Məhkəmə qərarları › İş №1(039)-57/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-57/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-57/2021 19.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1964-cü il tarixdə Sabirabad rayonun anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Sabirabad rayonu Bulduq kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 12 dekabr 2020ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi “X3” yük markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 285-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, 60 km/saat sürətlə Qazax rayonu istiqamətində hərəkətdə olan zaman avtomobilin qabaq sağ hissəsi ilə həmin istiqamətin sağ zolağının sağ kənarında tam dayanmış vəziyyətdə olan, sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi, “Scania” markalı TZ-111-KO Gürcüstan dövlət qeydiyyat nişanlı yük avtomobilin “Koegel” markalı TZ-111-O Gürcüstan dövlət qeydiyyat nişanlı qoşqusunun arxa sol hissəsindən vuraraq yolun sağından sarı xətdən sola doğru 2 metr məsafədə toqquşmuş, nəticədə “X3” yük markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs3 ağır dərəcəli bədən xəsarət alaraq hadisə yerində ölməsinə, bundan başqa Zərərçəkmiş şəxs2 mülkiyyətçisi olduğu “Scania” markalı avtomobilin “Koegel” markalı qoşqusuna 620 manat məbləğində və Zərərçəkmiş şəxs1 mülkiyyətçisi olduğu “X3” yük markalı avtomobilə 5,270 manat məbləğində maddi zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli hesab edərək söyləmişdir ki, hadisə zamanı idarə etdiyi “X3” yük markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışı Zərərçəkmiş şəxs1 etibarnamə ilə götürmüş, həmin avtomobillə Bakı şəhərində yerləşən “ucuz yük daşıma” şirkətində sürücü işləmişdir. 12 dekabr 2020-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi “X3” yük markalı avtomobillə Bakı şəhərindən Şəmkir rayonuna mebel aparmaq üçün yola çıxmışdır. Bakı şəhərindən çıxmazdan əvvəl Qara Qarayev metrosunun yaxınlığında tanışı Firuzə ilə görüşmüş və ona Şəmkirə gedəcəyini bildirmişdir. Bunu bildikdə Firuzə onu da özü ilə götürüb Gəncə şəhərinədək aparmasını xahiş etmişdir. Buna razı olmuş və Firuzə avtomobildə sərnişin oturacağında sağda oturmuş və o, avtomobili idarə edib yola çıxmışdır. Yevlax rayonuna çatmağa az qalmış idarə etdiyi avtomobillə 60 km/saat sürətlə yolun sağ zolağı ilə hərəkətdə olan zaman Kür çayının körpüsünü keçmiş, kiçik dairəyə çatana yaxın, görmüşdür ki, qarşıda sağda, onun hərəkət istiqamətində, səkiyə yaxın hissədə markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi “Scania” markalı TZ-111-KO Gürcüstan dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxasında “Koegel” markalı TZ-111-O Gürcüstan dövlət qeydiyyat nişanlı qoşqusunu görmüşdür. İlk olaraq həmin yük avtomobilinin hərəkətdə olduğunu düşünmüş və bu səbəbdən vəziyyətdən çıxacağını düşünüb ara məsafəni hesablaya bilməmiş və avtomobili sola çəkib qəzadan yayınmaq istəsə də, sol arxa tərəfdən avtomobil işığını hiss etmiş, sol yan güzgüdən baxdıqda markasını və qeydiyyat nişanını bilmədiyi bir avtomobilin sol zolaqla yaxınlaşıb çatdığını görmüşdür. Bununla da avtomobil üzərində idarəetməni itirmiş, qarşıda dayanmış qeyd etdiyi yük avtomobilin qoşqusunun arxasından vurmuşdur. Avtomobilinin qabaq sağ hissəsi qoşqunun arxa sol hissəsindən dəymişdir. Hadisə zamanı avtomobilində qabaq sağda əyləşmiş Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlərdən yerində ölmüşdür. Hadisə zamanı o, xəsarət almamışdır. Avtomobildən yerə düşmüş, ətrafa adamlar yığışmışdır. Yol polisi, təcili tibbi yardım, fövqəladə halların nümayəndələri gəlmiş, meyiti avtomobildən çıxarmışlar, təcili tibbi yardım avtomobili ilə aparmışlar. Zərər çəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənilmişdir. Digər zərər çəkmiş şəxs Levan Şengeliyaya dəymiş ziyanı ödəmək istəsə də, sonuncu Gürcüstan Respublikasında olduğundan onunla görüşüb ziyanı ödəyə bilməmişdir. Qeyd edilənləri nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X1 məhkəməyə teleqramla müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayətinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Elmira Kazımov istintaq zamanı bildirmişdir ki, 12 dekabr 2020-ci il tarixdə saat 21:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 285-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölmüş Zərərçəkmiş şəxs3 onun qızıdır, Bakı şəhərində yaşamışdır. 13 dekabr 2020-ci il tarixdə saat təxminən 09 radələrində onlara məlumat verib bildirmişlər ki, qızı Zərərçəkmiş şəxs3 əvvəllər tanımadığı tanışı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi “X3” yük markalı **-HF- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə gedən zaman Yevlax rayon ərazisində Raisin idarə etdiyi avtomobillə, markasını və dövlət qeydiyyat nömrə nişanını sonradan bildiyi “Scania” markalı TZ-111-KO Gürcüstan dövlət qeydiyyat nişanlı yük avtomobilin qoşqusu ilə toqquşubdur, nəticədə qızı Zərərçəkmiş şəxs3 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. 13 dekabr 2020-ci il tarixdə qızı Zərərçəkmiş şəxs3 Bakı şəhərində Hövsan qəbiristanlığında dəfn etmişlər. Firuzə Gəncə şəhərinə rəfiqəsi gilə qonaq getmək üçün Raisin avtomobilinə minmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Mütəllim oğlu məhkəməyə teleqramla müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaq zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dostudur. Raisin hadisə zamanı idarə etdiyi “X3” yük markalı **-HF- *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, belə ki, həmin avtomobili pul verib baş etibarnamə əsasında almışdır. O, həmin avtomobili etibarnamə ilə işləməsi üçün Raisə vermiş, Rais də həmin avtomobillə yük daşımaqla işləmişdir. 12 dekabr 2020-ci il tarixdə saat təxminən 22 radələrində Rais ona zəng edib bildirmişdir ki, Bakı-Qazax- Gürcüstan sərhəd yolunda Yevlax rayon ərazisindən keçən yolla Qazax rayon istiqamətində hərəkətdə olan zaman yolun sağında dayanmış yük avtomobilinin qoşqusu ilə toqquşubdur, nəticədə avtomobildə olmuş sərnişin, Raisin tanışı adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs3 adında qadın ölmüşdür. Ona məxsus “X3” yük markalı **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeyd edilən hadisə zamanı əzilərək nasaz vəziyyətə düşmüşdür, buna görə ona maddi zərər dəymişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin 12 dekabr 2020-ci il tarixli 29 №-li rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs3 meyitində aşkar edilmiş xəsarətlər açıq kəllə beyin travması, sağ gicgah-təpə nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sağ gicgah-təpə-alın sümüyünün açıq, çoxqəlpəli sınığı baş beyin toxumasının didilib-dağılması, sağ baldırın aşağı1/3-nin travmatik amputasiyası, sağ qamış və incik sümüklərinin açıq-qəlpəli sınıqların, alın nahiyəsinin çapılmış, yarası bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir., həyatıdır, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa AGİR zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 12.12.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 10-12 saat əvvəl baş verilmişdir..(səh. 87-89) Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 03 fevral 2021-ci il tarixli 08/212 saylı rəyində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “X3” markalı 99 HF724 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Scania” markalı TZ111KO dövlət qeydiyyat nişanlı sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (səh. 117-118). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 36, hissə 1, bənd 3. Yol hərəkətin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. “Gəncə Avtomotoservis və Ticarət” müəssisəsinin verdiyi 09 fevral 2021-ci il tarixli aktdan məlum olur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Atego” markalı 99 HE724 dövlət qeydiyyat nişanlı avtomobilə 5,270 (beş min iki yüz yetmiş ) manat maddi ziyan dəymişdir. Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini, yəni ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarının pozmasında təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varsinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaq zamanı verdikləri və məhkəmədə tədqiq olunan ifadələri, ekspertiza rəyləri, həmçinin istintaq zamanı toplanmış digər obyektiv və təkzibedilməz materiallarla tam sübuta yetirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ilk dəfə məhkum olunduğunu, yaşayış yerindən müsbət xarakterizə edilməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini, vurulmuş maddi ziyanı ödəməyə cəhd etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona istinad edilən maddədə nəzərdə tutulmuş həddə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsi xeyrinə tutulmalıdır. Maddi sübut kimi tanınmış yük avtomobillərinin sahiblərinə verilməsi nəzərə alınmalıdır. Müdafiəçi məhkəmə zamanı dövlət hesabına göstərdiyi 14 saat hüquqi yardıma görə 84 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ41NABZ 013601**********3944 S.W.İ.F.T. BİK: CTREAZ 22 hesaba keçirilsin. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə 84 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi ödənilsin İş üzrə mülki tələb yoxdur. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev Düzdür Məhkəmənin hakimi Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar