Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-56/2022 13.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1967-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 27 noyabr 2021ci il tarixdə saat 11:35 radələrində narkotik vasitəni qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri, Kür küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində saat 12:25-dən saat 13:10-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan çibindən bir ədəd şəffaf rəngli sellofanın içərisindəki bir ədəd tünd sarı rəngli kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 15.48 qram miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 20 noyabr 2021-ci il tarixdə Kür çayının sahilində olan zaman, sahildən bir ədəd ağzı bağlı şəffaf sellofan tapmışdır. Sellofanın içinə baxdıqda tünd sarı rəngli kağız, həmin kağızın içində isə narkotik vasitə olan marixuana olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülüdəki marixuananı özü istifadə etmək üçün götürüb cibinə qoyaraq saxlamışdır. 27 noyabr 2021-ci il tarixdə, saat təxminən 12:00-da Yevlax şəhəri, Kür küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirməklə onu polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Bu zaman Kür çayının sahilindən tapdığı marixuana üzərindən aşkar olunmuşdur. Suallara cavab olaraq etiraf etmişdir ki, bükülünün içində olan marixuanadır, özü istifadə etmək üçün cibində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 noyabr 2021-ci il tarixdə X1 əməliyyat müvəkkili Şahid1 Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasına dair əməliyyat məlumat daxil olmuşdur. Bu məlumat əsasında əməliyyat qrupu yaradılmış və o, həmin qrupa daxil edilmişdir. Həmin gün, təxminən saat 12:00-da Təqsirləndirilən şəxs Yevlax şəhəri, Kür küçəsində tərəflərindən saxlanılmış və polis şöbəsinə dəvət edilmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə, video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Onun üzərindən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofanın içində bükülü və qara rəngli “Texes” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bükülüdə olan maddə narkotik maddə olan qurudulmuş marixuanadır, özü istifadəsi üçün bir neçə gün əvvəl Kür çayının Yevlax şəhərindən keçən hissəsindən, sahildən tapmış və öz istifadəsi üçün saxlamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanın içindəki bir ədəd tünd sarı rəngli kağız bükülü aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X2 27 noyabr 2021-ci il tarixli 17/827 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş... qurudulmuş marixuanaya bənzər kütlə.” Sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd tünd sarı rəngli kağız bükümdə, təmiz çəkisi – 15.48 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (səh.38) Məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2022-ci il tarixli 169 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.102) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, ilk dəfə az ağır cinayət törətməsini, habelə törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X3 saxlanılan 15.48 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 60 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X3 saxlanılan 15.48 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-56/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-56/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver