Məhkəmə qərarları › İş №1(039)-6/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-6/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-6/2022 27.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, barəsində 02 avqust 2021ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax rayon Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 03 avqust 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini istifadə etmək məqsədilə əldə etmək üçün 31 iyul 2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “Mersedes Benz” markalı ** BK *** dövlət nömrə nişanlı avtomobili idarə edib Təqsirləndirilən şəxs1la birlikdə Yevlax şəhəri F.Əmirov küçəsinə gələrək orada Təqsirləndirilən şəxs1 ona verdiyi 4 manat pulun üzərinə özündə olan 11 manat pulu qoyaraq cəmi 15 manat pul düzəldib birlikdə avtomobildən düşərək F.Əmirov küçəsində yaşayan istintaqla müəyyən edilməyən Elçin adlı şəxsin yaşadığı evə daxil olub həmin vaxtı orada olan X5 Təqsirləndirilən şəxs1 15 manat pulu verərək Anar Bəylərovdan 1(bir) ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,284 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini alaraq əldə edib əynindəki şalvarının sağ yan cibində saxlamış, 31 iyul 2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs2 qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 18:00-dan 18:20-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan X3 pul müqabilində aldıqları həmin 1(bir) ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq cəmi 0,284 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini istifadə etmək məqsədilə əldə etmək üçün 31 iyul 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes Benz” markalı ** BK *** dövlət nömrə nişanlı avtomobili idarə edib Təqsirləndirilən şəxs2la birlikdə Yevlax şəhəri, F.Əmirov küçəsinə gələrək orada Təqsirləndirilən şəxs2 ona verdiyi 11 manat pulun üzərinə özündə olan 4 manat pulu qoyaraq cəmi 15 manat pul düzəldib birlikdə avtomobildən düşərək F.Əmirov küçəsində yaşayan istintaqla müəyyən edilməyən Elçin adlı şəxsin yaşadığı evə daxil olub həmin vaxtı orada olan X5 15 manat pulu verərək Anar Bəylərovdan 1(bir) ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,284 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini alaraq əldə edib Təqsirləndirilən şəxs2 vermiş, 31 iyul 2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs2 qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 18:00-dan 18:20-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan X3 pul müqabilində aldıqları həmin 1(bir) ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq cəmi 0,284 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir. 2021ci ilin iyul ayının 31-də saat təxminən 14 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ondan heroin narkotik vasitəsi istəmişdir. Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə özündə narkotik vasitə olan heroin olmadığını, lakin pul qarşılığında Yevlax şəhər sakini Anar adlı şəxsdən narkotik vasitə olan heroin ala biləcəyini bildirmişdir. 31 iyul 2021-ci il tarixdə saat 16:30 radələrində sövdələşdikləri kimi o, Sənanı atasına məxsus olan etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz” 190 markalı avtomobillə Yevlax rayon Aran qəsəbəsindən götürüb Yevlax şəhərinə gəlmişdir. Avtomobili Anarın daimi olaraq qaldığı Elçinin yaşadığı evin qarşısına aparmış və Sənana narkotik vasitə olan heroin almaq üçün 10 manat pul vermişdir. Sənan da üzərində olan 10 manat pulu həmin pulun üzərinə qoyub Anargilə getmiş, bir müddət sonra geri qayıtmış və ona 1 (bir) bükülüdə narkotik vasitə olan heroin vermişdir. Narkotik vasitə olan heroinin qalan hissəsini yəni 1 (bir) bükümünü isə özündə saxlamışdır. Sənanın ona vermiş olduğu 1 (bir) bükülüdə narkotik vasitə olan heroini istifadə etmək üçün cibinə qoyaraq saxlamışdır. Bundan sonra Yevlax şəhəri, H.Əliyev prospektində polis əməkdaşları onları görüb onlara yaxınlaşmışlar, Polis əməkdaşları onlara yaxınlaşan zaman Sənan avtomobildən düşüb qaçmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı və videoçəkilişlə onun razılığı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları əynindəki boz rəngli şalvarının sağ yan cibindən özü qəbul etmək üçün saxladığı 1 (bir) bükümdə narkotik vasitə olan heroini aşkar edib götürmüşdür. Sorğu zamanı həmin narkotik vasitə olan heroini almaq üçün 31.07.2021-ci il tarixdə Sənana 10 manat pul verdiyini, Sənanın da Anardan narkotik vasitə olan heroin alaraq ona verdiyini bildirmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir. Təqsirləndirilən şəxs2 tanıyır. Onunla indiyə kimi münasibəti yaxşı olmuşdur. 31 iyul 2021-ci il tarixdə saat təxminən 11 radələrində Nicad istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. O, telefonu aça bilməmiş, bu səbəbdən istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Nicadın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə geri zəng etmişdir. Danışdıqları zaman Nicad onunla görüşmək istədiyini və ona təcili olaraq heroin narkotik vasitəsi lazım olduğunu bildirmişdir. Nicada üzərində narkotik vasitə olan heroin almaq üçün 4 manat pulunun olduğunu bildirmişdir. Nicad da ona qalan pulu özünün düzəldəcəyini demişdir. Nicadla danışdığı kimi Yevlax rayonu, Aran 2 qəsəbəsində görüşmüşlər. Nicad onu özünə məxsus olan “Mersedes” markalı avtomobili ilə Yevlax şəhərinə gətirmiş və ona 11 manat pul vermişdir. O, üzərində olan 4 manat pulu da həmin pulun üzərinə qoyub 15 manat pul düzəltmişdir. Nicada avtomobili Yevlax şəhəri 2 nömrəli orta məktəbin yaxınlığında yerləşən Anarın daimi olaraq qaldığı, Elçinin yaşadığı evin qarşısına sürməsini demişdir. Nicad və o evin qarşısında avtomobildən düşüb Anarın qaldığı evə girmişlər. Evə daxil olan zaman Anarın və Elçinin orada olduğunu görmüşlər. O və Nicad evə daxil olduqdan sonra üzərində olan 15 manat pulu Elçinin və Anarın yanında olan stolun üstünə qoymuş və onlardan narkotik vasitə olan heroin istəmişdir. Anar çıxarıb stolun üstünə 1 büküm narkotik vasitə olan heroin, heroini damara iynə ilə vurmaq üçün şpris, limon duzu və ampula qoymuşdur. Anarın stolun üstünə qoyduğu 1 büküm narkotik vasitə olan heroini götürmüş, həmin heroinin bir hissəsini hazırladıqdan sonra 1 şprisdə heroini Nicada vermiş, digər şprisdə olan heroini isə özü istifadə etmək üçün götürmüşdür. Qalan narkotik vasitə olan heroini isə Nicada vermişdir. 01 avqust 2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onu Aran 2 qəsəbəsində görüb, polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Məhkəmədə son sözündə əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 01 iyul 2021-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 hal-hazırda Yevlax şəhəri ərazisində olması və onun üstündə narkotik vasitə olan heroin olması barədə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat verildikdən sonra Yevlax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və PPXB-nın polis nəfəri Şahid3 ilə birlikdə təxminən saat 17:15 radələrində Yevlax şəhəri H.Əliyev prospektinə getmişlər. Nicadı Yevlax şəhəri, H.Əliyev prospektində görüb ona yaxınlaşaraq özünü təqdim etmişdir. Nicada onlarla polis şöbəsinə getməsini bildirmiş və Nicad buna etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş, Nicada hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Nicadın əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffad sellofana bükülmüş bükülü aşkar olunmuşdur. Sorğu-sual zamanı Nicadın özü həmin 1 (bir) ədəd bükümün içərisində narkotik vasitə olan heroin olduğunu həmin heroini 31 iyul 2021-ci il tarixdə saat 16:30 radələrində Sənan adlı şəxslə birlikdə Anar adlı şəxsdən 10 manata aldığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq 85 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib etdilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş oğlunun üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik maddə olan heroini əynindəki boz rəngli şalvarının sağ yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 01 avqust 2021-ci il tarixli 17/564 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-0,284 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,234 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 06 oktyabr 2021-ci il tarixli 1197 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kobinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 06 oktyabr 2021-ci il tarixli 1196 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kobinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 1(039)-119/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 22 aprel 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 dekabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs2 amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli 1(039)-96/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək ona təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb. 27 fevral 2018-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 04 (dörd) ilə endirilib. 03 aprel 2019-cu il tarixdə Şəki rayon Məhkəməsinin qərarı ilə 06 (altı) gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 4(039)-107/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 234.1.ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 avqust 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, onların barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərini səmimi etiraf edib peşman olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını CM-nin 59cu maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını nəzərə alaraq onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 31 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 01 avqust 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 27 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,234 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 31 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 01 avqust 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 27 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,234 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 22 (iyirmi iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 oğlunun 06.01.2022ci il tarixdək göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar