Məhkəmə qərarları › İş №1(039)-6/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-6/2020

28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-6/2020 28.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X10 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4, Zərərçəkmiş şəxs ƏƏSMN-nin DSMF-nin Yevlax rayon Şöbəsinin nümayəndəsi X12 iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Ş.Qurbanov küçəsi, ev 58-də qeydiyyatda olan və yaşayan -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmiş və eyni üsulla özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə qaynatası X6 xx xxxxxxx 2016-cı il tarixdə ölməsi barədə Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında Dövlət X28 Yevlax şəhər şöbəsinə məlumat verməyib sonuncuya xx xxxx 1990-cı il tarixdə təyin edilmiş əmək pensiyasının ödənişlərinin həyata keçirilməsi üçün əvvəlki plastik kartın müddətinin bitməsi ilə əlaqədar xx xxxx 2014-cü il tarixdə təqdim edilmiş **********513784 nömrəli əmək pensiyası plastik kartını özündə saxlamaqla onun adına 2016-cı ilin noyabr ayından 2017-ci ilin fevral ayınadək aylıq 216,96 manat olmaqla, cəmi 650,88 manat, 2017-ci ilin fevral ayında 243,48 manat, 2017-ci ilin mart ayından iyul ayınadək aylıq 230,22 manat olmaqla, cəmi 920,88 manat, ümumilikdə isə 1815, 24 (bir min səkkiz yüz on beş manat iyirmi dörd qəpik) manat pul vəsaitini “xxxxxxxxxxxx” ASC-nin Yevlax şəhəri ərazisində yerləşən bankomatlarından xx.xx.2016, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə nağdlaşdırmaqla götürərək, eyni niyyətlə cinayət əməlini davam etdirərək ölmüş şəxs Müslüm Qələndərovun adına olan **********127905 nömrəli əmək pensiyası plastik kartının istifadə müddəti bitdikdən sonra kartı əvəzləmək üçün guya Müslüm Qələndərov tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından plastik kartı alma hüququnun ona verilməsi barədə Bakı şəhərində fəaliyyət göstərən xüsusi notarius X17 tərəfindəntəsdiq edilməsi görüntüsü yaradan Şahid4 tərəfindən saxtalaşdırılmaqla qanunsuz hazırlanmış xx xxxx 2017-ci il tarixli, 7E- 03-4988 reyestr nömrəli etibarnaməni - yəni hüquq verən rəsmi sənədi cinayətdən xəbərsiz olan tanışı Şahid5 əldə edərək saxta olduğunu bilə-bilə istifadə etməklə, yəni xx xxxx 2017-ci il tarixdə Yevlax şəhəri Heydər Əliyev prospekti 20 ünvanında yerləşən “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialına təqdim edib **********899207 nömrəli plastik pensiya kartı əldə edib həmin karta 2017-ci ilin iyul ayından noyabr ayınadək köçürülmüş aylıq 230,22 manat olmaqla, cəmi 920,88 (doqquz yüz iyirmi manat səksən səkkiz qəpik) manat pul vəsaitini “xxxxxxxxxxxx” ASC-nin Yevlax rayonu ərazisində yerləşən bankomatlarından xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə nağdlaşdırmaqla götürüb şəxsi ehtiyaclarına xərcləməklə Əmək və X20 Nazirliyi yanında Dövlət X28 Yevlax şəhər şöbəsinə məxsus ümumilikdə 2.736,12 (iki min yeddi yüz otuz altı manat on iki qəpik) manat pul vəsaitini vahid qəsdlə ələ keçirib dələduzluq etmiş və həmin plastik kartın hesabı “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialı tərəfindən aparılan araşdırma ilə əlaqədar 2017-ci ilin noyabr ayında bloklaşdırıldığı üçün sonuncu dəfə kart hesabından pul vəsaitinin 2017-ci ilin oktyabr ayında məxaric edilməsi nəzərə alınmaqla 2017-ci ilin noyabr ayından kartın istifadə müddətinə uyğun olaraq, yəni 2020-ci ilin iyul ayınadək aylıq 230,22 manat olmaqla 32 ay üzrə, cəmi 7367,04 (yeddi min üç yüz altımış yeddi manat dörd qəpik) manat pul vəsaitini öz iradəsindən asılı olmayan səbəblərdən əldə edə bilməyib Əmək və X20 Nazirliyi yanında Dövlət X28 Yevlax şəhər şöbəsinin 10.103,12 (on min bir yüz üç manat on iki qəpik) manat vəsaitini, yəni özgənin xeyli miqdarda əmlakını vahid qəsdlə aldatma və etibardan sui-sitifadə etmə yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki,mərhum X14 onun qaynatası olmuşdur. Belə ki, o, X3 Qələndərovla 1987-ci ildə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan mərhum qaynatası Müslüm və mərhum qaynanası Xədicə ilə birlikdə hazırda yaşadığı evə gəlin köçüb həmin şəxslərlə birlikdə yaşamağa başlamışdir. 2001-ci ildə qaynanası, 2016-cı il tarixdə isə qaynatası vəfat etmiş və onların hər ikisi Yevlax şəhərində yerləşən “Dəvəçi” qəbirstanlığında dəfn edilmişlər. Qaynatası Müslüm 1990-cı ildən əmək pensiyasına çıxmış və həmin tarixdən təqaüd almış, 2015-ci ilin ortalarından qaynatasının ürəyində problemlər yarandığından sonuncu özü pensiya plastik kartını ona verib həmin kartdan pul məxaric etməklə dərmanlarını almasını, eləcə də evə tədarük etməsini xahiş etmişdir. Bu səbəbdən 2015-ci ilin ortalarından Müslüm Qələndərovun pensiya pulunu plastik pensiya kartı vasitəsilə o almağa başlamışdır. 2016-cı ilin oktyabr ayının 29-da Müslüm Qələndərov ürək çatmazlığından vəfat etdikdən sonra, həyəcanlı olduğundan bununla bağlı heç bir dövlət orqanına məlumat verməmiş, sonradan isə qaynatasının adına verilmiş plastik pensiya kartını, həmin kartın istifadə müddəti bitənədək istifadə etməklə istifadə müddəti bitdikdən sonra, qaynatasının ölümü barədə rayon mərkəzi xəstəxanasına, eləcə də qeydiyyat şöbəsinə məlumat vermək qərarına gəlmişdir. Bununla belə 2017-ci ilin iyun ayında kartın istifadə müddəti bitdikdən sonra “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialına müraciət edərək Müslüm Qələndərovun adına olan yeni kartı götürmək istəmiş, lakin, filialda kartı götürmək üçün ya kart sahibi özü, ya da onun etibarnaməli nümayəndəsinin filiala müraciət etməli olduğunu ona izah etmişlər. Bu səbəbdən o, yaşadığı küçəyə nəzarət edən Yevlax şəhər İcra Hakimiyyətinin Evlər Komitəsinin 63 saylı küçə müvvəkili olan Şahid3 arvadı Şahid5 müraciət edərək qaynatası Müslüm Qələndərovun ağır xəstə olduğunu bildirib və sonuncu adına olan pensiya plastik kartını “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından götürmək üçün qaynatasının adından onun adına etibarnamə düzəltmək istədiyini bildirib ona köməklik etməsini xahiş etmişdir. Mehriban isə həmin etibarnaməni 30 manat müqabilində düzəldə biləcəyini demiş və o, sonuncu ilə razılaşaraq 30 manat pulu və etibarnamənin düzəldilməsi üçün qaynatasının və özünün şəxsiyyət vəsiqələrinin surətini Şahid5 vermişdir. 2017-ci ilin iyul ayının 14-də Mehribanla görüşərək qaynatasının adından tərtib edilmiş etibarnaməni almış və həmin gün yəni 2017-ci ilin iyul ayının 14-də isə həmin etibarnamədən istifadə etməklə qaynatasının adına olan yeni pensiya plastik kartını “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından təhvil götürüb 2017-ci ilin iyul ayı daxil olmaqla həmin ilin noyabr ayınadək istifadə etməklə həmin kartdan müxtəlif məbləğlərdə pul məxaric etmişdir. Sonuncu dəfə həmin kartdan 2017-ci ilin oktyabr ayında pul məxaric etmiş və məxaric etdiyi pulların hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. 2017ci ilin noyabr ayında isə karta pulun yüklənməsi dayanması səbəbindən banka müraciət etmiş və ona izah etmişlər ki, “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialında çoxlu sayda saxta etibarnamə aşkar olunmuş və bu barədə bankın rəhbərliyi məlumatlandırılaraq filialda yoxlamalar təyin edilmişdir. Bundan başqa ona saxta etibarnamələr əsasında alınmış kartlar barədə hüquq mühafizə orqanlarına məlumat verilməsi və yalnız istintaqın yekunundan sonra qanunauyğun şəkildə pensiya almaq hüququ olan şəxsin kartlarının blokdan çıxarılacağı və şəxslərin sərbəst şəkildə kartdan istifadə edə biləcəkləri bildirilmişdir. Bu məlumatlardan narahat olduğu üçün xx xxxxxx 2017-ci il tarixdə yaşadığı küçənin müvəkkili olan Şahid3 müraciət edərək qaynatası Müslüm Qələndərovun xx xxxxxxxx 2017-ci il tarixdə vafat etməsi barədə məlumat verib X29un adına arayış verilməsini xahiş etmişdir. Şahid3 onun sözləri əsasında arayış verdikdən sonra o, əri İbrahimlə birlikdə xx xxxxxx 2017-ci il tarixdə Yevlax rayon X15 Sağlamlıq Mərkəzinə müraciət edərək mərkəzin sahə həkimi olan Şahid1 müraciət etmiş, sonuncu isə Şahid3 verdiyi arayış əsasında Müslüm Qələndərovun guya arayışda qeyd olunduğu kimi xx xxxxxxxx 2017-ci il tarixdə vəfat etməsi barədə 000388 nömrəli ölüm haqqında tibbi şəhadətnaməni vermişdir. Həmin ölüm haqqında tibbi şəhadətnamə aldıqdan sonra isə həmin şəhadətnaməni xx xxxxxx 2017-ci il tarixdə İbrahimlə birlikdə Yevlax rayon qeydiyyat şöbəsinə vermiş, xx xxxxxx 2017-ci il tarixdə şöbədən AZ-İ 905315 nömrəli ölüm haqqında şəhadətnamə almışdır. Bundan sonra o, Müslüm Qələndərovun vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnaməni DSMF-nin Yevlax rayon şöbəsinə təqdim etmişdir. Həmin vaxt DSMF-nin Yevlax rayon şöbəsinin xatırlamadığı əməkdaşı ona bildimişdir ki, qaynatasının adına olan təqaüd kartına 2017-ci ilin oktyabr-noyabr aylarında hər ay üçün 230,22 manat təqaüd yüklənmişdir. Həmçinin DSMF-nin Yevlax rayon şöbəsinin xatırlamadığı əməkdaşı əlavə olaraq bildirmişdir ki, noyabr ayında yüklənmiş pulu DSMF özü geri çəkəcək oktyabr ayında aldığı pul vəsaitini isə o, özü DSMF-nin hesabına geri qaytarmalıdır. Həmin sözlərdən sonra o, maddi vəziyyətini düzəldən kimi dərhal əsassız olaraq aldığı pulu geri qaytaracağına vəd vermişdir. Bu səbəbdən onun və X29un razılığı ilə onlara dəfn xərci kimi ödənməli olan 330 manat puldan 100 manat şöbənin xeyrinə tutularaq əri İbrahimə atasının dəfn xərci olaraq yalnız 229,77 manat pul vəsaiti ödənilmişdir. 2018-ci ilin may ayında isə vəd etdiyi kimi 130 manat pulu DSMF-nin Yevlax rayon şöbəsinə artıq ödənilmiş pul vəsaiti kimi qaytarmış, bundan başqa etdiyi əməldən peşman olaraq xx xxxxxx 2019-cu il tarixdə qanunsuz aldığı puldan əlavə olaraq 401 manat məbləğində pulu DSMF-nin Yevlax rayon şöbəsinin hesabına bərpa etmişdir. 2017-ci ilin noyabr ayında Müslüm Qələndərov barəsində verilmiş ölüm haqqında şəhadətnaməni DSMF-nin rayon şöbəsinə verdikdən sonra qaynatasının adına olan təqaüd kartının istifadəyə yararsız hesab etdiyi üçün şöbənin həyətində qırıb atmışdır. Yaşadığı küçənin küçə müvəkkili Şahid3 və onun arvadı Şahid5 ölüm barədə arayış və etibarnamə alan zaman onların heç biri Müslüm Qələndərovun ölməsi barədə məlumata malik olmamışlar. Lakin, Mehriban özü ona verdiyi saxta etibarnamənin saxta sənədlərin hazırlanması ilə məşğul olan tanışı İzzət adlı şəxsin vasitəsilə düzəltdiyini ona bildimişdir. Ölüm barədə arayışı tərtib edərkən isə o, həm Hüseynə, həm də Mehribana Müslümün xx xxxxxxxx 2017-ci ildə ölməsi barədə məlumat vermişdir. Həmin şəxslər isə onun sözləri əsasında arayışı tərtib etmişlər. Hüseyn və X13 Qələndərovun yas məclislərində iştirak etməsini xatırlamır. X21 sahə həkimi Yusifova Tacmahal və Yevlax rayon qeydiyyat şöbəsinin əməkdaşları isə Şahid3 verdiyi arayışın əsasında şəhadətnamələr tərtib etmişlər. Nə Tacmahal, nə də Hüseyn arayışda və şəhadətnamədə qeyd olunan tarixdə, yəni xx xxxxxxxx 2017-ci il tarixdə onun evində olmamış və Müslümün konkret olaraq nə zaman öldüyünü görməmişlər. X29 günəmuzd olaraq müxtəlif rayonlarda fəhləçilik etdiyindən sənədləşmə işləri ilə həmişə özü məşğul olmuşdur. Qaynatasının ölümündən sonra onun kartından pul məxaric etməsi, onun adına saxta etibarnamə ilə yeni pensiya kartı alması, Hüseynin qaynatasının ölümü barədə arayış verməsi barədə X29un məlumatı olmamışdır. X25 və Yevlax rayon qeydiyyat şöbəsinə İbrahimlə getsə də, həmin müəssisənin əməkdaşları ilə özü danışmışdır. 2016-cı ildə vəfat etmiş qaynatası Müslümün ölüm haqqında şəhadətnaməsini 2017-ci ildə almasını isə İbrahimə belə izah etmişdir ki, xəstə olduğundan şəhadətnamə üçün lazım olan sənədləri vaxtında toplaya bilməmişdir. Saxta etibarnamə əldə edərək ondan istifadə etməsı barədə Mehribandan başqa heç kimin məlumatı olmamışdır. Mehribanın verdiyi və istifadə edərək qaynatasının adına olan yeni plastik kart götürdüyü etibarnamənin kim tərəfindən hazırlanması barədə məlumatı olmamış, lakin, Mehribanın deməsinə görə etibarnaməni İzzət adlı şəxs hazırlamışdır. Mehriban 30 manat pulun müqabilində həmin saxta etibarnaməni onun üçün düzəltmişdir. Etibarnamədəki imza qaynatasına məxsus deyildir. Müslümün ölümü barədə Hüseyndən aldığı arayış, Tacmahaldan aldığı ölüm haqqında tibbi şəhadətnamə, eləcə də qeydiyyat şöbəsindən aldığı ölüm haqqında şəhadətnaməyə görə heç kim heç nə almamış və o, heç kimə heç nə verməmişdir.Müslüm Qələndərov vəfat etdikdən sonra sonuncunun adına olan köhnə plastik kart onun istifadəsində olmuş və o, sonuncunun ölümündən sonra həmin kartdan səkkiz ay istifadə etməklə hər ay əvvəlcə 217, sonra isə 230 manat pul vəsaiti məxaric etmişdir. Müslüm Qələndərovun adına yeni kart alandan sonra isə həmin kartdan 4 ay istifadə etmiş və ümumilikdə oradan 921 manat pul vəsaiti məxaric etmişdir. Ümumilikdə qaynatasının vəfatından sonra o, M.Qələndərovun kartından qanunsuz olaraq təxminən 2736 manat pul vəsaiti məxaric etmişdir. Lakin, onun niyyəti kartın son istifadə müddətinə kimi istifadə edib pul məxaric etmək olmuşdur. Bununla belə bankın saxta etibarnamə əsasında plastik kartların götürülməsi barədə məlumatı olduğunu hazırda xatırlamadığı şəxslərdən eşitdiyi üçün özü saxta arayış əsasında ölüm haqqında şəhadətnamə alıb DSMF-nin Yevlax rayon şöbəsinə təqdim etmişdir. Müslümün adına olan kartlardan məxaric etdiyi 2736 manat pulu hazırda qaytarmışdır. Müslüm Qələndərov təbii ölümlə vəfat etdiyi üçün onun ölümü barədə nə Yevlax rayonunun Təcili Tibbi yardım xəstəxanasına, nə də hər hansı həkimə məlumat verməmişdir. Müslüm Qələndərovun ölümü barədə rayon qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə alan zaman əri İbrahim əli sarıqlı olduğundan sonuncunun razılığı ilə o, şəhadətnamənin qəbul edilməsi barədə özü akt qeydinə imza etməklə şəhadətnaməni qeydiyyat şöbəsindən götürmüşdür. Müslüm Qələndərovun adına olan plastik kartından pulu o, məxaric etmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını və dəymiş ziyanı ödəməsini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs ƏƏSMN-nin DSMF-nin Yevlax rayon Şöbəsinin nümayəndəsi X18 ifadəsində göstərdi ki, xx.xx.1930-cu il təvəllüdlü X6 adına xx.xx.1990-cı il tarixdə 010629 nömrəli yaşa görə əmək pensiyası işi açılmışdır. Müslüm Qələndərovun adına olan 676867******9207 pensiya plastik kartı saxta etibarnamə əsasında xx xxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs təhvil verilmişdir.Müslüm Qələndərovun adına olan plastik karta sonuncunun ölümdən sonra 2016-cı ilin noyabr ayından 2017-ci ilin fevral ayınadək aylıq 216,96 manat olmaqla, cəmi 650,88 manat, 2017-ci ilin fevral ayında 243,48 manat, 2017-ci ilin mart ayından iyul ayınadək aylıq 230,22 manat olmaqla, cəmi 920,88 manat, 2017-ci ilin iyul ayından noyabr ayınadək köçürülmüş aylıq 230,22 manat olmaqla, cəmi 920,88 (doqquz yüz iyirmi manat səksən səkkiz qəpik) manat olmaqla ümumilikdə 2.736,12 (iki min yeddi yüz otuz altı manat on iki qəpik) manat pul vəsaiti mədaxil olunmuşdur. Müslüm Qələndərovun gəlini Təqsirləndirilən şəxs 2017-ci ilin noyabr ayının sonunda DSMF-nin Yevlax şəhər şöbəsinə müraciət edərək qaynatasının xx.xx.2017-ci il tarixdə vəfat etməsi barədə AZ-İ № 905315 nömrəli ölüm haqqında şəhadətnaməni təqdim etmişdir. Həmin şəhadətnamə şöbə tərəfindən qəbul ediləndən dərhal sonra Müslüm Qələndərovun kartına 2017-ci ilin noyabr ayında mədaxil olunmuş pul vəsaitinin şöbənin hesabına qaytarılması üçün “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialına məktub ünvanlanmış və həmin məktub əsasında bank tərəfindən vətəndaşın kartına mədaxil olmuş 230.22 manat məbləğində pul vəsaiti geri köçürülüb şöbənin hesabına qaytarılmışdır. Bundan başqa İbrahim Qələndərov və Təqsirləndirilən şəxs izah edilmişdir ki, M.Qələndərovun kart hesabına 2017-ci ilin oktyabr ayında mədaxil olunmuş 230.22 manat məbləğində vəsaiti tam olaraq geri qaytarılmalıdır. Müslüm Qələndərovun ölümü ilə əlaqədar 330 manat məbləğində ödənilməli olan dəfn xərci pulundan 100.23 manat məbləğində pul vəsaiti İ.Qələndərovun razılığı ilə 2017-ci ilin oktyabr ayında artıq ödənilmiş pul vəsaitindən çıxılmış və 2017-ci ilin dekabr ayında mərhumun oğlu İbrahim Qələndərova 229.77 manat məbləğində dəfn xərci köçürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən xx xxxxxx 2018-ci il tarixdə 130 manat, xx xxxxxx 2019-cu il tarixdə isə 401 manat məbləğində pul vəsaiti şöbənin hesabına qaytarılmışdır. Müslüm Qələndərovun pensiya plastik kartına onun ölümündən sonra mədaxil olunmuş cəmi 2966,34 manat pul vəsaiti geri qaytarılmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Yevlax şəhər Şıxəli Qurbanov küçəsində yaşamış təxminən 2-3 il vəfat etmiş mərhum X7 həmşəhərli kimi tanımış, onunla ədavəti və düşmənciliyi olmamışdır. 2017-ci ilin iyul ayının əvvəlində Müslümün gəlini Təqsirləndirilən şəxs əri Şahid3 müraciət edərək qaynatasının pensiya kartının istifadə müddəti bitdiyi üçün yeni kart almaqdan ötrü “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialına müraciət edərək qaynatasının adına olan yeni kartı götürmək istədiyini, lakin filialda kartı götürmək üçün ya kart sahibi özü, ya da onun etibarnaməli nümayəndəsi filiala müraciət edib kartı götürə biləcəyini dediklərini bildirmiş, bu səbəbdən əri Hüseynin tapşırığı ilə köməklik etmək üçün Nailədən qaynatasının və özünün şəxsiyyət vəsiqələrini alıb pensiya plastik kartının götürülməsi üçün qaynatasının adından onun adına etibarnamə düzəldilməsi üçün saxta sənədlərin düzəldilməsi ilə məşğul olan İzzət adlı şəxsə müraciət etmişdir. İzzət isə Müslüm və Nailənin şəxsiyyət vəsiqələrinin surətləri ilə tanış olub həmin etibarnaməni iyul ayının 14-də verə biləcəyini bildirmiş və əziyyət haqqı olaraq 30 manat pul istəmişdir. 2017-ci ilin iyul ayının 14-də 30 manat pulu Yevlax rayonu “Beşmərtəbə” adlanan ərazidə İzzətə verib Müslümün adından Nailənin adına verilmiş etibarnaməni və həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətini alıb, elə həmin gün “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialının qarşısında Nailəyə vermişdir. Sonradan eşitdiyinə görə Nailə də məhz həmin gün qeyd olunan etibarnamədən istifadə etməklə bank filialından Müslüm Qələndərovun adına olan yeni pensiya plastik kartını götürmüş və həmin kartdan istifadə etməklə mərhum Müslümün kartına mədaxil olunmuş pensiya pullarını məxaric etməyə başlamışdır. Nailənin deməsinə görə o, həmin kartdan sonuncu dəfə 2017-ci ilin oktyabr ayında pul məxaric etmişdir. Belə ki, 2017-ci ilin noyabr ayının ortalarında Yevlax şəhərində xəbər yayılmışdır ki, “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialında çoxlu sayda saxta etibarnamə aşkar olunmuş və bu barədə bankın rəhbərliyi məlumatlandırılaraq filialda yoxlamalar təyin edilmişdir. Nailə isə məlumatdan narahat olduğu üçün xx xxxxxx 2017-ci il tarixdə yaşadığı küçənin müvəkkili kimi ərinə müraciət edərək qaynatası Müslüm Qələndərovun xx xxxxxxxx 2017-ci il tarixdə vafat etməsi barədə X29un adına arayış verməsini xahiş etmişdir. Həmin vaxt ərinin tapşırığı ilə Nailənin istədiyi məzmunda arayışı yazıb ona vermişdir. Arayışı yazandan sonra əri möhürlə həmin arayışı təsdiqləmişdir. Lakin, o, həmin arayışı özü və yaxud Hüseynin imzaladığını unutmuşdur. Bundan sonra mərhum Müslümün oğlu İbrahim və gəlini Nailə etibarnamə əsasında əvvəlcə ölüm haqqında tibbi şəhadətnamə sonra isə həmin şəhadətnamə əsasında Yevlax rayon qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə almış, sonra isə həmin şəhadətnaməni Dövlət X28 Yevlax rayon şöbəsinə təqdim etmişlər. Nailənin hansı müddət ərzində mərhum Müslüm Qələndərovun kartından qanunsuz pul məxaric etməsini bilməmişdir. Etibarnamə və arayışa görə Nailə pul və ya sair nemət verməmiş, həmçinin ondan heç nə istənilməmişdir. Nailə Müslümun kartından məxaric etdiyi puldan ona heç nə verməmişdir. Etibarnamə üçün Nailə müraciət edən zaman Müslümün vəfat etməsi barədə məlumatı olmamışdıir. Əri həmin küçənin sahə müvəkkili olmasına və Müslümlə uzaq qohum olmağına baxmayaraq, o və əri Müslüm Qələndərovun nə zaman vəfat etməsindən xəbərsiz olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 Şahid5 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2017-ci ildən Yevlax rayon mərkəzi Xəstəxanası publik hüququi şəxsin Yevlax şəhər X21 Yevlax şəhərinin Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyov küçəsi, Zeynalabdın Tağıyev küçəsi, Nazim Hikmət küçəsi, İrəvanlı qəsəbəsi, Tütün küçəsi üzrə sahə üzrə təhkim olunmuş həkimi-terapevt işləyir. Sahə həkimi kimi vəzifəsi ona təhkim edilmiş sahənin əhalisinə tibbi xidmət göstərmək, sağlam həyat tərzinin formalaşması məsələləri üzrə məsləhət vermək, xəstələnmənin qarşısının alınması və azadılması üzrə profilaktiki tədbirlər təşkil etmək, tibbi sənədləşməni müəyyən edilmiş qaydada aparmaq, rəhbərliyin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək, Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını, səhiyyə müəssisəsinin fəaliyyətini tənzimləyən normativhüquqi aktları bilməkdən və onları peşə fəaliyyətində tətbiq etməkdən ibarət olmuşdur. Mərhum X14 tanımamış və onunla heç bir qohumluğu və ədavəti olmamışdır. xx xxxxxx 2017-ci il tarixdə Yevlax rayon sakinləri kimi tanıdığı Təqsirləndirilən şəxs və X1 Sağlamlıq Mərkəzinə gəlib, ona müraciət edərək Müslüm Qələndərovun ölümü barədə ölüm haqqında tibbi şəhadətnamə almaq istədiklərini bildirib, Yevlax şəhər İcra Hakimiyyətinin evlər komitəsinin 63 saylı küçə müvvəkili olan Şahid3 tərəfindən imzalanaraq möhürlənmiş arayışını və mərhumun şəxsiyyət vəsiqəsini ona təqdim etmişlər. Həmin sənədlər əsasında o, Müslüm Qələndərovun xx xxxxxx 2017-ci il tarixdə 000388 saylı ölüm haqqında tibbi şəhadətnaməni tərtib edib Nailə və İbrahimə vermişdir. Həmçinin mərhum Müslüm Qələndərovun da şəxsiyyət vəsiqələrini özlərinə qaytarıb ölüm haqqında tibbi şəhadətnamə ilə Yevlax rayon qeydiyyat şöbəsinə müraciət edib ölüm haqqında şəhadətnamə almalı olduqlarını bildirmişdir. Həmçinin o, küçə müvəkkili Şahid3 tərəfindən tərtib edilərək ona təqdim olunmuş arayışı tibbi şəhadətnamənin bir surəti ilə birlikdə sahə tibb bacısına təqdim etmişdir. Ölüm haqqında tibbi şəhadətnaməni tərtib edən zaman Müslüm Qələndərovun ölümü barədə Təcili və X16 Stansiyasının arayışı və ya “Xəbərdarlıq vərəqəsi” ona təqdim edilməmişdir. Səhiyyə Nazirliyinin xx xxxx 2015-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi qaydasına dair Təlimata əsasən onun qeyd olunan sənədlər olmadan ölüm haqqında tibbi şəhadətnamə tərtib etmək ixtiyarı olmamışdır. Bununla belə Müslüm Qələndərov barəsində ölüm haqqında tibbi şəhadətnaməni tərtib edən zaman o, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 194-cü maddəsini rəhbər tutmuşdur. Belə ki, həmin maddədə qeyd olunanlara əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Bu səbəbdən o, küçə müvəkkili olan Şahid3 arayışı əsasında tibbi şəhadətnaməni tərtib etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Müslüm Qələndərovu şəxsən tanımamış, onunla qohumluğu və ədavəti olmamış, lakin, Yevlax şəhər sakini olan Şahid5 xahişi ilə 30 manat pulun müqabilində M. Qələndərovun adından saxta etibarnamə hazırlamışdır. Belə ki, 2017-ci ilin iyul ayının əvvəllərində Yevlax şəhər sakini kimi tanıdığı Şahid5 ona müraciət edərək uzaq qohumu olan X6 adından həmin şəxsin gəlini Təqsirləndirilən şəxs adına “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından plastik kartın götürülməsi üçün etibarnamə düzəltməsini xahiş etmiş, o, isə 30 manat pulun müqabilində qeyd olunan etibarnaməni düzəldə biləcəyini demiş və Mehriban onun şərtini qəbul edərək etibarnamənin hazırlanması üçün Nailənin və Müslümün şəxsiyyət vəsiqələrinin surətini ona vermişdir. xx xxxx 2017-ci il tarixdə Müslümün adından Nailənin adına verilmiş guya Bakı şəhəri xüsusi notariusu X17 tərəfindən xx xxxx 2017-ci il tarixdə reyestr kitabında 7E-03-4988 nömrəsi ilə qeydiyyata alınaraq təqdim edilmiş etibarnaməni hazırlayıb, Mehribana verərək 30 manat pul almışdır. Sonradan eşitdiyinə görə Mehriban da həmin etibarnaməni Nailəyə vermiş, o, da həmin etibarnamədən istifadə edib xx xxxx 2017-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından Müslüm Qələndərovun adına olan pensiya plastik kartını götürmüşdür. Qeyd olunan etibarnaməni kompüter vasitəsilə özü hazırlamış, etibarnamədəki əlyazılar ona məxsus olmaqla Müslüm Qələndərovun və notariusun əvəzindən etibarnamədəki imzaları özü icra etmişdir. Saxta etibarnamənin hazırlanmasında istifadə etdiyi möhürü məhv etmişdir. Qeyd olunan etibarnaməni hazırlayan zaman Müslüm Qələndərovun ölməsi barədə məlumatı olmamış, M.Qələndərovun xəstə olduğunu bu səbəbdən banka gedə bilmədiyini düşünərək 30 manat pulun müqabilində etibarnaməmi hazırlayıb Mehribana vermişdir. Həmçinin Şahid5 Müslümün ölümü barədə hər hansı məlumata malik olub-olmadığını bilməmiş və sonuncu bu barədə ona heç bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən cinayət işi üzrə təyin edilmiş sənədlərin məhkəmə-texniki ekspertizası ilə əlaqədar alınmış xx xxx 2018ci il tarixli, 12203 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş 180TT812386 nömrəli Balansdankənar məxaric orderlərinin, xx xxxx 2017-ci il tarixli etibarnamənin blankları elektrofotoqrafiq çap qurğuda hazırlanmışdır. Müslüm Qələndərovun adına olan qəbzin blankı ofset çap üsulu ilə hazırlanmışdır. xx xxxx 2017-ci il tarixli etibarnamədə olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. xx xxxx 2017-ci il tarixli etibarnamədəki möhür əksləri ekspertizaya təqdim edilmiş üzərində “X19 şəhadərnamə №-li 052” yazıları olan möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. xx xxxx 2017-ci il tarixli etibarnamədə əvvəl imzalar icra edilmişdir, sonra möhür əksi vurulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Cinayət işi üzrə təyin edilmiş sənədlərin məhkəmə-texniki ekspertizası ilə əlaqədar alınmış xx xxxxxx 2019-cu il tarixli, 28768 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş X14 barəsində olan xx.xx.2017-ci il tarixli arayışın, X6 xx xxxxxxxx 2017-ci il tarixdə ölməsi barədə olan xx xxxxxx 2017-ci il tarixli 000388 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”nin üzərlərində olan möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədin üzərinə bir başa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş X14 barəsində olan xx.xx.2017-ci il tarixli arayışların üzərlərində olan “Azərbaycan Respublikası Yevlax şəhəri İcra Hakimiyyəti EVLƏR KOMİTƏSİ №63” məzmunlu möhür əksi eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş X6 xx xxxxxxxx 2017-ci il tarixdə ölməsi barədə olan xx xxxxxx 2017-ci il tarixli 000388 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”nin üzərlərində olan “YEVLAX RAYON MƏRKƏZİ XƏSTƏXANASİ PUBLİK HÜQUQİ ŞƏXSİ AİLƏ SAĞLAMLİQ MƏRKƏZİ TİBBİ SƏNƏDLƏR ÜÇÜN” möhür əksləri eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə əlaqədar alınmış xx xxx 2018-ci il tarixli, 12379 №-li rəydən görünür ki, ekspertizaya təqdim olunmuş, Müslüm Qələndərovun adına olan pensiya kartının təhvil alınmasını təsdiq edən 1S0TT812386 №-li Baiansdankənar məxaric orderində “Qiymətlini təhvil verdim” qrafasındakı imza və həmin orderə əlavə olunmuş qəbzdə “Bankın əməkdaşı” qrafasındakı imza və “xx.xx.2017” rəqəmləri - Şahid2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Müslüm Qələndərovun adına olan pensiya kartının təhvil alınmasını təsdiq edən 18QTT812386 №-li Balansdankənar məxaric orderində “Qiymətlini qəbul etdim” qrafasındakı imza və həmin orderə əlavə olunmuş qəbzdə “Kart sahibi” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş X6 adından olan xx xxxx 2017-cı il tarixü 7E-03-4988 №-li etibarnamədə “Notarius" qrafasındakı imza - X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə əlaqədar alınmış xx xxxxxx 2019-cu il tarixli, 28754 №-li rəydən görünür ki, espertizaya təqdim edilmiş, xx xxxx 2017-ci il tarixli, 7E-03-4988 №-li etibarnamədə “İmza” qrafasındakı imza - Şahid4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikası Yevlax şəhəri İcra Hakimiyyətinin Evlər Komitəsinin 63 saylı küçə müvəkkili tərəfindən verilmiş X14 barəsində olan xx.xx.2017-ci il tarixli arayışlardakı yazılar və “Şahid3” yazıları önündəki imzalar- Şahid5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X6 xx xxxxxxxx 2017-ci il tarixdə ölməsi barədə olan xx xxxxxx 2017-ci il tarixli 000388 nömrəli ölüm haqqında tibbi şəhadətnamədəki yazılar - Şahid1 tərəfindən icra olunmuşdur. Tədqiqat zamanı xx xxxx 2017-ci il tarixli, 7E-03-4988 №-li etibarnamədə “Notarius” qrafasınadakı imzanın Şahid4 tərəfindən və ya başqa şəxslər tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “xxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2017-ci il tarixli 15/2-01/89 saylı məktubuna əlavə edilmiş etibarnamə, qəbz və “Balansdankənar məxaric order”lərindən görünür ki, “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından plastik kartın alınması üçün X6 adından X9 adına verilmiş guya Bakı şəhəri xüsusi notariusu X17 tərəfindən xx xxxx 2017-ci il tarixdə reyestr kitabında 7E-03-4988 nömrəsi ilə qeydiyyata alınaraq təqdim edilmiş etibarnamə əsasında N. Qələndərova xx xxxx 2017-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından M.Qələndərovun adına olan pensiya plastik kartını götürmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “xxxxxxxxxxxx” ASC-dən daxil olmuş xx xxx 2018-ci il tarixli 15/02-01/39 saylı məktuba əlavə olunan sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək və X20 Nazirliyinin Yanında Dövlət X28 Yevlax şəhər şöbəsindən “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialına ünvanlanmış xx xxxx 2017-ci il tarixli 46/2049 saylı məktubdan görünür ki, şöbə tərəfindən bank filialına 2017-ci ilin iyun ayında vaxtı bitəcək 3080 nəfərə, o cümlədən Müslüm Qələndərova (kart nömrəsi 6***********3784), aid plastik pensiya kartları yenisi ilə üç illik müddətə əvəzlənməsi üçün sifariş verilməsi üçün siyahı göndərilmişdir. Bundan başqa həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X35 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxx 2012-ci il tarixli “Pensiyaçıların aylıq pensiyalarının plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin təşkili işinin satınalınma müqaviləsi”nə əsasən bank sifarişçinin, yəni DSMF-nin yerli orqanlarında qeydiyyatda olan pensiyaçılara 3 (üç) il istifadə müddəti olan plastik kartların təhvil verilməsini öhdəsinə götürmüşdür. Odur ki, X6 adına 2017-ci ilin iyul ayında verilmiş plastik kartın istifadə müddəti üç il olmuşdur. Məktuba əlavə edilmiş 180TT812386 nömrəli “Balansandankənar məxaric orderi” və həmin orderə əlavə edilmiş YEVL-**********29 nömrəli qəbzdən görünür ki, Müslüm Qələndərovun adına olan 676867******9207 pensiya plastik kartı xx xxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “xxxxxxxxxxxx” ASC-dən daxil olmuş xx xxx 2018-ci il tarixli 15/02-01/39 saylı məktuba əlavə olunmuş bir ədəd “DVD-R” diskinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə “Komplayens Departamenti” başlıqlı qovluq açıldıqda içərisində «Qelenderov Muslum» ad və soyadı yazılmış qovluq vardır. Qeyd olunan qovluğunun içində həmin şəxsin adına olan plastik kartdan pul vəsaitinin məxarici ilə bağlı əməliyyatların tarixi və əməliyyatları icra edən şəxslərin fotogörüntüsü vardır. Həmçinin baxış zamanı «Qelenderov Muslum» başlıqlı qovluqda olan «xx.xx.2016», «xx.xx.2016», «xx.xx.2017», «xx.xx.2017», «xx.xx.2017», «xx.xx.2017» və «xx.xx.2017» adlı qovluqların olduğu və həmin qovluğlarda olan fotogörünütlərə əsasən qeyd olunan tarixlərdə Müslüm Qləndərovun adına olan plastik kartdan hər dəfə eyni şəxs, yəni Təqsirləndirilən şəxs müxtəlif məbləğlərdə pul məxaric etdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “xxxxxxxxxxxx” ASC-nin Yevlax rayon filialından daxil olmuş xx xxx 2018-ci il tarixli 334 saylı məktubdan görünür ki, X2 adına xx xxxxxx 2017 - ci il tarixdə 229.77 (iki yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat X6 vəfat etməsi ilə əlaqədar dəfn xərci köçürülmüşdür. Həmin vəsait X5 xx xxxxxx 2017-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialı tərəfindən ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialından daxil olmuş xx xxxxxxxx 2019-cu tarixli 665 saylı məktubdan görünür ki, pensiya işinin nömrəsi 010629 olan X6 xx.xx.2011-ci il tarixdən sonrakı dövrdə adına çap olunmuş plastik kartlarının PAN-ları aşağıdakı kimi olmuşdur: 1.**********807430 xx.xx.2005-xx.xx.2011, 2.**********552964 xx.xx.2011-xx.xx.2014, 3.**********513784 xx.xx.2014-xx.xx.2017, 4.**********899207 xx.xx.2017-xx.xx.2020. Həmin məktuba əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Müslüm Qələndərovun adına olan plastik karta sonuncunun ölümdən sonra 2016-cı ilin noyabr ayından 2017-ci ilin fevral ayınadək aylıq 216,96 manat olmaqla, cəmi 650,88 manat, 2017-ci ilin fevral ayında 243,48 manat, 2017-ci ilin mart ayından iyul ayınadək aylıq 230,22 manat olmaqla, cəmi 920,88 manat, 2017-ci ilin iyul ayından noyabr ayınadək köçürülmüş aylıq 230,22 manat olmaqla, cəmi 920,88 (doqquz yüz iyirmi manat səksən səkkiz qəpik) manat olmaqla ümumilikdə 2.736,12 (iki min yeddi yüz otuz altı manat on iki qəpik) manat pul vəsaiti mədaxil olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikasının Əmək və X20 Nazirliyinin Yanında Dövlət X28 Yevlax şəhər şöbəsindən daxil olan xx xxx 2018-ci il tarixli 46/1362 nömrəli məktubdan görünür ki, xx.xx.1930-cu il təvəllüdlü X6 adına xx.xx.1990-cı il tarixdə 010629 nömrəli yaşa görə əmək pensiyası işi açılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikasının Əmək və X20 Nazirliyinin Yanında Dövlət X28 Yevlax şəhər şöbəsindən daxil olan xx xxxxxx 2019-cu il tarixli **********6 nömrəli məktubdan görünür ki, X6 adına olan pensiya plastik kartına 2016-cı ilin noyabr ayından 2017-ci ilin fevral ayınadək hər ay 216.96 manat, 2017-ci ilin fevral ayında 243.48 manat, 2017-ci ilin mart ayından 2017-ci ilin dekabr ayınadək hər ay 230.22 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Bu hal ona görə mümkün olmuşdur ki, Müslüm Qələndərovun gəlini Təqsirləndirilən şəxs 2017-ci ilin noyabr ayının sonu DSMF-nin Yevlax şəhər şöbəsinə müraciət edərək qaynatasının xx.xx.2017-ci il tarixdə vəfat etməsi barədə AZ-İ № 905315 nömrəli ölüm haqqında şəhadətnaməni təqdim etmişdir. Həmin şəhadətnamə şöbə tərəfindən qəbul ediləndən dərhal sonra Müslüm Qələndərovun kartına 2017-ci ilin noyabr ayında mədaxil olunmuş pul vəsaitinin şöbənin hesabına qaytarılması üçün “xxxxxxxxxxxx” ASC-nin Yevlax filialına məktub ünvanlanmış və həmin məktub əsasında bank tərəfindən vətəndaşın kartına mədaxil olmuş 230.22 manat məbləğində pul vəsaiti geri köçürülüb şöbənin hesabına qaytarılmışdır. Bundan başqa İbrahim Qələndərov və Təqsirləndirilən şəxs izah edilmişdir ki, M.Qələndərovun kart hesabına 2017-ci ilin oktyabr ayında mədaxil olunmuş 230.22 manat məbləğində vəsaiti tam olaraq geri qaytarılmalıdır. Müslüm Qələndərovun ölümü ilə əlaqədar 330 manat məbləğində ödənilməli olan dəfn xərci pulundan 100.23 manat məbləğində pul vəsaiti İ.Qələndərovun razılığı ilə 2017-ci ilin oktyabr ayında artıq ödənilmiş pul vəsaitindən çıxılmış və 2017-ci ilin dekabr ayında mərhumun oğlu İbrahim Qələndərova 229.77 manat məbləğində dəfn xərci köçürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən xx xxxxxx 2018-ci il tarixdə 130 manat, xx xxxxxx 2019-cu il tarixdə isə 401 manat məbləğində pul vəsaiti şöbənin hesabına qaytarılmışdır. 401 manat pulun qəbzini şöbəyə təqdim edən zaman Təqsirləndirilən şəxs qaynatası Müslüm Qələndərovun 2016-cı ilin oktyabr ayının 29-da vəfat etməsini bildirib artıq ödənilmiş pul vəsaitini geri qaytarmaq istədiyini bildirərək 401 manat məbləğində pul qəbzini təqdim etmişdir. Müslüm Qələndərovun pensiya plastik kartına onun ölümündən sonra mədaxil olunmuş cəmi 2966,34 manat pul vəsaitindən 861,45 manat məbləğində pul vəsaiti geri qaytarılmışdır. Qeyd olunan məktuba əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2018-ci il tarixdə 130 manat, xx.xx.2019-cu il isə 401 manat məbləğində pul vəsaitini artıq ödəniş kimi geri qaytarmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən cinayət işi üzrə X6 guya xx.xx.2017-ci il tarixdə ölməsi barədə xx.xx.2017-ci il tarixli 63 saylı küçə müvəkkili tərəfindən verilmiş arayış, M.Qələndərov barəsində “ölüm haqqında şəhadətnamə”nin verilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli **********2112017 nömrəli ölüm haqqında akt qeydi, M.Qələndərovun ölümü barədə xx.xx.2017-ci il tarixli 000388 nömrəli ölüm haqqında tibbi şəhadətnamə, M.Qələndərovun ölümü barədə xx.xx.2017-ci il tarixli AZ-İ 905315 nömrəıi ölüm haqqında şəhadətnamə, M.Qələndərovun məzar daşının fotoşəkli, Müslüm Qələndərov adına olan pensiya kartının təhvil alınmasını təsdiq edən 180TT812386 №-li “Balansdankənar məxaric orderi və qəbz, eləcə də X6 adından olan xx xxxx 2017-ci il tarixli 7E-03-4988 №-li etibarnamə və “xxxxxxxxxxxx” ASC-dən daxil olmuş xx xxx 2018-ci il tarixli 15/02-01/39 saylı məktuba əlavə olunmuş bir ədəd “DVD- R” diski maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 02/4-1423çıx-19 nömrəli xidməti məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHBnın 63 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2019-cu il tarixli, xx.xx.2029-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs DSMF-nin Yevlax rayon Şöbəsinə 2550 (iki min beş yüz əlli) manat pul ödəmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmiş və eyni üsulla özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, baxış protokolu ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.1 və 29, 178.2.4-cü maddələri ilə tövsif edilsə də, Məcəllənin 29, 178.2.4-cü maddəsi onun əməlini tam olaraq əhatə etdiyindən ona qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalı, ona CM-in 29, 178.2.4-cü maddəsi ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyini zamanı dəymiş maddi ziyanı tam şəkildə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlindəAzərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxsna cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə 385 (üç yüz səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə X6 guya xx.xx.2017-ci il tarixdə ölməsi barədə xx.xx.2017-ci il tarixli 63 saylı küçə müvəkkili tərəfindən verilmiş arayış, M. Qələnərov barəsində “ölüm haqqında şəhadətnamə”nin verilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli **********2112017 nömrəli ölüm haqqında akt qeydi, M.Qələndərovun ölümü barədə xx.xx.2017-ci il tarixli 000388 nömrəli ölüm haqqında tibbi şəhadətnamə, M.Qələndərovun ölümü barədə xx.xx.2017-ci il tarixli AZ-İ 905315 nömrəıi ölüm haqqında şəhadətnamə, M.Qələndərovun məzar daşının fotoşəkli, Müslüm Qələndərov adına olan pensiya kartının təhvil alınmasını təsdiq edən 180TT812386 №-li “Balansdankənar məxaric orderi və qəbz, eləcə də X6 adından olan xx xxxx 2017-ci il tarixli 7E-03-4988 №-li etibarnamə və “xxxxxxxxxxxx” ASC-dən daxil olmuş xx xxx 2018ci il tarixli 15/02-01/39 saylı məktuba əlavə olunmuş bir ədəd “DVD-R” diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. İş üzrə 385 (üç yüz səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə X6 guya xx.xx.2017-ci il tarixdə ölməsi barədə xx.xx.2017-ci il tarixli 63 saylı küçə müvəkkili tərəfindən verilmiş arayış, M. Qələnərov barəsində “ölüm haqqında şəhadətnamə”nin verilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli **********2112017 nömrəli ölüm haqqında akt qeydi, M.Qələndərovun ölümü barədə xx.xx.2017-ci il tarixli 000388 nömrəli ölüm haqqında tibbi şəhadətnamə, M.Qələndərovun ölümü barədə xx.xx.2017-ci il tarixli AZ-İ 905315 nömrəıi ölüm haqqında şəhadətnamə, M.Qələndərovun məzar daşının fotoşəkli, Müslüm Qələndərov adına olan pensiya kartının təhvil alınmasını təsdiq edən 180TT812386 №-li “Balansdankənar məxaric orderi və qəbz, eləcə də X6 adından olan xx xxxx 2017-ci il tarixli 7E-03-4988 №li etibarnamə və “xxxxxxxxxxxx” ASC-dən daxil olmuş xx xxx 2018-ci il tarixli 15/02-01/39 saylı məktuba əlavə olunmuş bir ədəd “DVD-R” diski cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar