Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-58/2021 16.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X3 iştirakı ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təhsilsiz, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Yevlax şəhəri C.Kərimov küçəsi ev 143 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 özgənin əmlakını gizli yolla talamaq məqsədi 17 noyabr 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına gələrək sonuncunun və ailə üzvlərinin evdə yatmış vəziyyətdə olmasından istifadə edib qəsdən qanunsuz olaraq həyətin mişar daşından olan hasarının üstündən aşaraq həyətə daxil olmuş, həmin evin qarşı tərəfində həyətdə saxlanılan Zərərçəkmiş şəxs məxsus “Stels Navigator” markalı, 26 ölçülü, göy-qara rəngli, Çin istehsallı 380 manat dəyərində və “Россия волна” markalı, 24 ölçülü, qırmızı və ağ rəngli, Rusiya istehsallı 140 manat dəyərində iki ədəd velosipedi götürüb qəsdən vahid niyyətlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs cəmi 520 manat məbləğində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 17 noyabr 2020-ci il tarixdə saat 02 radələrində yaşadığı evdən çıxmış, tək və piyada olaraq Yevlax şəhəri E.Ağayev küçəsinə getmişdir. Saat 03 radələrində o, Fərhadın yaşadığı ünvana çatmışdır. O, ətrafa baxmış və heç kimin olmadığını görmüşdür. O, yaşayış evində işıqların söndürüldüyünü görmüş, evdəki şəxslərin yatdığını bilmişdir. Qaz borusunun vasitəsilə evin arxa tərəfində yerləşən hasarın üstünə çıxmışdır. O, hasarın üstündən tullanıb həyətə daxil olmuşdur. Həyətdə heç kim olmamışdır. Bundan sonra o, həyəti gəzmiş və evin qarşı tərəfində yerləşən təxminən bir metr hündürlükdə olan hasara söykənmiş vəziyyətdə iki ədəd velosipedin olduğunu görmüşdür. Velosipedlərin biri qırmızı rəngli, biri isə göy rəngli olmuşdur. O, əvvəlcə göy rəngli velosipedi götürüb hasarın yanına aparmışdır. O, həmin velosipedi hasarın üstündən küçəyə atmışdır. Bundan sonra o, yenidən evin yaxınlığına gedib qırmızı rəngli velosipedi götürüb aparmış və həmin velosipedi də hasardan küçəyə atmış, hasarın üstünə qalxıb oradan küçəyə düşmüşdür. Həyətdən oğurladığı iki ədəd velosipedi əli ilə sürərək yaşadığı evə aparmışdır. O, velosipedləri yaşadığı evin həyətində saxlamışdır. 2020-ci ilin noyabr ayının 17-də və 18-də velosipedlər onun yaşadığı evin həyətində qalmışdır. O, tutulmamaq üçün velosipedləri həmin günlərdə satmamışdır. 19 noyabr 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlib oğurladığı iki ədəd velosipedi aşkar etmişlər. Polis əməkdaşları onu və iki ədəd velosipedi polis şöbəsinə aparmışlar. İstintaq zamanı onun oğurladığı iki ədəd velosiped sahibi Kifayətə qaytarılmışdır. törətdiyi cinayətlə bağlı maddi ziyanı tam olaraq ödəmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini, himayəsində biri xəstə olmaqla yeddi azyaşlı uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 17 noyabr 2020-ci il tarixdə saat 02 radələrində o, evdən həyətə baxmışdır. O, velosipedlərin həyətdə yerində olduğunu görmüşdür. Bundan sonra o, yatmışdır. Səhər saatlarında o və ailə üzvləri yuxudan oyanmışlar. Saat 10 radələrində Yusif içməli su gətirmək üçün gedərkən həyətdə saxladıqları iki ədəd velosipedin yerində olmadığını görmüşdür. O, ailə üzvləri ilə birlikdə həyətə baxmış, lakin velosipedləri tapa bilməmişlər. Həmin vaxt onlar evin arxa tərəfində yerləşən hasarın ətrafına tökdükləri mal peynində bir nəfər şəxsə məxsus ayaq izlərinin olduğunu görmüşlər. Bundan sonra onlar bir nəfər şəxsin hasarın üstündən keçib həyətə daxil olduğunu və həyətdəki iki ədəd velosipedi oğurladığını bilmişlər. O, ailə üzvləri ilə birlikdə bir neçə gün müddətində velosipedləri axtarmış, qonşulardan soraq etmişlər. Lakin onlar velosipedləri tapa bilməmişdir. 21 noyabr 2020-ci il tarixdə Fərhad velosipedlərin oğurlanması barədə Yevlax rayon polis şöbəsinə ərizə yazmışdır. Araşdırma zamanı velosipedləri X3 oğurladığı müəyyən edilmişdir. Cəlalın oğurladığı ona məxsus iki ədəd velosiped aşkar edilib götürülmüşdür. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, Cəlal Abdullayevin himayəsində xəstə və azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən Cəlal Abdullayev barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid1 Rəşid oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 17 noyabr 2020-ci il tarixdə səhər saatlarında o və ailə üzvləri yuxudan oyanmışlar. Saat 10 radələrində o, həyətdə saxladığı iki ədəd velosipedin yerində olmadığını görmüşdür. O, həyətə və yola baxmış, lakin velosipedləri tapa bilməmişdir. O, evin arxa tərəfində yerləşən hasarın ətrafına tökdüyü mal peyinində bir nəfər şəxsə məxsus ayaq izlərinin olduğunu görmüşdür. Bundan sonra o, naməlum bir nəfər şəxsin hasarın üstündən keçib həyətə daxil olduğunu və həyətdəki iki ədəd velosipedi oğurladığını bilmişdir. O, ailə üzvləri ilə birlikdə bir neçə gün müddətində velosipedləri axtarmış, lakin velosipedləri tapa bilməmişlər. 21 noyabr 2020-ci il tarixdə o, velosipedlərin oğurlanması barədə Yevlax rayon polis şöbəsinə ərizə yazmışdır. Araşdırma zamanı velosipedləri 17 noyabr 2020-ci il tarixdə saat 03 radələrində Yevlax şəhərində yaşamış X3 oğurladığı, həmin vaxt o, ailə üzvləri ilə birlikdə evdə yatmış vəziyyətdə olarkən Cəlalın evin arxa tərəfində yerləşən hasarın üstündən çıxıb həyətə daxil olduğu, həyətdəki iki ədəd velosipedi oğurladığı müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilmiş Əliyev Yusif Həsən oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 17 noyabr 2020-ci il tarixdə səhər saatlarında o və ailə üzvləri yuxudan oyanmışlar. Saat 10 radələrində o, velosipedlə gedib yaşadığı evə içməli su gətirmək qərarına gəlmişdir. Həmin vaxt o, velosipedin həyətdə saxladığı yerdə olmadığını görmüşdür. Atası Fərhadın sürdüyü velosiped də yerində olmamışdır. O, ailə üzvləri ilə birlikdə həyətə və yola baxmış, lakin velosipedləri tapa bilməmişlər. Həmin vaxt onlar evin arxa tərəfində yerləşən hasarın ətrafına tökdükləri mal peyinində bir nəfər şəxsə məxsus ayaq izlərinin olduğunu görmüşlər. Bundan sonra onlar bir nəfər şəxsin hasarın üstündən keçib həyətə daxil olduğunu, həyətdəki iki ədəd velosipedi oğurladığını bilmişlər. O, ailə üzvləri ilə birlikdə bir neçə gün müddətində velosipedləri axtarmış, qonşulardan soraq etmişlər. Lakin onlar velosipedləri tapa bilməmişlər. 21 noyabr 2020-ci il tarixdə atası Fərhad velosipedlərin oğurlanması barədə Yevlax rayon polis şöbəsinə ərizə yazmışdır. Araşdırma zamanı velosipedləri 17 noyabr 2020-ci il tarixdə saat 03 radələrində Yevlax şəhərində yaşamış X3 oğurladığı, həmin vaxt o, ailə üzvləri ilə birlikdə yaşadığı evdə yatmış vəziyyətdə olan zaman Cəlalın evin arxa tərəfində yerləşən hasarın üstündən çıxıb həyətə daxil olduğu və həyətdəki iki ədəd velosipedi oğurladığı müəyyən edilmişdir. Cəlalın oğurladığı iki ədəd velosiped aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “baxış keçirilməsi haqqında” 24 noyabr 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotoşəkillərdən görünür ki, baxış Cəlal Abdullayevin oğurladığı iki ədəd velosipede keçirilmişdir. X6 rayon Polis Şöbəsinin həyətinə gətirilmiş iki ədəd velosipedi göstərərək 17 noyabr 2020-ci il tarixdə saat 03 radələrində ünvan 6 ünvandan oğurladığı velosipedlərin həmin velosipedlər olduğunu bildirmişdir. Velosipedlərdən biri göy və qara rəngli, digəri isə ağ və qırmızı rənglidir. (iş vər.22-25); “ifadənin yerində yoxlanılması haqqında” 18 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs X3 istintaq zamanı vermiş olduğu ifadələri yerində yoxlanılarkən, o, ünvan 3 ünvanına gələrək həyətin mişar daşından olan hasarının üstündən aşaraq həyətə daxil olduğunu, həmin evin qarşı tərəfində həyətdə saxlanılan iki ədəd velosipedi oğurladığını bildirmişdir. (iş vər. 158-161); məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 yanvar 2021-ci il tarixli, 9/100 №li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən velosipedlərin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: 1) 1 ədəd “Stels Navigator” markalı, 26 ölçülü, göy-qara rəngli, Çin istehsallı, 2020-ci ilin yanvar ayında alınmış – 380,00 manat; 2) 1 ədəd “Россия волна” markalı, 24 ölçülü, qırmızı və ağ rəngli, Rusiya istehsallı, 2019-cu ilin noyabr ayında alınmış, həmin vaxtdan istifadə edilmiş velosiped – 140,00 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. ( iş vər. 118-120); “əşyanın maddi sübut hesab edilməsi haqqında” 14 dekabr 2020-ci il tarixli qərardan və “maddi sübutun saxlanılması üçün təhvil verilməsi” haqqında protokoldan görünür ki, “Stels Navigator” markalı və “Россия волна” markalı iki ədəd velosiped maddi sübut kimi tanınmışdır. Maddi sübut saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. (iş vər.82- 83, 85); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, X3 barəsində 13 fevral 2021ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.( iş vər.153-154); Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs X3 barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir; Yevlax rayon Polis Şöbəsinin 19.05.2021-ci il tarixli məktubundan görünür ki, X5 19.05.2021-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18.12.2020-ci il tarixli cavabdan görünür ki, X5 məhkumluğu olmayan şəxsdir. ( iş vər.86); Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12.02.2021ci il tarixli arayışından görünür ki, X3 himayəsində 2014-cü il təvəllüdlü Fatimə, 2015-ci il təvəllüdlü Sona, 2016-ci il təvəllüdlü Əhməd, 2017-ci il təvəllüdlü Ayşə və Malik, 2018-ci il təvəllüdlü Aynurə və 2019-cu il təvəllüdlü Ənəs adlı uşaqları var.( iş vər.122); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. X3 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X3 himayəsində yeddi azyaşlı uşağının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM 59.1.2), cinayət nəticəsində dəymiş ziyanı ödəməsini (CM 59.1.13) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X3 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X4 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar X4 məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X5 Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 19 may 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut kimi tanınan iki ədəd velosipedin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 19 may 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) gün həbsdə qaldığı müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla hesablanmış 01 ay 28 gün müddət ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on ) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. X3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan iki ədəd velosipedinin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs X4 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HakimGünay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-58/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-58/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver