul məxaric edənlərin əri Təqsirləndirilən şəxs1 və Elgün Əzizov olduğunu, Maral Vəliyevanın kartından pul məxaric edənin isə ancaq əri olduğunu bildirmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamıilə ödəməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ƏƏSMN-nin yanında DSMF-nun nümayəndəsi X18 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən DSMF-nun Yevlax rayon Şöbəsinə dəymiş olan ziyan tam şəkildə ödənilmişdir və hazırda onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən X37 ifadəsində göstərdi ki, X11 və X25 uzaq qohumları kimi tanımışdır. Heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zamanxan və Maral əvvəllər Yevlax şəhəri Elbrus Məmmədov küçəsində övladları Elnur Vəliyevlə birlikdə yaşamışlar, hər ikisi 2016-cı ildə vəfat etmiş və Yevlax rayonunun “Mal binəsi” kənd qəbirstanlığında dəfn olunmuşlar. Onların dəfn mərasimində dini ayinləri qohum kimi özü icra etmişdir. Həmin mərasimlərə o, Zamanxanın böyük oğlu Təqsirləndirilən şəxs1 dəvəti ilə gəlmişdir. Xatırladığına görə, Maral Vəliyeva 2016-cı ilin sentyabr ayında, Zamanxan Vəliyev isə həmin ilin iyul ayında vəfat etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 2010cu ilin əvvəllərindən Bərdə şəhərində yerləşən “Şəhidlər Xiyabanı”nın yaxınlığında olan məzar daşı sexində fəhlə işləyir və orada məzarüstü şəkillərin çəkilməsi ilə məşğul olur. X11 və X19 tanımamış, onlarla qohumluğu və ədavəti olmamışdır. 2017-ci illərin sonlarında əvvəllər tanımadığı, sonradan adının Hüseyn olduğunu bildiyi şəxs ona müraciət edərək atası və anasının məzarüstü şəklinin köhnəldiyi üçün təzələnməsini xahiş etmişdir. Bundan sonra, Hüseyn valideynlərinin köhnə məzarüstü şəklini göstərib anası X14 doğum və ölüm tarixləri kimi 1945-2017.21.İX, atası X5 doğum və ölüm tarixləri kimi 1945-2017.16.Vİİ qeyd olunmasını xahiş etmişdir. O, sifarişi qəbul edib təxminən bir həftədən sonra hər iki şəkli Hüseynə təhvil vermişdir. Lakin Hüseynin həmin şəkilləri hansı qəbirstanlığa apardığını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X26 ifadəsində göstərdi ki, 2015-ci ilin əvvəllərindən Yevlax rayonu ərazisində yerləşən “Mal binəsi” kənd qəbirstanlığında məzar daşı sexində usta işləyir. Yevlax rayonunun “Mal binəsi” kənd qəbirstanlığında dəfn olunmuş X11 və X20 tanımamış, onlarla qohumluğu və ədavəti olmamışdır. 2016-cı ilin iyul ayının sonlarında əvvəllər tanımadığı, sonradan adının Hüseyn olduğunu öyrəndiyi Yevlax rayon sakini ona müraciət edərək X40 üçün baş daşı sifariş vermişdir. Təxminən bir necə ay sonra yəni 2016-cı ilin sentyabr ayında Hüseyn təkrar müraciət edərək X36 ölümü barədə məlumat verməklə onun üçün də baş daşı düzəltməsini xahiş etmişdir. O da hər iki sifarişi vəd etdiyi tarixdə düzəldib təhvil vermişdir. 2017-ci ilin təxminən oktyabrnoyabr aylarında Hüseyn ona müraciət edərək ata və anasının baş daşının təzələməsini, eləcə də onların ölüm tarixinin dəyişdirilməsini xahiş etmişdir. Ölüm tarixinin dəyişdirilməsi barədə Hüseynin xahişi şübhəli gəldiyi üçün o, Hüseynin sifarişini qəbul etməmişdir. Bununla belə, sonradan öyrənmişdir ki, Hüseyn başqa sexdə baş daşlarını düzəltdirib, gizlincə qəbirstanlıq ərazisinə gətirib, köhnələr ilə dəyişdirib getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, uzun müddət işsiz olduğu üçün 2017-ci ilin sonlarında evində olan kompyuter və printerdən istifadə etməklə, eləcə də özünün kustar üsulla hazırladığı möhürün vasitəsilə müxtəlif şəxslər üçün 30-40 manat pul müqabilində saxta etibarnamə və ölüm haqqında şəhadətnamə düzəltmişdir. X20 və X7 şəxsən tanımamış, bununla belə, qeyd olunan şəxslərin oğlu olan Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 Yevlax şəhər sakini kimi tanımışdır. 2017-ci ilin iyul ayının əvvəllərində Mehriban ona müraciət edərək qaynanası X16 adına “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından əvəzlənmiş plastik pensiya kartının götürülməsini xahiş etmişdir. O, 30 manat pulun müqabilində kartı filialdan götürüb verə biləcəyini bildirmiş, Mehriban isə onun təklifini qəbul edərək Maral Vəliyevanın şəxsiyyət vəsiqəsini ona vermişdir. Bundan sonra, o, tanışı Yevlax rayon sakini olan Şahid8 müraciət edərək Maralın pensiya plastik kartını bank filialından götürüb ona verməsini xahiş etmişdir. Abdulla razılığını bildirdikdən sonra o, Abdulladan şəxsiyyət vəsiqəsinin surətini alıb Maralın adından onun adına guya Şirvan şəhəri xüsusi notariusu X13 tərəfindən xx xxxx 2017-ci il tarixdə reyestr kitabında 7E-03-4802 nömrəsi ilə qeydiyyata alınmış etibarnamə hazırlayıb Abdullaya vermiş və təqdim etdiyi etibarnamə vasitəsilə Maral Vəliyevanın pensiya plastik kartını götürməsini sonuncudan xahiş etmişdir. Bundan sonra, Abdulla xx xxxx 2017-ci il tarixdə Maral Vəliyevanın adına olan pensiya plastik kartını “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından götürüb ona vermiş, o isə 30 manat pul alıb həmin kartı Mehribana təqdim etmişdir. Bundan sonra, 2017-ci ilin iyul ayının ortalarında Mehriban yenə ona müraciət edərək qaynatası X3 adına “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından əvəzlənmiş plastik pensiya kartının götürülməsini xahiş etmiş və bunun müqabilində ona 30 manat pul verəcəyini bildirmişdir. Bundan sonra, o, yenidən Şahid8 razılığını almış və Zamanxanın adından onun adına verilmiş guya Kürdəmir rayonu notariat kontorunun xüsusi notariusu X15 tərəfindən xx xxxx 2017-ci il tarixdə reyestr kitabında 7E-03-3256 nömrəsi ilə qeydiyyata alınmış etibarnamə hazırlayıb Abdullaya vermiş və təqdim etdiyi etibarnamə vasitəsilə Zamanxan Vəliyevin pensiya plastik kartını götürməsini sonuncudan xahiş etmişdir. Abdulla isə xx xxxx 2017-ci il tarixdə Zamanxan Vəliyevin adına olan pensiya plastik kartını “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından götürüb ona vermişdir. Həmin vaxt ona təcili olaraq pul lazım olduğu üçün Yevlax şəhər sakini olan Elgün Əzizovdan borc pul alıb Zamanxanın adına olan kartı ona verməklə hər ay həmin karta mədaxil olan pulu bankomatdan məxaric etməklə borcunu silməsini xahiş etmişdir. Həmin vaxt o, Elgündən 1100 manat borc alaraq nəzərə tutmuşdur ki, Elgün həmin pulu məxaric etdikdən sonra kartı sonuncudan alıb Mehribana qaytaracaqdır. Lakin kart Elgündə olduğu müddət ərzində o, guya Zamanxanın adına olan kartın bankın filialından götürmək mümkün olmadığını Mehribana bildirmişdir. Bununla belə, sonradan saxta etibarnamələr barəsində bankda araşdırma başladıqdan sonra Mehribanın əri Təqsirləndirilən şəxs1 valideynlərinin adlarına ölüm haqqında şəhadətnamə almaqla həmin sənədləri DSMF-nin Yevlax rayon şöbəsinə təqdim etmiş və ona həmin vaxt məlum olmuşdur ki, atası Zamanxanın kartından 2017-ci ilin avqust ayından təxminən 900 manat pul məxaric olunmuşdur. Bundan sonra, Hüseyn onunla görüşüb izahat tələb etmiş, o isə Zamanxanın adına olan kartı borc əvəzi olaraq Elgün Əzizova verdiyini bildirmişdir. Bundan sonra Hüseyn Elgünlə görüşüb atasının kartını tələb etmiş və kartın sahibi olan Zamanxanın vəfat etdiyini bildirib kartdan pul məxaric edilməsinin qanunsuz olduğunu bildirmişdir. Bununla belə, Elgün Hüseynin sözlərinə əhəmiyyət vermədən kartdan daha bir aylıq pensiya pulunu məxaric etdikdən sonra qaytaracağını bildirmişdir. Həqiqətən də, Elgün Zamanxanın vəfat etməsi barədə məlumatı olduğu halda onun pensiya plastik kartını 2017-ci ilin noyabr ayında mədaxil olmuş pensiya pulunu məxaric etdikdən sonra kartı Hüseynə qaytarmışdır. Hüseyn və X17 ölümü barədə “Ölüm haqqında tibbi şəhadətnamə” almaq istədiklərini bildirib, həmin sənədi onlar üçün hazırlamasını xahiş etmişlər. O isə həmin şəxslərdən 30 manat pul alıb Maral Vəliyevanın ölümü barədə mərhum həkim İmran Hüseynovun adından “Ölüm haqqında tibbi şəhadətnamə” hazırlayıb Hüseyn və Mehribana vermişdir. Adlarına saxta etibarnamə düzəldən zaman və Şahid8 saxta etibarnamələr əsasında pensiya plastik kartlarının götürülməsini xahiş edən vaxt Maral və Zamanxan Vəliyevlərin faktiki olaraq vəfat etdiklərini bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ona müraciət edən zaman həmin şəxslərin yataq xəstəsi olduqlarını bildirmişdir. Hhazırladığı bütün etibarnamələrin üzərində olan imzaları özü icra etmişdir. Həmin saxta sənədlərin hazırlanmasında istifadə etdiyi printer və kompyuteri xatırlamadığı şəxslərə satmış möhürləri isə məhv edib yandırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, Şahid7 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx xxxxx 2017-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-nin “Yevlax” filialında müştərilərə xidmət şöbəsinin mütəxəsissi vəzifəsinə təyin olunmuşdur. Qeyd olunan filialda işlədiyi dövrdə vəzifəsi bank hesablarının açılması, hesab üzrə əməliyyatların aparılması, sürətli pul köçürməsi, plastik kartlar üzrə əməliyyatların aparılması, plastik kartların təhvil verilməsi, o cümlədən, pensiya kartlarının təhvil verilməsindən ibarət olmuşdur. xx xxxx 2017-ci il tarixdə əvvəllər tanımadığı, sonradan filialın müştərilərə xidmət şöbəsinə müraciət edərək özünü təqdim edən Şahid8 tanışı olduğunu bildirdiyi X16 “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialında özünə məxsus plastik kartın alınmasına və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərəkətləri ona etibar etməsi ilə bağlı xx xxxx 2017-ci il tarixli, təsdiqedici hissəsinə “Notarius” yazısı və həmin yazının qarşısında imza və möhür həkk olunmuşetibarnaməni təqdim edərək Maral Vəliyevanın adına olan əvəzlənmiş pensiya plastik kartının təhvil verilməsini xahiş etmişdir. Qeyd olunan etibarnamə əsasında o, xx xxxx 2017-ci il tarixli 180TT867871 saylı balansdankənar məxaric orderini və əvəzlənmiş pensiya plastik kartının təhvil verilməsi barədə müvafiq qəbz tərtib edib həmin sənədləri Şahid8 imzaladıb Maral Vəliyevanın plastik kartını təhvil vermiş, sonra isə balansdankənar məxaric orderini və qəbzi icraçı kimi özü imzalayıb əməliyyatın tarixini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən ““xxxxxxxxxxxx” ASCnin xx xxxxxx 2017-ci il tarixli 15/2-01/89 saylı məktubuna əlavə edilmiş etibarnamə, qəbz və “Balansdankənar məxaric order”lərindən görünür ki, “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından plastik kartın alınması üçün X16 adından Şahid8 adına verilmiş guya Şirvan şəhəri Notariat kontorunun notariusu X13 tərəfindən xx xxxx 2017-ci il tarixdə reyestr kitabında 7E-03-4802 nömrəsi ilə qeydiyyata alınaraq təqdim edilmiş etibarnamə əsasında Şahid8 xx xxxx 2017-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından M.Vəliyevanın adına olan pensiya plastik kartını götürmüşdür. Bundan başqa, həmin məktuba əlavə olunmuş X3 adından Şahid8 adına verilmiş guya Kürdəmir rayon Notariat kontorunun notariusu X15 tərəfindən xx xxxx 2017-ci il tarixdə reyestr kitabında 7E-03-3256 nömrəsi ilə qeydiyyata alınaraq təqdim edilmiş etibarnamə əsasında Şahid8 xx xxxx 2017-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından Z.Vəliyevin adına olan pensiya plastik kartını götürmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “xxxxxxxxxxxx” ASCnin Yevlax rayon filialından daxil olmuş xx xxx 2018-ci il tarixli 289 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət X46 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxx 2012-ci il tarixli “Pensiyaçıların aylıq pensiyalarının plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin təşkili işinin satınalınma müqaviləsi”nə əsasən bank sifarişçinin, yəni DSMF-nin yerli orqanlarında qeydiyyatda olan pensiyaçılara 3 (üç) il istifadə müddəti olan plastik kartların təhvil verilməsini öhdəsinə götürmüşdür. Odur ki, X16 və X2 adın 2017-ci ildə verilmiş plastik kartlarının hər birinin istifadə müddəti üç il olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “xxxxxxxxxxxx” ASCdən daxil olmuş xx xxx 2018-ci il tarixli 15/02-01/39 saylı məktuba əlavə olunan sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyinin Yanında Dövlət X33 Yevlax şəhər şöbəsindən “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialına ünvanlanmış xx xxxx 2017-ci il tarixli 46/2049 saylı məktubdan görünür ki, şöbə tərəfindən bank filialına 2017-ci ilin iyun ayında vaxtı bitəcək 3080 nəfərə, o cümlədən, Zamanxan Vəliyevə (kart nömrəsi 6***********7181), Maral Vəliyevaya (kart nömrəsi 6***********7681) aid plastik pensiya kartları yenisi ilə üç illik müdətə əvəzlənməsi üçün sifariş verilməsi üçün siyahı göndərilmişdir. Bundan başqa, həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X46 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxx 2012-ci il tarixli “Pensiyaçıların aylıq pensiyalarının plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin təşkili işinin satınalınma müqaviləsi”nə əsasən bank sifarişçinin, yəni DSMF-nin yerli orqanlarında qeydiyyatda olan pensiyaçılara 3 (üç) il istifadə müddəti olan plastik kartların təhvil verilməsini öhdəsinə götürmüşdür. Odur ki, X31 və X3 adına 2017-ci ilin iyun ayında verilmiş plastik kartın hər birinin istifadə müddəti üç il olmuşdur. Məktuba əlavə edilmiş 180TT867871 nömrəli “Balansandankənar məxaric orderi” və həmin orderə əlavə edilmiş YEVL-**********76 nömrəli qəbzdən görünür ki, Maral Vəliyevanın adına olan 676867******4763 nömrəli pensiya plastik kartı xx xxxx 2017-ci il tarixdə Şahid8 təhvil verilmişdir. Həmçinin, məktuba əlavə edilmiş 180TT940919 nömrəli “Balansandankənar məxaric orderi” və həmin orderə əlavə edilmiş YEVL-**********75 nömrəli qəbzdən görünür ki, Zamanxan Vəliyevin adına olan 676867******4454 nömrəli pensiya plastik kartı xx xxxx 2017-ci il tarixdə Şahid8 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “xxxxxxxxxxxx” ASCdən daxil olmuş xx xxx 2018-ci il tarixli 15/02-01/39 saylı məktuba əlavə olunmuş bir ədəd “DVD-R” diskinə baxış keçirilmiş və tərtib edilmiş xx xxx 2018-ci il tarixli protokola əsasən müəyyən olunmuşdur ki, diskdə “Komplayens Departamenti” başlıqlı qovluq açıldıqda içərisində «Veliyev Zamanxan» və «Veliyeva Maral» başlıqlı qovluqların olması müəyyən edilmişdir. Qeyd olunan qovluğun içində həmin şəxslərin adına olan plastik kartdan pul vəsaitinin məxarici ilə bağlı əməliyyatların tarixi və əməliyyatları icra edən şəxslərin fotogörüntüsü vardır. Həmçinin, baxış zamanı «Veliyev Zamanxan» və «Veliyeva Maral» başlıqlı qovluqlarda olan fotogörüntülərə əsasən Maral Vəliyevanın adına olan plastik kartlardan Təqsirləndirilən şəxs1, Zamanxan Vəliyevin adına olan plastik kartlardan Təqsirləndirilən şəxs1 və X32 müxtəlif vaxtlarda pul məxaric etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “xxxxxxxxxxxx” ASCnin Yevlax filialından daxil olmuş xx xxxx 2019-cu tarixli 449 saylı məktubdan görünür ki, pensiya işinin nömrəsi 092475 olan X3 adına xx.xx.2013-cü il tarixdən sonrakı dövrdə çap olunmuş plastik kartlarının PAN-ları aşağıdakı kimi olmuşdur: 1.**********347181–istifadə müddətləri xx.xx.2014-xx.xx.2017, 2.**********434454 – istifadə müddətləri xx.xx.2017xx.xx.2020. Həmin məktuba əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Zamanxan Vəliyevin adına olan plastik karta sonuncunun ölümdən sonra 2016-cı ilin avqust ayından 2017-ci ilin fevral ayınadək aylıq 212,86 manat olmaqla, 2017-ci ilin fevral ayında 238,36 manat, 2017-ci ilin mart ayından iyul ayınadək aylıq 225,61 manat olmaqla, cəmi 2417,96 (iki min dörd yüz on yeddi manat doxsan altı qəpik) manat olmaqla 2017-ci ilin iyul ayından noyabr ayınadək köçürülmüş aylıq 225,61 manat olmaqla, cəmi 1128,05 (bir min bir yüz iyirmi səkkiz manat beş qəpik) manat olmaqla, ümumilikdə 3546,01 (üç min beş yüz qırx altı manat bir qəpik) manat pul vəsaiti mədaxil olunmuşdur. Həmçinin, hesabdan çıxarışdan görünür ki, Zamanxan Vəliyevin adına olan plastik karta sonuncunun ölümündən sonra 2016-cı ilin avqust ayından 2017-ci ilin iyul ayınadək 2418 ( iki min dörd yüz on səkkiz) manat, 2017-ci ilin iyul ayından noyabr ayınadək isə 1106 ( bir min bir yüz altı) manat pul vəsaiti məxaric edilmişdir. Bundan başqa, qeyd olunan məktubdan görünür ki, pensiya işinin nömrəsi 092476 olan X16 adına xx.xx.2013-cü il tarixdən sonrakı dövrdə çap olunmuş plastik kartlarının PAN-ları aşağıdakı kimi olmuşdur: 1.**********517681 – istifadə müddətləri xx.xx.2014xx.xx.2017, 2.**********604763–istifadə müddətləri xx.xx.2017-xx.xx.2020. Həmin məktuba əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Maral Vəliyevanın adına olan plastik karta sonuncunun ölümdən sonra 2016-cı ilin oktyabr ayından 2017-ci ilin fevral ayınadək aylıq 162,56 manat olmaqla, 2017-ci ilin fevral ayında 175,60 manat, 2017-ci ilin mart ayından noyabr ayınadək köçürülmüş aylıq 169,08 manat olmaqla, ümumilikdə 2347,56 (iki min üç yüz, qırx yeddi manat əlli manat qəpik) manat pul vəsaiti mədaxil olunmuşdur. Həmçinin, hesabdan çıxarışdan görünür ki, Maral Vəliyevanın adına olan plastik karta sonuncunun ölümündən sonra 2016-cı ilin oktyabr ayından noyabr ayınadək 2.347 (iki min üç yüz qırx yeddi) manat pul vəsaiti məxaric edilmişdir. Həmçinin məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət X46 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxx 2012-ci il tarixli “Pensiyaçıların aylıq pensiyalarının plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin təşkili işinin satınalınma müqaviləsi”nə əsasən bank sifarişçinin, yəni DSMF-nin yerli orqanlarında qeydiyyatda olan pensiyaçılara 3 (üç) il istifadə müddəti olan plastik kartların təhvil verilməsini öhdəsinə götürmüşdür. Bundan başqa məktubda qeyd olunmuşdur ki, Maral və Zamanxan Vəliyevlərin vəfat etmələri ilə əlaqədar dəfn xərci köçürülməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyinin Yanında Dövlət X33 Yevlax şəhər şöbəsindən daxil olan xx xxx 2018-ci il tarixli 46/1362 nömrəli məktubdan görünür ki, xx.xx.1933-cü il təvəllüdlü X3 adına xx xxxx 2004-cü il tarixdə təyin olunmuş 092475 nömrəli pensiya işi üzrə sonuncu ödənişin məbləği 225,61, xx.xx.1936-cı il təvəllüdlü X16 adına xx xxxx 2004-cü il tarixdə təyin olunmuş 092476 nömrəli pensiya işi üzrə isə sonuncu ödənişin məbləği 169,08 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyinin Yanında Dövlət X33 Yevlax şəhər şöbəsindən daxil olan xx xxxxxx 2020-ci il tarixli **********1 nömrəli məktubdan görünür ki, X3 adına olan pensiya plastik kartına 2016-cı ilin avqust ayından 2017-ci ilin fevral ayınadək hər ay 212,86 manat, 2017-ci ilin fevral ayında 238,36 manat, 2017-ci ilin mart ayından avqust ayınadək və sentyabr ayından dekabr ayınadək hər ay 225,61 manat, 2017-ci ilin avqust ayında isə 451 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Bu hal ona görə mümkün olmuşdur ki, X6 Hüseyn Zamanxan oğlu 2017-ci ilin noyabr ayının sonu DSMF-nin Yevlax şəhər şöbəsinə müraciət edərək atasının xx.xx.2017-ci il tarixdə vəfat etməsi barədə AZ-İ № 905293 nömrəli ölüm haqqında şəhadətnaməni təqdim etmişdir. Həmin şəhadətnamə şöbə tərəfindən qəbul ediləndən sonra Zamanxan Vəliyevin pensiya plastik kartına pensiya pulunun mədaxili dayandırılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 izah edilmişdir ki, Zamanxan Vəliyevin kart hesabına onun ölümündən sonra mədaxil olunmuş pul vəsaiti tam olaraq geri qaytarılmalıdır. Zamanxan Vəliyevin ölümü ilə əlaqədar 330 manat məbləğində ödənilməli olan dəfn xərci mərhumun oğlu Təqsirləndirilən şəxs1 razılığı ilə artıq ödənilən məbləğdən məxaric olunaraq şöbənin balansına geri qaytarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 arvadı, yəni mərhumun gəlini Təqsirləndirilən şəxs2 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə 686,24 manat məbləğində pul vəsaiti şöbənin hesabına qaytarılmışdır. 686,24 manat pulun qəbzini şöbəyə təqdim edən zaman Təqsirləndirilən şəxs2 qaynX40in əslində 2016-cı ilin iyul ayının 16-da vəfat etməsini bildirib artıq ödənilmiş pul vəsaitini geri qaytarmaq istədiyini bildirərək pul qəbzini təqdim etmişdir. Odur ki, Zamanxan Vəliyevin pensiya plastik kartına onun ölümündən sonra mədaxil olunmuş pul vəsaitindən 1016,24 manat məbləğində pul vəsaiti geri qaytarılmışdır. Bundan başqa, həmin məktubda qeyd olunmuşdur ki, X16 adına olan pensiya plastik kartına 2016-cı ilin sentyabr ayından 2017-ci ilin fevral ayınadək hər ay 162,56 manat, 2017-ci ilin fevral ayında 175,60 manat, 2017-ci ilin mart ayından 2017-ci ilin dekabr ayınadək hər ay 169,08 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Bu hal ona görə mümkün olmuşdur ki, Maral Vəliyevanın gəlini Təqsirləndirilən şəxs2 2017-ci ilin noyabr ayının sonu DSMF-nin Yevlax şəhər şöbəsinə müraciət edərək qaynanasının xx.xx.2017ci il tarixdə vəfat etməsi barədə AZ-İ № 938315 nömrəli ölüm haqqında şəhadətnaməni təqdim etmişdir. Həmin şəhadətnamə şöbə tərəfindən qəbul ediləndən sonra Maral Vəliyevanın pensiya plastik kartına pensiya pulunun mədaxili dayandırılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 izah edilmişdir ki, Maral Vəliyevanın kart hesabına onun ölümündən sonra mədaxil olunmuş pul vəsaiti tam olaraq geri qaytarılmalıdır. Maral Vəliyevanın ölümü ilə əlaqədar 330 manat məbləğində ödənilməli olan dəfn xərci mərhumun oğlu Təqsirləndirilən şəxs1 razılığı ilə artıq ödənilən məbləğdən məxaric olunaraq şöbənin balansına geri qaytarılmışdır. Odur ki, Maral Vəliyevanın pensiya plastik kartına onun ölümündən sonra mədaxil olunmuş pul vəsaitindən 330 manat məbləğində pul vəsaiti geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon polis şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 195-4871-1220 nömrəli məktubdan görünür ki,Yevlax şəhər E.Məmmədov küçəsi ev 71-də qeydiyyatda olmuş 1933-cü il təvəllüdlü X11 xx xxxx 2016, həmin ünvanda qeydiyyatda olan 1936-cı il təvəllüdlü X31 isə xx xxxxxxxx 2016-cı il tarixdə təbii ölüm nəticəsində vəfat etməklə Yevlax rayonunun “Mal Binəsi” kənd qəbirstanlığında dəfn olunmuşlar. Onların yas mərasimində Təqsirləndirilən şəxs1 tərəfindən təşkil olunmuş və yas mərasimində dini ayinləri icra edən X9 Yevlax şəhər Cümə Məscidinin dini ayinlərinin icraçısı olan X37 olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş xx xxxxx 2018-ci il tarixli 05/1031-11 nömrəli məktubdan görünür ki, Maral və Zamanxan Vəliyevlərin adına olan pensiya plastik kartlarının “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından götürülməsi zamanı istifadə edirən etibarnamələr notariat kontorları tərəfindən rəsmiləşdirilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon Qeydiyyat şöbəsindən daxil olmuş xx xxx 2018-ci il tarixli 184 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi şəhadətnamələrdən görünür ki, X8 barəsində ölüm haqqında tibbi şəhadətnaməni Şəfaqət İmanova, X31 barəsində isə ölüm haqqında tibbi şəhadətnaməni İmran Hüseynov tərtib etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon qeydiyyat şöbəsindən daxil olmuş xx xxxx 2018-ci l tarixli 249/01 nömrəli məktuba əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X21 isə xx xxx 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon Qeydiyyat şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 05/Q-123/2 nömrəli məktubdan və məktuba əlavə edilmiş akt qeydlərindən görünür ki, X11 xx xxxx 2017-ci ildə ölmüş və onun ölümü barədə şəhadətnamə Təqsirləndirilən şəxs2 verilmişdir. X31 xx xxxxxxxx 2017-ci ildə ölmüş və onun ölümü barədə şəhadətnamə Təqsirləndirilən şəxs1 verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Təqsirləndirilən şəxs1 ifadəsində əlavə etdiyi atasıZamanxan Vəliyevin adına olan **********434454 və X36 adına olan **********604763 nömrəli plastik pensiya kartlarını görünür ki, hər iki kartın son istifadə müddəti 2020-ci ilin iyun ayıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyəti başçısının 1 saylı sahə X39 üzrə nümayəndəliyindən daxil olmuş xx xxxx 2019-cu il tarixli 093 nömrəli məktubundan görünür ki, X31 2016-cı ilin sentyabr ayında, X11 isə 2016-cı ilin iyul ayında vəfat etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28754 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Azərbaycan Respublikası Yevlax şəhəri İcra Hakimiyyətinin Evlər Komitəsinin 23 saylı küçə müvəkkili tərəfindən verilmiş X31 barəsin-də olan xx.xx.2017-ci il tarixli arayışdakı yazılar və “K.Məmmədov” yazısı önündəki imza - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28768 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş X31 barəsində olan xx.xx.2017-ci il tarixli arayışın üzərində olan “Azərbaycan Respublikası Yevlax şəhəri İcra Hakimiyyəti EVLƏR KOMİTƏSİ № 63” məzmunlu möhür əksi eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edir və mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3877 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş X11 barəsində olan xx.xx.2017-ci il tarixli arayışda, X3 000378 nömrəli xx.xx.2017ci il tarixli “Ölüm haqqında tibbi şəhadətnaməsi”ndə olan möhür əksləri relyef klişedən istifadə edilməklə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Şahid8 adına xx xxxx 2017-ci il etibarnamənin kserosurətində olan möhür əksi ekspertizaya təqdim edilmiş Kürdəmir rayon notariat kontorunun möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş Şahid8 adına xx xxxx 2017-ci il tarixli etibarnamənin kserosurətində olan möhür əksi ekspertizaya təqdim edilmiş Şirvan şəhər 1 saylı notariat ofisinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş X3 000378 nömrəli xx.xx.2017-ci il tarixli “Ölüm haqqında tibbi şəhadətnaməsi”ndə olan möhür əksi ekspertizaya təqdim edilmiş Yevlax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin tabeliyində yerləşən Ailə sağlamlıq mərkəzinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3793 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş xx xxxx 2017-ci il tarixli 7E-03-4802 №-li və xx xxxx 2017-ci il tarixli 7E-03-3256 №-li etibarnamələrinin kserosurətlərində olan “İmza” və “Notarius” qrafalarında olan imzalar Şahid7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikası Yevlax şəhəri İcra Hakimiyyətinin Evlər Komitəsinin 23 saylı küçə müvəkkili tərəfindən verilmiş X11 barəsində olan xx.xx.2017-ci il tarixli arayışda “K.Məmmədov” yazısından əvvəl yerləşən imza - MƏMMƏDOV KİRMAN ƏLİABBAS oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X3 ölməsi barədə olan xx xxxxxx 2017-ci il tarixli 000378 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki yazılar - X12 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Zamanxan Vəliyevin adına olan pensiya kartının təhvil alınmasını təsdiq edən 180TT940919 №-li və Maral Vəliyevanın adına olan pensiya kartının təhvil alınmasını təsdiq edən 180TT867871 №-li “Balansdankənar məxaric order”lərində “Qiymətlini qəbul etdim” qrafalarındakı imza və həmin orderlərə əlavə olunmuş qəbzlərdə “Kart sahibi” qrafasındakı imza - Şahid8 tərəfindən icra olunmuşdur. Zamanxan Vəliyevin adına olan pensiya kartının təhvil alınmasını təsdiq edən 180TT940919 №-li “Balansdankənar məxaric orderində” “Qiymətlini təhvil verdim” qrafasındakı imza və həmin orderə əlavə olunmuş qəbzdə “Bankın əməkdaşı” qrafasındakı “xx.xx.2017” rəqəmli əlyazmaları və imza - Şahid2 tərəfindən icra olunmuşdur. Maral Vəliyevanın adına olan pensiya kartının təhvil alınmasını təsdiq edən 180TT867871 №-li “Balansdankənar məxaric orderində” “Qiymətlini təhvil verdim” qrafasındakı imza və həmin orderə əlavə olunmuş qəbzdə “Bankın əməkdaşı” qrafasındakı “xx.xx.2017” rəqəmli əlyazmaları və imza - Şahid1 tərəfindən icra olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax şəhər 1 saylı X39 üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamələrdəb görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları yer üzrə müsbət xarakterizə olunurlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2017-ci il tarixli, və xx.xx.2020-ci tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 DSMF-nin Yevlax rayon Şöbəsinə 3418 (üç min dörd yüz on səkkiz) manat 76 (yetmiş altıəlli) qəpik pul ödəmişlər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmiş və eyni üsulla özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə cəhd etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən əməli törətməkdə təqsirli olmaları özlərinin etirafedici ifadələrindən başqa, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətlərə görə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməllərindən səmimi peşman olmalarını, yaşayış yerindən müsbət xarakterizə olunmalarını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmələrini, zərərçəkmiş şəxsin onlardan heç bir şikayət və tələblərinin olmamasını onların cəzalarınıyüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinin tələbinə görə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlərini etiraf edərək əməllərindən peşman olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, zərərçəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunmalarını mümkün hesab edir və onların barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxslərin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut cinayət işi üzrə X3 guya xx.xx.2017-ci il tarixdə ölməsi barədə xx.xx.2017-ci il tarixli arayış, Z.Vəliyev barəsində “ölüm haqqında şəhadətnamə”nin verilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli **********8112017 nömrəli ölüm haqqında akt qeydi, Z.Vəliyevin ölümü barədə xx.xx.2017-ci il tarixli 000378 nömrəli ölüm haqqında tibbi şəhadətnamə, Z.Vəliyevin ölümü barədə xx.xx.2017-ci il tarixli AZ-İ 905293 nömrəli ölüm haqqında şəhadətnamə, Z.Vəliyevin məzar daşının fotoşəkli, Zamanxan Vəliyevin adına olan pensiya kartının təhvil alınmasını təsdiq edən 180TT940919 №-li “Balansdankənar məxaric orderi və qəbz, eləcə də X3 adından olan xx xxxx 2017-ci il tarixli 7E-03-3256 №li etibarnamə və həmin etibarnamə əsasında “xxxxxxxxxxxx” ASC-nin Yevax filialından götürlümüş PAN nömrəsi **********434454 olan pensiya plastik kartı bundan başqa X16 guya xx.xx.2017-ci il tarixdə ölməsi barədə xx.xx.2017-ci il tarixli arayış, M.Vəliyeva barəsində “ölüm haqqında şəhadətnamə”nin verilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli **********0042018 nömrəli ölüm haqqında akt qeydi, M.Vəliyevanın ölümü barədə xx.xx.2017-ci il tarixli ******* nömrəli ölüm haqqında tibbi şəhadətnamə, M.Vəliyevanın ölümü barədə xx.xx.2018-ci il tarixli AZ-İ 938315 nömrəıi ölüm haqqında şəhadətnamə, M.Vəliyevanın məzar daşının fotoşəkli, Maral Vəliyevanın adına olan pensiya kartının təhvil alınmasını təsdiq edən 180TT867871 №-li “Balansdankənar məxaric orderi və qəbz, eləcə də X16 adından olan xx xxxx 2017-ci il tarixli 7E-03-4802 №-li etibarnamə və həmin etibarnamə əsasında “xxxxxxxxxxxx” ASC-nin Yevax filialından götürlümüş PAN nömrəsi **********604763 olan pensiya plastik kartı, eləcə də “xxxxxxxxxxxx” ASC-dən daxil olmuş xx xxx 2018-ci il tarixli 15/02-01/39 saylı məktuba əlavə olunmuş bir ədəd “DVD-R” diski cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 413 (dörd yüz on üç) manat 04 (dörd) qəpik təşkil edir, həmin məbləğ müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) müddətinə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli bu hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. X4 barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 01(bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli bu hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 413 (dörd yüz on üç) manat 04 (dörd) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia veriməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi ümumilikdə 33 (otuz üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 198 (bir yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-55/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-55/2020
13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver