Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-57/2023 21.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X10 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, Yevlax rayon məhkəməsinin 19 yanvar 2023 ci il tarixli 1(039)- 24/2023 nömrəli hökmü ilə CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluqu olmayan, Yevlax rayonunun Hacıselli kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xİdmətinin 2 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 461.4 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamış, BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən 19 noyabr 2022-ci il tarixdə saat 17:15-dən saat 17:34-dək Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Hacıselli kəndində yerləşən fərdi yaşayış evinə video çəkilişlə keçirilmiş baxış zamanı evin eyvanına yığılmış süpürgələrin altından Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı bir ədəd sellofan torbada təmiz çəkisi 445 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, 19 noyabr 2022-ci il tarixdə saat 19:40-dan saat 19:54-dədək Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki gödəkçənin sağ yan cibindən qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı 03 ədəd kibrit qutularında olan hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 6,41 qram, 5,14 qram, 4,85 qram miqdarında olmaqla cəmi təmiz çəkisi 16,40 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Hacıselli kəndində yerləşən fərdi yaşayış evində təkbaşına yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir O, 19 noyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman evin həyətinin giriş qapısının qarşısından onu səsləyərək çölə çağırmışlar. O, evinin giriş qapısının qarşısına çıxdıqda onu çağıran şəxslərin polis əməkdaşları olduğunu görmüşdür. Belə ki, həmin vaxt həmin şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün yaşadığı evə baxış keçirməli olduqlarını demişlər. O, polislərin onun yaşadığı evdə narkotik vasitə saxladığını bildiklərini başa düşdüyü üçün əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən onun yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları onunla birlikdə evə daxil olmuş və o evin eyvanında olan qapı süpürgələrinin altında saxladığı 01 ədəd sellofan torbanın içərisindəki narakotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları orada həmin narkotik vasitə olan qurudulmuş marixuananı elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 460 qram olduğu müəyyən olunmuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuana içərisində olduğu sellofan torba ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt onun üzərində, yəni əynindəki gödəkcənin sağ yan cibində 03 ədəd kibrit qutusunda evində olan narkotik vasitə qururdulmuş marixuanadan olan narkotik vasitə qurudulmuş marixuana olmuşdur. O, həmin marixuanadan 03 ədəd kibrit qutusuna yığaraq satmaq üçün cibinə qoymuşdur. Polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinə apararaq Yevlax RPŞ-də şübhəli şəxs qismində tutmuş və həmin vaxt onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X9 ona müdafiəçi təyin edilmişdir. 19 noyabr 2022-ci il tarixdə üzərindən və yaşadığı Yevlax rayonunun Hacıselli kəndində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuanalar ona məxsusdur. Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə üzərindən və yaşadığı Yevlax rayonunun Hacıselli kəndində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş narkotik vasitə - qurudulmuş marixuanaları 2022-ci ilin aprel ayında yaşadığı Yevlax rayonunun Hacıselli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində, yəni bağda əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərindən yığıb saxlamışdır. Belə ki, həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülsədə o, polis əməkdaşları aşkar etməzdən öncə onların bir hissəsini yığıb qurudaraq yaşadığı evdə gizlətmişdir. Üzərindən və yaşadığı Yevlax rayonunun Hacıselli kəndində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuanaları satmaq məqsədi ilə saxlamışdır. Həmin əmələ görə 19 yanvar 2023 il də Yevlax rayon məhkəməsinin hökmü ilə 2 il azadliqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Baş Nakotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili, vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və satış məqsədilə yaşadığı evdə saxlaması barədə 19 noyabr 2022-ci il tarixdə DİN BNMİ QBRŞ-ya məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin 19 noyabr 2022-ci il tarixli Ə241-206-22 nömrəli əmri ilə onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, polis kapitanı X6, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin sürücü polis nəfəri, polis baş serjantı X11 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin operator polis nəfəri, polis baş serjantı X4 iştirakı ilə əməliyyataxtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və həmin günü saat 18 radələrində təhqiqatçısı, polis kapitanı X12, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin sürücü polis nəfəri, polis baş serjantı X18 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin operator polis nəfəri, polis baş serjantı X7 ilə birlikdə şöbədən çıxaraq Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayon Hacıselli kəndində getmişlərOnlar Yevlax rayon Hacıselli kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gələrək Təqsirləndirilən şəxs səsləyərək çölə gəlməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinin önünə çıxaraq onlara yaxınlaşmışdır. Bu zaman o və digər polis əməkdaşları özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. X17 Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün yaşadığı evə baxış keçirməli olduğunu demişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və polis əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Baxış keçirilmədən öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf edərək onu bizə təqdim edə biləcəyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxsla birlikdə evə daxil olmuş və Anar evin eyvanında sol uzaq küncdə yığılmış süpürgələri götürüb kənara qoyaraq altından götürdüyü bir ədəd göy rəngli sellofan torbanı təqdim edərək həmin torbada olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin torba X17 tərəfindən götürülüb eyvanın taxta döşəməsinin üzərinə qoyulmuş və baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və təmiz çəkisinin 445 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra istintaq hərəkətlərinin keçirilməsi üçün Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin inzibati binasına gətirilmişdir. X17 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 Abbasovun müdafiəçisi təyin edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən üç ədəd kibrit qutularını, həmin gödəkçənin sol yan cibindən iki ədəd Nokia markalı köhnə mobil telefonları, şalvarının sol yan cibindən 5 manat pulu çıxarıb otaqdakı masanın üzərinə qoyub təqdim edərək kibrit qutularındakı kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin üç ədəd kibrit qutuları birlikdə bir ədəd elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 23,33 qram olduğu müəyyən edilmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin sürücü polis nəfəri, polis baş serjantı X18 şahid X3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 20 noyabr 2022-ci il tarixli 16/1308 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 3(üç) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 6,41 qram, 5,14 qram, 4,85 qram, ümumi təmiz çəkisi 16,40 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar. Tədqiqata təqdim olunmuş “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd göy rəngli sellofan paketdə təmiz çəkisi 445 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üç ədəd kibrit qutusunda olan marixuanalar ilə bir ədəd sellofan paketdə olan marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 16,40 qr, 445 qr, tədqiqata sərf edildi – 0,08 qram (hər birindən 0,02 qr) qalıq – 16,34 qr, 444,98 qr. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2022-ci il tarixli 64 nömrəli rəyindən görünür ki, X20 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 4(039)-182/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Havarlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon məhkəməsinin 19 yanvar 2023 ci il tarixli 1(039)-24/2023 nömrəli hökmündən görününür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən etiraf edib səmimi peşman olması və himayəsində azyaşlı uşağının olması CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 19 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatınа sərf edildikdən sonra qalan ümumi təmiz çəkisi 16,34 qr, və 444,98 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və üzərində qəti olararaq 04 il (dörd) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 19 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatınа sərf edildikdən sonra qalan ümumi təmiz çəkisi 16,34 qr və 444,98 qr marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-57/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-57/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver