Məhkəmə qərarları › İş №1(039)-59/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-59/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-59/2024 23.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, F.Kərimov küçəsi ev 134-də qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olaraq 17 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Yevlax şəhəri F.Kərimov küçəsi 134 saylı evdə faktiki olaraq ər-arvad münasibətlərində yaşadığı, aralarındakı yaş fərqi iki ildən çox olan xx.xx.2007-ci il təvəllüdlü olmaqla həmin vaxtı on dörd yaşına çatmış lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olaraq onun qızlıq pərdəsinin tamlığını pozmuş, bundan sonra o, Zərərçəkmiş şəxs ilə istintaqla müəyyən edilməyən ayrı-ayrı tarixlərdə cinsi əlaqədə olmaqla sonuncu dəfə 2023-cü ilin mart ayının axırlarında istintaqla müəyyən edilməyən gündə Yevlax şəhəri F.Kərimov küçəsi 134 saylı evdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olaraq on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hazırki Zərərçəkmiş şəxs anası ilə onun atası xalauşaqları olmaqla qohumdurlar. Ondan yaşda kiçik olan Zərərçəkmiş şəxs ilə bir-birlərini istədikləri üçün valdeynlərinin razılığına əsasən 13 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs evlərinə gətirmiş, 17 oktyabr 2022-ci il tarixdə el adəti ilə yaşadıqları evin həyətində toyları olmuş və həmin gündən başlayaraq Yevlax şəhərində yaşadıqları evdə könüllü olaraq Mələklə cinsi əlaqədə olmuşdur. O, Mələklə cinsi əlaqədə olarkən ona heç bir zor tətbiq etməmişdir. 2023-cü ilin mart ayının sonlarında yadında qalmayan tarixədək Mələklə yaşadıqları evdə cinsi əlaqədə olmuş və Mələk həmin vaxt hamilə olduğunu dediyi üçün onunla cinsi əlaqədə olmağı dayandırmışdır. Mələk hamilə qaldıqdan sonra onu müayinə etdirmək üçün valideynləri Bakı şəhərində yerləşən xəstəxanaya aparmışlar, xəstəxanada həkimlər Mələyin və uşağın sağlam olduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixdə Mələk hamiləliyi ilə əlaqədar Bərdə ŞMX-na müraciət etmiş və bir qızı doğulmuşdur. Bir müddət sonra aralarında soyuqluq yaranmış və Mələk öz atasının evinə qayıtmışdır. Bundan sonra bir müddət təxminən 4 aya yaxın köçüb Mələk ilə birlikdə qaynatasının evində yaşamış, lakin sonradan hər iki tərəfin valideynləri arasında dava-dalaş olmuş və o, da təkcə öz evinə qayıtmışdır. Hazırda faktiki olaraq bir yerdə yaşamasalar da o, ailəsini bərpa etmək arzusundadır. Əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, qohumları Təqsirləndirilən şəxs ilə bir-birlərini istədikləri üçün valdeynlərinin razılığı ilə Nicatla 17 oktyabr 2022-ci il tarixdə el adəti ilə Nicatın yaşadığı Yevlax şəhəri F.Kərimov küçəsi 134 saylı evin həyətində onların toyları olmuş və həmin gündən başlayaraq yaşadıqları evdə könüllü olaraq Nicatla cinsi əlaqədə olmuşdur. Nicat onunla cinsi əlaqədə olarkən ona heç bir zor tətbiq etməmişdir. 2023-cü ilin mart ayının sonlarında yadıda qalmayan tarixədək Nicatla yaşadıqları evdə cinsi əlaqədə olmuş və o, həmin vaxt hamilə olduğunu bildiyi üçün Nicatla cinsi əlqədə olmağı dayandırmışdır. O, hamilə olduğundan onu müayinə etdirmək üçün Nicatın valideynləri Bakı şəhərində yerləşən xəstəxanaya aparmışlar, xəstəxanada həkimlər onu müainə edərkən uşağın sağlam olduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixdə o, hamiləliyi ilə əlaqədar Bərdə ŞMX-na müraciət etmiş və bir qız uşağı dünyaya gətirmişdir. Nicatla aralarında soyuqluq vardır, o uşaq doğulmamışdan öncə Nicatdan ayrılaraq atası evinə qayıtmış və hazırda övladı ilə birgə orada yaşayır və ailəsini bərpa etmək fikri yoxdur. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs ilə hazırda bu cinayət əməli ilə bağlı barışmış ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Onun Bərdə şəhərində yaşayan qohumları – dayısının qızı Gülər Vəliyevanın övladı Zərərçəkmiş şəxs ilə oğlu Nicatı gələcəkdə evləndirmək məqsədilə Mələyin valideynlərinin razılığına əsasən sonuncunu evlərinə gətirmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı Yevlax şəhəri F.Kərimov küçəsi 134 saylı evin həyətində el adəti ilə Nicatla Mələyin toyların etmiş və həmin gecədən başlayaran Nicat evdə Mələklə ər-arvad kimi yaşayaraq cinsi əlaqədə olmuşdur. Sonradan Mələk hamilə qalmış və xx.xx.2023-cü il tarixdə Mələk hamiləliyi ilə əlaqədar Bərdə ŞMX-na müraciət etmiş və bir qız dünyaya gətirmişdir. Hazırda nəvəsi sağlamdır. Nicatla Mələkin aralarında soyuqluq olsada hazırda barışmışlar, lakin ailə olaraq bir yerdə yaşamırlar, gəlini ilə oğlunun ailəsini bərpa etmək istəsələr də, qız tərəfinin razılığı olmadığı üçün bu baş tutmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Mələk Etibar qızının onun gəlini, Təqsirləndirilən şəxs isə onun oğlu olduğunu bildirərək, Şahid ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X7 onun doğma qızıdır. Mələyi qohumları – bibisi qızı Gülnar və X3 ailə qurmaq məqsədilə istədiyi üçün Nicatın anası Gülnarın razılığına əsasən Mələyi evlərinə aparmış və xx.xx.2022-ci il tarixdə Nicatın yaşadığı Yevlax şəhəri F.Kərimov küçəsi 134 saylı evin həyətində Nicatla Mələyin toyları olmuş və həmin gecədən başlayaraq Nicat ilə Mələk ər arvad kimi cinsi yaşamışlar. Sonradan Mələk hamilə qalmış və xx.xx.2023-cü il tarixdə Mələk hamiləliyi ilə əlaqədar Bərdə ŞMX-na müraciət etmiş və bir qız övladını dünyaya gətirmişdir. Hazırda nəvəsi sağlamdır. Hazırda qızı Mələk Nicatla bu cinayət əməlinə görə barışsalarda bir ailə kimi bir yaşamırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 642 nömrəli rəyindən görünür ki, 2007-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs bədənində onun travma alınmasını göstərən obyektiv məhkəmə-tibbi əlamətlər (qançır sıyrıq, şişkinli və s.) aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən (14 gündən) çoxdur. (iş vər.20); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(iş vər.21); Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Qanuni nümayəndə zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır.(iş vər.24); AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci ildə anadan olmuşdur. (iş vər.32); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.77); Zərərçəkmiş şəxs xx.xx.2007-ci ildə doğulmuş həddi-quluğa çatmış Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X6 və Qanuni nümayəndə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi deyilik və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Bundun əlavə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs ailə qursalar belə onların münasibətlərinin kəskinləşməsi səbbəbindən ayrı yaşamaları, həmçinin məhkəmə zalında tərəflərin biri-birilərinə qarşı aqresiv olmaları da oların barışmalarının əvvəlki qohumluq münasibətləri baxımından formal xarakter daşımasını ehtiva edir. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (səmimi peşmançılığı) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 may 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar