Məhkəmə qərarları › İş №1(039)-6/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-6/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-6/2023 12.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 Zərərçəkmiş şəxs Yevlax rayon Qaraməmmədli kənd bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və nümayəndəsi Müdafiəçi2 iştirakları ilə xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkumluğu olmayan, işsiz, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 yanvar 2023-cü il tarixdə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Yevlax rayon Qaraməmmədli kəndində Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini və 2012-ci ilin mövsimi əkin ayından Yevlax rayon Qaraməmmədli bələdiyyəsinin mülkiyyətində olan 0,58 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini istifadə və ya icarə hüququ olmadan özbaşına tutmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2012-ci ilin mövsimi əkin ayından istintaqla müəyyən edilməyən gündə Yevlax rayon Qaraməmmədli kəndində Zərərçəkmiş şəxs1 mülkiyyətində olan torpaq sahəsinin 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini və 2012-ci ilin mövsimi əkin ayından istintaqla müəyyən edilməyən gündə Yevlax rayon Qaraməmmədli bələdiyyəsinin mülkiyyətində olmaqla 0,58 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan vahid niyyətlə özbaşına tutmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, qeyd olunan torpaq sahəsini o, həmkəndlisi Şahid1 2012-ci il aralarında olan şifahi razılığa əsasən icarəyə götürmüş, arpa əkmiş və 2014-cü ildə isə 2.24 ha torpaq sahəsini Şahid1 2800 manat pul qarşılığında notarial qaydada almışdır. 2016-cı ildə Dövlətv Reyestr Xidmətinə çıxarış almaq üçün müraciət etmiş, lakin ona cəmi 0.2625 ha hissəsinə çıxarış vermişlər. Həmin dövrlərdə bir neçə orqana müraciət etsə də nəticə olmamışdır. o, 2021-ci ilin yay aylarında istifadəsində olan torpaq sahəsinin ətrafında qurunt sularının axıdılması və Zərərçəkmiş şəxs1 torpaq sahəsindən onun torpaq sahəsinə su axımının qarşısını almaq məqsədi ilə kanal qazdırmış, bununla bağlı Zərərçəkmiş şəxs1 müraciəti əsasında orada qazıntı işləri barəsində inzibati tədbir görülmüşdür. Zərərçəkmiş şəxs1lə aralarında qeyd olunan torpaq sahəsi ilə əlaqədar mübahisə yaranmışdır. Eyni zamanda o, Qaraməmmədli Bələdiyyəsinə məxsus 0.58 ha torpaq sahəsinidə zəbt etməmişdir. Həmin torpaq sahəsinin bələdiyyə torpağı olması barədə onun məlumatı olmamışdır. O, əkinçiliklə məşquldur. Mübahisə düşən vaxtdan o, həmin torpaq sahəsindən istifadə etmir. Məhkəmədən hazırda törətdiyi əməlini qismən qəbul etdiyini, zərərçəkmiş şəxs bələdiyyənin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Digər zərərçəkmiş şəxs olan əmisi Zərərçəkmiş şəxs1lə barışıq əldə etməmişdir. Məhkəmədə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, Yevlax rayonu Qaraməmmədli kəndində 10 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 2.24 ha hissəsi 10 ildir ki, qardaşı oğlu Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş və bununla bağlı Təqsirləndirilən şəxs dəfələrlə öz iradını bildirmişdir. Bundan başqa Sabir 2021-ci ilin iyul ayında ona məlumat vermədən tanımadığı ekskavatorçu vasitəsilə ona məxsus əkinə yararlı torpaq sahəsinə müdaxilə edərək, öz istədiyi kimi qanunsuz sərhədlər müəyyən etmiş, 400 metr uzunluğunda, 2 metr enində sərhəd kanalı qazdırmış və su arxından çıxan torpağı onun torpaq sahəsinə tökməklə ona maddi ziyan vurmuşdur. O, bununla bağlı da Sabirə bildirmiş, lakin Sabir təkid edib ki, həmin torpaq sahəsi onunun özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qanunda nəzərdə tutulmuş qaydada cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Yevlax rayon Qaraməmmədli kənd bələdiyyəsinin baş mühasibi vəzifəsində işləyir. Son illər Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasılnda torpaqla bağlı mübahisələr yaranmış və bu barədə Qaraməmmədli bələdiyyəsinə də müraçiət edilmişdir. Qeyd olunan torpaq sahəsi hazırda xüsusi mülkiyyətdə olduğundan həmin məsələ ilə əlaqədar olaraq bələdiyyə tərfindən heç bir qanuni tədbir görülməmiş eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən Qaməmmədli kənd inzibati ərazisinə məxsus torpaq sahəsinin zəbt olunmasını polis şöbəsindən rəsmi məlumat daxil olduqdan sonra bilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bələdiyyə mülkiyyətinə məxsus 0,58 ha torpaq sahəsini zəbt edərək istifadə etmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışdığnı və ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi . Məhkəmə iclasında ekspert Elmar Səidov bildirdi ki, vermiş olduğu rəyləri təsdiq edir və rəyini 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən tərtib etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yaşadığı Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. 2012-ci ildə aralarında olan şifahi razılığa əsaəsən özünə məxsus 2,24 ha torpaq sahəsini şifahi icarə müqaviləsi əsasında Təqsirləndirilən şəxs istifadə etmək üçün vermişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən 2 il istifadə etmiş 2014-cü ildə isə həmin torpaq sahəsini Təqsirləndirilən şəxs 2800 manat pul qarşılığında satmışdır. Sonradan ona məlum olub ki, həmin dövlət aktı saxtadır, cəmi 0.2625 ha hissəsinə sənədi var.Bir neçə dəfə Sabirin pulunu qaytarıb torpağı geri verilməsinə etiraz etmədiyini bildirmişdir. Sabir isə bununla razılaşmamışdır. Məhkəmə iclasında Şahid2 ifadsində göstərmişdir ki, traktoruçudur. Təqsirləndirilən şəxs eyni zamanda Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır. O, həmin şəxslərin hər ikisi ilə mehriban münasibətdə olmuşdur. 2021-ci ilin təxminən may iyun ayında Təqsirləndirilən şəxs onunla görüşmüş və Sabir ondan ona məxsus torpaq sahəsində qazıntı işləri aparmasını xahiş etmiş, o da Sabir ilə razılaşmışdır. O, həmin yerdə qazıntı işləri apardıqdan təxminən 2-3 ay sonra ona məlum olmuşdur ki, Sabir ilə əmisi Yusif arasında həmin torpaq sahəsinə görə mübahisələri yaranmışdır. Sabir ona həmin torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi təqdim etmiş və o da bu səbəbdən orada iş görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsində qazıntı işləri görüldüyündən Sabir 600 manat cərimə olunmuşdur. Ümumiyyətlə o, torpaq sahəsinin Yusifə məxsus olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Məhkəmə ekspertiza mərkəzinin 01 iyun 2022-ci il tarixli 10/3413 nömrəli rəyində göstərilir ki, 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən “Yevlax rayon Qaraməmmədli bələdiyyəsi ərazisindən bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planı”na əsasən Təqsirləndirilən şəxs istifadə etdiyi 1,75 ha torpaq sahəsinin 1.17 ha hissəsinin xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən 069895 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə Zərərçəkmiş şəxs1 mülkiyyətinə verilmiş 2.9937 ha torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə olunmuş sxemdən görünür ki, üst-üstə düşən 1.17 ha torpaq sahəsi xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Zərərçəkmiş şəxs1 mülkiyyətinə verilmiş 2.9937 ha torpaq sahəsinin şimal hissəsində (sxemə əsasən) yerləşir. 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə və qərara əlavə olunmuş çıxarışlara, üst-üstə düşən 1.17 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu müəyyən olundu. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə ekspertiza mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/3754 nömrəli rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin tərtib etdiyi məktubda qeyd edilir ki, Yevlax rayon polis şöbəsinin nümayəndəsinin naturada göstərdiyi və Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsi 1.75 ha-dır. Elektron məlumat bazasında mövcud olan “Yevlax rayon Qaraməmmədli bələdiyyəsi ərazisindən bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planı”na əsasən Təqsirləndirilən şəxs istifadə etdiyi 1,75 ha torpaq sahəsinin 1.17 ha hissəsinin xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən 069895 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə Zərərçəkmiş şəxs1 mülkiyyətinə verilmiş 2.9937 ha torpaq sahəsi ilə üstüstə düşür. Qalan 0,58 ha hissəsi Yevlax rayon Qaraməmmədli bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatlı (əkin) torpaq sahəsində yerləşir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Məhkəmə ekspertiza mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/5723 nömrəli rəyində göstərilir ki, 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan 2.9937 ha torpaq sahəsinin 1.17 ha hissəsi Təqsirləndirilən şəxs istifadəsindədir. Mülkiyyətçi Zərərçəkmiş şəxs1dur. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan reyestr nömrəsi ilə qeydiyyata alınmış 2.9937 ha torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən naturada istifadə olunur. İş üzrə mübahisəli sayılan 0.58 ha torpaq sahəsi Yevlax rayonu Qaraməmmədli bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi olmaqla Təqsirləndirilən şəxs istifadə etdiyi 1.75 ha torpaq sahəsinin daxilində yerləşir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən,Qarabağ klinikası tərəfindən təqdim olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs qızı X2 mütəmadi olaraq müayinələrə getməsi məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, habelə şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, ekspert rəyləri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Qaraməmmədli bələdiyyəsi ilə barışıq əldə etməsini (CM-59.1.12), əməlindən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs Qaraməmməıdli bələdiyyəsi ilə barışıq əldə etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək yaşayış yeri olan Yevlax uşaqının xəstəliyi ilə baqlı Bərdə rayonuna gedib qəlməsini nəzərə alaraq, Bərdə rayonunun da ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 96 (doxsan altı) manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 04 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək yaşayış yeri olan Yevlax və Bərdə rayonlarının ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İşdə olan 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar