Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-55/2022 06.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 17 oktyabr 2021-ci il tarixdə, saat 23:30 radələrində mərhum X1 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dəmir giriş qapısının qıfılını daşla vurub sındırmaqla qapını açmaq yolu ilə qanunsuz daxil olmaqla oradan vahid niyyətlə Həsən Abbasovun qardaşı Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 100 manat olan “Denizkızı” markalı, eni 2 metr 50 sm, uzunluğu 4 metr olan 4 ədəd xalçanı, hər birinin qiyməti 40 manat olan iki ədəd radiatoru, 90 manat dəyərində 1 ədəd “Shivaki” markalı televizoru, içində stəkan, boşqab, “Bogemia” qablar, qaşıqlar, çəngəl olan 90 manat dəyərində cehizlik əşyalarını və 1 ədəd 50 manat dəyərində samovarı oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 710 manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında yaşadığı Yevlax şəhəri, Cahangir Kərimov küçəsi ilə gedən zaman, qonşusu, mərhum Həsən Abbasova məxsus evdə uzun müddətdir yaşayış olmadığını yadına salıb, həyətin darvazasının açıq olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həyətə daxil olan zaman darvazanın arxasında iki ədəd radiator, 2 ədəd xalça və 1 ədəd samovar olduğunu görmüşdür. Həmin əşyaları götürüb evimə aparıb qoymuş, daha sonra isə geri qayıdıb evdən götürdüyü araba ilə iki ədəd radiatoru götürüb evə aparmışdır. Sonra isə geri qayıdıb digər xalçanı aparıb evə qoymuşdur. Oğurladığı əşyalardan iki ədəd radiatoru və 1 ədəd samovarı növbəti gün Yevlax şəhəri, pambıq zavodu tərəfdə tanımadığı bir nəfər şəxsə 42 manata satmışdır. 1 ədəd xalçanı isə iki gün sonra Yevlax bazarında tanımadığı bir nəfər şəxsə 60 manata satmışdır. Digər 1 ədəd xalça isə evində olmuş, sonradan atası Şahid1 tərəfindən polis şöbəsinə təhvil verilmişdir. Həmin oğurluğu tək etmiş, başqa kimsə olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi digər iki ədəd xalçanı, 1 ədəd televizoru və içində stəkan, boşqab, “Bogemia” qablar, qaşıqlar, çəngəl olan cehizlik əşyalarını isə oğurlamamışdır. Lakin, zərər çəkən şəxs Zərərçəkmiş şəxsla razılığa gəlmiş, ona vurulmuş ziyanı tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Əməlindən peşman olduğunu qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 2 ünvanda olan ev mərhum qardaşı Həsən Abbasova məxsusdur. Qardaşı öldüyündən həmin evdə müvəqqəti olaraq heç kim yaşamır. Lakin, arabir həmin evə gedib özü baş çəkmişdir. 18 oktyabr 2021-ci il tarixdə, səhər saatlarında Rusiya Federasiyasında yaşayan qardaşı Rafail Abbasov mobil nömrəsinə zəng edərək qardaşı Həsən Abbasovun evindən oğurluq olduğunu, bu barədə qonşuların Rafailə məlumat verdiyini bildirmişdir. Dərhal həmin yerə getmişdir. Ora çatanda evin giriş darvazasının açıq olduğunu görmüşdür. Evə daxil olan zaman otaqların qapılarının qırıq, evin dağınıq vəziyyətdə olduğunu görmüş, evdən hər birinin qiyməti 80 manat olan “Denizkızı” markalı 4 ədəd xalça, hər birinin qiyməti 40 manat olan iki ədəd radiator, 90 manat dəyərində 1 ədəd “Shivaki” markalı televizor, 90 manat dəyərində cehizlik əşyaları (içərisində stəkan, boşqab, “Bogemia” qablar, qaşıqlar, çəngəl olan) və 1 ədəd 50 manat dəyərində samovarın oğurlandığını görmüşdür. Dərhal Yevlax rayon polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Mərhum qardaşının evindən oğurlanan əşyalar ona məxsus olmuşdur. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən şəxs qonşuluqda yaşayan Təqsirləndirilən şəxsdir. Lakin, onunla artıq razılığa gəlmişlər, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam olaraq ödəyəcəkdir. Ondan şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, onunla bir evdə, ünvan 1 ünvanında yaşayır. 18 oktyabr 2021-ci il tarixdə Tağının otağına keçən zaman otaqda iki ədəd xalçanın olduğunu görmüşdür. Tağıdan həmin xalçaların kimə məxsus olduğunu soruşduqda o etiraz edərək onun özünə məxsus olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Tağı həmin xalçaları mərhum qonşuları, Həsən Abbasovun evindən oğurlamışdır. Həmin xalçalardan birini polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/297 nömrəli, 24 yanvar 2022-ci il tarixli rəyində qeyd olunur ki, qərarda və foto şəkillərdə göstərilən 4 ədəd “Denizkızı” markalı, eni 2 metr 50 santimetr, uzunluğu 4 metr olan Belçika modelli xalçaların orta istismar müddəti və ota istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 400 manat müəyyən edilir. Digər 4 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. (səh.95) Digər əşyaların qiyməti zərər çəkmiş şəxsin göstərdiyi qiymətlər əsasında düzgün müəyyən edilmişdir. Belə ki, həmin qiymətləri təkzib edən sübutlar müəyyən edilməmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə, yəni yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, mütəxəssis rəyi ilə tam sübuta yetirilmiş və ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, İİİ qrup əlil olmasını Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunan cəzadan çıxılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Maddi sübut olan, Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd xalça zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə dövrü üçün 60 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə saat 22-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd xalça zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilsin. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi Həbib qızına ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-55/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-55/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver