Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-59/2023 22.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Yevlax şəhərində doğullmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,280 qram narkotik vasitə olan heroini istintaqla müəyyən olunmayan şəraitdə, vaxtda və mənbədən əldə edib üzərində saxlamış, 19 sentyabr 2022-ci il tarixdə saat 15:50-də Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax stansiyası XPŞ-nin əməkdaşları tərəfindən Yevlax şəhəri Dəmir yol Stansiyasının ərazisində saxlanılaraq Yevlax stansiyası XPŞ-yə gətirilib üzərində həmin günü saat 16:30-dan saat 16:38-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,280 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,578 qram narkotik vasitə olan heroini istintaqla müəyyən olunmayan şəraitdə, vaxtda və mənbədən əldə edib üzərində saxlamış, 01 noyabr 2022-ci il tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri, Salatın Əsgərova küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin günü saat 13:50-dən saat 14:10-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd qırmızı-gümüşü rəngli kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,578 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, təxminən 2-3 ildir narkotik vasitə olan heroin qəbul edir. Şəhərin müxtəlif yerlərindən dəmir yığıb dəmir qəbulu məntəqələrinə təhvil verərək pul qazanır. 19 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Yevlax şəhəri Dəmir yol stansiyasının ərazisində dəmir parçaları axtaran zaman dəmir yolu xətlərinin yanında bükülü tapmışdır. Həmin bükülünü açıb içinə baxdıqda içində narkotik vasitə olan heroin olduğunu görüb sonra istifadə etmək məqsədi ilə bükülünü cibinə qoymuşdur. Bundan bir neçə saat sonra həmin ərazidə olarkən iki nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, sonra isə onun üzərində narkotik vasitə olmasından şübhəli olduğunu bildirməklə onu Yevlax stansiyası XPŞ-nin inzibati binasına dəvət etmişlər. Şöbənin inzibati binasında ona müdafiəçi təqdim olunmuş və bildirilmişdir ki, video çəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəkdir. Buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən tapdığı 01 ədəd bükülü aşkar edilmişdir. Bükülünün içinə baxış keçirilmişdir. Polis əməkdaşlarını sualına cavab olaraq etiraf etmişdir ki, bükülünün içindəki heroindir, öz istifadəsi üçün üstündə saxlamışdır. Cinayət işi başlanılmış və barəsində polisin nəzarəti altında saxlama qətimkan tədbiri seçilmişdir. Bundan sonra 01 noyabr 2022-ci il tarixdə Yevlax şəhəri, Qasım bəy Zakir küçəsi ilə piyada gedərkən yolun kənarında qırmızı rəngli bükülü tapmışdır. Bükülünün içinə baxdıqda heroin olduğunu anlamışdır. Heroini sonra istifadə etmək üçün bükülünü cibinə qoymuşdur. Həmin gün günorta saatlarında Yevlax şəhəri, Salatın Əsgərova küçəsi ilə piyada gedərkən iki polis əməkdaşı ona yaxınlaşaraq onu saxlamış və üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bildirməklə onu Yevlax RPŞ-nin inzibati binasına dəvət etmişlər. Buna etiraz etməmiş və onlarla birlikdə oraya getmişdir. Polis şöbəsində ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində axtarış aparılmışdır. Axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən tapdığı bükülü aşkar edilmişdir. Bükülünün içində olan kütlənin nə olması ilə bağlı polis əməkdaşının sualına cavab olaraq etiraf etmişdir ki, heroindir, bükülünü yerdən tapmış və heroini sonra istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək ona həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid3 bildirmişdir ki, Yevlax stansiyası X3 əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 sentyabr 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında şöbənin rəhbərliyi tərəfindən yaradılmış əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Yevlax Dəmir Yolu stansiyasının yanında olmasını müəyyən edərək onu həmin yerdə saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edərək saxlanılmasının səbəbini izah etmiş və onu Yevlax stansiyası XPŞ-nin inzibati binasına dəvət etmişlər. Şöbədə ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində axtarış aparılmışdır. Bu zaman onun əynindəki şalvarının cibindən bükülü aşkar edilmişdir. Bükülünün içində isə narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir. Dəmir yolu xətləri üzərindən tapmış və özü istifadəsi üçün saxlamışdır. Şahid1 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsi CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 noyabr 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi əməliyyat məlumatı daxil olmuş və bunun əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Salatın Əsgərova küçəsində olduğu müəyyən edilmiş və əməliyyat qrupunun digər üzvü, polis əməkdaşı Şahid2 ilə birlikdə oraya getmişlər. Günorta saatlarında Təqsirləndirilən şəxs həmin küçədə saxlanılmış və Yevlax Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına getmişdir. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd qırmızı-gümüşü rəngli kağız bükülü aşkar edilmişdir. Bükülünün içində isə kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindır, həmin gün Yevlax şəhəri, Qasım bəy Zakir küçəsində yerdən tapdığını tapmış və öz istifadəsi üçün saxlamışdır. Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində 19 sentyabr 2022-ci il tarixdə və 01 noyabr 2022-ci il tarixdə aparılmış şəxsi axtarışı özündə əks etdirən video yazılara baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində bükülülərin aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 20 sentyabr 2022-ci il tarixli 17/733 aylı ekspert rəyində qeyd olunur ki, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,280 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı).Qalıq 0,230. (səh. 113) Məhkəmə Ekspertizası Mərkəzinin X1 01 noyabr 2022-ci il tarixli 17/817 aylı ekspert rəyində qeyd olunur ki, “.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” ...” sözləri və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd qırmızı –gümüşü rəngli bükümdə, təmiz çəkisi - 0,578 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı).Qalıq 0,528. (səh. 42) Məhkəmə Ekspertizası Mərkəzinin X1 09 dekabr 2022-ci il tarixli 17/873 aylı ekspert rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin ilə digər 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qırmızı-gümüşü rəngli bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Qalıq müvafiq olaraq 0,180 qram və 0,478 qram (səh. 196 - 197) Məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 63 saylı rəyində qeyd olunur ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (səh. 228) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, eləcə də törətdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama ilə bağlı barəsində istintaq hərəkətləri aparıldığı dövrdə onun tərəfindən yenidən eyni hərəkətlər edilməsi nəzərə alınmalıdır. Bu səbəbdən ona qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi onun islah olunmasına kifayət etməyəcək. Buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barədə seçilmiş qətimkan tədbiri dəyişdirilməklə barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbs edilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli həbsə alındığı vaxtdan hesablanmalıdır. İstintaq dövründə şübhəli şəxs kimi saxlanıldığı müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan 0,180 qram miqdarında narkotik vasitə olan heroin və 0,478 qram miqdarında narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 5 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İstintaq müddətində şübhəli şəxs kimi saxlanıldığı 4 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 22 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X2 saxlanılan 0,180 qram miqdarında narkotik vasitə olan heroin və 0,478 qram miqdarında narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 246 (iki yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-59/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-59/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver