Məhkəmə qərarları › İş №1(039)-59/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-59/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-59/2021 20.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində otolarinqoloq-həkim vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 29, 178.2.3, 32.4, 312.1 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.2.3, 29, 178.2.3, 32.4, 312.1 və 320.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə o, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirməklə dələduzluq etmiş, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, 4 avqust 1987-ci il tarixdən Yevlax rayon Mərkəzi Xəstəxanasında (2017ci ilin yanvar ayından isə İcbari Tibbi Sığorta üzrə X7 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində) otolarinqoloq-həkim vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə “Eşitmə konduktiv və neyrosensor itirilməsi” diaqnozundan əziyyət çəkməsi ilə əlaqədar barəsində müvafiq əlillik dərəcəsinin təyin olunmasında köməklik göstərilməsi ilə əlaqədar 2018-ci ilin noyabr ayında özünə müraciət etmiş Şahid2 həmin təyinatın aparılması üçün onun tibb müəssisəsində qeydiyyata alınmasını təmin edəcəyini, bunun üçün 500 manat məbləğində pul vəsaitinin özünə verilməli olmasını bildirib, həmin adla həmin ayda Yevlax şəhəri, C.Mustafayev küçəsi 115-də yerləşən Yevlax rayon Mərkəzi xəstəxanasının inzibati binasında Şahid2 500 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edib, həmin binadakı xidməti otağında həmin ay ərzində istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi cinayətdən xəbərsiz olan X2 adına Respublika xxxxsından verilmiş Audiometriya protokolunu skayner qurğusu vasitəsilə kompyüterin yaddaşına köçürüb sənəddə olan yazıları silərək, həmin klinikanın dairəvi möhür əksini sənəd üzərinə yerləşdirib çap qurğusu (printer) vasitəsilə kağız daşıyıcı üzərində əksini çıxardıqdan sonra həmin sənəddə olan boş qrafalara “Şahid2, xx.xx.1988, 22.11.2018, 352078, hər iki tərəfdə ağır dərəcədə (nevrosensal) tipdə eşitmə azlığı mövcuddur” ifadələrini diyircəkli qələmlə yazıb, xxxxnın cinayətdən xəbərsiz olan həkimi Şahid3 adı qarşısında qəsdən fərqli formada imzalayıb əlilliyin qiymətləndirilməsində istifadə etmək məqsədilə qanunsuz olaraq hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq hazırlayıb, 2018-ci ilin noyabr ayında Şahid2 verdikdən sonra 2020-ci ilin mart ayında sonuncunun bacısı Şahid1 Yevlax şəhəri C.Mustafayev küçəsi 115-də yerləşən həmin inzibati binadakı xidməti otağında özünə müraciət edərək Şahid2 həmin diaqnoz üzrə əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsini xahiş etməsi ilə əlaqədar, sonuncuya təyin olunmuş “Eşitmə konduktiv və neyrosensor itirilməsi” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsinə əsas verməsini bilməsinə baxmayaraq, bunu Şahid2 və Şahid1 gizlədib, özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Şahid2 xəstəliyinə uyğun əlillik dərəcəsinin təyin edilməsini müsbət həll etmək imkanına malik olmasını, bunun üçün həmin Agentliyin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 bildirib, onlarla razılaşmaqla sövdələşib, həmin adla 14 may 2020-ci il tarixdə 1.000 manat və 13 iyul 2020-ci il tarixdə 1.000 manat olmaqla, cəmi 2.000 manat məbləğində pul vəsaitini həmin xidməti otağında Şahid1 alıb, şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus cəmi 2.500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə 4.000 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə sonuncu və Şahid1 təhrik etmiş, istifadə etmək məqsədilə hüquq verən rəsmi sənədi saxtalaşdırmaqla hazırlamış, Zümrüd Şahid1 Novruzova ilə birlikdə aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 4.500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 29, 178.2.3. 32.4, 312.1 və 320.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Şahid2 onun xəstəsidir. Zümrüd iki tərəfli eşitmə sinirinin nevriti xəstəliyindən əziyyət çəkir. Belə ki, Şahid2 hər iki qulağında eşitmə problemi vardır. Zümrüd təxminən bir neçə ildir ki, yanına müalicə üçün gəlir. Əvvəllər Zümrüdə bir neçə dəfə müalicə resepti yazmışdır. 2018-ci ilin noyabr ayında Zümrüd onun xidməti otağına gələrək özünə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi təyin etdirmək istədiyini bildirmiş, Zümrüdə bunun üçün xəstəxanada onun adına olan tibbi kartaya Zümrüdün xəstəliyinə dair lazım olan müvafiq məlumatları elə yazmalıdır ki, forma-88 arayışı Tibbi Sosial Ekspertiza Komissiyasında təsdiq olunsun və ona əlillik dərəcəsi təyin olunsun sözlərini demişdir. Eyni zamanda əlillik dərəcəsi təyin olunması üçün onun Mərkəzi Klinik xəstəxanada qeydiyyatda olması lazım olduğunu deyərək X9 xəstəxanasında guya qeydiyyata sala biləcəyini deyib bunun üçün ondan 500 manat pul istəmişdir. Zümrüd də ona həmin pulu vermiş, bundan sonra otağında qalmış xxxxnın sənədinin üzərində saxtakarlıq edərək həmin sənədi Zümrüdün adına dəyişmişdir. Amma həmin sənəddə yazıları hazırda xatırlamadığı həmin vaxt yanında olan xəstəsindən xahiş etmiş, həmin şəxs də həmin yazıları yazmışdır. Amma həmin şəxs o yazıları yazarkən onun məqsədindən və niyyətindən xəbəri olmamışdır. Sənədi Zümrüdün adına dəyişərək yanına çağırıb həmin sənədi ona vermişdir. Bundan bir müddət sonra 2020-ci ilin mart ayında bu dəfə Zümrüdün bacısı Şamayıl Zümrüdə əlillik təyin edilməsi üçün yanına gəlmiş, Şamayıla Zümrüdün tibbi kartasına eşitmə xəstəlliyi ilə əlaqədar məlumatları yazaraq barəsində forma-88 arayışını sistemə daxil etməsi və nəticədə Zümrüdə 3-cü dərəcəli əlillik təyin edilməsi üçün ona 4.000 manat pul verməli olduğunu demişdir. Həmin pulun aidiyyəti şəxslərə çatacağını, belə ki, Bakıda Tibbi Sosial Ekspert Komissiyasında tanışının olduğunu, onun bu işi həll edəcəyini demişdir. Bundan sonra Şamayıl razılaşaraq ondan pulu düzəltmək üçün müəyyən vaxt istəmiş, əvvəlcə ümumi məbləğin 2.000 manatının verilməsi qalan pulu isə yekun komissiya olan vaxtadək ona çatdırılması razılaşdırılmışdır. Bundan sonra, 14 may 2020-ci il tarixdə Şahid1 onun yanına xidməti otağına gələrək 1.000 manat pul vermiş və qalan pulu da müəyyən vaxt ərzində düzəldəcəyini demiş, eyni zamanda ondan işin nə yerdə olduğu ilə maraqlanmışdır. Şamayıla komissiyaların COVİD-19 pandemiyası ilə əlaqədar dayandığını, başlayan kimi ona xəbər edəcəyini demişdir. Bundan sonra, 13 iyul 2020-ci il tarixdə Şamayıl yenə onun xidməti otağına gələrək ona 1.000 manat pulu sayıb vermişdir. Şamayıl qalan 2.000 manatı Zümrüd komissiyadan keçib əlillik alandan sonra verəcəyini demişdir. Lakin Şamayıla gərək Zümrüd sonuncu komissiyadan keçənədək qalan pulu verməsini, yoxsa əlillik təyin edilməyəcəyini demişdir. Bundan sonra Zümrüdün forma 88-nin layihəsini hazırlamış, yəni hansı xəstəlikdən əziyyət çəkməsini qeyd etmişdir. Belə ki, göndərişdə onun eşitmə sinirinin xəstəlikləri, koxlear nevrit diaqnozunu yazmış və ağırlaşma kimi də eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, neyrosensor ağır eşitmə 3-4-cü dərəcə” diaqnozu qoymuş və arxasına həmin diaqnozu təsdiq edən sənədləri əlavə etmişdir. Təxminən avqust ayının axırlarında Şamayıla bacısı Şahid2 xəstəxanaya gətirib komissiyadan keçirməsini demişdir. Zümrüdün həkim məsləhət komissiyasından keçməsi ilə bağlı xəstəxanada müvafiq qeydiyyat aparılmışdır. Həmin komissiyaya xəstəxananın baş həkimi Gülağa müəllim sədrlik edir. Komissiyanın digər üzvləri isə göndərişdə adları qeyd edilmiş şəxslər olmuşdur. Daha sonra Zümrüdün xəstəliyi ilə bağlı müvafiq forma 88 arayışı TSERAS sisteminə həkim məsləhət komissiyasının elektron imzaları vasitəsilə sistemə vurulmuş, lakin göndəriş sistemə vurulsa da, Zümrüdə əlillik dərəcəsinin təyin olunmasından imtina olunmuşdur. Bundan sonra Şamayıl ondan hüquq mühafizə orqanlarına şikayət etmişdir. Sonradan Şamayılın ona pul verdiyi anların görüntüsünü çəkdiyi aydın olmuşdur. Həmin görüntülərdəki şəxs özüdür. Lakin pulu almaq üçün görüntülərdə guya Bakıda komissiyada tanışının olduğunu yaxud da ki, pulun kimlərəsə çatacağını desə də, lakin bu əslində özü tərəfindən uydurmadır. Əslində heç bir əlillik dərəcəsi təyin etmək üçün əlaqəsi, eyni zamanda tanışı yoxdur. Eyni zamanda Şamayıldan aldığı pulu heç kəsə verməmiş, həmin pulu almaqda məqsədi də oğluna 2020-ci ilin mart ayında toy etməsi ilə əlaqədar borclanması olmuşdur. Həmin borclarını qaytarmaq üçün bu yoldan istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Yevlax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsində həkim məsləhət komissiyasına Şahid1 aldığı puldan verməmiş, həkim məsləhət komissiyasının bu işdə hər hansı rolu olmamışdır. Komissiyanın onun əməlindən xəbəri olmamışdır. O, sadəcə Şahid2 həqiqətən də xəstə olduğuna görə ona əlillik dərəcəsi verilməli olduğundan öz vəzifə borcunu yerinə yetirib göndərişi sistemə vurmuşlar. xxxxnın sənədini adına tərtib edildiyi həkim Şahid3 tanımır. Onunla heç vaxt hər hansı bir münasibəti, o cümlədən telefon danışığı da olmamışdır. Sadəcə o sənəd həmin vaxt otağında olmuşdur, həmin sənədi saxtalaşdırmış və Şahid2 adına düzəltmişdir. Əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir və həmin qərarda əlilliyin qiymətləndirilməsi meyarları 3-cü qrup üzrə göstərilmişdir ki, anadan gəlmə lal və kar, eyni zamanda eşitmənin 3 və 4-cü dərəcə pozğunluğunda 3-cü qrup əlillik verilir. Göstərilən diaqnozlardan yalnız neyrosensor itirilmə 3-cü və 4-cü dərəcə eşitmə azlığı yaratdığından həmin diaqnoza görə 3-cü qrup əlillik təyin olunmalıdır. Ona görə həmin diaqnoz əsasında xəstəyə əlillik düşür. Həqiqətən də Şahid2 3-cü dərəcə 4-cü eşitmə azlığı vardır və ona əlillik düşür. Eyni zamanda ona əlillik dərəcəsi təyin edilməsi üçün növbəti dəfə Şahid2 göndəriş əsasında Respublika Klinik Xəstəxanasının Burun Boğaz şöbəsinə göndərmişlər. Orada ekpsertiza olunaraq ona əlillik dərəcəsi təyin olunmasına əsas olan rəy verilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır və vurulmuş 2500 manat ziyanı Şahid1 qaytarmışdır. Təqsirləndirilən şəxs Şakir oğlu törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, bacısı 1988-ci il təvəllüdlü Şahid2 anadangəlmə qulağında eşitmə qüsuru var, belə ki, onun hər iki qulağı zəif eşidir. Dəfələrlə Zümrüdün müalicə olunması üçün həkimlərə müraciət etsələr də, xeyri olmamışdır. Zümrüdün artıq ömürlük şikəst qalmasını, qulaqlarının zəif eşitməsini bildikləri üçün sonuncuya əlillik dərəcəsi təyin edilməsi üçün xəstəxanaya müraciət etmək qərarına gəlmişlər. Bununla bağlı, bacısı Zümrüdlə birlikdə 2018-ci ildə Yevlax Rayon Xəstəxanasına gedərək orada otolarinqoloq-həkim Təqsirləndirilən şəxs müraciət etmişlər. Vasif həkim onları qəbul edərək Zümrüdə əlillik verilməsi üçün müayinə olunması barədə sənədlərin hazırlanmalı olduğunu, ilkin olaraq xxxxdan orada qeydiyyatda olması barədə sənəd lazım olacağını demiş, bacısı Zümrüdün həmin xəstəxanada qeydiyyatda olmadığını və heç vaxt həmin xəstəxanaya müraciət etmədiyini Təqsirləndirilən şəxs bildirdikdə sonuncu burda heç bir problemin olmadığını və 500 manat müqabilində bacısının guya xxxxda qeydiyyatda olması barədə sənəd hazırlaya biləcəyini demişdir. O da razılaşmışdır. 2018-ci ilin noyabr ayında 500 manatı düzəldərək bacısı ilə birlikdə Təqsirləndirilən şəxslə Yevlax rayon mərkəzi xəstəxanasında sonuncunun xidməti otağında görüşmüş, 500 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermişlər. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onları çağıraraq bacısı X6 xəstəxanasında müayinə olunmasına dair sənədin əslini vermişdir. Həmin sənədə görə bacısı Zümrüdə hər iki tərəfin ağır dərəcədə nevrosensal tipdə eşitmə azlığı mövcud olduğu yazılmışdır. Həmin sənədi aldıqdan sonra Təqsirləndirilən şəxs sözlərinin həqiqət olub-olmamasını yoxlamaq qərarına gəlmiş, buna görə özü bacısının şəxsiyyət vəsiqəsini götürüb xxxxya müraciət etmiş, xxxxnın qeydiyyat şöbəsinə yaxınlaşıb orada adını bilmədiyi və tanımadığı bir xanıma yaxınlaşıb Şahid2 Xəstəxanada qeydiyyatdan keçdiyini, lakin sənədi itirdiyini deyərək şəxsiyyət vəsiqəsini verib həmin sənəddən birini də verməsini xahiş etmiş, xxxxda işləyən həmin qadın sistemə baxıb həqiqətən də bacısının orda sistemdə olduğunu görərək həmin sənədin surətini çıxarıb ona təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yalan danışmadığını, həqiqətən iş görə biləcəyini, yəni bacısına əlillik təyin etdirə biləcəyinə inanmışdır. Bundan sonra, xeyli müddət gözləsələr də, Zümrüdün əlillik məsələsi düzəlməmişdir. 2020-ci ilin əvvəllərində bir daha Vasif həkimlə görüşüb məsələnin nə yerdə olduğu barədə danışmışlar. Təqsirləndirilən şəxs ona yalnız X3 verdiyi müayinə sənədi ilə əlillik təyin edilməsi mümkün olmayacağını, bunun üçün gərək Zümrüdün bir neçə komissiyadan keçməli olduğunu, 4.000 manat müqabilində Zümrüdə əlillik təyin edilməsini həll edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs bu işin necə həll olunacağını soruşduqda sonuncu Bakı şəhərində Tibbi Sosial Ekspert Komissiyasında tanışının olduğunu, onlara pul verərək bu işi həll edəcəyini və bacısına 3cü qrup əlillik veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 1-ci və 2-ci qrup əlilliyin verilməsinin mümkün olub-olmayacağını soruşduqda, sonuncu həmin qrup əlillik dərəcəsi 6.000 və 6.500 manata başa gəldiyini, həmin pulun da vəzifəli şəxslərə çatdığını desə də, həmin vəzifəli şəxslərin adlarını konkret olaraq göstərməmişdir. Ona pulun ilkin olaraq 1.000 manatını vermək istədiyini dedikdə Təqsirləndirilən şəxs buna etiraz edərək 1.000 manata ilkin olaraq alınmayacağını demiş, ona 2.000 manatını əvvəlcədən, qalan 2.000 manatını isə Zümrüdə 3-cü qrup əlillik dərəcəsi təyin olunandan sonra verməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə burda komissiyanı gözlətdirə biləcəyini, lakin Bakıdakı komissiyaya bacısına əlillik təyin edilməsi üçün pul bacısının forma 88 göndərişi sistemə vurulmamışdan əvvəl çatmalı olduğunu demişdir. 14.05.2020-ci il tarixdə Yevlax Rayon Xəstəxanasında Təqsirləndirilən şəxs xidməti otağında 1.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu sayıb götürəndən sonra qalan pulu nə vaxt verəcəyi ilə maraqlandıqda yaxın günlərdə qalan pulu da düzəldəcəyini demiş, eyni zamanda pulu verərkən də həmin anı videogörüntüyə almışdır. 07.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tapşırığı ilə bacısı Zümrüdü Bakı şəhərində yerləşən “Audiomed” klinikasına apararaq müayinə etdirmiş və bu barədə sənəd almışdır. 13.07.2020-ci il tarixdə Yevlax Rayon Xəstəxanasına gedib Təqsirləndirilən şəxs xidməti otağında əlavə 1.000 manat pulu da vermişdir. Təqsirləndirilən şəxs yaxın müddətdə Bakıdan komissiya gələndə Zümrüdü komissiyadan keçirməli olduğunu, o zaman qalan 2.000 manatı da mütləq gətirməli olduğunu demiş, Vasifə qalan pulu Zümrüdə əlillik təyin olunandan sonra verəcəyini desə də, Təqsirləndirilən şəxs etiraz edərək qalan 2.000 manat Zümrüd komissiyadan keçəndə mütləq qaydada çatmalı olduğunu demişdir. 2020-ci ilin avqust ayının axırlarında Təqsirləndirilən şəxs xəbər verdikdən sonra Zümrüdü Yevlax rayon xəstəxanasına gətirib komissiyadan keçirtmiş, daha sonra göndəriş sistemə işlənilsə də, bacısı Şahid2 əlillik dərəcəsi təyin olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs hərəkətlərindən şikayət vermişdir. Təqsirləndirilən şəxs ondan aldığı pullardan Bakıda işləyən vəzifəli şəxslərə, eyni zamanda rayon xəstəxanasında yerləşən tibbi həkim komissiyasına da verdiyini desə də, amma pulu konkret kimə verdiyini deməmişdir. Şakir Musayevə vermiş olduğu 2.500 manat ona qaytarılmışdır, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Şahid4 məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilən Yevlax rayon mərkəzi xəstəxanasının publik hüquqi şəxsində baş həkim vəzifəsində işləyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci ilin mart ayından Yevlax rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində işləyir. Vəzifəsi xəstəxananın fəaliyyətinə ümumi rəhbərlik etməkdən ibarətdir. Eyni zamanda xəstəxanada fəaliyyət göstərən həkim məsləhət komissiyasının sədridir. Komissiyanın işi əlilliklə bağlı müraciət etmiş xəstələrin sənədlərini yoxlamaq, xəstəlikləri əlillik dərəcəsi almağa imkan verdiyi halda bu barədə Forma 88-göndəriş tərtib edərək TSERAS sisteminə yükləməkdən ibarətdir. Göndərişi sistemə yükləməmişdən əvvəl İcbari Tibbi Sığorta Agentliyinə sənədləri yoxlamaq üçün göndərirlər. Onlar da sənədlərə baxıb razılıq verdikdən sonra xəstənin adına olan göndəriş sistemə işlənilir. Burda əsas məqsəd saxtakarlığın qarşısını almaqdan ibarətdir. Komissiyanın üzvləri Adilə Məmmədova, Həqiqət Ələkbərova, Teymur Əlləzovdur. Həkim komissiyasının üzvü təyin olunduqdan sonra elektron imza ilə təmin olunmuş, məhz komissiya üzvlərinin adına olan elektron imzalar vasitəsilə xəstənin adına olan Forma 88 TSERAS sisteminə yüklənilir. Göndəriş sistemə yüklədikdən sonra TSEK tərəfindən həmin xəstəyə xəstəliyinə görə əlillik dərəcəsi təyin edilib-edilməməsi məsələsinə baxılır. Təqsirləndirilən şəxs tanıyır. Aralarında düşmənçilik, ədavət və sözsöhbət yoxdur. Onunla aralarında işçi-rəhbər münasibətləri vardır. Şahid2 xəstəxanada qeydiyyatda olan xəstə kimi tanıyır. Belə ki, o, xəstəliyi ilə bağlı Həkim Məsləhət Komissiyasından keçmiş və onda qulağın 3-4-cü dərəcə eşitmə azlığı xəstəliyi müəyyən edilmişdir. Zümrüd xəstəxananın həkimi Təqsirləndirilən şəxs xəstəsidir. Şahid2 olan xəstəliyə görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən əlillik düşür. Ona görə də onun adına tərtib edilmiş forma 88-i xəstəliyinə uyğun olaraq doldurub elektron imzaları vasitəsilə sistemə vurmuşlar. Həmin vaxt komissiyanın üzvü Həqiqət Ələkbərova xəstə olduğundan o komissiyada iştirak etməmişdir. Ona görə də göndərişdə onun adı yoxdur. Şahid1 tanımır. Onunla heç vaxt münasibəti olmamışdır. Ona ünvanlanmış iş materiallarından Yevlax mərkəzi xəstəxanasında həkim işləyən Təqsirləndirilən şəxs Şahid1 bacısı Şahid2 əlillik dərəcəsinə təyin edilməsi üçün səlahiyyətli şəxslərə çatdırmaq adı ilə 4.000 manat pul istəməsi, 2.000 manatını almasını görməmişdir. Şahid2 həqiqətən xəstə olduğuna görə sistemə vurmuşlar. Bunda hər hansı bir maraqları olmamışdır. Həmin xəstənin sənədlərinə baxanda həqiqətən də xəstəliyi əlillik dərəcəsi almağına imkan verdiyini görmüşlər. Eyni zamanda Təqsirləndirilən şəxs buna görə pul istəməmiş və almamış, ümumiyyətlə Təqsirləndirilən şəxs komissiyanın sədri olduğu dövrdə ona kiməsə əlillik dərəcəsi təyin edilməsi barədə xahişi olmamış, eyni zamanda ona bu barədə pul və ya digər maddi nemət təklif etməmiş, eyni zamanda pul verməmişdir. Şahid2 da həqiqətən xəstəliyi olduğuna görə sistemə vurmuşlar. Təqsirləndirilən şəxs qanunsuz əməllərindən məlumatı olmamışdır. Şahid2 məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, anadangəlmə qulağında eşitmə xəstəliyi var. Belə ki, uşaq vaxtından demək olar ki, hər iki qulağı zəif eşidir. Qulağının daha yaxşı eşitməsi üçün aparatdan istifadə edir. Ona görə də hazırki dindirmədə hər hansı həkimin və yaxud mütəxəssisin iştirakına ehtiyacı yoxdur. Qulağı zəif eşitdiyinə görə ona əlillik dərəcəsi təyin edilməsi üçün rəsmi qaydada xəstəxanaya müraciət etmək barədə qərara gəlmişlər. Bununla bağlı, bacısı Şahid1 ilə birlikdə 2018-ci ildə Yevlax Rayon Xəstəxanasına gedərək orada otolarinqoloq-həkim Təqsirləndirilən şəxs müraciət etmişlər. Vasif həkim onları qəbul edərək ona əlillik verilməsi üçün müayinə olunması barədə sənədlərin hazırlanmalı olduğunu, bu işi 500 manata həll edəcəyini bildirmişdir. X10 həkimdən hansı sənədin düzələcəyini soruşduqda sonuncu Mərkəzi Klinik xəstəxanasında müayinə olunmasına dair sənəd düzəldəcəyini demişdir. 2018-ci ilin noyabr ayında 500 manatı düzəldərək Təqsirləndirilən şəxs vermişlər. Bir neçə gün sonra, Təqsirləndirilən şəxs onları çağıraraq xxxx xəstəxanasında müayinə olunmasına dair sənədin əslini vermişdir. Həmin sənədə görə onda hər iki tərəfin ağır dərəcədə nevrosensal tipdə eşitmə azlığı mövcud olduğu yazılmışdır. Lakin əslində heç vaxt X4 getməmiş, orada müayinə olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən sənəddəki həkimi tanımır. Onu heç vaxt görməmişdir. Təqsirləndirilən şəxs sənədi verdikdən sonra, xeyli müddət gözləmişlər, lakin ona əlillik dərəcəsi təyin edilməmişdir. 2020-ci ilin əvvəllərində bir daha Vasif həkimlə görüşüb məsələnin nə yerdə olduğu barədə danışmışlar. Təqsirləndirilən şəxs bacısı Şamayıla yalnız X3 verdiyi müayinə sənədi ilə əlillik təyin edilməsi mümkün olmayacağını, bunun üçün gərək bir neçə komissiyadan keçməli olduğunu, 4.000 manat müqabilində əlillik təyin edilməsini həll edə biləcəyini demişdir. Şamayıl bu işin necə həll olunacağını soruşduqda sonuncu Bakı şəhərində Tibbi Sosial Ekspert Komissiyasında tanışının olduğunu, onlara pul verərək bu işi həll edəcəyini bildirmişdir. Bacısı, Təqsirləndirilən şəxslə razılaşaraq ümumi məbləğin 2.000 manatını əvvəlcədən, qalan 2.000 manatını isə ona əlillik təyin olunanda veriləcəyini demişdir. 14.05.2020-ci il tarixdə bacısı Şamayıl Yevlax Rayon Xəstəxanasına gedərək Təqsirləndirilən şəxs xidməti otağında 1.000 manat pulu vermişdir. 07.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tapşırığı ilə bacısı Şamayılla birlikdə Bakı şəhərində yerləşən “Audiomed” klinikasına gedərək müayinə olunmuş və bu barədə sənəd almışdır. 13.07.2020-ci il tarixdə bacısı Şamayıl Yevlax rayon xəstəxanasına gedib Təqsirləndirilən şəxs xidməti otağında əlavə 1.000 manat pulu da vermişdir. Təqsirləndirilən şəxs bacısına yaxın müddətdə Bakıdan komissiya gələndə komissiyadan keçməli olduğunu, o zaman qalan 2.000 manatı da mütləq gətirməli olduqlarını demişdir. 2020-ci ilin avqust ayının axırlarında Təqsirləndirilən şəxs xəbər verdikdən sonra Yevlax rayon xəstəxanasında komissiyadan keçsə də, lakin ona əlillik təyin olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxnın” Şahid2 adına olan 22.11.2018-ci il tarixli audiometriya protokolunun surətindən görünür ki, həmin protokolda əlyazma ilə “22/11/2018, Şahid2, xx.xx.1988, 352078, Dr.Məmmədova.H. 81 76 66 66, hər 2 tərəfdə ağır dərəcədə (nevrosensal) tipdə eşitmə azlığı mövcuddur” sözləri yazılmış və imza yerindən imzalanmışdır. (iş vər.20); xxxxnın 26.01.2021-ci il tarixli, 37304 saylı məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Şahid2 “xxxx” MMC-yə müraciət etməmişdir. 352078XQN 14.02.2006-cı il təvəllüdlü X5 məxsusdur. Həmin şəxs sonuncu dəfə xxxxda 17.11.2014-cü ildə burunboğaz müayinəsində olmuşdur.(iş vər.104); sənədlərin tibbi ekspertizasının 27 yanvar 2021-ci il tarixli, 5/960 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “xxxx”-nın Şahid2 adına 22.11.2018-ci il tarixli Audiometriya protokolunun surətinin aşağı sol tərəfində olan möhür əksi axınlı printerdə çap edilmişdir. Həmin protokolun surətinin aşağı sol tərəfində olan möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 61,52 manatdır. (iş vər. 111-113); məhkəmə-xətşünaslıq ekspertizasının 18.01.2021-ci il tarixli, 4/1168 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 22.11.2018-ci il tarixli audiometriya protokolunun kserosurətindəki “22/11/2018, Şahid2, xx.xx.1988, 352078, Dr.Məmmədova. H. 81 76 66 66, hər 2 tərəfdə ağır dərəcədə (nevrosensal) tipdə eşitmə azlığı mövcuddur” yazıları və “imza” qrafasında əks olunmuş imza- Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 22.11.2018-ci il tarixli audiometriya protokolunun kserosurətindəki “22/11/2018, Şahid2, xx.xx.1988, 352078, Dr.Məmmədova.H. 81 76 66 66, hər 2 tərəfdə ağır dərəcədə (nevrosensal) tipdə eşitmə azlığı mövcuddur” yazılar – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 22.11.2018-ci il tarixli audiometriya protokolunun kserosurətindəki “imza” qrafasındakı imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzanın oxşadılmaqla icra olunması səbəblərindən həmin imzanın Təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır (iş vər. 115-118); məhkəmə-tibbi ekspertizasının 18.02.2021-ci il tarixli, 224/KEŞ saylı rəyindən görünür ki, Şahid2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “Eşitmə sinirinin xəstəlikləri. İki tərəfli koxlear nevrit”; Ağırlaşma: “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Neyrosensor ağır eşitmə 3-4 dərəcə” kimi xəstəliklərinin olduğu qeyd edilmişdir. Bu xəstəliklər uzun sürən xroniki xəstəliklərə aiddirlər. Şahid2 təyin edilmiş diaqnoz aparılmış instrumental və obyektiv müayinələr əsasında öz təsdiqini tapmışdır. (iş vər. 160-163); maddi sübut kimi tanınma haqqında 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Şəmayıl Novruzova tərəfindən Təqsirləndirilən şəxs pulun verilməsini əks etdirən videogörüntülərin olduğu iki ədəd CD disk, “Mərkəzi Kilinikanın” Şahid2 adına 22.11.2018-ci il tarixli Audiometriya protokolunun surəti və “xxxx” MMC-dən daxil olmuş CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vər. 183-184); qətimkan tədbirinin seçilməsi haqqında 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 211- 212); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 30.01.2021-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. ( iş vər. 106); Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər. 158). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübutlar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilsə də, həm ibtidai araşdırma, həm də məhkəmə araşdırmasının gedişatında müəyyən olunaraq öz təsdiqini tapmış hallara münasibətdə Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə yanaşı, həmçinin Cinayət Məcəlləsinin 29,178.2.3-cü maddəsi üzrə tövsif edilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11.06.2015-ci il tarixli qərarının 33-cü bəndində qeyd edilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Həm ibtidai istintaq orqanı tərəfindən, həm də məhkəmə istintaqında (təqsirləndirilən şəxsin ifadəsi və şahid ifadələri ilə) müəyyən edilmişdir ki, Şakir Musayevin niyyəti 4.500 manat pul vəsaitini ələ keçirmək olsa da, o, istədiyi miqdarda deyil bundan az, yəni 2.500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Göründüyü kimi Şakir Musayev dələduzluq yolu ilə 4.500 manat məbləğində (xeyli və külli miqdara aid olmayan) pul vəsaitini ələ keçirmək istəsə də, həmin məbləğdən az miqdarda yəni 2.500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi üçün onun əməli Ali Məhkəmənin müvafiq Plenum qərarının tələblərinə əsasən başa çatmış cinayət kimi Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tövsif olunmalı, əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan əlavə olaraq 4.500 manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etməyə görə Cinayət Məcəlləsinin 29, 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 32.4, 312.1 və 320.1-ci maddələrinə tövsif edilməli və CM-nin 29,178.2.3-cü maddəsi ittihamdan xaric edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayətin törədildiyi gündən 02(iki) il müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini 2018-ci ilin noyabr ayında törətmişdir və həmin əməlin törədildiyi zamandan 02 ildən çox vaxt keçdiyinə görə onun barəsində CM-nin 320.1-ci maddəsi ilə CM-in 75.1.1-ci maddəsinin tələblərinə əsasən cinayə məsuliyyətinə cəlb etmə müddəti keçməsi əsası ilə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vurulmuş ziyanı könüllü olaraq ödəməsini nəzərə alır və Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu, şəxsiyyəti nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddətinin və əlavə cəzanın əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, maddi sübutun cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 01 (bir) il müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi əsası ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilsin. Sınaq müddətinin və əlavə cəzanın əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Maddi sübut- Şəmayıl Novruzova tərəfindən Təqsirləndirilən şəxs pulun verilməsini əks etdirən videogörüntülərin olduğu iki ədəd CD disk, “Mərkəzi Kilinikanın” Şahid2 adına 22.11.2018-ci il tarixli Audiometriya protokolunun surəti və “xxxx” MMC-dən daxil olmuş CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 171 (bir yüz yetmiş bir) manat 52(əlli iki) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 24 (iyirmi dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 144 (bir yüz qırx dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar