Məhkəmə qərarları › İş №1(039)-59/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-59/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-59/2025 04.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxx 1994-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax şəhəri X10 küçəsi ev 4, mənzil 11-də qeydiyyatda olan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(039)-22/2025 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, hazırkı iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(039)-5/2025 saylı qərarı ilə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,907 qram psixotrop maddə olan metamfetamini əldə etməklə əynində olan qara rəngli şalvarın sol yan cibində qanunsuz olaraq saxlamış, 15 yanvar 2025-ci il tarixdə saat 20:31 radələrində Yevlax st.xətt polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax dəmir yol stansiyasının ərazisində saxlanılmış, orada saat 20:31-dən 20:38-ə qədər olan müddətdə və videoçəkilişlə üstünün yoxlanılması zamanı onun əynində olan qara rəngli şalvarın sol yan cibində olan 01 ədəd bükülünün içərisindən qəsdən təkrarən satış məqsədi olmadan əldə edib saxladığı xeyli miqdarda təmiz çəkisi 0,907 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 15 yanvar 2025-ci il tarixdə axşam saatlarında Yevlax dəmir yol stansiyasının yaxınlığında olan zaman yolun kənarında sellofan büküm görmüş, bükümü açıb içərisinə baxdıqda içərisində metamfetamin olduğunu görmüş və özü istifadə etməsi üçün bükümü cibinə qoymuşdur. Həmin gün saat təxminən 20:30 radələrində Yevlax dəmir yol stansiyasından keçərkən polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində yoxlama aparılmalı olduğunu bildirmişlər. O da buna etiraz etməmiş, üzərinə videoçəkilişlə yoxlama keçirilmiş, yoxlama zamanı əynində olan qara rəngli şalvarın sol yan cibində olan bükümün içərisindən metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixoloji təsir olmamışdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin NBPİ-nin DYNPİ-nin Yevlax st. xətt polis şöbəsinin rəis müavini vəzifəsində işləyir. 15 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla rəhbərliyə məruzə edilmiş, zəruri sənədləşmə işləri aparılmış və tədbirin keçirilməsi ilə əlaqədar Yevlax dəmir yol vağzalının yaxınlığında Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla tərəflərindən saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində baxış keçiriləcəyi izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməmiş və videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən selofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. İlkin dindirmə zamanı Təqsirləndirilən şəxs həmin maddədən özü istifadə etmək üçün saxladığını etiraf etmişdir. Bundan sonra həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüş və Təqsirləndirilən şəxs Yevlax st. xətt polis şöbəsinə gətirilərək, təhqiqatçıya təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax st. xətt polis şöbəsinin PPXM-nin manqa komandiri vəzifəsində işləyir. 15 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində keçiriləcək əməliyyat tədbirində o da iştirak etmişdir. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bükülü vəziyyətdə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs Yevlax st. xətt polis şöbəsinə gətirərək, təhqiqatçıya təqdim etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 17/43 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan metamfetaminə oxşar kütlə olan 1 ədəd bükülü» yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,907 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (tədqiqata sərf edildi 0,050 qr, qalıq 0,857qr.). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-narkoloji ekspertizasının 13 mart 2025-ci il tarixli, 402 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İşdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərfindən xx.xx.2025-ci il tarixdə icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 1(039)- 22/2025 nömrəli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 avqust 2024-cü il saat 01:30 radələrindən 13 avqust 2024-cü il saat 19:40 radələrinədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır və cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Yevlax st. XPŞ-nin İQ-nun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(039)-5/2025 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs X3 barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 yanvar 2025-ci ildən hesablanmışdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadın məburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,857 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə dövrü üçün göstərilən 6 (altı) saat hüquqi yardıma görə (xx.xx.2025xx.xx.2025-ci il tarixədək iki saat üçün 12 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixədək dörd saat üçün 44 manat hesablanmaqla) cəmi 56 (əlli altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(039)-22/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə 12 avqust 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,857 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə dövrü üçün göstərilən 6 (altı) saat hüquqi yardıma görə (xx.xx.2025xx.xx.2025-ci il tarixədək iki saat üçün 12 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixədək dörd saat üçün 44 manat hesablanmaqla) cəmi 56 (əlli altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəkil Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim :Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar