Məhkəmə qərarları › İş №1(039)-55/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-55/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-55/2021 06.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Nizami prospekti, ev 26, mənzil 5-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində, Yevlax rayonu, Nemətabad kəndi ərazisində Şahid2 yaşadığı evin həyətyanı sahəsinin yuxarı hissəsində dayanaraq telefonla internetə girməsinə görə sonuncunun qonşusu Zərərçəkmiş şəxs ona bağ sahəsinin yuxarı hissəsində dayanmasına görə narazılıq edərək onunla şəxsi münasibətlər zəminində mübahisə edərək onu söyərək itələyib onu yerə yıxmasından sonra o, yaxınlıqda yerdən istintaqla müəyyən edilməyən ağac parçasını götürüb iki dəfə qəsdən Zərərçəkmiş şəxs bədən nahiyəsinə tərəf qəsdən vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran sağ əlin şişkinliyi ilə müşaiət olunan sağ əlin İİİ barmaq falanqasının distal ucunun yerini dəyişmiş sınığı, çıxığı və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol əlin üst səthinin şişkinliyi və sağ gicgah nahiyəsinin yarası xəsarətləri ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayonu, Nemətabad kəndində yaşayan bacısı Aytəngilə qonaq getmişdir. Bacısıgilin məhləsinin yuxarı qonşuluğunda internet şəbəkəsi tutduğuna görə çox vaxt orada oturub sosial şəbəkələrə girərək xəbərlərə baxmışdır. xx xxxxxx 2020ci il tarixdə saat 18 radələri olardı həmin yerdə oturub telefonla sosial şəbəkələrə girib xəbərlərə baxırmışdır. Bu vaxt qonşuluqda yaşayan Etibar öz həyətlərindən bacısının qaynatası Paşanı çağırmış, Paşa dayı onun yanına getmiş, o, isə xəbərlərə baxmaqda davam etmişdir. Az sonra Paşa onun yanına gəlmiş və ona evə getməsini demişdir. O, xəbərlərə axıra kimi baxmadığına görə az sonra gələcəyini demişdir. Bundan sonra Paşa evə getmişdir. Həmin vaxt artıq hava qaralmışdır. Bu vaxt arxadan səs eşitmiş, geri çönüb baxanda görmüşdür ki, gələn Etibardır. Etibar ona “burada dayanma get” demişdir. O, da Etibarın sözündən çıxmayaraq evə getmişdir. Sonradan bilmişdir ki, Etibar qonşuları Aidəgilə getmək istəmiş, lakin onun orada oturduğuna görə gedə bilmirmiş. O, gecəni yatmış səhəri gün xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində məhlədə iş görərkən, Etibarın azyaşlı oğlu onu çağıraraq atası Etibarın onu çağırdığını demişdir. O, Etibarın yanına getmişdir. Etibar ona bir söz deməmiş yerə yıxmış və onun sifətinə yumruqla vurmuşdur. Həmin vaxt Etibarın oğlu da onun baş nahiyəsinə təpiklə vurmuş, orada olan arvadı isə onu aralamağa çalışmışdır. Bu vaxt Paşa oraya gəlmiş onu Etibarın əlindən almışdır. Həmin vaxt Etibarın arvadı telefonla zəng edərək Etibarın qardaşı Bəxtiyarı oraya çağırmışdır. Az sonra Bəxtiyar arvadı ilə oraya gəlmiş, Bəxtiyar əlində olan metal boru ilə Paşanın kürəyindən bir dəfə vurmuşdur. O, əsəbləşərək orada olan kolluqdan ağac götürərək onu yerə yıxıb ona ağrı yetirən Etibarın üstünə yeriyərək baş nahiyəsinə birdəfə vurmuşdur. İkinci dəfə yenə Etibarı vurarkən Etibar əllərini baş nahiyəsinə tutduğundan, ağac onun əllərinə dəymişdir. Həmin vaxt Paşa ona təpinərək evə getməsini demiş və o, da evə getmişdir. Sonradan Bəxtiyargil DİN-102 xidmətinə zəng edib hadisə ilə bağlı məlumat vermişlər. Hazırda əməlindən peşmandır və Zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində evdə olarkən məhləsinin ayaq tərəfində qaraltı görmüşdür. Qaraltıya tərəf gedəndə həmin qaraltının qonşuları Paşanın qohumu Vüsal olduğunu görüb onu tutsada, Vüsal onun əlindən çıxıb qaçıb getmişdir. Səhəri gün xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Vüsalın yenə məhləsinin ayaq tərəfindəki kolluqda olduğunu görmüşdür. O, məhlənin ayaq tərəfinə gedərək qonşusu Paşanı oraya çağırmışdır. Paşaya qazlarının üçünün qapıda olmadığını, qazları tutmuşlarsa buraxmasını demişdir. Həmin vaxt Vüsal əlində metal boru ilə oraya gəlmiş, onu təhqir etmiş və boru ilə onun baş nahiyəsinə vurmuşdur. O, əlini başına tutmuş, boru həm başına həmdə əllərinə dəyərək xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənilməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində evlərində olmuşdur. Həyətlərində toyuq və qaz saxlayırlar. Lakin qazlardan üç ədədinin olmadığını görmüşlər. Etibar məhlənin ayaq tərəfinə getmişdir ki, görsün qazlar Paşagilin həyəti tərəfdə deyil. Etibar məhlənin ayaq tərəfində Paşanın oğlu Elxanın qaynı Vüsalı tutmuşdur. Vüsal Etibarın əlindən çıxıb qaçmışdır. Gecəni yatmışlar, səhər açıldıqda həyətdə iş görən zaman məhlənin ayaq tərəfində kolluqda kimsə var. Həmin vaxt Etibara həyətin ayağına baxmasını və orada kiminsə olduğunu demişdir. Etibar məhlənin ayaq tərəfinə getmiş və az sonra oradan səs gəlmişdir. Oraya gedən zaman görmüşdür ki, Etibar başın tutub yerə oturuqlu vəziyyətdə olmuşdur. O, dərhal qaynı Bəxtiyara zəng edərək Etibarı Paşagil vurub və onların həyətinə gəlməsini bildirmişdir. Az sonra qaynı Bəxtiyar arvadı Kəmalə ilə onlara gəlmişdir. Bəxtiyar Etibara görəndə “bunu kim bu günə salıb” demişdir. Həmin vaxt Paşa Bəxtiyara tərəf getmiş və ayağı sürüşüb yıxılmışdır. Elşadgil Bəxtiyarın üstünə yeridi ki, atamızı sən vurmusan. O və digər şəxslər onları aralaşdırmışlar. Həmin vaxt başı Etibara qarışdığı üçün kimin-kimi vurduğunu görməmişdir. Bundan sonra Bəxtiyar əsəbiləşərək olanlar barədə DİN- xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Etibar və qardaşı Bəxtiyar onun qonşuları, həmdə qohumlarıdır. Onlarla münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs onun gəlini Aytənin qardaşıdır. Vüsal xx xxxxxx 2020-ci il tarixdə onlara qonaq gəlmiş və ona məhlədə görüləcək işlərə kömək etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində həyətdə olarkən qonşuları Etibarın onları çağırdığını eşitdiyinə görə məhlənin Etibargil tərəfinə getmişdir. Həmin vaxt Vüsal orada oturub telefonla sosial şəbəkələrə girib xəbərlərə baxdığını görmüşdür. Etibar ona qonşuları Aidəgilə getdiyini Vüsalın isə orada onlara keçməyə maneçilik törətdiyini bildirmişdir. O, Vüsalın yanına gedərək onu evə gəlməsini deyərək evə getmişdir. Sonradan bilmişdir ki, Vüsal evə gec gəlmiş, Etibar gedərkən onunla qarşılaşmışdır. Sonra Vüsal evə gəlmiş, gecəni yatmışlar. Səhəri gün xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində məhlədə iş görərkən Etibarın azyaşlı oğlu Vüsalı çağıraraq məhlənin Etibargil tərəfdə atası Etibarın onu çağırdığını demişdir. Vüsal Etibarın yanına getmişdir. Bir qədər vaxt keçməsinə baxmayaraq Vüsal qayıtmamışdır. Buna görə də o, Vüsalın arxası ilə getmiş və görmüşdür ki, Etibar Vüsalı yerə yıxaraq onun üstündə oturaraq onu vurur. O, Vüsalı Etibarın əlindən almışdır. Etibarın arvadı telefonla zəng edərək Etibarın qardaşı Bəxtiyarı oraya çağırdığına görə Bəxtiyar arvadı ilə, oraya gəlmişdir. Bəxtiyar gələndən sonra əlində olan metal boru ilə onun kürəyindən bir dəfə vurmuşdur. Həmin vaxt Vüsal oradakı kolluqdan ağac götürərək Etibarın baş nahiyəsinə vurmuşdur. Bundan sonra Vüsal evə getmişdir. Vüsal evə getdikdən sonra oraya oğlanları Elxan və Elşad gəlmişdir. Onlar Etibargilin üstünə yeriyib vurmaq istəsələrdə o, övladlarına təpinərək geri çəkilmələrini demiş, ona görə oğlanları heç kəsi vurmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 729 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ əlin İİİ barmağın falanqasının distal ucunun yerini dəyişmiş sınığı və oynağın çıxığı hər iki əlin üst səthinin şişkinliyi, sağ gicgah nahiyəsinin yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ əlin şişkinliyi ilə müşaiət olunan sağ əlin İİİ barmaq falanqasının distal yerini dəyişmiş sınığı və çıxığı səhhətin uzun müddət pozulmasına səbən olmuş və əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddir. Qalan digər xəsarətlərin-sol əlin üst səthinin şişkinliyi, sağ gicgah nahiyəsinin yarası sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 730 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq və s.) aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 22/744 saylı rəyə əlavə rəydən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd edilənlərdən görünür ki, o, Yevlax MŞX-na “döş qəfəsinin səthi travması” diaqnozu ilə müraciət etmişdir. Qeyd olunan diaqnoz obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və. s ) təsvir və təsdiq edilmədiyi üçün xəsarət kimi qiymətləndirmək mümkün deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Əliyev X3 rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir və cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 70/2 saylı məktubdan görünür ki, Yevlax rayon Məhkəməsinin 1(039)-38/2015 saylı, xx xxxx 2015-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 (iki) il sınaq müddəti müəyyən edilməklə təyin edilən cəza şərti hesab edilmiş və cəzasını xx xxxxxx 2018-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 5 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx xxxxxx 2021-ci il tarixli qətimkan təbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə rəsmi qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar