Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-56/2024 23.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Yevlax şəhər Vəkil Burosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə xx xxx 1983-cü ildə Ağdam rayonu Tağıbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz evli, məhkumluğu olmayan, barəsində "polisin nəzarəti altına vermə’’ qətimkan tədbiri seçilmiş, Ağdam rayonu Tağıbəyli kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, ev 5, mənzil 40-da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 aprel 2024 cü il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində etibarnamə əsasında X4 adına olmaqla faktiki olaraq şifahi alqı-satqı ilə özünə məxsus olan “Tofaş Şahin” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir- Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Qoyunbinəsi kəndinin ərazisindən keçən 32-ci km-də Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərar vurmamalı halda bunlara əməl etməyib avtomobilin idarəetməsini itirərərk avtomobil yolun sol kənarına çıxararaq aşırmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişin, Ağdam rayonunun İlxıçı kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri “X6” inzibati binasında məskunlaşıb yaşayan, xx.xx.1957-ci il təvəllüdlü X5 baş beyinin yumşaq toxumasına qansızma ilə ağırlaşan, açıq kəllə beyin travması, sol baldır sümüklərinin qapalı qəlpəli sınıqları xəsarətləri ilə müşayət olunan həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri yetirilərək ölümünə səbəb olan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-cı maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 05 oktyabr 2023-cü ildə dayısı Eyvaz və dayısı oğlu Elçin ilə birlikdə Tofaş Şahin markalı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcəbədi rayonuna getməyə başlamış, avtomobili özü idarə etmiş, dayısı Eyvaz Abbasov qabaq sağ oturacaqda, dayısı oğlu Elçin isə arxa oturacaqda əyləşmiş, yol gedən zaman dayısı oğlu Elçin yorğun olduğu üçün arxa oturacaqda uzanmışdır. Mingəçevir-Bəhrəmtəpə yolunun Yevlax rayon Malbinəsi kəndindən keçən hissəsində hərəkətdə olan zaman qəflətən avtomobilin sol ön tərəfində olan təkəri partladığından avtomobilin idarəetməsini itirmiş, nəticədə avtomobil yolun kənarındakı dəmir hasarlara dəyə dəyə gedib arxası üstə yolun sol kənarına aşmış, avtomobil aşan zaman huşunu itirmiş, bir müddət keçdikdən sonra özünə gələn zaman təcili-tibbi yardım maşınında olduğunu görmüş və Yevlax rayon Mərkəzi xəstəxanasına gətirilmiş, orada ona ilkin tibbi yardım göstərildikdən sonra sol qamış sümüyünün sınığı xəsarəti diaqnozu qoyulmuşdur. O, dayısı Eyvaz Abbasovun öldüyünü sonradan bilmişdir. Məhkəmədən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid ondan heç bir şikayət və tələbinin olmamasını, vəfat edən şəxsin onun doğma dayısı olduğunu nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, 05 oktyabr tarixdə Mingəçevir şəhərində işdə olan zaman həmin gün saat təxminən 15.40 radələrində tanımadığı nömrədən onun mobil nömrəsinə zəng gələrək Tofaş markalı avtomobilin Mingəçevir-Bəhrəmtəpə yolunda qəzaya uğraması barədə məlumat verilmişdir.O isə dərhal işdən icazə alaraq hadisə yerinə getmiş, oraya çatdıqda atası Eyvaz Abbasovun təcili tibbi yardım rnaşını ilə aparıldığını görmüş, orada olan bibisi oğlu Təqsirləndirilən şəxs da xəsarət almasını və TTY maşınına mındirilməsinə köməklik etmişdir. Yolda olan zaman qardaşı Elçin ona zəng vuraraq atasının yolda vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, 05 oktyabr 2023-cü ildə dayısı Eyvaz və dayısı oğlu Elçin ilə birlikdə Tofaş Şanın markaiı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcəbədi rayonuna getməyə başlamış, avtomobili özü idarə etmiş, dayısı Eyvaz Abbasov qabaq sağ oturacaqda, dayısı oğlu Elçin isə arxa oturacaqda əyləşmiş, yol gedən zaman dayısı oğlu Elçin yorğun olduğu üçün arxa oturacaqda uzanmışdır. Mingəçevir-Bəhrəmtəpə yolunun Yevlax rayon Malbinəsi kəndindən keçən hissəsində hərəkətdə olan zaman qəflətən avtomobilin sol ön tərəfində olan təkəri partladığından avtomobilin idarəetməsini itirmiş nəticədə avtomobil yolun kənarındakı dəmir nasarlara dəyə-dəyə gedib arxası üstə yolun sol kənarına aşmış, avtomobil aşan zaman huşunu itirmiş, bir müddət keçdikdən sonra özünə gəldikdə avtomobildən yerə düşərək Rafiqin avtomobilin sağ tərəfində, atası Eyvazın isə sol tərəfində yerdə uzandıqlarını görmüş və ilk öncə Rafiqə yaxınlaşaraq onun özündə olduğunu gördükdən sonra atası Eyvaza yaxınlaşmış və Eyvazın özündə olmadığını görmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pətoloii anatomiya” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 38 nömrəli rəyində göstərilmişdir kı, mərhum X11, oğlunun meyitində aşkar edilmiş xəsarətlər -- baş beyinin yumşaq toxumasına qansızma liə ağırlaşan, açıq- kəllə beyin travması, sol baldır sümüklərinin qapalı qəlpəli sınıqları bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa AĞİR zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü i il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir.Mərhumun bilavasitə ölümünə səbəb açıq beyin kəllə travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 2-4 saat əvvl baş verdiyini gostərir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 yanvar 2024-cü il tarixli 8/82 nömrəli rəyində göstərilmişdir ki, Tofaş Şahin markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 oktyabr 2023-cü il tarixli 1050 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə müayinə olunan zaman ayıq vəziyyətdə olmuş, alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi tərəfindən təqdim edilmiş tərəfindən AF 400478 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vəsiqənin etibarlılıq müddəti xx.xx.2028-ci il tarixədəkdir. Məhkəmə toplanmış sübutları araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti əməilini törətməsi, təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsüf edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alır. Zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını və əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat 30 (otuz) dəq hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-56/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-56/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver