Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-58/2019 18.04.2019 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərova Elmira Rafik qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə, Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2018-ci il yanvar ayının 08-də, Yevlax şəhəri Nizami prospektində, saat 18:30 radələrində saxlanılıb üzərində saat 19:05 radələrində müdafiəçi-vəkil iştirakı və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində, əynindəki cins şalvarın sağ yan cibindən, istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə cəmi – 0,378 qram miqdarında heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitə olan heroindən istifadə edir. 08 yanvar 2019-cu il tarixdə, səhər saatlarında, Yevlax şəhəri Nizami prospekti ilə gedərkən yerdən bir ədəd gümüşü siqaret kağızına bükülmüş bükülü tapmışdır. Bükülünü götürüb açaraq içinə baxarkən, içində ağ sarımtıl maddə olduğunu görmüş və bunun heroin olduğunu anlamışdır. Həmin narkotik vasitəni sonra istifadə etmək üçün cibinə qoyub saxlamışdır. Həmin gün, saat təxminən 18:30-da Yevlax rayonu, Nizami prospektində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona, vəkilin iştirakı ilə, video çəkilişlə üstünə baxış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Bu zaman, Yevlax rayonu Nizami prospektindən tapdığı bükülünü onun üstündən aşkar etmişlər. Sorğu zamanı o, bükülünün içindəkinin narkotik vasitə-heroin olduğunu, həmin heroini həmin gün taparaq özü istifadə etmək üçün üstündə saxladığını etiraf etmişdir. Əməlindən peşman olduğunu bildirmiş, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 yanvar 2019-cu il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olması barədə məlumat daxil olmuşdur. Bu məlumat əsasında əməliyyat qrupu yaradılmış və qrupun üzvü Yevlax RPŞnin PPXB-nın polis nəfəri Şahid1 ilə birlikdə Yevlax şəhəri Nizami prospektinə getmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və baxış zamanı Elçinin əynindəki cins şalvarının sağ yan cibindən siqaret kağızından bükülü aşkar edilmişdir. Həmin bükülünün içində isə narkotik maddə olan heroinə bənzər ağ-sarımtıl kütlə aşkar edilmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülünün içindəki narkotik vasitə olan heroindir, bunu həmin gün Nizami prospektindən tapmış və öz istifadəsi üçün cibinə qoyub saxlamışdır. Şahid X2 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin PPXB-nın polis nəfəri vəzifəsində işləyir. 08 yanvar 2019-cu il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əldə edilmiş məlumat əsasında yaradılmış qrupun tərkibində, saat təxminən 18:30-da, Yevlax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2la birlikdə Yevlax şəhər Nizami prospektinə gedib Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs polis şöbəsinə getmək təklif edilmiş və o, buna etiraz etməmişdir. Şöbədə vəkilin iştirakı ilə və video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibindən siqaret kağızından bükülü aşkar edilmişdir. Bükülünün içində narkotik maddə olan heroinə bənzər ağ-sarımtıl kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə heroindir, həmin gün səhər saatlarında tapmış və sonradan qəbul etmək üçün üstündə saxlamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının əks olduğu video yazıya baxış keçirilmiş və həmin yazıda təqsirləndirilən şəxsin və şahidlərin bildirdikləri hallar təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2019-cu il tarixli 33 saylı rəyindən görünür ki, Kərimov Elçin İlqar oğlunun üstündən aşkar olunmuş bir ədəd gümüşü ağ rəngli kağız bükümdə 0,378 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin rəyin qeyd hissəsində göstərilmişdir ki, xalis çəkisi 0,378 qram olan heroin narkotik vasitəsinin 0,050 qramı tədqiqata sərf edilmiş, qalan çəki 0,328 qram olmuşdur. (səh. 63) Məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2019-cu il tarixli 136 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmək halları olub. Narkomanlıq xəstəliyindən əzab çəkmir. Narkomanlq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.77) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahid ifadələri, şəxsi-axtarış protokolu və ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,328 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, 63.56 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 yanvar 2019-cu il tarixdən 10 yanvar 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 0,328 qram narkotik vasitə-heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri -63 (altmış üç) manat 56 (əlli altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-58/2019
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-58/2019
18.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver