Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-57/2025 20.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fəhlə işləyən, məhkumluğu olmayan, barəsində 01 fevral 2025-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, S.Vurğun küçəsi, ev 20, mənzil 16-da qeydiyyatda olan, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 109-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobili idarə edərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vuran bədən xəsarətləri yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda “BC” kateqoriyalı sürücülük vəsiqəsi və nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonunun Malbinəsi kəndi ilə Yevlax-Bərdə avtomobil yolu istiqamətində Yevlax rayonu, Malbinəsi kəndinin 9-cu kilometrliyindən keçən hissəsində hərəkətdə olarkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, qarşı əks hərəkət zolağına çıxıb qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda bunlara əməl etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili yolun əks hərəkət zolağına çıxararaq həmin yolda hərəkətdə olan xx.xx.1972-ci il təvəllüdlü, Yevlax rayonu, Malbinəsi kəndində yaşayan Zərərçəkmiş şəxs “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ-21074” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sol tərəfi ilə toqquşmuş, nəticədə “VAZ-21074” markalı avtomobilin sürücüsü xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol baldır sümüklərinin sınığı xəsarəti ilə müşayiət olunan səhhətin uzun müddətə pozulmasına aid olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vuran bədən xəsarətləri yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. “VAZ-2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. 12 sentyabr 2024cü il tarixdə saat 22 radələrində Yevlax-Bərdə yolu istiqamətində yerləşən adını bilmədiyi restoranda yemək yedikdən sonra bir qədər spirtli içki qəbul etmişdir. Daha sonra restorandan çıxıb Yevlax rayonu, Malbinəsi kəndinə getmişdir. Orada işlərini görüb qurtardıqdan sonra 12 sentyabr 2024-cü il tarixdə saat təxminən 23 radələrində idarə etdiyi “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu, Malbinəsi kəndindən çıxıb Yevlax-Bərdə avtomobil yolu istiqamətində hərəkət etməyə başlamışdır. Həmin yolda asfalt yolu 2 zolaqdan ibarətdir. O, öz hərəkət zolağında hərəkətdə olmuşdur. Yevlax rayonu, Malbinəsi kəndinin 9-cu kilometrliyindən keçən hissəsində Yevlax-Bərdə avtomobil yolu istiqamətində idarə etdiyi “VAZ-2106” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 70km/saat sürətlə hərəkətdə olarkən əks hərəkət istiqamətindən gələn “VAZ-21074” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin qabaq faralarından birinin yanmadığını görmüş, bu səbəbdən də həmin avtomobilə 30 metr məsafə qalmış idarəetməni itirərək həmin avtomobilin hərəkət zolağına çıxmışdır. Nəticədə əks hərəkət istiqamətindən gələn “VAZ-21074” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sol qabaq tərəfi ilə idarə etdiyi avtomobilin qabaq sol tərəfi toqquşmuşdur. Daha sonra hadisə yerində olan digər tanımadığı vətəndaşların köməkliyi ilə avtomobildən yerə düşmüş, sonra onu Yevlax rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə vurmuş olduğu ziyana görə köməklik edə bilməmişdir. Zərərçəkmiş şəxsə hər ay 100 (bir yüz) manat pul ödəməyə imkanı çatar. Əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən göstərilən halların nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus **-BL-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı sedan tipli minik avtomobili vardır. Həmin avtomobillə şəxsi işlərini həll edir. Onun “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi var. İdarə etdiyi **-BL-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı sedan tipli avtomobil özünə məxsusdur. 12 sentyabr 2024-cü il tarixdə özünə məxsus olan **-BL-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı sedan tipli avtomobillə Yevlax şəhərindən çıxıb Yevlax-Bərdə avtomobil yolu ilə Yevlax rayonu, Malbinəsi kəndi istiqamətində yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxtı onunla birlikdə avtomobilin qabaq sağ oturacağında həmkəndlisi Şahid1, arxa oturacaqda isə Şahid2 əyləşmişdir. 12 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində Yevlax-Bərdə avtomobil yolu ilə Yevlax rayonu, Malbinəsi kəndi istiqamətində Yevlax rayonu, Malbinəsi kəndinin 9cu kilometrliyindən keçən hissəsində hərəkətdə olarkən əks hərəkət zolağında hərəkətdə olan “VAZ-2106” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəfildən onun hərəkət zolağına çıxmasını görmüşdür. Həmin avtomobilin onun hərəkət zolağına çıxmasını 40 metr məsafədən görmüşdür. Daha sonra “VAZ-2106” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmamaq üçün idarə etdiyi “VAZ-21074” markalı sedan tipli minik avtomobili yolun sağ ehtiyat hissəsinə tərəf sürsə də, “VAZ-2106” markalı avtomobilin qabaq sol tərəfi idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə toqquşmuşdur. Toqquşma nəticəsində idarə etdiyi “VAZ-21074” markalı sedan tipli minik avtomobili yolun hərəkət hissəsindən çıxaraq sağ tərəfdə olan torpaq sahəsinə aşaraq dayanmış vəziyyətdə qalmışdır. Hadisə nəticəsində xəsarət almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilməmişdir və ondan şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğu nəzərə alaraq onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid2 onun həmkəndliləridir. 12 sentyabr 2024-cü il tarixdə saat təxminən 23 radələrində Yevlax-Bərdə yolunda yun zavodunun yanında yerləşən “Qarabağ” adlı kafedə həmkəndliləri Elzamin və Elvinlə birlikdə çay içdikdən sonra Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21074” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu, Malbinəsi kəndinə yaşadığı evə getməyə başlamışlar. O, avtomobilin arxa oturacağında, Elvin isə qabaq oturacaqda əyləşmişdir. Həmin gün təxminən saat 23 radələrində “VAZ-21074” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Bərdə avtomobil yolu ilə hərəkət edib Yevlax rayonu, Malbinəsi kəndi istiqamətində hərəkət edən zaman əks istiqamətli hərəkət zolağında hərəkətdə olan “VAZ- 2106” markalı avtomobilin qəfildən onların olduqları avtomobilin yoluna çıxmasını görmüşdür. Həmin vaxtı Elzamin idarə etdiyi avtomobili təxminən 80 km/saat sürətlə idarə etmişdir. Əks istiqamətli hərəkət zolağında hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin onların olduqları hərəkət zolağına çıxmasını təxminən 40 metr məsafədən görmüşdür. Elzamin avtomobili sağ tərəfə döndərsə də, üzü onlara tərəf gələn “VAZ-2106” markalı avtomobilin qabaq sol tərəfi ilə Elzaminin idarə etdiyi “VAZ-21074” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi toqquşmuşdur. Toqquşma nəticəsində o, və avtomobildə olan şəxslər xəsarət almışlar. Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2024-ci il tarixli, 1005 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2024-cü il tarixdə yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixli, 621 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət- sol baldır sümüklərinin sınığı küt alətin təsirindən əmələ gəlmişdir, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. xx.xx.2024-cü il tarixli 3-13-16-11/2-1835/24 nömrəli Yevlax RQİ və TBŞ-nin məktubundan görünür ki, sürücü Təqsirləndirilən şəxs adında DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən, BC 290223 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi var və DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. xx.xx.2024-cü il tarixli, 8/2773 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, , istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “VAZ-2106” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-2106” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə veriləm 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli «Yevlax rayon Mərkəzi Xəstəxanası» X5 arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax RMX-da psixo-nevroloji kabinetdə dispanser müşahidəsində durmur. xx.xx.2025-cü il tarixli Yevlax şəhər İHB-nın 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2025-cü il tarixli Yevlax şəhər İHB-nın 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, S.Vurğun küçəsi, ev 20/16-da qeydiyyatda olmasına baxmayaraq hal hazırda ünvan 1 ünvanda yaşayır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, VAZ-2106 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, “VAZ 21074” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verimiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi zərər ödənilməmişdir və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçidir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ 2106” minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ 21074” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 4 (dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 4 (dörd) saat hüquqi yardıma görə 24 (iyirmi dörd) manat, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs göstərdiyi cəmi 2 (iki) saat hüquqi yardıma görə 22 (iyirmi iki) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 46 (qırx altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 2106” minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ 21074” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 6 (altı) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 46 (qırx altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-57/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-57/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver