Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-58/2025 27.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respubli9kası CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.B.Ağayev küçəsi, 1 saylı evdə qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, İsayev X3 rayonu, Kolanı kəndində yaşayan Zərərçəkmiş şəxs1 əmlakını dələduzluq yolu ələ keçirmək niyyətilə sonuncuya özünü yalandan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Bakı şəhərində yerləşən mərkəzinin nüfuzlu əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs1 3000 manat pul müqabilində Yevlax ŞMX PHŞ-də xadiməçi kimi işə düzəldəcəyi vədini verib sonuncunu aldatmaqla, vahid niyyətlə Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə saat 16:02-də Yevlax rayonu H.Əliyev prospekti 20 ünvanında yerləşən "xxxx" ASC-nin Yevlax fililında yerləşən "xxxx" MMC-yə məxsus ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi 416973******8888 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs1 məxsus olan 420 manat pulu, Zərərçəkmiş şəxs1 özünə məxsus olan 523915******73209 nömrəli plastik bank kart hesabından mobil tətbiq vasitəsilə Kolanı kəndində yaşadığı evdən xx.xx.2024-cü il tarixdə saat 16:33-də Təqsirləndirilən şəxs ona verdiyi 416973******8888 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs1 məxsus olan 400 manat pulu, Zərərçəkmiş şəxs1 özünə məxsus olan 523915******73209 nömrəli plastik bank hesabından mobil tətbiq vasitəsilə Kolanı kəndində yaşadığı evdən xx.xx.2024-cü il tarixdə saat 14:13-də Təqsirləndirilən şəxs ona verdiyi 416973******8888 nömrəli plastik bank kartına köçürdüyü Zərərçəkmiş şəxs1 məxsus olan 600 manat pulu, Zərərçəkmiş şəxs1 özünə məxsus olan 523915******73209 nömrəli plastik bank kartı hesabından mobil tətbiq vasitəsilə Kolanı kəndində yaşadığı evdən xx.xx.2024-cü il tarixdə saat 14:53-də Təqsirləndirilən şəxs ona verdiyi 416973******8888 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs1 məxsus olan 500 manat pulu, Zərərçəkmiş şəxs1 özünə məxsus olan 523915******73209 nömrəli plastik bank kartı hesabından mobil tətbiq vasitəsilə Kolanı kəndində yaşadığı evdən xx.xx.2024-cü il tarixdə saat 16:12-də Təqsirləndirilən şəxs ona verdiyi 416973******8888 nömrəli plastik bank kartı hesabına köçürdüyü Zərərçəkmiş şəxs1 məxsus olan 300 manat pulu, Zərərçəkmiş şəxs1 özünə məxsus olan 523915******73209 nömrəli plastik bank kartı hesabından mobil tətbiq vasitəsilə Kolanı kəndində yaşadığı evdən xx.xx.2024-cü il tarixdə saat 12:43-də Təqsirləndirilən şəxs ona verdiyi 416973******8888 nömrəli plastik bank kartı hesabına köçürdüyü Zərərçəkmiş şəxs1 məxsus olan 250 manat pulu, Zərərçəkmiş şəxs1 özünə məxsus olan 523915******73209 nömrəli plastik bank kartı hesabından mobil tətbiq vasitəsilə Kolanı kəndində yaşadığı evdən xx.xx.2024-cü il tarixdə saat 14:19-da Təqsirləndirilən şəxs ona verdiyi 416973******8888 nömrəli plastik bank kartı hesabına köçürdüyü Zərərçəkmiş şəxs1 məxsus olan 250 manat pulu, Zərərçəkmiş şəxs1 özünə məxsus olan 523915******73209 nömrəli plastik bank kartı hesabından mobil tətbiq vasitəsilə Kolanı kəndində yaşadığı evdən xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Təqsirləndirilən şəxs ona verdiyi 416973******8888 nömrəli plastik bank kartına köçürdüyü Zərərçəkmiş şəxs1 məxsus olan 260 manat pulu və Zərərçəkmiş şəxs1 özünə məxsus olan 523915******73209 nömrəli plastik bank kartı hesabından xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Təqsirləndirilən şəxs ona verdiyi 416973******8888 nömrəli plastik bank kartı hesabına köçürdüyü Zərərçəkmiş şəxs1 məxsus olan 20 manat pulu alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs1 aldatma yolu ilə cəmi 3000 manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğlu qəsdən təkrarən Yevlax şəhəri, Q.Quliyev küçəsi, bina bina, 10 mənzil 4-də yaşayan Zərərçəkmiş şəxs2 əmlakını dələduzluq yolu ilə ələ keçirmək niyyətilə sonuncuya özünü yalandan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Bakı şəhərində yerləşən mərkəzinin nüfuzlu əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs2 2000 manat pul müqabilində Yevlax ŞMX-da həkim köməkcisi kimi işə düzəldəcəyi vədini verib sonuncunu aldatmaqla, vahid niyyətlə Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri, Q.Quliyev küçəsində yaşadığı evdən mobil tətbiq vasitəsilə özünə məxsus olan “Leo Bank” elektron pul hesabından Təqsirləndirilən şəxs ona verdiyi mobil tətbiqdə adı “SADİQ-tebib” kimi yazılmış 416973******8888 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs2 məxsus olan 420 manat pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri ərazisində yerləşən «OBA» marketdə quraşdırılmış ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi 416973******8888 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs2 məxsus olan 500 manat pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri, Q.Quliyev küçəsində yaşadığı evdən mobil tətbiq vasitəsilə özünə məxsus olan “Leo Bank” elektron pul hesabından Təqsirləndirilən şəxs ona verdiyi mobil tətbiqdə adı “SADİQ-tebib” kimi yazılmış 416973******8888 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs2 məxsus olan 250 manat pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri, Q.Quliyev küçəsində yaşadığı evdən mobil tətbiq vasitəsilə özünə məxsus olan “Leo Bank” elektron pul hesabından Təqsirləndirilən şəxs ona verdiyi 510397******9040 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs2 məxsus olan 100 manat pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri, Q.Quliyev küçəsində yaşadığı evdən mobil tətbiq vasitəsilə özünə məxsus olan “Leo Bank” elektron pul hesabından Təqsirləndirilən şəxs ona verdiyi mobil tətbiqdə adı “SADİQ-tebib” kimi yazılmış 416973******8888 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs2 məxsus olan 500 manat pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri, Q.Quliyev küçəsində yaşadığı evdən mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs ona verdiyi 416973******8888 nömrəli plastik bank kartına köçürdüyü Zərərçəkmiş şəxs2 məxsus olan 75 manat pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri, Q.Quliyev küçəsində yaşadığı evdən mobil tətbiq vasitəsilə özünə məxsus olan “Leo Bank” elektron pul hesabından Təqsirləndirilən şəxs ona verdiyi mobil tətbiqdə adı “SADİQ-tebib” kimi yazılmış 416973******8888 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs2 məxsus olan 125 manat pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri, Q.Quliyev küçəsində yaşadığı evdən mobil tətbiq vasitəsilə özünə məxsus olan elektron pul hesabından Təqsirləndirilən şəxs ona verdiyi mobil tətbiqdə adı “SADİQ-tebib” kimi yazılmış 416973******8888 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs2 məxsus olan 20 manat pulu sonuncudan alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs2 aldatma yolu ilə cəmi 1990 manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayının ortalarında nənəsi vəfat etmiş, ona görə Yevlax rayonu Kolanı kəndinə getmiş və nənəsinin yasında iştirak etmişdir. Həmin vaxtlar kənd sakini həmdə qohumu olan Şahid ilə söhbət edərkən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Bakı şəhərində yerləşən mərkəzinin vəzifəli əməkdaşı kimi təqdim etmiş və tanış adamlar olanda rayon xəstəxanalarına, xadiməçi və digər vəzifələrə düzəldə bildiyini demişdir. Mübariz həyat yoldaşı Könülün işləmədiyini və maddi vəziyyətlərinin çətin olduğunu Könülü Yevlax ŞMX-na xadimə kimi işə düzəldə bilibbilməyəcəyin soruşmuşdur. xx.xx.2024-cü il tarixdə Mübariz ona zəng etmiş və Könülün işə düzəldə bilib-bilməyəcəyin soruşmuş o, da yalandan Mübarizə demişdir ki, Könülü Yevlax ŞMX-na xadiməçi kimi işə düzəlməsi üçün 3000 manat istədiklərini və həmin pulu Könülün işə girməsi üçün ilkin sənədlərin yəni sağlamlıq arayışların hazırlanması, tibbi komissiyadan keçməsi, sertifikat alması, imtahandan keçməsi, Bakıda keçiriləcək COB-29 tədbirində xadiməçi kimi iştirak edib arayış alması və sonunda əmrin verilməsinə və maaş kartın alınmasına köçürüləcək bu da təxminən 2024-cü ilin dekabr ayına kimi həll olacaq. Mübariz razı olmuş və o, pulu özünə məxsus 4169-7388-9650-8888 nömrəli kartının nömrəsini Könülə vermiş vermişdir. Könüldə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək olan müddətdə ona hissə-hisə 3000 manat pul göndərmişdir. O, Könülün göndərdiyi pulu xərcləmiş, Könülə yalandan işi tezliklə düzələcəyi barədə vədlər vermiş, Könüldən pulu almağı ilə bağlı, ona yalandan vədlər verməyi barədə səsini mobil telefonunda səsyazanla qeyd etmişdir. Könül ona hərdən zəng edib pulunu geri istəsədə onun pulu olmadığına görə Könülün verdiyi pulu qaytara bilməmişdir. Bundan başqa o, 2024-cü ilin oktyabr ayının əvvəllərində Könül onunla telefonla danışarkən Yevlax şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs2 da işsiz olduğunu onu da Yevlax ŞMX-da işə düzəldə bilib-bilməyəcəyimi soruşmuş, o, da telefon nömrəsini Lətafətə verməsini və Lətafətin ona zəng etməsin demişdir. Sonradan Lətafət ona zəng etmiş o, Lətafətələ söhbət edərkən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Bakı şəhərində yerləşən mərkəzinin vəzifəli əməkdaşı kimi təqdim etmiş, Könülü də Yevlax ŞMX-da xadiməçi kimi işə düzəldiyini demişdir. O, Lətafəti Yevlax ŞMX-da həkim köməkcisi kimi işə düzəldə biləcəyin demiş, Lətafət razı olmuş o, Lətafətə işə düzəlməsi üçün yalandan 2000 manat istədiklərini və həmin pulu işə girməsi üçün ilkin sənədlərin yəni sağlamlıq arayışların hazırlanması, tibbi komissiyadan keçməsi, sertifikat alması, imtahandan keçməsi, Bakıda keçiriləcək COB-29 tədbirində həkim köməkcisi kimi iştirak edib arayış alması və sonunda əmrin verilməsinə və maaş kartın alınmasına köçürüləcək bu da təxminən 2024-cü ilin dekabr ayına kimi həll olacağını demişdir. Lətafət razı olmuş və o, özünə məxsus 4169-7388-9650-8888 nömrəli kartının nömrəsini Lətafətə vermişdir. Lətafət də xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək olan müddətdə ona hissə-hisə 1990 manat pul göndərmişdir. O, Lətafətin göndərdiyi pulu xərcləmiş, Lətafətə yalandan işi tezliklə düzələcəyi barədə vədlər vermişdir. Lətafət ona zəng edib pulunu geri istəsə də onun pulu olmadığına görə Lətafətin verdiyi pulu qaytara bilməmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı Şahid qohumudur. Sadiq Mübarizlə söhbət edərkən özünü “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Bakı şəhərində yerləşən mərkəzinin nüfuzlu əməkdaşı kimi təqdim etmiş, Yevlax ŞMX-na xadimə və digər işlərə adam düzəldə biləcəyin demişdir. Mübarizdə Sadiqə onu Yevlax ŞMX-da xadiməçi kimi işə düzəltməyə köməklik eməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Mübariz Sadiqlə əlaqə saxlamış, Sadiq Mübarizə onu Yevlax rayon Mərkəzi Xəstəxanasına xadiməçi kimi işə düzəlmək üçün razılıq aldığını bildirmiş, lakin işə düzəlmək üçün hissə-hissə 3000 manat dəyərində rüsumlar ödəməyini demişdir. O, ümumilikdə Sadiqin ona verdiyi kart hesabına 3000 manat pul göndərmişdir. Həmin göndərdiyi 3000 manat puldan 2750 manatının qəbzini təqdim etmiş, Sadiqə göndərdiyi 260 manat pulun və 20 manatın pulun qəbzini tapa bilmədiyi üçün təqdim edə bilməmişdir. Bundan sonra o, və Mübariz dəfələrlə Sadiqə zəng edib işimi nə vaxt düzələcəyin desədə, Sadiq müxtəlif bəhanələr gətirərək tezliklə düzələcəyin demişdir. Sadiqə zəng edib işi düzəlmirsə pulu qaytarmasını desə də, Sadiq onun pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş lan ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs Sanir oğlu tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının ortalarında Könüllə telefonda danışarkən Sadiq onu 3000 manat müqabilində Yevlax ŞMX-na xadiməçi kimi işə düzəldəcəyini demişdir. Könüldən xahiş etmişdir ki, Sadiqə desin ki, xəstəxanada iş olarsa onuda işə düzəltsin. Könül Sadiqlə bu barədə danışmış, sonra Könül ona zəng edib Sadiqin nömrəsin vermiş və o, Sadiqə zəng etmişdir. Sadiq ilə telefonda söhbət edərkən Sadiq özünü “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Bakı şəhərində yerləşən mərkəzinin nüfuzlu əməkdaşı kimi təqdim etmişdir. Sadiq onu Yevlax ŞMX-da həkim köməkcisi kimi işə düzəldə biləcəyini, lakin 2000 manat dəyərində rüsumlar keçirmək lazım olduğunu demişdir. O, buna razı olmuşdur. Ümumilikdə Sadiqin ona verdiyi kart hesabına 1990 manat pul göndərmişdir. Həmin göndərdiyi 1990 manat puldan 1490 manatının qəbzini təqdim etmiş, Sadiqə göndərdiyi 500 manat pulun qəbzini tuladığına görə tapa bilmədiyi üçün təqdim edə bilməmişdir. Bundan sonra o, dəfələrlə Sadiqə zəng edib işimi nə vaxt düzələcəyin desədə, Sadiq müxtəlif bəhanələr gətirərək tezliklə düzələcəyin demişdir. O, Sadiqə zəng edib işi düzəlmirsə pulu qaytarmasını desə də Sadiq onun pulunu qaytarmamışdır. Məcbur qalıb Sadiqdən şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş olan ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Sadiq Bakı şəhərində yaşasada nənəsi onların kəndində yaşadığına görə Sadiq arada nənəsinə baş çəkməyə gəlib-gedərkən görüşüb söhbət etmişlər və münasibətləri yaxşı olmuşdur. 2024-cü ilin may ayının ortalarında Sadiqin nənəsi Qəndab vəfat etmiş, Sadiqdə yasa gələrək nənəsinin yasında iştirak etmişdir. Sadiq onunla söhbət edərkən özünü “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Bakı şəhərində yerləşən mərkəzinin nüfuzlu əməkdaşı kimi təqdim etmiş və Yevlax ŞMXna xadimə və digər işlərə adam düzəldə biləcəyin demişdir. O, Sadiqə həyat yoldaşı Könülü Yevlax ŞMX-da xadiməçi kimi işə düzəltməyə köməklik eməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı Könülü Yevlax ŞMX-da xadiməçi kimi işə düzəlmək adı ilə müxtəlif vaxtlarda olmaqla ümumilikdə onların 3000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən; xx.xx.2024-cü il tarixli cinayət işi başlanması və icraata götürmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başalnılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(010)-111/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş 3-16-17/41/2-2439/2025 nömrəli məktubundan məlum olur ki, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(010)-111/2025 saylı hökmü ilə 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə cəzasını çəkib qurtarması ilə bağlı 2 saylı İstintaq Təcridxanasından azad edilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmışdır. Sabunçu rayon İHB-nın Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vəd etdiyi öhdəlikləri yerinə yetirməmiş və zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etməklə və aldatmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Yevlax ŞMX-da həkim köməkcisi kimi və Zərərçəkmiş şəxs1 Yevlax ŞMX-da xadiməçi kimi işə düzəltmək kimi səlahiyyətləri olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən aldığı 1990 manat və 3000 manat pulu heç kimə verməyərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digərcinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təyin olunmuş 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 gün azadlıqdan məhrum etmə cəzası 2 gün azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər tutulmaqla, 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təyin olunmuş 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 10 (on) ay təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə Bakı Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.B.Ağayev küçəsi, 1 nömrəli evini tərk etməmək, Bakı şəhərin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış səs yazmalarını özündə əks etdirən 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddia tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əməli nəticəsində vurulmuş maddi ziyan zərərçəkmiş şəxslərə ödənildiyindən və zərərçəkmiş şəxslər mülki iddiadan imtina etdiklərindən mülki iddia icraatına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 4 (dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 4 (dörd) saat hüquqi yardıma görə 24 (iyirmi dörd) manat, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs göstərdiyi cəmi 2 (iki) saat hüquqi yardıma görə 22 (iyirmi iki) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 46 (qırx altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təyin olunmuş 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 gün azadlıqdan məhrum etmə cəzası 2 gün azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər tutulmaqla, 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təyin olunmuş 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 10 (on) ay təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.B.Ağayev küçəsi, 1 nömrəli evini tərk etməmək, Bakı şəhərin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış səs yazmalarını özündə əks etdirən 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs əməli nəticəsində vurulmuş maddi ziyan zərərçəkmiş şəxslərə ödənildiyindən və zərərçəkmiş şəxslər mülki iddiadan imtina etdiklərindən mülki iddia icraatına xitam verilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 6 (altı) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına cəmi 46 (qırx altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-58/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-58/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver