Məhkəmə qərarları › İş №1(039)-55/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-55/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-55/2023 30.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili X2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Yevlax rayonu, Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 26 may 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri köhnə bazarın qarşısında şəhərlər arası fəaliyyət göstərən 119 saylı sərnişin avtobusunda arvadı Zərərçəkmiş şəxs2 görüb alkoqol sərxoşluğu vəziyyətində sonuncuya yaxınlaşaraq ondan nə üçün ayrılmasına aydınlıq gətirmək istəyən zaman Zərərçəkmiş şəxs2 onu narahat etməməsini deməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən avtobusun içərisində ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərərək heç bir əsaslı səbəb olmadan nalayiq sözlər deməklə, ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib avtobusda olan insanların gözü qarşısında üzərində olan istintaqla müəyyən edilməyən kəsici-deşici aləti çıxardıb Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edərək, sonuncunun sifətinə və sinə nahiyəsinə silah qismində istifadə etdiyi həmin istintaqla müəyyən edilməyən kəsici-deşici alətlə vurub Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətləri yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs1 övladı Şahidla aralarında sonuncunun onun qardaşının arvadına sataşmaq istəməsi ilə bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə ilə əlaqədar sonuncudan fərdi yaşayış evinin həyətində olan tövləni yandırmaqla qisas almaq qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə yüngül dərəcəli sərxoş vəziyyətdə özü ilə istintaqla müəyyən edilməyən qabda alışdırıcı benzin məhlulu götürüb piyada xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində Yevlax rayonu, Xaldan kəndində yaşayan həmkəndlisi Mübariz Bayramova məxsus həyət evində yerləşən tövlənin yaxınlığına gələrək daş hasarın üstünə çıxaraq oradan da tövlənin çardaq olan hissəsinə çıxıb özü ilə gətirdiyi alışdırıcı benzin məhlulunu çardağın üst hissəsinə səpərək kibritlə alov vurub yandırmaqla tövlənin 3,305 manat təşkil edən konstruksiyasını, tövlədə olan 1 ədədinin qiyməti 3,50 manat olan, ümumi 3,850 manat dəyərində 1,100 ədəd ot bağlamasını, 1 ədədinin dəyəri 12 manat olmaqla ümumi dəyəri 600 manat 50 ədəd ev quşu olan toyuqları, 1 ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 360 manat olan 18 ədəd ev quşu olan qazları yandırıb məhv etməklə Zərərçəkmiş şəxs1 cəmi 8,115 (səkkiz min bir yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla qəsdən özgənin xeyli miqdarda əmlakını yandırmaqla məhv etmişdir.. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs2 ilə 2010-cu ildə nikaha daxil olmuş və həmin nikahdan iki övladı olmuşdur. İlk zamanlar Yevlax rayonu, Xaldan kəndində yaşanışlar, daha sonra isə Abşeron rayonu, Xırdalan şəhərinə köçmüşlər. 2022-ci ilin təxminən aprel ayında münasibətləri pozulmuş və Zərərçəkmiş şəxs2 onu kirayə yaşadıqları mənzildən çıxararaq evə buraxmamışdır. Məcbur olub Yevlax rayonu, Xaldan kəndinə qayıdıb bir müddət orada yaşamışdır. Zərərçəkmiş şəxs2 ona xəyanət etdiyindən şübhələndiyi üçün onu cəzalandırmaq qərarına gəlmişdir. Bu məqsədlə Xırdalan şəhərinə getmiş və ona məlum olmuşdur ki, Aynurə kirayədə qaldıqları ünvandan çıxaraq başqa yerə köçmüşdür. Qərara gəlmişdir ki, onu axtarıb tapsın. Bu məqsədlə Xırdalan şəhərini gəzmiş və 26 may 2022-ci il tarixdə, saat təxminən 22:00-da Aynurəni Xırdalan şəhərində yerləşən köhnə bazar deyilən yerdə avtobus dayanacağında 119 saylı sərnişin avtobusunda görmüşdür. Avtobusa minərək Aynurənin oturduğu yerə yaxınlaşmış ona bildirmişdir ki, onunla söhbət etmək istəyir. Lakin Aynurə uca səslə ondan uzaq durmağı tələb etmişdir. Aynurənin hərəkətlərinə əsəbləşdiyindən və həmin gün alkoqollu içki qəbul edərək sərxoş olduğundan cibində olan meyvə bıçağını çıxarıb Aynurənin sifət və sinə nahiyəsinə vurub ona xəsarət yetirmişdir. Bu zaman avtobusda olan tanımadığı sərnişinlər onu tutub kənara çəkmiş, daha sonra isə avtobusdan endirmişlər. Meyvə bıçağını xatırlamadığı yerdə zibil qutusuna ataraq oradan çıxıb getmişdir. Bundan başqa, həmkəndlisi Zərərçəkmiş şəxs1 oğlu Fəqanla aralarında şəxsi münasibətlər zəminində mübahisələr olmuşdur. Buna görə 2021-ci ilin yay aylarında bir dəfə Fəqanın yaşadığı evin tövləsini qisas almaq məqsədi ilə yandırmışdır. Lakin həmin vaxtı Fəqanın atası Muraz bununla bağlı şikayət etməmişdir. 31 avqust 2022-ci il tarixdə axşam saatlarında yaşadığı Yevlax rayonu, Xaldan kəndində olan zaman kafedə spirtli içki qəbul etmiş və sərxoş olduğu üçün belə qərara gəlmişdir ki, Fəqanla arasında olan əvvəlki mübahisəyə görə yenə onun yaşadığı həyət evinin tövləsini yandırsın. Bu məqsədlə 1 litr benzin almış və Şahid yaşadığı ünvana doğru getmişdir. Fəqanın yaşadığı evə yaxınlaşdıqda həyət evinin küçə istiqamətində yerləşən tövlənin çardağına daş hasardan çıxmış, əlində olan qabdakı benzini çardaqda olan ot bağlamalarının üzərinə tökmüş və üzərində olan kibritlə od vurmuşdur. Od vurduqdan sonra oradan uzaqlaşaraq öz yaşadığı evə tərəf getməyə başlamışdır. Bu zaman onu Fəqanın atası Muraz görmüşdür. Yolla gedərkən hadisə yerinə yanğın söndürən avtomobillərin getdiyini görmüşdür. 01 sentyabr 2022-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə etdiyi əməli tam olaraq etiraf etmişdir. Şöbədə ona məlum olmuşdur ki, tövlə yanarkən tövlədə həmin vaxt ev quşları qaz və toyuqlar da yanaraq məhv olmuşdur. Həmin ziyanı ödəməyə hazırda maddi imkanı yoxdur. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Hüseyn Abbasov bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həmkəndlisidir. Əvvəllər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 oğlu Fəqan arasında bir neçə dəfə mübahisə olmuş, hətta 2021-ci ildə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus evin həyətində yerləşən tövləni yandırmışdır. Həmin zaman Zərərçəkmiş şəxs1 Aqşinin həmkəndli olduğunu nəzərə alıb şikayət etməmişdir. 31 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixə keçən gecə, təxminən saat 03:00-də Zərərçəkmiş şəxs1 evinin həyətində olan tövlənin yandığını və həmin zaman Təqsirləndirilən şəxs əlində benzin qabı ilə tövlənin üstündə olduğunu və tövlə alışdıqdan sonra orada enib uzaqlaşdığını görmüşdür. Dərhal baş vermiş yanğın hadisəsinin qarşısının alınması üçün ilk olaraq FHN-nin yanğından mühafizə idarəsinə yanğın hadisəsi ilə əlaqədar məlumat vermişdir. Az sonra hadisə yerinə yanğından mühafizə idarəsinin işçiləri gələrək yanğını söndürmüş, yanğının digər geniş əraziyə keçməsinin qarşısını almışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus tövləni yandırması nəticəsində ona məxsus, tövlədə olan mal qara üçün topladığı 1,100 ədəd ot bağlaması yanmış, 50 ədəd toyuq və 18 ədəd qaz da yanaraq ölmüşdür. Eləcə də tövlənin bütün tikinti materialları yanmış və bunun nəticəsində ona ümumi olaraq 8,100 manat dəyərində maddi ziyan dəymişdir. Vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 teleqramla məhkəməyə müraciət edərək istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 istintaq zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə ailə qurmuş, birgə nikahdan onların iki övladı var. Ailə qurandan sonra ailədə dəfələrlə münaqişələri olmuş lakin o, vaxtı polis orqanına müraciət etməmişdir. Aralarında yaranmış münaqişəyə səbəbi əri Aqşinin spirtli içki qəbul etməsi və içki aludəçisi olması səbəbindən baş vermişdir. Əri Aqşin spirtli içki qəbul edəndə ona qarşı fiziki zor tətbiq edərək onu döymüş bu səbəbdən o, 2021-ci ildən əri Təqsirləndirilən şəxs ayrılaraq, Abşeron rayonu Xırdalan şəhəri 119 saylı sərnişin avtobusun son dayanacağının yanında fərdi tikili evdə iki övladları ilə birlikdə kirayədə yaşamışdır. 26 may 2022-ci il tarixdə saat 22:15-də işlədiyi Bakı şəhəri, Yasamal rayonu 20 yanvar metrostansiyasının yaxınlığında 119 saylı sərnişin avtobusuna minib yaşadığı Xırdalan şəhərinə gəlmişdir. Abşeron rayonu, Xırdalan şəhəri köhnə bazarın qarşısında avtobusda olan zaman əri Aqşinin avtobusa mindiyini görmüşdür. Aqşin onu görmüş və ona yaxınlaşmışdır. Aqşindən qorxub kənara çəkilmək istəyəndə Aqşin ona “Qorxma heçnə etməyəcəm” demişdir. Aqşinə ona yaxın durmamasmı demiş, lakin Aqşin ona yaxınlaşaraq əlində olan kəsici alət olan bıçaqla onun sifətinin sol yan hissəsinə və sinəsindən bıçaqla vurmuşdur. O, kənara çəkiləndə bıçaq sifətini və sinəsini kəsmişdir. Həmin anda avtobusda olan tanımadığı sərnişinlər Aqşini ondan ayırıb sakitləşdirmək üçün avtobusdan yerə salmışlar. Şahid teleqramla məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, Qarabağ bölgəsində işlədiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Şahid istintaq zamanı ifadəsində bildirmişdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmuş, onunla aralarında ciddi bir münaqişə olmamış, ancaq 2014-cü ildə Aqşinlə onun arasında yaşadığı kənddə bir dəfə narazılıq olmuş və həmin vaxt mübahisə etmişlər. 2019-cu ildə isə Aqşin kəndə keçirilən toy şənliyində sərxoş halda heç bir əsaslı səbəb olmadan ona sataşmış o, Aqşinə məhəl qoymamış, Aqşinin onunla münaqişə yaratmaq istədiyini həmişə hiss etmiş lakin ona əhəmiyyət verməmişdir. 31 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixə keçən gecə saat 03 radələrində Aqşinin onların yaşadıqları tövlənin üstünə çıxıb dayandığını atası Muraz görmüş atası Aqşini gördükdə artıq Aqşin əlində olan qabdan benzin tökərək tövləni yandırmış olduğunu buna görə atası dərhal baş vermiş yanğınla bağlı FHN-nin erli idarəsinə məlumat vermişdir. Həmin idarənin işçilərinin köməkliyi sayəsində yanğının digər digər yerlərə keçməsinin qarşısı alınmışdır. Təqsirləndirilən şəxs qəsdən tövləni benzinlə yandırması nəticəsində tövləyə 4,000 manat, eləcə də içərisində olan 1,100 ədəd ot bağlaması, 50 ədəd saxladıqları toyuqlar və 18 ədəd qazları eləcə də tövlənin bütün tikinti materialları yanaraq məhv olduğunu həmin yanğın nəticəsində tövlə tamami ilə yanaraq yararsız vəziyyətə düşmüş və bu yanğın hadisəsi nəticəsində cəmi ailələrinə təxminən 8,100 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” Abşeron rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 1098№-li rəyində qeyd olunur ki, 1989-ci il təvəllüdlü Ağazadə "Aynurə Cavanşir qızının məhkəmə-tibbi ekspertizasına əsasən, hadisə haqqında qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gələrək Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - sol almacıq, üst dodaq, sol çənə buçağı, döş qəfəsi nahiyələrin səthi kəsilmiş yaraları iti uca malik olan alətin (alətlərin) və ya əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (səh. 183) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 10/60xx-xx/6150 saylı rəyində qeyd olunur ki, Yevlax rayonu, Xaldan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş tövlədə baş vermiş yanğının mənbəyi, tövlənin dam hissəsində olmuşdur. İş materiallarında olan məlumatları və qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Yevlax rayonu Xaldan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş tövlədə yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 3.305.00 manat məbləğində müəyyən olunur. (səh. 117-118) "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ƏQ-235/2022 saylı mütəxəssis rəyində qeyd olunur ki, 32 ədəd məişət avadanlıqlarının kənd təsərrüfatı məhsullarına aid 1,100 ədəd ot bağlamalarının 18 ədəd qazın və 50 ədəd toyuqların müqayisə yanaşması ilə xx.xx.2022ci il tarixə real bazar dəyəri 4,810 manat təşkil edir. (səh. 130-135) Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2 və 221.3-ci maddələri ilə təqsirli olması məhkəmə iclası zamanı özünün etirafı, zərər çəkmiş şəxslərin, şahidin ifadələri və ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayət qaunvericiliyin tələblərinə uyğun olaraq həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, himayəsində 2 övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarı ilə müəyyən edilmiş tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ekspertiza tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili X3 məhkəmə dövrü üçün 42 manat haqq dövlət büdcəsindən ödənilməlidir. (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar