Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-56/2021 30.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində xx xxxxxx 2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 142-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən Koronavirus (COVİD-19) xəstəliyinə yoluxduğu halda qəsdən ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu Koronavirus (COVİD-19) xəstəliyinə dair verdiyi testin nəticəsinin pozitiv olmasına dair xx xxxxxx 2020-ci il tarixdə məlumatı olmaqla həmin xəstəliyə yoluxduğunu bildiyi və xəstəliyə yoluxması səbəbindən yaşadığı evdən kənara çıxmayaraq evdə müalicə almalı olmasına dair ona səlahiyyətli dövlət orqanının nümayəndəsi tərəfindən şifahi xəbərdarlıq edildiyi halda, ona edilmiş xəbərdarlığa məhəl qoymayaraq Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il 144 saylı qərarı ilə Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozaraq xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində kirayədə yaşadığı evdən çıxaraq istintaqla müəyyən edilməyən taksi ilə Yevlax şəhərində yerləşən yaşadığı C.Kərimov küçəsi, ev 142-də yerləşən evinə gəlmiş, 2020-ci il dekabrın 3-ü və 4-ü tarixlərində qəsdən yaşadığı evdən bir neçə dəfə əhalinin sıx hərəkət etdiyi Yevlax şəhəri, C.Kərimov küçəsinə çıxaraq oradan Yevlax şəhəri, H.Aslanov küçəsi, 139-da yaşayan bacısı Şahid4 evinə getməklə yoluxduğu Koronavirus (COVİD-19) xəstəliyinin qəsdən yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, heç bir yerdə işləmədiyi üçün Bakı şəhərində kirayə ev tutub orada dilənçiliklə məşqul olaraq ailəsini dolandırır. xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Bakı şəhərində kirayədə qaldığı evdə yemək yeyən zaman ağzından qan gəlmişdir. Həmin vaxt həyat yoldaşı onu Bakı şəhərində Respublikanski xəstəxanasına aparmışdır. Orada həkimlər onu müayinə edərək koronavirusla bağlı ondan analiz götürmüş və müalicə yazaraq evə buraxmışlar. Bir-iki gündən sonra həmin xəstəxanadan ona zəng olunaraq “Covid-19” virusuna yoluxması bildirilmiş və evdə müalicə alması və evdən çölə çıxmaması tapşırılmışdır. O, həmin vaxt koronavirus xəstəsi olduğunu anlamışdır. Bakı şəhərində dilənməyə gedə bilmədiyi üçün məcbur olub xx xxxxxx 2020-ci il tarixdə yoldaşını və uşaqlarını da götürüb taksi ilə Yevlax şəhərindəki evinə gəlmişdir. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində hava almaq üçün yaşadığı evin qarşısına küçəyə çıxmışdır. Həmin vaxt polis əməkdaşları onun yanına gəlmiş, onu videoçkilişlə sorğu-sual edərək Covid-19 virusunun daşıyıcısı olduğu üçün nəyə görə küçəyə çıxmasını soruşmuşlar. O da polis əməkdaşlarına xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində Covid-19 xəstəliyinə yoluxduğunu və bir gün əvvəl yaşadığı evə gəldiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona “Covid-19” virusunun daşıycısı olduğuna görə digər şəxsləri də yoluxdurmamaq üçün evdən çölə çıxmamalı olduğunu, evdən çölə çıxdığı vaxt karantin qaydallarını pozmuş olduğunu və barəsində tədbir görüləcəyini bildirmişlər. Daha sonra polis əməkdaşları çıxıb getmişlər. O, evində istilik olmadığı üçün həmin gün axşam tərəfi ailəsini Yevlax şəhəri, H.Aslanov küçəsində yaşayan bacısı Cəmiləgilə aparmışdır. Səhəri gün isə, yəni xx xxxxxx 2020-ci il tarixdə isə bacısıgildə darıxdığı üçün küçəyə çıxmış və dost-tanışları ilə vaxtını keçirmişdir. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Yevlax şəhəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların sırasında oldu üçün hər gün polis şöbəsinə Covid-19 virusuna yoluxmuş və müalicə alan şəxslərin siyahısı daxil olur. Ona görə də Yevlax rayon polis şöbəsinin əməkdaşları xidməti ərazilərində “Covid-19” virusuna yoluxmuş şəxslərin siyahısını götürərək onların karantin rejimini pozub pozmamalarına nəzarət edir. Onun xidməti ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərdən biri də Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 142-də yaşayan Təqsirləndirilən şəxs olmuşdur. O, xx xxxxxx 2020ci il tarixdə saat təxminən 09:50 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsi, 142 saylı evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evində olub-olmamasını yoxlamaq üçün həmin ünvana getmişdir. Həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs yaşadığı evini tərk edərək küçəyə çıxıb küçədə digər sakinlərlə söhbət etdiyini görmüşdür. Ona görə də polis şöbəsinə gələrək Yevlax şəhəri, C.Kərimov küçəsi ev 142-də qeydiyyatda olmaqla yaşayan Covid-19 vurusuna yoluxmuş Təqsirləndirilən şəxs karantin qaydalarını pozaraq küçəyə çıxması barədə raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. O, rəhbərliyin göstərişinə əsasən Yevlax rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı polis kapitanı X4 və Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatan zaman Zaurun yenə də küçədə dayandığını görmüşdür. X5 Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Bundan sonra o da özünü Zaura təqdim etmişdir. Həmin vaxt polis əməkdaşı Şahid2 isə videoçəkiliş etməyə başlamışdır. X5 Təqsirləndirilən şəxs videoçəkiliş aparılmasına etirazının olub olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. X5 Təqsirləndirilən şəxs Covid-19 vurusuna yoluxmuş halda karantin qaydasını hansı səbəbə pozduğunu soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində olarkən “Covid-19” virusuna yoluxmuş, xx xxxxxx 2020-ci il tarixdə isə tanımadığı taksi ilə Bakı şəhərindən yaşadığı Yevlax şəhərinə gəlmiş və xx xxxxxx 2020-ci il tarixdə isə karantin qaydalarını pozduğunu billə billə yaşadığı evi tərk edərək küçəyə çıxmışdır. Həmin vaxt X5 Təqsirləndirilən şəxs bildirmişdir ki, Covid-19 vurusuna yoluxduğu üçün yaşadığı evi tərk etməməlidir. Bundan sonra videoçəkliş sonna çatmışdır. Həmin gün axşam saatlarında o, yenidən Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib-etməməsini yoxlamaq üçün Zaurun yaşadığı evə getmiş, lakin Təqsirləndirilən şəxs evdə olmamışdır. Təqsirləndirilən şəxs qonşuları ona Zaurun bir neçə saat əvvəl yaşadığı evdən çıxaraq harasa getdiyini bildirmişlər. O, polis şöbəsinə qaydaraq şöbə rəhbərliyinə raportla məruzə edərək Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğu üçün evdən çıxmamsı barədə xəbərdalıq edilsə də yaşadığı evini tərk etməsini bildirmişdir. Bundan başqa o, səhəri gün yəni xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində yenidən Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib-etməməsini yoxlamaq üçün Zaurun yaşadığı evə getmiş, lakin bu dəfə də Təqsirləndirilən şəxs evdə tapa bilməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs bacısı Şahid3 Yevlax şəhəri, H.Aslanov küçəsində yerləşən yaşadığı evinə getmişdir. Lakin Təqsirləndirilən şəxs orada da tapmaq mümkün olmamışdır. Ona görə o, həmin gün də şöbə rəhbərliyinə raportla məruzə edərək Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğu üçün evdən çıxmaması barədə xəbərdalıq edilsə də yaşadığı evini tərk etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə axşam tərəfi arvadı və uşaqları ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Zaur ona bildirmişdir ki, səhər saatlarında yaşadıqları küçəyə çıxarkən polis əməkdaşları yaxınlaşaraq videoçəkilişlə Zauru dindirmişlər, Zaur da polis əməkdaşlarına “Covid-19” virusuna yoluxduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları Zaura “Covid-19” virusunun daşıycısı olduğuna görə digər şəxsləri də yoluxdurmamaq üçün evdən çölə çıxmamalı olduğunu, evdən çölə çıxdığı vaxt karantin qaydallarını pozmuş olduğunu və barəsində tədbir görüləcəyini bildirmişdir. O da qardaşı Zaura Covid-19 virusuna yoluxmuş vəziyyətdə nəyə görə onun yaşadığı evə gəlməsini soruşmuşdur. Zaur ona yaşadıqları evdə istilik olmadığı üçün onlara gəldiyini bildirmişdir. O, qardaşının körpə uşaqlarına yazığı gələrək evində qalmalarına razılıq vermişdir. Bundan sonra Zaur ailə uşağı ilə birlikdə bir neçə gün onun evində qalmışdır. Həmin ərəfələrdə Zaur küçəyə çıxmış və dostlarının yanına getmişdir. Onlar Zaura xəstə olduğu üçün küçəyə çıxmamasını bildirsələr də Zaur onlara əhəmiyyət verməyərək “Covid-19 xəstəsi” ola-ola çölə çıxıb dostları ilə görüşmüşdür. Sonradan isə onlara məlum olmuşdur ki, qardaşı Zaurun barəsində Yevlax rayon polis şöbəsində cinayət işi başlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O və əri işsiz olduqlarına görə əri Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhərində kirayə ev tutub orada dilənçiliklə məşqul olaraq ailəni dolandırırlar. xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Bakı şəhərində kirayədə qaldıqları evdə əri Zaur yemək yeyən zaman ağzından qan gəlmişdir. Həmin vaxt o, əri ilə birlikdə Bakı şəhərində Respublikanski xəstəxanasına getmişdir. Orada həkimlər onun ərini müayinə edərək koronavirusla bağlı ərindən analiz götürmüş və müalicə yazaraq evə buraxmışlar. Bir-iki gündən sonra həmin xəstəxanadan onun əri Zaura zəng olunaraq “Covid-19” virusuna yoluxması bildirilmiş, evdə müalicə alması və evdən çölə çıxmaması tapşırılmışdır. Onlar həmin vaxt ərinin koronavirus xəstəsi olduğunu anlamışlar. Zaur xəstə olduğu üçün Bakı şəhərində dilənməyə gedə bilmədiklərinə görə məcbur olub xx xxxxxx 2020-ci il tarixdə Zaurla birlikdə uşaqlarını da götürüb taksi ilə Yevlax şəhərindəki evlərinə gəlmişlər. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində əri Zaur hava almaq üçün yaşadıqları evin qarşısına küçəyə çıxmışdır. Həmin vaxt polis əməkdaşları Zaurun yanına gəlmiş, Zauru videoçkilişlə sorğu-sual edərək “Covid-19” virusunun daşıyıcısı olmasına bamxayaraq nəyə görə küçəyə çıxmasını soruşmuşlar. Zaur da polis əməkdaşlarına xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində “Covid-19” xəstəliyinə yoluxduğunu və bir gün əvvəl yaşadığı evə gəldiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları Zaura “Covid-19” virusunun daşıycısı olduğuna görə digər şəxsləri də yoluxdurmamaq üçün evdən çölə çıxmamalı olduğunu, evdən çölə çıxdığı vaxt karantin qaydallarını pozmuş olduğunu və barəsində tədbir görüləcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları çıxıb getmişlər. Yevlax şəhərində yaşadıqları evdə istilik olmadığı üçün həmin gün axşam tərəfi əri Zaur onu və uşaqlarını Yevlax şəhəri, H.Aslanov küçəsində yaşayan bacısı Cəmiləgilə aparmışdır. Səhəri gün isə, yəni xx xxxxxx 2020-ci il tarixdə isə Cəmiləgildə olarkən Zaur ona darıxdığını bildirərək küçəyə çıxmış və dosttanışları ilə vaxtını keçirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan da görünür ki, Təqsirləndirilən şəxs (COVİD-19) xəstəliyinə yoluxduğu halda qəsdən xüsusi karantin rejiminin tələblərini pozmaqla yaşadığı evi tərk edərək Yevlax şəhəri, C.Kərimov küçəsinə çıxaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 142-də yaşayan “Covid 19” virusunun daşıyıcısı olan Təqsirləndirilən şəxs yaşadığı ünvandan kənara çıxmaması barədə xəbərdarlıq edilsə də, o, bütün xəbərdarlıqlara məhəl qoymayaraq müxtəlif bəhanələrlə küçələrdə gəzir və qohumlarlgilə gedir. Şahid1 tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs evdə olmadığı müəyyən edilmişdir. Qonşuları Təqsirləndirilən şəxs bir neçə saat əvvəl evdən çıxaraq harasa getdiyini bildirmişlər. Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 142-də yaşayan “Covid 19” virusunun daşıyıcısı olan Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana və Yevlax şəhəri, H.Aslanov küçəsində yaşayan bacısı Şahid4 yaşadığı ünvana baxış keçirilən zaman Təqsirləndirilən şəxs evdə tapmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə “Covid-19” virusu yoxlanılması üçün yaxma götürülmüş və xx xxxxxx 2020-ci il tarixdə “pozitiv” cavab aşkarlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum edilmiş və xx xxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü Firuzə və 2019-cu il təvəllüdlü Dilbər adlı iki azyaşlı uşağı var. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 139-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən olmasını, xx xxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq hazırkı vaxtadək heç bir cinayət əməli törətməməsini və “Covid 19” xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, onun barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, C.Kərimov küçəsi, 142 saylı evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, C.Kərimov küçəsi, 142 saylı evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-56/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-56/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver